AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZU: KİÇİK MƏKTƏBLİLƏRDƏ NİTQİN İNKİŞAF
XÜSUSİYYƏTLƏRİ
Tələbə: Əhmədova Günel
III kurs tələbəsi, qrup 1558a
Kafedra müdiri: AMEA-nın müxbüzvi,prof.B.H.Əliyev
Elmi rəhbər: Psixol.elm.nam.dos., R.H.Qədirova
BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ………………………………………………………………………………..3
I FƏSİL .Nitqin inkişaf dinamikası
1.1. Nitq haqqında anlayış……………………………………………………………6
1.2. Nitqin qavranılması və anlaşılması………………………………………………8
II FƏSİL. Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətləri
2.1.Uşaqların nitqə yiyələnməsi prosesi…………………………………………. ….11
2.2.Uşağın nitqinin inkişaf mərhələləri……………………………………………….15
2.3.Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətləri…………………………………18
2.4.Nitq psixologiyası üzrə eksperimental
tədqiqatların aparılması haqqında…………………………………………………….21
III FƏSİL. Kiçik məktəblilərdə passiv lüğət ehtiyatının yoxlanılması ilə bağlı metodika
3.1.Tədqiqatın təşkili və keçirilməsi………………………………………………….25
3.2.Alınmış nəticələrin işlənilməsi…………………………………………………….26
Nəticə………………………………………………………………………………….29
İstifadə olunmuş ədəbiyyat………………………………………………………… 30
I FƏSİL
NİTQİN İNKİŞAF DİNAMİKASI.
1.1. Nitq haqqında anlayış.
Nitq – insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesidir.İlk cümlədən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə öyrənməklə onun vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələnmiş olurlar. Psixologiyada “nitq” və “dil” anlayışlarını fərqləndirirlər. Adətən, dili şərti danışıq işarələr sistemi kimi qəbul edirlər. Onun köməyi ilə insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur. Dil cəmiyyət tərəfindən yaradılır. Dil ümumxalqa məxsus olduğu üçün həmin dilin ölməsi deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.
Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil,hər şeydən əvvəl, özünün müəyyən mənalı söz sistemindən ibarət olan lüğət tərkibinə malikdir. Bu,həmin dilin leksikasını təşkil edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xarakterik olan səs və ya fonetik tərkibi də mövcuddur.
Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki, dil ümumxalqa məxsusdur, nitq isə ayrıca fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir.
Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş,sual,əmr və s. şəklində həyata keçir.Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə işlətməklə nail olmaq mümkündür.
Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi də bildiririk.
Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1)dil ictimai tarixi təcrübənin mövcud olması,saxlanması və verilməsi vasitəsidir 2)dil kommunikasiya,eləcə də insanın davranışını tənzim etmək vasitəsidir 3)dil intelllektual fəaliyyətin silahıdır.
Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar.
Nitqin birinci funksiyası əşyaları,hərəkəti,vəziyyəti adlandırmaqdır. Bu nitqin siqnifikativ və ya semantik funksiya adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır.
Nitqin sonrakı funksiyası onun ümumiləşdirmə funksiyasıdır. Nitq sözlərə əsaslındığına görə daima ümumiləşdirməyə imkan yaradır.
Nitqin mühüm funksiyalarından biri də kommunikativ funksiyadır. Bu funksiyada öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.
Nitq vasitəsi ilə hisslərimizi,arzu və istəklərimizi,bu və ya digər cismə,hadisəyə münasibətimizi bildiririk.
Nəhayət nitq vasitəsi ilə başqalarına təsir edir,onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.
Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu,anlaşıqlılığı,təsirliliyi və ifadəliliyini aid etmək olar.
1.2. Nitqin qavranılması və anlaşılması.
Nitqin qavranılması,anlaşılması və mənimsənilməsi özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Aparılmış tədqiqatlar göstərmişdir ki, nitqin qavranılması qavrayış zamanı qarşıya qoyduğumuz məqsəddən, fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə yetirməsindən,qavranılan nitqin məzmunu, anaşıqlığı, emosionallığından, nitqi qavrama şəraitindən və qavrayanın şəxsi təcrübəsindən,qavrama ustanofkasından asılıdır.
Nitqin qavranılması və anlaşılması insanın nitqə nə dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır. Dili, onun fonetik,leksik,qrammatik qanunlarını mükəmməl mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.
Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavramaq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birləsindən fərqlənir. Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya
həm də sistemli təlim prosesində onun bütün çalarlarına yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır.
Xarici dilin mənimsənilməsi və qavranılması isə xeyli fərqlənir. Tanınmış psixolinqvist A.A.Leontyevin qeyd etdiyi kimi ikinci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O ana dilin öyrənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər. Bu cür hallar iki dilli ailəlır üçün adi haldır. Burada o psixolji cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır. İkinci dilin öyrənilməsi bir qədər sonra, məktəbəqədər yaş dövründə də başlaya bilər. Bu dövr dili,onun fonetika və qrammatikasını dərk etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli, senzitiv dövrüdür. Lakin, ikinci dilin öyrənilməsinə uşaqlarda ana dilin faktla- rına ixtiyari olaraq istinad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi haldır. Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi məhz həmin bacarıqların əsasında baş verir. Əgər ana dili aşağıdan yuxarıya doğru mənimsənilərsə,daha sonra burada ən sadə mexanizm, burada heca düzəltmək mexanizmi yaranırsa, sonra dilin ali səviyyələri mənimsənilirsə,daha sonra nitqin ixtoyariliyi meydan gəlirsə,bununla belə dil vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci dil aşağıdan yuxarıya – dil vasitələrini tam ixtiyari seçməklə, dil üzərində şüurlu əməliyyat aparmaqdan nitqin avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər-istəməz xarici dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.
