Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

KURS ISI

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

MÜNDƏRİCAT
GİRİŞ
I FƏSİL. AQRESSİV DAVRANIŞIN MÜASİR KONSEPSİYASI
1.1. Xarici ölkələrin psixologiyasından aqresivliyin tədqiqinə əsas yanaşmalar
II FƏSİL. AQRESSİV DAVRANIŞLARIN SOSİAL PSİXOLOJİ TƏSİRLƏR
2.2. Aqressivliyin şəxsiyyətin fərdi-şəxsi xüsusiyyətlərinin müasir psixologi mahiyyəti.
NƏTİCƏ
ƏDƏBİYYAT SİYAHISI.
GİRİŞ
Aqressiya, «aggredi»- latın sözündən götürülüb, mənası «hücum», «təcavüz» deməkdir. Uzun müddət bu anlayış tibbi, bioloji, irsi kateqoriya kimi öyrənildiyinə görə, psixoloji səhnəyə çıxarılmamışdır. Hal-hazırda isə aqressiya bir çox elm sahələri üçün, əsasən də psixologiya elmi üçün, həlli vacib olan aktual problemlərdən birinə çevrilmişdir. Güzəran psixologiyasında, «aqressiya» sözü özünü müdafiə edən şəxsə də, cinayət törədən şəxsə də, hətta bütün gücünü işə sərf edənə də aid olunur.Elmi ədəbiyyatda aqressiyanın psixoloji mahiyyətinin və mexanizminin öyrənilməsinə bir sıra tədqiqatlar həsr edilmişdir. Həmin tədqiqatlardan bir qismində aqressiya davranış kimi, başqa bir qismində qəsd kimi, digərlərində isə aqressiya, vurulmuş ziyan kimi nəzərdən keçirilmişdir. Belə ki, L.berkoviç, haqlı olaraq, göstərir ki, aqressiya anlayışının məzmununu müəyyənləşdirmək çox çətindir. Artıq qeyd olunduğu kimi «aqressiya» fenomeninin mahiyyəti və təbiəti haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr əsasən aşağıdakı amillərə əsaslanır:
1. Anadangəlmə meyl, instinktiv davranış.
2. Xarici stimulların təsirindən aktivləşən tələbatlar.
3. İdrak və emosional proseslər.
4. Sosial öyrəmnə ilə aktual sosial şəraitin vəhdəti.
İndii isə aqressiyanın yaranma səbəblərini izah edən, onun mahiyyətini açıqlayan bəzi yanaşma və nəzəriyyələrlə tanış olaq:
Aqressiyanın instinktiv təbiətə malik olduğu haqqında nəzəriyyə ən ilkin və geniş yayılmış nəzəriyyələrdən biri hesab olunur.
I FƏSİL
Aqressif davranışının müasir konsepsiyası
Aqressivliyin frustrasion nəzəriyyəsi – həvəs, meyl konsepsiyasına zidd olaraq yaranmışdır. Burada aqressiv davranış təkamül edən deyil, situativ proses kimi nəzərdən keçirilir. Bu istiqamətin banisi D.Dollard hesab olunur. Onun gəldiyi əsas nəticə: “aqressiya həmişə frustrasiyanm nəticəsidir” (8, 28). Belə bir fıkrə gəlmişdir ki, aqressiyanın psixoloji boşaldılması mümkündür: danışmaq, hekayə yazmaq, şəkil çəkmək olar. Bu katarsis effekti kimi, Aqressiya və zorakılığın real təzahürünü qarışdıran reaksiyalar kimi çıxış edir. Katarsis effekti aqressiv davranışın rekanstruksiyası üçün istifadə edilir. Dollardın görüşlərinə görə aqressiya insan orqanizmdə avtomatik olaraq yaranan meyl yox, frustrasiyaya reaksiyadır: tələbatların ödənilməsi və emosional tarazlığa nail olmaq yolunda qarşıya çıxan maneələri aradan qaldırmaq cəhdi. Nəzəriyyə iddia edir ki, əvvala aqressiya həmişə frustrasiyanın nəticəsidir və ikincisi frustrasiya həmişə arxasıyca aqressiya gətirir. Aqressiya-frustrasiya sxemi 4 əsas anlayışa əsaslanır: aqressiya, frustrasiya, ləngimə, əvəzləmə.
Aqressiya- başqa orqanizmə öz hərəkətləri ilə xəsarət yetirmək məqsədi kimi, məqsədyönlü reaksiya kimi başa düşülür.
Frustrasiya- reaksiyanın reallaşdırılmasında maneə yaranarkən əmələ gəlir. Frustrasiyanın böyüklüyü arzuolunan hərəkətin edilməsinə motivasiyanın qüvvəsindən, məqsədə çatmaq yolundakı maneələrin əhəmiyyətindən və frustrasiyadan əvvəlki məqsədyönlü hərəkətlərin (cəhdlərin) sayından asılıdır .
Ləngimə- mənfı nəticələr gözləndiyi üçün hərəkətlərin məhdudlaşdırılması və ya dayandırılması tendensiyasıdır. Müəyyən edilib ki, istənilən aqressiya aktının ləngiməsi gözlənilən hücumun qüvvəsi ilə birbaşa mütənasibdir. Aqressiya aktının ləngiməsi bu ləngimənin günahkarı kimi qavranılan insana qarşı aqressiya yaradan əlavə frustrasiyanın əmələ gəlməsinə səbəb olur. Bu da aqressiyanın digər formalarına meyli gücləndirir.
Əvəzləmə- frustrasiyanın həqiqi mənbəyinə deyil, başqalarına istiqamətlənmiş aqressiv hərəkətlərdə iştiraka cəhddir.
Frustrasion nəzəriyyəyə bir çox iradlar tutlmuşdur. “Aqressiya-frustrasiya” sxemi tənqid edilmişdir. Qeyd olunmuşdur ki, frustrasiya yaşamış insanlar heç də həmişə özlərini aqressiv aparmırlar və ya əksinə. Sonradan frustrasion nəzəriyyə tərəfdarları öz mövqelərində dəyişiklik etdilər. Aqressiyanın frustrasiya ilə şərtlənməsinin belə modifıkasiya edilmiş nəzəriyyəsinin nümayəndəsi L.Berkoves olmuşdur. O, sosial- psixoloji parametrlərin, yəni sosial mühitin, digər sosial subyektlərlə qarşılıqlı münasibətlərin insan davranışında aqressivliyin təzahürünə təsirini göstərmişdir.
