AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZU: YENİYETMƏLƏRDƏ ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİNİN TƏDQİQİ VƏ ARADAN QALDIRILMASI YOLLARI
Tələbə: Krac Aysel
III kurs, qrup 1558a
Kafedra müdiri: AMEA-nın müxbüzvi,prof.B.H.Əliyev
Elmi rəhbər: Dos. T. M. Musayeva
BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ……………………………………………………………………………………………………………..3
I FƏSİL. YENİYETMƏLƏRDƏ ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİNİN TƏDQİQİ VƏ ARADAN QALDIRILMASI YOLLARI…………………………………………………………….4
1.1. Yeniyetməlik yaşını xarakterizə edən keyfiyyətlər…………………………………………4
1.2. Yeniyetmələrdə ünsiyyət çətinliklərinin tədqiqi və aradan qaldırılması yollarının təhlil edilməsi………………………………………………………………………………………………….8
II FƏSİL. YENİYETMƏLƏRDƏ ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİNİN VƏ ARA- DAN QALDIRILMASI YOLLARININ PSİXOLOJİ- EKSPERİMENTAL TƏD- QİQİ …………………………………………………………………………………………………………….13
2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………………………………………13
2.2. Alınmış nəticələrin işlənilməsi…………………………………………………………………..16
NƏTİCƏ……………………………………………………………………………………………………….19
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI……………………………………………….20
GİRİŞ
Mövzunun aktuallığı. Hər bir yaş dövrünün insanın şəxsiyyət kimi formalaşmasına özünəməxsus təsiri olur. Bunların içində ən çox yeniyetməlik yaş dövrünün əhəmiyyətli yer tutuduğunu xüsusi vurğulamaq istərdik. Belə ki, bu dövr “keçid”, “təhlükəli” dövr olduğu üçün bu dövrdə baş verənlər şəxsiyyətin inkişafında əhəmiyyətli dərəcədə iz qoyur.
Yeniyetmələrdə həm fizioloji, həm psixoloji dəyişikliklərin eyni vaxtda başlaması onlarda bir növ daxili böhran vəziyyəti yaradır. Bu halı hər bir yeniyetmə müxtəlif cür keçirir. Bəziləri çox emosional, hiperaktiv olur, daha çox çuğlayan davranış reaksiyaları nümayiş etdirirlər, bəziləri isə əksinə özünə qapanır, öz “daxili aləmlərini” yaradır və çox insanlar ilə münasibətlərdə ara saxlayırlar. Məhz bu ikinci tip yeniyetmələrdə ünsiyyət çətinliklərinə daha çox rast gəlinir. Bu çətinliklərin aradan qaldırılması yollarını axtarıb tapmaq cəhətdən problem aktualdır.
Tədqiqatın obyekti. Yeniyetməlik dövründə yeniyetmələrdə yaşanan ünsiyyət çətinliklərinin ətraflı tədqiq edilməsidir.
Tədqiqatın predmeti. Yeniyetmələrdə ünsiyyət çətinliklərinin əmələgəlmə səbəblərinin müəyyən edilməsidir.
Tədqiqatın məqsədi. Məqsədimiz yeniyetmələrdə ünsiyyət çətinliklərinin yaranma mühitinin və onların aradan qaldırılması yollarının tədqiq edilməsidir.
Tədqiqatın vəzifələri. Tədqiqatda yeniyetməlik yaş dövrünün əsas səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək və eyni zamanda onlarda ünsiyyət çətinliklərini qarşılıqlı şəkildə təhlil etməkdir.
Tədqiqatın əsas fərziyyəsi. Əsas fərziyyəmiz ondan ibarətdir ki, yeniyetmələrdə ünsiyyət çətinliklərinin yaranması biləvasitə onların daxil olduğu şəxsiyyətlərarası münasibətlərdə öz mənfi əksini tapır.
Tədqiqatda istifadə edilmiş metodlar. Yeniyetmələrdə kommunikativlik, ünsiyyətliklik dərəcəsini müəyyən edən KOC-1 metodikasından istifadə edilib.
Tədqiqatın strukturu. Giriş, I fəsil, II fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı.
I FƏSİL. YENİYETMƏLƏRDƏ ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİNİN TƏDQİQİ VƏ ARADAN QALDIRILMASI YOLLARI.
1.1. Yeniyetməlik yaşını xarakterizə edən keyfiyyətlər.
Yeniyetməlik dövrü 10-11 yaşından 15-16 yaşa qədər dövrü əhatə edir. Bu dövr “keçid” dövrü adlanır, çünki bu müddət ərzində insanın uşaqlıqdan yetkinliyə qədəm qoyması baş verir. Bu müddət qeyri-bərabər fiziki inkişafla seçilir. Güclü boy artır. Bədənin formaları dəyişir.
Cinsi yetişmə, cinsiyyət vəzilərinin fəaliyyətə başlaması yeniyetmənin fiziki inkişafının vacib amillərindəndir. Yeniyetmə dövründə şəxsiyyətin formalaşmasının yaş xüsusiyyətləri özündə aşağıdakıları birləşdirir: Əxlaqi-mənəvi şüur; Özünüdərk; Yetkinlik hissi; Ünsiyyət.
