Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

Kurs işi

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

MÜNDƏRİCAT
GİRİŞ…………………………………………………………………………………3
I Fəsil:MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR PROSESLƏRİNİN TƏDQİQi
1.1. MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR PROSESLƏRİNİN ARAŞDIRILMASINA DAİR BƏZİ YANAŞMALAR………………………………………………………………..5
1.2.Məktəblilərdə Təfəkkür problemi…………………………………………………….9
II Fəsil:MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR PROSESLƏRİNİN EKSPERİMENTAL YOLLA TƏDQİQİ
2.1.Eksperimentin aparılması yolları………………………………………………….13
2.2.Məktəb yaşli uşaqlarda eksperimentin aparilmasi……..………………17
NƏTİCƏ………………………………………………………………………………………..20
ƏDƏBİYYAT SİYAHISI……………………………………………………………….21
Giriş
Azərbaycan psixologiyasmda, təfəkkür sahəsindəki tədqiqatlar
əsasən professor Ə.S.Bayramov adı ilə bağlıdır. Onun təfəkkür tədqiqatları dünya psixologiyasında bu istiqamətdə aparılan tədqiqatlarla səsləşmişdir. Sovetlər birliyinin hər yerində olduğu kimi Respublikamızda hər şeyə ideoloji ölçülərlə yanaşıldığı üçün şagird şəxsiyyətinin inkişafmı, xüsusilə müstəqil və tənqidi təfəkkürün, inkişaf etdirməyi qarşıya məqsəd qoymağı tövsiyyə edən, böyük elmi nəzəri və praktik əhəmiyyət kəsb edən əsər diqqəti o qədər də cəlb etməmişdir. Bu da qeyd etdiyimiz kimi ilk növbədə dövrün ideoloji prinsiplərinə gorə belə idi. Uzun müddət sovet psixologiyası şəxsiyyəti aynca olaraq öyrənməmiş, onu yalnız və yalnız kollektivin tərkibində Öyrənməyə üstünlük vermişdir.
Ə.S.Bayramovun təfəkkür psixoiogiyası, xüsusilə şagirdlərdə ağlın keyfiyyətləri sahəsində apardığı ilk eksperimental tədqiqatlar 1959-cu
ildə müdafiə etdiyi “Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasmda öz əksini tapmışdır. Sonrakı illərdə də Əkbər müəllim bu sahədə apardığı tədqiqatlan ümumiləşdirərək, problemin nəzəri və praktik əhəmiyyətini nəzərə alaraq, elmi əsərini akademik dildən elmi-kütləvi dilə çevirməklə oxucuların istifadəsinə verdi. Onun 1962—1967-ci illərdə nəşr etdirdiyi “Şagirdlərdə təfəkkürün inkişafı”, “Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişafı və tərbiyəsi”, “Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri” adlı əsərləri bu qəbildəndir.
Psixologiya tarixində təfəkkür problemi, o cümlədən ağlın keyfiyyətləri önəmli problem kimi XX əsrdən etibarən eksperimental üsulla araş dırılmağa başlanılmışdır .Bu problemin dünya psixologiyasmda ilk səhifələri A.Bine, E.Klapared V.Ştern tərəfindən yazılmışdır. Özünün dördüncü inkişaf mərhələsini yaşayan Azərbaycan psixoloji fikir tarixi 60-cı illərin sonunda Ə.S.Bayramovun eksperimentləri vasitəsilə
I Fəsil:MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR PROSESLƏRİNİN TƏDQİQİ
1.1.MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR PROSESLƏRİNİN ARAŞDIRILMASINA DAİR BƏZİ YANAŞMALAR
Araşdırdığı problemlə bağlı kifayət qədər empirik və eksperimental faktlar əldə edən Ə.S.Bayramov 1968-ci ildə isə “Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqilliyi və tənqidiliyinin inkişaf dinamikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III – IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
