AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakultəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZU: ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNDƏN ƏZİYYƏT
ÇƏKƏN İNSANLARIN ŞƏXSİYYƏTİNİN FƏRDİ –
PSİXOJİ XÜSUSİYYƏTLƏRİ.
Tələbə: Elnarə Baxışlı
kurs ΙΙΙ, qrup 01.
Kafedra müdiri: AMEA-nın müxbir üzvü,
prof. B.H.Əliyev
Elmi rəhbər: dos.E.İ.Şəfiyeva
BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ………………………………………………………………………………………………………………….. 3
Ι FƏSİL. ŞƏXSİYƏTİN FƏRDİ-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNİN
TƏZAHÜRÜNDƏ PSİXOSOMATİK PROSESLƏRİN TƏSİRİ
1.1 Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların fərdi-psixoloji xüsusiyyətlərində baş verən dəyişıliklər………………………………………………………………………………………… 5
1.2 Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların fərdi-psixoloji xüsusiyyətlərində özünüqiymətləndirmə və tələşlıq hallarının fərqli təzahürləri………………………………………………………………………………………………………..12
II FƏSİL. ÜRƏK-DAMAR XƏSYƏLİKLƏRİNDƏN ƏZİYYƏT ÇƏKƏN
İNSANLARIN FƏRDİ-PSİXOLOJİ XÜSUSİYƏTLƏRİNİN
DƏYİŞİLMƏSİNİN EKSPERİMENTAL-PSİXOLOJİ TƏDQİQİ.
2.1. Eksperimentin məqsədi və vəzifələri…………………………………………………………………16
2.2. Tədqiqatda iştirak edənlər ……………………………………………………………………………….17
2.3. Tədqiqatda istifadə olunan metodikalar……………………………………………………………18
2.4. Alınan nəticələr
2.4.1. “Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması” metodu
əsasında əldə edilən ümumi göstəricilər………………………………………………………..19
2.4.2. “T. Dembo- S.Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” metodu
üzrə xəstələrin ümumi göstəriciləri………………………………………………………………20
2.5. Nəticələrin müzakirəsi………………………………………………………………………..21
NƏTİCƏ…………………………………………………………………………………………………………….24 ƏDƏBİYYAT SİYAHISI……………………………………………………………………………………. 25
ƏLAVƏLƏR………………………………………………………………………………………………………..26
GİRİŞ
Son dövrlərdə Azərbaycanda ürək-damar xəstəliklərinin artması barədə tez-tez yazılar dərc olunur. Tibb elmləri dokoru, professor, Azərbaycan Kardioloqlar Cəmiyyətinin prezidenti Adil Baxşəliyev öz çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycanda, əsasən də Bakıda hipertoniya, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı daha çox yayılıb. Səbəb kimi avtomobillərin sayının artması, hündür binaların tikilməsi ilə əlaqədar olaraq havada oksigen bolluğunun azalması və sosial-iqtisadı böhranlar əsas götürülür. Lakin bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada eyni vəziyyətdədir.
Son zamanlar bu xəstəlilərin “cavanlaşması” da müşahidə edilir. Moskva Kardioloji Mərkəzinin baş direktoru akademik Yevgeni Çarova görə bu xəstəliklərin artmasında əsas səbəb psixogərginliyin artmasıdır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin əsas səbəbkarı olan stress və depressiya gələcəkdə, yəni 2020-ci ildə müstəqil bir xəstəliyə çevrilərək bir nömrəli ölüm səbəbi olacağı ehtimal edilir. Hal-hazırda da dünyada baş verən ölüm səbəblərinin 50%-i depressiya zamanı baş verir. Yüksək inkişaf etmiş ölkələr arasında bu xəstəliklərin daha çox yayılmasına səbəb fiziki əməkdən uzaq olan, passiv həyat tərzi keçirən insanların çoxalmasıdır.
Qeyd olunan mövzunun aktual olma miqyasını nəzərə alaraq, ürək-damar xəstəliklərinin psixosomatik aspektdə formalaşmasının tədqiqini vacib bilmişəm. Psixosomatik xəstəliklərin sonrakı inkişafında qeyri-adekvat özünüqiymətləndirmə nəticəsində yüksələn həyəcanlıq və gərginlik hallarının xəstəliyin xroniki hal yaratması amilini tədqiq etmək istəyirəm. Belə ki, daxili qiymətləndirmənin aşağı olması hər bir halda şəxsiyyətin fəaliyyətinə mənfi təsir göstərir, lakin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu daha təhlükəlidir, xüsusən də, reabilitasiya zamanı.
