Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

K U R S İ Ş İ

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
K U R S İ Ş İ
Mövzu: Çətin yeniyetmələrin şəxsiyyətinin tədqiqi
Tələbə: Əliyeva Səmra İsmayıl qızı
Kurs: 3 Qrup:1558
Elmi rəhbər: dos. C.Təhmasib
BAKI – 2010
MÜNDƏRİCAT
Giriş .3
FƏSİL I. YENİYETMƏLİK YAŞ DÖVRÜNÜN PSİXOLOJİ XARAKTERİSTİKASI .4
1.1. Yeniyetmələrin psixoloji xarakteristikası .4
1.2. Yeniyetmələrin orqanizmində baş verən anotomik-fizioloji
dəyişikliklər 7
1.3. Yeniyetmə şəxsiyyətinin formalaşması xüsusiyyəti və yaşlılıq meylinin formalaşması 9
FƏSİL II. ÇƏTİN YENİYETMƏLƏR VƏ ONLARIN DAVRANIŞINA TƏSİR GÖSTƏRƏN SOSİAL PSİXOLOJİ AMİLLƏRİN TƏЩЛИЛИ 13
FƏSİL III . YENİYETMƏLƏRDƏ ÖZÜNÜDƏRKETMƏNİN PSİXOLOJİ TƏDQİQİ 19
3.1. Йенийетмялярдя юзцнцдяркетмянин експериментал тящлили 20
NƏTİCƏ 24
ƏDƏBİYYAT 25
G İ R İ Ş
Билдийимиз кими йенийетмялик йаш дюврц мцряккяб хцсусиййятляря вя тязащцрляря малик «бющранлы» йаш дюврцдцр. Еля бир тядгигатчыйа раст эялмязсян ки, йенийетмя давранышынын тязадлы хцсусиййятляриня тохунмасын. Бу йаш дюврцндя баш верян дяйишикликлярин, йени психоложи мязиййятлярин мейдана чыхмасынын мцхтялиф сябябляри вя щярякятвериъи гцввяляри вардыр. Йенийетмя шяхсиййятинин формалашмасы ягли интеллектуал инкишафын мцяййян щяддя чатмасы, яслиндя онун йеткинлийя гядям гоймасыдыр. Бу мярщялядя артыг онун шяхсиййят кими формалашмасы просеси эедир.
Uşaqlыqdan böyüklцyə keçiddə bir sıra zidiyyətli məqamlar ortaya çıxır. Bu yaş dövründə uşaqlыq özünün sonunu yaşayır və onlarda böyüklük hissi əmələ gəlir. Bu baxımdan həmin dövrə qədəm qoyan uşaqlarda yaşlanmaq hissinə meyl, özlərini böyüklərə oxşatmaq, böyükdə olan nüfuza, hüquqa malik olmaq üçün pis və yaxud yaxşılığından asılı olmayaraq onlarda olan vərdişləri özlərində aşılamağa olan meyl çox güclü olur. Bu dövrdə uşağı müxtəlif istiqamətdə əhatə edən sosial mühit (məktəb, getdiyi kurslar) o cümlədən ailəsinin təsiri yönləndirir. Bu yaşda xüsusən valideynə, nəzarətə, nəyin düzgün nəyin səhv olmasını izah edən qadağalara ehtiyac olur. Məhz elə bu dövrdə uşaqlara lazımi diqqət, nəzarət yetirilmədikdə tərbiyə düzgün edilmədikdə onlar təsəllini, diqqəti kənarda axtarır, yaxşı olmayan qrupa qoşulur nəticədə də assosial davranışa başlayır və çətin yeniyetməyə çevrilirlər.
Yaş psixologiyası sahəsində aparılan tədqiqatlardan elə birinə rast gəlmək olmaz ki, yeniyetmə davranışının təzadlı xüsusiyyətlərinə toxunmasın və onu psixoloji tədqiqatın obyektinə çevirməsin.
Bütün bu qeйd edilənlər bir daha onu sübut edir ki, tədqiqat obyekti kimi seçdiyimiz mövzu olduqca aktualdır və müasir dövrlə səsləşir.
Fəsil I. Yeniyetməlik yaş dövrünün psixoloji xarakteristikası
1.1 Yeniyetmələrin psixoloji xarakteristikası
Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaşadək müddəti, orta məktəbin beşinci səkkizinci sinif şagirdlərini əhatə edir. 10-13 yaşlı oğlan və qızlar adətən kiçik yeniyetmə, 13-15 yaşındakı isə böyük yeniyetmə adlandırırlar. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, bir il tez və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri иля nəzər diqqəti cəlb edir.
Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi psixi inkişafın müxtəlif mərhələsində “onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Bəs yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir?
Hər şeydən əvvəl, uşaq məktəbdə yeni şəraitə düşür, təlim materialı və dərsdə təlim işinin formaları mürəkkəbləşir, yeniyetmənin öz həmkarları və yaşlılarla ünsiyyəti, habelə məktəbdənkənar fəaliyyət növləri sahəsində əməli təcrübəsi xeyli genişlənir. Həmin şərait isə yeniyetmədə yaşlılarla münasibətində yeni mövqe tutmaq, hərəkətlərində daha çox müstəqillik və sərbəstlik, öz yaşıdları ilə ünsiyyətində müəyyən yeniliklər yaratmaq meylinin meydana gəlməsinə səbəb olur.
İkincisi, yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanları ilə müqayisədə xeyli irəli qaçır, yeniyetmə həyat tərzini heç də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır. Buna görə də yaşlılar bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meylini müəyyən qədər məhdudlaşdırmalı, digər tərəfdən isə onlarda yaşlılığa olan tələbatı durmadan inkişaf etdirməli, şagirdləri elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb etməlidirlər ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünütənzimetmə və özünənəzarət vərdişlərini formalaşdıra bilsin.
