MÜNDƏRİCAT
GİRİŞ……………………………………………………………………………………………………………..3
I FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA TƏXƏYYÜLÜN TƏDQİ Qİ…………………………………………………………………………………………………………………..4
1.1. Məktəbəqədər yaşlı uşaqları səciyyələndirən əsas psixofizioloji keyfiyyət- lər…………………………………………………………………………………………………………………..4
1.2. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün öyrənilməsi və onun inkişaf etdirilməsi yolları…………………………………………………………………………………………………………….8
II FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA TƏXƏYYÜLÜN PSİXOLO Jİ- EKSPERİMENTAL TƏDQİQİ…………………………………………………………………..13
2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………………………………………13
2.2. Alınmış nəticələrin işlənilməsi…………………………………………………………………..18
NƏTİCƏ……………………………………………………………………………………………………….21
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI……………………………………………….22
GİRİŞ
Mövzunun aktuallığı. Müasir cəmiyyətimiz istənilən məsələni effektiv və qeyri- adi həll etməyi bacaran yaradıcı, fəal şəxsiyyətlərin olmasını tələb edir. Buna uyğun olaraq təhsil müəssisələrinə inkişaf edən nəslin yaradıcı potensialını daha da inkişaf etdirmək vəzifəsi qoyurlar.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün tədqiqi ona görə aktualdır ki, o uşağın istənilən yaradıcı fəaliyyət formasının əsasını təşkil edir.
Son illər həm pedaqoji, həm də psixoloji ədəbiyyatlarda təxəyyülün uşağın əqli inkişafında və ümumən psixi inkişafında nə qədər əhəmiyyətli rol oynadığını qeyd edirlər. Bu baxımdan məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün tədqiqi aktualdır.
Tədqiqatın obyekti. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf dinamikasını tədqiq etməkdir.
Tədqiqatın predmeti. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf səviyyəsinin uşağın ümumi inkişafına nə dərəcədə təsir etdiyini müəyyənləşdirməkdir.
Tədqiqatın məqsədi. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf xüsusiyyətlərini və uşaqlarda təxəyyülü inkişaf etdirən yol və üsulların təhlil edilməsidir. Uşaqlarda təxəyyülü inkişaf etdirən metod kimi “şəkil çəkmək” metodunun təhlil edilməsi.
Tədqiqatın vəzifələri. İlk olaraq məktəbəqədər yaşlı uşaqların psixofizioloji xüsusiyyətlərini müəyyənləşdirmək və onlarda təxəyyülün inkişafının digər psixi proseslərlə qarşılıqlı əlaqədə öyrənilməsidir.
Tədqiqatın əsas fərziyyəsi. Tədqiqatda irəli sürdüyümüz əsas fərziyyə ondan ibarətdir ki, məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafı fəaliyyət prosesi ilə şərtlənir. Belə ki, məhz müxtəlif inkişafetdirici fəaliyyət sahələri uşaqlarda psixi proseslərin kompleks halında inkişafını şərtləndirir.
Tədqiqatda istifadə edilən metodlar. Tədqiqatda məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafını yoxlamaq üçün yeddi şəkildən ibarət şəkilli metodikadan istifadə edilib.
Tədqiqatın strukturu. Giriş, I fəsil, II fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı.
I FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA TƏXƏYYÜLÜN TƏDQİQİ.
1.1. Məktəbəqədər yaşlı uşaqları səciyyələndirən əsas psixofizioloji keyfiyyətlər.
Psixologiyada məktəbəqədər yaş dövrü 3-6 yaş mərhələsini əhatə edir. Bu dövrü çox vaxt bağça yaşı dövrü də adlandırılar. Bu dövrdə uşağın boyunun, çəkisinin artmasın- da nəzərəçarpacaq dəyişiklik baş verir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmış olsa da onun əl və ayaq əzələlərində hələ sümük ləşməmiş qığırdaqlar qalır.
Bu dövrdə nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növ lərinə cəlb olunmasının təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə uyğunlaşmasına imkan ve- rir. Məktəbəqədər dövr fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərhələsi ki- mi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır.
Məktəbəqədər yaş dövründə uşaqların əsas fəaliyyət növü oyun olur.Bu yaş dövründə öz vaxtlarının çoxunu oyunda keçirirlər. Adətən, məktəbəqədər yaş dövrünü üç yarım- dövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inki- şaf edir. Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq kimi iştirak edirlər.
Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjet- li-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mü- hüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı,yaşlılarla ünsiyyət saxlamaq, hə yatı başa düşmək, ətrafdakıları təqlid etmək. Bu yolla bir növ gələcək həyata hazırlaş- maq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklərə gətirib çıxarır. Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. ( 1, s 81)
Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişikliklər baş verir. Məktəbəqədər yaş dövründə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır. Burada oyunun rolu böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü göstərir. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm. Quraşdırma da mühüm rol oynayır.Uşaq nəyi isə çək- mək, nəyinsə fiqurunu cızmaq üçün birinci növbədə onu diqqətlə müşagidə etməli, onun konturunu, rəngini müəyyənləşdirməli olur. Bütün bunlar uşağı müşahidə etmə- yə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.
Məktəbəqədər dövründə qavrayışla yanası olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər özünə çəkir. Məktəbəqədər dövrün sonunda diqqət öz inkişafının daha yüksək səviy- yəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı yeni maraqların meydana gəlməsi, dünyagörüşünün inkişafı, uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyəy növlərinə yiyələnməsi ilə sıx bağlı olur.
Bu dövrdə qeyri-ixtiyarı diqqət əsas yer tutsa da ixtiyarı diqqətin meydana gəlməsi üçün da şərait yaranır. Burada qeyri-ixtiyarı diqqətdən ixtiyariyə keçid üçün diqqətini idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və xassələrin xassələrini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək la- zım gəlir. İxtiyarı diqqətin meydana gəlməsində nətq də mühüm rol oynamağa başla- yır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyarı diqqətin inkişafına özü haq- qında yüksək fikirdə olmaq xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyarı olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər. Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diq- qətini idarə etmək imkanı. Onu az və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.
Məktəbəqədər yaşı dövründə uşaqların hafizəsi də tədricən qeyri-ixtiyarı yaddasax- lamadan ixtiyarı yaddasaxlamaya keçidlə səciyyələnir.
Psixoloqların apardığı tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanmadıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta yaşlı uşaqlarda yaddasaxlama və yadasalma qeyri-ixtiyarı xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyarı görmə-emosional hafizə üstünlük təşkil edir.
İxtiyarı hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə ilə bağlı xüsusi mnemik məqsədlərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəal- iyyətindən istifadə daha səmərəli nəticə verir. Bir qayda olaraq ixtiyarı hafizə böyük- lərin tərbiyəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədi qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşı- sına qoyur. Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq məktəbəqədər yaşının so- nunda əyani-obrazlı hafizə ilə yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. ( 3, s 137)
Məktəbəqədər yaşı dövründə uşaq təxəyyülü də özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövrün birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşı- yır. Uşaqların təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində mexa- niki canlandırılma şəklində özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosi- onal əsaslar, emosional təəssürat əsasında yaradılır.Bütövlükdə məktəbəqədər yaşlı uşaqların təxəyyülü olduqca zəif olur. Uşaqlarda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur. Onlar oyun zamanı, hərhansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.
Məktəbəqədər taşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır, icra etdik ləri işlərdə, dərk edilənkonkret cisim və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləş- dirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırılar. Bu yaşda uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğun olmayan hökmələr irəli sürür, düzgün olmayan nəticələr çıxarır. Bağça yaşının sonunda uşaq- larda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması, artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir.Bu dövrdə uşağın nitqinin inkişafında da əsaslı irəliləyiş baş verir. Məktəbəqədər yaşı dövründə uşaqların nitqi əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır. Bunlardan xeyli hissəsi ( təxmi- nən 1500) passiv söz ehtiyatı olur. Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də inkişaf etməyə başlayır. Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə etməyi bacarsın. Uşağın nitqindəki qü- surlar onun təlim fəaliyyətini çətinləşdirə bilər.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məktəb yaşına çatmış uşaqlar gerçəkliyi dərk edir, idrak proseslərinin inkişafı cəhətdən kifayət qədər irəli getmiş olurlar. Bunlar tədris proqramını mənimsəmək üçün lazımı imkan yarada bilirlər. Lakin uşa- ğın məktəbə psixoloji hazırlığını təkcə bunlarla məhdudlaşdırmaq olmaz. Uşaqda qavrayışın, diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif fəaliyyət növlərini, xüsusi ilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi də zəruridir.