Məndən əvvəl Bakı Dövlət Universitetinin magistr tələbəsi Zülfiyyə İbrahimova psixologiya elmlər namizədi, professor Bəxtiyar Əliyevin elmi rəhbərliyi ilə “Psixosomatik xəstəliklər zamanı baş verən şəxsiyyət dəyişikliklərin fərdi-psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Öz dissertasiya işində Zülfiyyə İbrahimova bu xəstləlikdən əziyyət çəkən insanlara təsir edən xarici amilləri və onların təsiri altında dəyişən fərdi-psixoloji xüsusiyyətlərin mexanizmlərini tədqiq etmiş, eksperiment aparmışdır.
Tədqiqatımın obyekti: ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar və onların fərdi-psixoloji xüsusiyyələrin yenidən formalaşması mexanizmləridir.
Tədqiqatın subyektləri: bu xəstəliklərdən əziyyət çəkən insanlarda dəyişən özünüqiymətləndirmə və həyəcan arasındakı asılılıq.
Məqsədim özünüqiymətləndirmə və həyəcan arasında asılılığı müəyyənləşdirməkdir. Bunun üçün “Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması” ( 2. səh 28) və “Dembo-Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” (el. mənbə 10) metodlarından istifadə etdim. Eksperimentdə əsas vəzifə xəstə insanlarda əvvəlcə situativ və şəxsi həyəcanlığın aşkarlamaq, sonra bu göstəriciləri ikinci metodun göstəriciləri ilə asılılığını müəyyən etməkdir.

TƏZAHÜRÜNDƏ PSİXOSOMATİK PROSESLƏRİN TƏSİRİ.
1.1 Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların fərdi-psixoloji xüsusiyyətlərində baş verən dəyişıliklər .
İnsanın psixoloji xüsusiyyətlərini müəyyən etmək üçün əvvəlcə onu bioloji və sosial faktorlar kompleksində öyrənmək lazımdır. Son zamanlar müasir kordialogiyada xəstəliklərin psixososial faktorları və onların somatik faktorlarla bağlılığı daha geniş şəkildə öyrənilir. Lakin hələ ki, psixologiya sahəsində bu proseslər lazımi qədər öyrənilməmişdir. Ürək-damar xəstəliklərinin psixosomatik faktorlarına aşağıdakı xəstəliklər aid edilir:
– Ürəyin stenokardiya xəstəliyi;
– Ürək ritminin pozulması;
– Ürəyin funksional xəstəliyi;
– Arterial hipertoniya
– Qorxudan yaranan ürək nevrozu ( 3. səh 95).
Xəstəliklərin ilk mərhələsində bioloji faktorlarda deformasiyalar baş verir, yəni insan orqanizmi ilə bioloji amillər arasında natarazlıq yaranır. Bioloji faktorlarda yaranan bu uyğunsuzluqların nəticəsi olaraq insanın sosial sferadakı fəaliyyətində də müəyyən çərçivələr əmələ gəlir. Bu da öz növbəsində insanın şəxsiyyətinin psixoloji strukturunda dəyişikliklərə səbəb olur. İnsan nə qədər sağlamdır, o öz orqanlarını hiss etmir. Müxtəlif səbəblər o cümlədən xəstəlik orqanizmin həyati fəaliyyətində yeni istiqamətlər, dəyişikliklər yarada bilər. Bu dəyişikliklər isə insanın ehtiyaclarını və fəaliyyətə meylini dəyişdirir. ( 3. səh 99 ).
Ürək-damar xəstəlikləri zamanı daha çox təsir effektini ağrılar yaradır. Ağrıları azaltmaq istəyi və ya ona alışmaq paradoksu yeni spesifik xarakter daşıyan motivasion davranışları yarada bilər. Ürəyin gərgin fəaliyyəti zamanı ürək döyüntüləri artır, qorxu zamanı isə bu proses taxikardiya şəklini alir. Hərəki və nəfəs fəaliyyətlərindən fərqli olaraq ürəyin fəaliyyəti insana tabe deyildir. Həmçinin onda baş verən bir çox proseslər insan tərəfindən hiss edilmir. Ürək fəaliyyətində yalnız müəyyən pozulmalar yarandıqda insan bunu hiss edir və ağrıya reaksiya verir ( 3. səh 102).
Psixosomatik pozulmaların səbəbi ekzogen və endogen mənşəli olur. Ekzogen səbəblərə daxildir: infeksiyalar, intoksikasiyalar, beynin travması, psixogen və somatogen səbəblər. Endogen səbəblərə isə daxildir genetik faktorlar, yaş xüsusiyyətləri, bədənin konstitusional quruluşu. ( 4. səh 62).
