AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZU: MƏKTƏBƏQƏDƏR YAŞLI UŞADLARDA EMOSİONAL SAHƏNİN TƏDQİQİ
Tələbə: Ağamirova Aygün
III kurs, qrup 1558
Elmi rəhbər: Dos. T. T. Babayeva.
BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ……………………………………………………………………………………………………………..3
I FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA EMOSİONAL SAHƏNİN TƏDQİQİ………………………………………………………………………………………………………..4
1.1. Məktəbəqədər yaşlı uşaqların səciyyəvi xüsusiyyətləri……………………………………4
1.2. Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin öyrənilməsi və inkişaf etdirilmə si yolları………………………………………………………………………………………………………….9
II FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA EMOSİONAL SAHƏNİN PSİXOLOJİ – EKSPERİMENTAL TƏDQİQİ……………………………………………………13
2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………………………………………13
2.2. Alınmış nəticələrin işlənilməsi…………………………………………………………………..19
NƏTİCƏ……………………………………………………………………………………………………….21
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI……………………………………………….22
GİRİŞ
Mövzunun aktuallığı. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür.Bu yaş dövründə uşaqlarda hər bir sahədə inkişaf getdiyi kimi onun emosional sahəsi də inkişaf etməyə başlayır.Beləki, artıq uşaq kimi sevdiyini və kimi sevmədiyini, kimlə yaxın, kimimlə isə bir qədər uzaq məsafədə olmağı özü üçün dəqiq ayirir.Bu dövrdən etibarən onlar- da yoldaşlıq, dostluq duyğuları baş qaldırmağa başlayır.Müxtəlif cür emosional hallar bir-birini əvəz etməyə başlayır.Bununla əlaqədar olaraq onun əhvalı tez-tez dəyişir. Məktəbəqədər yaşlı uşaqda baş verən bütün bu cəhətləri bilsək, onlarla əlaqə qurmaq üçün daha asan yol tapmaq olar.Bu cəhətdən problem aktualdır.
Tədqiqatın obyekti.Tədqiqatın əsas obyekti kimi biz məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin müxtəlif aspektdən öyrənilməsini nəzərdə tutmuşuq.Məktəbəqədər yaşlı uşaqlarda emosiyaların inkişaf ardıcıllığını təhlil edəcəyik.
Tədqiqatın predmeti.Tədqiqatın predmeti kimi emosiya və onların məktəbəqədər yaş- lı uşaqlarda özünütəzahür etdirmə xüsusiyyətləri əsas götürülür.Müxtəlif hadisələrdən yaranan emosiyaların əmələgəlmə səbəbləri araşdırılacaq.
İşin məqsədi.Məqsədimiz məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin tədqiq edilməsidir.Bu dövrdə uşaqlarda rast gəlinən əsas emosiya növlərini müəyyənləşdir- məkdir.
İşin vəzifələri.Vəzifələrimizi bir neçə qrupda cəmləşdirmək olar: 1.Məktəbəqədər yaş lı uşaqların səciyyəvi xüsusiyyətlərini araşdırmaq; 2.Emosiya haqqında ümumi bilik- lər toplamaq; 3.Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin müxtəlif aspektləri- ni təhlil etməkdir;
Tədqiqat işinin əsas fərziyyəsi.İrəli sürdüyümüz əsas fərziyyə odur ki, məktəbəqədər yaşlı şagirdlərdə emosional sahənin inkişafi uşaq üçün yaradılmış mühitdən biləvasitə asılıdır.
Tədqiqatda istifadə edilmiş metodlar.Tədqiqatda proyektiv metodikadan istifadə edilib.Tədqiqatın strukturu. Giriş,I fəsil, II fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı.
I FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA EMOSİONAL SAHƏNİN TƏDQİQİ.
1.1.Məktəbəqədər yaşlı uşaqların səciyyəvi xüsusiyyətləri.
Psixologiyada məktəbəqədər yaş dövrü 3-6 yaş mərhələsini əhatə edir.Bu dövrü çox vaxt bağça yaşı dövrü də adlandırılar.Bu dövrdə uşağın boyunun, çəkisinin artmasın- da nəzərəçarpacaq dəyişiklik baş verir.Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmış olsa da onun əl və ayaq əzələlərində hələ sümük ləşməmiş qığırdaqlar qalır.