Psixologiya tarixçiləri, respublikamızda eksperimental psixologiyanin inkişafinin yeni mərhələsinin 50-ci illerin ikinci yarisindan başladigini qeyd edirlər.Eksperimental psixologiyanin inkişafinin ikinci dovrü məhz, professor Ə.S.Bayramovun təfəkkür sahəsində apardığı tədqiqatlan ilə başlanmışdır.O, alim-psixoloq kimi çox maraqlı və mürəkkəb bir problemlə, ağlın keyfıyyətləri problemi ilə maraqlanırdı. Təfəkkür psixologiyası sahəsində aparılan tədqiqatlanın böyük əksəriyyətində təfəkkür yalnız proses kimi öyrənilmişdir. Bu cür yanaşma sırf ideoloji prinsiplərə uyğun gəlirdi və bir növ ali psixi funksiyaların şəxsiyyət əmsalına fıkir verilmirdi.Şəxsiyyət müstəvisindən kənarda psixi proseslərin öyrənilməsi cəhdi tədqiqatın obyektivliyini şübhə altına qoyurdu. Bu baxımdan Ə.S.Bayramov təfəkkür psixologiyasında yeni eksperimental istiqamətdə tədqiqatlar aparmağa başladı. Sonradan artıq onun müəyyən etdiyi yeni istiqamət bir çox Azərbaycan psixoloqları üçün prioritet sahəyə çevrildi. Diqqəti cəlb edən cəhətlərdən biri odur ki, professor Ə.S.Bayramovun apardığı eksperimental tədqiqatların nəzəri və praktik əhəmiyyəti sayəsində respublikamızda bu istiqamətdə yeni tədqiqat istiqaməti, psixoloji məktəb yarandı. Belə ki. professor Ə.S.Bayramovun elmi rəhbərliyi ilə E.M.İsmayılov, O.F.Kərimov, C.Cumalıyeva, R.Ə.Cavadov, Z.A.Veysova və V.R.Əliyevanın apardıqları tədqiqatlarda təfəkkürün tənqidiliyi və müstəqilliyi bu və ya digər aspektdən təhlil edilərək öyrənilmişdir. Psixoloqlardan C.Cumahyeva, məktəbəqədər yaşlı uşaqlarda təfəkkür formaları və formalaşması xüsusiyyətlərini (1983), O.Kərimov tələbələrin fərdi və qrup şəklində məsələ həlh zamanı tənqidi təfəkkürün təzahürünü (1987), E.M.İsmayılov özünə tənqidi münasibət əxlaqi davranışın tənzimedici amili kimi (1987), R.Ə.Cavadov, tələbələrin qrup şəraitində məsələ həlli prosesində təfəkkür müstəqilliyinin təzahür xüsusiyyətləri və səmərəli təşkili yolları problemi (1990), Z.A.Veysova özünüqiymətləndirmənin adekvatlıq dərəcəsindən asılı olaraq mənəvi böhran şəraitin aradan qaldıılması xüsusiyyətlərini (1987)
Professor Ə.Ə.Əlizadə, hörmətli həmkarı Ə.S.Bayramovun 60-70-ci illərdə uşaqlarda təfəkkürün müstəqilliyi və tənqidiliyi keyfiyyətləri ilə bağlı apardığı tədqiqatların elmi-nəzəri və praktik əhəmiyyətini yüksək dəyərləndirmiş və həmin tədqiqatı eksperimental psixologiyanın inkişafında yeni mərhələ hesab etmişdir. O, qeyd etmişdir ki, “bu eksperimentləri təkcə Bakıda deyil, həm də respublikanın kənd rayonlarında, ölkənin və dünyanm müxtəlif regionlarinda, tutaq ki, Moskvada, Daşkənddə, Vaşinqtonda və ya Dehlidə təkrar etsək, müvafiq nəticələr alarıq. Müasir eksperiment nəzəriyyəsində bu cəhət xüsusilə yüksək qiymətləndirilirEksperimental psixoloji tədqiqatlara verilən əsas tələblərdən biri elmi surətdə əsaslandırılmış və sınaqdan keçirilmiş tədqiqat metodikasının olmasıdır. Nəzərə almaq lazımdır ki, psixoloji araşdırmalarda tədqiqat metodların adekvatlılığı xüsusi əhəmiyyət kəsb edir və belə metodlar mövzu ilə bağlı lazımı empirik faktların əldə edilməsini şərtləndirir. Bu aspektdən yanaşdıqda Ə.S.Bayramovun uşaq-larda əqli keyfiyyətlər – təfəkkür müstəqilliyi və tənqidiliyi müəyyən etmək, ölçmək üçün hazırladığı və istifadə etdiyi metodika özünün əsaslı olması (validliyi) mötəbərliyi və reprezentativliyi ilə diqqəti cəlb edir.
V.R.Əliyeva isə kiçik məktəblilərdə özünüqiymətləndirmənin təşəkkül xüsusiyyətlərini (1999) namizədlik dissertasiyaları səviyyəsində eksperimental yolla öyrənmişlər.