Bildiyimiz kimi yeniyetməlik sanki insanın “çevrilməsi”, “dəyişməsi” dövrüdür. Bu dövrdə yeniyetmələrin ailəsi və dostları tərəfindən sevildiyinə,ona ehtiyac hiss edildiyini bilməlidir. Çünki belə olduqda o, yeniyetməlik dövrünü normal keçirər və bundan sonrakı gələcək həyatına inkişaf edən gənc kimi addımlayacaqdır.
Cinsi yetişmə, cinsiyyət vəzilərinin fəaliyyətə başlaması yeniyetmənin fiziki inkişafının vacib amillərindəndir. Cinsi meyl oyanır, əks cinsə maraq və ona müvafiq meyllər baş qaldırır. Yeniyetməlik dövründə tədris prosesinin xarakteri də dəyişir. Bir müəllim əvəzinə hərəsinin öz tələbatı, dərs metodları olan bir neçə müəllim dərs deməyə başlayır. Ətraf aləmlə daha fəal ünsiyyət yaradır, yeni meyillər formalaşır ki,bu da tədrisə marağı azaldır. Tədrisə müsbət münasibətin formalaşmasında materialın məzmunu, emosional şərh olunması və şagirdin həmin fənn üzrə qazandığı müvəffəqiyyətlər əhəmiyyətli rol oynayır. Fəal şəkildə müstəqil düşünmək,mühakimə yürütmək,ümumiləşdirmək,nəticə çıxarmaq qabiliyyəti yaranır. Konkret obrazlı təfəkkür saxlanmaqla yanaşı abstrakt təfəkkür inkişaf edir. Öyrənmə prosesində əşya və hadisələrin mürəkkəb, analitik-sintetik tərzdə qavranılması imkanı yaranır.Yaddaş
Bu dövrdə yeniyetmələr təqlid etdikləri mənəvi idealları yaranır. Həmin ideallar gəncin əhatəsində olan adamlar arasından, kitablardan, kinofilmlərdən və s götürülə bilər. Mənəviyyat haqqında təsəvvürlər bəzən səhv, qeyri-mükəmməl olur. Bu fakta misal kimi aşağıdakı hadisəni göstərə bilərik. Yeniyetməlik dövrünə xəyalpərəstlik xasdır. O, öz xəyallarında çox vaxt real olmayan şəkildə gələcək həyatını planlaşdırır. Yeniyetmələrin şəxsiyyətlərinin inkişafında ən vacib məqamlardan biri də onlarda özünüdərketmə və özümüqiymətləndirmənin formalaşmasıdır. Yeniyetmə öz şəxsiyyətini düzgün təhlil edə bilmədiyindən özü haqqında yüksək və ya əksinə,aşağı fikirdə olur ki,bu da ətrafdakilarla münaqişələrə gətirib çıxarır. ( 1, s 185)
Bu yaşda uşaqlar həmişə böyük olmağa səy göstərirlər. Belə hal təsadüfi olmayıb, fiziki və psixi inkişafla şərtlənir. Yetkinlik hissi yeniyetmələri müstəqilliyə can atmağa vadar edir. Tərbiyə prosesində bunu nəzərə almaq vacibdir.
Yeniyetməni lüzumsuz qəyyumluqdan, çox ciddi nəzarətdən,bezikdirici rəhbərlikdən azad etmək zərurəti yaranır. Qəti əmrlərdən, yeniyetmənin şəxsiyyətini alçalda bilən öyüd-nəsihətlərdən çəkinmək lazımdır. Böyüklər tərəfindən şəxsiyyətə hörmət,etibar,xeyirxahliq nümayiş etdirməli, mülayım münasibət gözlənilməlidir.
Yeniyetmə yaşlarında yoldaşlarla ünsiyyətə tələbat aydın nəzərə çarpır.Yoldaşlıq münasibətləri geniş dairəni əhatə edirsə,dostluq nisbətən az adamları birləşdirir. Burada bir-birinə bağlılılıq,səmimiyyəy, pərəstiş nəzərdə tutulur. Yaş artdıqca dostluğun motivləri dərinləşir, nikbinlik yaranır, münasibətlərin kəsilməsi isə məyusluq,ümidsizlik hissi oyadır, özündən sonra xoşagəlməz iz qoyur.
Yeniyetmə dövrü xarakterin formalaşmasında çox mühim mərhələdir. Xasiyyətin iradi keyfiyyətləri-inadkarlıq, qətiyyət, məqsədə çatmaq əzmi, çətinlikləri dəf etmək bacarığı nəzərəçarpacaq dərəcədə inkişaf edir. Yeniyetməlik dövrünün psixoseksual inkişaf xüsusiyyətlərini ayrıca nəzərdən keçirmək lazımdır.
Yeniyetməlik yaşı dövründə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişiklikləri baş verir. Yeniyetmənin sinir sisteminin vəziyyəti dəyişir. Beyinin ali şöbələri-qabığın alın sahəsi və s daha da inkişaf edir. Qabıqaltı fəallığın tədriclə artması müşahidə olunur. Daxili sekresiya vəzilərinin fəaliyyətində də mühüm dəyişikliklər baş verir.
Cinsi yetişmə prosesində uşağın həyat şəraitinin, xüsusi ilə onun sosial inkişaf şəraitinin rolunu xususi qeyd etmək lazımdır. Bir çox psixoloqlar düzgün olaraq göstərirlər ki, yeniyetməlik yaşı dövründə oğlan və qızların formalaşması prosesini şərtləndirən fərdi cəhətlər daha çox əhəmiyyət kəsb edir.Cinsi yetişmə baxımından yeniyetmə oğlan və qızlarda mühüm fərdi fərqlərin müşahidə olunması da məhz bununla izah olunur.