Həmin tələblərə aşağıdakıları aid etmək olar: Uşağın ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olması, özünəməxsus “məişət” vərdişlərinə yiyələnməsi, ünsiyyətə girmə bacarığı, mədəni davranış, sadə əmək vərdişləri, nitqə, əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələn- mək, əməkdaşlıq etməyi bacarmaq, davranışın ixtiyariliyi, oxumağa arzu və marağın olmasını da aid etmək olar.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur. Bundan başqa uşaqda təlimə, öyrənməyə marağın, idrak tələbatlarının olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir. Bununla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət qazanmağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia səviyyəsinin inkişafı da zəruridir. Məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin inkişaf etdirilməsi üçün uşaqla mütə madi olaraq ünsiyyət qurmaq lazımdır. Beləki, onlar istər valideynləri, istərsə də həm yaşıdları ilə ünsiyyət prosesinə girdikdə ona qarşı müəyyən emosiyalar hiss etməyə başlayırlar. Artıq bu dövrdən etibarən onlar kimi sevdiklərini, kimi bəyənmədiklər- ini, kimlə oynamaq istədiklərini və s halları ayıra bilirlər. Bu ailədə də aydın sezilir. Belə ki, ailə daxilində müəyyən insanlar qrupuna ( qonaqlar, qohumlar və s) hər birinə bir cür emosional reaksiya verirlər. Kiminsə gəlişinə sevinir, kiminsə gəlişi ni heç gözləmirlər də. Bu dövrdə məktəbəqədər yaşlı uşaqlarda insanlara qarşı mü- əyyən yaxşı münasibət formalaşdırmaq lazımdır. Bu dövrdə uşaqlara empatiya his- sini aşılamaq çox vacibdir. Uşaqlarda emosiyaların inkişaf etdirilməsində ən yaxşı vasitə kimi musiqini götürmək olar. Çünki musiqi vasitəsi ilə insanın daxilinə, onun emosional durumuna təsir etmək asan olur. ( 2, s 462)
1.2. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün öyrənilməsi və onun inkişaf etdirilməsi yolları.
Təxəyyül- həqiqətdə real olan bir şey deyil, lakin o, öz növbəsində reallıqsız mövcud ola bilməz, çünki təxəyyülün yaranması üçün real vahidlər əsas, baza rolunu oynayır. Bu sözləri ümumiləşdirərək deyə bilərik ki, təxəyyül əvvəllər qavranılmış materiallardan yeni təsəvvürlərin, obrazların yaradılmasından ibarət olan psixi təzahür formasıdır. Təxəyyülə digər tərəfdən yanaşdıqda çox vaxt məhz insanın şəxsi təxəyyülü onun istənilən fəaliyyət sahəsinə olan fərdi münasibətini, baxışlar sistemini formalaşdırır.
Təxəyyül- psixi prosesdir, harada ki, reallığın inikası spesefik formada- obyektiv və ya subyektiv olaraq yeni obrazlar, təsəvvürlər, ideyalar yaradır. Bu obrazlar, ideyalar, təsəvvürlər qavrayış, hafizə və eyni zamanda nitq fəaliyyəti zamanı qazanılan biliklər əsasında baş verir. Obyektiv olaraq yeni “məhsul” dedikdə o nəzərdə tutulur ki, bu konkret “məhsul” insan cəmiyyətində ilk dəfə olaraq yaranır. Subyektiv olaraq yeni “məhsul” dedikdə o nəzərdə tutulur ki, konkret “məhsul” onu yaradan üçün ilk, yeni xarakter kəsb edir, cəmiyyətə isə bu artıq məlumdur.
Təxəyyülün növlərinə gəldikdə isə bir neçə təsnifat vardır. Onları ümumiləşdirərək qeyd edə bilərik ki, təxəyyülün aşağıdakı növləri var:- Aktivlik dərəcəsinə görə passiv və aktiv növləri vardır. Passiv təxəyyül zamanı obrazlar, ideyalar qeyri- ixtiyari yaranır. Buna misal kimi yuxugörmələri, xəyala dalma və s göstərmək olar.