Özünün sadəliyi və məntiqi ilə diqqəti cəlb edən əqli keyflyyətlər eksperimenti Azərbaycanda ekspenmental psixologiyanın inkişafında mühüm rol oynamışdır. İnamla demək olar ki, Ə.S.Bayramovun əqli keyfiyyətlər eksperimenti Azərbaycan psixologiyasının qızıl fonduna daxil olmuş tədqiqat kimi uzun illər gənc tədqiqatçılar üçün qiymətli mənbə olacaqdır.
Tədqiqat üçün eksperimental materiallar (20 mətn və 6 şəkil) seçilərkən və tərtib olunarkən kiçik məktəblilərin bilik səviyyəsinə və yaş xüsusiyyətinə uyğunluq dərəcəsi nəzərə alınmışdır. Bu cür yanaşma prinsipi hesabına tədqiqatın nəticələrinin obyektivliyi bir daha təmin olunur. Çünki təfəkkür, xüsusən də əqli keyfıyyətlər hər bir şəxsin həyat təcrübəsi və bilik səviyyəsi ilə şərtlənir. Ə.S.Bayramovun eksperimentator kimi səriştəli psixoloq olması, həm də onun materialları şagirdlərin tanış olduğu həyatdan götürməsi və yaxud onunla əlaqələndirə bilməsindədir.
Tədqiqat ümumi şəkildə iki mərhələ üzrə həyata keçirilmişdir. Birinci mərhələdə təfəkkürün müstəqillik və tənqidiliyi sahəsində III-IY sinif şagirdləri (216 nəfər) arasında fərdi fərqlər öyrənilmişdir. Bu məqsədlə eksperimentator müşahidə metodunun uzunmüddətli və iştirakı növlərindən istifadə etmişdir. Aparılan tədqiqatın obyektivliyini təmin etmək məqsədilə, müəllif şagirdlər haqqmda hərtərəfli məlumat əldə etmək məqsədilə onlarm ailə tərbiyəsi haqqında da materiallar toplamağa çalışmışdır. Tədqiqat zamam eksperimentator 550-dən artıq dərsi müşahidə etmiş və yeri gələndə şagirdlərlə ünsiyyətə girmək, onlarm psixoloji xüsusiyyətlərinin öyrənmək məqsədilə sinif müəllimini əvəz etmişdir.
1.2.Məktəblilərdə Təfəkkür problemi
Tədqiqatın ikinci mərhələsində kiçik məktəblilərdə əqli keyfıyyətlərin təfəkkürün müstəqilliyi və tənqidiliyinin inkişaf xüsusiyyətləri öyrənilmişdir. Müxtəlif təlim müvəffəqiyyəti ilə fərqlənən şagirdlərdən 108 nəfəri eksperimentə cəlb olunmuşdur.İkinci mərhələdə üç müxtəlif qrupa aid olan zəif, orta və yaxşı, əlaçı şagirdləri eksperimentə cəlb etməklə eksperimentatorun məqsədi uşaqların təlim müvəffəqiyyəti ilə onların əqlin müstəqillik və tənqidilik keyfıyyətləri arasında asılılığı aşkar etmək olmuşdur.Tədqiqa zamanı eksperimentiniki formasmdan, müəyyənedici və öyrədici formalarmdan istifadə olunmuşdur. Eksperimentin müəyyənedici formasından istifadə etməklə şagirdlərdə tədqiq olunan psixoloji xüsusiyyətin diaqnostikası aparılmışdır. Öyrədici eksperimentin köməyilə onlarda müvafıq keyfıyyətlərin inkişaf etdirilməsinə nail olunmuşdur. Ə.S.Bayramov təfəkkürün müstəqillik
Hörmətli professor, Ə.S.Bayramov əqli keyfiyyətlərin öyrənməyin metodikası haqqmda “Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyy ətləri” adlı kitabmda məlumat verməsi məqsədini belə açıqlayır: “Bir cəhət nəzərə alınmalıdır ki, tədqiqat metodikasının geniş şərhi öz şagirdlərinin təfəkkür xüsusiyyətlərinin öyrənmək, onu inkişaf etdirmək qayğısa qalan müəllimlər üçün də çox faydalıdır, Onlar da təlim prosesində şagirdlərin əqli inkişaf xüsusiyyətlərini öyrənmək üçün belə və buna bənzər vasitələrdən istifadə edə bilərlər. Tədqiqat zamam diqqəti çəkən məsələlərdən biri onunla əlaqədardır ki, müəllifin gəldiyi qənaət belədir ki, uşaqlarda əqhn müstəqilliyi və tənqidiliyi keyfiyyəti təlim materiahnm məzmunu ilə yanaşı həm də həmin materiala hansı təlimatla, hansı ustanovka ilə yanaşmaqdan da asıhdır. Belə ki, yalnız “oxu, yadmda saxla”, “öyrən, nağıl et” və s. tiph təlim tapşınqlan hafızənin aktivləşməsini təmin etdiyi halda, “şəkildəki uyğunsuzluğu tap”, “izah et, oradan nə nəticə çıxara bilərsən?”, “necə izah edə bilərsən ” və s. tipli suallar isə təfəkkürü aktivləşdirməyə xidmət edir. İkinci tip təlimatlar uşaqlann fıkri fəaliyyətinin istiqamətini təyin etməklə, onlan fəallaşdınr. Beləliklə, təlimatm ikinci forması şagirdlərdə müvafiq təfəkkür vərdişlərinin, o cümlədən əqlin müstəqilliyi və tənqidiliyi keyfiyyətlərinin inkişafına köməklik göstərir.
