Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

KURS İŞİ

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZÜ: KİÇİK MƏKTƏBLİLƏRDƏ DİQQƏTİN DAVAMLILIĞININ VƏ KEÇİRİLMƏSİNİN TƏDQİQİ.
Tələbə: Tunalı Eylem
III kurs, qrup 1558a
Kafedra müdiri: AMEA-nın müxbüzvi,prof.B.H.Əliyev
Elmi rəhbər: Dos. T. M. Musayeva
BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ……………………………………………………………………………………………………………..3
I FƏSİL. KİÇİK MƏKTƏBLİLƏRDƏ DİQQƏTİN DAVAMLILIĞININ VƏ KEÇİRİLMƏSİNİN TƏDQİQİ………………………………………………………………………….4
1.1. Kiçik məktəblilərin spesefik psixoloji keyfiyyətləri……………………………………….4
1.2. Psixologiyada diqqət anlayışı………………………………………………………………………7
1.3. Kiçik məktəblilərdə diqqətin davamlılığının və keçirilməsinin öyrənilməsi………9
II FƏSİL. KİÇİK MƏKTƏBLİLƏRDƏ DİQQƏTİN DAVAMLILIĞININ VƏ KEÇİRİLMƏSİNİN PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ………………………14
2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………………………………………14
2.2. Alınmış nəticələrin işlənilməsi…………………………………………………………………..17
NƏTİCƏ……………………………………………………………………………………………………….20
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI……………………………………………….21
GİRİŞ
Mövzunun aktuallığı. Bildiyimiz kimi təlim fəaliyyətinin müvəffəqiyyətli olmasına təsir göstərən bir çox amillər var. Bunlardan biri və ən əsası diqqətdir.
Diqqətin mövcud növləri, əsas xüsusiyyətlərinin inkişaf səviyyəsi təlim fəaliyyətində bir növ uşağın dərs materiallarını mənimsəməsində yardımçı qüvvə kimi çıxış edir. Xüsusən də kiçik məktəblilərdə diqqətin növlərinin və xüsusiyyətlərinin inkişaf dinamikası və təzahürü çox vacib faktlardan biridir. Çünki kiçik məktəbli hələ tam olaraq təlim fəaliyyətinə alışmadığı üçün onlarda diqqətin keçirilməsi, davamlılığı, və s bir o qədər yaxşı inkişaf etmədiyi üçün onlarda yorğunluq, narahatlılıq, həyəcan hissləri ala bilər. Yuxarıda sadaladıqlarımız halların qarşısını almaq üçün artıq kiçik yaşlarında uşaqlarda diqqəti inkişaf etdirmək lazımdır. Bu baxımdan problem aktualdır.
Tədqiqatın obyekti. Kiçik məktəblilərdə diqqətin davamlılığının və keçirilməsinin tədqiq edilməsidir.
Tədqiqatın predmeti. Kiçik məktəblilərdə diqqətin inkişaf dinamikası və eyni zaman- da onlarda xüsusi olaraq diqqətin davamlılığı və keçirilməsi xüsusiyyətlərinin xarakteristikasıdır.
Tədqiqatın məqsədi. Məqsədimiz ilk olaraq kiçik məktəbli yaş dövrünün səciyyəvi xüsusiyyətlərini araşdırmaq və kiçik məktəblilərdə diqqətin özünütəzahür keyfiyyətlərini müəyyənləşdirməkdir.
Tədqiqatın vəzifələri. Əsas vəzifəmiz kiçik məktəblilərdə böyüklərin köməyi ilə diqqətin xarakterik xüsusiyyətlərini və növlərini inkişaf etdirməyin yollarını araşdırmaqdır.
Tədqiqatın əsas fərziyyəsi. Tədqiqat işində əsas fərziyyə olaraq biz kiçik məktəblilərdə təlim fəaliyyətində olan uğurların biləvasitə onların diqqətlərinin inkişaf səviyyəsi ilə əlaqədar olduğunu sübut etməkdir.
Tədqiqat zamanı istifadə edilmiş metodlar. Kiçik məktəblilərin diqqətinin davamlılığını öyrənmək üçün “Tap və işarə et” testi və diqqətin keçirilməsini tədqiq edən metodika.
Tədqiqatın strukturu. Giriş, I fəsil, II fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı.
I FƏSİL. KİÇİK MƏKTƏBLİLƏRDƏ DİQQƏTİN DAVAMLILIĞININ VƏ KEÇİRİLMƏSİNİN TƏDQİQİ.
1.1. Kiçik məktəblilərin spesefik psixoloji keyfiyyətləri.
Kiçik məktəb yaşlı uşaqlar əsasən 6-10 yaşlı uşaqlardır. Məktəbə təzəcə daxil olan uşaq bir sıra problemlərlə qarşılaşır. O, artıq şagirddir. Bununla əlaqədar olaraq uşağın ünsiyyət sahəsi genişlənir, tamami ilə yeni adamlarla: müəllimlər və həmyaşıdları ilə rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə çevrilir. Tədricən sinif kollektivində qarşılıqlı münasibətlər formalaşır. Bütün bunlara uşaqlar asanlıqla alışa bilmirlər. Burada uşağın məktəbə psixoloji hazırlığından çox şey aslıdır.
