MÜNDƏRİCAT GİRİŞ……………………………………………………………………………………………………………..3 I FƏSİL. ”ÇƏTİN” YENİYETMƏLƏRDƏ UĞUR VƏ UĞURSUZLUQ ŞƏRAİ- TİNDƏ TƏLİM FƏALİYYƏTİNƏ MÜNASİBƏTİN ÖYRƏNİLMƏSİ………………..5 1.1. ”Çətin” yeniyetmələrin səciyyəvi xüsusiyyətləri……………………………………………5 1.2. ”Çətin” yeniyetmələrin uğur və uğursuzluq şəraitində təlim fəaliyyətinə olan münasibəti……………………………………………………………………………………………………..12 II FƏSİL. ”ÇƏTİN” YENİYETMƏLƏRİN UĞUR VƏ UĞURSUZLUQ ŞƏRAİ- TİNDƏ TƏLİM FƏALİYYƏTİNƏ MÜNASİBƏTİNİN PSİXOLOJİ-EKSPERİMEN TAL TƏDQİQİ………………………………………………………………………………………………16 2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………………………………………16 2.2. Alınmış nəticələrin işlənilməsi…………………………………………………………………..19 NƏTİCƏ……………………………………………………………………………………………………….24 İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI……………………………………………….26 GİRİŞ Mövzunun aktuallığı. Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüş” və s dövrü də adlandırırlar. Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid həmin dövrün əsasını təşkil edir. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həmyaşıdları yeni məna və əhəmiyyət kəsb etməyə başlayır. Yeniyetmələrin daxilində konflikt yaranır.Bu konflikt vaxtında həll edilmədikdə onun fəsadları daha da ağır olur. Bunun da sayəsində əksər vaxtlar “çətin” yeniyetmələr adlandırdığımız qrup yaranır. ”Çətin” uşaqlarla münasibət qurmaq çox çətin olur, çünki onlar cəmiyyətdən, onun forma və qanunlarından uzaqlaşırlar.Sanki öz dünyasını yaşayırlar. Yeniyetmələrin bu cür formalaşmaması üçün və ya artıq bu hal baş vermişdirsə, vəziyyətdən çıxış yolunu axtarmaq baxımından mövzu aktualdır. Tədqiqatın obyekti. ”Çətin” yeniyetmələrin səciyyəvi xüsusiyyətləri, ümumiyyətlə yeniyetmələr qrupundan nə səbəbə “çətin” yeniyetmələr əmələ gəldiyini müəyyənləşdirməkdir. Onların həyat şəraitləri,təlimə,məktəbə,insanlara münasibətini öyrənməkdir. Tədqiqatın predmeti. Predmetimiz “çətin” yeniyetmələr qrupu sayılan şəxslərin emosional durumunu ,davranış təzahürlərini, cəmiyyətdə tutduğu mövqeyi aydınlaşdırmaqdır. ”Çətin” yeniyetmələrin uğur və uğursuzluq şəraitində təlim fəaliyyətinə olan münasibətlərini təhlil edib, üzə çıxarmaqdır. İşin məqsədi. Məqsədimiz yeniyetmələrin “çətin” yeniyetmələrə çevrilməməsi üçün lazım olan yolların axtarılıb tapılmasıdır.Yeniyetməlik dövrünün normal, travmasız keçməsi üçün alternativ variantların seçilməsidir. Tədqiqatın vəzifələri. Vəzifələrimizi bir neçə qrupda cəmləşdirə bilərik. 1)Yeniyetməlik dövrünün səciyyəvi xüsusiyyətlərini araşdırmaq; 2) Yeniyetmələrin hansı səbəblər üzündən “çətin” yeniyetmələrə çevrilməsi faktlarını araşdırmaq; 3) Valideynlərin yeniyetməlik dövründə “çətin” yeniyetmələr ilə davranış xüsusiyyətlərini təhlil etmək; 4) Yeniyetməlik dövrünün normal tərzdə keçməsi üçün lazım olan şərait; 5) ”Çətin” yeniyetmələrin təlim fəaliyyətinə münasibətinin tədqiq edilməsi; Tədqiqatın əsas fərziyyəsi. Əsas fərziyyəmiz ondan ibarətdir ki, yeniyetməlik dövründə “çətin” yeniyetmələr qrupunun yaranmasına bir sıra həm daxili, həm də xarici amillər təsir edir. Onların içərisində ailənin rolunu xüsusi qeyd eləmək olar.Beləki, ailədə normal şəraitin yaradılmaması,yeniyetmələri digər sosial qruplarda özünə dayaq tapmasına yönəldir. Bu qrupların da təsiri müxtəlif ola bilər. Yeniyetmənin düşdüyü qrup əksər hallarda cəmiyyətdə dəstəklənməyən davranışlar tərəfdarı olan insanlar toplusu olur. Bu da sonradan yeniyetmənin “çətin” yeniyetməyə çevrilməsinə təkan verir. Tədqiqatda istifadə edilmiş metodlar. ”Çətin” yeniyetmələrin təlim fəaliyyətinə olan münasibətini müəyyən edən “Yeniyetmələrdə məktəb həyəcanlığının diaqnostikası” dərəcəsini müəyyən edən metodika. Tədqiqatın strukturu. Giriş, I fəsil, II fəsil,nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı. I FƏSİL. ”ÇƏTİN” YENİYETMƏLƏRİN UĞUR VƏ UĞURSUZLUQ ŞƏRAİ- TİNDƏ TƏLİM FƏALİYYƏTİNƏ MÜNASİBƏTİNİN ÖYRƏNİLMƏSİ. 1.1.”