Yeniyetmə yaşında şəxsiyyətin formalaşmasında əsaslı dəyişikliklər baş verir. Görkəmli psixoloq K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik mühim proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin həyati aləminin,ünsiyyət sahəsinin,qrup mənsubluğu və insanların tiplərinin genişlənməsindən ibarətdir.
Burada yeniyetmədə ünsiyyət tələbatının əmələ gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi,həmyaşıdlar kollektivinə meyl son dərəcədə aydın təzahür olunur. Ünsiyyət fəaliyyətinin obyekti həmyaşıdlardan ibarət olur.Yeniyetmə ünsiyyət fəaliyyəti prosesində ictimai-əxlaqi münasibət normalarını mənimsəyir.
Yeniyetmənin mənlik və əxlaqi şüuru inkişaf edir. Onun öz şəxsi həyatına,şəxsiyyətin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”-ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara münasibətinə öz təsirini göstərir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş verir. Bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır.
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. Yeniyetmənin özünüdərk etməsi nəticəsində onun şəxsiyyətində keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki,ətrafdakılar ona uşaq kimi deyil, yaşlı adam kimi yanaşsınlar. ( 5, s 221)
Yeniyetmənin təlim fəaliyyəti digər yaş dövrlərindəkinə nisbətən dəyişir. Yeniyetməlik dövründə ayrı-ayrı müəllimlərə fərqləndirici münasibət formalaşır. Yeniyetmələr bəzi müəllimləri sevir,bəzilərinə qarşı isə laqeyd olurlar.
Yeniyetmələr ciddi, akin ədalətli, uşaqlara xoş münasibət bəsləyən,materialı maraqlı və aydın izah edən,şagirdləri düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət bəsləyən,demokratik ünsiyyət üslubuna malik olan müəllimləri daha çox qiymətləndirir və sevirlər.
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici
xarakter daşıyır.
Yeniyetməlik dövründə hafizə də xeyli inkişaf edir. Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr məntiqi,eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yxşılaşdırmaq yollarına maraq artır.
Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiyyətlər müşahidə olunur.Bu dövrdə diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin dəyişməsi,şagirdlərin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti,keçirdiyi psixi hallar və s diqqətin təzahür və inkişafına, burada mənfi halların özünü göstərməsinə səbəb ola bilər.
Yeniyetməlik dövründə təxəyyülün inkişafında xeyli irəliləyiş baş verir.Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl yüksək olur. Yaş artdıqca yeniyetmənin təxəyyülü dəyişir. 14-15 yaşlarında təxəyyül surətləri daha real və daha tənqidi xarakter daşımağa başlayır.
Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusi irəliləyiş baş verir. Onların təfəkkürü kiçik yaşlı məktəblilərin təfəkküründən əsaslı şəkildə fərqlənir. Bu dövrdə təfəkkürdaha ümumiləşmiş,daha dərin və mücərrəd xarakter daşıyır. Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün senzitiv dövr hesab edilir. Konkret və əyani-obrazlı öz yerini mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir. ( 2, s 492)
1.2. Yeniyetmələrdə ünsiyyət çətinliklərinin tədqiq və aradan qaldırılması yollarının təhlil edilməsi.
Şəxsiyyəti formalaşdıran vacib faktorlardan biri ünsiyyətdir. Nitq fəaliyyəti ilə ünsiyyət bütün dünyada geniş yayılmış ünsiyyət növüdür. Lakin bununla belə “ünsiyyət” anlayışının hələ tam məğzi izah edilməyibdir. Bəzi tədqiqatçılar ünsiyyəti kommunikativ- informativ, bəziləri interaktiv və s kimi yanaşnalardan çıxış edərək izah edirlər.
Ünsiyyət insanlar arasında münasibətlərin qurulmasında əvəzedilməz vasitə sayılır. Başqaları ilə qarşılıqlı münasibətlərin qurulması əsasən uşaqlıq, məktəbəqədər və yeniyetməlik dövründə əsas fəaliyyət növünə çevrilir. Bununla belə sadaladıqlarımız hər bir yaş dövründə bu fakt şəxsiyyətin inkişafına özünəməxsus şəkildə təsir göstərir. Uşaqlıq yaş dövründə- bu biləvasitə emosional ünsiyyətdir, məktəbəqədər yaş dövründə- bu oyun fəaliyyətinin təkanverici qüvvəsi kimi çıxış edir, yeniyetməlik dövründə- ünsiyyət insanlarla qarşılıqlı münasibətlərin qurulmasında önəmli fakt kimi çıxış edir.
Yeniyetməlik dövründə ünsiyyətin xarakteri əsasən iki növə bölünür:
1) Ünsiyyət yeniyetmə üçün şəxsi- intim xarakter daşıyır və onun ünsiyyət qurulan qarşı tərəf həmyaşıd yeniyetmələr olur.
2) Ünsiyyət yeniyetmə üçün cəmiyyətdə sosializasiya prosesinə qoşulmaqda, həmyaşıdlar və eləcə də yaşlı insanlar ilə qarşılıqlı münasibət yaratmaqda bir vasitə kimi çıxış edir.