Xəstəliyin inkişaf mexanizmləri patogenez adlanır. Patoloji mexanizmlər müəyyən qədər nəsillikcə determinləşmiş və müasir insanlarda uzunmüddətli təbii-tarixi inkişaf müddətində qurulmuşdur. Kodlaşmış patogen proseslər müxtəlif fizioloji, biokimyəvi, elektrofizioloji, psixi reaksiyalarda iştirak edir. Nəticədə orqanizmdə morfoloji dəyişikliklər baş verir. Potogenez inkişaf edir, biloji və fizioloji materiyada xəstəliklər və simptonlar əks olunur. Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq xəstəliyin patoloji inkişafı da fərqli olur. Şəxsin ali sinir sisteminin növündən, xarakterindən, cinsindən, yaşından, genefondundan, immun bazasından, keçmiş təcrübələrindən, keçirdiyi başqa xəstəliklərindən asılı olaraq xəstəliyin yayılma sferası və ona müqavimət fərqli olur. ( 5. səh 192).
Psixosomatik xəstəliklərin və pozuntuların mənbəyi daha çox beynin patolgiyasına əsaslanır. Lakin simpomlarla müşayiət edilən patoloji-anatomik dəyişikliklər heç də bütün xəstəliklərin ilk mərhələsində hiss edilmir. Nəticədə, psixosomatik xəstəliklər iki qrupa bölünür:
– Funksional
– Orqanik
Birinci qrupa müxtəlif növ nevrozlar, psixogenlər, psixozlar daxildir. İkinci qrupa isə orqanizmdə xarakterik olan xəstəliklər daxildir. ( 4. səh 70).
P.M.Yakobson qeyd edir ki, insanın motivasion sferası müəyyən şərtlər əsasında, hətta şəxsiyyətin iştirakı olmadan dəyişilə bilər. Belə ki, ağrı faktoru emosiyalar vasitəsilə insanın psixi həyatına elə güclü təsir edə bilər ki, insanda yeni məqsəd və istəklər yarana bilər. Motivasiya və ehtiyacların dəyişilməsi yeni fəaliyyətlər sistemi yaradır, bunların da müqabilində yeni şəxsiyyət formalaşır.
K.A.Skvarçovaya görə xəstə öz xəstəliyinə, onun ayri-ayrı simptomlarına fərqli yanaşır. Buna əsasən də, xəstənin proqressiv və ya reqressiv münasibətləri müşahidə edilir. Məhz bu cəhətləri həm həkim, həm də psixoloq konsultant nəzərə almalıdır (3. səh 144).
İnsanların öz xəstəliklərinə münasibətləri fərqlidir: özünü xəstəlikdən yüksək tutur; onunla mübarizə aparır; xəstəliyinə laqeyd yanaşır; xəstəlikdən qaçır, onu öz şüurunda sıxışdırır; xəstəliyi özünə eyib bilir; xəstəliyə tabe olur, onun köləsinə, əsirinə çevrilir; xəstəliyinə alışır, onda ibrət axtarır; faciəli şəkildə xəstəlik keçirir və s.
Xəstəliyin ilk mərhələsində daxili orqanların pataloji vəziyyəti haqqında gələn siqnallar şüurda tam müəyyən edilmir, lokal xarakter daşımır. Bu siqnallar insanda ümumi halsızlıq, yorğunluq, səbəbsiz pis əhval-ruhiyyə yaradır. Seçenov bu halı “ümumi bulanıq hisslər” adlandırmışdır. Bu hal yeni hisslərin formalaşmasının və xəstıliyin dərk edilməsinin başlanğıcıdır.
İnteroseptiv siqnallar tezləşdikcə, sərtləşdikcə xəstənin psixikasına daha güclü təsir etməyə başlayırlar. Eyni zamanda bütün orqanizmdə dəyişikliklər baş verir, orqanizm yeni şəraitdə instinktiv olaraq yeni mövcudluq yollarını axtarmağa başlayır.
Xəstəlik haqqında təsəvvürlər məhz pataloji siqnallar əsasında formalaşır. Bu hisslər, toplanmış təsəvvürlər və xəstəliyin qəbul edilmə prossesi bilavasitə xəstənin şəxsiyyətindən asılıdır. E.K.Krasnuşkin xəstənin şəxsiyyətindən və xəstəliyin xarakterindən asılı olaraq aşağıdakı prosesləri qeyd etmişdir:
– Xəstəliyin qəfil başlanması və bunun həyati faciə kimi qəbul edilməsi;
– Orqanizm və ya orqanın zədələnməsi haqqında fikirlərin yaranması;
– Xəstəlik prossesinin xarakterik və xroniki olması. ( 5. səh 195).
Xəstəliyi qəbul etmək çox çətin, mürəkkəb bir psixoloji prosesdir. Daxili “Mən” xəstəliyin səbəblərini dərk etməli, onun yaşamalı, xəstəliyi müxtəlif çalarlarla şüurunda əks etdirməlidir. Bunlar isə bir anda baş verə bilən prososlər deyil. Bu proseslərin tamamlanması insan psixikasında ağrılı izlər qoyur. Hər bir halda xəstəlik şəxsiyyəti dəyişdirir. Xəstəlik prosesi, pis əhval-ruhiyyə, orqanizmin fərqli vəziyyəti, xəstəlik simptomlarının ağır nəticələri bilavasitə insanın dünya baxışını və özünə münasibətinin dəyişdirir. İnsanin fəaliyyəti öz xəstəliyinə, yaşadığı iztirablara yönəlmiş olur.