Xarici ölkə psixoloqlarının əsərlərində qeyd edildiyi kimi, insanın nitq aparatı müxtəlif nitq səsləri yaratmaq imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından istifadə olunmur. İngilis dilində qırxa qədər müxtəlif fonemlərdən istifadə olunur. Başqa dillər də özünün xüsusi fonem qrupunu seçir.
Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq rigidliklə yanaşırlar. Onlar öz ana dillərində ifadə olunmayan səsləri tələffüz etməkdə, həmin yad səsləri bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Məhz bu hal çox vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir. Bu səbəbdən çox vaxt xarici nitq bizim üçün aydın olmur, ayrı-ayrı səslərin ardıcıl deyil, qarışıq, anlaşılmaz toplusu təsirini bağışlayır.
Xarici dildə nitqi qavramaq və anlamaq özünü göstərən çətinliklərdən biri də nitqdəki səslərin tələffüz sürəti ilə bağlıdır.
Xarici ölkə psixoloqlarının tədqiqatları göstərmişdir ki, yaşlı adamlar nitqdə saniyədə 16 fonem olmaqla bir dəqiqə ərzində 250 sözü qavraya bilirlər. Adətən, bu fonemlər hər bir nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə olmadan ötüb gedir.
Həqiqətən çox vaxt bir fonemin yaradılması digərinin üzərinə düşür. Məsələn, insan əvvəlki samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə başlayır. Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem, eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal hesab olunur.
Deməli, çox vaxt dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini yerinə yetirməli olur. Bu prosesi düzgün həyata keçirmək üçünsə dinləyənin həmin dilin lüğət tərkibi və strukturu haqqında zəruri biliyinin olması tələb edilir.
II FƏSİL.
KİÇİK MƏKTƏBLİLƏRDƏ NİTQİN İNKİŞAF
XÜSUSİYYƏTLƏRİ.
2.1. Uşağın nitqə yiyələnmə prosesi.
Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Lakin, o dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir.
Xarici və daxili qıcıqlandırıcıların təsirinə sadə reaksiyalar verən çağa tədricən nitqə yiyələnir.
Uşağın nitqinin inkişafı üç istiqamətdə gedir: a) uşağın söz ehtiyatının tədricən zənginləşməsi; b) nitqin fonetik cəhətdən inkişaf etməsi; c)uşaq nitqinin qrammatik cəhətdən təkmilləşməsi.
Tərbiyə işi düzgün təşkil edildikdə, onun nitqinin inkişafı əsasən dörd mərhələni əhatə edir və hər bir mərhələ müvafiq yaş dövrünə uyğun şəkildə davam edir.
Birinci mərhələ nitqin inkişafının hazırlıq mərhələsidir ki, bu, uşağın anadan olduğu gündən bir yaşa qədər olan dövrü əhatə edir.
İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir. Bu, bir yaşdan üç yaşa qədər olan dövrü əhatə edir.
Üçüncü mərhələ şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu dövr üç yaşdan yeddi yaşa qədər olan dövrü əhatə edir.
Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir. Bu da, yeddi yaşdan sonrakı dövrü əhatə edir.
Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosional vəziyyəti uşaq tərəfindən onun mimikası, jest və pantomimikaları vasitəsi ilə anlaşılır. Əyani-əməli təfəkkürün formalaşmasından sonra əllərin hərəkətini manipulyasiya etmək qabiliyyəti, duyğu üzvlərinin təkmilləşməsi və əməliyyat strukturlarının yaranması və onların koordinasiyası meydana gəlir.
Uşağın nitqinin birinci il ərzində inkişafı, adətən aşağıdakı sxem üzrə gedir. Körpənin həyatının ilk aylarında uşaqda insan nitqinə ifrat maraq meydana gəlir. Təqribən bir aylığında uşaq a-a, u-u, e-e tipli səslər çıxarmağa başlayır.
6 aylığından başlayaraq uşaqlar yaşlıların bəzi sözlərini başa düşə bilirlər. Lakin onlar yenə də sözlərə nisbətən hərəkətlərə daha yaxşı reaksiya verirlər, yaşlıların mehriban,gülümsər müraciətləri uşaqda müsbət emosiyalar yaradır.
Təqribən səkkiz aylıqda uşaqda əşyanın adına cavab kimi fərqli yönəldici reaksiya meydana gəlir: əşyanın yerləşdiyi tərəfə dönmə, ona əllə toxunma, əşyanın nəzərdən keçirilməsi və s. təqribən onuncu ayda özünü biruzə verir. Uşaq yaşlı tərəfindən hər-hansı əşyanın adının çəkilməsinə cavab kimi onu götürür və yaşlıya tərəf uzadır. Belə bir ünsiyyət forması sonralar müştərək əşyavi fəaliyyətin inkişafında əhəmiyyətli stimullardan biri hesab olunur.
