MÜNDƏRİCAT GİRİŞ……………………………………………………………………………………………………………..3 FƏSİL I MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜRÜN TƏNQİDİLİYİNİN TƏDQİQİ…….4 1.1. Psixologiyada təfəkkür anlayışı haqqında ümumi məlumat……………………………..4 1.2. Məktəblilərdə təfəkkürün tənqidiliyinin öyrənilməsi………………………………………. FƏSİL II MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜRÜN TƏNQİDİLİYİNİN PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ………………………………………………………………………….. 2.1. Tədqiqatın təşkili və keçirilməsi………………………………………………………………….. 2.2. Alınmış nəticələrin işlənilməsi……………………………………………………………………. NƏTİCƏ…………………………………………………………………………………………………………. İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI…………………………………………………. GİRİŞ Mövzunun aktuallığı. Təfəkkür- ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasında əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Bildiyimiz kimi təfəkkür çoxxassəli bir idrak prosesidir. Kurs işimizin movzusuna uyğun olaraq biz əsasən təfəkkürün tənqidiliyindən danışacağıq. Təfəkkürün tənqidiliyi keyfiyyəti insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı uyğunsuzluğu asanlıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər. Məktəblilərdə də təfəkkürün tənqidiliyinin təhlil edilməsi və onu inkişaf etdirməyin yollarının axtarılması müasir psixologiya və pedaqoqika elmlərinin vacib məsələlərindən biridir. Bu baxımdaqn problem aktualdır. Tədqiqatın obyekti. Məktəblilərin təfəkkürünün tənqidiliyinin tədqiq edilməsidir. Tədqiqatın predmeti. Məktəblilərdə təfəkkürün tənqidiliyinin inkişaf etdirilməsi yollarının müəyyən edilməsindən ibarətdir. Tədqiqatın məqsədi. İlk olaraq məktəblilərin təfəkkürünün inkişaf dinamikasını və eyni zamanda təfəkkürün tənqidiliyinin yaranmasını şərtləndirən amillərin təhlil edilməsidir. Tədqiqatın vəzifələri. Psixologiyada təfəkkür anlayışı haqqında ümumi biliklərin mənimsənilməsi, məktəblilərdə təfəkkürün tənqidiliyinin onların təlim və həyat fəaliyyətində oynadığı önəmli rolu müəyyənləşdirməkdən ibarətdir. Tədqiqatın əsas fərziyyəsi. Məktəblilərdə təkəkkürün tənqidiliyinin inkişafı onlarda təlim və həyat fəaliyyətində yaradıcı təfəkkürün inkişafını şərtləndirir. Tədqiqatda istifadə edilmiş metodlar. Məktəblilərdə təfəkkürün tənqidiliyini yoxlamaq üçün müvafiq metodikadan istifadə edilmişdir. Tədqiqatın strukturu. Giriş, fəsil I, fəsil II, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı. FƏSİL I MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜRÜN TƏNQİDİLİYİNİN TƏDQİQİ. 1.1. Psixologiyada təfəkkür anlayışı haqqında ümumi məlumat. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak proseslərı təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişlənməsində həm prosesual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür prosesinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir. Təfəkkür- insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gercəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Ona görə də təfəkkürü cism və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırılır. İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir. L. S. Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi adlandırırdı. Qavrayış idrakı nöqteyi nəzərindən kateqoriya və düşünmə xüsusiyyətləri, hafizə isə sözlü- məntiqi xarakter daşıyır. Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin. Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişir. Təfəkkür insanın əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır. Psixologiyada təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə yaranmasını,onun strukturunu, digər fəaliyyət növü ilə qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A. N. Leontyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesefik xüsusiyyətlərinə malikdir. O daxilidir, qisaldılmışdır və avtomatlaşmışdır. Təfəkkür insanın təlim,əmək,oyun fəaliyyətində və inkişafında,şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o bu iş təmami ilə pedaqoji fəaliyyətə də aid edilir. Təfəkkür psixi proses kimi bir sıra spesefik xarakter və xüsusiyyətlərə malikdir. İlk belə əlamət gerçəkliyin ümumiləşmiş inikasıdır, təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır. İkinci az əhəmiyyətli olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır. Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin xüsusiyyətləri hökm vermək üçün vasitəli informasiyanın təhlil yolu ilə əldə edilməsidir. Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə,vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir. Nəhayət, təfəkkürün mühüm xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiklərini təfəkkür əhatə edə bilir. Təfəkkür sosiol cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar, proseslər, fəndlər və s cəmiyyət tarixinin inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül tapır. Odur ki.təfəkkür ali idrak prosesi kimi hadisələrin gələcək mənzərəsini verə bilər. Təfəkkür sayəsində insanın fikri prosesi bu gündən gələcəyə və ya əksinə gələcəkdən bu günə istiqamətində cərəyan edə bilər. Təfəkkür məqsədyönlü idrak prosesidir. Adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür, qarşıya çıxan məsələmi,sualı həll etməyə çalışır. Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır. Təfəkkürün üç əsas forması vardır: məfhumlar, hökmlər, əqli nəticə. Məhfum (anlayış)- cism və hadisələrin mühüm,əsas əlamətlərə görə əks etdirilməsindən ibarət olan formasıdır. Məhfumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilər. Xüsusi məhfumlar tək,xüsusi bir cismə və ya hadisəyə aid olur. Ümumi məfhumlar bir qrup cism və hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Konkret məfhumlar biləvasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məfhumlar çoxlu qarşilıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. Onlar psixoloji ədəbiyyatda eyniləsdirilsələr də gercəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. Təsəvvürlər obrazlı- əyanidir, biləvasitə verilmiş informasiyanı qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vəhdlikdə verilir. Məhfum və təsəvvürlər çətinliklər zamanı xüsusi ilə aşkar bir yerdə verilir. Məhfumlar keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur. Hökmlər- fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərlə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır. Hökmlərdə cisimlər, hadisələr arasında müəyyən əlaqənin oldağu, eləcə də cismin, hadisənin müəyyən keyfiyyətinə malik olduğu təstiq və ya inkar edilə bilər. Bu baxımdan hökmlər iqrari və inkari olmaqla iki yerə bölünür. Məsələn, ”Bu kitab maraqlıdır” dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təstiq edirik. ”Bu tələbə çalışqan deyil” dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk. Ona görə də birinci hökm iqrari, ikinci hökm isə inkari hökmdür. Hökmlər ümümi, xüsusi və fərdi də ola bilərlər. Ümuni hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cism və hadisələrdə müəyyən bir cəhət ya təstiq,ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkari bütün cism və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlər isə iqrar və ya inkar yalnız bir cism və ya hadisəyə aid olur. Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi, qəti hökmlər vardır. Hər hansı bir fikrin həqiqiliyini hökmlərdə söylənmiş şərtlərdən asılıdırsa bu şərti hökm adlanır. Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir. ”Hökm cisimdə bu və ya digər əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə o qəti hökm hesab olunur. İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlər üç növə ayrılır: mümkünlük, gerçəklik və zərurət hökmləri. Mümkünlük hökmündə, cisimlə onun əlamət və keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür. Bu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər, olmaya da. Belə hökmlərin həqiqiliyi təcrübədə yoxlanılır. Gerçəklik hökmü cisimlə, onun xassəsi,sifəti arasındakı əlaqəni əks etdirir. Zərurət hökmü cisim və hadisələrlə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu hökmün ən yüksək forması hesab olunur, çünki zərurət hökmləri təbiət və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir. Məsələn, ”yer günəş ətrafında fırlanır” Deyilənlərdən aydın olur ki, mümkünlük hökmü ola biləcəkləri, gerçəklik hökmü olanları, zərurət hökmü isə hökmən olanları əks etdirir. ( 1, s 326) Psixoloji planda hökmlər- subyektin hərəkətidir, müəyyən məqsəd və motivlə bağlıdır,insanı nəyisə düşünməyə və hansısa qərarı qəbul etməyə təhrik edir. Hökmlər fikri fəaliyyətin nəticəsidir, fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir. Hökmlər hərəki xarakter daşıyır,özündə sosial aspekti ehtiva edir. Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib. Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından.o nəyi isə təsdiq,inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Hökmlərin bütün növlərinə adam birdən-birə yiyələnmir. İnsanın fərdi həyat prosesində hökmlər sadə formadan mürəkkəbə doğru tədricən inkişaf edir. Buna təlim prosesi ciddi təsir göstərir. Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir. Vahid məqsədə tabe olan bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, biləvasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır. Birincisi, çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır. A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur. İkincisi, eyni münasibəti əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar. Bu halda nəticə formal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyəti tərəfləridir, konkret məzmunla müəyyənləşən qanunauyğunluqdur. Üçüncüsü, müvafiq əlaqələr, aşağı-yuxarı, böyük-kiçik möhkəmlənərək informasiya dayanaqlarından nəticəyə icra oluna bilər və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe edir. Əqli nəticənin üç əsas növü qeyd olunur: induktiv, deduktiv və analogiya (təşbeh). İnduktiv əqli nəticə xüsusi hallardan, misallardan (hökmlərdən) ümümi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, dəmirin, misin, poladın, gümüşün və s istidən genişləndiyi və onların metal olduğunu müəyyənləşdirmək esasında “Bütün metallar istidən genişlənir” hökmünü çıxarmaq olar. Deduktiv əqli nəticə isə ümumi hallardan, misallardan (hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, ”Bütün xüsusi ismlər yazıda böyük hərflə başlayır”. ”Bakı xüsusi ismdir” deməli “Bakı böyük hərflə yazılır” nəticəsini çıxarmaq olar. Analogiyalara gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə ilə nəticə çıxarılır. Deməli təşbeh iki cismin, iki hadisənin bu və ya başqa cəhətdən bir-birinə oxşamasına əsalanaraq, həmin cisim və ya hadisənin başqa cəhətlərindən bir-birinə oxşaması hökmünün çıxarılmasından ibarət əqli nəticədir. Təşbeh xüsusidən-xüsusiyə gedən istidlaldı. Əqli nəticənin göstərilən növləri birdən-birə təşəkkül etmir. Buna uşağın həyat təcrübəsi və təlim- tərbiyəsi ciddi təsir göstərir. Təfəkkürün növləri idraki əhəmiyyətinə görə bir-birində fərqlənirlər. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür,praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik-əyani obrazlı anlayışlar təfəkkürü, əyani əməli ola bilər.Formasına görə -əyani əməli, əyani obrazlı, mücərrəd məntiqi,xarakterinə görə-nəzəri, praktik, genişlənməsinə görə-diskursiv, intiutiv, yeniliyinə görə-reproduktiv, produktiv növlərə ayrılır. Nəzəri təfəkkür öz predmetinin qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir, birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır bilik formaları anlayışlar,hökmlər,əqli nəticələrdir. Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir. Onlar arasında fərq nisbidir. Nəzəri obrazlı təfəkkür- anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox dərəcədə əyani-hissi obrazlarla qarışır. Anlayışlar və obrazlar- təsəvvürlər bu təfəkkür növündə ayrılmazdir. İnsan təsəvvürlərsiz ancaq anlayişlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz, o həmçinin təkcə hissi əyani obrazlarla, anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin unutmaq olmaz ki, təsəvvür və anlayişlar nəinki bir-biri ilə bağlidir, həmçinin bir-biribdən fərqlidir, vahid təfəkkür daxilində bir tərəfdən əyani,digər tərəfdən abstrakt-nəzəri təfəkkürü fərqləndirirlər. Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla obyektiv reallığın dərkinə yönəlib. Nəzəri obrazlar ya hafizədən əldə edilir, ya da təxəyyüldən yaradıcılıqda yaradılır. Ədəbiyyat, incəsənət adamları belə obrazlı təfəkkürə malikdir. Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı mövcuddur. Onlar biri digərini qarşılıqlı tamamlayır, qarşılıqlı əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır. Nəzəri anlayışlar təfəkkürü mücərrəd olsa da daha düzgün əks etdirir. Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur. Fikir hissi-əyanə olaraq,insanı gerçək oləmə bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün zəruridir. Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı cisim və hadisələrin, icra edilmiş olduğu praktik işin surəti əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir. Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafizədən əldə edir,sonra dəyişdirir. Bu təfəkkür forması məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır. Praktik fəaliyyətlə məşğul olan yaşlı insanlara da bü təfəkkür növü xasdır. Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyət xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görnəkdir. Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də adlandırırlar. Bəşəriyyətin tarixi inkişafı prosesində birinci növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç yaşına qədər uşaqlarda da təfəkkür əsasən əyani-əməli xarakter daşıyır. Bu təfəkkür növü istehsal prosesində çalışan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir. Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək inkişaf etmiş növüdür. Adətən məktəb yaşı dövründə praktik təcrübə əsasında ilk dəfə sadə şəkildə olsa da, mücərrəd təfəkkür yaranır və inkişaf edir. Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir. Qeyd etmək lazımdır ki, adını saydığımız təfəkkür növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü birüzə verir. Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, onlar praktika ilə müxtəlif cürə bağlıdır. Praktik təfəkkürün işi xüsusi konkret məsələ həllinə yönəlir, nəzəri təfəkkür isə ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.( 5, s 360) Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fəkri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, o həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurla tənzim edilən əməliyyatlar xarakteri daşıyır. Şüurlu məqsəqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir. Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkürün qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Düşünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır,müqayisə edir və fikri prosesləri istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun xüsusı üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər. Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada anlayışlarda tamamlanır. Real fikri proseslərdə anlayışlar prosesi ayrıca ifadə olunmur,anlayışlar əyani təsəvvürlər və sözlərlə qarışaraq vahid.anlayışın forması olmaqla eşitmə və görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur). Əyani elementar fikri froseslərə daxildir: a) şeylər və əlamətlər haqqında təsəvvür obrazları şəklində; b) sxemlər şəklində; c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində; İnsan təkcə mücərrəd anlayışlarla deyil. həmçinin obrazlarla fikirləşir. Real fikri proseslər adətən söz, obraz formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır. Obraz predmetin obrazı kimi sxematik məzmuna malikdir. İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən sözlərlə ifadə olumuş şəkildə məna ilə əlaqəli olur. Söz predmeti mənalandırır. Obrazlı, əyani nə isə qavranılırsa, predmet dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu sxematik məzmun söz-anlayışın və obrazın ümümi əvəzedicisi rolunu oynayır. Sxematik ümümilik real fikri proseslərin zəruri həlqəsidir, çünki sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir. Təfəkkürə “fikirləş” və ya “fikirləşmə” əmrini vermək absurtdur. Obraz fikri proseslərə qoşularaq, onda sxematik funksiyanı yerinə yetirərək intellektuallaşır. Obrazın fikri proseslərdə yerinə yetirdiyi funksiya, ümumiləşmiş məna hissi daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmununu dəyişdirir, ön planda şeyin, hadisənin mənası ilə əlaqəli olan əlamətlər aktivləşir, köməkçi, ikinci dərəcəli, təsadüfi sıxışdırılaraq arxa plana keçirilir. Obraz təfəkkürdən kənarda qalmır, o sxematik intellektual məzmunla zənginləşir. Konkret əyani obraz, sxem, söz təfəkkürdə əhəmiyyətli rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü formalarla fikirləşmir, fikri bəzən sözü qabaqlayır. Əyani obrazlar, sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir. Söz anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir. Anlayışlar təfəkkürü-sözlü təfəkkürdür. Söz fikrin mövcudluq formasıdır,onun vasitəsiz ötürülmə imkanıdır. Fikir ancaq o zaman son formasını ala bilir ki,niyyət nitq simvollarında kodlaşır. Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətlənən subyektin təsəvvürlərində qeyri-adekvat, təsadüfi və qeyri-əsas əlamətlərlə verilib. Daha adekvat dərk etmə təfəkkür qarşısında məsələ həlli üçün,idrak prosesləri çoxlu əməliyyatlardan istifadə edir. Belə əməliyyatlara təhlil, tərkib, müqayisə, mücərrədləşdirmə, ümümiləşdirmə, konkretləşdirmə aid edilir. Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və münasibətlərinin açılmasına yönəlib. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin-təhlil və tərkib (analiz və sintez) vasitəsi ilə bu əlamətləri aydınlaşdırmaq mümkündür. Təhlil-əşyanın, hadisənin fikrən hissələrə, anlara, tərəflərə bölünməsidir. Tərkib təhlil vasitəsi ilə ayrılmı, parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir. Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir. Təhlil və tərkib əməliyyatlarının köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib vasitəsi ilə tamın mahiyyət əlaqələri açılır. Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, əvvəlcə əşyavi, hərəkət planında əmələ gəlir. Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrilmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir. Bəzi insanlar təhlilə meyilli olmaları- dəqiqlik və aydınlığı,digərləri isə tərkibin genişliyi ilə seçilir. Təhlil və tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, digər münasəbətlər mücərrədləşdirmə və ümumiləşdirmə ilə aşkarlanır. Müqayisə- şeyləri, hadisələri, onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır, müəyyən edir. Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir. Müqayisə idrakın formasıdır, əşyalar əvvəlcə müqayisə yolu ilə dərk olunur. Bu həm də idrakın elementar formasıdır. Oxşar və fərqli əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcəxaricə münasibətlər kimi çıxış edir. Müqayisə oxşarda fərqi, fərqdə oxşarı tapmağa yönəlib. Daha dərin mahiyyət əlamətlərini, qanunauyğunluqları və daxili əlaqələrin açilmasını tələb edir. Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra tələblər verilir. Hər şeydən əvvəl, müqayisəni eynicinsli obyektlər üzərində aparmaq lazımdır. Məsələn, tələbə ilə fincanı müqayisə etmək olmaz. Digər tərəfdən müqayisə zamanı müqayisə olunan obyektlərin hamisında eyni əlamət götürülməlidir. Mücərrədləşdirmə- cisim və hadisələrdə mövcud olan hər hansı bir tərəfin, əlamətin, xassənin fikrən nəzərdən keçirilməsindən ibarət olan təfəkkür formasıdır. Mücərrədləşdirmə, digər fikri əməliyyatlar kimi, əvvəlcə hərəkət planında doğulur. Mücərrədə gedən yol konkret əşyalara olan münasibətlərdən keçir,fikir konkretdən ayrılaraq, daim və zəruri olaraq ona qayıdır. Konkretə, şeyə, hadisəyə, qayıdış fikrin mücərrəd yolundan keçir. Bu hal həmişə idrakın zənginləşməsi ilə başa çatır. Konkretdən aralanan fikri proses və ona abstrakt vasitə ilə qayıdan, idrak konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir. Ümumiləşdirmə fikri prosesin daha mürəkkəb əməliyyatlarındandır. Ümumiləşdirmə hərəkət planında doğulur, fərd eyni ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılarıa cavab verir, onları müxtəlif situasiyalarda ümümilki xüsusiyyəti əsasında yaradır. Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallarda eyni, ümumi hərəkət sxemlərini saxlayır. Konkretləşdirmə- ümumiləşməyə əks istiqamətli hərəkətdir.Konkretləşdirmə anlayışların müəyyənləşməsində tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir. ( 3, s 301) 1.2. Məktəblilərdə təfəkkürün tənqidiliyinin öyrənilməsi. Uşaq şəxsiyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən idrak proseslərindən biri də təfəkkürdür. Təfəkkür təhlil və tərkib yolu ilə gerçəkliyin ümumiləşmiş və vasitəli inikasıdır. Təfəkkür əməli fəaliyyət əsasında hissi idrakdan yaranır, lakin onun hüdudlarından çox-çox kənara çıxır. Sual olunur ki, insan üçün böyük əhəmiyyət kəsb edən, ona irəlini əvvəlcədən görməyə, situativ problemləri həll etməyə imkan verən bu mürəkkəb idrak prosesləri anadan gəlmədirmi, onun inkişaf xüsusiyyətləri nədən ibarətdir və bu inkişafa təsir göstərən amillər hansılardır? Uşaqlarda təfəkkürün inkişafı nitqə, onun lüğət ehtiyatına və qrammatik quruluşuna tədricən yiyələnməsi prosesi ilə ayrılmaz sürətdə bağlıdır. Lakin, uşaq bu idrak prosesini də dünyaya gələrkən, özü ilə hazır şəkildə gətirmir. Uşaqlarda təfəkkür bir sira amillərin təsiri ilə tədricən formalaşır. Aciz bir varlıq kimi dünyaya gələn uşaq, ilk növbədə fiziki cəhətdən inkişaf etməyə başlayır. Bu prosesdə onun sinir sistemi də inkişaf edir. İlk aylardan başlayaraq,uşağın sinir hüceyrələri formalaşır və beyin qabığı xeyli dərəcədə təkmilləşir. Baş beyin qabığının bu qayda ilə inkişafı uşağın bütün psixi həyatının, o cümlədən təfəkkürün də özülünü təşkil edir, deməli, uşaqda təfəkkürün inkişafı onun ali sinir fəaliyyətinin, hiss üzvlərinin inkişafı ilə sıx sürətdə əlaqədardır. Uşaqlarda hökmlər sadə formadan mürəkkəbə doğru tədricən inkişaf edir.Bu prosesdə uşaqların müntəzəm biliyə və ana dilinin qrammatik quruluşuna dərindən yiyələnmələri mühüm rol oynayır. Uşaqlar ətraf varlığı daha əhatəli və dərindən dərk etdikcə, onların hökmləri də dəqiq və mənalı olur. Məfhum və hökmlərin inkişafı ilə yanaşı uşaqlarda əqli nəticə də formalaşmağa başlayır. Uşaqlar təcrübəyə və biliklərə yiyələndikcə onlarda həm induktiv,yəni ayrı-ayrı faktlardan ümumi nəticə çıxarmaqdan ibarət olan istidlaldan,həm də deduktiv,yəni ümumi nəticəni ayrı-ayrı hallara tətbiq etməkdən ibarət olan istidlaldan istifadə edirlər. Doğrudur, uşaqların düşüncəsi hələ məntiqin bütün qanunlarına uyğun olaraq inkişaf etmir. Onların çıxardığı nəticələr öz formasına görə çox sadə və qısa olur. Uşaqlarda psixi