Ə.S.Bayramov özü belə bir mövzunu tədqiqat işi kimi seçməsini belə izah edir: “Bir sıra qərb psixoloqları müstəqülik və tənqidiliyin ilk dəfə yalriız on bir, on iki yaşdan meydana çıxdığını irəli sürmüş və bu barədS çox dolaşıq, ziddiyyətli fikirlər söyləmişlər. Kiçik məktəbyaşlı uşaqlan tədqiqat obyekti olaraq seçməyimizin bir səbəbi də həmin psixoloqlarm belə mülahizələrinin əsassız olduğunu elmi surətdə sübut edən faktlan əldə etməkdir”
Ə.S.Bayramovun tədqiqatının praktik əhəmiyyəti həm də onunla səciyyələnir ki, istifadə olunan metodikadan istifadə etməklə hər hansı müəllim heç kimin köməyi olmadan, müstəqil surətdə təlim prosesində öz şagirdinin təfəkkür xüsusiyyətlərini müəyyən edə və onu inkişaf etdirə bilər.
İnsan təfəkkürünün tənqidilik keyfiyyəti, nece deyərlər,həyatın inkişaf dəalektikasınından dogur,təbiətin yaratmış oldugu labirintlərdən cıxış yolunu tapmaq üçün hər bir fikri, mülahizəni, hərəkəti, rəftan ölçüb-biçməkdən, eksperimentdən keçirməkdən, yoxlayıb seçməkdən irəli gəlir. Buna görə də tənqidi ağıl məntiqi idrakm atributu” rolunu oynayır. Lakin belə bir əqli keyflyyət müxtəlif formada, müxtəlif dərəcədə təzahür edir. İnsan təfəkkürü təbiət etibarı ilə ziddiyyətlidir. Belə ki, təfəkkür prosesində mənimsənilmiş qaydalan, üsulları, tərzləri mühafızə etmək, saxlamaqla, onlara riayət etmək, onlarm şəklini dəyişdirmək arasında daima mübarizə gedir. Fikirləşməyi bacarmaq, düşünməyə, mühakimə yürütməyə qabil olmaq təkcə bu və ya digər tapşırıgı,problemin, məsələnin tələbi ilə keçmiş bilikləri, həm də lazımi bilikləri yada salmaq, hafızədə canlandırmaq hesab edilə bilməz, həm də qarşıya çıxan konkret məsələyə uyğun gəlməyən, hətta ona müəyyən qədər maneçilik edən biliklərdən (yaxud biliklər sistemindən) əl götürməyi, onu rədd etməyi bacarmağı da tələb edir. Çox zaman təşəkkül etmiş, formalaşmış biliklər, möhkəmlənmiş, vərdiş halına keçmiş iş üslubu, hərəkət tərzi, fəaliyyət üsulu, məsələnin həllində yeni yollar axtarıb tapmağa maneçilik törədir. Məhz belə anlarda insan təfəkkürünün tənqidiliyi zəruridir. Tənqidi düşüncə sayəsində insan belə formalaşmış iş üsulundan, fikir tərzindən, fəaliyyət qaydasmdan əl çəkə bilir. Həmin məsələlərin tədqiqi təlim prosesində şagirdlərin əqli inkişafma nail olmaq nöqteyinə-zərdən çox böyük əhəmiyyətə malikdir. Qarşıya belə sual çıxır: necə etmək lazımdır ki, şagirdlər mənimsədikləri üsul və qaydalara uyğun olaraq fıkirləşməyi, onları yerinə görə tətbiq etməyi bacarsınlar, buna alışsınlar, digər tərəfdən isə, lazım gəldikdə həmin qaydalardan, tərzlərdən uzaqlaşmağa, yenilərini yaratmağa qabil olsunlar. Bütün bunlar ağhlın tənqidiliyinin inkişaf etdirilməsirıi tələb edir.