Aktiv təxəyyül isə qoyulmuş məqsədə uyğun olaraq yaradılır.- Müstəqillik və oriqinallığına görə təxəyyülün yenidən yaradılan və yaradıcı növləri vardır. Yenidən yaradılan təxəyyül əsasən əvvəllər yaradılmış modellərin əsasında yeni bir “məhsulun” yaradılmasıdır. Bu təxəyyül növü daha çox hafizə mexanizmlərinə əsaslanır. Yaradıcı təxəyyül isə heç bir əvvəllər yaradılmış əsasa söykənmədən, müstəqil şəkildə yaradılan “məhsuldur”
Təxəyyül xüsusən də yaradıcı təxəyyül müxtəlif amillərdən asılıdır. Bunların içərisində yaş, əqli, fərdi inkişaf, şəxsiyyətin individual keyfiyyətlərindən, motivlərin dərk edilmə xüsusiyyətlərinə görə və s göstərmək olar. ( 4, s 436)
Uşaqlarda təxəyyülün inkişaf xüsusiyyətlərinə nəzər yetirsək görərik ki, uşaqlarda təcrübə yavaş- yavaş yəni uşaq özü böyüdükcə inkişaf edir və artır. Böyük insanlara nisbətən uşaqlarda təxəyyül daha fərqli keyfiyyətlərə malikdir. Bunu onların maraq və fəaliyyət dairələrinin fərqliliyi ilə də izah etmək olar.
Böyüklərlə məktəbəqədər yaşlı uşaqların təxəyyülünün həcmini müqayisə etsək əlbəttə ki, uşaqlarda onun həcmi daha az olacaqdır. Lakin mübahisələrə səbəb olan bir fakt vardır ki, bəzi tədqiqatçılar düşünürlər ki, uşaqlarda təxəyyül böyüklərinkinə nisbətən daha zəngin və rəngarəngdir. Hələ Höte qeyd edirdi ki, uşaq təxəyyülü heç nədən nə isə yarada bilər.
Uşaqlar real aləmdən daha çox xəyal dünyasında yaşayırlar. Biz bilirik ki, böyük insanla müqayisədə uşaqların maraqları daha sadə, kasad olur və onlar ətraf aləmlə münasibəti də yaşlı insanlara nisbətən daha yaxşıdır, yəni mürəkkəb deyil. Bu sadaladıqlarımız təxəyyülün yaranmasında vacib rol oynayan baza kimi çıxış edirlər.
Uşaqlar tədricən inkişaf etdikcə onların təxəyyülü də inkişaf edir. Ona görə də hər bir yaradıcı fəaliyyət sahəsində yaradılmış “məhsullar” ancaq yetkinləşmiş təxəyyülün məhsuludur.
Fransız psixoloqu T. Ribo təxəyyülün inkişafının üç mərhələsini qeyd etmişdir:
1) Uşaqlıq dövrü- təxəyyülün, fantaziyanın, oyun və nağılların hakim olduğu dövr;
2) Gənclik dövrü- təxəyyül və reallığın qatışdığı dövr;
3) Yetkinlik dövrü- təxəyyülün ağıla, intellektə tabe edidiyi dövr; ( 6, s 344)
Uşaqlarda təxəyyülün inkişafı erkən yaşlarından inkişaf etməyə başlayır. Uşaqlıq dövründə təxəyyül yaşlı insanların təxəyyülünə nisbətdə daha zəifdir, lakin bununla belə uşağın həyatında böyüklərlə müqayisədə daha əhəmiyyətli yer tutur.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf mərhələləri neçədir? Üç yaşına kimi uşaqlarda təxəyyül digər psixi proseslərin daxilində mövcud olur, bu onun bir növ gələcək bünövrəsi kimi çıxış edir. Artıq üç yaşında təxəyyülün nitq formasında inkişafı başlayır. Bu mərhələdə artıq uşağın təxəyyülü müstəqil prosesə çevrilir.
Dörd- beş yaşlarında artıq uşaq beynində gələcəkdə ( sabah, birisi gün) edəcəyi işlərin planını fikirləşməyə başlayır.
Altı- yeddi yaşında uşağın təxəyyülü aktiv xarakter daşımağa başlayır. Yaradılan obrazlar, ideyalar, təsəvvürlər artıq təxəyyülün tutumluluğundan və spesefikliyindən xəbər verir. Bu dövrdən etibarən uşaqların təxəyyülündə yaradıcılıq elementləri özünütəzahür etdirməyə başlayır.
Psixoloqların fikrincə uşaqlarda təxəyyülün inkişafını sürətləndirmək üçün müvafiq şəraitin olması vacibdir. Bu şəraitə daxildir: yaşlı insanlar ilə emosional münasibətin qurulması, əşyavi- manipulyativ fəaliyyət, müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq və s.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülü inkişaf etdirməyin ən sadə və əhəmiyyətli yolu şəkil çəkməkdir. Uşaqların çəkdikləri müxtəlif rəsmlər bir çox tədqiqatçıların diqqətini cəlb edir. Müxtəlif elm adamları uşaqların çəkdikləri rəsmlərə müxtəlif baxış prizmasından yanaşırlar. İncəsənət işçiləri rəsmin yaradıcılıq mənbəyinə daha çox maraq göstərirlər. Psixoloqlar uşağın çəkdiyi şəkillər vasitəsi ilə uşağın daxili aləminə “səyahət” etmək istəyirlər. Pedaqoqlar uşaqlar üçün məqsədəuyğun olan təlimin optimal variantlarını müəyyən etməyə çalışırlar.