Uşaqların əşyalarla fəal hərəkəti 7-10-cu ayda özünü göstərir. Təqribən uşaq bir yaşına çatanda onun fəaliyyətində yeni məqam meydana çıxır: o,əşyaları nəinki əlləri vasitəsilə, habelə onu alət kimi istifadə etdiyi digər əşyalarla yoxlamağa başlayır.
Uşağın nitqində səsin meydana çıxması və inkişafı təqribən aşağıdakı formada olur:uşaqlarda hələ iki aylığında onların daxili vəziyyətinin xüsusiyyətlərini göstərən səslər,məsələn razılıq və narazılıq səsləri seçilib ayrılır. Körpədə üç aylığından başlayaraq, sevinci ifadə edən təbəssüm meydana gəlir və bu altıncı ayın sonunda daha da təkmilləşir.
Yeddinci aydan etibarən uşağın səsində müraciət və xahişində intonasiya özünü göstərir.
Nitqin intonasiya baxımından formalaşması altı aylıqda yaranır və onun inkişafında dominant istiqamətə çevrilir. Uşaq hələ praktik olaraq insan nitqini anladığı mərhələyə qədər intonasiyanın formalaşması zəminində yaşlı ilə uşağın qeyri-verbal ünsiyyəti yaranır. Onun çıxardığı ilk nitq səslərində emosional exspressiyanıın izləri aydın seçilir.
Uşaq 4-8-ci ayda “də-də”, “nə-nə” kimi sadə sözləri tələffüz etməyə başlayır. Təqribən bir yaşında bu sözlər konkret məna kəsb edərək, konkret əşya və insana şamil edilir. 6-68 aylıq körpədə ətraf aləmlə ünsiyyət ehtiyacı yaranır, bu zərurəti uşaq əvvəlcə mimika və hərəkətlərin dili ilə biruzə verir.
Uşağın sözü anlamaq səviyyəsi onun məhsuldar nitqinin inkişaf səviyyəsindən asılıdır. Bir yaş yarımlıq uşaqların istifadə etdiyi orta söz ehtiyatı təqribən 50-yə yaxın olur. Uşaqlar böyüklərdən fərqli olaraq sözlərə fərqli mənalar verirlər. Uşaq üçün bir söz, böyüklər üçün bütövlükdə bir cümləyə, hətta biri digəri ilə əlaqədar olan bir neçə cümləyə bərabər ola bilir.
Körpənin həyatının üçüncü aylığında yaşlı adamın nitq ünsiyyətinə cavab kimi uşaqda özünəməxsus nitq reaksiyaları formalaşır ki, bu da məlum canlanma kompleksinin tərkibinə daxildir. Uşaq əvvəlcə qısa səsləri tələffüz etməyə başlayır. Sonra isə onda böyüklərin intonasiyasını canlandırmaqla müşayiət edilən sakit səslər meydana çıxır. Ritmik və səsli nitq təqlidi daha sonralar yaranır. Bu zaman uşağın tələffüz etdiyi səslər hələ ki onun emosional vəziyyətini ifadə edir və əsas etibarilə yaşlı adamla emosional ünsiyyət sferası ilə bağlı olur.
Təqribən dörd aylığından başlayaraq, uşaq yaşlıların dediklərini intonasiyaya görə ayırmağa başlayır ki, bu da onun nitqdən emosional ünsiyyət kimi istifadə etməsini nümayiş etdirir.
Uşağın həyatının altıncı ayında o, təkcə ifadə etdiyi fikrin emosional ton və xarakterinə fikir vermir, həm də vurğunu onun digər əlamətləri üzərinə, məsələn ritmin üzərinə salır və uşağın çıxardığı səslərin fonetik baxımdan nizama düşməsi prosesi özünün biruzə verir.
Dörd və altıncı aylarda fəal nitqin inkişafında aşağıdakı mərhələləri əks etdirən qığıldama prosesi başlayır. Uşağın həyatının ilk yarımilliyinin sonunda emosional ünsiyyətlə bərabər əşya münasibəti yaranır və formalaşır.
Həyatının ikinci yarımilliyində uşaq, “yalançı sözlərdən” – nominativ, yaxud siqnal funksiyasını yerinə yetirən və ümumi mənaya malik olmayan səslərin birləşməsindən istifadə etməyə başlayır.
8-9-cu ayda uşaq səsləri, sonra isə yaşlı adamın göstərdiyi nümunə üzrə bütöv sözü tələffüz edə bilir.
Yalnız birinci ilin sonuna yaxın uşaq sözün semantikasını müəyyən mənada ümumiləşdirilmiş şəkildə səslərin bütöv kompleksi kimi mənimsəməyə başlayır.
Birinci ilin sonunda uşaq 10-20 sözü dəqiq başa düşür və onlara konkret şəkildə reaksiya verir. Böyüklər tərəfindən əşyaların adlarının çəkilməsinə cavab kimi o, başını bu əşyaya tərəf çevirir və fəal şəkildə onu axtarmağa başlayır. Bu faktlar onu göstərir ki, uşaq artıq nitqin nominativ və proqramik funksiyalarından bəhrələnə bilir.