Çətin” yeniyetmələrin səciyyəvi xüsusiyyətləri. Yeniyetməlik dövrü 10-11 yaşından 15-16 yaşa qədər dövrü əhatə edir. Bu dövr keçid dövrü adlanır, çünki bu müddət ərzində insanın uşaqlıqdan yetkinliyə qədəm qoyması baş verir. Bu müddət qeyri-bərabər fiziki inkişafla seçilir. Güclü boy artır. Bədənin formaları dəyişir. Cinsi yetişmə,cinsiyyət vəzilərinin fəaliyyətə başlaması yeniyetmənin fiziki inkişafının vacib amillərindəndir. Yeniyetmə dövründə şəxsiyyətin formalaşmasının yaş xüsusiyyətləri özündə aşağıdakıları birləşdirir: 1) Əxlaqi-mənəvi şüur; 2) Özünüdərk; 3) Yetkinlik hissi; 4) Ünsiyyət. Bildiyimiz kimi yeniyetməlik sanki insanın “çevrilməsi”, “dəyişməsi” dövrüdür.Bu dövrdə yeniyetmələrin ailəsi və dostları tərəfindən sevildiyinə,ona ehtiyac hiss edildiyini bilməlidir.Çünki belə olduqda o,yeniyetməlik dövrünü normal keçirər və bundan sonrakı gələcək həyatına inkişaf edən gənc kimi addımlayacaqdır. Əks hal baş verərsə cəmiyyət “çətin” yeniyetmə deyilən şəxslə üzləşəcəkdir.”Çətin” yeniyetmələr ifadəsinə psixoloji və pedaqoji ədəbiyyatda tez-tez rast gəlinir.Müəllim və tərbiyəçilər çox vaxt bəzi uşaqların “çətinliyindən” şikayətlənirlər.Əksər halda “çətin” yeniyetmələr sırasına sözə baxmayan, şıltaq, tərs,i ntizamsız, kobud, tənbəl, yalançı və s uşaqlar daxil edilir və onları asosial uşaqlar kimi xarakterizə edirlər. (2,s 157) Adətən “çətin” uşaqların xüsusiyyətləri ən çox yeniyetməlik dövründə özünü göstərir. Bu dövrdə uşaqlarda “çətinliyin” yaranmasına təkan verir. Psixoloji tədqiqatlar “çətin” yeniyetmələrin dörd qrupunu müəyyənləşdirmək imkanı vermişdir: 1) Davranışlarındakı qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtləndirən yeniyetmə; 2) Pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi təsəvvürlərə yiyələnməyən yeniyetmə; 3) Əlverişli olmayan inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə; 4) Uyğun gəlməyən münasibətlərlə şərtlənən və yaxud “Xüsusi çətin tərbiyə olunanlar”. Psixoloqlar emosional sahəsində problemlərin olması ilə bağlı hələ kiçik məktəb yaşı dövründə “çətin” uşaqların meydana gəldiyini söyləyirlər.Bununla bağlı olaraq “çətin” yeniyetmələri üç qrupa ayırırlar (L.D.Stolyarenko): 1) təcavüzkar; 2) Yüksək emosionallığa malik; 3) Hədsiz dərəcədə utancaq, hər şeydən təsirlənən; 4) Küsəyən,qorxaq,həyəcanlı; Təcavüzkar yeniyetmələr.Adətən elə uşaq tapmaq olmaz ki,həyatda heç olmasa bircə dəfə təcavüzkar hərəkət etməmiş olsun. Lakin onların hamısını “təcavüzkar”adlandırmaq olmaz.Bu qrupa yalnız o, yeniyetmələri aid etmək olar ki, onların təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı, affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər. Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa malik olan tipə daxil edilən yeniyetmələr hər şeyə çox sərt reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc, şadlıq hissi keçirirlərsə,öz ekspressiv davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər; Əgər onlar əzab,iztirab hissləri keçirirlərsə-onların iniltisi, ah-vayı, ağlamağı həddindən atrıq uca və diqqətcəlbedici olacaqdır. Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxaq, həyəcanlı yeniyetmələr isə öz hisslərini həddindən artıq ucadan və aydın ifadə etməyə utanır,başqalarının diqqətin cəlb etməkdən qorxduqlarına görə öz problemlərini sakit keçirirlər. Çox vaxt “çətin” yeniyetmələrin meydana gəlməsi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün müvafiq şəraitin yaradılmaması, valideynlər rasında ciddi konfliktin olması, valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcüdluğu, ailədə əxlaq,ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin formalaşması və s “çətin” yeniyetmələrin yaranmasının başlıca səbəbidir. Hələ kiçik məktəb yaşı dövründə emosional sahəsində problemlərin olması ilə bağlı “çətin” uşaqların meydana gəlməsi özünəməxsus amillərlə bağlı olur.Onlarda emosional pozğunluğa səbəb olan amillər bunlardır: 1) Təbii xüsusiyyətlər (məsələn,temperamentin tipi: xolerikdə oyanma çox vaxt yüksək olduğundan, onlarda təcavüzkarlıq yüksək olur;melanxoliklər ağlağan,hər şeydən tez təsirlənən, utancaq olurlar.) 2) Sosial amillər: -Ailə tərbiyəsinin tipi ( uşağı rədd etmək,həyəcanlı-vasvası tərbiyə, hipersosial tərbiyə,eqoistik tərbiyə) -Müəllimlərin münasibəti; -Məktəb psixoloqunun təsiri; “Çətin” yeniyetmələrlə iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir.Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan,asosial uşaqların vaxtında dioqnostikasını verməyə yönəlməlidir. Bu zaman yeniyetmədə “çətinliyin” yaranma səbəblərinin aşkara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir.Bütün bunların əsasında və yeniyetmənin fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir. (4.s 554) Təcrübə göstərir ki,çox zaman məktəbdə bu cür yeniyetmələrlə aparılan profilaktik iş sistemsiz,az məqsədyönlü xarakter daşıyır, baş vermiş fövqaladə hadisənin formal müzakirəsi ilə məhdudlaşır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı, qisas almağı xatırladır. Ona görə də müəllimlər belə yeniyetnələrdən sadəcə olaraq yaxalarını qurtarmağa çalışırlar. Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir psixologiyanın nəaliyyətlərinin məktəb həyatına tətbiqinə istinad etməlidirlər. Yeniyetmənin davranışında və şəxsiyyətinin inkişafında özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür: 1. ”Çətin” yeniyetmələrin kollektivə alışmasına köməklik göstərmək; Sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurların aradan qaldırmağın planını hazırlamaq; 2. Davranışında və şəxsiyyətin inkişafında qüsurlar olan yeniyetmələri dərindən öyrənmək,bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə, psixoloq həmin şagirdin əqli inkişaf səviyyəsını müəyyənləşdirmək üçün müvafiq mütəxəsislərə (məsələn: psixiator, həkim və b) əlaqə saxlamalıdır. Əgər yeniyetmənin inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilərlər. “Çətin” tərbiyə olunan uşaqlarla,xüsusi ilə yeniyetmələrlə psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir. Ona görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna müvafiq iş aparılmalıdır. Çox vaxt “çətin” yeniyetmələrin əmələ gəlməsinə səbəb yeniyetməlik dövründə onlarda ruhi problemlərin olması ilə izah olunur. Yeniyetməlik dövründə uşaqların çoxunda fiziki-bioloji və hissi yönümlü problemlərlə üzləşdiyi məlumdur. Məsələn: sərbəstlik istəyi bəzən yeniyetmənin ailədən ayrılması ilə nəticələnir. Böyüklər tərəfindən anlaşılmaması, hədsiz təzyiq göstərilməsi yeniyetməni depressiyaya məruz qoyur. Onlara qarşı yönələn xoşagəlməz bir söz və ya davranış hətta intihara cəhdlə nəticələnə bilər. Ailəsinin ona güvəndiyini hiss edən gənc, özündən asılı olmayan bir hadisə olmasa, heç vaxt bədbinliyə qapılmaz. “Çətin” yeniyetmə adlandırılan uşaqların şəxsi həyatları ilə maraqlandıqda aydın olur ki,onlara qarşı ailədə müxtəlif növdən olan istismarlar tədbiq edilib. a) Fiziki istismar: Yeniyetmələrin valideynləri tərəfindən fiziki cəhətdən incildilməsidir. Bu növ istismarlar nəticəsində hissi problemlər ortaya çıxa bilər. Qəddarlıq, kin, hücum, davranışları fiziki cəzalarla məhdudlaşdırmaq fiziki istismara aiddir. Yeniyetməyə istənilən davranışın zorla qəbul etdirilməsinin qeyri-mümkünlüyü aydın məsələdir. b) Ruhi-mənəvi istismar: Hissi istismar yeniyetmələrin duyğularını ifadə edə bilməməsidir. Onları tez-tez tənqid etmək,onlardan yaşından artıq şeylər gözləmək, qardaş-bacılarına qısqanclıq, uşağın birinə salmaq kimi hallar mənəvi-psixoloji istismarı ortaya çıxarır. Tərk edilmək, rədd etmək, alçaltma, tək qoyma, qorxytma, bezdirmə, lağ etmə, mənəvi ehtiyacları ödəməmə,avtoritarizm valideynlərin yol verdiyi əsas yalnış cəhətdir. c) Cinsi istismar: Yetişmiş uşaqların cinsi yetkinliyinə göz yumulması,onlarla yaşına uyğun davranılmaması, onların yetərli cinsi təlim ala bilməməsi, ailədə münasibət qurması üçün ürəyincə bir sirdaş,həmdəm olmaması tez-tez rast gəlinən problemlərdəndir. “Çətin” yeniyetmələrdə özünü göstərən daha bir cəhət onların neqativ vərdişlərə yiyələnmələridir.Bunların sırasında siqaret,içki,narkotik və s göstərmək olar.”Çətin” yeniyetmələrin bu vərdişlərə bağlanmasının bir sıra səbəbləri var: -Maraq; -Sıxıntı; -Anlaşılmama; -Toplumdan təcrid olunma; -Ailədə gərgin vəziyyət; -Əsəb,təcavüzkar hərəkətlərini cilovlama cəhdi; -Təqlid,böyük görünmək istəyi,böyüklərə bənzəmək istəyi; -Düşdüyü mühitin təsiri, dostlarını rədd edə bilməmək, dostları arasında üstünlük, özünü onlara qəbul etdirmək istəyi; -Əyləncə vasitəsi kim qəbul etmək; -Ailə daxilində məşhur adamların siqaret çəkməsi; Bütün bu və ya digər səbəblər üzündən mənfi vərdişlər qazanmaq mümkündür,ona görə də valideynlər bu cəhətdən xüsusi ehtiyatlı olmalıdırlar. (5, s 120) Yeniyetməlik dövründə kollektivə olan münasibət də kəskin şəkildə dəyişir. Qrupda şəxsiyyətlərarası münasibətlərin qurulması bir çox faktorlardan asılıdır. Onlardan daha çox tədqiq edilmişləri