Bu dövrdə nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növ lərinə cəlb olunmasının təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə uyğunlaşmasına imkan ve- rir.Məktəbəqədər dövr fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərhələsi ki- mi özünü göstərir.Məqsədəyönəlişliyin əsası qoyulur.Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır.
Məktəbəqədər yaş dövründə uşaqların əsas fəaliyyət növü oyun olur.Bu yaş dövründə öz vaxtlarının çoxunu oyunda keçirirlər.Adətən, məktəbəqədər yaş dövrünü üç yarım- dövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar.Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inki- şaf edir.Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq kimi iştirak edirlər.
Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjet- li-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir.Bütün bunlar uşağın həyatında mü- hüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı,yaşlılarla ünsiyyət saxlamaq, hə yatı başa düşmək, ətrafdakıları təqlid etmək. Bu yolla bir növ gələcək həyata hazırlaş- maq işində mühüm vasitəyə çevrilir.Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklərə gətirib çıxarır.Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. (1, s 328)
Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişikliklər baş verir.Məktəbəqədər yaş dövründə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır.Burada oyunun rolu böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar.Bu onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir.Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər.Eyni zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü göstərir.Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm. Quraşdırma da mühüm rol oynayır.Uşaq nəyi isə çək- mək, nəyinsə fiqurunu cızmaq üçün birinci növbədə onu diqqətlə müşagidə etməli, onun konturunu, rəngini müəyyənləşdirməli olur.Bütün bunlar uşağı müşahidə etmə- yə təhrik edir,ixtiyari qavrayışın inkişafına təkan verir.
Məktəbəqədər dövründə qavrayışla yanası olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir.Bu yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər özünə çəkir.Məktəbəqədər dövrün sonunda diqqət öz inkişafının daha yüksək səviy- yəsinə çatır.Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı yeni maraqların meydana gəlməsi, dünyagörüşünün inkişafı, uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyəy növlərinə yiyələnməsi ilə sıx bağlı olur.
Bu dövrdə qeyri-ixtiyarı diqqət əsas yer tutsa da ixtiyarı diqqətin meydana gəlməsi üçün da şərait yaranır.Burada qeyri-ixtiyarı diqqətdən ixtiyariyə keçid üçün diqqətini idarə etmək vasitələri mühüm rol oynayır.Ona görə də uşağa onu əhatə edən cisim və xassələrin xassələrini,fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək la- zım gəlir.İxtiyarı diqqətin meydana gəlməsində nətq də mühüm rol oynamağa başla- yır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyarı diqqətin inkişafına özü haq- qında yüksək fikirdə olmaq xeyli kömək edir.Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyarı olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diq- qətini idarə etmək imkanı. Onu az və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.( 2, s 85)
Məktəbəqədər yaşı dövründə uşaqların hafizəsi də tədricən qeyri-ixtiyarı yaddasax- lamadan ixtiyarı yaddasaxlamaya keçidlə səciyyələnir.
Psixoloqların apardığı tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanmadıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta yaşlı uşaqlarda yaddasaxlama və yadasalma qeyri-ixtiyarı xarakter daşımağa başlayır.Bağça yaşının əvvəlində qeyri-ixtiyarı görmə-emosional hafizə üstünlük təşkil edir.
İxtiyarı hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə ilə bağlı xüsusi mnemik məqsədlərin qoyulması ilə sıx bağlı olur.Bunun üçün oyun fəal- iyyətindən istifadə daha səmərəli nəticə verir.Bir qayda olaraq ixtiyarı hafizə böyük- lərin tərbiyəvi təsiri sayəsində inkişaf edir.Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədi qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşı- sına qoyur.Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq məktəbəqədər yaşının so- nunda əyani-obrazlı hafizə ilə yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir.
Məktəbəqədər yaşı dövründə uşaq təxəyyülü də özünə məxsus xüsusiyyətləri ilə fərqlənir.Bu dövrün birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşı- yır.Uşaqların təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində mexa- niki canlandırılma şəklində özünü göstərir.Bu cür təxəyyül surətləri əqli deyil, emosi- onal əsaslar, emosional təəssürat əsasında yaradılır.Bütövlükdə məktəbəqədər yaşlı uşaqların təxəyyülü olduqca zəif olur.Uşaqlarda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur.Onlar oyun zamanı, hərhansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.