Məktəb təcrübəsi göstərir ki, məktəbə yeni daxil olmuş uşaq öz həyat tərzində, gün rejimində, onu əhatə edənlərlə münasibətdə dəyişiklik etmədən məktəb həyatına uyğunlaşa bilmirlər. Onlardan çoxu asanlıqla və tez yorulurlar.
Xüsusi ilə birinci sinfə qəbul olmuş uşaqlar öz davranışlarını tənzim etməkdə çətinlik çəkirlər. Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv xarakter daşımır. I-II sinif şagirdlərinin qavrayışları az fərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olur. Bu dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I-II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirirlər. Bu zaman xarici, biləvasitə nəzərə çarpan əlamətlərə görə qavramaya daha çox üstünlük verirlər.
Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının təkmilləşməsi baş verir.
Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin inkişafında da özünəməxsus dəyişikliklər baş verir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilərin diqqəti ilk gündən seçıci xarakter daşımağa başlayır, daha doğrusu, uşaqların diqqəti üçün daha çox əhəmiyyətli olan cisim və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif şagirdləri üçün müəllimin onların diqqətini yönəltməyə sahə əhəmiyyətlilik kəsb edir.
Kiçik məktəb yaşı dövründə qeyri- ixtiyarı diqqət hələ nisbətən üstünlük təşkil etsə də ixtiyarı diqqət əsaslı şəkildə inkişaf etməyə başlayır. Kiçik məktəb yaşının sonunda diqqətin həcmi və davamlılığı, keçirilməsi və mərkəzləşməsi demək olar ki, əsasən böyüklərdə olan səviyyəyə çatır. Diqqətin keçirilməsi bu dövrdə hətta orta hesabla böyüklərin diqqətinin keçirilməsindən yüksək olur.
Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafında davam edir. Bu dövrdə uşaqlar hər cür materialı asanlıqla öyrənə bilirlər, ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun müəyyən əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən bilmək lazımdır. Lakin təcrübəli müəllim vurma cədvəlini əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu ətraflı izah edər, onun hansı prinsip üzrə tərtib olunduğunu uşaqlara başa sala bilər.
Çox vaxt birinci- ikinci sinif şagirdləri materialı hərfən yadda saxlamağa çalışırlar. Bu, həmin yaşda şagirdlərin oxuduqları və eşitdikləri öz sözləri ilə ifadə edə bilməmələri ilə izah olunu bilər. Burada nitqin lazımı səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrəndiyini diqqətlə və tam yadda saxlamağı tələb etməsi də rol oynaya bilər. ( 3, s 478)
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusən birinci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda saxlayırlar.
Kiçik məktəb yaşılı uşaqlarda məntiqi hafizə nisbətən zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərinə nisbətən üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa çalışırlar ki, sonradan onu öz sözləri ilə danışa bilsinlər. Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan məntiqi hafizə inkişaf edir.Birici sinifdən başlayaraq məktəbdə təlim prosesində uşaqlara xüsusi şəkildə mnemik tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli yüksəlir.
Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsin və biliyinin artması nəticəsində onda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bununla belə kiçik məktəb yaşının əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı olub, qavrayışa əsaslanmaqda davam edir.
Bərpaedici təxəyyül kiçik məktəb yaşlı məktəblilərin fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materiallarını mənimsəməsini asanlaşdırır.
Kiçik məktəblilərin təxəyyülü müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən hadisəni aydın təsəvvür edə bilmir.
Kiçik məktəb yaşı dövründə təfəkkür də özünəməxsus xüsusiyyətlərə malik olur. İlk dövrlər əyani-əməli təfəkkür özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.
Kiçik məktəb yaşının əvvəllərində hələ də ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük verilir. Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və müqayisəyə meyl artır. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmənin perseptual və konseptual səviyyəsi inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün keyfiyyətləri inkişaf edir. Ə. Bayramovun tədqiqatları göstərmişdir ki, əlverişli şərait yaradıldıqda, hətta I-II sinif şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, onlardan müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə qabil olurlar. Bununla da kiçik məktəb yaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.
Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnməərinin əsası məhz bu dövrdən başlayır.Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən ilk növbədə yalnız təsadüfi, zahiri formal əlamətə görə ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generalizasiya hadisəsi ilə nəticələnir. Təlim prosesində müqayisəli işə geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına imkan verir.
Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər. Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır.
Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik həsslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaqlarda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şübhə, icra edərkən özündən razı qalmaq, öz “kəşfləri” ilə fəxr etmək və s kimi hallar baş verir. ( 2, s 193)
1.2. Psixologiyada diqqət anlayışı.
Diqqət idrak proseslərindən biridir. Diqqət şüurun müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarət psixi hadisədir. K. D. Uşinskinin sözləri ilə desək, diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqətin mahiyyəti, hər şeydən əvvəl, əhəmiyyətli, yəni tələbatlarla bağlı, mövcud fəaliyyətə uyğun gələn təsirləri seçməkdə, digər ikinci dərəcəli, kənar təsirlərə isə əhəmiyyət verməməkdə təzahür edir. Seçmə funksiyası ilə yanaşı diqqətin saxlanması, tənzim etmək funksiyaları da var.
Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır. Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləşə, nə də hər hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim prosesində diqqətin oynadığı rol xüsusi ilə böyükdür. Dərs zamanı tədris materiallarını qavrama, anlama və mənimsəmə müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət tutur.
Digər psixi proseslər kimi diqqət də öz fizioloji mexanizmlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən “süzgəcə” bənzədirlər və bu funksiyanı əsasən retikulyar formasiyanın- yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur. Psixoloji ədəbiyyatda yönəlişlik və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin üç növünü qeyd edirlər: Qeyri- ixtiyari, ixtiyari, ixtiyaridən sonrakı diqqət. Qeyri- ixtiyari diqqət diqqətin daha sadə növüdür, o, heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir. Qeyri- ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri- adiliyi, şəraitin kəskin dəyişməsini və s aid etmək olar. Qeyri- ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə bağlıdır. Onu bəzən iradi, aktiv diqqət də adlandırırlar. L. S. Vıqotski qeyd edirdi ki, ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya qoyulmuş məqsədin vasitəsi ilə həyata keçirilir. Diqqətin digər növü ixtiyari diqqətdən sonrakı diqqət adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb etmir. Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur.
Diqqətin xarakterik xüsusiyyətlərinə gəldikdə isə psixoloji ədəbiyyatda diqqətin beş əsas xüsusiyyəti ayırd edilir. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsi, davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir.
Diqqətin həcmi onun eyni vaxtda əhatə etdiyi cisimlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həcmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir- biri ilə əlaqəsi olmayan 5+_2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmin ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur.
Diqqətin paylanması eyni zamanda iki və ya daha çox fəaliyyət növünü həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir.
Diqqətin keçirilməsi şüurlu sürətdə diqqəti bir obyektdən, bir fəaliyyət növündən digərinə keçirməkdə təzahür edir. Diqqətin keçirilməsi sinir sisteminin bəzi xassələrindən- dinamiklik və rigidlikdən asılıdır.
Diqqətin mərkəzləşməsi zamanı şüurumuz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir. Mərkəzləşmə dərk etdiyimiz cisim və hadisələrin daha dərindən öyrənilməsinin, mürəkkəb əşyavi fəaliyyətinin yerinə yetirilməsinin psixoloji şərti kimi çıxış edir.
Diqqətin tərəddüdü müəyyən fəaliyyət zamanı diqqətimizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və ya çox müddət onun üzərində mərkəzləşməsidir. Diqqətin tərəddüdünün səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid etmək olar. ( 1, s 292)
1.3. Kiçik məktəblilərdə diqqətin davamlılığının və keçirilməsinin öyrənilməsi.
Uşaqlarda diqqət istənilən həm daxili, həm də xarici fəaliyyət sahəsinin yerinə yetirilməsində önəmli rol oynayır. Uşaqlarda erkən yaşlarından diqqətin, xüsusən də ixtiyari diqqətin inkişaf etdirilməsi tərbiyəçilərin, müəllimlərin, psixoloqların ən önəmli vəzifələrindən biri olmalıdır.
Bildiyimiz kimi məktəbə daxil olmaqla hər bir uşağın həyatında mühüm dəyişikliklər baş verir. Bu dəyişikliklərdən ən önəmlisi oyun fəaliyyətinin təlim fəaliyyəti ilə əvəz edilməsidir. Təlim fəaliyyəti ilə məşğul olmaq ilk vaxtlar uşaqlar üçün müəyyən qədər çətin olur. Məktəb mühitinə hələ öyrənməmiş uşaqlar, ibtidai sinif dərs materialını mənimsəyə bilmir, diqqəti dağınıq olur, müəllimə dərs prosesi zamanı lazımı diqqət göstərə bilmir. Bunun nəticəsi olaraq kiçik məktəblilər dərs prosesi zamanı və eyni zamanda evə gəldikdə belə əzgin, yorğun, yuxulu olurlar. Bu onların diqqətinin düzgün istiqamətlənməməsi ilə əlaqədardır.
Bunun əksinə olaraq dərs prosesi zamanı keçilən material üzərində diqqətini yönəldə bilən, müəyyən müddət ərzində diqqətini bir obyekt üzərində saxlaya bilən uşaqlar təlim prosesində daha yaxşı nəticə göstərirlər və eyni zamanda onlarda yorğunluq, əzginlik halları daha az olur. Bundan başqa bu cür uşaqlar təlim fəaliyyətinə, yeni kollektivə asanlıqla daxil olurlar. ( 6, s 219)
L. S. Vıqotski qeyd edir ki, uşağın həyatının ilk günlərindən onun diqqətinin inkişafı iki mühitdə gedir: Birinci mühit- uşağı əhatə edən predmetlər, bu əşyaların rəngarəngliyi, ölçüsü onların diqqətini cəlb edir. İkinci mühit- uşağı əhatə edən insanların nitqi, danışığıdır. Uşağı söylənilən ifadənin tonallığı diqqətini daha çox cəlb edir.