bunlardır:sosial ustanovka, keçmiş təcrübə, özünütərbiyənin xüsusiyyətləri, bir-biri haqqında informasiyanın miqdarı və s. Yeniyetməlik dövründə xüsusən də “çətin” yeniyetmələrdə bu münasibətlər sistemi tam fərqli qurula bilər. Əksər hallarda “çətin” yeniyetmələr buna qədər ki, kollektivdən uzaqlaşır, özü ilə həmfikir olan kollektivdə bir növ “sığınacaq” tapır. Bu günki günümüzdə “çətin” yeniyetmələr çox geniş yayılmış haldır. Onlara valideynlər, məktəb, müxtəlif reklam rolikləri və çoxlu sayda gündəlik informasiya axını təzyiq göstərir. Təsadüfi deyildir ki,”çətin” yeniyetmələr termini bu qədər məşhurlaşıb.Yeniyetməlik dövrü ərzində yeniyetmələr fiziki,emosional,psixoloji dəyişikliklərlə üzləşir. Yeniyetmələrin şəxsiyyəti məhz bu dövrdə intensiv olaraq inkişafa başlayır. Onlardan bir çoxu təzyiq və həyati çətinliklər üzündən yeniyetməlik dövründə güclü və inamlı olmağı bacarmırlar.Əksər yeniyetmələrvicdan əzabı çəkmədən narkotik maddələr və spirtli içkilər qəbul edir. Ancaq bunun əksinə olaraq elə yeniyetmə uşaqlar var ki,bu dövrdə bütün güc və enerjisini məktəb fəaliyyətində yaxından çalışmaq, dərs qiymətlərini yüksəltmək və s müsbət işlərlə məşğul olmaq üçün sərf edirlər və bunları onların ətrafında olan, onlara güvənən şəxslərə hörmət əlaməti olaraq edirlər. Bu, qeyd etdiyimiz tam əks istiqamətdə dayanan iki qrup arasında da biz “çətin” yeniyetmələrə rast gələ bilərik. Ortaya belə sual çıxır:nə üçün? Bu faktları müxtəlif səbəblərlə izah etmək olar. Ən əsas səbəb isə hər bir yeniyetmənin fərdi-psixoloji xüsusiyyətlərə malik olmasını göstərmək olar. Bundan başda onun ailədə aldığı tərbiyə də onun davranışına özünəməxsus təsir edəcəkdir. Bütün bu təsirlərlə yanaşı bir çox digər səbəblər də ola bilər. Misal üçün: ətraf mühit Bəzi tədqiqatlar göstərir ki, yeniyetmələrin beyinlərinin davranışa cavab verən bəzi hissələri bir o qədər yaxşı inkişaf etməyib ki, onlarda təhlükəli və yaxşı davranış arasında differensasiya etmək qabiliyyəti olsun. Məhz bu proseslər nəticəsində yeniyetmələr göstərişlərə əməl edə bilmir,anlaya bilmir ki, içki və digər mənfi hallar onların orqanizmi üçün ziyanlıdır.(Bu haqda onlara dəfələrlə deyilməsinə baxmayaraq). Onlar bu emosiyalarını kontrol edə bilmirlər. Əgər bu tədqiqatlara inansaq,onda belə çıxır ki,insan biolagiyasının özü “çətin” yeniyetmələrin yaranmasına şərait yaradır. Digər tədqiqatçılar göstərirlər ki, yeniyetmələr emosional cəhətdən bir o qədər yaxşı inkişaf etməyiblər ki, onların üzərinə düşən bütün vəzifələri yerinə yetirə bilsinlər. Elə tədqiqatçılar var ki, onlar düşünürlər ki, ”çətin” yeniyetmələri cəmiyyət özü formalaşdırır. Onlar bu faktı onunla izah edirlər ki,cəmiyyətin indiyə qədər ki, inkişafı tarixində heç vaxt indiki kimi sərbəst və bu qədər bekar ola biləcək yeniyetmə qrupu yox idi.60 il bundan öncəki tarixə nəzər salsaq görərik ki, o dövrkü yeniyetmələrin işləmək qabiliyyəti olan kimi onlar işləyib ailəsinə kömək edirdilər, özlərindən kiçik bacı və qardaşlarını saxlamağa yardımçı olurdular. Düzdür, belə hallara indi də rast gəlmək mümkündür. Ancaq indiki yeniyetmələr öz şəxsi tələbatlarını ödəmək üçün işləyirlər. Bu “çətin” yeniyetmələrin yaranmasını izah edən yalnız üç nəzəriyyə idi. Bu verilmiş variantlardan ən düz fikir –onların kombinasiyasıdır. ”Çətin” yeniyetmələrin yaranma səbəbi- yeniyetmələr kimi çox müxtəlifdir. Yeniyetməlik dövrünün əsas problemlərini müəyyən etmək lazımdır ki, ”çətin” yeniyetmələrə onları həll etməkdə individual kömək etmək mümkün olsun.Hər bir “çətin” yeniyetmənin bu dövrdə yaşadığı problemlərin əsas cəhətlərini bildikdən sonra “çətin” yeniyetmələr, valideynlər, məktəb kollektivinin birgə səyi ilə “çətin” yeniyetmələrin qarşılaşdığı problemləri dəf etməyə və onların yaranma səbəblərini aşkara çıxarmaq mümkün olacaqdır. (7, s 221) 1.2. ”Çətin” yeniyetmələrin uğur və uğursuzluq şəraitində təlim fəaliyyətinə olan münasibəti. Yeniyetməlik dövründə hər bir sahədə olduğu kimi təlim fəaliyyətində də müəyyən dəyişikliklər olur. Yeniyetməlik dövründə tədris prosesinin xarakteri də dəyişir. Bir müəllim əvəzinə hər birinin öz tələbatı,tədris metodları olan bir neçə müəllim dərs deməyə başlayır.Yeniyetmələr artıq materialı olduğu kimi deyil, müstəqil ifadə etməyə çalışır. Ətraf aləm