Məktəbəqədər taşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır, icra etdik ləri işlərdə, dərk edilənkonkret cisim və hadisələrlə bağlı olur.Uşaqlar ilk ümumiləş- dirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırılar.Bu yaşda uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğun olmayan hökmələr irəli sürür, düzgün olmayan nəticələr çıxarır.Bağça yaşının sonunda uşaq- larda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması, artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir.Bu dövrdə uşağın nitqinin inkişafında da əsaslı irəliləyiş baş verir.Məktəbəqədər yaşı dövründə uşaqların nitqi əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir.Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır.Bunlardan xeyli hissəsi( təxmi- nən 1500) passiv söz ehtiyatı olur.Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də inkişaf etməyə başlayır.Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə etməyi bacarsın.Uşağın nitqindəki qü- surlar onun təlim fəaliyyətini çətinləşdirə bilər.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məktəb yaşına çatmış uşaqlar gerçəkliyi dərk edir, idrak proseslərinin inkişafı cəhətdən kifayət qədər irəli getmiş olurlar. Bunlar tədris proqramını mənimsəmək üçün lazımı imkan yarada bilirlər.Lakin uşa- ğın məktəbə psixoloji hazırlığını təkcə bunlarla məhdudlaşdırmaq olmaz.Uşaqda qav- rayışın, diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtə lif fəaliyyət növlərini, xüsusi ilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi də zəruridir.( 3, s 462)
Həmin tələblərə aşağıdakıları aid etmək olar: Uşağın ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olması, özünəməxsus “məişət” vərdişlərinə yiyələnməsi, ünsiyyətə girmə bacarığı, mədəni davranış, sadə əmək vərdişləri, nitqə. əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələn- mək, əməkdaşlıq etməyi bacarmaq, davranışın ixtiyariliyi, oxumağa arzu və marağın olmasını da aid etmək olar.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur. Bundan başqa uşaqda təlimə, öyrənməyə marağın, idrak tələbatlarının olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir. Bununla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət qazanmağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia səviyyəsinin inkişafı da zəruridir.
Məktəbəqədər yaşlı uşaqlar haqqında söylədiklərimizi aşağıdakı qrafikdə qısaca ümumiləşdirə bilərik.
Məktəbəqədər yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)
-.Aparıcı fəaliyyət növü-oyun, insanları davranış və fəaliyyət normalarının mənimsənilməsi.3-4 yaşa özünütəsdiq reaksiyaları: sözə qulaq asmamaq tərslik, neqativizm,höcətlik,”böyükləri məcbur etmək”(“mən özüm”,”Mən özüm bilirəm”). Əsasən təkbaşına oyun( əşyavi,sujetli-rollu oyunlar).
-5-6 yaş böyüklərə münasibətin ahəngdarlığı, uşaqlara münasibətin inkişafı, uşaqlarla birgə oyun( qaydalı,süjetli-rollu oyunlar),uşaqlar arasında liderlik və tabeçilik münasibətlərinin formalaşması,”yarış xarakterli oyunlar)
-Quraşdırma oyunlarının inkişafı, praktik təfəkkürün inkişafı.Rəsm, musiqi qabiliyyətinin inkişafı
-Təfəkkürün eqosentrizmi.
-Qavrayışın inkişafı( perseptiv işlərin, perseptiv etalonların mənimsənilməsi),diqqətin,hafizənin qeyri-ixtiyaridən ixtiyariyə doğru inkişafı, iradənin inkişafı.
-Hər şeylə maraqlanmamaq(4-5 yaşında “bu nədir?” sualının verilməsi)
-Təxəyyülün inkişafı(reproduktiv formadan yaradıcıya doğru)
-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı, daxili nitqə keçid.
-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri əvəz edən yerlik kimi,6-7 yaşlılarda sözlərin əşyaların mühüm əlamətlərini bildirməsi-konkret məfhumlar)
-Təfəkkürün əməliyata qədərki səviyyədə (Piaje) inkişafı, tədricən əməliyyat səviyyəsinə keçid.
-Cinsiyyət üzvlərinə, uşaqların doğulmasına maraq.
-Təşəbbüskarlığın, məqsədəyönəlişliyin, fəallığın formalaşması, müstəqilliyin, neqativ inkişaf gedişində passivliyin, yamsılamağa meylliyin formalaşması.