Aparılmış çoxsaylı tədqiqatlardan nəticəsi olaraq uşağın anadan olandan xronoloji olaraq diqqətinin inkişafını aşağıdakı mərhələlərdən ibarət olduğunu deyə bilərik:
1. Uşağın həyatının ilk ayları- uşaqda istiqamətlənmiş təbii reflekslər özünü təzahür etdirir, bu da onun ilkin diqqətinin təzahürüdür.
2. Bir yaşının sonu- ətrafı müşahidə etmə fəaliyyətinin yaranması və bu da öz növbəsində ondan müəyyən diqqət tələb edir.
3. Uşağın həyatının ikinci ili- böyüklərin səs tonlarına olan diqqətin xüsusi təzahür etməsi.
4. 2-3 yaşlı uşaqlar- bu dövrdən etibarən diqqət müəyyən qədər mərkəzləşməyə başlayır.
5. 4,5- 5 yaşlı uşaqlar- yaşlı insanların köməyi ilə diqqəti yönəltmə imkanın yaranması.
6. 5-6 yaşlı uşaqlar- onlarda yavaş- yavaş qeyri- ixtiyarı diqqət təzahür etməyə başlayır.
7. Məktəb yaşı dövrü- təlim fəaliyyətinin təsiri ilə uşağın diqqətinin sürətlə inkişafa başlaması. ( 4, s 186)
Kiçik məktəb yaşı dövründə diqqətin demək olar ki, bütün növləri az və ya çox dərəcədə özünü təzahür etdirir. Kiçik məktəblilərdə diqqətin inkişafı biləvasitə təlim fəaliyyətinin inkişaf ilə gedir. Lakin bununla yanaşı qeyd etməliyik ki, kiçik məktəblilərdə diqqətin paylanması, keçirilməsi bir o qədər yaxşı inkişaf etmir. Bu yaşda olan məktəblilər təlim fəaliyyətində və ümumiyyətlə gündəlik həyatda onların özləri üçün maraqlı gələn obyekt üzərində uzun müddət cəmləyə bilirlər.
Kiçik məktəblilərin diqqət prosesində təzadlı hallar baş verir. Belə ki, onlar təlim fəaliyyətində vacib olan nəyisə buraxa bilir, yəni ona lazımı qədər diqqət ayırmır, lakin bir o qədər də əhəmiyyətli olmayan detal, məsələ üzərində xüsusi diqqətlə dayana bilərlər. Bu fakt onunla izah olunur ki, birinciyə nisbətən, ikinci halda kiçik məktəblinin diqqətini cəlb edən cəhətlər daha çoxdur. Bu faktın təsdiqini uşaqların şəkillərlə işləməsi zamanı tam aydınlığı ilə görə bilərik. Belə ki, kiçik məktəblilər onlara verilmiş şəkillərin sayına bir o qədər diqqət yetirmirlər, lakin şəkillərin rənglənməsinə, çəkilmə xüsusiyyətlərinə xüsusi diqqət ayırırlar.
Kiçik məktəblilərin diqqətinin həcmi bir o qədər böyük olmur. Adətən onlar 2-3 obyektə ( müqayisə üçün göstərə bilərik ki, böyük insanın diqqətinin həcmi 4-6 obyekt ola bilir) eyni anda nəzər yetirə bilirlər. Ona görə də təlim fəaliyyətində kiçik məktəblilərin keçilən hər fənnə diqqət ayırması üçün bu fənlərin keçilmə ardıcıllığı düzgün qurulmalıdır, əks hala kiçik məktəblinin onları mənimsəmə dərəcəsi aşağı olacaqdır.
Kiçik məktəblilərin diqqətinin paylanması çox aşağıdır. Buna misal kimi aşağıdakı məsələni göstərə bilərik: çox vaxt kiçik məktəbli yazıl yazmağa diqqətini cəmlədiyi halda stul arxasında düzgün əyləşmədiyini, qələmi düz tutmadığını, dəftəri əyri tutduğunu belə görə bilmir. Bu fakt birinci sinif şagirdlərinin oxu dərsində xüsusi ilə özünü birüzə verir.
Lakin onu qeyd etmək lazımdır ki, məktəbəqədər yaş dövrünə nisbətən kiçik məktəb yaşını müqayisədə götürdükdə kiçik məktəblilərin davranışında, diqqətində baş verən əsas dəyişiklik onların artıq özlərini müəyyən qədər idarə etməyə başlamalarıdır. Onlar artıq müəllimlərə, dərs prosesinə, müxtəlif kitablara diqqətini bilərəkdən yönəldərək cəmləyə bilirlər.