ilə daha fəal ünsiyyət yaradır,yeni meyllər formalaşır ki, bu da tədrisə marağı azaldır.Yeniyetmə həyatında səhvlərə yol verir.Müvəffəqiyyətsizliyə uğrayır,lakin bunları gizlədə bilir və heç kimə bildirməməyə çalışır. Tədrisə müsbət münasibətin formalaşmasında materialın məzmunu,emosional şərh olunması və şagirdin həmin fənn üzrə qazandığı müvəff əqiyyətlər əhəmiyyətli rol oynayır.Fəal şəkildə müstəqil düşünmək,mühakimə yürütmək,ümumiləşdirmək,nəticə çıxarmaq qabiliyyəti yaranır. Konkret-obrazlı təfəkkür saxlanmaqla yanaşı abstrakt təfəkkür inkişaf edir. Öyrənmə prosesində əşya və hadisələrin mürəkkəb,analitik-sintetik tərzdə qavranılması imkanı yaranır. Yaddaş və diqqət artır,yəni iradə olur. Maraqlı dərs şagirdi uzun müddət yayınmadan özünə cəlb edir. Bu dövrdə yeniyetmələr fəal olduqlarından və özlərini yetkin hesab etdiklərindən həvəslə müxtəlif işlərə girişirlər.Yeniyetmə oğlan və qızlarda idrak proseslərinin inkişafı üçün yeni şərait yaranır. Təlim fəaliyyətinin köhnə formaları ilə yeni tələbatlar və vəzifələri arasında özünəməxsus ziddiyyətlər yaranmağa başlayır. Həmin ziddiyyətlərin həlli prosesində də yeniyetmənin təlim fəaliyyəti inkişaf edir. Yeniyetməlik yaşı dövründə şagirdin təlim fəaliyyətində meydana çıxan yeni cəhətlərdən ən başlıcası müstəqilliyin inkişafı ilə bağlıdır. Yeni psixoloji tədqiqatlar göstərir ki, müasir yeniyetmələrin təlim motivlərində özünütəstiqetmə, özünütəkmilləşdirmə meylləri xüsusi yer tutur. Bununla belə “çətin” yeniyetmələr qrupunun təlim fəaliyyətinə göstərdiyi maraq sadaladıqlarimizdan kəskin şəkildə fərqlənə bilər. ”Çətin” yeniyetmələrin uğur və uğursuzluq şəraiti də təlim fəaliyyətinə özünəməxsus təsir edir.Əksər zaman “çətin” yeniyetmələr təlim fəaliyyətini və onun zəruriliyini əsasən dərk edirlər, lakin məktəb və təlim onlardan hər birinin həyatında eyni dərəcədə böyük rol oynamır. ”Çətin” yeniyetmələrdə özünəməxsus ziddiyyətlərdən biri də ondan ibarətdir ki, yeniyetmə biliklərə yiyələnməyə səy etsə də, bəzən məktəb təliminə, xüsusi ilə qiymətə laqeyd münasibət bəsləyir. O, yaxşı qiymət almadıqda qanı qaralır, əsəbiləşir, lakin özünü zahirən sakit aparır, müəllim və yoldaşlarına özünü elə göstərir ki, guya aldığı iki və ya üç qiymətin onun üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, ”çətin” yeniyetmə çox vaxt özünün zahiri laqeydliyi ilə təlimdə müvəffəqiyyətsizliyinə əsl münasibətini pərdələyir,bununla da o, uşaq olmadığını müəllim və yoldaşlarına hiss etdirmək istəyir. Beləliklə, yeniyetməlik dövründə şagirdlərin təlimə münasibətində özünəməxsusu cəhətlər meydana çıxır.Bunların bir qismi əslində təlim fəaliyyətinin qüsuruna çevrilir. (3, s 339) “Çətin” yeniyetmənin təlimdə geri qalmasının psixoloji səbəbləri öyrənilməlidir. Onlarda təlim maraqlarının yaranmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməkidir.Bunun üçün müəllim və valideynlər onlara düzgün istiqamət verməli inkişaf etdirmək üçün dərsdə əməkdaşlıq şəraiti yaratmalı, frontal işi qrupla və fərdi işlə üzvi surətdə əlaqələndirməlidir. “Çətin” yeniyetmələrin peşə maraqları formalaşdıqca təlimə münasibəti dəyişməyə başlayır. Onlar fənləri nəinki “maraqlı” və ya “maraqsız”, həm də “zəruri” və ya “qeyri-zəruri” olmasına görə təsnif edirlər. Bu problemin qarşısını almaq üçün müəllim öz məharətindən,təlim keyfiyyətindən və s asılı olaraq tədris etdiyi fənnə maraq yaratmağı bacarmalıdır. “Çətin” yeniyetmələrin təlim fəaliyyətinə münasibəti əksər hallarda mənfi olur.Bunu, onlar çox zaman təhsil aldığı sinifdə münasibətlərin uğursuzluğu ilə izah edirlər. ”Çətin” yeniyetmələr çox vaxt həm sinif yoldaşları, həm də müəllimlərlə münasibətlərinin pis olduğunu söyləyirlər.Bu da öz növbəsində öz əks təsirini təlim fəaliyyətində göstərir. Ümumiyyətlə müəllim və yeniyetmə şagird arasında konfliktli situasiyalar tez-tez baş verir. Bu konfliktlər həm müəllim,həm də yeniyetmə üçün mənfi-emosional hal kimi özünü təzahür etdirir. Lakin yeniyetmənin emosional cəhətdən tam “bərkimədiyinə” görə onun üçün bu hal daha çətindir.Bu sxem adətən belə olur. Müəllim “çətin” yeniyetməyə təsir etmək istəyir, ”çətin” yeniyetmə isə cavab olaraq əksinə reaksiya verir. Belə situasiya baş verdikdə artıq “çətin” yeniyetmələr konfliktdə olduğu müəllimlə xoş münasibətləri