Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

MÜNDƏRİCAT
GİRİŞ
I FƏSİL. PSİXOLOGİYADA ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI
PROBLEMİ
1.1. Şəxsiyyətin, sosiallaşması, anlayışının psixoloji mahiyyəti. Desosializasiya və resosializasiya anlayışları
1.2. Şəxsiyyətin sosiallaşmasının tədqiqat istiqamətləri
1.3. Şəxsiyyətin sosiallaşmasının psixoloji mexanizmləri
II FƏSİL. ŞƏXSİYYƏTİN SOSİALLAŞMASININ İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ ONA TƏSİR EDƏN AMİLLƏR
2.1. Şəxsiyyətin sosiallaşma mərhələləri
2.2. Şəxsiyyətin, sosiallaşmasını istiqamətləndirən amillər
2.3. Mədəniyyət şəxsiyyətin sosializasiyası amili kimi
NƏTİCƏ
ƏDƏBİYYAT
GİRİŞ
Mövzunun aktuallığı: XX əsrin problemləri içərisində, şəxsiyyətin sosiallaşması problemi xüsusi yer tutur. Bütün bunları nəzərə alıb, insan «Şəxsiyyətinin sosiallaşmasını istiqamətləndirən amillər» mövzusunun tədqiqat obyekti kimi seçilməsini məqsədə müvafiq hesab edirk.
Tədqiqatın məqsədi: Şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən amillərin müəyyənləşdirilməsi, şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən amillərin yeni kontekstdən nəzərdən keçirilməsi, onun ayrı-ayrı çalarlarının tədqiqi tədqiqatın əsas məqsədini təşkil edir.
Qarşıya qoyulmuş məqsədin reallaşdırılması üçün bir sıra vəzifələr müəyyənləşdirilməsi.
1. Mövcud psixoloji ədəbiyyatların analitik təşlili əsasında şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən, amillərin öyrənilməsinə həsr edilmiş istiqamətlərin sistemləşdirilməsi.
2. Şəxsiyyətin sosiallaşmasının ayrı-ayrı təzahür xüsusiyyətlərinin onun müsbət istiqamətdə inkişaf etdirilməsi məsələlərinin dəqiqləşdirilməsi.
3. Şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən amillər mövzusunu, müasir təhsil konsepsiyasının mərkəzi problemi kimi tədqiqat obyektinə çevirmək.
4. Şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən amillər mövzusunda yeni metodlardan istifadə edilməsi şəraitinin psixoloji mexanizmi öyrənmək.
5. Şəxsiyyətin sosiallaşmasındakı çatışmamazlıqların aradan qaldırılması üçün tövsiyə və təkliflərin işlənib hazırlanması.
Tədqiqatın obyekti: Tədqiqatın obyektini uşaqlar və böyüklər təşkil edir. uşağın və böyüklərin həyat boyu sosiallaşmasını istiqamətləndirən amillərin öyrənilməsi tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın predmeti: Aparılmış tədqiqatın predmetini uşaqlar və böyüklərdə sosiallaşmanın amilləri ön plana çəkilir.
Tədqiqatın əsas nəzəriyyəsi: İnsanın sosiallaşmasını istiqamətləndirən amillərlə bağlı bir sıra fərziyələr irəli sürülür. Bu fərziyələr aşağıdakı kimi götürülə bilər:
1. Şəxsiyyətin sosiallaşmasını istiqamətləndirən amillər müəyyən cəhətdən mərkəzi problem olsa da insanın həyatının hzansı səviyyədə təşkilindən çox asılıdır.
2. Şəxsiyyətin sosiallaşmasına istiqamətləndirən amillərin öyrənilməsi şəxiyyətin mütəşəkkil formalaşmasını müəyyən edən amillərdəndir.
Tədqiqatıq metodikası: Aparılmış tədqiqşatlardan fəaliyyət məhsullarının təhlili metodundan, sorğularından istifadə edilmişdir.
Tədqiqatın elmi yenilyi: ilk dəfə olaraq uşaqların sosiallaşmasını istiqamətlənlirən amillərin öyrənilməsi ön plana çəkilmiş, onun müxtəlif yanaşmalar baxımından dəyərləndirilməsinə cəhd göstərilmişdir.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Aparılan tədqiqatlarda əldə edilmiş nəticələr uşaqların sosiallaşmasını istiqamətləndirən amillərin xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Bu bir sıra ümumi psixoloji biliklərin dərinləşdirilməsinə və genişləndirlməsinə imkan verir. Ona görə də tədqiqatın müddəalarından ümumi tədris prosesində, sosial psixologiyada və sosiologiyada istifadə olunması faydalı olar. Bununla bərabər tədqiqat işinin nəticələrinə psixoloqlar üçün elmi metodiki materialların hazırlanmasında, sosial psixoloji fəaliyyətin müxtəlif cəhətlərin araşdırmaqla məşğul olan elmi-tədqiqat müəssisələrinin mütəxəssislərinin tədqiqat işlərində istifadə oluna bilər.
İşin strukturu: Buraxılış işi giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
I FƏSİL.
PSİXOLOGİYADA ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI PROBLEMİ
1.1. Şəxsiyyətin, sosiallaşması, anlayışının psixoloji mahiyyəti.
Desosializasiya və resosializasiya anlayışları
Cəmiyyət insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur və müəyyən sosial mövqe qazanır. Sosializasiya-sosial statuslar və rollar, deviant (qeyri-normativ) davranış, münaqişələr və s. kimi mühüm sosial anlayışlar göstərilən prosesin müxtəlif cəhətləri əks etdirən abstraksiyalardır.