Kiçik məktəblilərdə ixtiyari diqqət daha da inkişaf etməyə başlayır. Lakin bununla belə kiçik məktəb yaşı dövründə daha çox qeyri- ixtiyari diqqətə rast gəlinir. Uşaqlar onlar üçün maraqlı, cəlbedici, rəgarəng, emosional cəhətdən cəlbedici fəaliyyət sahəsinə çox diqqət yönəldir, uzun müddət diqqətini saxlaya bilir, maraqsız, cansıxıcı işlərə isə ümumiyyətlə diqqət yönəltmirlər.( 7, s 12)
Kiçik məktəblilərdə diqqətin davamlılığı bir o qədər yaxşı inkişaf etmir. Onlarda davamlı diqqət yaratmaq üçün mütləq şəkildə onu maraqlandıran bir məsələyə, davranışa müraciət etmək lazım gəlir. Beləliklə də əminliklə deyə bilərik ki, kiçik məktəblilərdə diqqətin davamlılığı çox sürmür. Səriştəli müəllimlər kiçik məktəblilərlə işləyərkən tez- tez fasilələr edirlər və ya uşaqlara müraciət edərək onların da maraqlarını, istəklərini öyrənirlər ki, dərs prosesi onlar üçün cansıxıcı olmasın. Əks təqdirdə uşaqlar dərsdə məcburiyyət üzündən otururlar və onların bilik qazanma səviyyəsi aşağı olur.
Psixoloq və ya valideynlər kiçik məktəblilərin diqqətinin davamlılığını artırmaq üçün müxtəlif oyunlardan, tapşırıqlardan istifadə edirlər. Bu cür oyunların, tapşırıqların düzgün təşkil edilməsi doğrudan da bir müddətdən sonra uşaqlarda diqqətin davamlılığının artmasına gətirib çıxarır.
Kiçik məktəblilərdə diqqətin keçirilməsi də müəyyən qədər aşağı səviyyədə inkişaf edir. Diqqətin keçirilməsindən daha çox kiçik məktəblilərdə diqqətin tərəddüdünə rast gəlinir. Çünki birincidən fərqli olaraq, ikinci halda diqqətin keçirilməsi qeyri- ixtiyari xarakter daşıyır. Diqqətin keçirilməsinin şüurlu proses olduğu üçün kiçik məktəblilər lazimi şəkildə ona nəzarət edə bilmirlər. Bu halı təsdiqləyən fakt kimi aşağıdakını misalı göstərə bilərik: Çox zaman kiçik məktəblilər oxu dərsində oxuduqları son sözün axırıncı hecası ilə ondan sonrakı sözün ilk hecasını səs tərkibini qarışdırırlar və yaxud da kiçik məktəbli gərgin şəkildə müəyyən işlə məşğul olduqda digər bütün qıcıqlandırıcılara demək olar ki, reaksiya verə bilmir. Bu da onlarda diqqətin keçirilməsi xüsusiyyətinin aşağı inkişaf etdiyini göstərir. Valideynlər, müəllimlər və ya psixoloqlar kiçik məktəblilərdə diqqətin keçirilməsi dərəcəsini artırmaq üçün müəyyən metodlardan istifadə edərək buna nail ola bilərlər.
Kiçik məktəblilər yuxarı siniflərə qalxdıqca onlarda artıq yavaş- yavaş qeyri- ixtiyari diqqətin yerini ixtiyari diqqət tutmağa başlayır. Bu daha çox təlim fəaliyyətinin təhriki ilə olur. Çünki müəllimlərin, dərs prosesinin onlardan tələb etdikləri də çoxalır, dəyişir. Məktəblilər də buna uyğun olaraq öz davranışlarını, diqqətini idarə etməyə, müəyyən yerlərdə cəmləşdirməyə, bilərəkdən istiqamətləndirməyə başlayır. Bu proses ilk əvvəllər onlarda məcburi, cansıxıcı hal olsa da, bir qədər sonra isə bu onlarda təbii vərdiş halını alır. Bunun nəticəsində də məktəblilərdə ixtiyari diqqət inkişaf edir.
Bildiyimiz kimi təlim fəaliyyətinin uyğurlu olası ilk növbədə uşaqlarda diqqətin nə dərəcədə inkişaf etməsindən asılıdır. Bunu nəzərə alaraq kiçik yaşlarından uşaqlarda diqqəti inkişaf etdirməyə çalışmaq lazımdır ki, yuxarı yaşlarda problemlərlə üzləşməyəsiniz. ( 5, s 101)
II FƏSİL. KİÇİK MƏKTƏBLİLƏRDƏ DİQQƏTİN DAVAMLILIĞININ VƏ KEÇİRİLMƏSİNİN PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ.
2.1. Tədqiqatın təşkili və keçirilməsi.
Kiçik məktəblilərdə diqqətin davamlılığının və keçirilməsinin tədqiq edilməsi üçün biz aşağıdakı metodikalardan istifadə etmişik. Tədqiqatda Ə. A. Eyvazov adına 275 saylı məktəbdə təhsil alan 18 nəfər kiçik yaşlı məktəbli olan III sinif şagirdləri iştirak etmişdilər.
Metodika № 1.
“Tap və işarə et” testi- uşaqlarda diqqətin davamlılığını yoxlamaq üçün nəzərdə tutulub.