kəsir və həmin müəllimin tədris etdiyi fənnə ümumiyyətlə marağı itir. “Çətin” yeniyetmələr müəllimləri çox zaman haqsızlıqda, savadsızlıqda və s-də günahlandırır, müəllimlər isə əksər hallar “çətin” yemiyetmələr ilə rastlaşdıqda onu dərslərini pis oxuyan, tənbəl, “xuliqan” bir sözlə çətin tərbiyə olunan kimi qələmə verir.Bu da yeniyetmələrin çətin dövründə ümumiyyətlə vəziyyəti pisləşdirir. ”Çətin” yeniyetmələr bir növ insanlardan müdafiə olunmağa çalışırlar. Onlar özlərinə qapanır,çox vaxt özünütəstiq etmək üçün müxtəlif yollardan istifadə edirlər. Təlim fəaliyyətində müəllimlə “çətin” tərbiyə olunan yeniyetmə arasında münasibətlərin pozulmasına kim daha çox səbəbkar olur? Müəllimlər bu vəziyyətdən çıxmaq üçün nə edə bilərlər? Yeniyetmələrin,xüsusən də “çətin” yeniyetmələrin psixoloqlara müraciətləri təhlil edildikdə,məlum olub ki, onların həyatında ən çox yaşanan problem müəllim-şagird münasibətləridir. Yeniyetmələr ən çox belə faktlar gətirirlər: “O, mənim qiymətimi bilə-bilə aşağı salır”,” O, mənə həmişə düzgün olmayan iradlar tutur”. Müəllimlər isə “şagird dərsimi mütəmadi olaraq pozmağa çalışır”, “şagird dərsimdə səs salır,mən artıq onunla özüm bacara bilmirəm” və s fikirlər söyləyir. Normada müəllimlərin təlim fəaliyyətində məqsəd və vəzifələri şagirdlərə sistemli bilik, bacarıq vermək,onların cəmiyyət üçün faydalı ola biləcək şəxsiyyət kimi formalaşdırmaqdır. Lakin bu işdə mürəkkəb cəhət ondan ibarətdir ki, hər bir yeniyetmə , xüsusən də “çətin” yeniyetmələrin hər birinin öz motivasiyası, maraq dairəsi,fərdi xüsusiyyətləri vardır. Müəllim çox bacarıqlı pedaqoq olmalıdır ki,hamını qane edəcək ortaq məxrəc tapa bilsin. (6, s 210)P Onu qeyd etməliyik ki, təlim prosesi-ancaq bilik vermək(müəllim) və onu qəbul etmək (şagird) deyildir. Müəllimin təcrübəsi, onun dəyərlər sistemi, simpatiyası və antipatiyası, düzgün olan və düzgün olmayan haqqında fikirləri, onun ünsiyyət qurmaq səviyyəsi,psixoloji mədəniyyəti və s keyfiyyətlər, onun kimi canlı bir şəxsiyyət olan yeniyetməyə ilə münasibətinə öz təsirini göstərməyə bilməz. Bəzi yeniyetmələr “çətin” yeniyetmə qrupuna aid edilməsinə baxmayaraq onlar da həmyaşıdları, valideynləri,müəllim kollektivi ilə ünsiyyət tələbatını ödəmək, qayğı və diqqət istəyir. Əks halda bu “çətin” yeniyetmənin özü haqqında neqativ fikir formalaşır. O, özündə heç bir müsbət keyfiyyət görə bilmir, özünü prespektivsiz bir insan sayır. Özünü bu cür qiymətləndirən “çətin” yeniyetmədən təlim fəaliyyətində nə yüksək qiymət, nə də nizamlı davranış gözləmək olmaz. O, artıq pis göstəricilər və pis davranış tərzinə “proqramlaşdırılmışdır”. Tədqiqatların nəticələrinə əsasən belə göstəricilər alınmışdır. Pedaqoji mühitdə şagirdləri akademik göstəricilərinə görə şəxsiyyətinin göstəricilərini qiymətləndirmək steriotipi yaranmışdır. Akademik qiymətləri yüksək olan şagirdlərlə müəllimlər arasında əksər vaxtlar münasibət yaxşı olur. Müəllimlər adətən onları tərifləyir, həmişə nümunə gətirir və s. Müəllimın şagirdlərə bu cür seçici münasibət bəsləməsi şagirdlərdə müəllimə və ümumiyyətlə təlim fəaliyyətinə marağı azaldır. ”Çətin” yeniyetmələr isə özünə qapılır,insanlardan bir növ üzaqlaşmağa çalışır. Müəllim şagird arasında təlim zamanı yaranan münasibətləri şərti olaraq belə qruplaşdırmaq olar: Birinci tip. Əlaçı şagirdlər,müəllimlərlə müsbət qarşılıqlı əlaqədədirlər. Müəllimlər onlara inanır, güvənir və hər şeyi belə şagirdlərə etibar edir. Müəllim onları öz keyfiyyətli pedaqoji fəaliyyətinin nəticəsı kimi görür. İkinci tip. Müəllim şagirdləri qabiliyyətli, bacarıqlı hasab edir, ancaq müəyyən qədər “çətin” şagirdlər olduğunu bilir. Bu “çətinlik” özünü davranışlarında, malik olduğu qabiliyyətləri istifadə etməməsində özünü göstərir. Müəllimlərin çox vaxt belə şagirdlər ilə konflikti olur,lakin onlar şagirdlərin qabiliyyətlərini yüksək qiymətləndirirlər. Üçüncü tip. Müəllimə qulaq asan, onlara belə təhsil verdikləri üçün minnətdar olan,ancaq az qabiliyyətli şagirdlərdir. Müəllimlər çox zaman onlardan yüksək nəaliyyət gözləmir, lakin dərs prosesi zamanı onlara yaxşı münasibət bəsləyir. Dördüncü tip. Bu şagirdlər “çətin”,problemli şagirdlərdi və adətən müəllimlərlə münasibət pis olur.Müəllimin mənfi nümunələri, cəzalandırma, yaxşı qiymətləndirilməmə, tənqid