Sosializasiya – şəxsiyyətin inkişafı, bu cəmiyyətə, sosial birliyə, qrupa xas olan sərvətlərin, normaların, ustanovkaların, davranış nümunələrinin öyrənilməsi və mənimsənilməsi prosesidir. Beləliklə dünyaya gələn hər bir insan və ya fərd tədricən insan mədəniyyətini mənimsəməyə başalayır, öz xüsusiyyətlərini qazanır, cəmiyyətə daxil olur, başqa insanlar arasında özünü təsdiq edir və şəxsiyyətə çevrilir. Bu proses iki qarşılıqlı qarışan istiqamətlərdə gedir. Bir tərəfdən fərd sosial münasibətlər sistesminə daxil olaraq, öz cəmiyyətinin mədəni təcrübəsini, onun dəyərlərini və normalarını mənimsəyir. Bu halda o, ictimai təsirin obyektidir. Digər tərəfdən isə sosiallaşaraq insan cəmiyyətinin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal iştirak edir. Burada o artıq sosial münasibətlərin subyekti iştirakçısı kimi çıxış edir
Sosializasiya erkən uşaqlıqdan başlanır və mahiyyətcə qocalığın sonuna kimi davam edir. O, fərdin mədəniyyətə daxil olmasının bütün proseslərini (onun öyrədilməsi və tərbiyəsi, başqa insanlarla qarşılıqlı təsiri, onun cəmiyyətin dəyər və normalarını, müxtəlif sosial rolları, birgə fəaliyyət növlərini mənimsəməsi, müəyyən hüquq və vəzifələrin, baxışların, vərdişlərin və s. qazanılması) əhatə edir. Nəticədə insan tədricən bioloji varlıqdan cəmiyyətdə yaşamağa və fəaliyyət göstərməyə qabil sosial varlığa çevrilir. (bu sivilizasiyanın toxunmadığı feral insanlarda baş vermir).
Sosializasiyanın bilavasitə sferaları ailə, tərbiyə və tədris müəssisələri, əmək kollektivləri, dostların, tanışların, qonşuların əhatəsi, kütləvi informasiya vasitələri və s.dir. Bununla yanaşı insanları fasiləsiz sosializasiyası prosesində mədəni təcrübənin toplanılması və nəsildən-nəslə ötürülməsi baş verir (mədəni transmissiya).
Öz məzmununa görə sosializasiya iki tərəfli prosesdir. Bir tərəfdən o, cəmiyyətin sosial-tarixi təcrübənin, simvollarının, sərvətlərin və normaların ötürülməsindən (varislik Prinsipi), digər tərəfdən isə fərdin onları mənimsəməsindən, interiorizasiyadan ibarətdir. Burada interiorizasiya dedikdə, öz formasına görə xarici ictimai həyat prosesinin şüurun daxili proseslərinə keçməsi başa düşülür.
Sosializasiya prosesinin ilkin mərhələlərində şəxsiyyət üçün onun başlıca mənası-özünün sosial yerinin axtarışıdır. Bu prosesdə əsas istinad nöqtələri bunlardır:
1) Öz «Mən»İnin dərk edilməsi
2) Öz «Mən»ini başa düşmə
Öz «Mən»ini dərk etmə və başa düşmə şəxsiyyətin öz müstəqilliyni əldə etməsi, «Mən» obrazının formalaşması prosesində iki müxtəlif andır. Öz «Mən»inin dərk edilməsi ilkin uşaqlıqda baş verir. Öz «Mən»inin dərk edilməsində əsas mərzələlər bunlardır: İlkin uşaqlıqda (2-5 yaş), düzgün yerimə və nitqə yiyələnmə, təfəkkürün və şüurun inkişafı, mürəkkəb fəaliyyət vərdişlərinin qazanılması, orta və son uşaqlarda məktəbdə öyrənmə.
Öz «Mən»ini başa düşmə-şəxsiyyətin sərvət özəyinin inkişafı prosesidir. Bu proses orta uşaqlıqda başlayır və başqa insanlarda, «mən»lərlə müqayisədə özünü daima qiymətləndirmək əsasında baş verir. Bu prosesin gedişində xeyir və şər, həyatın məqsədləri və mənası. Başqa mənəvi əxlaqi və dünyagörüşü, ustanovkaları haqqında təsəvvürlər formalaşır.
İnsanın öz şəxsi «Mən»ini duyması və şəxsiyyətin sosializasiyası dərəcəsi-eyniyyət və özünə hörmət (mənlik, heysiyyat) anlayışlarında əks olunur.
Eyniyyət (eynilik)-başqa fərdlərdən fərqlənən, ayrılmış, unikal fərdiyyətin mövcudluğunu duymaq və ya özünü qrup sərvətlərinin istifadəsində başqa qruplardan fərqlənən unikal qrupun bir hissəsi kimi duymaqdır. Məsələn: müəyyən bir millətin nümayəndəsi öz millətinin mədəni nümunələrini başqa millətlərin mədəni nümunələri ilə tutuşduraraq onlara doğru can atır. Adətən insanlar eyniliyi irqi, milli, dini və ya məşğuliyyət növünün əlamətinə görə müəyyən edirlər. Şəxsiyyət onun başqaları, xüsusən fikirləri onun üçün vacib olan başqaları tərəfindən necə qiymətləndirilməsini mənimsəməsindən asılı olaraq özünə hörmət edir. Əgər bu qavrayış yaxşıdırsa. İnsanda özünə hörmət hissi inkişaf edir. Əks halda o, özünü ləyaqətsiz və qabiliyyətsiz hesab edəcəkdir. Bunun nəticəsində də insanda «naqislik kompleksi» yaranır ki, bu da özünü küskünlükdə, bədbinlikdə, passivlikdə və biganəlikdə göstərir.
Sosializasiya həyat silsiləsi ilə üst-üstə düşən mərhələlərdən keçir. Həyat silsilələri – insanın tərcümeyi halında vacib mərhələlərdir. Onlar sosial «Mən»İnin inkişafının keyfiyyət mərhələləri – məktəbəqədər dövr, məktəbdə təhsil alma, tələbəlik həyatı, evlənmə. Orduda xidmət, peşənin snçilməsi və işə düzəltmə, təqaudə çıxma kimi qiymətləndirilə bilərlər. Həyat silsilələri sosial rolların dəyişməsi, yeni sosial statusun əldə edilməsi, həyat tərzinin dəyişməsi ilə əvvəlki adətlərdən, ətrafdan imna etmək və s. ilə bağlıdır. Həyat silsiləsinin hər bir mərhələsi bir-birini qarşılıqlı tamamlayan iki proseslə müşayət olunur: desosializasiya və resosializasiya. Desosializasiya köhnə dəyərləri, normaları, rolları və davranış qaydalarını tərgitmək prosesidir. Resosializasiya köhnələrin əvəzinə yeni dəyərləri, normaları, rolları və davranış qaydalarını öyrənmə prosesidir.