Üçüncüsü, yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək üçün zəruri olan senzitivlik, həssaslıq və yüksək qavrama fəaliyyəti kimi keyfiyyətlərə diqqəti cəlb edir. Yeniyetmə bu dövrdə təlim fəaliyyətinin bütün növlərini dərk etməyə, dərs zamanı müxtəlif iş formalarmı həyata keçirməyə hazır və qadir olur, məktəbdənkənar vaxtlarda öz idrak fəaliyyətini tənzim etmək imkanına yiyələnir. Yeniyetmə şəxsiyyətinin təəssüf doğuran cəhəti özünü onda bиruzə verir ki, o, hələ bu hazırlığı reallaşdırmağı bacarmır, sadəcə təlim fəaliyyətinin yeni formalarının icra tərzlərinə yiyələnmiş olur. Şagirdi bu tərzlərə yiyələndirmək, onlara dərin maraq doğurmaq müəllimin qarşısında duran ən ümdə vəzifələrdəndir.
Burada müəllim belə bir çətinliklə də rastlaşır, bütün qeyd olunan xüsusiyyətlər davamsız xarakter daşıyır, hələ formalaşma və yaranma mərhələsində olur, bu isə həm kiçik yeniyetməlik, həm də böyük yeniyetməlik yaşlarında təlim və tərbiyənin müxtəlif üsul və tərzlərini həyata keçirməyi tələb edir.
Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü” (uşaqlıqdan gəncliyə) “çətin dövr” (müəllim və valideynlər üçün), “dönüş dövrü” və “böhran dövrü” də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır: uşaq öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf sürətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Əgər dördüncü sinif şagirdi ilə, səkkizinci sinif şagirdini müqayisə etsək, görərik ki, bu qısa müddət ərzində uşaq fiziki, əqli, əxlaqi və ictimai-sosial baxımdan nə qədər yaşlanmış olur. Əlbəttə, bu yaşlanma hələ tam və əsl xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur. Lakin burada bir cəhətə fikir vermək lazım gəlir: yaşlılığın meydana gələn ilk zəminləri həm yaxşı həm də pis ola bilər. Odur ki, valideyn, tərbiyəçi və müəllimlər yaxşı cəhətləri təqdir, pisləri isə vaxtlı-vaxtında təshih etməyə çalışmalıdırlar.
Yaşlılaşma öz mahiyyəti etibarı ilə bir çox şərtlərdən asılı olduğundan və müxtəlif vaxtlarda həyata keçirildiyindən o, eyni yaşlı yeniyetmələrdə heç də həmişə eyni anda baş vermir. Onların bəziləri tez, digərləri yavaş-yavaş, başqaları bir neçə istiqamətdə, bəziləri isə birtərəfli yaşlılaşmağa başlayır. Odur ki, müasir məktəblilərin həyatında əsasən iki anı fərqləndirirlər.
1. Yaşlılaşmanın inkişafынı ləngidənlər: buraya uşağın dərsdən başqa heç bir işlə məşğul olmaması, valideynlərin hər bir sahədə uşağa himayədarlıq göstərməsi, onu məişət əməyindən, müəyyən qayğılardan uzaqlaşdırmaları aid edilir.
2. Yaşlılaşdırma məqamları:buraya isə müxtəlif məzmunlu zəngin informasiya axını, valideynlərdən çoxunun müəyyən işlərdə çalışması сayəsində uşaqlarda təzahür edən erkən müstəqillik, yoldaşları ilə ünsiyyətin intensiv inkişafı, fiziki inkişafın və cinsi yetişkənliyin akselerasiyası daxildir. Bütün bu göstərilənlər uşaq həyatı və tərbiyəsinin müxtəlif xüsusiyyəti ilə birləşərək yaşlılaşmanın müxtəlif surət və istiqamətdə inkişafını şərtləndirir. Yeniyetmələrin bir çoxu özlərini xarici görkəmləri ilə yaşlıları təqlidə digərləri isə öz rəftar və davranışları ilə “kişi kimi” hərəkət etməyə, onlara oxşamağa səy göstərirlər. Onların hər birində müxtəlif həyati əhəmiyyət kəsb edən mövqelər formalaşmağa başlayır; biri üçün ən qiymətli olan şey, başqasından ötrü ən qiymətsiz şeyə çevrilir.
Bəs, nə üçün bu dövr yaş psixologiyasında başqa cür deyil, məhz yeniyetməlik dövrü adlanır?
Ona görə ki, həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişmələr, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçma və bu kimi keyfiyyətlər meydana gəlir, uşağı cəzalandırmaq qətiyyən səmərə vermir, valideyn uşaqla “ümumi dil” tapmağa çətinlik çəkir. Yeniyetmə get gedə valideynlərdən “uzaqlaşır” , öz qapalı şəxsi həyatını yaşamağa başlayır. Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrdür. Bu dövrdə yeniyetmə başqalarının təsirindən daim uzaqlaşmağa cəhd göstərir, qapalılığa daha çox meyl edir, canlı adamlarla ünsiyyətdə olmaqdansa kitablara, mütaliəйя, seriallara daha çox üstünlük verir.
Yeniyetmə həm valideynlər həm müəllimlər həm də özü üçün ən çətin obyektə çevrilir.
Bu yaş dövründə uşağın anatomik – fizioloji və psixi inkişafında, iradi- emosional və əqli həyatında nəzərə çarpan ciddi dəyişikliklər baş verir və yetkinliyin üç səviyyəsi özünü göstərir: cinsi, psixoloji və sosial yetkinlik. Yeniyetmənin şəxsiyyət mənasında formalaşması üçün yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi vəhdətdə, birlikdə inkişaf etməlidir.
Görəsən bu keyfiyyətlərin səviyyəsinin təzahür və təşəkkülü hansı amillərlə uşağın fiziki inkişafı, yoxsa həyatda tutduğu ictimai, sosial mövqeyi ilə əlaqədardır? Bu haqda yaş psixologiyasında inkişafın bioloji, sosioloji və psixoloji nəzəriyyələri arasında mübahisə bu gün də davam etməkdədir.