və s bu kimi keyfiyyətlər məhz bu şagirdlər haqqındadır. Onların davranışı pis davranış tərzinə nümunə olaraq gətirilir. Beşinci tip. Bu şagirdlər adətən özünə müəllimın diqqətini cəlb etməyən şagirdlərdi. Belə şagirdləri lövhəyə az çağırır və tez-tez müəllim onların ad və soy adlarıını da xatırlaya bilmir. Çox zaman onların şəxsiyyətinə olan bu qədər aşağı diqqət onların təlimdə müvəffəqiyyət qazanmasına əngəl olur. Gördüyümüz kimi təlimdə müvəffəqiyyət qazanmaq bir növ yaradılmış uğur və uğursuzluq şəraitindən asılıdır. Şagird qeyd etdiyimiz bu beş tip münasibətlər sisteminin əlbəttəki,hər birində özünü bir cür göstərəcək. ”Çətin” yeniyetmələrin də çox vaxt təlimdə uğur qazanmamasının səbəbi bu faktlardan biləvasitə asılıdır. (1, s 176) II FƏSİL.”ÇƏTİN” YENİYETMƏLƏRİ UĞUR VƏ UĞURSUZLUQ ŞƏRAİTİNDƏ TƏLİM FƏALİYYƏTİNƏ OLAN MÜNASİBƏTİNİN PSİXOLOJİ-EKSPERİ- MENTAL TƏDQİQİ. 2.1. Tədqiqatin təşkili və keçirilməsi. Tədqiqatda “çətin” yeniyetmələrin təlim fəaliyyətinə olan müxtəlif münasibətlərini tədqiq etmək üçün “Yeniyetmələrin məktəb həyəcanlığının diaqnostikası” dərəcəsini müəyyən edən metodikadan istifadə edəcəyik.Test tapşırığı 58 sualdan ibarətdir. Tədqiq olunanlar suallara “hə” və ya “yox” cavabı verməlidirlər. ”+” cavab “hə”, “-“ cavab isə “yox” cavabını bildirir.Tədqiq olunanlara belə təlimat verilir: Sizin qarşınızda 58 sualdan ibarət test tapşırığı var. Siz növbə ilə onu cavablandırmalısınız. Test sualları 1. Sənin üçün bütün sinflə bir səviyyədə olmaq asandırmı? 2. Müəllim materialı necə məninsədiyinizi soruşmaq istəyəndə siz narahat olursunuzmu? 3. Müəllimin istədiyi kimi siniflə birgə işləmək sənin üçün çətindirmi? 4. Hərdən müəllimin sənin dərsi bilmədiyinə görə əsəbləşdiyini yuxuda görürsənmi? 5. Heç elə olubmu ki,sinifinizdən olan kimsə səni vursun? 6. Tez-tezmi istərdiniz ki,müəllim yeni materialı bir də izah etsin? 7. Siz məsələni və ya tapşırığı yerinə yetirəndə çoxmu narahat olursunuz? 8. Nəyisə səhv deyəcəyinə görə olubmu ki,dərsdə suallara cavab verməyə qorxasan? 9. Dərsi cavab verməyə səni çağıranda həyəcanlanırsanmı? 10. Müxtəlif oyunlar oynayanda sinif yoldaşların sənə heç tənə ilə gülüblərmi? 11. Hərdən olurmu ki,sənə gözlədiyindən daha aşağı qiymət versinlər? 12. İkinci ilə qalma qorxusu səni narahat edirmi? 13. Sənin oyun üçün seçilə bilməyəcəyin ehtimalı olan oyunlarda iştirak edirsənmi? 14. Hərdən səni lövhəyə çağıranda hiss edirsənmi ki,titrəyirsən? 15. Sənin etmək istədiyini tez-tezmi hiss edirsən ki,sinif yoldaşların etmək istəmir? 16. Məsələni həll etməzdən əvvəl narahatçılıq keçirirsənmi? 17. Valideynlərinin səndən gözlədiyi qiymətləri almaq sənin üçün çətindirmi? 18. Dərsdə özünü pis hiss edəcəyinə görə narahat olursanmı? 19. Sən cavabı səhv etdiyin zaman sinif yoldaşların sənə güləcəklərmi? 20. Sən sinif yoldaşlarına oxşayırsanmı? 21. Məsələni həll etdikdən sonra düşünürsənmi ki,onu düzmü həll etdin? 22. Tapşırığı dərsdə yerinə yetirəndə əminmisən ki.hər şeyi yadda saxlayacaqsan? 23. Sənin dərsdə suala cavab verə bilməməyin yuxuna girirmi? 24. Düşünürsənmi ki.əksər sinif yoldaşların sənə dostcasına münasibətdədir? 25. Sənin qiymətlərinin sinif yoldaşlarının qiymətləri ilə müqayisə edildikdə.daha səylə çalışırsanmı? 26. Tez-tezmi sən dərsə cavab verərkən az həyəcanlanmalı olduğun haqqında düşünürsən? 27. Kiminləsə mübahisəyə girməyə qorxursanmı? 28. Sənin dərsə hazırlıq cavabını müəllim yoxlamağa hazırlaşdığını biləndə çoxmu narahat olursan? 29. Sən yaxşı qiymət alanda düşünürsənmi ki,sinif yoldaşlarından kimsə sənin bununla özünütəstiq etmək istəyirsən? 30. Sinif yoldaşlarının əksəriyyəyinin yüksək qiymət verdiyi sinif yoldaşınla birgə olanda sən özünü yaxşı hiss edirsən? 31. Sənin xətrinə dəyəcək sözləri sinif yoldaşlarından tez-tezmi eşidirsən? 32. Təlim fəaliyyətində geri qalan uşaqlar səncə digərlərinin gözündən düşürlərmi? 33. Düşünürsənmi ki,əksər sinif yoldaşların sənə çox diqqət ayırmır? 34. Başqalarının gözündə pis görünmək səni narahat edirmi? 35. Müəllimlərin sənə münasibətindən razısanmı? 36. Sənin valideynlərin digər sinif yoldaşlarının valideynləri kimi məktəb həyatında fəal iştirak edirmi? 37. Ətrafdakıların sənin haqqında nə düşündükləri səni narahat edirmi? 38. Əvvəlkindən daha yaxşı oxumağa çalışırsanmı? 