Sosiallaşma anlayışı geniş yayılsa da psixologiya elmində bu termin alimlər tərəfindən birmənalı şəkildə qəbul edilmişdir. Sosiallaşma anlayışının sinonimi kimi şəxsiyyətin inkişafı və tərbiyə terminlərini irəli sürürlər. Lakin sosiallaşma termini ənənəvi təhsil və tərbiyə anlayışlarından daha geniş spektrə malikdir. Sosiallaşma fərdin davranış nümunələrini, norma və dəyərləri, mövcud cəmiyyətdə onun uğurlu fəaliyyət üçün zəruri olanların mənimsənilməsi prosesidir. Bəzi alimlərin fikrincə şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu proses fərdin sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır. Başqa sözlə, sosiallaşma prosesində insan mədəniyyət və sosial münasibətlər aləminə daxil olur və şəxsiyyət müəyyən sosial qrupun nümayəndəsi kimi formalaşır.
Şəxsiyyətin sosiallaşması bəşəriyyətin, sosial təcrübənin nəsildən-nəsilə verilməsini üzvi surətdə özündə ehtiva edir. Bu baxımdan varislik ənənələrinin saxlanılması və mənimsənilməsi adamların gündəlik həyatından ayrılmazdır. Bu isə öz növbəsində yeni nəsillərin, cəmiyyətin iqtisadi, sosial, siyasi və mənəvi problemlərinin həllinə cəlb olunmasına şərait yaradır, belə ki, şəxsiyyətin sosiallaşması ictimai cəhətdən əhəmiyyətli keyfiyyətlərin bir və ya bir neçəsini deyil, onun bütün elementlərinin tədqiqat obyektinə çevrilməsini nəzərdə tutur, bu zaman qarşıda duran başlıca vəzifə şüur və davranışdakı stereotiplərin neqativ ünsürlərinin aradan qaldırılmasına nail olmaqdan ibarətdir.
Psixoloji ədəbiyyatda sosiallaşma prosesi haqqında müxtəlif fikir və mülahizələr vardır. Bəzi alimlərin fikrincə sosiallaşma fərdin inkişafının sosial cəhətdən şərtlənməsi deməkdir. Lakin sosiallaşmanı yalnız fərdin sosial cəhətdən şərtlənməsi ilə məhdudlaşdırmaq onu sosial təsirlərin passiv obyektinə çevirərdi. Əlbəttə, bu prosesdə insan sosial təsirlərə məruz qalır. Lakin bu insan ilə cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətlərin bir tərəfidir. İkinci olduqca mühüm cəhət ondan ibarətdir ki, insan müxtəlif sosial təsir və münasibətlərin obyekti olmaqla bərabər, həm də həmin təsir və münasibətlərin subyektidir, yəni insan bu prosesdə fəaldır. İnsan mühit ilə qarşılıqlı əlaqə prosesində fəal olmasaydı, onun sosiallaşması mümkün olmazdı, o sosial təcrübəni və mədəniyyəti mənimsəyə bilməzdi.
Çünki sosiallaşma bir dəfə yaranmış proses deyildir. O, daim dəyişən, zənginləşən, hərəkətdə, dinamikada olan prosesdir. Hər bir fərd ayrı-ayrılıqda özündən əvvəlki dövrdə yaşamış insanlar kimi bütün ömrü boyu sosial mühitə daxil olur, ona uyğunlaşır. Müəyyən rol və funksiyaları qəbul edir və mənimsəyir. Lakin sosial əlaqə və münasibətlərin artması və zənginləşməsi ilə yanaşı ayrı-ayrı qruplar, xalqlar, sənətlər arasında qarşılıqlı əlaqə və həmrəylik, ayrı-ayrı fərdlərin digər şəxslər ilə ünsiyyətə meyli də artır ki, bu da sosiallaşmanın ikinci cəhətini təşkil edir.
Professor B.P.Tuqarinovun fikrincə, insanın şəxsiyyət olması üçün hər şeydən əvvəl onun aglının normallığı, özünü, öz hərəkətlərini dərk edə, qiymətləndirə bilməsi, öz hərəkətlərinə görə cəmiyyət qarşısında əxlaqi cavabdehliyin, azadlığın, arzu və istəklərin, ideal məqsədin və s. olması lazımdır.
Uşaqların sosializasiyası multifaktorlu prosesdir: onların cəmiyyətlə inteqrasiyası mürəkkəb və çoxcəhətli sosializasiya proseslərindən başlayır, bu proseslərin axarında da inkişaf edir.
Cəmiyyət həyatının bənzərsiz rol repertualları var. Uşaqlar doğulduqları gündən komik. Dramatik və ya faciəli rollar aləminə düşür, yazılmış qaydalardan çox yazılmamış qaydaları ilə seçilən bu rolları ifadə etmək üçün zəruri olan təcrübəni mənimsəyirlər. İctimai təcrübənin mənimsənilməsi sosializasiya proseslərinin vektorunu təşkil edir.
Sosializasiya anlamı sosiologiyada müxtəlif yönümlərdə araşdırılıb. 40-50-ci illərdə onun sosial psixoloji problemləri araşdırılıb. 40-50-ci illərdə onun sosial psixoloji problemləri ayırd edilmiş neobineviorizm, simvolik interaksionizm və s. kimi psixoloji cərəyanlarda müxtəlif yönümlərdə təhlil olunmuşdur.