1.2. Yeniyetmələrin orqanizmində baş verən
anotomik-fizioloji dəyişikliklər
Yeniyetmənin fizioloji inkişaf xüsusiyyətini nəzərə almadan onun tərbiyəsini, böyüklərlə qarşılıqlı münasibətini tənzim etmək və həyata keçirmək imkan xaricindədir. Doğrudur bu fikri bütün yaş dövrlərinə şamil etmək olar lakin yeniyetməlik dövründə boyun sürətlə inkişafı, orqanizmdə gedən maddələr mübadiləsinin yüksəlməsi, daxili sekresiya vəziləri fəaliyyətinin kəskin surətdə güclənməsi və cinsi yetişkənliyin baş verməsi ilə xarakterizə olunur. Məhz buna görə də yeniyetmənin orqanizmində baş verən fizioloji proseslərin mahiyyəti ilə yaxından tanış olduqdan sonra onun təlim və tərbiyəsini lazımi istiqamətdə tənzim və idarə etmək mümkündür.
Yeniyetməlik dövründə nəzərə çarpan ən mühüm cəhətlərdən biri fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir. Uşaq orqanizmində bu hadisənin yaranması bir çox hallarda iqlim şəraitindən bəzi milli etnoqrafik amillərdən bəzən də orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Cinsi yetişkənlik qızlarda əsasən 11-13 yaşda oğlanlarda isə 13-15 yaşda daha intensiv inkişafa başlayır Cinsi yetişkənlik dövründə oğlan və qızlarda əsasən ikinci cinsi əlamətlər tədricən əmələ gəlir. Uşaqların zahiri görünüşü də dəyişir, qızlarda döş vəziləri inkişaf edir, oğlanların səsi kobudlaşır əzələ qüvvəsi artır.
Yeniyetmənin fiziki inkişafına akselerasiya hadisəsi də öz möhürünü basır. Аparılan tədqiqatlardan məlum olub ki, son əlli ildə yeniyetmələrin boyu 10 sm, çəkisi 10 kq, döş qəfəsinin çevrəsi 5 sm artmışdır.
Cinsi yetişkənliklə əlaqədar yeniyetmələrin bədən çəkisində də ciddi dəyişikliklər baş verir: 14-15 yaşda qızların çəkisi il ərzində 4-8, oğlanların isə 7-8 kq artır.
İndiyənədək deyilənlərə yekun vuraraq göstərməliyik ki, əvvəla, eyni bir xronoloji yaşda olan yeniyetmə orqanizminin fizioloji yetkinlik dərəcəsi tamamilə müxtəlif cür ola bilər və bununla əlaqədar da cinsi yetişkənlik həm ayrı – ayrı vaxtlarda başlaya, həm də sürətlə davam edə bilər.
İkincisi, cinsi yetişkənliyin müxtəlif əlamətləri də ayrı–ayrı yeniyetmələrdə cürbəcür olur. Deyək ki, birində əvvala bədənin sürətli inkişafı nəzərə çarpır, cinsi əlamətlər isə müşahidə olunmur.
Üçüncüsü, cinsi yetişkənliyin ayrı-ayrı əlamətlərinin çoxluğuna baxmayaraq, ayrıca götürülmüş bir əlamət tam cinsi yetişkənlik haqqında düzgün fikir söyləməyə imkan vermir.
1.3. Yeniyetmə şəxsiyyətinin formalaşması xüsusiyyəti və yaşlılıq meylinin formalaşması
Yeniyetməlik dövründə şəxsiyyət kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət, əsaslı dəyişikliklərə uğrayır. Belə ki bu yaşda onlar “kiçik” uşaqdan böyük “uşağa” çevrilir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarlarında əvvəlki yaş dövründə müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır.
Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərin biri uşağın özünüdərketməsinin inkişafında keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Məhz buna görə də yeniyetmə özünü artıq heç də uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki, ətrafdakı adamlar ona kiçik uşaq kimi deyil, böyük adam kimi yanaşsınlar. Psixoloji ədəbiyyatda yeniyetmənin özünü dərk etməsindən baş verən bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar. Uşaq şəxsiyyətində bu cür psixoloji struktura malik törəmənin əmələ gəlməsini, adətən, yeniyetməlik dövrü başlanğıcının psixoloji meyarı hesab edirlər.
Yaşlılıq hissinin yaranmasında uşağın iştirak etdiyi müxtəlif yaşlı uşaqlardan ibarət qeyri-formal qrupun da müəyyən rolu vardır. Belə ki, burada bu və ya digər münasibətlərin, yaxud məşğələlərin həyata keçirilməsində nisbətən yaşlı uşaqlar aparıcı qüvvəyə malik olur. Belə bir cəhəti də qeyd etmək lazım gəlir ki, uşaqlar yaş məsələsinə, hətta özlərindən bircə yaş böyük olanlara da çox həssaslıqla yanaşırlar. Uşaq özündən bir-iki yaş böyük olanı da yaşlı hesab edir. Uşaq özündən böyüklərlə bir qrupda olduğu şəraitdə, onlarla birgə oynadıqda, söhbət etdikdə, yaxud hər hansı bir işi icra etdikdə, ələlxüsus yaşlılar uşaqlarla hesablaşdıqda bu, onları xeyli yaşlılaşdırır. Bu vaxt uşağın yaşlılaşması həm obyektiv həm də subyektiv planda həyata keçir. Yaşlıların uşağa özləri kimi münasibət bəsləməsi yeniyetməni təhrik edir ki, o, yaşlıların səviyyəsinə yüksəlsin və heç bir sahədə onlardan geri qalmasın.
Yeniyetmədə əmələ gələn xüsusi yaşlılaşma hissi şəxsiyyətin strukturunda nəzərə çarpan ən başlıca psixoloji törəmə olub yeniyetmənin adamlara, ətraf aləmə olan həyat mövqeyini ifadə edir; xüsusi sosial fəallığın, meyl və təəssüratlar sisteminin istiqamət və məzmununu müəyyənləşdirir. Yeniyetmənin sosial fəallığı yaşlılar aləmi və onların münasibətlərində mövcud olan davranış tərzləri, tələbləri və normalarının mənimsənilməsini yüksək surətdə dərk etmək qabiliyyətində özünü göstərir.