-Məktəbə hazırlığın formalaşması.(4, s 86)
1.2. Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin öyrənilməsi və inkişaf etdiril- məsi yolları.
Emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə (situasiyaya, başqa insanlara, özünə və s.) münasibəti ilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pаntоmimika, jestləri, vokaliza- siyadır.V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşa- ğıdakı funksiyaları sadalayır:
1. Qiymətləndirmə
2. Təhriketmə (motivləşdirmə)
3. Tənzimetmə (təşkiletmə) və dezorqanizasiya (pozma)
4. Möhkəmləndirmə (tormozlama)
5. Sezmə (qabaqlama, evristik) funksiyalar. Emosiyaların bir çox növləri var. Onlardan bəzilərinə qısaca nəzər salaq. Еhtirаs – uzunmüddətli, qüvvətli və dərin hissdir. Təəccüb- qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adapdasiyaya mane ola biləcək aktivliyini saxlayır Maraq- hər bir şeyə istiqamətlənə bilər, lakin insanlığa daha çox fayda vеrən intellek- tual, estetik və başqa yaradıcı fəaliyyət növləridir. Emosiyaların psiхologiyasında həyəcan ayrıca bir kateqoriya kimi nəzərdən keçiril- mir. O, insanın əhəmiyyətli fəaliyyətdən və ya görüşdən öncə təzahür etdirdiyi nara- hatlıq, situativ hadisə, qorxu halətlərini əks etdirən məişət anlayışı kimi qəbul olunur. Qorxunun konkret mənbəyi vardır, o, şərtiz təhlükəli qiymətləndirilən müəyyən ob- yektlə əlaqədardır. Аffеkt – (lаt. аffеktus- həyəcаnlаnmа dеməkdir) cоşğun surətdə əmələ gəlib, kəskin ifаdəyə mаlik оlаn qüvvətli cərəyаn еdən qısа müddətli hissdir.
Frustrаsiyа – insаnın rеаl və yа хəyаli mаnеələrlə rаstlаşdığı zаmаnı düşdüyü psiхi vəziyyətdir. Emosional halətlər içərisində stress tədqiqatçıların diqqətini xüsusi olaraq çəkən hadisədir. (5,s124) Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin inkişaf etdirilməsi üçün uşaqla mütə madi olaraq ünsiyyət qurmaq lazımdır. Beləki, onlar istər valideynləri, istərsə də həm yaşıdları ilə ünsiyyət prosesinə girdikdə ona qarşı müəyyən emosiyalar hiss etməyə başlayırlar.Artıq bu dövrdən etibarən onlar kimi sevdiklərini, kimi bəyənmədiklər- ini, kimlə oynamaq istədiklərini və s halları ayıra bilirlər. Bu ailədə də aydın sezilir. Belə ki, ailə daxilində müəyyən insanlar qru- puna ( qonaqlar, qohumlar və s) hər birinə bir cür emosional reaksiya verirlər. Kiminsə gəlişinə sevinir, kiminsə gəlişi ni heç gözləmirlər də. Bu dövrdə məktəbə- qədər yaşlı uşaqlarda insanlara qarşı mü- əyyən yaxşı münasibət formalaşdırmaq la- zımdır. Bu dövrdə uşaqlara empatiya his- sini aşılamaq çox vacibdir. Çox müəlliflər uşaqlarda empatiya hissinin yaranmasını 1,5-2 yaşa aid edirlər. Bu dövrlərdə uşaq müəyyən qədər qəmgin insanları, xüsusən də həmyaşıd uşaqları “sakitləşdirməyə” çalışır və adətən həmin şəxsə müəyyən bir şirniyyat məhsulu və ya öz oyuncağını təqdim edir və düşünür ki, o, ona kömək etdi. Adətən bu münasibət uşağın yaxşı tanı- dığı insanlara ( ata, ana, bacı-qardaş, qohum- lar, həmyaşıdlar) qarşı özünü təzahür etdirir.Empatiya hissinin üç komponentini xü- susi vurğulayırlar: 1) Koqnitiv (mən bilirəm ki, şəxsin düşdüyü konkret situasiyada o, nə hiss edir). 