Görəsən uşaq rəsmi özündə hansı funksiyanı, mahiyyəti, sirri daşıyır? Bu suala ilk olaraq belə cavab verə bilərik ki, bu uşağın özününümayiş üsullarından biridir. Uşaqlar adətən nədən düşünürlərsə, nəyi təxəyyülündə canlandırırlarsa onu ağ kağız üzərinə köçürürlər. Şəkil çəkmək onlar üçün ancaq əyləncə vasitəsi deyil, eyni zamanda yaradıcı fəaliyyətdir.
Valideynlər uşaqlarda təxəyyülün inkişaf etdirməyin ən yaxşı yolu kimi şəkil çəkməkdən istifadə edə bilərlər. Uşaqlar şəkil şəkməyə başlayarkən onlarda təxəyyül mexanizmləri işə düşməyə başlayır. Onların həyatda qazandıqları məlumatlar bazası çoxaldıqca onların şəkillərinin məzmunu da dəyişərək, mürəkkəbləşir. ( 7, s 86)
Uşaqlarda təxəyyülün inkişafını şəkil çəkmək üsulu ilə edəndə ən əsas bir qaydanı yadda saxlamaq lazımdır ki, onlara öz iradənizə, istəyinizə uyğun olaraq hər hansı şəkli çəkməyə məcbur etmək lazım deyil. Bu gələcəkdə onlarda fərqlilik, yaradıcılıq qabiliyyətinin normal inkişaf etməməsinə gətirib çıxara bilər. Onlar özləri həyatlarında qazandıqları təcrübəyə və təxəyyülünə əsaslanaraq istədikləri şəkli ağ vərəq üzərində çəkəcəklər. Valideynlər sadəcə bu prosesin normal keçməsi üçün lazım olan şəraiti yaratmalıdırlar.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün əsas keyfiyyətləri ( genişlik, davamlılıq, parlaqlıq, fərqlilik və s) spontan baş vermir, bu proses yaşlı insanların uşaqlara sistematik təsiri ilə baş verir. Biz təsir dedikdə uşağın ətraf aləm haqqında olan fikirlərinin daim genişlənməsinə yaşlı insanların kömək etməsi prosesini nəzərdə tuturuq, onların uşaqlara öz fikir və baxışlarının, hazır məlumatların verilməsi prosesini nəzərdə tutmuruq. Yaşlı insanlar uşaqlara reallığı dərk etməkdə, bunun əsasında onların öz fikir və baxışlarının yaradılmasında yardımçı qüvvə kimi çıxış etməlidirlər. Uşaqlarda öyrənmə, dərketmə marağını yaratmaq lazımdır. Əgər vaxtında bu keyfiyyətləri ona aşılamasaq onların təxəyyülü kasad inkişaf edəcəkdir. Bununda nəticəsində uşaq məktəbə daxil olduqda lazımı səviyyədə təxəyyülü inkişaf etmədiyi üçün dərs materialını mənimsəyə bilməyəcəkdir. Çünki uşaqlara bir çox psixi proseslərin inkişafı vəhdətdə gedir.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülü erkən yaşlarından inkişaf etdirməyə başlasaq biz nəinki uşaqda dərketmə və yaradıcılıq qabiliyyətini, eyni zamanda uşağın şəxsiyyətini formalaşdırmağa başlayırıq. ( 5, s 44)
II FƏSİL. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA TƏXƏYYÜLÜN PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ.
2.1. Tədqiqatın təşkili və keçirilməsi.
Tədqiqatda məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafını tədqiq etmək üçün 10 5-6 yaşlı uşaq iştirak etmişdir. Bunun üçün biz aşağıdakı metodikadan istifadə etdik.
Bu metodika yeddi şəkildən ibarətdir. Hər bir şəkil elə qurulub ki, onu tədqiq olunan uşaqlar ilə apardıqda onlarda təxəyyülün inkişaf səviyyəsini müəyyənləşdirmək mümküm olsun. Metodikada verilmiş yeddi şəkli tədqiq olunan uşaqlara ardıcıllıqla verilməlidir. Metodikanın hər şəkli verilməzdən əvvəl ona uyğun təlimat verilməlidir. Təlimatın uşaq tərəfindən tam aydın qavranıldığına əmin olduqdan sonra tapşırığın icrasına başlamaq olar.