Yeniyetmənin yaşlılarla qarşılıqlı münasibətləri: Yeniyetmələrdə yaşlılıq hissinin meydana gəlməsi onun yaşlılarla olan münasibətində də müəyyən dəyişikliklərin təzahürünə səbəb olur. Yeniyetmənin təsəvvüründə yaşlı adam elə bir varlıqdır ki, o, müstəqil düşünür, hərəkət edir, müxtəlif qadağa, nəzarət,
məhrumiyyətlərdən azaddır. Özünü artıq uşaq hesab etməyən yeniyetmə belə arzu edir ki, ona da yaşlılara olduğu kimi münasibət bəslənsin.
Yeniyetmə nəinki bu və ya digər məhdudiyyətə öz etirazını bildirir, eyni zamanda o, müxtəlif məsələlərin həllində öz müstəqilliyini bərqərar etməyə çalışır: nə qədər, nə vaxt , harada, kiminlə gəzmək, dərsləri nə vaxt hazırlamaq, nə oxumaq və s.
Yeniyetmə gözləyir ki, yaşlılar onu başa düşəcək, ona qarşı əvvəlki münasibət formasını dəyişəcək, ona etimad göstərəcək, şəxsi ləyaqət hissinə çox böyük həssaslıqla yanaşacaqlar. Bu vaxt yeniyetməlik yaş dövrü üçün səciyyəvi olan yeni bir problem-bərabərhüquqlular problemi, yaxud şəxsi münasibətlərdə yaşlı və yaxud yeniyetmənin hüquq problemi meydana çıxır. Təlim və tərbiyə prosesində lazımi müvəffəqiyyət qazanmaq bu işdən çox asılıdır.
Yeni tipli qarşılıqlı münasibətlərlə əlaqədar qeyd etməliyik ki, bu cür davranış formasının ilk təşəbbüskarı yaşlılar olmalıdır. Belə olduqda valideynlərlə müəllimlər həm uşaqlarla yeni münasibətlərə həm də onlarda yaşlılığın inkişafına rəhbərlik və nəzarət etmək imkanına yiyələnirlər. Əgər yaşlılar uşağa köhnə münasibəti dəyişdirmirsə , hadisələrin sonrakı gedişində bilavasitə yeniyetmənin özü münasibətlərin yeni tipdə olmasına cəhd göstərir.
Özünüqiymətləndirmənin formalaşması və mənlik şüurunun inkişafı: Kiçik məktəb yaş dövründən fərqli olaraq, yeniyetməlik dövründə yaşlılıq hissinin meydana gəlməsi uşaqların özünüqiymətləndirməsinə də əsaslı təsir göstərir. İndi yeniyetmə əvvəlki kimi öz həyatına passiv münasibət bəsləmir. Kiçik məktəblidən fərqli olaraq, yeniyetmələrdə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yaranır. Bu cür özünəyönəlmiş maraqların təsiri altında yeniyetmələrdə özünüqiymətləndirmə tələbatı, özünü, öz imkan və bacarıqlarını başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Çox vaxt ilk dövrlər yeniyetmənin özünüqiymətləndirməsi faktik imkanlarına, kollektivdəki real mövqeyinə uyğun gəlməsə də bunun sayəsində o, bir növ üçün, öz “mən”ini kəşf edir. Bu isə uşağın sonrakı həyat və fəaliyyəti üçün zəruri əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, gerçəkliyin onu əhatə edən cism və hadisələrinə münasibətinə, yaşlılarla, yoldaşları, şagird kollektivi üzvləri ilə qarşılıqlı münasibətlərinə əsaslı təsir bağışlayır.
Yaşlılaşmanın inkişafı və istiqamətləri haqqında: Yaşlılaşmanın inkişafı yeniyetmənin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Yeniyetmələrdə yaşlılığın inkişafı müxtəlif istiqamətlərdə və müxtəlif cür baş verə bilər. Bu və ya başqa cür nümunəyə oxşamaq formalaşmaqda olan yeniyetmə şəxsiyyətinin əsas həyat istiqamətini və məzmununu ifadə edir. Ona görə də yeniyetmələrin çoxunun yaşlılığa meyli, hər şeydən əvvəl, özünü öz gözündə və başqaların nəzərində yaşlı kimi göstərmək şövqündən irəli gəlir. Yeniyetmə belə düşünür ki, o, zahirən yaşlılara oxşasa, həm də müəyyən hüquqlara, üstünlüklərə yiyələnəcəkdir. Yeniyetməyə görə yaşlı kişi və yaxud qadının xarici əlamətini mənimsəmək sanki yaşlılar aləminə qovuşmaq, hamıya, hər kəsə öz yaşlılığını göstərmək, təqdir etmək deməkdir. Məsələn: papiros çəkən yeniyetmə oğlan düşünür ki, o, özünün və ətrafdakıların nəzərində guya artıq böyük kişidir, yaxud kosmetikadan istifadə edən qız özünü daha yaşlı qadınlar kimi aparmağa meyllənir.
Bu yaş dövründə uşaqlar çox vaxt özləri tutduqları planı yerinə yetirməklə çətinlik çəkirlər; bu isə onlarda özünəinam hissini itirir, zəruri keyfiyyət qazanmağa maneçilik törədir. Burada yaşlılar yeniyetməni müntəzəm sürətdə müstəqilliyə alışdırmalı, onda öz qüvvəsinə inam hissi yaratmalıdırlar. Valideyn və müəllimlər çalışmalıdırlar ki, yeniyetmə oğlanlarda əsl insani keyfiyyətlər haqda düzgün təsəvvür yaransın.
Yeniyetmənin yoldaşları ilə ünsiyyət: Yeniyetməlik dövründə nəzərə çarpan mühüm xüsusiyyətlərdən biri də uşağın ünsiyyət fəaliyyətinin genişlənməsi, yoldaşları, həmyaşıdları ilə daha çox qarşılıqlı münasibətə səy göstərməsidir. Ünsiyyət fəaliyyəti prosesində yeniyetmə ictimai əxlaqi münasibət formalarını mənimsəyir, müəyyən məsələlər ətrafında yaşlılar və həmyaşıdları ilə fikir mübadiləsi edir, dövrü yeniliklərə, ünsiyyət tələbatı ilə əlaqəli olan müəyyən qrup və dəstələrdə birləşir, hətta asudə vaxtının 80 faizini həmin dəstə və qruplarda keçirirlər.