Bu testin aparılma qaydası belədir: Tədqiq olunana şəkil göstərilir, haradakı sadə fiqurlar ( göbələk, ev, vedrə, top, gül, bayraq, ulduz, ağac ) qeyri- ardıcıl şəkildə səpələnmişdir. Kiçik məktəbli testə başlamazdan əvvəl ona belə təlimat verilir: “ İndi biz səninlə belə bir oyun oynayacağıq. Mən sənə yaxşı tanış olan fiqurlar çəkilmiş şəkil göstərəcəm. Mən “başla” sözü deyəndə sən növbə ilə mənim dediyim sözü şəkildə tapmalısan və onu işarələməlisən. Mən “stop” sözünü deyəndə sən fiquru axtarmağı dayandırmalısan və son qaldığın sözü mənə göstərməlisən. Sonra mən sənin sonuncu qaldığın fiquru şəkildə işarələyəcəm və sənə yenidən “başla” sözünü deyəcəm. Sən də əvvəl etdiklərini yenidən etməli olassan. Bu bir neçə dəfə təkrar ediləcək və mən “son” sözünü deyəndə tapşırıq tam qurtarmış sayılacaq.
Təlimatın kiçik məktəbliyə tam aydın olduğunu yoxladıqdan sonra test tapşırığına başlamaq olar.
Bu metodika uşaqlar ilə ümumən 2,5 dəqiqə müddətində aparılır və hər 30 saniyədən bir “stop” sözü söylənilir və təkrarən “başla” əmri verilir.
Testin nəticələrinin işlənilməsi qaydası:
Nəticələrin işlənilməsi zamanı tədqiq olunanın 2,5 dəqiqə ərzində tapdığı fiqurların ümumi sayı hesablanır. Sonra alınmış nəticələr aşağıda göstərilmiş formula əsasən hesablanır və bununla da uşaqda diqqətin davamlılığının nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirilir.
S= ( 0,5 N- 2,8n) / t
Burada S- tədqiq olunan uşağın diqqətinin davamlılığının göstəricisidir;
N- qoyulmuş vaxt müddətində uşağın şəkildə nəzərdən keçirdiyi fiqurların məcmuusudur;
t- tapşırığın yerinə yetirilməsinə sərf olunan vaxtdır 2,5 dəqiqə= 150 saniyə;
n- tapşırığı yerinə yetirən zaman buraxılan səhvlər ( səhv: lazım olmayan fiqurun işarələnməsi, lazım olan fiqurunsa işarələnməməsidir);
Metodika № 1-də istifadə edilmiş şəkil.
Metodika № 2. Kiçik məktəblilərdə diqqətin keçirilməsini tədqiq etmək üçün istifadə edilən metodika.
Məqsəd: Kiçik məktəblilərdə diqqətin keçirilməsinin öyrənilməsi.
Lazım olan material: 1-dən 12-yə kimi ardıcıl düzülməmiş qırmızı və qara rəqəmlər- dən ibarət cədvəl və saniyəölçən cihaz.
Tədqiqatın aparılması qaydası: Tədqiqatçının “başla” əmri ilə tədqiq olunan aşağıdakıları müvafiq ardıcıllıqla göstərməlidir: 1-ci qara rəqəmləri 1- dən 12-yə kimi artan sıra ilə ardıcıllıqla göstərməlidir; 2-ci qırmızı rəqəmləri 12- dən 1-ə kimi azalan sıra ilə göstərməlidir; 3-cü birinci qara rəqəmdən 1 tapılır, qırmızı rəqəmdən 12 və beləliklə qara vartan, qırmızı azalan sıra ilə qarşılıqlı şəkildə tapılır.
Nəticələrin işlənilməsi:
3- cü tapşırığın yerinə yetirilməsi vaxtı ilə 1- ci və 2- ci tapşırığın yerinə yetirilməsi vaxtının cəminin fərqini tapmaq. Tapılan bu fərq tədqiq olunanın diqqətinin bir fəaliyyətdən, digər fəaliyyətə keçirilməsi üçün istifadə etdiyi diqqətin keçirilməsi vaxtıdır.
2.1. Alınmış nəticələrin işlənilməsi.
Tədqiqat zamanı biz kiçik məktəblilərin diqqətinin davamlılığı və keçirilməsini tədqiq etməli idik. Bu məqsədlə biz kiçik məktəblilərdə diqqətin davamlılığını yoxlamaq üçün “ Tap və işarə et” testindən istifadə etdik.
Təlimat kiçik məktəblilərə tam aydın olduqdan sonra test tapşırığının işlənilməsinə başlanıldı. Tapşırığın yerinə yetirilməsi zamanı yəni onlar şəkildə müəyyən deyilmiş fiquru axtaran zaman (30 saniyədən bir) digər fiqur adı çəkilirdi və kiçik məktəbli cədvəldə onu axtarmağa başlayırdı. Bunun nəticəsində də uşaqlarda diqqətin davamlılığının nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirmək mümkün oldu.