2) Emosional ( mən ona həmdərdəm). 3) Davranış ( mən şəxsin vəziy- yətini yaxşılaşdırmaq üçün müəy- yən davranış reaksiyaları edirəm).Real həyatda bu üç komponent qarşılıqlı şəkildə çıxış edir. Sadaladığımız empatiya komponentlərini bilərək, uşaqda onu digər insan- lara qarşı inkişaf etdirmək olar. Çünki emosiyaların yaranması elə kiməsə qarşı olan hisslərdən yaranır və inkişaf edir.Son zamanlar uşaqlarda psixo-emosional inkişafın pozulması hallarına tez-tez rast gəlinir.bunlara misal kimi- emosional dəyanətsizlik, düşmənçilik hissi, aqressivlik, narahatlıq, həyəcanlılıq və s göstərmək olar.Bu halların baş verməsinin nəticəsində uşaqlar ətrafdakılar ilə münasibət qurmaqda çətinlik çəkirlər.Televiziya, kompyüter uşaqlarda valideynlərlə, həmyaşıdlar ilə bir növ ünsiyyəti əvəz etdiyi üçün, bu cür uşaqlarda ünsiyyət çatışmamazlığı və eyni zamanda “emosiya ka- sadlığı” baş verir. Bu da bildi yimiz kimi uşaqlarda emosiyaların, hisslərin normal inki şafına mənfi təsir göstərir. Müasir uşaqlar əvvəlkilərinə nisbətən ətrafdakı insanlara qarşı daha soyuq, “hissiz” münasibət bəsləyirlər. K.İzard qeyd edirdi ki, “emosiyalar- qavrayış, təfəkkür və fəal- iyyəti orqanizə edir”. Uşaqların tərbiyə edilməsi zamanı müsbət emosiyaların və eyni zamanda uşaqda çatışmayan emosiyaların korreksiya ediməsi əsas məsələlərdən biri-dir.( 6, s 138) Uşaqlarda emosiyaların inkişaf etdirilməsində ən yaxşı vasitə kimi musiqini götürmək olar. Çünki musiqi vasitəsi ilə insanın daxilinə, onun emosional durumuna təsir etmək asan olur. Buna görə də musiqi mədəniyyəti şəxsiyyətin bir çox strukturunun ( hiss mədəniyyəti, emosional sahə və s) inkişaf etdirilməsində əvəzsiz rol oynayır.Bildiyimiz kimi emosiyaların xarici təzahürü mimika və pantomimika vasitəsi ilə olur. Uşaqların emosional cəhətdən yaxşı inkişaf etməsi üçün bir çox üsullar var. Bunlardan birinə nəzər salaq. Musiqi sədaları altında uşaqların mimika və pantomi- mika vasitəsi ilə emosional sahənin inkişaf etdirilməsi üsulu. Bu iş üç mərhələyə bölünür: Birinci mərhələ- kiçik yaşlı (3-4) uşaqlarla aparılır. Mimika və emosiyaların inkişaf etdirilməsi oyun fəaliyyəti, müxtəlif hərəkətlər və obrazlar vasitəsi ilə aparılır.
İkinci mərhələ- orta yaşlı (4-5) uşaqlarla aparılır. Bu zaman “emosional lüğətinin” zənginləşdirilməsi, piktoqramma maskaları, rənglər, mimika və pantomimika vasitə- silə ilə uşaqlarda emosianal sahəni inkişaf etdirmək olar.
Üçüncü mərhələ- yuxarı yaşlı (5-7) uşaqlarla aparılır. Bu zaman emosiyaların xarici təzahürlərünü inkişaf etdirmək üçün plastilin etüdlərdən istifadə edərək uşaqların emosional cəhətdən özünü birüzə verməsinə imkan yaradırlar.