Yeniyetmənin yoldaşları ilə ünsiyyəti getdikcə genişlənir və möhkəmlənir. Lakin ünsiyyətin pozulması halları baş verdikdə bu, yeniyetməyə böyük sarsıntı gətirir, eyni zamanda yoldaşlarının ona soyuq münasibəti onun üçün ən ağır və dözülməz cəzaya çevrilir. Bu münasibət uzun müddət davam etdikdə təbiətcə ictimaiyyətçi olan yeniyetmə məktəbdənkənar özünə dəstə və yaxud yoldaş axtarır, müxtəlif küçə qruplarına qoşulur və bəzən onda qeyri-əxlaqi, təcavüzkar əlamətlər formalaşır, eqoizm, lovğalıq kimi xüsusiyyətlər meydana gəlir. Bu da yeniyetmənin bütöv bir şəxsiyyət kimi təşəkkülünə maneçilik törədir.
Deyilənlərdən göründüyü kimi, yeniyetməlik dövründə yoldaşlarla ünsiyyət yeniyetmənin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır.
Fəsil II. Çətin yeniyetmələr və onların davranışına təsir göstərən sosial psixoloj amillərin təщлили
Yeniyetməlik dövründə bioloji amilin cinsi yetişkənliyin üstün rolu haqqında nəzəriyyələrin yaranması XX əsrin iyirminci illərinə təsadüf edir. Biogenetik universalizmin baniləri sayılan amerikan psixoloqu Stenli Xoll və Avstraliya psixiatrı Ziqmund Freydə görə yeniyetməlik yaşı, ilk növbədə bioloji amillərlə, o cümlədən cinsi yetişkənliklə şərtlənir.
Stenli Xoll passiv pedaqogika tərəfdarı idi: o belə hesab edirdi ki, yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, yenidən tərbiyə etmək məqsədyönlü deyil, tamamilə faydasızdır. Onun fikrincə təbiətin verdiyini dəyişmək olmaz. Lakin elə həmin dövrdə aparılmış bir sıra tədqiqatlarla sübut edildi ki, şəxsiyyətin təşəkkülü heç də təkcə bioloji deyil, sosioloji, psixoloji amillərdən də asılıdır.
Bioloji amillərə üstünlük verən, biogenetik nəzəriyyənin təməlini təşkil edən bu nəzəriyyəyə ilk dəfə A.S.Makarenkonun çətin tərbiyə olunan yeniyetmələr üzərində apardığı tədqiqatlarla təsbit olunur.
Biogenetik nəzəriyyəyə ikinci zərbəni amerikan etnoqraflarının apardığı tədqiqat vurdu.
Amerikan etnoqrafı Marqaret Mid insan şəxsiyyətinin formalaşmasına mühit və ictimai tarixi şəraitin təsirini müəyyənləşdirmək məqsədi ilə Samoa adasında yaşayan yeniyetmələr üzərində tədqiqat aparmış və aşkar etmişdir ki, qız və oğlanlarda yeniyetməlik dövrünün böhranı heç də bioloji amillərdə deyil, sosioloji amillərdə şərtlənir.
Mid eyni zamanda müəyyən etmişdir ki, həmin adanın oğlan və qızları uşaqlıqdan yeniyetməlik dövrünə, böyük yaşa ziddiyyətsiz, konfliktsiz keçir. Özü də bu dövr yeniyetmənin inkişafında demək olar ki, ən sərbəst dövr hesab olunur. Ancaq qızların yetişkənliyi onları yaşlı adam kimi səciyyələndirən bir göstərici olub bir növ kəbin mərasiminə hazırlığı bildirir. Digər tərəfdən isə bu fizioloji hadisədən sonra qızın yaşlılar arasında hüquq və vəzifə dairəsi xeyli genişlənir, ona yeni tələblər və hüquqlar verilir. Etnoqrafların tədqiqatları ilə belə bir fakt da təsbit olundu ki, əvvəla yeniyetməlik dövrünün müddəti sonra bu vaxt müəyyən böhran, ziddiyyət və ya konfliktlərin mövcudluğu, yaxud olmaması daha sonra isə uşaqlıqdan yaşlılığa keçidin özü belə uşaq həyatının konkret şərtləri ilə müəyyən edilir.
Bununla Z.Freydin irəli sürdüyü “ediplər kompleksi” haqqındakı nəzəriyyə də iflasa uğradı: çünki insanda təbii olanlar sosial olanlara qarşı qoyula bilmə ona görə ki, təbii olanın özü elə sosial olan deməkdir.
Antropoloq Rus Bentikt uşaqlıqdan yaşlılığa keçidin, daha doğrusu yeniyetməlik tipinə keçidin iki tipini göstərir.
1. Fasiləsiz keçid
2. Uşağın əvvəllər uşaqlıq dövründə öyrəndikləri ilə böyük rolunu həyata keçirmək üçün lazım olan davranış tərzləri və təsəvvürləri arasında uyğunsuzluğun, uçurumun olduğu keçid.
Birinci növ keçiddə uşaq və yaşlıya verilən tələblər qismən uyğun gəlir, bu zaman uşaq böyüklərin davranışı və tələb normalarmı tədricən mənimsəyir və böyük yaşlı statusunu yerinə yetirə bilir.
İkinci tipli keçiddə isə uşaq və böyüklərə verilən tələblərdə müəyyən uyğunsuzluq, ayrılıq, keçilməzlik olur. R.Benedikt və M.Mid bu keçid tələblərini sənaye cəhətdən yüksək inkişaf etmiş ölkələrə, cəmiyyətə aid edir və burada uşaqlıqdan yaşlılığa keçiddə müəyyən çətinliklərin olduğunu göstərir; nəticədə uşaq formal yetkinliyə malik olsa da , o, yaşlı statusunu yerinə yetirə bilmir.