Bildiyimiz kimi yeniyetmələrin ən çox ünsiyyət qurduqları şəxslər öz həmyaşıdlarıdır. Psixoloji araşdırmalar bu ünsiyyətin vacibliyini aşağıdakı faktlarla sübüt edirlər:
– Bu onların bir növ informasiya kanalıdır, belə ki, çox məlumatlar vardır ki, bir sıra səbəblər üzündən valideynlər və ya yaşlı şəxslər onları yeniyetmələrdən gizlədirlər;
– Bu bir növ münasibət qurma mexanizmidir. Məhz bu təcrübə sayəsində yeniyetmələr qrupa, kollektivə daha ümumi desək sosializasiya prosesinə qoşula
bilirlər;
– Bu emosional kontaktın bir növüdür. Kimin üçünsə əhəmiyyətli olduğun, sənin də sözünün keçdiyi, fikrinin dinləndiyi bir qrupdur; ( 3, s 28)
Psixologiyada ən mürəkkəb problemlərindən biri də insanın ünsiyyət fəaliyyətində yaşadığı çətinliklərin təhlil edilməsidir.
Tədqiqatlar göstərir ki, ünsiyyət çətinlikləri probleminə həm pozitiv, həm də neqativ cəhətdən yanaşmaq olar. Pozitiv istiqamətdən yanaşdıqda onun iki növünü qeyd etmək olar:
1. İndikator rolu; ( Subyektin üzərində diqqətin cəmləşməsi, subyekti anlamağa çalışma cəhdləri)
2. Stimullaşdırma; ( Subyektin hər hansı bir problemi maneəsiz, öz daxili potensialı hesabına həll etməsi və bunun nəticəsində də müstəqil düşünmə qabiliyyətini yaranması)
Ünsiyyət çətinliklərinə neqativ cəhətdən yanaşdıqda da onun iki növünü fərqləndirmək olar:
1. Özünəqapanma, təcridolunma; ( Subyekt ona lazım olan qədər ünsiyyətə girmədikdə onda daxili gərginlik yaranır, onlar özlərini aşağı qiymətləndirir və özünəinam hissi azalır)
2. Destruktiv- dağıdıcı; ( Yaşanan ünsiyyət çətinlikləri subyekti bütün insanlardan uzaqlaşmağa, öz daxili “aləminin” yaranmasına və sonda tənhalığa gətirib çıxara bilər.
Müasir psixologiyada ünsiyyət çətinliklərinə müxtəlif istiqamətlərdən yanaşılır: mənalılıq, emosional, koqnitiv, taktiki təsnifatlar mövcuddur.
Yeniyetməlik “keçid”, “böhranlı” dövr olduğu üçün bu dövrdə əksər yeniyetmələr ünsiyyət çətinlikləri yaşayırlar. Bu çətinliklərin yaranması yeniyetmələrin ünsiyyətə daxil olduğu partnyorların individual- psixoloji keyfiyyətlərindən çox asılıdır. Çox ünsiyyət prosesində qarşılıqlı bərabərliyin olmaması tərəfələrdən birinin özünü tam ifadə edə bilməməsinə səbəb olur.
Fərdi- psixoloji keyfiyyətlər içərisində introvertlik, emosional dəyanətsizlik, temperament tipi əsas yeniyetməlik dövründə ünsiyyət çətinliklərinin yaranmasını şərtləndirən amillərdəndir.
Yeniyetmələr arasında ünsiyyət çətinliklərinə daha çox introvert xarakter tipli, fleqmatik, melanxolik temperament tipli şəxslərdə digərlərinə nisbətən daha tez- tez rast gəlinir. Bundan əlavə əhval ruhiyyəsi tez- tez dəyişən, tənhalığı sevən, dostu olmayan yeniyetmələr də çox vaxt ünsiyyət çətinlikləri yaşayırlar. ( 4, s 210)
Yeniyetmələrdə ünsiyyət çətinliklərini tədqiq edən Kon İ. S. belə hesab edir ki, ünsiyyət çətinliklərinin yaşanması utancaq xarakter tipli yeniyetmələrdə daha çox olur. Kon tədqiqatlarında göstərirdi ki, utancaq yeniyetmələr ən çox introvert xarakter tipli şəxslər olurlar ki, onlar da öz sosial davranışlarını bir o qədər yaxşı idarə edə bilmirlər və daha çox nevrotizmə meylli olduqları üçün başqaları ilə münasibətdə çətinlik yaşayırlar. Konun fikrincə yuxarıda sadaladıqlarımız mənfi halların qarşısını almaq üçün yeniyetmə şəxslər ilk öncə utancaqlığını aradan qaldırmalıdırlar.
Yeniyetməlik dövründə ünsiyyət çətinliklərini təhlil edən başqa tədqiqatçılar bu dövrdə ünsiyyət çətinliklərinin yaşanmasını yeniyetmələr arasında şəxsiyyətlərarası münasibətlərin düzgün qurulmamasında görürlər. Qeyd edilir ki, şəxsiyyətləarası münasibətlərdə simpatiya ( antipatiya), qəbul olunma ( qəbul olunmama), mənəvi dəyərlər sisteminin üst- üstə düşməsi ( üst – üstə düşməməsi) və s yeniyetmələrin ünsiyyət fəaliyyətində çətinliklərin yaranmasına gətirib çıxara bilər. Şəxsiyyətlərarası münasibətlərdə birinin “ dominant”, digərinin “ tabe olan” mövqedən çıxış etməsi əlbəttə ki, ikinci şəxsdə ünsiyyət çətinliklərinin yaranmasına səbəb olacaqdır.