Uşaqlarda emosional sahənin sistemli inkişaf etdirilməsi üçün K.İzardın fundamental emosiyalarına əsaslanan təsnifatı əsas götürülmüşdür. K.İzardın göstərdiyi əsas emosiyalar bunlar idi: maraq, sevinc, təəccüb, dərd, qəzəb, ikrah, istehza, utancaqlıq, günah. Uşaqlarda emosional sferanın inkişaf etdirilməsi zamanı onların yaşına uyğun olan nağıllar, oyunlar, maraqlı tapşırıqlar, ekspressiv özünü birüzə vermə metodların- dan istifadə etmək olar. Uşaqlarda emosional ekspressiya- müxtəlif oyunlar misal üçün heyvanların həyat şəraitini, onların görkəmini, səslərini, davranışlarını təzahür etdirən oyunlardan istifadə edərək inkişafına nail olmaq olar. Uşaqlarla aparılan oyunlar-konkret, köməkedici və yönəldici xarakter kəsb edə bilər. Bütün keçirilən oyunların musiqi sədaları altında icra edilməsi daha effektli nəticə verir. Oyun fəaliy- yətinə uyğun seçilmiş musiqi uşağın oynadığı obrazın daxilinə girmək və eyni zaman- da onun emosiyalarını mimika və pantomimika vasitəsi ilə yaşamaq imkanı verir. Kiçik yaşlı (3-4) uşaqlara oyun zamanı müəyyən bir qəhrəmanın müxtəlif emosional durumundakı vəziyyətini əks etdirən şəkillər təqdim olunur və o, musiqinin müşaiəti ilə obrazların emosional vəziyyətlərini tapmağa çalışır.
Orta yaşlı (4-5) uşaqlar isə “emosional lüğətlərini” zənginləşdirmək üçün oyun zama- nı müxtəlif əhval-ruhiyyə, emosional vəziyyət ( kədər, dərd, qorxaqlıq, məşğulluq və s) əks etdirən yeni situasiyalarla tanış olurlar.
Yuxarı yaşlı (5-7) uşaqlar isə oyun fəaliyyətində onlara verilən xüsusi emosionallıq tələb edən rolları ifadə edir və plastilindən müəyyən fiqurlar hazırlayırlar. Bu zaman onlar oynadığı və ya düzəltdiyi obrazların adından danışaraq özlərini emosional cəhət dən ifadə edirlər.
Uşaqlar oyun fəaliyyəti zamanı qəhrəmanın daxili emosional aləmini yaxşı ifadə edə bilirlər.Misal üçün bəzi səhnələrdə – “pişik xəstələndi”, daha sonra “pişik sağaldı” hadisələrini izah edərkən müxtəlif mimika və pantomimkadan istifadə edərək buna uyğun emosiyaları yaşayırlar.(7, http: //www. Portal-slovo.ru/)
II FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA EMOSİONAL SAHƏNİN PSİXOLOJİ-EKSPERİMENTAL TƏDQİQİ.
2.1.Tədqiqatın təşkili və keçirilməsi.
Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin yoxlanılması üçün biz proyektiv me todikadan istifadə etmişik. Bu metodikanın aparılması üçün biz tədqiq olunanlara 21 şəkil təqdim edirik. Bu şəkillərdə uşaqlar üçün aydın ola biləcək obrazlar çəkilib. Bu metodika məktəbəqədər yaşlı uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq işlənilib. Beləki bu şəkillərdə çəkilən obrazlar uşaqların sevə-sevə izlədiyi cizgi filmlə rindəndir, yəni əsasən qeyd etdiyim kimi onların yax prinsipi nəzərə alınıb. Burada xüsusi cəhət ondan ibarətdir ki, şəkildə çəkilmiş hər bir obrazın simasında müəyyən emosiyanı ifadə edə biləcək ifadələr var. Bizim də əsas məqsədimiz məktəbəqədər yaşlı uşaqların şəkildə çəkilmiş obrazların üzündəki emosiyaların nə dərəcədə uşaq tərəfindən qavranılmasını müəyyən etməkdir.
Tədqiqatda 15 nəfər 4-6 yaşlı uşaq iştirak edib. Metodika tədqiq olunanlarla fərdi şəkildə aparılıb. Tədqiq olunanların metodikanı işləməzdən əvvəl onlara belə təlimat verilir: “Şəkildə gördüyünüz haqqında danışın”, “Səncə onlar vəziyyəti necədir?” Əlbəttə ki, bu təlimatlar müəyyən qədər nisbi xarakter daşıyır. Çünki uşaqların yaş və fərdi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq onların hər birinin başa düşəcəyi şəkildə onlara təlimatı izah etmək lazımdır. Tədqiqatı apardığımız zaman özümüz tədqiq olunanı istədiyimiz səmtə yönəldə bilərik. Bu zaman mövzu ilə bağlı əlavə suallar verərək daha çox informasiya toplaya bilərik. Xüsusi hallar kimi, yəni əgər uşaqda ünsiyyət çətinlikləri və ya təklikdə qalmaq qorxusu varsa, tədqiqatda validey- nin də iştirakı ilə aparmaq lazımdır.