Yeni doğulmuş uşaqlar praktik fəaliyyətə qoşulmadıqlarından onlar yalnız böyüklərlə ünsiyyətdə olur, oyaq vaxtlarında isə təklikdə olduqları zaman duyğu üzvlərinin köməkliyi ilə yaxın ətraflarını öyrənməyə çalışırlar. Əllərin, bəzən isə ayaqların köməyi ilə onlar əşyalarla oynayır, daha sonralar isə praktiki sensomotor vəzifələrin həlli prosesinə daxil edilən sadə bilik və vərdişləri mənimsəyirlər.
C.Brunerin fikrincə, yeni doğulan uşaq, adətən ətraf aləmi hərəkətlərin vasitəsilə dərk edirlər. Zaman keçdikcə, obyektiv aləm uşaqların gözündə hərəkətlərdən ibarət olan surət- lər, daha sonralar isə anlayışlar şəklində canlanır. Birinci ilin sonuna yaxın uşaq tərəfindən əşyaların tanınması, nəinki bu əşyaların özlərinin xarakterindən, daha çox onların hansı hərəkətləri icra etmələrindən asılı olur. Bu yaşda uşaq hələ əşyanın surətini dəqiq şəkildə ayıra bilmir. J.Piajenin müşahidələrinə uyğun olaraq bir neçə nümunəni nəzərdən keçirə bilərik:
Birinci nümunə. Yeddi aylıq uşaq indicə əlində tutduğu və irəli-geri hərəkət etdirdiyi papiros qutusunu itirir. Əlindən düşmüş qutu elə düşür ki, körpənin görmə sahəsində peydə olur. O, dərhal əlini gözünə qaldırır, onları qutunun indicə olduğu yerə tuşlayır və ona təəccüb və təəssüflə nəzər yetirir. Sonra isə bir az bundan qabaq itirdiyi qutunu unudaraq, körpə əli boş olsa da, onu o tərəf bu tərəfə yelləməyə başlayır. Bundan sonra o, təzədən əlini gözlərinə tərəf aparır, həmin yerə baxır və bununla elə bil ki, qutunu təzədən əlində olmağa məcbur etmək istəyir. Bu nümunədə əşya haqqında təsəvvür onunla bağlı olan hərəkətlə birləşir.
İkinci nümunə. Altı aylıq uşaq beşikdə uzandığı halda öz hərəkətlərini seyr edir. O,beşiyin bir tərəfinə salınmış parçadan yapışaraq, yaranmış qırışı özünə tərəf çəkir, sonra isə onu buraxır. Hərəkət bir neçə dəfə təkrar olunur. Növbəti dəfə parça əldən sürüşdükdə, əlini gözünə tərəf qaldırır, sonra isə diqqətlə öz barmaqlarına baxır, ovcunun içində heç nə olmadığını gördükdə təəccüblənir və hərəkəti bir daha təkrar edir. Bütün bunlar bir neçə dəfə təkrar olunur. Görünür uşaq üçün əlini əşyaya tərəf uzatmaq kifayətdir ki, hesab eləsin ki, artıq onu tutub və əşya onun əlindədir.
Uşağın həyatının ikinci yarımilliyində qavrayışla hərəkət arasında sıx əlaqə yaranır.
Nitq ünsiyyəti uşağa bilikləri mənimsəmək, müəllim, yaşlı adam və digər şəxslər vasitəsilə mühüm vərdişləri formalaşdırmaq və insani mədəniyyətə tez bir zamanda yiyələnmək imkanları verir. Yaşlılarla sistemli nitq ünsiyyəti sayəsində uşaq bioloji varlıqdan özünün davranış və psixoloji xüsusiyyətlərinə görə şəxsiyyətə çevrilir.
2.2. Uşağın nitqinin inkişaf mərhələləri.
İdrak proseslərinin və nitqini inkişafı uşağa bilikləri mənimsəmək, insani davranışın norma və formalarını mənimsəməyə kömək edir.
Uşaq yaşlılarla nitq ünsiyyətinin vasitəsilə onu əhatə edən dünya haqqında duyğu orqanlarının verdiyindən on dəfələrlə artıq məlumat əldə edir.
Uşaq üçün nitq təkcə əvəzedilməz ünsiyyət vasitəsi deyil, həm də o, təfəkkürün inkişafında və davranışın tənzimlənməsində əhəmiyyətli rol oynayır. Erkən uşaqlığın sonundan etibarən nitq uşağa davranışına və psixoloji proseslərə nəzarət etmək və onları müəyyən səviyyədə sərbəst tənzimlənməyə imkan verir. Nitq olmasaydı, insan nə gerçəkliyi dərk edərdi, nə də onun idrakı inkişaf edərdi və bu da intellektin kamilləşməsinə imkan verməzdi. Yaşlı adamla uşaq arasındakı nitq ünsiyyətinin sayəsində işgüzar əlaqələr meydana çıxır, və bu əsasda şüurlu təhsil və tərbiyə prosesi baş verir.