Ə.S.Bayramovun 1955-ci ildən başlayan çoxsahəli elmi yaradıcılıq fəaliyyətində bir neçə mühüm istiqamət diqqəti cəlb edir.
1. Təfəkkür probleminin, xüsusən də təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmalar. Həmin tədqiqatlarla respublikada eksperimental psixologiyanın inkişafında yeni mərhələ başlanmışdır. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin- ağlın keyfiyyətləri probleminin tədqiqinə başlamış. Təfəkkür probleminin ayrı-ayrı cəhətləri başqa mütəxəssislər tərəfindən də tədqiq edilmişdir. Lakin həmin tədqiqatlarda təfəkkür proses kimi öyrənilirdi, onu şəxsiyyətlə bağlayan cəhətlərə isə diqqət yetirilmirdi. Ə.S.Bayramov bu baxımdan təfəkkür psixologiyasında mahiyyətcə yeni eksperimental istiqamət müəyyən etdi. O, təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətlərini öyrənmək üçün adekvat tədqiqat metodikası işləyib hazırlamışdır. Təsadüfi deyildir ki, o dövrdə xüsusən də Moskvanın, Leninqradın görkəmli psixoloqları istedadlı tədqiqatçının müasirlik hissini, ən başlıcası isə orijinal yaradıcılıq səylərini yüksək qiymətləndirirdilər. Professor Ə.Ə.Əlizadə haqlı olaraq qeyd edir ki, Ə.S.Bayramov özünün sonrakı tədqiqatlarında bu «səmərəli toxumu» necə deyərlər, gərgin zəhmətin sehrində boya-başa çatdırdı. Geniş nəzəri ümumiləşdirmələr apardı, «persepiv» inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etdi, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və
II Fəsil:MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜR
PROSESLƏRİNİN EKSPERİMENTAL YOLLA TƏDQİQİ
2.1.Eksperimentin aparılması yolları
Təfəkkürün tənqidiyi insanın: a) dərk olunan fıkirləri, faktlan, fərziyyələri, eləcə də öz fikir və mülahizələrini yoxlamasmda, qiymətləndirməsində; b) idrak obyektlərindəki, mühakimələrindəki uyğunsuzluqlan, ziddiyyəti axtarıb tapmasında, onların meydana çıxmasmın səbəb və şəraitini araşdırmaqda, aşkar etməkdə, səhvləri düzəltməkdə istifadə olunur.
Tənqidilik də, müstəqillik kimi, ikinci siqnal sisteminin tənzimedici fəaliyyəti ilə bağlı olub, siqnallar siqnalı olan sözlərin törətdiyi mənfı induksiya qanunu ilə əlaqədardır.
Daha sonra, Ə.S.Bayramov təfəkkürün tənqidlik keyfiyyətinin başlıca olaraq tələb edilən şeyləri yerinə yetirməyə səy göstərirlər.