Qeyd etdiyimiz kimi əlavə məlumat toplamaq üçün mövu ilə əlaqədar müxtəlif situa- siyalar və ya suallar fikirləşərək uşaqdan soruşmaq olar. Bir daha onu söyləmək lazımdır ki, kiçik yaşlı uşaqla işləyərkən mütləq etdiyimiz şeyləri onun başa düşəcəyi şəkildə izah etmək lazımdır, əks təqdirdə ondan heç bir informasiya olmaq mümkün
2.2. Alınmış nəticələrin işlənilməsi.
Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin öyrənilməsi üçün biz proyektiv metodikadan istifadə etdik. Tədqiqatda 4-6 yaşlı 15 uşaq iştirak etmişdir. Onların hər biri ilə bu metodika individual şəkildə aparılmışdır. Bizim əsas işimiz ondan ibarət idi ki, uşaqlarda emosiyaların inkişaf səviyyəsini yoxlayaq. Alınmış nəticələrin işlənil- məsi aşağıdakıları göstərdi: Uşaqların böyük hissəsi, daha dəqiq desək 52%-i şəkildə göstərilmiş obrazların üzündəki ifadələri həqiqətə yaxın söyləyə bildilər. Yəni əgər şəkildə qəmgin personaj təsvir edilibsə, onlar bunu öz nitq xüsusiyyətlərinə uyğun şəkildə başa salırdılar. Uşaqdan bunun nə üçün belə olduğunu soruşanda isə onlar müxtəlif səbəblər gətiridilər. Birisi bunu anasının onu danladığına görə, digəri sevimli oyuncağının qırıldığına görə, kimi atasının onu gəzməyə aparmadığına görə və s səbəblər üzündən belə olduğunu söyləyirdilər. Tədqiqatda araşdırdığımız məsələlərdən başqa –uşağı narahat edən problemlər üzə çıxdı. Bunun da biləvasitə səbəbi metodikanın proyektiv olmasıdır.
Tədqiq olunan 4-5 yaşlı uşaqlardan 31%- ində onlara tədqiq olunan şəkillərdəki ob- razların üz ifadələrini tanıma dərəcəsi aşağı oldu. Bu cür nəticə göstərən uşaqların fərdi –psixoloji xüsusiyyətləri ilə tanış olduqda məlum oldu ki, bu uşaqların əksəriyyətində ünsiyyət çətinliyi problemi var. Bu halları öz övladında aşkar edən valideynələr mütləq bunun qarşısını almağa çalışmalı və yaxşı olarda ki, uşaq psi- xoloquna müraciət etsinlər. Çünki əgər bu problemlər vaxtında həll edilməzsə, son- radan uşaqlarda müxtəlif mənfi hallar, xüsusən də emosional sahənin lazım olan səviyyədə inkişaf etməməsi ilə üzləşə bilərlər. Bunun izahı onunla bağlıdır ki, uşaqlarda emosiyalar biləvasitə kiminləsə ünsiyyət ( verbal və qeyri – verbal ola bilər) inkişaf edir.
Tədqiq olunan uşaqların 17%-ində isə onlara göstərilən şəkillərdə obrazların üz ifadələrini tanıma dərəcəsi yüksək oldu. Beləki onlar müsbət, üzügülər personajlar gördükdə onları həyatlarından olan xoş hadisələrlə əlaqələndirərək izah edirdilər, əksinə mənfi üz ifadələrini isə ən çox danlama və ya incimə halları ilə müqayisə edirdilər.
Bu nəticələr göstərmiş uşaqlarla daha yaxından tanış olduqda məlum oldu ki, onlara insanlarla kontakta girmək çətin gəlmir. Bu da son nəticədə tədricən uşaqda istər emosional sferanın , istərsə də idrak fəaliyyətinin normal inkişaf etməsinə gətirib çıxaracaqdır.