Sosializasiya proseslərinin müxtəlif təşkilatları məlumdur. Bu təşkilatlarda sosializasiyanın dörd başlıca sistemi-mekro,-mezo,-ekzo və makrosistemləri ayırd edilir. Onlar aşağıdakılarla səciyyələnir:
Mikrosistem: ailə, dini qruplar, həmyaşıd uşaqlar cəmiyyəti, yaşayış yerinin sosial mədəni mühiti, tərbiyə institutları.
Mezosistem: etnomədəni amillər, yaşayış məskəninin tipii, kütləvi kommunikasiya vasitələri.
Ekzosistem: valideynlərin iş yeri, yerli səhiyyə şöbələri, məişət şəraitinin yaxşılaşması, uşağın bacı və qardaşlarının ailəsi, dostlarının ailəsi.
Makrosistem: planetar proseslər, ölkənin təbii coğrafi xüsusiyyətləri, cəmiyyət və dövlət.
İstər mikro, istər mezo və ekzo, istərsə də makro amillərdən hər birinin sosializasiya prosesində öz, «mütləq» çəkisi olsa da, onlar bu mürəkkəb və ziddiyyətli prosesi qarşılıqlı əlaqədə şərtləndirir. Sosializasiya prosesinin özünəməxsus mexanizmləri var. Onlardan ikisi-imitasiya və identifikasiya xüsusilə önəmlidir. İmitasiya müəyyən sosial modelin şüurlu surətdə yamsılaması kimi özünü göstərir. İdentifikasiya prosesində isə uşaq özünü təqlid obyekti ilə eyniləşdirir və bu yolla sosial təcrübəni mənimsəyir.
Sosializasiya prosesində şəxsiyyət amilləri də müəyyən rol oynayır. N. Smelzer bu baxımdan iki şəxsiyyət amilinin – həya və günahın rolunu qeyd edir. Müəllifin fikrincə, həya hissi o zaman əmələ gəlir ki, insan ifşa olunacağından ehtiyat edir. Günah hissi isə vicdanın tərkibində formalaşır, həya hissi ilə birlikdə müəyyən sosial davranışı qadağan edir, onun qarşısını alır.
Sosializasiya prosesində insan mədəniyyət və sosial münasibətlər aləminə daxil olur. Bu prosesdə, o, müəyyən sosial qrupun nümayəndəsi kimi formalaşır.
Sosial psixologiyada bu çoxcəhətli prosesi adaptasiya, fərdiləşmə və inteqrasiya prosesi kimi səciyyələndirirlər. Uşaq əvvəlcə yaşadığı qrupda insan münasibətlərinə uyğunlaşır, tədricən onda fərdi xüsusiyyətlər formalaşır və sosiumda onun münasibətlərini şərtləndirməyə başlayır. İnteqrasiya prosesi ilə mahiyyətcə tipikləşmə prosesidir. Bu prosesdə insanda qrup üçün səciyyəvi olan şəxsiyyətə məxsus xüsusiyyətlər, qrupun digər nümayəndələri üçün ümumi olan keyfiyyətlər formalaşır.
Sosializasiya prosesinin müxtəlif aspektləri var. Onun ən başlıca aspekti bilavasitə qrup təcrübəsinin mənimsənilməsi və bu prosesdə şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli keyfiyyətinin formalaşması ilə bağlıdır.
Qız uşağının qrup normaları və sərvətlərinin mənimsəməsində ananın, oğlan uşaqlığının isə qrup normalarını mənimsəməsində atanın rolu əvəzsizdir. Eyni zamanda qızın sosial təcrübəni mənimsəməsində ata, oğlan uşağının sosial təcrübəni mənimsəməsində anna önəmli rol oynayır. Ailənin münasibətlər modeli onların «yaxşı nədir, pis nədir» modeli, başqa sözlə fəlsəfi etik modeli, qrupp norma və sərvətlərinin verilməsinin əsas forması kimi özünü göstərir.
Uşaq bələkdən çıxanda, onun sosial əlaqələri də genişlənir. Onun həyatında qeyri-formal uşaq qruplarının rolu da artır. Bəzi psixoloqlar çox vaxt qeyri formal uşaq qruplarının uşağın sosial inkişafına təsirini çox vaxt ailənin uşağa təsirilə müqayisə edirlər. Bu təsirlərin mənbəyi uşaq submədəniyyətindən ibarətdi. Uşaq submədəniyyəti sərvətlərinin özünəməxsus məkandır. Bu məkan «xalq oyunlarından, uşaq folkloru və yumorundan, uşaqların hüquq kodeksindən və söz yaradıcılığından, uşaqların fəlsəfi və dini görüşlərindən, estetik kanonlardan və ayamalardan bəhrələnir.
Sosializasiyanın əsas institutlarından biri formal qruplar hesab olunur. Formal uşaq qruplarının (kollektivlərinin) psixoloji məkanı çoxcəhətlidir. Onun həyatı məktəbdə tərbiyə işinin səviyyəsindən bilavasitə asılıdır.
Sosializasiya multifaktorlu prosesdir, mikro-, mezo-, ekzo-və makroamillərin xəritəsində yaranır. Şəxsiyyət də bu faktorların qarşılıqlı əlaqəsinin təsirində formalaşır və əosial cəhətdən əhəmifyyətli keyfiyyətlər kəsb edir.
M.R. Bityanova bu keyfiyyətlərin 4 qrupunu ayırd etmişdir.
Birinci qruppa sosial-psixoloji qabiliyyətlər daxildir. Onlar, bir tərəfdən, şəxsiyyətin ünsiyyətdə və qarşılıqlı təsir məqamlarında adaptasiyasını, digər tərəfdən özünüreallaşdırmasını təmin edir. Müəllif V.İ. Slabodçikov və E.İ. İsayevin araşdırmaları əsasında sosial-psixoloji qabiliyyətlər çevrəsində aşağıdakıları fərqləndirir: sosial təxəyyül (yaranmış situasiyanın ətraflı və düzgün qiymətləndirilməsi), sosial intellekt (başqa subyektlərin mövqeyinin nəzərə alınması), sosial-perseptiv qabiliyyətlər (özünün hərəkətlərinin özü üçün və başqaları üçün mümkün nəticələrinin nəzərə alınması).
Sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərin ikinci qrupu ünsiyyət prosesində əmələ gəlir və onun sosiumda müstəqil inkişaf etməsini şərtləndirir.
Konformluq, insanların bir-birinə etibarı, kooperativlik və s.-bu keyfiyyətlərin tam olmayan sırası belədir.
Üçüncü qrup keyfiyyətlər insanın başqa adamlarla ünsiyyət və qarşılıqlı təsir prosesində onun mövqeyini şərtləndirir. Sosial motivasiyanın başlıca tipii, aktivlik, sosial məsuliyyət bu qrup keyfiyyətlərə misal ola bilər.
Dördüncü qrup keyfiyyətlər insanın fərdi xassələri kimi özünü göstərir, onun ünsiyyət üslubunda, sosial mövqeyinin xüsusiyyətlərində bilavasitə əks olunur. Üstünlük əldə etməyə və ya tabe olmağa meyl, ətrafdakı adamlara və ya özünün daxili halətlərinə yönəlmə, təfəkkürün doqmatikliyi və ya çevikliyi və s. –dördüncü qrupp keyfiyyətlər əsasında xüsusi yer tutur.
Müəllifin fikrincə, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər insanının təkrarolunmaz fərdi simasını şərtləndirir və onun sosiumda sosial-psixoloji statusunun bərqərar olmasında köklü rol oynayır.
Sosializasiya prosesində uşaq sosial təcrübəni mənimsədikcə sosial qrupun nümuyəndəsi kimi, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi formalaşır.
Sosializasiya şəxsiyyətin sosial inkişafı ilə bilavasitə bağlıdır, sosiumun psixoloji kodlarının açılmasında önəmli rol oynayır.
1.2. Şəxsiyyətin sosiallaşmasının tədqiqat istiqamətləri
Bütün dövrlərdə şəxsiyyət amili, onun psixoloji keyfiyyətləri, formalaşması mexanizmi müxtəlif elm sahələrində çoxsaylı tədqiqatlarla müşahidə olunan geniş spektrli mübahisə obyekti olmuşdur. Müasir dövrdə bu məsələ, demək olarki, bir qədər də aktuallaşmış və diqqət mərkəzinə çıxmışdır. Şəxsiyyətin keyfiyyətlərini özündə əks etdirən konseptual model, demək olar ki, hələ yaradılmamışdır. Lakin bu, o demək deyildir ki, şəxsiyyət anlamı lazımi səviyyədə araşdırılmamışdır. Şəxsiyyətin psixoloji mahiyyətinin ümumi prinsiplərinin strukturunu yaratmazdan əvvəl ona yanaşma tərzlərinin hansı səviyyədə olmasına diqqət yetirmək zəruridir. Başqa bir tərfdən bu yanaşma tədqiqatın ümumi modeli şəklində çıxış etməlidir.
Əvvəla, şəxsiyyət dəyişən yeniləşən, inkişaf edən dinamik sistem kimi nəzərdən keçirilməlidir.
İkincisi, şəxsiyyət yalnız dar mənada fərdin sosiallaşma dərəcəsinin göstəricisi kimi deyil, ümumi psixi inkişafın bütöv konsepsiyası kimi öyrənilməlidir.
Üçüncü şəxsiyyət formalaşma, inkişaf bir tərəfli deyil, psixi inkişafın fonunda nəzərdən keçirilməli, lakin onunla eyniləşdirilməlidir.
Dördüncüsü şəxsiyyət yalnız psixoloji törəmə deyil, həm də siyasi təzahür faktoru kimi qiymətləndirilməlidir.
Sadaladığımız bu cəhətlər şəxsiyyətə, şəxsiyyət amilinə yanaşmanın ümumi prinsipləri kimi çıxış edir. Apardığımız tədqiqat işində bu modeli reallaşdırmağa çalışağacıq.
Təbii ki, şəxsiyyətə müasir yanaşmanı təhlil etməzdən əvvəl, şəxsiyyətə yanaşmanın ümumi məsələlərini, ayrı-ayrı müəlliflərin şəxsiyyət haqqında fikir və mülahizələrini nəzərdən keçirtmək daha məqsədəuyğun olardı. Məhz bu nöqteyi-nəzərdən ayrı-ayrı psixoloji məktəblərdə şəxsiyyətə verilən ümumi anlamları nəzərdən keçirmək zərurəti ortaya çıxır.
Bir mühüm məsələni də qeyd etməyi zəruri hesab edirik ki, ümumiyyətlə şəxsiyyətin tədqiqi istiqamətlərini qruplaşdırmaq olduqca çətindir. Burada ümumi prinsip tapmaq, şəxsiyyətin bütün strukturunu əhatə edə bilən meyar əldə etmək mümkün deyildir. Ona görə də şəxsiyyətin öyrənilməsində əsasən fərdi və ümumi yanaşmaların əsas götürülməsini vacib hesab edirik. Bəs görəsən şəxsiyyət kimdir? Onun sosial statusu necədir? Ümumiyyətlə, şəxsiyyəti necə başa düşmək olar? Və ya şəxsiyyətə tərif verilməsi ümumfəlsəfi problem deyilmi? Bu suallara cavab vermək üçün ilk növbədə mötəbər mənbələr sayılan psixoloji lüğətlərə müraciət edək. 1999-cu ildə Bakıda buraxılmış psixoloji lüğətdə şəxsiyyətə aşağıdakı kimi tərif verilir: «Şəxsiyyət-dünyanı dərk edib müəyyən istiqamətdə dəyişən, əmək fəaliyyətinə qabil olan konkret, ictimai varlıq olan insandır. (4, s.137). Daha sonra orada oxuyuruq: «Mürəkkəb və çoxsahəli şəxsiyyət bir sıra elmlər tərəfindən öyrənilir. Psixologiya şəxsiyyətin mühüm bir cəhətini-maddi varlığın beynində inikasından ibarət olan ruhi həyat proseslərini, fərdi psixoloji xüsusiyyətlərini və fəaliyyətlərini və fəaliyyətinin motiv və məqsədlərini öyrənir. Bu proses və xüsusiyyətlər şəxsiyyətdən ayrılmazdır, ona məxsusdur və ondan asılıdır. İnsan olaraq bioloji varlıq deyil, həm də ictimai varlıqdır, cəmiyyətin fəal üzvü, tarixin yaradıcısıdır. (4, s.137).
Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə şəxsiyyətə aşağıdakı kimi tərif verirlər: «Şəxsiyyət fərd üçün subyektiv olaraq onun «Mən»i –özü haqqında təsəvvürlər sistemi (Mən obrazı, «Mən» konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur». (1, s.106).
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Professor B.H.Əliyev şəxsiyyət və onun təşəkülü məsələsində, demək olar ki, əvvəlki tədqiqatlardan fərqli olan bir mövqe ortaya qoyur. Müəllif yazır: «Müasir elmin, o cümlədən psixologiya elminin mərkəzi, əsas problemi şəxsiyyətdir. Şəxsiyyət çox sirli, müəmmalı, ancaq mövcud olan möcüzələrin möcüzəsidir. Onun mahiyyətini açmağa çox cəhdlər edilməsinə baxmayaraq, bu günə kimi şəxsiyyət sirli bir dünya olaraq qalır (3. s.3).
Professor B.H.Əliyev şəxsiyyət probleminin mövcud aktuallığını diqqət mərkəzinə gətirməklə yanaşı, onun ayrı-ayrı cəhətlərinin tədqiqini də vacib hesab edir. Daha sonra müəllif yazır: «Şəxsiyyətin psixoloji baxımdan araşdırılması mmövcud problemin həllində mühüm rol oynayır. Fikrimizcə, bu məsələni araşdırmaq üçün əvvəlcə psixi inkişaf, onun təkanverici qüvvələri nəzərdən keçirilməlidir. (3.s.3).
Həqiqətən də, bir sıra konsepsiyalarda şəxsiyyət haqqında ümumi məlumat verilir, lakin şəxsiyyətin öyrənilməsi istiqamətləri, genezesi göstərilmir. Prof. B.H.Əliyevin «Şəxsiyyət probleminə yeni baxış» nəzəriyyəsində isə psixi inkişafla şəxsiyyətin inkişafının ayrı-ayrı məqamları tam differensasiya olunur, şəxsiyyətin təşəkkülündə mühüm rola malik amillər sistemi göstərilir. Müəllif yazır: «Fikrimizcə, fərd dünyanın mənzərəsini yaradarkən həmin sistemdə sərvət dəyərlərini hansı ardıcıllıqla düzürsə, həmin ardıcıllıqda mənimsəyərək özünün sərvət dəfərləri sistemini yaradır, ona görə şəxsiyyətin psixoloji mahiyyətini araşdırmaq üçün bu iki «obrazın» psixoloji mahiyyəti, mexanizmi və qanunauyğunluqları öyrənilməlidir. (3, s.3). İki obraz dedikdə, müəllif «dünyanın mənzərəsi» və «Mən obrazı»nı nəzərdə tutur. Doğrudan da şəxsiyyətə bu nöqteyi-nəzərdən yanaşdıqda. Onun formalaşmasının instansiyaları, səviyyələri hər bir tədqiqatçıya aydın şəkildə təqdim olunur.
Məşhur Amerika psixoloqu Q.V.Ollporta görə, şəxsiyyət fərdin davranış və təfəkkürünü müəyyən edən psixofiziki sistemlərin dinamik təşkilidir. Müəllifin fikrincə, şəxsiyyət nə mental, nə də müstəqil olaraq sinir hadisəsi deyil. O, bu məsələyə konseptual əhəmiyyət verərək şəxsiyyəti psixofiziki sistemlərin dinamik təşkili kimi səciyyələndirirdi. Q.Ollroçt «Psixofizik sisteminin dinamik təşkili» dedikdə şəxsiyyətdə cismani və psixi olanın vəhdətini başa düşürdü.
Rus psixoloqu A.V.Petrovski və M.Q.Yaroşevskiyə görə, şəxsiyyət fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli keyfiyyətlər toplusudur. Bu keyfiyyətlər fərddə ictimai münasibətlərin təmsio olunma səviyyəsini səciyyələndirir.
Demək olar ki, şəxsiyyət haqqında nəzəriyyələrin heç də hamısı şəxsiyyətin psixoloji mahiyyətinin konkretləşdirilməsinə yönəlməmişdir. Bir çox tədqiqatçılar şəxsiyyətin strukturunu, onun mərkəzi komponentlərini, elementlərini tədqiq edərək mürəkkəb fenomeni təhlil etməyə çalışmışlar.
Bu baxımdan K.K. Platonov şəxsiyyətin psixoloji tərəfini deyil, onun strukturunda mövcud olan yarımstrukturları fərqləndirir. Müəllifin fikrincə, onlar aşağıdakılardan ibarətdir:
1.Bioloji cəhətdən şərtlərin yarımstruktur (temperament, cins, yaş xüsusiyyətləri, bəzi hallarda psixikanın psixoloji xassələri);
2.Şərxsiyyətin xassələrinə çevrilmiş ayrı-ayrı psixi proseslərin fərdi xüsusiyyətləri (hafizə, emosiyalar, duyğular, təfəkkür, qavrayış, hislər və iradə);
3. Sosial təcrübə yarımstrukturu (həvəslər, arzular, maraqlar, meyllər, ideallar, əqidə).
Göründüyü kimi, şəxsiyyətin psixoloji mahiyyətini acmaq, onu sərt meyarlar altırnda birləşdirib, həp kəsin anlaya biləcəyi və hər kəsin qəbul edə biləcəyi bir sistemə salmaq olduqca çətindir.
Lakin hesab edirik ki, şəxsiyyətin strukturunun açılması, tədqiqi şəxsiyyətin özünün daha yaxşı başa düşülməsinə şərait yaradır. Bununla belə, şəxsiyyətin strukturunun tam sistem kimi ayrı-ayrı elementlərlə səciyyəsi və hər bir elementin təşəkkülünün istiqamətlərini də müəyyənləşdirir ki, bu da şəxsiyyət anlaımnda bu elementlərin üstünlük dərəcəsinə görə ierarxiyasını fərqləndirməyə imkan verir.