Metodikanın işlənilməsi zamanı tədqiq olunan uşaqlara vaxt məhdudiyyəti qoyulmamalıdır.
Metodikaya daxil olan hər bir şəklə uyğun aşağıdakı təlimatlar verilməlidir:
ŞƏKİL № 1. Təlimat: Verilmiş şəkli öz istəyinə uyğun olaraq elə tamamla ki, sonda meşə şəkli alınsın.
ŞƏKİL № 2. Təlimat: Şəkildə təsvir edilmiş fiqurlara diqqətlə bax. Bu fiqurlar nəyə oxşayır? Bu fiqurlara oxşar bir neçə əşya göstər.
ŞƏKİL № 3. Təlimat: Verilmiş şəkilləri öz istəyinə uyğun elə çək ki, onları dostlarına hədiyyə edəsən.
ŞƏKİL № 4. Təlimat: Çəkilmiş hər bir şəklə diqqətlə bax. Sənin fikrincə o nəyə oxşayır? Bu şəkilləri istəyinə uyğun tamamlaya da bilərsən.
ŞƏKİL № 5. Təlimat: Bu dairələri elə tamamlayın ki, hər hansı bir fiqur alınsın. Lakin gələrsə bir neçə dairəni bir şəkildə birləşdirə bilərsiniz.
ŞƏKİL № 6. Təlimat: Verilmiş nöqtələri elə birləşdirin ki, hər hansı bir fiqur alınsın.( Qeyd: Nümunəyə bax)
ŞƏKİL № 7. Təlimat: Şəkildə verimiş 5 kəpənəkdən yalnız biri tam çəkilmişdir. Digərlərini də sən tamamla.
2.2. Alınmış nəticələrin işlənilməsi.
Tədqiqatda məktəbəqədər yaşlı uşaqların təxəyyülünün inkişaf səviyyəsini müəyyən etmək üçün 10 məktəbəqədər yaşlı daha dəqiq desək 5-6 yaşlı uşaq iştirak etmişdir. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülü müəyyən etmək üçün biz yeddi şəkildən ibarət metodikadan istifadə etmişik. Bu metodikanın əsas məğzi ondan ibarətdir ki, tədqiq olunanlar hər şəklin işlənilməsi ilə bağlı qoyulmuş təlimatı tam dərk etdikdən sonra onu işləyir və tədqiqatçının alınmış nəticələrin interpretasiyasından sonra məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf səviyyəsi müəyyənləşdirilir.
Tədqiq olunan uşaqlara hər şəkil ayrı- ayrılıqda təqdim olunur. Yəni tədqiq olunan bir şəkli işlədikdən sonra digərinə keçə bilər.
Metodikanın hər şəklinin ayrılıqda işlənilməsi belə nəticələr verdi:
Şəkil № 1 də tədqiq olunanlardan verilmiş yarımçıq çəkilmiş şəkli elə tamamlamaq lazım idi ki, meşə şəkli alınsın. Məktəbəqədər yaşlı uşaqların çoxu verilmiş xətləri birləşdirərək ağac şəkli çəkdilər, daha sonra quşa, gülə oxşar şəkillər çəkdilər. Onlara bu tapşırığın yerinə yetirilməsi zamanı müxtəlif rəngli karandaşların verilməsinə görə onlar meşə şəklini çox əlvan rənglərdə təsvir etdilər. Məktəbəqədər yaşlı uşaqlardan çoxu çəkdikləri obrazların real həyatdakı rənglərdən fərqli şəkildə təsvir etmişdilər. Misal üçün ağacı bəziləri göy, bəziləri qırmızı, sarı rənglərdə çəkmişdilər. Eləcə də digər obrazlarda da buna təsadüf olunurdu. Lakin o faktı da qeyd etməliyik ki, çəkilmiş obrazların real həyatdakı rənglərinə uyğun gələn şəkillər də çəkilmişdir.
Bütövlükdə götürdükdə məktəbəqədər yaşlı uşaqların çoxu bu tapşırığın öhdəsindən yaxşı gəldilər.