və eləcə də təfəkkür inkişaf etdicə onlarda təfəkkürün tənqidiliyi də özünütəzahür etdirməyə başlayır. Təfəkkürün tənqidiliyi ağlın bir keyfiyyətidir. Ağlın tənqidiliyi dedikdə- fikri fəaliyyəti qiymətləndirmə və irəli sürülmüş fərziyyələrin analiz sintez edilərək ya qəbul, ya da inkar edilməsidir. Təfəkkürün tənqidiliyi inkişaf etməyən insan ağlına gələn ilk fikri ən yararlı fikir kimi qəbul edir. İnsanda təfəkkürün tənqidiliyinin olduğunu sübut edən əsas göstərici onda söylədiyi, düşündüyü hər fikri fərziyyə kimi qəbul etməsi, onun üstündə çalışması və sonda ən sərfəli qərarın qəbul edilməsidir. Rubinşteyn S. L deyirdi ki, tənqidilik- yetkinləşmiş ağlın göstəricisidir. ( 6, s 14)) Bayramov Ə. S öz elmi işlərində təfəkkürün tənqidiliyini müəyyən etməyə, onu elmi cəhətdən izah etməyə çalışmış ilk şəxslərdən biridir. Onun fikrincə tənqidilik- formalaşmış şəxsiyyətin məsələni optimal həll edilməsinə yönəlmiş əqli qabiliyyətidir. O, qeyd edirdi ki, tənqidilik insanın sadəcə qoyulmuş faktları qiymətləndirməsi deyil, eyni zamanda daxil olan informasiyaların daim yoxlanılması və təkrarən yoxlanılmasına əsaslanan keyfiyyətdir. Məhz tənqidilik sayəsində insan ən qısa, müsbət nəticə verən və rasional davranış fəaliyyətini seçə bilir. Məktəblilərdə təfəkkürün tənqidiliyinin ətraflı təhlil edilməsi çox vacib məsələlərdən biridir. Belə ki, təfəkkürün tənqidiliyi inkişaf etməyən məktəbli dərs prosesi zamanı daxil olan informasiyalara müəyyəm münasibət, öz baxış sistemini göstərə bilmədiyi üçün, onda materialın mənimsənilməsi deyil, onun mexaniki qavranılması özünütəzahür etdirəcəkdir. Çünki təlim fəaliyyətində hər bir informasiya məktəbli tərəfindən “özünküləşdiriləndə” və ya “öz süzgəcindən keçiriləndə” daha yaxşı mənimsənilir və hafizədə saxlanılır. Əks təqdirdə isə bu şablon ifadələrə bənzər bir şeyin qəbul edilməsinə bərabər bir proses olacaqdır. Yuxarıda qeyd etdiklərimizin təsdiqi kimi onu deyə bilərik ki, məktəblilərdə tənqidiliyi inkişaf etdirmək zəruridir. Hətta qeyd edilir ki, bu prosesi birinci sinifdən etibarən inkişaf etdirməyə başlamaq lazımdır. Tənqidiliyi inkişaf etdirən metod və priyomların seçilməsi zamanı subyektdə tənqidiliyin nə dərəcədə təzahür, inkişaf etdiyini müəyyənləşdirmək lazımdır. Bayramov Ə. S öz tədqiqatlarında kiçik məktəblilərdə tənqidiliyin üç inkişaf səviyyəsinin olduğunu göstərmişdir. Birinci səviyyə- təzəcə, yeni yaranan tənqidilik. Bu səviyyədə uşaq hələ səhv olan ilə düzgün seçimi bir- birindən tam yaxşı ayıra bilmir. İkinci səviyyə- təsdiqləyən, seçim edən tənqidilik. Bu tənqidilik səviyyəsi subyektə analiz etməyə, müqayisə aparmağa və sonda özünün lazım bildiyi variantı seçməyə imkan verir. Üçüncü səviyyə- idarəedən, dəyişdirən tənqidilik. Bu səviyyədə subyekt nəinki səhvləri, düzgün olmayanları ayıra bilir, eyni zamanda onları həll etmək yollarını da tapa bilir. Məktəblilərdə tənqidiliyin yaranması zamanı bu üç səviyyə sanki bir- birini əvəzləyici şəkildə inkişaf edir, onların vəhdəti nəticəsində məktəblilərdə tənqidilik keyfiyyəti yaranır. ( 2, s 128) Məktəblilərdə tənqidiliyin yarandığını aşağıdakı faktorların mövcudluğu sayəsində demək mümkündür: – məktəblilərin tənqidilik haqqında ümumi bilik səviyyəsi; – müstəqillik . Bu amil məktəblinin sərbəst, kimsənin köməyi olmadan qərar qəbul etmək, qarşıya çıxmış məsələni analiz etmək qabiliyyətinə deyilir. – dərinlik. Qarşıya çıxan problemi hərtərəfli nəzərdən keçirə bilmək qabiliyyətidir. Tənqidiliyin dərinlik keyfiyyəti subyektin problem aşkar edilməsi və həlli ilə yanaşı onun yaranma səbəblərini müəyyən edə bilmək qabiliyyətidir. – öz mövqeyinin olması. Bu keyfiyyət hər bir məsələyə yeni istiqamətdən, yəni başqaları kimi yox məhz sən düşündüyün kimi yanaşmağa imkan verir. ( 4, s 59) Məktəblilərdə tənqidiliyin yaranmasında müəllimlərin