Şəxsiyyətin strukturu Z.Freydin əsərlərində tam sistemli şəkildə öz əksini tapmışdır. Klassik psixologiyanın tədqiq etdiyi infrospektiv metodun artıq işə yaramadığı praktik şəkildə sübut olunduqdan sonra Freydin şəxsiyyətə horizontal yanaşması, yəni, onun ayrı-ayrı hissələrdən, laylardan ibarət olması fikri çox aktuallaşdı.
Şəxsiyyət anlamına. Onun tədqiqinə, formalaşması istiqamətlərinə öz töhvəsini verən psixoloji fikir tarixinə toxuemadan məsələyə aydınlıq gətirmək olmaz. Geniş mənada bu məktəb insan psixologiyasını və davranışını heyvanlarla eyniləşdirən bioloji konsepsiyalarınalternativləri kimi meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, humanistik psixologiya çərçivəsində yaranmış şəxsiyyət psixologiyası əsas diqqəti şəxsiyyətin daxili təcrübəsinin yaranmasına və onun tədqiqinə həsr etmişdir. Humanist psixologiyanın tərəfdarını maraqlandıran əsas cəhət, şəxsiyyətin gerçəkliyi necə qavraması, başa düşməsi və gerçək hadisələri öz həyat fəaliyyətində hansı şəkildə nəzərə almasıdır. Doğrudur, onlar şəxsiyyət fenomenologiyasını geniş təsvir etmişlər, lakin onun elmi təhlilini verməkdən yan keçmişlər. Bu məktəbin aparıcı nümayəndələrindən biri olan K.Rocersə görə hər bir fərd özünün təkmilləşdirilməsinə, gerçəkləşdirilməsinə çalışır. K.Rocers üçün şəxsiyyətdə mərkəzi element «Mən»dir. Məhz «Mən» vasitəsilə insan öz məqsədini, məzmununu və gələcək inkişafının perspektivlərini müəyyənləşdirir. Onun fikrincə, şəxsiyyətin normal inkişaf tendensiyası «real Mən»lə, «ideal Mən» arasında tarazlığın sayəsində mümkün ola bilər. Onun yaratdığı «Mən-konsepsiya» ikili səciyyə daşıyır: o, həm mənfi, həm də müsbət ola bilər. Rocersin nəzəriyyəsini hərtərəfli təhlil etsək görərik ki. o da digərləri kimi şəxsiyyətin strukturunu açmaqla dolayısı yolla, onun mahiyyətini izah etməyə çalışır. Lakin onun şəxsiyyət haqqında fikirləri, hər şeydən əvvəl, şəxsiyyətə çevrilmənin, nail olmanın yolları və vasitələri ilə uyğunlaşır.
Bu məktəbin aparıcı nümayəndələrindən biri A.Maslou özünü aktuallaşdıran şəxsiyyətin bir sıra keyfiyyətlərini təsvir edir ki, bu da şəxsiyyətin formalaşması istiqamətlərini ayırd etməyə imkan verir. Onun fikrincə, özünüaktuallaşdıran şəxsiyyətə aşağıdakı psixoloji cəhətlər xasdır:
-gerçəkliyi fəal şəkildə qavramaq və ona yaxşı bələdləşmək qabiliyyəti;
-özünü və başqalarını olduğu kimi qəbul etmək;
-hərəkətlərində vasitəsizlik, öz ideya və hisslərini təzahür etdirə bilmək;
-özündən və ondan kənarda baş verənlərə diqqət yönəldə bilmək, şüurun daxilində baş verən həyəcan və hisslərə yönəldə bilmək;
-yumor hissinə malik olmaq. (8,110 s.).
Rus psixoloqu Q.M.Andreyeva psixoloji yanaşmaları təhlil edərək göstərir ki, müxtəlif nəzəriyyələrdə şəxsiyyət sosial münasibətlərin obyekti kimi nəzərdən keçirilir. Ümum-psixoloji kontekstdə isə fərdin psixi fəaliyyətinin ümumi mexanizmləri açıqlanır. Halbuki, şəxsiyyət ictimai münasibətlərin nəinki obyekti, həm də subyektidir. Demək olar ki, sosial psixologiyanı şəxsiyyət elə bu kontekstdə maraqlandırır.
Son onilliklərdə şəxsiyyətə sistemli inteqrasiya olunmuş, bir çox yanaşma tendensiyaları artmışdır. Burada şəxsiyyətin inkişafına inteqrativ konsepsiyalar, ona hərtərəfli yanaşma başlıca istiqamət kimi diqqəti cəlb edir. Belə konsepsiyalardan biri Amerika psixoloqu E.Eriksona məxsusdur. Ədalət naminə qeyd etmək lazımdır ki, bu konsepsiya digərləri ilə müqayisədə daha qabarıq nəzərə çarpır.
Erikson konsepsiyasında şəxsiyyətin təşəkkülü ayrı-ayrı inkişaf mərhələlərinin dəyişməsi, bir-birini əvəz etməsi kimi başa düşülür. Hər bir mərhələdə insanın daxili aləmində keyfiyyət dəyişmələri baş verir, həm də onun ətraf gerçəkliyə, insanlara münasibətində radikallıq müşahidə olunur. Nəticədə fərd şəxsiyyət kimi yeni heç nə əldə etmir, yalnız bir mərhələdə baş verənlər digər mərhələdə müəyyən dəyişikliyə uğrayaraq əvvəlki sabitliyini saxlayır.