Antropoloqlar yeniyetməlik yaşını uşağın cəmiyyətdə müəyyən mövqe tutmağa doğru getdiyi yol, başqa sözlə desək, bir növ cəmiyyətə daxil olma dövrü hesab edirlər. Bu ideyanı xüsusilə inkişaf etdirən K.Levin göstərir ki, cəmiyyətə nüfuz edən yeniyetmədə uşaqlıq dövrünə məxsus olmayan bir üstünlüklər əmələ gəlir. Lakin bu üstünlük uşaqlara yaşlılıq arasında müəyyən sədd çəkdiyindən və yeniyetmə uşaq qrupu ilə yaşlı qrup arasında qaldığından onun inkişafında hər cür ziddiyyət və böhran baş verir. D.Koulmen bu ideyanı bir qədər inkişaf etdirərək göstərir ki, yaşlılar cəmiyyətində yeniyetmələrin özünəməxsus cəmiyyəti mövcuddur.
L.S.Vqotski böhran probleminə tamam başqa cür və orijinal yanaşıb göstərir ki, yaş böhranlarını öyrənərkən iki cəhətə daha çox fikir vermək lazımdır. Əvvəl şüurda baş verən əsas dəyişiklikləri fərqləndirmək, ikincisi isə, hər yaşda uşaqla mühit arasında təkrarolunmaz münasibətlər sistemini təmsil edən inkişafın sosial şəraitini müəyyənləşdirmək lazımdır. Beləliklə yeniyetmə dövrünün böhranları ictimai həyatın ona verdiyi konkret sosioloji tələbatı ödəyərkən, yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatlarla bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir.
Müşahidə və tədqiqatlar göstərir ki, çox təhlükəli cinayətkarların əksəriyyəti cinayətə erkən yaşlarından qoşulmuş şəxslərdir. Bu baxımdan uşaqları cinayətkarlığa təhrik edən subyektiv psixoloji səbəblərin öyrənilməsi və uşaqlar arasında cinayətin profilaktikası xüsusi əhəmiyyət kəsb edir. Psixoloji mahiyyətinə görə uşaqlarla böyüklərin cinayəti arasında xeyli fərq vardır. Bu fərq birinci növbədə cinayətin motivinə aiddir. Adətən yeniyetmələrin törətdiyi cinayətlərdə bir çox hallarda mənfəət motivi nəzərə çarpmır. Onlar bəzən şıltaqlıq və yaxud öz nüfuzlarını yaşca böyük cinayətkarların gözündə qaldırmaq xatirinə, yaxud özlərinin spirtli içkilərə, narkotik maddələrə və s tələbatını ödəmək naminə cinayət işlədirlər.
Yeniyetmələrin cinayət işləməsinin iki başlıca səbəbi vardır.
Birincisi. Yeniyetmənin şəxsi keyfiyyətindən irəli gələn səbəbdir.
İkincisi, Xarici mühitin mənfi təsiri ilə əlaqədardır. Müşahidə və tədqiqatlar göstərir ki, çətin uşaqlar cinayətə daha çox meyllidirlər. Qanunpozan çətin uşaqlarda aşağıdakı ümumi cəhətlər nəzərə çarpır.
1. Bu uşaqların həm ümumi həm də idrak maraqları aşağı səviyyədədir.
2. Onların şəxsiyyətinin təşəkkülünə, həyat ideallarının formalaşmasına təcrübəli yaşlı cinayətkarların böyük təsiri olmuşdur.
3. Çətin uşaqların şəxsi keyfiyyətləri içərisində
a) tənbəllik
b) iradəsizlik
c) məsuliyyətsizlik
d) konformizm-başqalarının təsirinə asanlıqla qapılma və ya təqlidə meyl
e) aqressivik və s kimi mənfi xüsusiyyətlər üstünlük təşkil edir.
Çətin uşağa xas olan əlamətlərin formalaşmasına mənfi ailə şəraiti də qüvvətli təsir göstərir, heç də təsadüfi deyil ki, çətin uşaqların çoxu çətin ailələrdə yəni tərbiyəsiz, əxlaqsız, cinayətə yol verən ailələrdə böyüyən uşaqlardır. Bu cəhətdən aşağıdakı misal çox səciyyəvidir. Ailə iki nəfərdən: 14 yaşlı oğuldan və ərindən ayrılmış anadan ibarətdir. Ana restoranda ofisiant işləyir. Bəzən hətta gecələri evdə olmur, oğluna lazımi nəzarəti yetirə bilmir. O, hər gün oğluna 5 manatdan 10 manatadək cib xərcliyi verir. Evdə başsız, nəzarətsiz qalan oğul, verilən puldan özünə yeniyetmə qızlardan bir “köməkçi” və oğlanlardan isə xüsusi “mühafizəçi” tutur. Tez-tez evdə eyş-işrət, spirtli içkilərlə qonaqlıq, şənlik düzəldir. Getdikcə şənlənmələrinin, dostlarının sayı artır, daha çox pul tələb olunur. Oğlan və yoldaşları cinayət yolu ilə külli miqdarda pul əldə etmək fikrinə düşürlər. Beləliklə tədricən cinayətə qoşulurlar.
Deməli çətin yeniyetmələrin şəxsiyyətinin formalaşmasına ailə şəraiti güclü təsir göstərir. Müşahidəçilər göstərir ki, əksər hallarda çətin uşaqların ailələrində normal əxlaqi mühit olmur və nəticədə onlara mənfi keyfiyyətlər aşılanır. Belə mühitdə böyüyən uşaqlar eqoist tərbiyə olunur, yalnız öz xeyirlərini güdürlər. Valideynlərdən birinin olmaması ya da ailə başçılarının pozğun həyat sürməsi, pedaqoji tələblərə riayət etməməsi ailədə böyüyən uşaqların tərbiyəsini pozur.