Onu da qeyd etmək zəruridir ki, şəkillərdə təsvir edilmiş obrazların üz ifadələrini bir o qədər yaxşı ayırd edə bilməyən uşaqlar (31%) tədqiqat zamanı valideynin iştirakı olmadan tədqiqatda sərbəst iştirak edə bilmirdilər. Bu da onu deməyə əsas verir ki, bu cür davranış tərzindən çıxış edən uşaqların ailəsində valideynlər onlara bu yaş dövrü- nə uyğun olan davranış və eyni zamanda digər bilgiləri düzgün öyrətməyiblər. Lakin bununla yanaşı onu da qeyd etməliyik ki, ailədə uşaqlara olan münasibət və onlara verilən tərbiyə üsullarından asılı olmayaraq uşaqlarda artıq bu dövrdən özünütəzahür etdirən fərdi- psixoloji xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu fərdi –psixoloji xüsu- siyyətlərə əsasən onlara qarşı münasibət yaradılmalıdır.
NƏTİCƏ
Tədqiqat obyektimizin məqsədi məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin tədqiqi idi. İlk öncə biz məktəbəqədər yaşlı uşaqların əsas səciyyəvi xüsusiyyətlərini araşdırdıq. Bundan başqa onlarda emosional sahənin yaranma ardıcıllığını izlədik. Bildiyimiz kimi uşaqlarda bir çox sahələrin xüsusən də emosional sahənin inkişaf etdi rilməsi biləvasitə ailə və uşağın əhatəsində olan insanların üzərinə düşür. Bu dövr ər- zində valideynlər uşaqla nə qədər çox məşğul olsalar bu onun inkişafına müsbət təsir göstərəcəkdir. Bunu nəzərə alaraq valideynlər uşaqlarla daha çox onların qavraya biləcəyi şəkildə və üsullardan istifadə edərək onlarda emosional sferanın inkişafına nail ola bilər. . Məktəbəqədər yaşlı uşaqlarda nitqin inkişaf səviyyəsinə valideynlər xüsusi ilə diqqət yetirməlidirlər, beləki, əgər onda öz yaşına uyğun olan nitq qabiliyyəti inkişaf etməzsə, bu onun digər insanlarla və xüsusən də həmyaşıdları ilə münasibətə girmə- yə maneə yaradar və nəticədə onun emosional sahəsində inkişaf çox ləng gedər. Çün- ki biz bildiyimiz kimi emosiyalar insanın başqa insanlar ilə münasibətə, ünsiyyətə daxil olduğu zaman yaranır və inkişaf edir. Məktəbəqədər yaş dövründə uşaqlarda müəyyən problemin və ya çətinliyin olduğunu hiss edən valideynlər mütləq müvafiq mərkəzlərə xüsusən də uşaq psixolaqlarına müraciət etməlidirlər. Bildiyimiz kimi uşağın məhz uşaqlıq yaş dövründə aldığı travmalar ona sonrakı həyatı boyu təsir edir və onun qarşısı vaxtında, yəni uşaqlıq dövründə alınmırsa sonra ondan qurtulmaq çox çətin olur. Bütün bunları bilərək belə nəticəyə gəlmək olar ki, uşaqlıq dövrünü trav- masız, rahat, normal keçirən uşaqların əksəriyyəti sonrakı həyat dövrünü də rahat keçirirlər. Sonda onu qeyd etmək istərdik ki, tədqiqatımizda qarşımıza qoyduğumuz fərziyyəni tam olaraq təsdiqlədik. Tədqiqatımızın əsas fərziyyəsi məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin inkişafı biləvasitə ona yaradılan normal mühitdən asılı olmağı idi. Tədqiqatımız gedişində də aydın oldu ki, uşağa ailə daxilində müsbət ,inki şafetdirici şərait yaradıldıqda və eyni zamanda uşaqla mütəmadi məşğul olduqda, on- da emosional sahənin normal inkişafı gedir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1.Həmzəyev M. Ə. Ailədə uşaqların oyunlarına rəhbərlik. Bakı: 1965, 328 s.
2.Qədirov Ə. Ə. Yaş psixologiyası. Bakı: 2002, 85 s.
3.Seyidov S. İ və Həmzəyev M. Ə. Psixologiya. Bakı: Nurlan, 2007, 462 s.
4.Возрастная и педагогическая психология. Хрестоматия. Москва: 2001 ,86 с.
5.Майерс Д. Психология. Москва: 2001, 124 с.
6.Эльконин Д. Б. Детская психология. Москва: 1960, 138 с.
7.http: //www. Portal-slovo.ru/
əvvəlki yazı