Yeniyetməlik dövründə əksər yeniyetmələrdə rast gəlinən ünsiyyət çətinliklərini əsasən altı qupa bölmək olar:
Birinci qrup- yeniyetmələrin öz davranışlarını tənzim edə bilməməsi və bununla əlaqədar olaraq ictimai yerlərdə nəyi, necə danışacaqlarını aydın şəkildə edə bilməyən şəxslərdə ünsiyyət çətinliklərinə rast gəlmək olar.
İkinci qrup- yeniyetmələr ünsiyyət qurduqları partnyorun fikirlərini aydınlığı ilə başa düşməməsi və eyni zamanda onun fikirlərinin qəbul edilməməsidir.
Üçüncü qrup- yeniyetmənin daxil olduğu qrup normalarına əsasən kifayət qədər yetərli nitq potensialının olmamasıdır.
Dördüncü qrup- ünsiyyət qurulan partnyora qarşı antipatiya hissinin olmasıdır.
Beşinci qrup- yeniyetmənin individual olaraq daxildə yaşadığı gərginlik, narahatlıq onda ünsiyyət çətinliklərinin yaranmasına səbəb ola bilər.
Altıncı qrup- yeniyetmənin daxil olduğu qruplarda ( ailə, məktəb kollektivi) tam özünütəsdiq edə bilməməsi faktı da ünsiyyət çətinliklərinin yaranmasımı şərtləndirən əsas amillərdəndir. ( 7, s 114)
Yeniyetmələrdə ünsiyyət çətinliklərinin aradan qaldırılması yollarına gəldikdə isə burada bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır:
– İlk öncə yeniyetmələrdə yaşanan ünsiyyət çətinliyinin mürəkkəblik səviyyəsi dəqiq müəyyən edilməlidir və yalnız bundan sonra onun aradan qaldırılmasına başlanmalıdır.
– Ünsiyyət çətinliyindən əziyyət çəkən yeniyetmələrin fərdi- psixoloji xüsusiyyətləri aydınlaşdırılmalıdır və onlara nəzərən bu problemin aradan qaldırılması üsulları seçilməlidir.
– Yeniyetməyə öz fikrini çatdırmağa, müstəqil düşüncə tərzinə malik olmasına şərait yaratmaq lazımdır.
– Ünsiyyət çətinlikləri olan yeniyetməyə onun ailəsində xüsusi münasibət yaradılmalıdır, o hiss etməlidir ki, onu sevən, düşünən insanlar var və kiminsə üçün dəyərlidir.
– Məktəb mühitində müəllimlər belə yeniyetmələr ilə daha yaxından kontakt qurmağa çalışmalı və lazım gəldikdə onun valideynləri ilə birlikdə bu problemi aradan qaldırmağa səy göstərməlidirlər.
– Bu problemlə bağlı yeniyetmənin valideynləri onun özü ilə dostcasına söhbət etməlidirlər və yaxşı olardı ki, yeniyetmənin razılığı ilə o bu problemlə psixoloqa müraciət etsin.
– Yeniyetməyə hiss etdirmədən onun münasibət qurduğu insanlar ilə də yaxından tanış olmaq gərəkdir, yeniyetmənin ünsiyyət çətinliyinin səbəbi məhz onun bu insanlar ilə münasibətindən doğursa bu məsələni yeniyetmə üçün travmasız şəkildə həll etməyə çalışmaq lazımdır.
Yeniyetmələrdə ünsiyyət çətinliklərinə rast gəlinərsə yuxarıda qeyd etdiyimiz üsullardan şəxsin fərdi- psixoloji quruluşuna və eyni zamanda ünsiyyət çətinliklərinin yaranma və müəkkəblik dərəcəsinə görə müvafiq olanını seçib tədbiq etmək olar. ( 6, s 123)
II FƏSİL. YENİYETMƏLƏRDƏ ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİNİN VƏ ONLA- RIN ARADAN QALDIRILMASI YOLLARININ PSİXOLOJİ- EKSPERİMENTAL TƏDQİQİ.
2.1. Tədqiqatın təşkili və keçirilməsi.
Tədqiqat işində biz yeniyetmələrdə ünsiyyət çətinliklərini tədqiq etməyi qarşımıza məqsəd qoymuşduq. Bunun üçün yeniyetmələrdə kommunikativlik dərəcəsini müəyyən etməyə kömək edən KOC-1 metodikasından istifadə edəcəyik. Bu metodikaya əsasən yeniyetmələrdə ünsiyyət prosesində çətinliklərin olub- olmadığı müəyyən ediləcəkdir. Yeniyetmələrdə ünsiyyət çətinliklərinin tədqiq edilməsi üçün Ə. A Eyvazov adına 275 saylı orta məktəbdə təhsil alan 21 nəfər 8- ci sinif şagirdi iştirak etmişdir.