1. Bu frustrasiyaya salan qıcıqlandırıcıya qarşı emosional reaksiya olan kindir.
2. Aqresiya heç də həmişə frustrasiyaya qarşı dominant reaksiya deyil, müəyyən şərtlərdə o hətta boğula bilər.
O, “aqressiya- frustrasiya” sxeminə 3 əhəmiyyətli düzəliş etmişdir:
a) frustrasiya mütləq olaraq aqressiv hərəkətlərdə reallaşmır, amma o, onlara hazırlığı stimullaşdırır.
b) hətta hazırlıq halında belə zəruri şərtlər olmadıqda aqressiya yaranmır.
c) frustrasion situasiyadan aqressiv hərəkətlərlə çıxış fərddə bu cür davranışa vərdiş tərbiyə edir. Öz inkişafı prosesində frustrasion yanaşma əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır və 2 müstəqil cərəyana bölünmüşdür:
-Birinci cərəyanın tərəfdarları frustrasiya- aqressiya hipotezasına sadiq qaldılar və frustrasiyanın aqressiv hərəkətləri yaratdığı şərtləri tədqiq etməyə davam edirlər.
-İkinci cərəyanın tərəfdarları əsasında frutrasion situasiyaların analizi, təsnifatı və frustrasiyaya reaksiyaların tipologiyası duran özünəməxsus frustrasiya konsepsiyası yaratdılar.
Nümayəndəsi S.Rozeysveyq olmuşdur. O, frustrasiyanı yaradan səbəblərin 3 növünü göstərmişdir.
1. Məhrumetmə (privation)- məqsədə çatmaq və ya tələbatların ödənilməsi üçün zəruri olan vasitələrin olmaması. “Daxili məhrumetmə” və “xarici məhrumetmə” fərqləndirirlər. Frustrator insanın özündə olmadıqda “xarici məhrumetmə”; özündə olduqda isə “daxili məhrumetmə” olur.
2. İtki (deprivation)- əvvəllər tələbatları ödəyən predmet və obyektlərin itirilməsi.
3. Konfilikt- eyni zamanda bir-birinə zidd olan 2 ambivalent hiss və münasibətin mövcud olması.
Aqressıya frustrasıon situasıyadan mümkün çıxış yollarından biri kimi nəzərdən keçirilir. Şəxsiyyət frustrasiya zamanı müdafıə reaksiyalarının bütün kompleksi ilə reaksiya verir.
Sosial öyrənmə nəzəriyyəsi və ya bihevioral model göstərir ki, aqressiya sosializasiya prosesində müvafıq hərəkət üsullarının və sosial istiqamətlərin müşahidəsi nəticəsində mənimsənilən davranışdır. D.Uotson aqressiyanın, zorakılığın təzahürünü fərdin keçmiş təcrübəsinin, ətraf mühitin onun davranışına təsirinin nəticəsi kimi nəzərdən keçirir. Möhkəmləndirmə və cəzalandırma metodlarının istifadəsi aqressiyanın təzahür formalarına və onun intensivlik səviyyəsinə əhəmiyyətli təsir göstərir. Sosial öyrənmə nəzəriyyəsi nümunəyə əsaslanan insan davranışının öyrənilməsidir. İndiki halda nümunə insan münasibətləri və ya hərəkət üsullarının formalaşmasına kömək edən şəxsiyyətlərarası təsir vasitəsi kimi nəzərdən keçirilir. Burada sosializasiyanın ilkin vasitəçilərinə diqqət yetirilir. Sübut olunmuşdur ki, valideynlərin davranışı aqressiya modeli kimi çıxış edə bilər və aqressiv valideyinlərin aqressiv usaqları olur. Bu nəzəriyyənin nümayəndəsi A.Bauduradır. O, aqressiv davranışın analizinin 3 məqamını aydınlaşdırıb:
• bu cür hərəkətlərın mənimsənilməsi üsulu
• onların davranışını şərtləndirən faktorlar
• onları möhkəmləndirən şərait
İnsan daha effektiv aqressiv hərəkətlərdə öyrənir: insan onları nə qədər tez tez istifadə edərsə onlar bir o qədər qüvvətli və mükəmməl olacaq. Aqressiv davranışın müvəffəqiyyətidə əhəmiyyətli rol oynayır: aqressiyanın ifadəsi zamanı əldə olunan nailiyyət onun motivasiya gücünü nəzərə çarpacaq dərəcədə artırar, daimi təkrarlanan uğursuzluq isə ləngimə tendensiyasını gücləndirər. Bu nəzəriyyənin əsas elementi sosial möhkəmlənmədir. Möhkəmlənmə müəyyən reaksiyanı gücləndirən hər hansısa hərəkətdir. Bunlara tərif və təniqidi, təbəssüm və ya rişxəndi, dostcasına və düsmən layağı jestləri aid etmək olar:
Möhkəmləndirmənin 2 növünü fərqləndirirlər.
-müsbət möhkəmləndirmə – bu reaksiyanı izləyərək onu qüvvətləndirən və ya həmin səviyyədə saxlayan istənilən stimuldur .
-mənfi möhkəmləndirmə- bu aradan qaldırılması reaksiyanı gücləndirən stimuldur.
Möhkəmləndirmənin bir cox üsulları mövcuddur, məsələn, həvəsləndirmə və cəzalandırma. Möhkəmləndirmənin 4 növündən istifadə edirlər.
1. Uşağın reaksiyasının arxasınca müsbət möhkəmləndirici vasitə gəlirsə, nəticədə müsbət həvəsləndirmə alınır.
2. Əgər uşağın bu və ya digər reaksiyasından sonra müsbət möhkəmlənmə aradan qaldırılırsa nəticədə mənfi cəzalandırma alınır.
3. Reaksiyanın ardınca mənfı möhkəmləndirmə gəlirsə nəticə müsbət cəzalandırmadır.
4. Əgər mənfı möhkəmləndirici vasitə reaksiyadan sonra aradan qaldırılırsa nəticə mənfı həvəsləndirmədir.
Ayrı- ayrı aqressiv aktların daimi müsbət möhkəmləndirilməsi sonda ayrı-ayrı qıcıqlandırıcılara aqressiv reaksiya vərdişini formalaşdırır. Aqressiyanın müşahidəsi və möhkəmləndirilməsi insanda bir şəxsiyyət keyfıyyəti kimi yüksək səviyyə aqressivliyi inkişaf etdirir.