Əşya və oyun fəaliyyətinin inkişaf prosesinin erkən yaşlarda necə getməsini təsəvvür etmək üçün anlayışlar sistemini (lüğət ehtiyatını) genişləndirmək lazımdır. Bunların köməyi ilə yaradıcılığın və fəaliyyətin konkret növləri inkişaf edir. Bu əsasda uşaq fəaliyyətinin məhsuldarlığı artır.
Hər iki fəaliyyət növü semiotik funksiyalar baxımından bir-birinə uyğun gəlir.
Məhsuldar və reproduktiv fəaliyyətlər arasındakı əlaqələri təsəvvür etmək məqsədilə F.D.Sosür aşağıdakı terminologiyaları təklif etmişdir:
a. Əlamətlər – əşyaların özləri ilə sıx şəkildə bağlı olan göstəriciləridir. Əlamətlər əşyanın özünün bir hissəsi, yaxud onun ayrılmaz keyfiyyətidir. Məsələn, uşaq üçün ananın səsi onun hardasa yaxınlıqda olması deməkdir.
b. Simvollar – əşyaları göstərən, ancaq onlardan ayrı və fərqli olan və bununla birlikdə əşyanın özü ilə müəyyən yaxınlığı qoruyub saxlayan göstəricilərdir.
c. İşarələr – əşya ilə sərbəst şəkildə bağlı olan, ancaq onunla heç bir zahiri və ya daxili oxşarlığa malik olmayan göstəriciləridir. İşarə şərtidir və həmişə sosial səciyyə daşıyır.
Nitqə hazırlıq mərhələsi bir yaşın sonunda başa çatır. Müəyyən edilmişdir ki, bir yaşlı uşağın təxminən 10-dan 45-ə qədər söz ehtiyatı olur. Təqribən bir yaşında uşaq ayrı-ayrı sözləri tələffüz edir. Iki yaşında olarkən o, iki-üç sözlü cümlələr işlədir. Dörd yaşlı uşaqlar elə yaşlı adamlar kimi danışma qabiliyyətinə malik olurlar.
Nitqin inkişafının növbəti mərhələsi təqribən bir yaşdan üç yaşa qədər olan bir dövrü əhatə edir. Bu zaman uşaqlar sözləri iki-üç sözlük cümlədə birləşdirərək onları birləşdirmək bacarığına yiyələnir və çox tezliklə sadə cümlələr işlədə bilirlər. Uşağın həyatının ikinci ilinin ikinci yarısı, fəal və müstəqil nitqə keçidlə səciyyələnir.
On bir arlıqdan başlayaraq, fonemə qədər nitqdən fonem nitqinə keçid baş verir və bu proses körpənin həyatının ikinci, üçüncü və hətta dördüncü ilində belə davam edir. Üç yaşında uşaq əsas etibarilə halları düzgün şəkildə işlədir, çoxsözlü cümlələr düzəldir və bu cümlələrdə bütün sözlərin qrammatik baxımdan uzlaşmasını təmin edir. Nitqdəki qrammatik strukturların yavaş-yavaş inkişaf etməsi onunla nəticələnir ki, uşaq üç yaşında artıq köməkçi sözlərin yardımı ilə mürəkkəb cümlələr düzəltmək qabiliyyətinə malik olur. Təqribən elə bu dövrdə uşaqda nitqin dəqiqliyinə şüurlu nəzarət prosesi başlayır.
Həyatın ikinci ilində uşaqda ətraf aləmə güclü maraq yaranır. Onu, xüsusilə əşya və hadisələrin adları maraqlandırır və o, tez-tez yaşlılara belə bir suall verir: “bu nədir?”. Yaşlılardan cavab alan uşaq eşitdiyi ilə heç də həmişə razılaşmır. Bu yaşda uşağın passiv söz ehtiyatı fəal söz ehtiyatından bir az fərqlənir.
Uşaq əvvəlcə hər hansı bütöv bitmiş bir fikri ifadə edən sözlü cümlələrdən istifadə edir. Belə sözlü cümlələr demək olar ki, həmişə hansısa konkret və qavranılan vəziyyətlə bağlı olaraq meydana çıxır.
Nitqin mənimsənilməsinin ilkin mərhələsində bir yaşlı uşaq sözə bütövlükdə situativ reaksiya göstərir. Onun üçün söz hər şeydən əvvəl şəraitin ayrıca əşyaları ilə yox, bütövlükdə onun özü ilə bağlı olur. Yaşlı adamın hərəkətlərini, sözü necə tələffüz etməsini diqqətlə izləyən uşaq, mimika və jestləri qavrayır, yaşlı adamın nə demək istədiyinə bu hərəkətlərə əsaslanaraq reaksiya göstərir.
Uşaq əvvəlcə onu əhatə edən şeylərin söz mənalarına, daha sonra isə yaşlı adamların, oyuncaqların və nəhayət bədən üzvləri və sifətə diqqət yetirir. Bütün bunlar adətən iki yaşda meydana gəlir. İki yaşında normal inkişaf edən uşaq onu əhatə edən əşyalara aid olan bütün sözlərin mənasını başa düşür.
Deyilənləri ümumiləşdirib belə bir qənaətə gəlmək olar ki, uşağın şofahi nitqi bir yaşdan inkişafa başlayır və sonrakı yaşlarda davam edir.