Hesab edirik ki. şəxsiyyət dəyişən, yeniləşən, dinamik sistem kimi nəzərdən keçirilməli, onun tədqiqi müəyyən çərçivədə məhdudlaşdırılmalıdır. şəxsiyyət, həm də, siyasi münasibətlərin fövqündə dayanan reallıqdır. Onun siyasi fəaliyyətinin psixoloji mexanizminin araşdırılması günün vacib tələbidir. Şəxsiyyətə yanaşmada tarixi-psixoloji yanaşma əsas götürülməlidir. Çünki, şəxsiyyətlər tarixi məna kəsb etməklə, əksər hallarda tarixi inkişafın istiqamətini dəyişir, Milli mənafenin qorunmasında əvəzsiz xidmətlərə malik olurlar.
1.3. Şəxsiyyətin sosiallaşmasının psixoloji mexanizmləri
Şəxsiyyətin formlaşması mexanizmi və prosesi psixologiyada «sosializasiya» anlayışı vasitəsilə açıqlanır. Sosializasiya-prosesdir, onun vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, sərvətləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında (sosializasiyanın gedişində) sosial keyfiyyətlərin, əməllərin, bacarıqların formalaşması baş verir, bunların sayəsində insan sosial qarşılıqlı əlaqə və qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur. Başqa sözlə sosializasiya sosial «Mən» in inkişafı prosesidir. Sosializasiya fərdin mədəniyyətə, tədrisə və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir.
Ziqmund Freyd sosiallaşmanın psixoloji mexanizmlərini ayırmışdır: imitasiya, identizikasiya, abır-həya (xəcalət) və günahkarlıq hissi.
İmitasiya-uşağın müəyyən davranış modelini başa düşərək yamsılamaq cəhdidir. Təqlid üçün nümunə valideynlər, qohumlar, dostlar və başqaları da ola bilər İdentifikasiya-bu və ya digər birliyə mənsub olmanı dərk edilməsi üsuludur. İdentifikasiya vasitəsilə uşaqlar valideynlərin, qohumların, dostların, qonşuların və başqalarının davranışını, onların sərvətlərini, normalarını, davranış nümunələrini özlərinin kimi qəbul edirlər.
İmitasiya və identifikasiya pozitiv mexanizmdir, çünki onlar müəyyən davranış tipinin mənimsənilməsinə yönəlir. Xəcalət və günahkarlıq özündə neqativ mexanizmləri ifadə edir, belə ki, onlar bəzi davranış nümunələrini boğur və ya qadağan edir. Z.Freyd qeyd edir ki, xəcalət və günah hissi bir-biri ilə sıx bağlıdır və demək olar ki, bir-birindən seçilmirlər. Ancaq onların arasında müəyyən fərqlər vardır. Xəcalət adətən ifşa və rüsvayçılıq hissi ilə assosiasiya olunur. Bu hiss fərdin hərəkətlərinin başqa insanların qavramasına yönəlmişdir. Günahkarlıq hissi isə daxili həyəcanlarla insanın öz hərəkətlərini özü qiymətləndirməsi ilə bağlıdır. Burada cəzanı (tənbehi) insanın özü yerinə yetirir, nəzarət edici forma kimi vicdan çıxış edir.
Eyniyyət (eynilik)-başqa fərdlərdən fərqlənən, ayrılmış, unikal fərdiyyətin mövcudluğunu duymaq və ya özünü qrup sərvətlərinin istifadəsində başqa qruplardan fərqlənən unikal qrupun bir hissəsi kimi duymaqdır. Məsələn: müəyyən bir millətin nümayəndəsi öz millətinin mədəni nümunələrini başqa millətlərin mədəni nümunələri ilə tutuşduraraq onlara doğru can atır. Adətən insanlar eyniliyi irqi, Milli, dini və ya məşğuliyyət növünün əlamətinə görə müəyyən edirlər. Şəxsiyyət onun başqaları, xüsusən fikirləri onun üçün vacib olan başqaları tərəfindən necə qiymətləndirilməsini mənimsəməsindən asılı olaraq özünə hörmət edir. Əgər bu qavrayış yaxşıdırsa. İnsanda özünə hörmət hissi inkişaf edir. Əks halda o, özünü ləyaqətsiz və qabiliyyətsiz hesab edəcəkdir. Bunun nəticəsində də insanda «naqislik kompleksi» yaranır ki, bu da özünü küskünlükdə, bədbinlikdə, passivlikdə və biganəlikdə göstərir.
İnsan öz «mən»ini dərk eləyəndə qrupp ünsiyyəti prosesində şəxsiyyətin formalaşması necə gerçəkləşir? Bu prosesin daha geniş elmi izahlarına nəzər salaq.
Məşhur Amerika psixoloqu və sosioloqu Çarlz Kuli şəxsiyyətin öz «mən»inin digər şəxsiyyətlərdən fərqini tədricən anlaması prosesini tədqiq eləmək məqsədini qarşıya qoymuşdur. Çoxsaylı tədqiqatlar nəticəsində o, müəyyən elədi ki, şəxsi «mən» konsepsiyasının inkişafı uzun və ziddiyyətli prosesin gedişində baş verir və digər şəxsiyyətin iştirakv olmadan, yəni sosial əhatə olmadan gerçəkləşə bilməz. Kulinin fikrincə hər insan kontiaktda olduğu başqa insanların reaksiyalarına əsaslanaraq öz «mən»ini qurur. Məsələn: qıza valideynləri və tanışları onun yaxşı olduğunu, gözəl göründüyünü deyirlər. Əgər belə münasibət, fikir kifayət qədər tez-tez və müxtəlif insanlar tərəfindən təkrarlanırsa, deyilirsə, nəticə olaraq qız özünü yaxşı, gözəl thesab eləyir və artıq yaxşı məxluq kimi davranmağa başlayır. Amma hətta yaxşı, sevimli qız əgər valideynləri və ya tanışları erkən uşaqlıqdan ona Çirkin kimi yanaşsa və məyus etsələr həmin nız özünü Çirkin örnək kimi hiss edəcək.
Bu cür mühakimələr Kulini o fikrə jətirdi ki, şəxsi «mən» obraz yalnız obyektiv faktorlarnan əlaqədə yaranmır. Cəhdləri qiymətləndirilən və m

Baxış sayı: 8. 289
0 şərh
1
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Referat
növbəti yazı
Mesaj niyə 160 simvolludur?

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net