Şəkil № 2- də tədqiq olunan məktəbəqədər yaşlı uşaqlardan verilmiş yarımçıq fiqurların nəyə bənzədiklərini müəyyən etmək tələb edilirdi. Uşaqlar bu tapşırığı bir o qədər yaxşı yerinə yetirə bilmədilər. Onlar çox fikirləşir və çox zaman verilmiş yarımçıq şəkillərin nəyə oxşadığını təxmin edə bilmir və ya bu şəklə tam bənzəməyən cavablar verirdilər. Lakin bununla belə yarımçıq şəkilləri ağaca, quşa, xətkeşə, günəşə, yumurtaya bənzədən uşaqlar da oldu.
Şəkil № 3-də tədqiq olunanlardan verilmiş yarımçıq şəkilləri dostlarına hədiyyə etmək üçün istədikləri kimi tamamlamaları tələb edilirdi. Məktəbəqədər yaşlı uşaqlar müxtəlif rəngi karandaşlardan istifadə edərək reallıqda mövcud olmayan bir şəkillər çəkdilər. Yəni bu şəkilləri həyatda təsadüf etdyimiz konkret bir predmetə bənzətmək mümkün deyildir. Bu tapşırığın təlimatda verilən qaydalara görə işlənilməsi mümkün olmadı, sadəcə onu vurğulamaq istərdik ki, məktəbəqədər yaşlı uşaqlar kifayət qədər rənglərdən istifadə etmişdilər.
Şəkil № 4-də tədqiq olunanlardan verimiş şəkillərin nəyə oxşadığını müəyyən etmək tələb edilirdi, onlar şəkilləri istədikləri kimi tamamlaya da bilərdilər. Məktəbəqədər yaşlı uşaqlar şəkillərə bəzi əlavələr edərək çoxları onları inəyə, buluda, maşına bənzətdilər. Bəzi tədqiq olunanlar şəkilləri ümumiyyətlə bir şeyə bənzədə bilmədilər. Bu tapşırığı məktəbəqədər yaşlı uşaqlar bir o qədər yaxşı yerinə yetirə bilmədilər.
Şəkil № 5-də tədqiq olunanlardan verilmiş dairələri birləşdirərək müəyyən fiqura oxşadılması tələb edilirdi. Bu zaman bir neçə dairənin bir şəkildə çəkilməsi mümkün idi. Bu tapşırığı məktəbəqədər yaşlı uşaqlar müəyyən qədər yaxşı yerinə yetirdilər. Onlardan çoxu dairələri birləşdirərək insan şəkli yarada bildilər. Bəziləri bir dairəni topa, digərləri qara, yağışa, günəşə bənzətdilər.
Şəkil № 6-da tədqiq olunanlara verilmiş nöqtələrin birləşdirilməsi yolu ilə müəyyən fiqurların alınması tələb edilirdi. Uşaqlara nümumə kimi şəkil də göstərilmişdir. Tədqiq olunan məktəbəqədər yaşlı uşaqlar eyni ilə nümunədəki şəkli çəkdilər. Bəziləri kvadrat, üçbucaq və s bu qəbildən fiqurlar çəkdilər. Nöqtələrdən ev şəkli çəkən məktəbəqədər yaşlı uşaqlar da oldu. Ümumilikdə bu tapşırığın yerinə yetirilməsini orta səviyyədə götürmək olar.
Şəkil № 7-də tədqiq olunanlardan 4 ədəd sona kimi çəkilib rənglənməmiş kəpənəkləri tamamlamaq tələb olunurdu. Bu tapşırığın yerinə yetirilməsi çox yüksək səviyyədə oldu. Məktəbəqədər yaşlı uşaqlar rəngli karandaşları götürərək həvəslə kəpənəkləri rəngləməyə başladılar. Sonda müxtəlif rənglərdə rənglənmiş kəpənəklər alındı. Bu tapşırığı tədqiq olunanlar çox məharətlə yerinə yetirdilər.
Məktəbəqədər yaşlı uşaqların konkret metodika ilə təxəyyülünün yoxlanılması bizə alınmış nəticələrdən aşağıdakı faiz göstəricilərini verdi:
Tədqiq olunan məktəbəqədər yaşlı uşaqların 54%- ində təxəyyülün konkret yaş dövrü üçün inkişafı orta səviyyədə müəyyən edildi. Bu cür məktəbəqədər yaşlı uşaqlar onlara təqdim olunan tapşırıqları bəzilərini yaxşı (şəkil № 1, 5, 6, 7) , bəzilərini isə müəyyən qədər aşağı səviyyədə ( şəkil № 2, 3, 4) yerinə yetirilər. Onların nəticələri digər tədqiq olunanlarla nisbətdə orta kimi götürmək olar.