K.Rocers, V.Frankl, F.Perlza və başqalarının əsərlərində aqressiya və zorakılığın təzahürü humanistik psixologiya əsasən izah və tədqiq edilir. K.Rocers hesab edirdi ki, aqressiya və zorakılıq fərdin azadlığının, seçim imkanının məhdudlaşdırılmasına onun zəruri cavab hərəkətləridir. Aqressiya və zorakılıq psixoloji müdafıə, maskanın növ müxtəlifliyidir. Aqressiya orqanizmin təhlükə kimi qavranılan, fərdin özü haqqındakı təsəvürlərinə müvafıq olmayan təcrübəyə cavabıdır. İnsan özünün, öz keyfıyyətlərinin qəbul edilməsinə zərurət hiss edir. Əgər o özü haqqında başqalarının fıkrinə istiqamətlənmirsə onda bu cür qiymətləndirmələrə görə gərginlik, narahatçılıq, həyacan keçirdən. Bu zaman insan ətrafdakıların gözləmələrini və tələblərini doğrultmağa çalışır. Ona görədə o,artıq müstəqil deyil, onun hərəkət seçimi imkanı məhdudlaşdırılır. K.Rocers isə qeyd edirdi ki, aqressiya azadlığın məhdudlaşdırılmasına zəruri cavab reaksiyasıdı, (48, 103).
Ontogenezdə ən mürəkkəb dövrlərdən biri yeniyetmə yaşıdır. Bu mərhələdə əvvəllər formalaşmış psixoloji strukturun köklü dəyişikliyi baş verir, yeni biliklər əmələ gəlir, sosial davranışın əsasları yaranır, əxlaqi təsəvvürlərin və sosial ustanovkaların formalaşmasına ümumi istiqamətlənmə yaranır. Bir tərəfdən bu çətin mərhələ üçün uşaq davranışın neqativ təzahürləri, şəxsiyyətin quruluşunun disharmonikliyi xarakterikdir. Digər tərəfdən bu yaş dövrü bir çox müsbət faktorlarla fərqlənir: uşağın müstəqilliyi artır, onun başqa uşaqlar və böyüklərlə münasibətləri daha məzmunlu xarakter alır, onun fəaliyyət sferası əhəmiyyətli dərəcədə dəyişir və genişlənir, özünə, başqa insanlara cavabdeh münasibət inkişaf edir. Orqanizmin inkişafı ilə bağlı olan cinsi yetişkənlik və digər dəyişikliklər psixi inkişafa da öz təsirini göstərir. Yeniyetmənin davranışındakı aqressivlik, qəddarlıq, yüksək narahatlıq kimi məqamlar adətən qrup halında ünsiyyət zamanı davamlı xarakter alır.
Müasir psixologiyada deyilir ki, insan eqoist və ya alturist, ciddi və ya özündən razı, ateist və ya dindar doğulmur, o sonradan belə olur. Şəxsiyyətin əxlaqi deformasiyasına gətirib çıxaran konfıliktli situasiyasının nüvəsi bioloji amillər deyil, ailə tərbiyəsindəki çatışmamazlıqlardır.
Yeniyetmə yalnız diqqətə deyil, böyüklərin anlayışına, inamına da ehtiyac duyur. O, həmyaşıdları və böyüklər arasında müəyyən rol oynamağa cəhd edir. Böyüklər arasında yeniyetmənin sosial fəallığının inkişafına maneçilik törədən belə bir fikir mövcuddur- uşaq dinləməlidir. Bunun nəticəsində böyüklər və yeniyetmələr arasında psixoloji baryer yaranır.. Yeniyetmələr onu aradan qaldırmaq üçün aqressiv davranış formalarına müraciət edir, özünün dəyişildiyini, hüquq və vəzifələrinin olduğunu göstərərək diqqət cəlb etməyə çalışır.
Aqressiv davranışın mahiyyəti onun motivasiyasının analizində təzahür edir. Bu motivasiyada neqativ xarakterli hiss və emosiyalar əhəmiyyətli rol oynayır: kin, qisasçılıq, düşmənçilik, qəzəb, nifrət, qorxu, həyəcan, günah. Bu emosiyalarla bağlı aqressiv davranışlar dava- dalaşlarda, təhqirlərdə, bədən xəsarətlərinin yetirilməsində, qətllərdə, zorlamada, əmlakın məhvində ifadə olunur. Eyni emosiya müxtəlif insanlara müxtəlif cür təsir göstərir. Onlar beynin elektrik fəallığı səviyyəsinə.
1.1. Xarici ölkələrin psixologiyasından aqressivliyin tədqiqinə əsas yanaşmalar
aqresiya ilə əlaqəli tədqiqatlar və eksperimental məlumatlar
Psixologiya ilə uğraşan tədqiqatçılar passiv –agressiv şəxsiyyat pozuqluğunun xüsusiyyətlərinə çox oxşayan bir şəxsiyyət tipi «qeyri-müstəqil şəxsiyyət pozukluğu» adını vermişdilər .
Məsələn: Kraepelin (1913) və Bleuter (1924) haddisələrə neqativ bir modeli ilə reaksiya verən insanlardan söz edilib. Kraepelin bu insanlarda duyğusal dalğalanmalar və müdahilə ediləndə özlərini əngəlləmiş hiss etmə və əsəblənmə kimi xüsusiyyətlərdən bəhs edilmişdir.
Digər psixo-analitik tədqiqatçılar da oxşar xüsusiyyətlər uzərində durmaqdır . Məsələn Reich (1945) davamlı olaraq şikayət edən və digər insanlara qarşı passiv təcavüzkarlıq edən bir mazoşist şəxsiyyət tipini ifadə etməkdir Bu insanlar xoş olmayan duyğuları və müstəqil uyuranları güzəşt etmədən uzaqdır .