39. Düşünürsənmi ki,sən də sinif yoldaşların qədər yaxşı geyinirsən? 40. Dərsə cavab verən zaman düşünürsənmi ki,başqaları sənin haqqında nə düşünür? 41. Səncə yaxşı oxuyan uşaqlar pis oxuyanlara nisbətən sinifdə yüksək hüquqa malikdirlərmi? 42. Sənin fikrincə sən sinifdə hamıdan yaxşı olanda sinif yoldaşların əsəbləşirlərmi? 43. Sinif yoldaşlarının sənə münasibətindən razısanmı? 44. Müəllimlə tək qalanda özünü yaxşı hiss edirsənmi? 45. Sinif yoldaşların hərdən sənin davranış və xarici görkəminə gülürlərmi? 46. Fikirləşirsənmi ki,sən digər uşaqlara nisbətən məktəblə bağlı daha çox düşünürsən? 47. Səndən bilmədiyin şeyi soruşanda ağlayacağını düşünürsənmi? 48. Axşamlar yerində uzananda sabah dərsdə nə olacağı haqqında düşünürsənmi? 49. Çətin məsələ ilə işləyəndə düşünürsənmi ki, bildiyin şeyi unutmusan? 50. Məsələ həll edəndə sənin əlin azca titrəyirmi? 51. Müəllimin sinfə tapşırıq verəcəyini biləndə narahat olursanmı? 52. Məktəbdə biliklərinin yoxlanılması səni narahat edirmi? 53. Müəllim sinfə tapşırıq verəndə düşünürsənmi ki,sən onu edə bilməyəcəksən? 54. Sənin edə bilməyəcəyini sinif yoldaşların edə bildiyini yuxuda görürsənmi? 55. Müəllim dərs materialı izah edəndə düşünürsənmi ki,sinif yoldaşların səndən daha yaxşı qavrayır? 56. Məktəbə gələndə düşünürsənmi ki,müəllim sinfə yoxlama tapşırıq verə bilər? 57. Tapşırığı yerinə yetirəndə sənə elə gəlirmi ki,sən onu pis yerinə yetirirsən. 58. Müəllim tapşırığı bütün sinfin içində ,lövhədə etməyini istəyəndə titrəyirsənmı? Nəticələrin interpretasiya qaydası. Nəticələrin təhlili zamanı açarda verilmiş cavablara uyğun olmayan cavablar götürülür. Misal üçün 58-ci suala tədqiq olan “hə” cavabı verib, açarda isə bu sualın cavabı “-“ –dir. Açarda göstərilmiş variantlarla düz gəlməyən cavablar yüksək həyəcanlılıq əlamətidir. Təhlil zamanı bunlar hasablanır: 1. Mətn üzrə düz gəlməyən cavablar. Əgər o, 50%-dən çoxdursa, bu “çətin”yeniyetmənin normadan bir az çox, 75%-dən çox olarsa yüksək həyəcanlılıq dərəcəsinə malik olduğunu bildirir. 2. Aşağıda göstərdiyimiz 8 faktorlar üzrə üst-üstə düşmələr. Həyəcanlılıq dərəcəsi birinci formada olduğu kimi təyin edilir. ”Çətin” yeniyetmənin bu və ya digər daxili emosional vəziyyəti təhlil edilir. 1. Məktəbdəki ümumi həyəcanlılıq- 2, 3, 7, 12, 16, 21, 23, 26, 28, 46, 47, 48, 49, 50, 51, 52, 53 ,54, 55, 56, 57, 58; cəm= 22. 2. Sosial stressin yaşanması-5, 10, 15, 20, 24, 30, 33, 39, 42 ,44; cəm= 11. 3. Uğur qazanmaq tələbatındakı frustrasiya halı-1, 3, 6, 11, 17, 19, 25, 29, 32, 35, 38, 41, 43; cəm=13. 4. Özünütəsdiq qorxusu-27, 31 ,34, 37, 40, 45; cəm= 6. 5. Biliklərin yoxlanılması situasiyasına olan qorxu-2, 7, 12, 16, 21, 26; cəm= 6. 6. Ətrafdakıların gözlədiklərinə uyğun gəlməmək qorxusu-3, 8, 13, 17, 22; cəm= 5. 7. Stressə qarşı aşağı fizioloji dəyanət göstəricisi-9, 14, 18, 23, 28; cəm= 5. 8. Müəllimlərlə münasibətdə problem və qorxular səviyyəsi-2, 6, 11, 32 ,41 ,44, 47; cəm= 8. AÇAR 1- 7- 13- 19- 25+ 31- 37- 43+ 49- 55- 2- 8- 14- 20+ 26- 32- 38+ 44+ 50- 56- 3- 9- 15- 21- 27- 33- 39+ 45- 51- 57- 4- 10- 16- 22+ 28- 34- 40- 46- 52- 58- 5- 11+ 17- 23- 29- 35+ 41+ 47- 53- 6- 12- 18- 24+ 30+ 36+ 42- 48- 54- 2.2. Alınmış nəticələrin işlənilməsi. Tədqiqatda istifadə etdiyimiz metodikaya əsasən “çətin” yeniyetmələrdə təlim fəaliyyətinə olan münasibəti müəyyən etmək istəyirik. Bu metodika “çətin” yeniyetmələrdə məktəb həyatı zamanı yaşanan həyəcanlığı diaqnostika etməyə bizə kömək edəcək. Tədqiqat Bakı şəhərində yerləşən orta məktəbdə aparılıb. Tədqiqat həmin məktəbin 8-ci sinfində təhsil alan və müəllimlər tərəfindən “çətin” yeniyetmə kimi xarakterizə olunan şagirdlər arasında aparılıb. Tədqiqat işində məktəbin dörd paralel 8-ci sinfində oxuyan 12 nəfər “çətin” yeniyetmə iştirak etmişdir. Etika baxımından biz həmin məktəbin və sinfin nömrəsini qeyd etmirik və xüsusi vurğulamaq istərdik ki, tədqiqat zamanı həmin “çətin” yeniyetmələr tədqiqatın əsl məqsədindən xəbərsiz idilər. Biz belə düşündük ki, ”çətin” yeniyetmələr üzərində apardığımız tədqiqatın əsl məqsədi onlara bəlli olsa idi, bir tərəfdən onlar xüsusi sosial qrup kimi digər həmyaşıd yeniyetmələrdən fərqləndirilməsi onlara pis təsir edə bilərdi, digər tərəfdən onların tədqiqat zamanı suallara |
əvvəlki yazı