Təfəkkürün müsəqillik və tənqidiliyinə görə, şagirdlər ara-smda fərlər vardır. Təfəkkür sahəsindəki fərqlərə görə şagirdləri üç qrupda birləşdirmək təklif olunur. Birinci qrupa özlərinin təfəkkür müstəqilliyi və tənqidiliyinin yüksək inkişaf səviyyəsinə görə fərqlənən şagirdlər daxildir. Onlar tapşırığı kənar göstəriş olmadan müstəqil surətdə həll edirlər. İkinci qrupa daxil olanlar isə kömək və izahat olmalıdır tapşırığın öhdəsindən gələ bilməlidir Üçüncü qrupa aid edilənlər isə konkret tapşırıqlar və kömək alsalar da tapşırığa tənqidi surətdə yanaşa bilmirlər. Tədqiqat işinin sonunda şagirdlərdə təfəkkürün tənqidilik xüsusiyyətinin tərbiyə olunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyyə olunur:
a) şagirdlərin hər bir qanun və qaydaya aid özlərindən misal göstərmələrini tələb etmək; bir şagirdin gətirdiyi misalların uyğun olub olmadığmı digər şagirdlərə yoxlatdırmaq; daha münasib misal tapmağa şagirdləri təhrik etmək; b) onları həmişə dərsi öz sözləri ilə danışmağa, oradan lazrmi nəticələr çıxarmağa sövq etmək, hər bir şagirdin danışığına, onun çıxardığı nəticələrin düzgünlüyünə sinifın şagirdlərinin nəzarətinin təmin etmək; c) bəzi mətnləri keçdikdən sonra, onu şagirdlərin özlərinin bitmiş hissələrə ayrılmasma, hər hissəni məzmununa görə adlandırmalarına nail olmah və bir neçə şagirdin verdiyi adı oxutdurub ümumi sinfin müzakirəsinə verməli, beləliklə də kimin daha münasib ad seçdiyini müəyyənləşdirməli, həm də şagirdlərin bir-birinin fıkrinə tənqidi yanaşmasına nail olmalı; d) çalışmaq lazımdır ki, keçilən dərslərdə şagirdlər özləri müvafıq nəticələr çıxarsınlar. Bunun üçün müəllim dərsi izah edərkən hər şeyi hazır şəkildə şagirdlərə çatdırmağa səy etməməlidir.
Bu suallarm obyektiv və subyektiv əsasları var. Obyektiv səbəb tədqiqatm aparıdığı dövrlə, keç-miş SSRİ dövlətinin ideoloji mühiti ilə əlaqədar idi. Professor Ə.Ə.Əlizadə o dövrü belə xarakterizə edir: “Keçmiş SSRİ məkanmda, şəxsiyyətə pərəstiş şəraitində cəmiyyətdə öz-özünə antiintellektualizm ovqatı əmələ gəlmişdi. Ağıl milli mentalitet ölçüləri ilə deyil, birtərəfli ideoloji ölçülərlə qiymətləndirilirdi. Represiyanm amansız zərbələri də zamanın ağıllı adamlarına (və onların ailələrinə) tuşlanmışdı. Konformist düşüncə tərzi gündən günə genişlənirdi. Tənqidi və müstəqil düşüncə rəsmi ölçülərlə rəğbətləndirilmirdi “Tədqiqatm praktik nəticələrinin məktəb həyatma geniş planda tətbiq olunmamasmm digər səbəbini, biz müəllinilərin psixologiya elminin uğurlarından faydalana bilməmələri ilə əlaqödardır. Müəllimlərin psixologiya elmindən faydalana bilməməs inin başlıca səbəbini prof.Ə.Ə.Əlizadə pedaqoji sistemin məktəbdə yaratdığı antipsixoloji ənənəvi mühitlə əlaqələndirmişdir. Onun qənaətinə gorə, müəllimlər şagirdə obyekt kimi yanaşdıqlarma görə, onun psixologiyasının
öyrənmək. təlim tərbi-5 3 prosesində psixoloji qanunauyğunluqları sistemli nəzərə almaq üçün sadəcə olaraq zərurət hiss etməlidir. Ənənəvi didaktik sistem üçün güc üsulları sərfəli idi Uşaqlarda təfəkkürün inkişafı məsələlərini araşdıran sovet və xarici ölkə psixoloqlarmdan fərqli olaraq Ə.S.Bayramov, şagirdlərdə əqli keyfiyyətlərin, xüsusilə tənqidilik və müstəqilliyin genetik köklərinin təfəkkürün çoxsaylı fəaliyyətində axtarsa da, onlarm mahiyyətini daha çox şəxsiyyət baxımından təhlil etmişdir. Hesab etmək olar ki,istifadə olunan məsələnin daha çox şəxsiyyət və fəaiiyyət müstəvisində araşdırüması alınan nəticələrin elmi-nəzəri və praktik əhəmiyyətini daha da artırmışdır. Bəs görəsən belə bir ciddi əhəmiyyəti ilə seçilən, nəzəri və prak-tik effekti olan bu tədqiqat əsərinin nəticələri 70-ci illərdə respublika-mızm təhsil siyasətində, o cümlədən dərslik, proqram və dərs vəsaitlərinin tərtibi prosesində niyə nəzərə almmadı? Niyə müəllimlərdən şagirdlərin təfəkkürünü inkişaf etdirməyi ön plana çəkməyi tövsiyə etmədilər? Niyə şagirdlərdə təfəkkürün deyil, hafızənin inkişa-fmı əsas götürür, biliyin də qiymətləndirilməsində hafızəyə əsaslanırdılar? Halbuki, Ə.S.Bayramovun tədqiqatlan uşaqlarda təfəkkürün inkişafmı ön plana çəkməyi və buna nail olmağın psixoloji yolla və vasitələri də göstərilmişdir. Bəs onda niyə orta ümumtəhsil məktəblərində uşaqların ağlım deyil, hafızəsinin inkişaf etdirilməsinə “qayğı” göstərilib? Axı, insanı qiymətləndirərkən heç də onun hafızəsinə deyil, ağhna əhəmiyyət veririk. Niyə təlim-tərbiyə prosesində şagirdlərin təfəkkür keyfıyyətlərinin, ələxsus müstəqillik və tənqidiliyin inkişafma yardım edən psixoloji situasiya yaradılması müəllim və tərbiyəçilərdən tələb ounmayıb?