Tədqiqatda istifadə edilmiş metodika 40 sualdan ibarətdir. Bu suallar aşağıdakılardır:
1. Sizin mütəmadi əlaqə saxladığınız dostlarınız çoxdur?
2. Məhz sizin təklif etdiyiniz qərarın dostlarınız arasında qəbul edilməsinə nail ola bilirsinizmi?
3. Dostlarınız tərəfdən sizə vurulan zərbə yaddaşınızda çoxmu qalır?
4. Kritik situasiyalarda hərəkət etmək sizin üçün çətindirmi?
5. Müxtəlif adamlarla tanış olmağa meyliniz varmı?
6. İctimai işlə məşğul olmağı xoşlayırsınızmı?
7. Kitab və ya başqa fəaliyyət sahəsi ilə məşğulluq sizə insanlarla münasibətdən asan və daha maraqlı gəlirmi?
8. Yaranmış çətinliklər sizi öz mövqeyinizdən asanlıqlamı döndərir?
9. Sizdən yuxarı yaşlı insanlarla münasibət qurmaq asandırmı?
10. Siz öz dostlarınız ilə müxtəlif əyləncə və işlər təşkil etməyi sevirsinizmi?
11. Sizin üçün yeni olan qrupa daxil olmaq sizin üçün çətindirmi?
12. Tez- tezmi siz bu gün edə biləcəyiniz işləri sabaha saxlayırsınız?
13. Tanış olmayan insanlar ilə münasibət qurmaq sizin üçün asandırmı?
14. Dostlarınızın sizin fikir və planlarınız ilə hərəkət etməsinə can atırsınızmı?
15. Yeni kollektivə gec adaptasiya olursunuz?
16. Öz vəzifələrini vaxtında yerinə yetirmədiklərinə görə tanışlarınız ilə tez- tezmi mübahisə yaşayırsınız?
17. Uğurlu situasiyada yeni insan ilə tanış olmağa çalışırsınızmı?
18. Vacib məsələ həllində qərarın qəbul edilməsini öz üzərinizə götürsünüzmü?
19. Kənar insanlar sizi qıcıqlaqndırırmı və siz tək qalmağı sevirsinizmi?
20. Sizə tanış olmayan mühitdə çətinlik çəkirsinizmi?
21. İnsanlar arasında olmaq sizin xoşunuza gəlirmi?
22. Başladığınız işi qurtara bilməyəndə əsəbləşirsinizmi?
23. Yeni insan ilə tanış olmaq üçün ilk addımın siz tərəfdən atılması sizi utandırırmı?
24. Yoldaşlarınız ilə tez- tez olan görüşlərdən bezirsinizmi?
25. Kollektiv oyunlara iştirak etməyi xoşlayırsınızmı?
26. Dostlarınızın məsələlərini həll etmək üçün fəaliyyət göstərirsinizmi?
27. Sizə az tanış olan insanlar içində özünüzü narahat hiss edirsinizmi?
28. Hər hansı məsələdə öz doğruluğunuzu sübut edirsinizmi?
29. Sizə az tanış olan qrupda canlanma yaratmaq sizin üçün çətin deyil hə?
30. Oxuduğunuz məktəbin ictimai işlərində iştirak edirsinizmi?
31. Öz ətrafınıza çoxmu insan buraxırsınız?
32. Yoldaşlarınız tərəfindən qəbul edilməyən fikrinizi sübüt etdirməyə çalışırsınızmı?
33. Sizə tanış olmayan qrupda özünüzü narahat hiss edirsinizmi?
34. Yoldaşlarınız üçün müxtəlif işlərin təşkil edilməsində fəal iştirak edirsinizmi?
35. Böyük insan kütləsi içərisində danışmaq sisin üçün çətindirmi?
36. Vacib tədbirlərə tez- tezmi gecikirsiniz?
37. Doğrudanmı sizin çoxlu dostlarınız var?
38. Siz dostlarınızın diqqət mərkəzində tez- tezmi olursunuz?
39. Az tanıdığınız insanlar ilə ünsiyyətdə çətinlik çəkirsinizmi?
40. Çoxlu tanışlar arasında özünüzü pis hiss edirsiniz?
AÇAR
Kommunikativ qabiliyyətin inkişaf səviyyəsi
1+, 3-, 5+, 7-, 9+, 11-, 13+, 15-, 17+, 19-, 21+, 23-, 25+, 27-, 29+, 31-, 33+, 35-, 37+, 39-
Bundan sonra alınmış nəticələri aşağıdakı formula əsasən hesablayırlar:
K= M / 20
Burada K- kommunikativlik dərəcəsi, M- açarla uyğun gələn cavabların sayı, 20- maksimal açarla uyğun gələn cavabların cəmidir.
Nəticələrin interpretasiya qaydası:
Kommunikativlik dərəcəsi Aşağı Orta səviyyədən aşağı Orta Orta səviyyədən aşağı Yüksək
0,1-0,45 0,46-0,55 0,56-0,65 0,66-0,75 0,78-1,0
2.2. Alınmış nəticələrin işlənilməsi.
Tədqiqatda yeniyetmələrdə ünsiyyət çətinliklərinin yaranma və aradan qaldırılma yollarını tədqiq etdik. Tədqiqatda iştirak edən 21 nəfər yeniyetmə ilə yeniyetmələrdə kommunikativlik, ünsiyyətlilik dərəcəsini müəyyən edən KOC-1 metodikasından istifadə etdik.