əhəmiyyətli rolu vardır. Belə ki, müəllim təlim fəaliyyətində və eləcə də digər sahələrdə tənqidi düşüncənin, tənqidilik keyfiyyətinin nə qədər önəmli rol oynadığını məktəblilərə izah etməli, onlarda fərqliliyə, öz mövqeyin olmağına bir növ maraq yaratmalıdırlar. Müəllimlər məktəblilərdə tənqidiliyi inkişaf etdirmək üçün onlarda təfəkkürün ümumi fəaliyyətini aktivləşdirən suallar, məsələlər, problemlər ilə qarşı qoymalıdırlar. Təfəkkürün tənqidiliyinə malik olan məktəblilər bu tənqidiliyi təlim fəaliyyətinə olan münasibətdə, öz davranışda, şəxsi keyfiyyətlərində də təzahür etdirir, etdiyi səhvləri qəbul edə və onun səbəbini izah etməyi bacarır. Təlim fəaliyyəti prosesində erkən yaşlarından məktəblilərdə tənqidilik keyfiyyətinin inkişafına başlanılarsa, gələcək üçün bu keyfiyyət onlarda davamlı və xarakter keyfiyyətə çevrilə bilər. Beləliklə də deyə bilərik ki, məktəblilərdə təfəkkürün tənqidiliyinin formalaşdırılması onların nəinki, təlim fəaliyyətində eyni zamanda müasir cəmiyyətimizdəki həyat fəaliyyətində lazımlı olacaq bir keyfiyyət tərbiyə edirik. ( 7, s 9) FƏSİL II MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜRÜN TƏNQİDİLİYİNİN PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ. 2.1. Tədqiqatın təşkili və keçirilməsi. Tədqiqatda təfəkkürün tənqidiliyini yoxlamaq üçün buna uyğun metodikadan istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, tədqiqatda Nəsimi Rzayev adına 169 saylı məktəbdə təhsil alan 22 nəfər 7- ci sinif şagirdləri iştirak etmişdilər. Məktəblilərin təfəkkürünün tənqidiliyini tədqiq etmək üçün aşağıdakı metodikadan istifadə edilmişdir: Material: hər sətirdə 5 sözdən ibarər olan blank vərəqi. Metodikanın yerinə yetirilməsi üçün verilən təlimat: Tədqiq olunana blank vərəqi verilir və belə təlimat verilir: “Burada hər sətirdə 5 söz yazılıb, bunlardan 4- ünü bir qrupa aid etmək və onları ümumi adla adlandırmaq olar, biri isə artıqdır. Artıq sözü tapmaq lazımdır” Konkret metodikanın 12 yaşdan yuxarı uşaqlar ilə keçirilməsi məsləhətdir. Blank vərəqi: 1. Stol, stul, çarpayı, dəhliz, şkaf. 2. Süd, qaymaq, salo, kəsmik, pendir. 3. Şirin, qaynar, turş, acı, duzlu. 4. Çəkic, mişar, mismar, balta, taxta. 5. Ağac, küknar, şam, palıd, ağcaqayın. 6. Təyyarə, insan, gəmi, velosiped, qayıq. 7. Əli, Gülnar, Nərimanov, Günay, Yaqub. 8. Santimetr, metr, kiloqram, millimetr, kilometr. 9. Müəllim, qaynaqçı, həkim, kitab, kosmonavt. 10. Dərin, hündür, işıqlı, aşağı, narın. 11. Ev, maşın, inək, ağac, yelkən. 12. Uğursuzluq, narahatlıq, məğlubiyyət, həyəcan, nifrət. 13. Sakitlik, uğur, uğursuzluq, uduş, bəxti gətirmək. 14. İnadkar, qoçaq, qərarlı, qəzəbli, narahat. 15. Futbol, voleybol, kokkey, üzgüçülük, basketbol. 16. Karandaş, qələm, flomastr, kitab, mürəkkəb. 17. Günəş, planet, kürə, kosmos, ulduz. AÇAR 1 Dəhliz 2 Salo 3 Qaynar 4 Taxta 5 Ağac 6 İnsan 7 Nərimanov 8 Metr 9 Narın 10 Kitab 11 Yelkən 12 Nifrət 13 Sakitlik 14 Narahat 15 Üzgüçülük 16 Kitab 17 Kürə 2.2. Alınmış nəticələrin işlənilməsi. Tədqiqatda məktəblilərin təfəkkürünün tənqidiliyini yoxlamaq üçün müvafiq metodikadan istifadə edilmişdir. Tədqiqatda 22 nəfər 7- ci sinif şagirdi iştirak etmişdir. Tədqiq olunanlara metodika təqdim edildikdən sonra, onlara təlimat verildi. Təlimat bütün tədqiq olunanlara aydın olduqdan sonra onlar tərəfindən metodikanın işlənilməsinə başlanıldı. Tədqiq olunanlar tapşırığı yerinə yetirdikdən sonra verilmiş cavabların işlənilməsinə başlanıldı. Məktəblilərin təfəkkürünün tənqidiliyini tədqiq edən metodikanın aparılması aşağıdakı nəticələri verdi: Tədqiq olunan məktəblilərin 54%- i onlara təqdim edilmiş 16 sualdan ibarət tapşırıqda 13-17 intervalında düzgün cavab vermişdilər. Belə nəticə göstərmiş məktəblilərin əksəriyyəti verilmiş 5 sözdən 4- ü arasında müəyyən məna bağlılığını tapır, ə |
əvvəlki yazı