Professor Ə.S.Bayramovun, Azərbaycanda psixoloji flkrin inkişafmda ciddi elmi-nəzəri və praktik əhəmiyyət kəsb edən təfəkkür sahəsində apardığı tədqiqatlarmm uğurunu professor .Ə.Əhzadə belə izah edir: “Gənc alimin uğurlan nə ilə şərtlənirdi? Ə.S.Bayramov ilk növbədə səriştəli alim-psixoloq idi. O, elmi idrakm metadologiyası və metodikasına ətraflı bələd idi. Eksperiment nəzəriyyəsi və təcrübəsini isə mükəmməl öyrənmişdi. Ə.S.Bayramovun elmi naliyyətlərinin kökünü də məhz burada axtarmaq lazrmdrr. O, maraqlandığı çətin problerni öyrənmək üçün adek-vat tədqiqat metodikası işləmişdi. Həmin metodika “Nəzəriyyə. Eks-periment. Praktika” paradiqması-na istinad edirdi, sanballı nəzəri fıkrə əsaslanırdı, onun tətbiqi əhə-miyyəti də böyük idi”.
.
Beləliklə, Ə.S.Bayramovun şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri ilə bağlı apardığı tədqiqatlarm nəzəri və’ praktik effektlərindən ölkə miqyasında tətbiq olunmamasmın ən başlıca səbəbi sovet, kommunist ideologiyasının yaratdığı komformist düşüncə tərzi və avtoritar recimlə bağlı idi. Yəni, tədqiqatm sovet imperiyasmm ideologiyasma uyğun istiqamətdə olmaması, onun tələbləri ilə səsləşməməsi, onun geniş planda təbliği və tətbiqini çətinləşdirdi. Axı, müstəqil və tənqidi təfəkkür qabiliyyəti ilə seçilən bu günkü şagirdə, sabah avtoritar üsulla təsir göstərmək, ona rəhbərlik etmək, konformist davranış tələb etmək çox çətin olardı. Beləliliklə, professor Ə.S.Bayramovun təfəkkür sahəsində apardıgı tədqiqatlar Azərbaycan psixoloji fıkir tarixində təfəkkürün tənqidiliyi konsepsiyasmm formalaşmasında və təşəkkül etməsində böyük rol oynamışdır və tənqidilik keyfiyyətlərini nisbətən davamlı keyfiyyət hesab edir və onlarm təşəkkülünü mühüm intellektual bacarıq hesab edir. Odur ki, ikinci mərhələdə həyata keçirilən öyrədici eksperimentlər’həm də uşaqlarda müvafıq intellektual bacarıqlarının təşəkkül etdirilməsinə yönəlmişdir. Öyrədici eksperimentlər vasitəsilə sübut olundu ki, müstəqillik və tənqidilik keyfiyyətləri təlim-tərbiyədən asılıdır və müəyyən mənada sosial xarakter daşıyır.
2.2.Məktəb yaşli uşaqlarda eksperimentin aparilmasi
ÖZÜNƏ INAMINIZI ÖLÇÜN!
Aşağıdakı sualları “bəli” ya da “xeyr” şəklində cavablandırın.
1. İş ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə öz qabiliyyətinizdən şübhə edərsinizmi?