Çətin uşaqları səciyyələndirən xüsusiyyətlərdən biri də onların dərsə, təlimə mənfi münasibətidir. Başqa uşaqlardan fərqli olaraq idrak motivi, elm bilik qazanmaq motivi yoxdur. Onlarda məcburiyyət motivi üstünlük təşkil edir. Buradan da neqavitizm, özünü igid kimi göstərmək, qoçuluq etmək cəhdi meydana çıxır. Çətin uşaqların çoxu özünə şagird və məktəb kollektivində yer tapa bilmir, özünü təlimdə müvəffəqiyyət qazanmaq yolu ilə təsdiq edə bilmir. Nəticədə kollektiv tərəfindən bəyənilməyən, təcrid olunan uşaqlar məktəbdən, sinifdən kənarda özü üçün qrup axtarıb tapır. Bu qruplar isə kortəbii şəkildə yaranmış küçə qruplarıdır.
Qanunpozan çətin uşaqlar özlərini məktəbə, kollektivə qarşı qoyurlar. Onların maraqları, qeyri sağlam məqsədləri cəmiyyət üçün təhlükəlidir.
Bəzi hallarda ayrı-ayrı uşaqlarda cəmiyyətə zidd davranış formaları sinir sisteminin üzvi qüsurlarından irəli gəlir. Bu qüsurlar özünü uşağın kəmağıllığında, ona xas olan psixopatik əlamətlərdə büruzə verir. Sinir sistemi qüsurlu olan belə uşaqlar tez təsir altına düşürlər, ağılın zəifliyindən düşdükləri mürəkkəb şəraiti və ya məqsədlərinə nail olmaq üçün seçdikləri vasitələri düzgün qiymətləndirmədikdə öz hərəkətlərinə kifayət dərəcədə tənqidi münasibət bəsləyə, başqasının və özünün hərəkətinin mənasını dərindən dərk edə, hadisələrin gözlə görünməyən, bilavasitə əks olunmayan əlaqə və münasibətlərini başa düşə bilmirlər.
Törətdiyi cinayət münasibətinə görə onları 4 qrupa bölürlər:
1. Birinci qrupa qanunpozan yeniyetmələrin təqribən 25-35 faizi aiddir. Bu qrupa aid qanunpozanlarda cinayət bir növ təsadüfi xarakter daşıyır çünki cinayətkarların şəxsiyyəti ilə əlaqəli deyildir. Törətdiyi cinayət həddi buluğa çatmamış yeniyetmənin şəxsiyyətinin istiqamətinə ziddir və bu baxımdan təsadüfi səciyyə daşıyır.
2. Bu qrupa qanunpozan yeniyetmələrin 25-30 faizi aiddir. Bu qrupa aid olan qanun pozanların şəxsiyyəti öz qeyri stabilliyi ilə fərqlənir. Belə yeniyetmələr müvafiq şərait yarandıqda cinayətə meyl göstərirlər.
3. Bu qrupa qanunpozan yeniyetmələrin 30-40 faizi aiddir. Bu qrupda olan yeniyetmələrin cinayətkar davranışı onların şəxsiyyətinin ümumi mənfi istiqaməti ilə sıx surətdə əlaqəlidir, daha doğrusu desək onun içərisindədir.
4. Bu qrupa qanunpozan yeniyetmələrin 10-15 faizi aiddir. Bu yeniyetmələr cinayətkar fəaliyyət göstərmək və cinayət törətmək üçün bəhanə və şərait lazımdır.
Fəsil III. Yeniyetmələrdə özünüdərketmənin psixoloji tədqiqi
Əvvəlki fəsillərdə yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji mahiyyətini, xüsusiyyətlərini, həmçinin özünüdərketmənin formalaşmasına təsir göstərən amillərin tədqiqindən bir azda olsa bəhs etdik. Öyrəndiyimiz problemə müstəqil mövqe bildirmək üçün ilk növbədə nəzəri planda qarşıya qoyulmuş bir sıra məsələlərin eksperimental şəkildə tədqiqi vacibdir.
Məlumdur ki, özünüdərketmə prosesi, hər şeydən əvvəl, özünütanıma, özünüqiymətləndirmə və özünəmünasibət prosesidir. Problem əksər tədqiqatlarda öz əksini məhz bu prizmadan tapmışdır. Deməli, özünüdərketmənin eksperimental şəkildə öyrənilməsi üçün onun struktur elementləri tədqiq olunmalıdır. Digər tərəfdən isə özünüdərketmənin hərtərəfli öyrənilməsi üçün vasitəli metodlar yoxdur.
Yeniyetmələrdə özünüdərketmənin inkişaf dinamikasını öyrənərkən, ilk növbədə, aşağıdakı prinsiplərə əməl olunmalıdır:
1. Seçilmiş metodikalar yetkinlik yaş dövrü üçün nəzərdə tutulmalıdır.
2. Bu metodikalar bir-birini tamamlamalıdir.
3. Nəzərdə tutulmuş metodika və anketlər eyni vaxtda keçirilməlidir.
4. Tədqiq olunanlara, onların fikir və mülahizələrinin gizli saxlanılmasına təminat verilməlidir.
5. Seçilmiş metodikalarda yaşa uyğun olaraq müəyyən dəyişilmələr aparılmalı, onun asan və başa düşülən olması təmin edilməlidir.
Tədqiqatda aşağıdakı metodikalardan istifadə edilməsini məqsədəuyğun hesab etmişik:
1. Özünəhörmət şkalası.
2. Özünüqiymətləndirmə şkalası.
3. Dembo-Rubinşteyn metodu.
4. Mən kiməm özünütəsvir metodikası.
3.1 Йенийетмялярдя юзцнцдяркетмянин експериментал-психоложи тядгиги
Йенийетмялярдя юзцнцдяркетмянин инкишафыны вя сявиййялярини юйрянмяк цчцн билаваситя онун тяркиб елементлярини (юзцнцгиймятляндирмя, юзцнятянгид, юзцнящюрмят, юзцнямцнасибят вя с.) тядгигат обйектиня чевирмишик.
Методиканын нятиъяляринин айры-айрылыгда шярщи мягсядя мцвафиг щесаб едилмиш, цмуми нятиъяляр ися мцгайися едилмишдир. Нятиъялярин ишлянмясиндя кямиййят вя кейфиййят, биринъи вя икинъи дяряъяли рийази статистик щесабламалардан истифадя едилмишдир. Методикалардан алынмыш нятиъялярин шярщини вермяйя чалышаг.