Bir yaş yarımından sonra uşaq nitq ünsiyyətində fəallıq göstərməyə başlayır və artıq onun özü əşyaların adlarını soruşmağa başlayır. Əvvəlcə o, bu sualları vermək üçün mimika,jest və pantomimikadan yararlanır, onu maraqlandıran əşyaları böyüklərə əli ilə göstərməyə üstünlük verir və yaşlı adamdan müvafiq əşya, yaxud hadisənin adını soruşaraq cavab gözləyir. Sonra isə uşaq sözlə ifadə etdiyi sualı jestlə göstərir.
Uşaq yiyələndiyi bilikləri yoxlamaq və onu maraqlandıran adları yadda saxlamaq üçün bu tipli sualları tez-tez verir.
Uşaq üç yaşında olanda böyüklərin öz aralarındakı danışdıqlarına diqqətlə qulaq asır. Hekayələr,nağıllar və şerlər eşitmək onun xüsusilə xoşuna gəlir. Bu onu göstərir ki, uşaq gerçəkliyi təkcə bilavasitə duyğu orqanları vasitəsilə deyil, onu həm də sözlərlə dərk etməyə maraqlı olur.
Bir yaş yarımına qədər uşaqların orta hesabla 30-dan 100-ə qədər söz ehtiyatı olur. Bir yaş yarımından sonra nitqin inkişafında kəskin sıçrayış baş verir. İki yaşın sonuna yaxın uşaqlar təqribən 300 söz, üç yaşında isə 1200-1500 söz bilir.
İki yaşlı uşaqların əksəriyyəti onları əhatə edən ev əşyaların adları barədə aydın təsəvvürə malik olur və onları düzgün işlədirlər. Yeni əşyalarla tanış olan uşaqlar hər şeydən əvvəl onların vəzifələrini müəyyənləşdirməyə can atır və yaşlılara “bu nədir?” sualını verirlər.
Bu suala cavab verərkən yaşlı, adətən əşyanın adını çəkməklə kifayətlənməməli, həm də ondan düzgün istifadə qaydalarını göstərməlidirlər.
Uşağın səs reaksiyalarının intonasiya baxımından formalaşmasından sonra fonetik eşitmə qabiliyyətinin formalaşması prosesi başlanır. Bu proses, adətən uşaq iki yaşında olanda, onun artıq sözləri fonetik baxımdan ayıra bildiyi zaman başa çatır. Nitqə yiyələnmə prosesinin sonrakı inkişafına bir sıra aspektlər,məsələn semantik,morfoloji,sintaktik və praqmatik cəhətlər aiddir.
Uşağın nitqinin inkişafı üç istiqamətdə geidir: birincisi – uşağın söz ehtiyatının get-gedə zənginləşməsi, yeni sözlər öyrənib bu sözlərdən istifadə etməsi; ikincisi – nitqin fonetik cəhətdən inkişaf etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək xüsusiyyətinin inkişaf etdirilməsi; Bu bir tərəfdən, səsləri düzgün eşitmək, digər tərəfdən isə səsləri düzgün tələffüz etməkdə ifadə olunur. Üçüncüsü – uşaq nitqinin təkmilləşdirilməsindən ibarətdir.
2.3.Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətləri.
Məktəbə daxil olmaqla uşağın nitqində böyük dəyişikliklər baş verir,birinci sinif şagirdinin təxminən 3500-4000 söz ehtiyatı olur.
Uşağın söz ehtiyatının sayı 4-cü sinfin sonunda 4000-5000 çatır.
Bütün bunlar tərbiyəçilərin diqqət mərkəzində olmalı, onlar uşaqlarla söz ehtiyaının artması ilə kifayətlənməməli, onlarda nitqin məzmunluluğu, anlaşıqlığı və ifadəliliyi inkişaf etdirməlidirlər.
Uşaq nitqini inkişaf etdirmək, hər şeydən əvvəl, səsləri və sözləri düzgen tələffüz etmək bacarığını aşılamaqdan ibarətdir. Bu, düzgün nitqin əsas əlamətlərindən biridir. Səsləri və sözləri düzgen ifadə etməyən adamın söz ehtiyatı nə qədər zəngin olsa da, o qrammatik cəhətdən nə qədər mükəmməl danışsa da onun sözləri aydın olmayacaqdır. Buna görə də uşaqlarda hələ kiçik yaşlardan nitqin fonetik cəhətini – səsləri və sözləri düzgün tələffüz etmək vərdişlərini inkişaf etdirmək lazımdır.
Nitqin fonetik cəhətini inkişaf etdirmək dedikdə valideynlər əsas 3 məsələni nəzərdə tutmalıdılar. Birincisi, uşaqlar ana dilinin bütün sözlərini və səslərinin düzgün tələffüz etməyi öyrənməlidirlər. Bunun üçün bir sıra yollar vardır. Bu yollardan birincisi uşaqlara tərkibində tələffüzü vacib olan sözləri seçmək və təkrar etdirməkdən ibarətdir.
Uşaqların nitqinin fonetik cəhətini inkişaf etdirmək sahəsində mühüm məsələlərdən biri tələffüz ediləcək səsləri düzgün eşidə bilməsidir. Uşaq bir-birinə yaxın olan səsləri, sözləri bir-birindən asanlıqla ayırd edə bilməli, bir-birinə yaxın səsləri aydın qavramağı bacarmalıdır.