PAKB ilə əlagəli olarag çox az tədqiqat olmasına baxmıyaraq bunlardan iki dənəsinə pozuqluğun xüsussiyyətlərini analiz etməyə yönəlikdir. ULhitman, Trosman və Koening (1954) ayagda muşahidə olan 400 xəstə ilə yapdıqları bir çalışmada ən sıx rasilanan şəxsiyyət pozuqluğunun qeyri –mustəqil tip, 19% –nın isə passiv-agresiv tip kriterlərinə uydugu göstərilmişdir. Bundan başqa olarag insanlar qadınlardan iki mərtəbə daha çox PAKB kriterlərinə uydugu gostərilmişdir .Bundan başka olarag kişilər qadınlardan iki mərtəbə daha çox PAKv kriterlerinə uymagdadır. Bu insanlıq porugluğu ilə ən çox görulən həm passiv agressiya həmdə passiv –qeyri-müstəqil alt tiplərində suçduluq və qarşılıq vermə qorxusu səbəbiylə tecavuzqarlıq (saldırqanlıq) açıq formada gostərilməkdir. Bu səbəblə muşahidə planı yapılarkən təcavüzqarlıq qorxusu və qeyri –müstəqilik mövzuları muşahidənin açarı olarag göz önündə olmalıdır.
Small, small Alig və Moore (1970)PAKB muşahidəsi alan 100 həstəyı 7 və 15 illik aralarla gözləyərək bir iş əmələ getirib. Bu işin məlumatlarına görə duyğusal və somatik şikayətlərin davam etdiyi dövrlərdə insanlar arası münasibətlərdə yaşanan çətinlik, semp tomatologiyanın ana xüsusiyyəti olaraq üzə çıxmaqdır. Bundan başqa olaraq depressiv və alkolizm vəziyyəti olan kişilərdə passiv –aqressiv şəxsiyyət xüsusiyyətləri yüksək aranda görülür .
Göstərilən faktı, həmçinin müasir məktəbdə pedaqoji perosesi effektiv idarə etmək üçün şagirdlərin fərdi psixoloji xüsusiyyətləri və onların formalaşması haqqında dəqiq təsəvvürlərin vacib olması faktını nəzərə alaraq tədqiqat üçün «Böyük mətkəblilərdə aqressivliyin özünüqiymətləndirmə və akademik müvəffəqiyyətin səviyyəsinə təsirinin tədqiqi» mövzusu seçilmişdir. Bu mövzu aktallığı və məktəb və litseylərdə müasir pedaqoji təcrübə üçün əhəmiyyəti ilə seçilir.
Bu tədqiqatın yeniliyi ondan ibarətdirki, onun nəticələri yaxşı oxuyan şagirdlərin məktəb adaptasiyası probleminə başqa cür yanaşmağa və heç də həmişə yüksək müvəffəqiyyətin uşağın təhsilə olan təbii marağınm nəticəsi olmadığmı ınJamağa imkan verir. Adətən yüksək səviyyəli bilik və məktəbdə müvəffəqiyyət usağın “xoşagəlmək” situasiyaya düşməkdən qorxmasının nəticəsidir. (valideyn və ya müəllimlərin cəzalandırması, utancaqlıq, sosial münasibətlərdə cəsarətsizlik, nəmyaşıdların nəzərində uğursuz görsənmək qorxusu və s. )
Bununla əlaqədar olaraq tədqiqatın obyekti aqressivliyin təzahürünün səviyyə formaları, həmçinin təhsildə müxtəlif səviyyəli müvəffəqiyyətə malik məktəblilərin şəxsiyyətinin özünüqiymətləndirməsidir.
Tədqiqatın predmeti kimi müxtəlif müvəffəqiyyət səviyyəsinə malik böyük məktəblilərin aqressivliyi, özünüqiymətləndirməsi və sosial-komunikativ müvəffəqiyyətinin qarşılıqlı əlaqəsi çıxış edir.
Tədqiqat prosesində belə bir hipoteza irəli sürülüb: böyük məktəblinin səxsiyyətinin fərdi psixoloji xüsusiyyəti olan aqressivliyin ifadəsi səviyyəsi məktəb müvəffəqiyyətinin səviyyəsindən asılı olmayaraq yeniyetmə şəxsiyyətinin özünüqiymətləndirməsini adekvatlığı səviyyəsi ilə əks korrelyasion təşkil edir. Bu zaman böyük məktəblinin aqressivlik səviyyəsi və şəxsiyyətinin izünüqiymətləndirməsinin adekvatlığı arasındakı korrelyasion əlaqənin əks xarakter daşıması uşaq- valideyn münasibətləri stili, ailədə belə uşaqların qəbulu ilə əlaqədardır və belə korrelyasion əlaqə məktəbdə təhsilin müvəffəqiyyətinə destabilləşdirici təsir göstərən faktor kimi qiymətləndirilir
II Fəsil.
Aqressiv davranışların sosial psixoloji təsirləri
1.1.Xarici ölkələrin psixologiyasmda aqressivliyin tədqiqinə əsas yanaşmalar.
Aqressiv yeniyetmələrin fərdi xüsusiyyətlərini müəyyənləşdirmək “aqressiya”, “aqressivlik”, “aqressiv davranış”anlayışlarının psixoloji məzmununu aydınlaşdırmaq lazımdır.
“Aqressiya”termini hal- hazırda geniş kontekstdə istifadə olunur. İnsan aqressivliyinin təbiətinin elmi mənalandırılması üçün bu anlayışın mənası və əhəmiyyətinin dəqiqləşdirilməsi vacibdir.
İnsanlar niyə aqressiv hərəkət edirlər? Bu cür desturiktiv davranışın qarşısını almaq üçün nə etmək lazımdır?
Bu suallar əsrlər boyu bəşəriyyətin ən bilikli insanlarını düşündürmüş və bu problemə fəlsəfə, poeziya, din nöqteyi nəzərlərindən yanaşılmışdır.
Müasir dövrdə bu problem sistematik elmi tədqiqatların predmetinə çevrilmişdir. Ancaq aqressiya ilə bağlı bütün suallara cavab verilməyib.
1 . İnsan aqressiyası məxsusu olaraq insana xas olan və onun davranışını şərtləndirən bir sıra faktorların cəmi kimi müəyyənləşir. (qisasçılıq, irqi etik xürafat).
2. Aqressiya sosial pozisiya mövqeyindən. Aqressiyanı yaradan, həmçinin onu tənzimləyib saxlayan sosial situasiya və faktorları öyrənmək vacibdir. Kimisə aqressiv biri kimi xarakterizə edərkən onun başaqalarının təhqir etməsini ya da mehriban olmamasını və ya güclü olmasından istifadə edərək hər şeyin öz is istədiyi kimi olmasına cəhd etməsini ya da qorxmadan həlli mümkünsüz olan problemlərin içinə atılmasını nəzərdə tuta bilərlər. Bir sira hallarda aqressorlar başqalarına əzab-əziyyət vermək cəhdlərini gizlədə bilirlər. Aqressiya yalnız başqalarına zərər yetirməyi nəzərdə tutan davranış deyil, həm də mənfı nəticələrin əldə olunmasına istiqamətlənmiş istənilən hərəkətdir.