Aparılmış tədqiqatdan alınan nəticələrə əsasən kiçik məktəblilərdə diqqətin davamlılığının aşağıdakı göstəricilərə malik olduğu aydınlaşdı.
Qeyd: Nəticələrin işlənilməsi qaydası 2.1. tədqiqatın təşkili və keçirilməsi yarımfəslində verilmişdir.
Tədqiq olunan kiçik məktəblilərdən 78%- ində diqqətin davamlılığı keyfiyyəti orta səviyyədə olduğu müəyyən edildi. Belə ki, bu tədqiq olunanlar 2,5 dəqiqə vaxt ərzində bir neçə dəfə arakəsmələrlə (30 saniyə) müşaiət olunan tapşırığın gedişatında müəyyən fiqurdan digər fiqurun axtarılmasına müəyyən qədər rahatlıqla keçə bilirdilər. Düzdür bu zaman onlar yalnışlıqlara da yol verirdilər, lakin bununla belə onlara təqdim edilmiş fiqurlardan çoxunu tapa bilirdilər.
Kiçik məktəblilərin 19%- ində diqqətin davamlılığı keyfiyyəti aşağı səviyyədə müəyyən edildi. Bu nəticə göstərmiş uşaqlar ilk əvvəl tam təlimatı başa düşdüklərini söylədikləri halda test tapşırığının işlənilməsinə başlayarkən nə edəcəklərini bilmədiklərini söyləyirdilər. Onlara təlimat bir neçə dəfə təkrarən söylənilmişdir. Bununla yanaşı onlar bir fiquru axtardıqları halda onlara digər fiquru tapmaq tapşırılanda çox vaxt təzədən eyni fiquru axtarırdılar, tədqiqatın gedişatında çoxlu müxtəlif dərəcəli səhvlərə yol verirdilər. Bu tapşırıq onlar üçün çox cansıxıcı gəldi və onlar çox narahat idilər. Bütün bu nəticələri ümumiləşdirərək deyə bilərik ki, bu tip tədqiq olunanlarda diqqətin davamlılığı çox aşağı səviyyədə inkişaf edib.
Tədqiq olunan kiçik məktəblilərin 3%- ində diqqətin davamlılığı keyfiyyəti yüksək dərəcədə inkişaf etdiyi müəyyənləşdirildi. Onlarla bu test tapşırığının aparılması çox rahat oldu. Onlar ilk izahdan təlimatı demək olar ki, başa düşdülər və tapşırığın işlənilməsi gedişində diqqətini bir fiqurun axtarılmasından digər fiqurun axtarılmasına asanlıqla keçirə bilirdilər. Onlar tədqiqat zamanı ən az səhvlərə yol vermiş kiçik məktəblilər oldular. Bu da onlarda diqqətin davamlılığının yaşına görə yaxşı inkişaf etdiyini göstərdi.
Bildiyiniz kimi biz tədqiqat işində kiçik məktəblilərin diqqətinin davamlılığı ilə yanaşı kiçik məktəblilərdə diqqətin keçirilməsi keyfiyyətini də tədqiq etməli idik. Bunu etmək üçün biz ikinci metodikamızdan istifadə edəcəyik.
Metodika № 2. Bu metodika vasitəsi ilə biz kiçik məktəblilərdə diqqətinin keçirilməsi xüssusiyyətinin nə dərəcədə inkişaf etdiyini müəyyən edəcəyik.
İlk tədqiqatda iştirak edən kiçik məktəblilər ( 18 nəfər) bu tədqiqat işində də iştirak etdilər. Onlar təlimatı dərk etdikdən sonra metodikanın işlənilməsinə başlanıldı. Tapşırıq bitdikdən sonra nəticələrin işlənilməsi aşağıdakı nəticələri verdi.
Qeyd: bu metodikanın işlənilmə üsulu 2.1. tədqiqatın təşkili və keçirilməsi yarımfəslində verilmişdir.
Tədqiq olunan kiçik məktəblilərin hər biri ilə bu metodikanın hər üç forması aparıldı. Metodikanın birinci hissəsinin işlənilməsinə sərf olunan vaxt 42 saniyədən- 2,1 dəqiqəyə qədər müddət aralığında davam etmişdir. Onu qeyd etmək lazımdır ki, kiçik məktəblilərin çox hissəsi 42 saniyə-1 dəqiqə vaxt intervalında bu tapşırığı yerinə yetirmişdilər.
Metodikanın ikinci hissəsinin nəticələri birinci hissənin nəticələrinə çox yaxın oldu. Kiçik məktəblilər yenə də 50 saniyə- 2,5 dəqiqə ərzində bu tapşırığı yerinə yetirdilər.
Metodikanın üçüncü hissəsini kiçik məktəblilər çox çətinliklə yerinə yetirə bildilər. Bu hissədə ən pis nəticələr alındı. Kiçik məktəblilərin çoxu ümumiyyətlə bu hissənin tapşırığını yerinə yetirə bilmədilər. Yerinə yetirənlər isə uzun və arakəsmə ilə yerinə yetirdilər. Bu müddət 3,5 dəqiqədən- 10 dəqiqəyə dək davam etdi.