Nəzərə almaq lazımdır ki, televizora, radioya çox səs verdikdə, uşaqla ucadan danışdıqda, ümumiyyətlə səs-küy, qışqırtı olan yerdə uşağın səsləri eşitmə həssaslığı zəik inkişaf edir. Odur ki, ailədə uşağın olduğu yerdə sakit şərait yaradılmalı, uşağı zəif səsləri eşitməyə adət yaradılmalıdır. Xüsusilə valideynlər uşaqlar ilə ucadan danışmamalıdırlar.
Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən ilk dövrlər yalnız təsadüfi, zahiri formal əlamətə görə ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generalizasiya hadisəsi ilə nəticələnir. Təlim prosesində müqayisəli işə geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına imkan verir.
Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələndikdə onlarda həm şifahi, həm də yazılı nitq inkişaf edib zənginləşir.
Kiçik məktəblilərdə nitqin inkişaf etdirilməsində söz ehtiyatının zəngin olması da böyük rol oynayır.
Psixoloqlar kiçik məktəbli uşaqlarda nitqin inkişafını araşdırmışlar. Nitqin inkişaf istiqamətini 3 yerə ayırırlar: söz ehtiyaının toplanması, fonetik, qrammatik. Psixoloqların fikrincə nitqin inkişaf istiqaməti qeyd etdiyim bu 3 istiqamətdən asılıdır. Yazılı nitq uşaqların nitqinin inkişafına güclü təsir göstəərir. Nitqə yiyələnmək üçün uşaq bir sıra mərhələlərdən keçməlidir:
1)analitik – hərflərin adları, heca, söz
2)sintetik – sözü sintez edir
3)analitik-sintetik – sözün ünsürləri sürətlə müəyyənləşir və bunun əsasında uşaqlar sözü sürətlə oxuyurlar.
Məktəblilərin söz ehtiyatı az olduqda o, fikrini ifadə etməkdə çətinlik çəkir, hətta demək istədiklərini hərəkətləri vasitəsi ilə ifadə edirlər. Bəzən nəinki kiçik yaşlı uşaqlar, həm də yeniyetmələr, gənclər, hətta yaşlılar belə, söz ehtiyatının azlığı üzündən öz fikirlərini tam, aydın və başa düşüləcək şəkildə başqalarına çatdıra bilmirlər.
Bunları nəzərə alaraq, uşaq nitqinin inkişafında söz ehtiyatının zənginləşdirilməsi xüsusi əhəmiyyətə malikdir.
Onu da diqqət mərkəzində saxlamaq lazımdır ki, uşaq işlətdiyi hər bir sözün mənasını anlamalı, sözləri konkret cisim və hadisələrlə əlaqələndirməyi bacarmalıdır.
Bunun üçün valideynlər məsuliyyət daşımalı, uşaqları istiqamətləndirməlidirlər.
Kiçik məktəblilərin söz ehtiyatını artırmaq sahəsində tapmacalar, nağıllar, şerlər xüsusilə böyük əhəmiyyətə malikdir.
Valideynlər uşaqlara daha çox nağıl danışmalı, şer öyrətməli, tapmacalar söyləyib onun cavabını verməyi uşaqlara öyrətməlidirlər.
Valideynlər uşağın sözləri düzgün tələffüz etməsinə, vurğu, intonasiya məsələlərinə də diqqət yetirməlidirlər.
Kiçik məktəblilərdə nitqin inkişaf etdirilməsində multfilmlərin də böyük rolu vardır. Valideynlər, uşaqlarla birlikdə uşaq filmlərinə baxmalı və bu barədə onlarla sual-cavablar aparmalı və onlara lazım olan tövsiyyələr verməlidirlər.
2.4.Nitq psixologiyası üzrə eksperimental tədqiqatların aparılması haqqında.
Respublikamızda kiçik məktəb yaşlı şagirdlərin ünsiyyət və nitqinin spesefik inkişafı xüsusiyyətləri, lüğət ehtiyatı və onun zənginləşdirilməsinin psixoloji qanunauyğunluqları, ana dilini mənimsəyərkən qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, ikidilliyin (blinqvizmin) psixoloji problemləri və s. məsələlər də öyrənilmişdir. F.Ə.İbrahimbəyov, M.Hacıyevin, S.H.Hacıyevin, M.R.Abbasovun, M.Ə.Həmzəyevin, R.M.Rəsulovun, Ş.M.Babayevin, M.M.Əbdülovun, N.S.İbrahimxəlilovun bu sahədəki xidmətlərini xüsusilə qeyd etməliyik. Psixoloqlarımızın bu problemlə hələ 1930-1931-ci illərdən maraqlanmış və bir neçə elmi-metodiki məqalələr yazmışlar. İlk eksperimental tədqiqatlar AETPİ-da aparılmışdır. 1948-ci ilə qədər kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətlərinə bir neçə məqalələr yazılsa da “Təlim-tərbiyə işində nitq nöqsanlarının islahı” (M.R.Abbasovun, Bakı, 1948) adlı kitab bu sahədə ilk psixoloji vasitədir. Kitabda əsas məqsəd Azərbaycan dilində olan sözləri tələffüz edərkən yol verilən nöqsanların psixoloji təhlilini vermək və həmin nöqsanların aradan qaldırılması yollarını göstərməkdir. Kitabda nitqin anatomik-fizioloji əsasları, uşaqlarda nitqin inkişaf xüsusiyyətlərini, yazı nöqsanları, onların islahı, şifahi nitqdə şagirdlərin qarşılaşdığı çətinliklər onların aradan qaldırılması üçün tapşırıqlar, qısa izahlı lüğət və s. lazımi materiallar da əksini tapmışdır.