Aqressiya qurbanı təhqir etməyi və ya ona zərər yetirməyi nəzərdə tutur, bədən zədələrinin olması zəruridir. Aqressiyanın nəticəsi mənfi olur. Təhqirdən başqa kimisə ələ salmaq, onu pisləmək, gülünc vəziyyətə salmaq, nə isə zəruri bir şeydən məhrum etmək, müəyyən şəraitdə sevgidən, qayğıkeşlikdən imtina etmək də aqressiya hesab olunur.
Aqressiyanın insanlardakı təzahürü sonsuz və müxtəlifdir. A.Bass aqressiv hərəkətləri təsvir edən 3 əsas şkalanı müəyyən edib. (8, 15)
• fıziki- verbal;
• aktiv- passiv;
• birbaşa dolayısı ilə;
Cədvəl 1.1
A.Bassa görə aqressiyanın kateqoriyaları.
N
Aqressiyanın növləri.
Aqressivliyin sosial təzahürünün nümunələri.
1.
Fiziki Aktiv- birbaşa.
•
Başqa insana qarşızor tətbiq etmək, bədən xəsarətləri yetirmək, döymək, soyuq silahla, odlu silahla zərər yetirmək.
2.
Aktiv- dolayısı ilə.
Dolayısı ilə başqasına istiqamətlənmiş aqressiya.
3.
Passiv- birbaşa.
Fiziki yolla başqa insana istədiyi məqsədə çatmaq və istədiyi işlə məşğul olmağa maneçilik törətmək cəhdi.
4.
Passiv- dolayısı ilə.
Lazımı tapşırıqların yerinə yetirilməsindən imtina: nümayiş zamanı ərazini boşaltmamaq.
1.
Verbal Aktiv- birbaşa.
Sözlü təhqir, tənqid, başqasmı alçaltmaq.
2.
Aktiv- dolayısı ilə.
Başqası haqqında pis şayiə yaymaq.
3.
Passiv- birbaşa.
Başqasıyla danışmaqdan, suallara cavab verməkdən imtina etmək.
4.
Passiv- dolayısı ilə.
Müəyyən sözlü izahat verməkdən imtina etmək.
Aqressiya ilə bağlı bir sıra yanaşmalar mövcud olmuşdur və mövcuddur. Birinci yanaşma: başqalarına təhlükə törədən və ya zərər yetirən istənilən davranışdır. Növbəti yanaşma: bu və ya digər hərəkətin aqressiya kimi təqdim olunması üçün onun təhqir və ya zərər yetirmək məqsədilə edilməsi vacibdir. Üçüncü yanaşma: aqressiya başqalarına bədən və ya fıziki xəsarət yetirmək cəhdidir. Hal- hazırda psixoloqların əksəriyyəti aqressiya ilə bağlı bu izahı qəbul edirlər:
Aqressiya- özünə qarşı bu cür münasibəti arzulamayan canlını təhqir etmək və ya ona zərər yetirmək məqsədilə edilmiş istənilən hərəkətdir. (8, 18)
Bəzi müəlliflər (8, 18) aqressiyanı emosiya, motiv, ustanovka kimi deyil davranış modeli kimi nəzərdən keçirirlər. “Aqressiya” termini adətən kin, qəzəb kimi mənfı emosiyalar, təhqir etmək, xəsarət yetirmək istəyi kimi motivlər, irqi və ya etnik xürafat kimi ustanovkalarla assosiasiya olunur. Bu faktorların nəticəsi xəsarət yetirmək olan davranışda əhəmiyyətli rol oynamasına baxmayaraq onların kəmiyyətinin xüsusi bir əhəmiyyəti yoxdur. Kin, qəzəb heç də başqalarına hücum etmək, zor tətbiq etmək üçün zəruri şərt deyil. Mənfı emosiyalar, motiv və ustanovkalar heç də həmişə başqalarına qarşı birbaşa hərəkətlər və hücumlarla müşayət olunmur. Aqressiya aqressorun öz qurbanına qəsdən xəsarət yetirdiyi hərəkətləri nəzərdə tutur. Bir sıra suallar cavabsız qalır:
1. Aqressorun öz qurbanını öz müstəqil iradəsinə görə təhqir etməsini necə izah etmək olar.
2. Məqsədlər- şəxsi, gizli, birbaşa müşahidə olunmayan fıkirlərdirmi.
Ancaq bəzən xəsarət yetirmək məqsədi asanlıqla aydınlaşdırılır: aqressor öz hədəfinə xəsarət yetirmək istəyinin olmasını etiraf edir və cəhdlərinin nəticəsiz olmasına təəssüflənir.
Beləliklə, aqressiya hansı formada təzahür etməsindən asılı olmayaraq başqa canlıya xəsarət yetirməyə istiqamətlənmiş davranışdır. Bu canlı da özünə qarşı belə münasibətdən qaçmaq üçün bütün əsaslara malikdir. Bu belə xarakterizə olunur:
1. Aqressiya qurbana qarşı məqsədyönlü, qəsdən xəsarət yetirməyi nəzərdə tutur.
2. Yalnız canlı orqanizmə zərər və ya xəsarət yetirən davranış aqressiya kimi nəzərdən keçirilir.
3. Hədəf özünə qarşı belə münasibətdən qaçmaq motivasiyasına malik olmalıdır.
Aqressiya (latınca aggredi- hücum etmək) başqa insan və ya insan qrupunu məhv etməyə, onlara fiziki və ya psixoloji xəsarət yetirməyə istiqamətlənmiş fərdi və ya kollektiv davranışdır. Aqressiya əsasən subyektin frustrasiyaya reaksiyası kimi meydana çıxır və kin, qəzəb, düşmənçilik, nifrət kimi emosional hallarla müşayət olunur. 0, ekspressiv (emosiya və hisslərin ifadəsi gücü) : düşmənçilik (başqasına xəsarət yetirmək istəyinin məqsədyönlü, dərkolunan olması) və instrumental aqressiya (subyektin məqsədi neytraldı, aqressiya yalnız ona nail olmaq vasitəsidir) növlərinə bölünür. Subyektin aqressiv davranışa hazırlığı şəxsiyyətin davamlı xüsusiyyəti kimi- aqressivlik kimi nəzərdən keçirilir. Aqressivliyin səbəbləri kimi konfliktlilik, ailədəki emosional əlaqələrin qırılması, ailədəki tərbiyə çıxış edə bilər. Aqressiv hərəkətlər özünəqəsd, özünüalçatma, özünügünahlandırma şəklində insanın özünə də istiqamətlənə bilər. (autoaqressiya) (31,416).