Йeniyetmялярдя юзцня мцнасибятин сявиййяляринин эюстяриъиляри.
Ялдя олунмуш нятиъялярин тящлили эюстярир ки, йенийетмялярдя юзцнцдяркетмянин дяйишмяси, онларын юзляри щаггындакы тясяввцрлярининин, еляъя дя айры-айры интеграл кейфиййятлярин дяйишмяси иля идентикдир Сорьунун нятиъяляри ьюстярди ки, йенийетмялярдя юзцнцдяркетмя вя юзцнямцнасибят субйектив амиллярля шяртлянмишдир. Йенийетмялярдя юзцнцдяркетмянин инкишаф динамикасынын щансы истигамятдя эетдийини мцяййянляшдирмяк цчцн апардыьымыз сорьунун тящлили эюстярди ки, айры-айры параметрляр цзря онларда юзцнцтянгид, юзцнцгиймятляндирмя, юзцнцдяркетмя бу вя йа диьяр формада тязащцр едир.
Графикдян эюрцндцйц кими шаэирдлярдя юзцнцтянгид, юзцнцгиймятляндирмя, юзцнямцнасибят 3 сявиййя цзря дяйишир: йцксяк, орта, ашаьы. Щяр цч сявиййя цзря мцвафиг олараг: 29%, 41%, 30% нормадан йцксяк, 33%, 31% , 29% норма, 38%, 28%, 41% ися нормадан ашаьы олмушдур. Ялавя шкаланын тящлили эюстярир ки, онларын мцщитдян асылылыг дяряъяси 65% тяшкил едир. Эюрцндцйц кими, бу йашда шаэирдлярдя юзцнцдяркетмянин тяшяккцлц юзцнцгиймятляндирмянин йцксялмяси, юзцнцтянгидин ися ашаьы дцшмяси иля мцшайят олунур. Бу факты ня иля изащ етмяк олар? Тябии ки, онлара верилмиш тялиматда кичик йенийетмяляр айры-айры кейфиййятлярин тясвириндя даща чох «мян кимям» явязиня «мян неъяйям» мясялясини юн плана чякмишляр. Беля вязиййят йенийетмялик йаш дюврц цчцн характерик хцсусиййятлярдяндир. Башга бир тяряфдян ися бу сцбут едир ки, юзцнцдяркетмя там систем кими формалашмамышдыр вя даща чох бир тяряфли сячиййя дашыйыр. Хцсусиля ситуатив амиллярин тясиринин бурада мцщцм рол ойнадыьыны гейд етмяк олар. Бу дюврдя оьланларла гызлар арасында ъидди фяргляр юзцнц эюстярмямишдир. Мцяййян едилмишдир ки, яслиндя йенийетмяляр юзлярини дярк едяркян даща чох башгаларынын вердийи гиймятя ясасланырлар. Беля гянаятя ьялмяк олар ки, онларда юзцнцдяркетмя ситуатив характерлидир вя мцхтялиф амиллярин тясири нятиъясиндя тез-тез дяйишилмяляря мяруз галыр.
Тядгигат эюстярди ки, юзцнцгиймятляндирмя айры-айры параметрляр цзря даща чох нормадан йцксяк сявиййядя юзцнц эюстярир. Юзцнцтянгид ися азалмаьа доьру эедир. Бу методун кечирилмясиндя ялдя олунмуш нятиъялярдя гызлар вя оьланлар арасында фяргляр нязяря чарпан олмамышдыр вя она эюря дя айрыъа критерйа кими ъядвяля салынмамышдыр. Лакин бир ъящяти хцсуси олараг гейд етмяк лазымдыр ки, юзляриндя айры-айры кейфиййятляри тясвир едяркян гызлар даща чох юзлярини щяйатсевяр, ещтийатлы, цнсиййятъил эюстярмяйя чалышмыш, рягабятя мейлли о лмадыгларыны нцмайиш етдирмишляр
Qенийетмялярин юзц щаггында тясяввцрляринин эюстяриъиляри.
Гызларда оьланлара нисбятян даща чох егоистлик кейфиййятляря цстцнлцк вермиш, юзляриндя физики кейфиййятлярин тясвириня даща чох мейл эюстярмишляр. Бу нятиъяляря ясасян беля гянаятя эялмяк олар ки, юзцнцдяркетмя бир систем кими йенийетмялрдя сабитляшмяйя доьру эедир. Беляликля, «Мян кимям» юзцнц тясвир методунун кечирилмяси заманы ялдя етдийимиз нятиъяляри цмумиляшдиряряк ашаьыдакы гянаятя эяля билярик:
– йенийетмялярдя юзцнцдяркетмянин формалашмасы, онларын юзляри щаггындакы тясяввцрляринин щансы сявиййядя олмасындан чох асылыдыр;
– йенийетмяляр юзляриндя бу вя йа диэяр кейфиййятляри тясвир едяркян илк нювбядя юз кимлиликлярини дейил, неъяликлярини даща чох эерчякляшдирмяйя чалышырлар.
– Методун тящлилиндян беля гянаятя эялмяк олар ки, юзцнцдяркетмянин инкишаф динамикасы юзцнцгиймятляндирмянин, юзцнцтянгидин мцщитдян асылылыг амилинин тяшяккцлц иля шяртлянся дя яслиндя юзцнц таныма, юзцнц шяхсиййят кими дярк етмяк, кечмиш тяърцбядя ялдя олунмуш биликлярин позитив вя йа негаатив олунмасы иля сяъиййялянмишдир.
-цмумиййятля, йенийетмя оьлан вя гызларда юзцнцдяркетмяни инкишафында еля бир ъидди фярглярин олмадыьы мцяййян едилди. Лакин юзцнцдяркин айры-айры елементляриндя бу фярг юзцнц кяскин шякилдя бурузя верир. Фикримизъя, гызларда щиперкомпенсасийа юзцнц эюстярир ки, бу да юзцнцдяркин цмуми инкишаф динамикасына тясир эюстярмир;
– Апардыьымыз методикаларын

 

Baxış sayı: 1. 851
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
BURAXILIŞ İŞİ
növbəti yazı
Referat

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net