Tədqiqata başlamazdan əvvəl tədqiq olunanlara belə təlimat verildi: Sizə 40 sualdan ibarət test tapşırığı veriləcəkdir. Siz bu sualları cavablandırmalısınız. Tədqiqat hər kəsə aydın olduqdan sonra test tapşırığının yerinə yetirilməsinə başlamaq olar.
Test tədqiq olunanlar tərəfindən yerinə yetirildikdən sonra alınmış nəticələrin işlənilməsinə başlanıldı.
KOC-1 metodikasının 21 nəfər yeniyetmə arasında aparılması aşağıdakı nəticələri verdi. Qeyd edək ki, testin işlənilməsi qaydası 2.1. tədqiqatın təşkili və keçirilməsi yarımfəslində verilmişdir.
Tədqiq olunan yeniyetmələrdən 37%- ində ünsiyyətlilik dərəcəsi orta səviyyədə müəyyən edildi. Bu K=N/20 düsturuna əsasən 0,56- 0,65 intervalında nəticə göstərmiş şəxslər idi.
Tədqiq olunan yeniyetmələrdən 29%- ində ünsiyyətlilik dərəcəsi orta səviyyədən aşağı kimi müəyyən edildi. Bu K=N/20 düsturuna əsasən 0,46- 0,55 intervalında nəticə göstərmiş şəxslər oldu.
Tədqiq olunanların 22%- ində ünsiyyətlilik dərəcəsi orta səviyyədən yuxarı kimi nəticələndi. Bu K=N/20 düsturuna əsasən 0,66- 0,75 intervalında nəticə göstərmiş şəxslər idi.
Tədqiq olunanların 8%- ində ünsiyyətlilik dərəcəsi aşağı səviyyədə müəyyən edildi. Bu K=N/20 düsturuna əsasən 0,1- 0,45 intervalında nəticə göstərmiş şəxslər oldu.
Tədqiq olunanların 4%- ində ünsiyyətlilik dərəcəsi yüksək səviyyədə müəyyən edildi. Bu K=N/20 düsturuna əsasən 0,78- 1,0 intervalında nəticə göstərmiş şəxslər idi.
Yuxarıda test tapşırığından alınmış 5 müxtəlif nəticələrə əsasən belə ümumiləşdirmə aparmaq olar:
– Ünsiyyətlilik dərəcəsini müəyyən edən test tapşırığında aşağı nəticə göstərən yeniyetmələrdə ünsiyyət prosesində çətinliklərin olduğu göz qabağındadır. Onlar insanlarla ünsiyyət qurmaqda çox çətinlik çəkən şəxslərdirlər. Onlarda bu problemi aradan qaldırmaq üçün yeniyetmə özü və eyni zamanda müvafiq mütəxəsislərdən kömək alaraq məsələni həll etmək lazımdır.
– Ünsiyyətlilik dərəcəsini müəyyən edən test tapşırığında orta səviyyədən aşağı nəticə göstərən yeniyetmələrdə də ünsiyyət prosesində müəyyən çətinliklərin olduğu məlum olur. Bu cür yeniyetmələr ancaq özünə çox yaxın olan insanlar qrupu ilə normal ünsiyyət saxlaya bilir, onlara az tanış olan insanlar ilə ünsiyyət qurmaq çox çətin gəlir. Auditoriya qarşısında çıxış etməkdən çəkinir, başqaları ilə ünsiyyət prosesində öz fikirlərini, prinsiplərini irəli çəkə bilmir. İnsanlar ilə ünsiyyətdən daha çox evdə kitab oxumağı, televizora baxmağı üstün tutur.
– Ünsiyyətlilik dərəcəsini müəyyən edən test tapşırığında orta nəticə göstərmiş yeniyetmələrdə ünsiyyət çətinliklərinin çox az dərəcədə mümkün olduğunu demək olar. Bu tədqiq olunanlar əksər insanlar ilə normal ünsiyyətə girə bilirlər, sadəcə bəzi fərdi- psixoloji keyfiyyətlər baxımından onlara uyğun gəlməyən insanlar ilə ünsiyyətə girmək onlar üçün çətin gəlir. Belə yeniyetmələr insanlar ilə kontakta can atırlar, ünsiyyət zamanı öz fikirlərinin, məsləhətlərinin digərləri tərəfindən qəbul edilməsinə çalışırlar.
– Ünsiyyətlilik dərəcəsini müəyyən edən test tapşırığında orta səviyyədən yuxarı nəticə göstərmiş yeniyetmələrdə ünsiyyət çətinliklərinin olmadığı müəyyən edilir. Belə tədqiq olunanlar hamı ilə ünsiyyət qura bilir, normal münasibətlər sistemi yarada bilirlər. Bu cür yeniyetmələr asanlıqla hamı ilə dil tapır, daim öz tanışlarının sayını artırmağa çalışır. İctimai işlərdə, dostlarının işlərində yaxından iştirak etməyi xoşlayırlar. Çətin situasiyalarda sərbəst qərar qəbul etməyi bacarırlar.
– Ünsiyyətlilik dərəcəsini müəyyən edən test tapşırığında yüksək nəticə göstərmiş yeniyetmələrdə nəinki ünsiyyət çətinliklərinə rast gəlinmir, onlarda hiperünsiyyətlilik dərəcəsinin olduğunu əminliklə söyləmək olar. Ünsiyyət qurmağa, daim mərkəzdə olmağa bu cür insanlarda bir növ daxili tələbat var. Yeni kollektivdə asanlıqla özlərini təsdiqləyə bilir, yeni tanışlar qazanmağı bacarırlar. Çətin situasiyalarda yalnız öz qərarlarına inanırlar və öz fikirlərini həmişə müdafiə edirlər. İstənilən qrupa canlanma gətirə bilirlər və dostlar arasında müxtəlif oyunlar, əyləncələr təşkil etməyi xoşlayırlar.