Aqresiv davranış (fransızca agressif- cəlbedici, mübariz; latınca aggredior-hücum edirəra) başqalarına mənəvi və ya fıziki xəsarət yetirməyi nəzərdə tutan hərəkətlərdir. (38, 7). Aqressiyanın məqsədi hər hansı bir obyektə və ya insana xəsafət yetirmək olan davranışdır. Aqressiya təhrif olunmuş sosializasiya prosesinin valideynlərin cəzalandırmadan həddən artıq istifadə etməsinin, uşaqlara qarşı sərt münasibətin nəticəsidir. Aqressiv orientasiya şəxsiyyəti istiqamətlənmiş hərəkətlədə. təhqir, zorlama və qətllərdə təzahür edir.
Aqressiya fıziki, bilavasitə, verbal aqressiya göstəricilərinin cəmini təşkil edir.
Fiziki aqressiya- başqa insana ağrı vermək və ona xəsarət yetirmək: insan dişlərini qıcıyır, əlləri yumruq kimi bükülmüş halda oyanır, aqressiv fılmlərə, zorlama səhnələrinə baxmağa üstünlük verir.
Verbal aqressiya- təhqiredici, ağrıverici nitq vasitələrindən istifadədir. Bura aiddir:
a) çoxsaylı müqavimət;
b) inkaredici sözlər və tənqidi qeydlər;
c) mənfı emosiyaların ifadəsi, başqalarından narazılığın dava- dalaş inamsızlıq, nifrət formasında birüzə verilməsi.
d) təhqir, günahlandırmaq;
e) fikir və istəklərin aqressiv söylənməsi, qarğış;
f) təhdid, məcburetmə, zorakılıq.
Bundan başqa sadəcə qışqırmaq belə adətən aqressiv xarakter daşıyır.
Birbaşa aqressiya hədəfə istiqamətlənib. Bilavasitə, dolayı aqressiya zamanı isə hədəf, qurban iştirak etmir, ancaq onun və onu əhatə edən insanlar haqqında şayiə yayılır. Aqressiya ayrı- ayrı fərdlərdə və ya qruplarda müxtəlif formalarda təzahür edə bilər: açıq ifadə olunan- dalaşqanlıq, kobudluq, davakarlıq, gizli formada-pisniyyətlilik, kinlilik.
Belə bir fıkir mövcuddur ki, insan incidilmiş, sıxılmış hiss etməyəndə əsəbləbşir. Hirs insanı “kor edir”. O başqa canlıya zərər yetirə bilən çox təhlükəli şeydir. Aqressiyanın keyfıyyətləri açıq və gizli formada olurlar:
• qəzəb, acıqlanma;
• kin;
• tam passivlik, qorxu;
• fəaliyyətdə şüurlu şəkildə uzaqlaşmaq; .
• darıxmaq;
• depressiya;
• sarkazm, kobud zarafatlar, başqasının alçaldılması;
• eqosentrizm, təkəbbürlülük.
Beləliklə, aqressiya hansı formada təzahür etməsindən asılı olmayaraq özünə qarşı belə münasibəti arzulamayan canlıya xəsarət yetirməyə istiqamətlənmiş davranış vasitəsidir.
Zorlama, aqressiya problemləri bir çox nəzəri istiqamətlərin tədqiqat obyekti olmuşdur. Qeyd etmək lazımdırki, bu nəzəriyyələrdən heç biri problemin həlli ilə bağlı tam, dolğun cavab verməməsidir.
Psixoanalitik istiqamətin aqressiyaya yanaşması çox maraqlıdır. Aqressiya hər hansı bir obyekt və ya insana xəsarət yetirmək məqsədi güdən davranışdır. Psixoanalitiklər hesab edirlər ki, bu cür davranışın, aqressiv enerjinin yaranmasının səbəbi müxtəlif səbəblərdən – reallaşmayan ilkin anadangəlmə dərkolunmayan meyllərdir. Bu meyllərin, həvəslərin boğulması, onların realizasiyasının bloklaşması həyəcanlılıq, natamamlıq, aqressivlik hissi yaradır. Bu da öz növbəsində sosial cəhətdən dezadaptiv davranış formalarına gətirib çıxarır.
Özünün ilk işlərində Z.Freyd qeyd edir ki, insanın bütün davranışı birbaşa və ya dolayısı milə enerjisi (libidosu) insan davranışının yaradıcı tendensiyaları ilə (sevgi, qayğı, yaxınlıq) həyatın qorunub saxlanmasına istiqamətlənmiş erosdan, həyat instinktindən inkişaf edir. Aqressiya libidal implusların bloklaşdırılması və parçalanmasına reaksiya kimi nəzərdən keçirilir. Freyd 2- ci əsas instinktiv ölümə həvəsin- tanatosun da mövcudluğunu güman edirdi. Onun enerjisi həyatın parçalanması və dayandırılmasına istiqamətlənmişdir. Freyd iddia edirdi ki, bütün insan davranışı bu instinktlə eros arasındakı mürəkkəb qarşılıqlı təsirin nəticəsidir və onlar arasında daimi gərginlik mövcuddur. Həyatın saxlanılması (eros) və onun parçalanması (tanatos) arasında kəskin mübarizə getməsilə yanaşı digər mexanizmlər (qarışıq) tanatosun enerjisini “Mən” dən uzaqlaşdırmağa xidmət edirlər. Beləliklə, tanatos dolayısıyla aqressiyanın çölə çıxmasına və ətrafdakılara istiqamətlənməsinə şərait yaradır.