2. Böyük kütlələr başınızı qarışdırır ya da sizi qorxudurmu?
3. Hal-hazırda şkafınız köhnə paltarlarla doludur?
4. Özünüzə davamlı aynada baxarsınızmı?
5. Gedərkən ya dakimise gözləyərkən vucudunuzun duruşu dikdir?
6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?
7. Təhlükəsizlik qüvvətlərindən biri sizə yaxınlaşdığında ürəyiniz daha sürətli atmağa başlarmı?
8. Restoran, avtobus ya da prospektdəki tanımadığınız insanlar arasında sizə kiminsə diqqətlə baxdığını ya da sizə qəhqəhə çəkdiyini hiss edirsinizmi?
9. Tanımadığınız bir ölkəyə bilet qazansanız ya da sizə belə bir bilet verilsə ,tək getməkdən qorxarsınızmı?
10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüz?
11. Çox vaxt pis yuxular görürsünüz?
12. Bir problem olduqda çox vaxt onu öz özünüzə həll edərsinizmi?
13. Təcili vəziyyətlər- o “qara gün” üçün yığmış olduğunuz pulunuz varmı?
14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?
15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?
16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa, zərərə dözərək istifadə etməyi seçərsiniz?
17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?
18. İnsanlar çox vaxt sizden öyüd istəyirmi?
CAVABLAR VƏ BAL VERMƏ
Özünüzə hər doğru cavab üçün 2 bal verin
1. xeyr 2. xeyr 3. xeyr 4. xeyr 5. bəli
6. xeyr 7. xeyr 8. xeyr 9. xeyr 10. bəli
11. xeyr 12. bəli 13. bəli 14. bəli 15. bəli
16. xeyr 17. xeyr 18. bəli
BALINIZ
35-44 : özünə güvən baximindan probleminiz yoxdur. İnsanlar liderlik və ilham üçün sizə güvənirlər. Ehtimal ki, yenə də, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. sözün dogrusu, eqoizminiz çoxdur. Siz şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Goethe´nin ifadələriylə “İstənilən hər şeyi etmək üçün insan özünü olduğundan daha yaxşı görməlidir”
20-36 : özünə inam baximindan güclü və zəif tərəfləri olan bir insanı işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını qiymətləndirə bilər və istəsəniz onları düzəldə bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.
6-18 : Qorxaq və özünə güvənməyən, ətrafındakıların liderlik və rəhbərliyinə ehtiyac duyan biriniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Unutmatın ki, Öyrənmənin sehirli qapıları hər vaxt sonuna qədər açıqdır.
0-4 :Bu olduqca nadir rast gəlinən bir baldır ancaq bu aralığa düşsəniz, bu, məlumatlı bir adamdan – bəlkə bir psikiatr,doktor ya da bir din adamından kömək almalisinız mənasına gəlir. Ehtimal ki,Həyat sizin üçün qorxu və narahatlıq doludur.
NƏTİCƏ
Təfəkkür də şüur kimi ictimai-tarixi səciyyə daşıyır. Onun nəticələri insanların tarixi təcrübesində öz əksini tapır.çünki insan təfəkkürü ilk növbədə cisim və hadisələrin ümumi və mühüm əlametlərini, eləcə də qanuna uygun əlaqə və münasibətlərini əks etdirir. Insanlarda belə bir idrak fəaliyyeti nəticələri təfəkkürün formalarinda tətbiq olunur.
Təfəkkür məqsədəyönəlmiş idraq prosesidir. Adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür, qarşiya cıxan məsələni ,sual həll etməyə çalışır.
Fəaliyyətin hər bir növü: təlim, əmək, oyun muyyən sualin, məsələnin, vəzifənin həllini tələb edir. Təfəkkür bu tələblərin ödənilməsi, həmçinin hər bir fəaliyyətin planlaşdırılması və yerinə yetirilməsi zəruridir.
İşin strukturu Giriş, I fəsil, II fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
ƏDƏBİYYAT SİYAHISI
1. Ə. S. BAYRAMOV, Ə. Ə. ƏLİZADƏ, Psixologiya, Bakı-2006
2. M. HƏMZƏYEV, Yaş və pedagoji psixologiya, Bakı-2006
3.Ə. S. ƏLİZADƏ. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.
4. R. ƏLİYEV. Psixologiya tarixi. Bakı 2006

Baxış sayı: 1. 110
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Kurs işi
növbəti yazı
Kurs işi

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net