Aparılmış tədqiqat işinin əsasında biz yeniyetmələrdə ünsiyyət çətinliklərinin olub- olmamasını müəyyən etməli idik. Alınmış nəticələrə əsasən belə qənaətə gəlmək olar ki, tədqiq olunan yeniyetmələrin 37%- ində müxtəlif mürəkkəblik dərəcəsində olan ünsiyyət çətinliklərinə rast gəldik. Bu test tapşırıqlarında ünsiyyətlilik dərəcəsinin müəyyən edilməsində orta səviyyədən aşağı və aşağı nəticələr göstərmiş yeniyetmələrin faiz göstəricilərinin cəminə bərabərdir.
Tədqiq olunanların 63%- ində isə ünsiyyətlilik dərəcəsinin orta və orta səviyyədən yuxarı olduğu aşkar edildi.
Onu qeyd etmək lazımdır ki, konkret metodikadan alınmış nəticələr şəxsiyyətin inkişafının məhz bu dövrünü əhatə edən göstəricilərdir. Bu heç də o demək deyil ki, bu göstəricilər həyati boyu dəyişməz qalacaqdır. Şəxsin motivasiya dərəcəsi, məqsədyönlülüyü və bir sıra başqa faktorların təsirindən onlarda ünsiyyətlilik səviyyəsi dəyişə və inkişaf edə bilər.
NƏTİCƏ
Tədqiqatda yeniyetmələrdə ünsiyyət çətinliklərinin və onların aradan qaldırılması yollarını müəyyənləşdirməliydik. İlk öncə biz yeniyetməlik dövrünün səciyyəvi xüsusiyyətlərini təhlil etdik. Bundan sonra yeniyetməlik dövründə yeniyetmələrdə özünütəzahür etdirən ünsiyyət çətinlikləri məsələsini tədqiq etdik. Ünsiyyət çətinliklərinin aradan qaldırılması üçün istifadə edilən ən optimal yollardan söhbət açdıq.
Tədqiqatın eksperimental olan ikinci hissəsində yeniyetmələrdə ünsiyyət çətinliklərini tədqiq etmək üçün KOC-1 metodikasından istifadə etdik. Bu metodika yeniyetmələrdə kommunikativlik, ünsiyyətlilik dərəcəsini müəyyən etməyə imkan verir.
Metodika 21 nəfər yeniyetmə üzərində aparıldıqdan sonra nəticələrin işlənilməsinə başlanıldı. Bunun nəticəsində tədqiq etdiyimiz konkret yeniyetmələrin 37%- ində ünsiyyət çətinlikləri problemi aşkar edildi.
Tədqiqatda qarşımıza qoyduğumuz əsas fərziyyə ondan ibarət idi ki, yeniyetmələrdə ünsiyyət çətinlikləri biləvasitə onların daxil olduğu şəxsiyyətlərarası münasibətlər sistemində öz mənfi əksini tapır. Qoyduğumuz fərziyyə tədqiqat zamanı tam olaraq sübut edildi. Belə ki, ünsiyyət çətinlikləri olan yeniyetmələr daha az dost- tanış əhatəsinə malik olur. Onlar üçün insanlarla ünsiyyət və eyni zamanda münasibət qurmaq çox çətindir. Ünsiyyət çətinlikləri olan yeniyetmələrin əksəriyyəti özünəqapanmış və özünüqiymətləndirmə səviyyəsi aşağı olan şəxslərdir.
Bunun əksinə olaraq ünsiyyət çətinlikləri olmayan yeniyetmələr çoxlu sayda dosta sahib olur. Onlar kollektivdə olmağı xoşlayır və ictimai işlərlə də fəal şəkildə məşğul olurlar. Yeni situasiyada tanış olmayan insanlar ilə ünsiyyət, münasibət qurmaq onlar üçün çətinlik yaratmır. Belə yeniyetmələr özünəinanan və özünüqiymətləndirmə səviyyəsi çox vaxt yuxarı olan şəxslərdir.
Yeniyetmələrdə ünsiyyət çətinliklərinin olduğunu aşkarladıqda onlarla məşğul olub bu problemi vaxtında aradan qaldırmağa çalışmaq lazımdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Əzimli Q. E. Yaş və pedaqoji psixologiyanın müasir problemləri. Bakı: 2006, 185 s.
2. Seyidov S. İ və Həmzəyev M. Ə. Psixologiya. Bakı: Nurlan, 2007, 492 s.
3. Dönər Ə. Yeniyetməlik dövrünün yol xəritəsi. Bakı: Xəzər nəşriyyatı, 2009, 28 s.
4. Возрастная и педагогическая психология. Хрестоматия. Москва: 1998, 210 с.
5. Немов П. С. Психология. В 3-х кн. Кн 2. Москва: 1998, 221 с.
6. Проварницина Л. А. Психологический анализ трудностей общения. Москва: 1987, 123 с.
7. Кон И. С. Психология ранней юности. Москва: Просвещение, 1980, 114 с.