Z.Freyd aqressiyanı, zorlamanı insana məxsus ilkin instinktlərin təzahürü kimi izah edirdi. İnsanın hərəkətlərini məhdudlaşdıran instiktlər və sosial normalar arasındakı ziddiyyətlər özünü aqressiya və zorlama kimi biruzə verən daxili gərginliyi doğurur. İnsan həm özünə, həm də ətrafdakılara, xarici mühitə münasibətdə zor tətbiq edir. Mən, Super Mən konsepsiyasından yanaşdıqda aqressiya Mən ilə Super Mənin konfliktinin nəticəsi kimi meydana çıxır. Bu da son nəticədeə real olanla psixi olanın, daxili ilə xaricinin ziddiyyətində əks olunur. Həyata və ölümə həvəs arasındakı ziddiyyət onunla izah olunur ki, obyektə məhəbbət sevgi (zəriflik) ilə nifrət (aqressiya) arasındakı polyarlığı göstərir. Ölümə həvəs zorlama doğurduğu kimi, sevgi də aqressiya (seksual) yaradır. Freydin aqressiyanın mənbələri və təbiəti ilə bağlı baxışları çox pessimistdir. Bu yalnız anadangəlmə, öz başlanğıcını insana məxsus ölüm instinktindən götürən davranış deyil, həm də qaçılmaz bir haldır. Beləki, əgər tanatosun enerjisi xarici istiqamətlənməsə o, fərdin özünün parçalanmasına gətirib çıxara bilər. Burada yeganə ümidverici məqam onunla bağlıdır ki, aqressiyanı müşayət edən emosiyaların xarici ifadəsi dağıdıcı enerjinin azalmasına və daha təhlükəli hərəkətlərinin yaranmasının qarşısını almağa nail ola bilər. Z.Freydin nəzəriyyəsinin bu aspekti (katarsis halı), dağıntılarla müşayət olunmayan emosional, ekspressiv hərəkətlərin edilməsi sonradan daha təhlükəli davranışların qarşısını almaq üçün effektiv vasitədir. Freydə görə aqressiyanın yaranması və sonrakı inkişafı uşaq inkişafının mərhələlərinə müvafıqdir. Qeyd olunur ki, oral mərhələdə fıksasiya sarkazın, qeybətə meyllilik kimi aqressiv xarakter əlamətlərinin yaranmasına gətirilib çıxarar. Anal mərhələdəki fiksasiya isə sonradan inadkarlığa çevrilən tərsliyin formalaşması ilə nəticələnə bilər, hansı ki, kin və qisasa meyllilikdə asanlıqla buna qoşulur. (54, 114).
Etoloji yanaşmaya görə aqressiya insana məxsus ilkin və qaçılmaz instinktdir. K.Lorens yazırdı: “Çox vaxt “ölüm instinkti” kimi təzahür edən aqressiya da əslində digər instinktlər kimi təbii şərtlər daxilində həyatın və növün qorunub saxlanmasına istiqamətlənmişdir. Qısa müddət ərzində öz əməyi hesabına həyat şərtlərini dəyişən insanda aqressiv instinkt adətən məhvedici nəticələrə gətirib çıxarır, ancaq analoji olaraq digər instinktlərlə vəziyyət bu qədər dramatik deyil” (19, 56). İnsan qəbul etməlidir ki, onun davranışı təbiətə tabedir. Beləliklə, Lorensə əsasən aqressiya öz başlanğıcını insanda, həmçinin digər canlılarda olan anadangəlmə həyat uğrunda mübarizə instinktindən alır. Bu instinktik uzun müddətli təkamül nəticəsində inkişaf edib:
a) mübarizə növlərinin nümayəndələrini geniş coğrafı mühitdə yayır, mövcud qida resurslarının maksimal istifadəsi təmin olunur;
b) yalnız güclü və energetik fərdlərin öz nəslini qoruyub saxlaması hesabına aqressiya növü genetik fondunun yaxşılaşmasına kömək edir;
c) güclü heyvanlar daha yaxşı müdafıə olunur və öz nəslinin qorunmasınnı təmin edirlər. Aqressiv enerji (mənbəyi mübarizə instinkti olan) orqanizmdə sponton olaraq, fasiləsiz, daimi tempdə toplanır. İndiki anda nə qədər çox aqressiv enerji varsa onu çölə çıxarmaq üçün bir o qədər zəif güclü stimul tələb olunur. Əksər digər canlılardan fərqli olaraq insanlarda öz növünün nümayəndələrinə qarşı zorakılıq daha geniş yayılıb. Lorens hesab edirdi ki, anadangəlmə mübarizə instinktindən başqa bütün canlılara öz meylini boğmaq imkanı verilib və bu insan öz qurbanına ağır xəsarət yetirmək qabiliyyətindən asılı olaraq təzahür edir. Beləlikə, K.Lorens aqressiyanı anadangəlmə qüvvələrin nəticəsi kimi nəzərdən keçirir. O, aqressiyanın zəifləməsinin və bu cür davranışa nəzarət etmənin mümkünlüyü haqqında danışır. O, güman edirdi ki, xəsarət yetirməklə bağlı olmayan müxtəlif hərəkətlərin icrası aqressiv davranışın təhlükəli səviyyəyə qədər yığılmasının qarşısını alır və beləliklə zorakı partlayışlar ehtimalını aşağı salır.
E.Fromm aqressiyanı başqa pozisiyadan nəzərdən keçirdir. Aqressiya ölümə, əzaba mazoxistik həvəsdir. E.Fromm zorakılığm bir neçə formasını müəyyənləşdirir: oyun, reaktiv intiqama görə zorlama, kompensator və arxaik tip. Sadizmin analizinə xüsusi diqqət yetirmişdir- bu zaman bir insan digərini öz iradəsinə tabe etməyə çalışır, onu öz iradəsinin köməksiz obyektinə çevirməyə çalışır. Onunla hər istədiyini eləməyə, onu alçaltmağa çalışır. Başlıca məqsəd isə əzab vermək, ağrı çəkməyə məcbur etməkdir. İnsan nə isə yaratmağa qadir olmadıqda öz qüvvəsini dağıtmağa, parçalamağa yönəldir. Bu zaman zorakılıq kompensator xarakter alır- bu pozulmuş, korlanmış insan həyatınm nəticəsidir. Zorakılığın bu cür təzahürünün qarşısının alınmasının tək vasitəsi yaradıcı qabiliyyətin yüksəldilməsi, insan qabiliyyətlərinin yaradıcılığa istiqamətlənməsidir. Sevgidə, inamda, xeyirxahlıqda heyrətlənən insan dağıdıcı, ədəbsiz olur. Heyrətlənmə həyata nifrətə gətirib çıxarır. Qisasa görə zorakılıq müəyyən fərdlər və bütöv qruplara xasdır. Qisasçılıq şəxsi ləyaqət hissinin, özünəhörmətin elementlərinin, identikliyin bərpası ola bilər. Sosial qrupların qisasçılıq hissinin intensivliyi ilə iqtisadi, mədəni münasibətlər arasında əlaqə mövcuddur. Ancaq həyatı qorumağa istaqamətlənmiş zorakılıqla dağıdıcı məqsəd güdən zorakılıq arasında mahiyyətcə fərq var. Azadlığı, ləyaqəti qorumaq zərurəti doğuran aqressiya reaktiv zorakılıqdı. Onun məqsədi qorumaqdır. Ancaq təhlükə hissi reallığa yox, manipulyasiyaya da əsaslana bilər. (48, 99)
Beləliklə, E.Fromm qeyd edir ki, təbbatlar və istəklər frustrasiyası cəmiyyətin adi hadisəsidir və aqressiya və zorakılıq daima yaranır və bu və ya digər yolla təzahür edir. Fromm zorakılıq və aqressiya problemini insanın sosial xarakteri ilə ılaqələndirir. Cəmiyyət, qrup məqsədyönlü şəkildə öz fərdlərində müəyyən əlamətlər, o cümlədən zorakılığa münasibət formalaşdırırlar.