Sonda metodikanın hər üç hissəsindən alınmış nəticələrin işlənilməsi belə nəticələr verdi: Tədqiq olunan kiçik məktəblilərin 53%- ində diqqətin keçirilməsi xüsusiyyətini orta səviyyədə götürmək olar. Bu tədqiq olunanlar metodikanın birinci və ikinci hissəsini yaxşı yerinə yetirdilər, sadəcə üçüncüdə müəyyən qədər çətinlik çəkdilər.
Tədqiq olunanların 29%- ində diqqətin keçirilməsi xüsusiyyəti aşağı səviyyədə oldu. Belə nəticələr göstərmiş kiçik məktəblilər metodikanın birinci və ikinci hissəsinə çox vaxt sərf edərək yerinə yetirdilər, üçüncü hissəni isə demək olar ki, yerinə yetirə bilmədilər.
Tədqiq olunanların 18%- ində diqqətin keçirilməsi xüsusiyyəti orta səviyyədən yuxarı oldu. Onlar metodikanın birinci və ikinci hissəsini asanlıqla yerinə yetirdilər, üçüncü hissəyə isə müəyyən qədər çox vaxt sərf etməklə tam olaraq yerinə yetirdilər.
Tədqiqatda diqqətin hər iki xüsusiyyətinin- davamlılığı və keçirilməsi xüsusiyyətinə əsasən söyləyə bilərik ki, daha çox orta səviyyəyə aid etmək olar. Bu cür məktəblilərlə diqqətin artırılması, inkişaf etdirilməsi ilə bağlı müəyyən tapşırıqlar keçirilərsə daha da yaxşı nəticələr almaq mümkün olar.
NƏTİCƏ
Məktəb həyatının başlaması ilə hər bir uşağın həyatında mühüm dəyişikliklər baş verir. Uşaqların çoxları bu dəyişikliklərə asanlıqla öyrəşə bilmirlər. Gün rejiminin dəyişməsi, təlim fəaliyyətinin əsas fəaliyyət sahəsinə çevrilməsi, onlardan dərslərini yerinə yetirməklə bağlı tələb olunan məsuliyyət onlarda müəyyən qədər narahatlılıq yaradır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda qiqqətin inkişafında da müəyyən dəyişikliklər özünü birüzə verməyə başlayır. Bu onların əqli fəaliyyət ilə artıq çox məşğul olmağa başlamaları ilə biləvasitə bağlıdır.
Tədqiqat işində irəli sürdüyümüz əsas fərziyyə ondan ibarət idi ki, kiçik məktəblilərdə diqqətin inkişaf səviyyəsi biləvasitə təlim fəaliyyəti ilə bağlıdır. Bu fakt tədqiqat zamanı aydınlığı ilə təzahür etdirildi. Belə ki, tədqiqat zamanı diqqətin davamlılığı və keçirilməsi xüsusiyyətləri yüksək nəticələnən kiçik məktəblilərin müəllimləri ilə fərdi söhbətin aparılması nəticəsində aydın oldu ki, doğrudan da bu uşaqlar təlim fəaliyyətində uğur qazanırlar. Bunun əksinə olaraq diqqətin davamlılığı və keçirilməsi xüsusiyyətlərinin tədqiqat zamanı aşağı səviyyədə olması ilə nəticələnən uşaqlar isə təlim fəaliyyətində də bir o qədər önə getmədikləri məlum oldu. Beləliklə də tədqiqat zamanı qarşımıza qoyduğumuz əsas fərziyyə tam olaraq təsdiq edildi.
Diqqətin təlim fəaliyyətində bu qədər əhəmiyyətli rol oynadığını bilərək valideynlər lazım gələrsə uşaq psixoloqlarının köməyinə əsaslanaraq uşaqda diqqətin növlərinin və xarakter xüsusiyyətlərinin inkişaf etdirilməsinə çalışmalıdırlar. Buna müxtəlif oyunlardan, tapşırıqlardan istifadə edərək nail olmaq olar. Lakin bir şeyə xüsusi əhəmiyyət vermək lazımdır ki, seçilən tapşırıqlar, oyunlar uşaqların maraqlarına səbəb olsun, onlar bu tapşırıqları istəyərək yerinə yetirsinlər. Əks təqdirdə bu sadəcə müəyyən müddətlik mexaniki inkişaf olacaqdır və onun heç bir müsbət nəticəsi olmayacaqdır. Oyunların, tapşırıqların seçilməsi zamanı uşağın yaş və fərdi- psixi inkişaf xüsusiyyətinə də fikir vermək lazımdır. Həddindən artıq çətin tapşırıqların seçilməsi uşaqda diqqətin inkişafına deyil, onların tez yorulmasına səbəb olacaqdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Bayramov Ə. S., Əlizadə Ə. Ə. Psixologiya. Bakı: Çinar- çap, 2006, 292 s.
2. Əlizadə Ə

 

Baxış sayı: 900
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
KURS İŞİ
növbəti yazı
KURS İŞİ

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net