Valideynlər, müəllim və tərbiyəçilər, xüsusilə loqopedlər üçün nəzərdə tutulmuş həmin kitabdan bu gün də geniş istifadə olunur. M.R.Abbasovun həmin problemin öyrənilməsinə daha iki eksperimental xarakter daşıyan əsəri və bir məqaləsi həsr olunmuşdur.
Müəllif hər iki vəsaitdə uzun müddət məktəblərdə apardığı pedaqoji-psixoloji tədqiqat və müşahidələr əsasında birinci sinif şagirdlərinin “əlifba” təlimi üzrə savad dərəcəsini, uşaqların hərf və səslərin mənimsəmələrinin psixoloji-fizioloji imkanlarını, oxu və yazı vərdişlərinin mərhələlərlə təşəkkül tapıb inkişaf etməsini, səs və hərflərin tələffüz və yazılı cəhətdən çətinlik dərəcəsinə bölünməsini, həmin prosesdə nitq və təfəkkürün əlaqəli, ardıcıl inkişafının nəzərə alınmasını və digər məsələləri ətraflı öyrənmiş, ibtidai siniflərdə dərs deyən müəllimlərə valideyn və tərbiyəçilərə bu gün də kömək edə bilən dəyərli məsləhətlər vermişdir. Müəllifin fikrincə “əlifba” dərsliyi tərtib edərkən psixoloji və Azərbaycan dilinin fonetik prinsipləri nəzərə alınmalı, səs və hərflərin təlim ardıcıllığı, verilən sözlərin, cümlələrin xüsusiyyətləri, onların bağçada eksperimental tədqiqi, uşaqların yazı vərdişlərinə təsiri gözlənilməlidir. M.R.Abbasov fikrini sübuta yetirmək üçün həmin dövrdə istifadə edilən “əlifba” dərsliyini tənqidi təhlil edir. 1957-ci ildə özünün tərtib etdiyi eksperimental “əlifba” dərsliyinə diqqət yönəldir.
Kiçik məktəb yaşlı şagirdlərdə lüğət ehtiyatının inkişafına aid ilk eksperimental iş isə respublikamızda AETPİ-nun aspirantı olmuş M.Hacıyev tərəfindən aparılmışdır. Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor A.O.Makavelskinin rəhbərliyi ilə müdafiə etdiyi “Təlim prosesi ilə əlaqədar olaraq I sinif azərbaycanlı şagirdlərdə söz ehtiyatının inkişafı” adlı dissertasiyasında müəllif birinci sinif azərbaycanlı uşaqlarda lüğət ehtiyatının zənginləşdirilməsi qanunauyğunluqlarını aşkar etmişdir. Birinci sinif şagirdlərdə lüğət ehtiyatını aşkar etmək üçün xüsusi metodika tərtib olunmuş və həmin metodika əsasında həm şifahi və həm də yazılı sorğu keçirilmişdir. İctimai həyatımızın müxtəlif sahələrində işlədilən əşyalara, hadisələrə, ev heyvanlarına, insanlara aid keçirilən həmin sorğular və xüsusi metodikalar əsasında müəllif şagirdlərin lüğət ehtiyatının artırılması yollarını göstərmişdir. Birinci sinif şagirdlərində lüğət ehtiyatını real şəkildə öyrənmək məqsədi ilə müəllif tədqiqatı məktəbəqədər yaş dövründə başlayır. Bu da lüğət ehtiyatının inkişaf dinamikasını izləməyə müəllifə kömək edir. Onun fikrincə uşaqlar məktəbə daxil olana qədər onlarda 2950, maksimum söz ehtiyatı isə 3834-dür. Müəllif eyni zamanda birinci sinif şagirdlərində lüğət ehtiyatının kəmiyyət və qrammatik quruluşunuda vermişdir. Yeddi yaşlı azərbaycanlı 3-3 min sözün 2241-isim, 344-ü sifət, 70-i say, 30-u əvəzlik, 993-ü fellər, 70-zərf, 21-i qoşmalar, 14-ü bağlayıcı, 27-i isə nidadır. İlin sonunda isə uşaqlarda lüğət ehtiyatı 4 mindən 5 minə çatır. Dissertasiyada 7 yaşdan 8 yaşa qədər olan dövrdə nitqin inkişafının daxili səbəbləri, əlaqələri, izlənilmiş və təlim prosesinin uşaqların lüğət ehtiyatının zənginləşməsinə təsirini göstərmişdir. Burada “əlifba” və “ana dili” dərsliklərinin müəllim və tərbiyəçilərin, uşaqların düşdüyü mühitin də rolu ətraflı şərh olunur.
Nitqin p