Neofreydist K.Q.Yunq aqressivlik və zorakılığın səbəbini özü tərəfindən əsaslandırılımış şüursuzluq və arxetiplər konsepsiyasına müvafıq olaraq izah etmişdir. Aqressiya, zorakılıq şüursuzluğun insanın şüuruna,psixikasına təsirilə izah edilir. Fərdin öz qaranlıq tərəfi ilə konfılikti qaçılmaz və üzücüdür. Məğlubiyyətə ruhi məhvə, zəfər isə canlanmaya səbəb olur. (48, 101)
K.Xorni insanın aqressiyasını, zorakılığını biruzə verdiyi krizis vəziyyətlər problemini öyrənərək onlarla şəxsiyyətin bazis həyəcanlığı arasında qarşılıqlı əlaqəni göstərmişdir. “İnsanlara qarşı hərəkət” halına sürüklənən adamlar konfıliktliyə, aqressivliyin, zorakılığın təzahürünə meyllidirlər. Aqressiya fərdin çoxsaylı psixolqji müdafıə növlərindən, təhlükəsizliyə cəhdlərindən biridir. (48, 101)
Belə nəticə çıxarmaq olar ki, bütün psixoanalitik nəzəriyyələr üçün mərkəzi növqe ondan ibarətdir ki, aqressiya instinktiv, anadangəlmə faktordur, aqressiv təzahürün qarşısını almaq mümkün deyil. Nə maddi tələbatların ödənilməsi, nə sosial ədalətsizliyin aradan götürülməsi, nə də ki, insan cəmiyyətinin sturukturundakı digər müsbət sosial dəyişikliklər aqressiyanın yaranmasının və aqressiv implusların təzahürünün qarşısını ala bilməz. Aqressiya insan təbiətinin ayrılmaz hissəsidir.
Aqressiya, həyacanlılıq, zorakılıq problemi təkcə psixoanalitik istıqamətin nümayəndələrinin diqqətini cəlb etmir. A.Bass, D.Dollard, L.Berkovsa, A.Baudura, X.Uotsonun bu xüsusiyyətlərin təbiətinin öyrənilməsi ilə bağlı işləri var.
2.2.Aqressivliyin şəxsiyyətin fərdi şəxsi xüsusiyyəti kimi müasir psixoloji mahiyyəti
Aqressiya bu ad altında yol və nəqliyyatda baş verən diş həkimi tərəfindən törədilən ağrı və ya insan bir-birinə dəyməsi aqressiya sayılır. Bu ad altında zorakılıq təhqik və hətta şayiə başa düşülür. Heyvanlara sosial aqressiya xasdır, hamısının ki, əsəbilik və sakitlik aqressiyası aiddir: ən çox buna yırtıcı öz qurbanına davamlığı münasibət aiddir. Psixoloqlar isə insanlara aid 2 aqresiya növünü göstərirlər: düşmənçilik və instrumental. Düşmənçilik – aqressiyanın mənbəyi hirs və həmin insana zərər gətirmək məqsəddir. Əgər zərər gətirilməsi qarşıya qoyulmuş məqsəd deyilsə, başqa məqsədə çatmaqdırsa biz instrumental aqressiyadan danışırıq. Düşmənçilik və instrumental aqresiyanı öyrənən sosial psixoloqlar əsas diqqəti 3 ideya prinsipinə yönəçldilib.
1. Aqressiyada fizioloji tələbat
2. frustasiya olan təbii reaksiya
3. aqressiv davranış-təlimi nəticəsi
Şüur sisteminin təsiri. Aqressiya mürəkkəb hərəkət olduğundan demək olmaz ki, onu beyinin hansı hissəsi nəzarət edir. Buna baxmayaraq alimlər heyvan və insan aqressiyasını hansı sinir sistemi yüngülləşdirdiyini tapıblar. Bu zonaların aktivləşməsi- düşmənçiliyin güclənməsinə, dezaktivləşməsi isə – zəifləməyə yönəlir. Deməli, ən sakit heyvandar belə aqressiv hərəkət elətdirmək, vəhşiləri isə qulaq asdırmağa məcbur etmək olar. Belə bir təcrübədə aprarılıb ki, lider mey meymunun beyninə elektrod salıblar və onun aqressiyasını nəzarətdə saxlayıblar. Bir dənə balaca meymuna isə bu elektrodun knopkasını işə salmağı öyrədiblər. Ziolerodən təhlükə gələn zaman balaca meymun knopakanı basır. İnsanın beynini aktivləşdirmək mümkündür. Adrean Reyn və onun köməkçiləri zorakılığa meyilli insanların beyinlərinin aktivliyini ölçüblər və belə nəticəyə gəliblər ki, adi insanlardan fərqli onların beyni 14% az aktivdir. Beləliklə bu 14%-i ancaq zorakılığa meyilli insanlara aid etmək olar .
Aqressiv davranışın motivasiyası – Aqressvi əməllər törədən insanların rəhbər tutduğu motivlər aqressiyanın öyrənilməsində ən çox mübahisələr doğuran sahədir.
Motivasiyanın aşağıdakı tipləri var:
– dərk olunan motivlər- konkret məqsədə çatmağa yönəlmiş hərəkətlər. Buraya özünü və ətrafdakıları qorumağa maddi mənfəət əldə etməyə, tamalı məqsə

Baxış sayı: 1. 734
0 şərh
4
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
KURS İŞİ
növbəti yazı
Kurs işi

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net