Tədqiq olunanların 27%- ində təxəyyülün konkret yaş dövrü üçün inkişafı aşağı səviyyədə müəyyən edildi. Belə tədqiq olunanlar demək olar ki, əksər tapşırıqların (şəkil 7-dən başqa) yerinə yetirilməsində çətinlik çəkdilər.
Tədqiq olunanların 18%- ində konkret yaş dövrü üçün təxəyyülün inkişafı yüksək səviyyədə müəyyən edildi. Belə uşaqlar onlara təqdim olunan tapşırıqların öhdəsindən yaxşı gəldilər. Sadəcə şəkil 2 və 4- ün işlənilməsində müəyyən qədər çətinlik çəkdilər. Lakin onların bütün tapşırıqların yerinə yetirilmə nisbətini digər tədqiqatda iştirak edən məktəbəqədər yaşlı uşaqlarla müqayisə etdikdə onlar ən yüksək nəticə göstərənlər oldu.
NƏTİCƏ
Tədqiqat işində məktəbəqədər yaşlı uşaqlarda təxəyyülü tədqiq etdik. İlk öncə biz məktəbəqədər yaş dövrünü səciyyələndirən əsas keyfiyyətləri nəzərdən keçirdik. Sonra təxəyyül haqqında psixologiyada olan ümumi məlumatlara nəzər yetirdik. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün yaranma və inkişaf dinamikasını təhlil etdik. Onun digər psixi proseslərlə qarşılıqlı əlaqədə olduğunu aydınlaşdırdıq.
Tədqiqatın ikinci eksperimental hissəsini keçirmək üçün biz məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf səviyyəsini müəyyən etməyə kömək edən şəkilli metodikadan istifadə etdik.
Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf dərəcəsini yoxlamaq üçün biz 10 5-6 yaşlı uşaqdan ibarər eksperimental qrup yaratdıq. Bu uşaqlar ilə təxəyyülün inkişaf səviyyəsini müəyyən etməyə kömək edən şəkilli metodika aparılmışdır. Alınan nəticələr göstərdi ki, konkret tədqiq etdiyimiz qrupda məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafı orta səviyyədədir.
Tədqiqat zamanı qarşımıza qoyduğumuz əsas fərziyyə ondan ibarət idi ki, məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafı müxtəlif fəaliyyət sahələri ilə bağlıdır. Burada ən çox inkişafetdirici fəaliyyət sahəsinin rolunun əvəzsiz olduğunu xüsusi vurğuladıq. Məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişaf etdirilməsinin əsas üsullarından kimi “şəkil çəkmək” metodundan geniş söhbət açdıq. Bu metodun valideynlər və ya digər yaşlı insanlar tərəfindən düzgün təşkil edilərək uşaq tərəfindən də düzgün yerinə yetirilməsinə nəzarət edilərsə məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün inkişafına nail olmaq olar.
Bununla yanaşı tədqiqatda məktəbəqədər yaşlı uşaqlarda təxəyyülün erkən yaşarından inkişaf etdirməyin nə dərəcədə əhəmiyyətli olduğundan danışıldı. Çünki bir müddətdən sonra məktəbli olacaq uşaq təlim fəaliyyətində uğur qazanması üçün təxəyyülün, xüsusən də yaradıcı təxəyyülün inkişaf etməsi çox vacib amillərdəndir. Təxəyyülü normal inkişaf etməyən insan həyatda itənilən yaradıcılıq, novatorluq sahəsində heç bir uğur qazana bilməyəcəkdir. Sonda bir daha vurğulamaq istərdik ki, uşaqlarda erkən yaşlarından təxəyyülün inkişaf etdirilməsi çox vacib məsələlərdəndir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Əzimli Q. E. Yaş və pedaqoji psixologiyanın müasir problemləri. Bakı: 2006, 81 s.
2. Seyidov S. İ və Həmzəyev M. Ə. Psixologiya. Bakı: Nurlan, 2007, 462 s.
3. Qədirov Ə. Ə. Yaş psixologiyası. Bakı: 2002, 137 s.
4. Выготский Л. С. Собрание сочинений. В 6 т. Т 2. Москва: 1982, 436 с.
5. Дьяченко О. М., Кириллова А. И. О некоторых особенностях развития воображения детей дошкольного возраста. Москва: 1987, 44 с
6. Рубинштейн С. А. Основы общей психологии. В 2 т. Т 1. Москва: 1989, 344 с.
7. Коршунова Л. С. Воображения и его роль в познании. Москва: 1979, 86 с.
əvvəlki yazı