Q.İ. Rossolimo yazır ki, hər bir iztirab və xəstəlik insanın mənəvi aləmində elə bir çevrilişlər yaradır ki, onun bir tərəfini qabardır, digər tərəfini isə gizlədir, bir anda şəxsiyyətin bütün harmoniyası pozulur. Nəticədə insanın özünə və ətrafdakılarına münasibət xarakteri də dəyişir. Bu zaman arzularını hələ tam həyata keçirməyən nakam insan xəstəliyi ilə qarşı-qarşıya durmuş olur. Psixikasının vəziyyətindən asılı olaraq, xəstə həkimin aktiv və ya passiv köməkçisidir (1. səh 144).
M.İ. Lebedinski və əməkdaşlarının tədqiqatına əsasən, xəstəliklərin yaranması və sağalması bilavasitə şəxsiyyətin xüsusiyyətlərindən asılıdır və bu asılılıq aşağıdakı kriteriyalara bölünür:
1. Xəstəlik zamanı şəxsiyyətin iztirablar və ağrılar yaşaması;
2. Xəstəlik zamanı deqradasiya və şəxsiyyətin dağılması;
3. Şəxsiyyətin patoloji inkişafı;
4. Şəxsiyyətin öz xəstəliyinə və həyata neqativ reaksiyası;
5. Xəstəliyin patogenezində və etiologiyasında şəxsiyyətin rolu. ( 4. səh 100).
Qeyd etdiyimiz kimi şəxsiyyətin strukturu və psixi xüsusiyyətləri xəstəliklər zamanı dəyişikliklərə uğrayır. Xəstə öz xəstəliyinə məntiqi olaraq qiymət verməyə məcbur olur. Məntiqi qiymətləndirmə emosiyalarla elə sıx bağlıdır ki, emosiya məntiqi nəticənin xarakterinə güclü təsir edir, nəticədə xəstə obyektiv olaraq öz vəziyyətini qiymətləndirə bilmir. Beləliklə, deyə bilərik ki, xəstəliyin qəbul edilməsi şəxsiyyətin öz xəstəliyinə obyektiv və subyektiv münasibətlərindən asılıdır.
Bunları nəzərə alaraq deyə bilərik ki, xəstənin vəziyyəti heç də həmişə öz xarakterinə uyğun olmur, burada bir neçə kombinasiyalar yaranır:
1. Xəstəlik baş verir və psixikada yenidənqurmalar yaranır, lakin xəstə bunu hiss etmir;
2. Xəstəlik özü haqqında müəyyən təsəvvürlər yaradır və xəstə bunu dərk edir;
3. Fiziki vəziyyətə uyğun olmayan özünü təlqinlə formalaşan xəstəlik və xəstənin fəaliyyətinin onda mərkəzləşməsi.
Xəstənin psixikası aşağıdakı amillərin təsiri altında formalaşır: müxtəlif ağrı hisslərinin təzahürü ilə; orqanizmin patoloji faktorların təsiri altında yenidən qurulması ilə; ətrafdakı insanların xəstəyə münasibəti ilə; xəstəlik və onun nəticələri haqqında öz şəxsi biliklərinin təsiri altında və s.
Xəstənin psixologiyasının xüsusiyyətləri xəstəliyin fizioloji formasından, ağırlıq dərəcəsindən və davametmə müddətindən asılıdır.
Xəstəliyin lokalizasiyasından asılı olaraq həkim xəstənin şəxsiyyətində somatik və spesifik psixoji komponentləri müəyyən edir. Bura əsasən daxildir ümumi emosional reaksiyalar: depressiya, narahatçılıq, gərginlik, təlaşlıq, apatiya, laqeydlik, euforiya və s. Bu reaksiyalar daimi olmur, xəstəliyin inkişafından asılı olaraq müxtəlif kombinasiyalarda müşahidə olunur.
Xəstəliyin növündən asılı olaraq tipik davranışlar da fərqli olur. Qara ciyər xəstəliyinə tutulanlar daha çox qəmə meylli, kədərli olduqları halda, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar riskə meylli, hövsələsiz və əsəbi olurlar.
Xroniki xəstəliklər xəstənin psixikasına elə güclü təsir göstərir ki, hətta şəxsiyyət tamam fərqli bir xarakterə sahib olur. Həyatsevər, ünsiyyətcil insanlar qapalı və austik şəxslərə çevrilirlər. ( 4. səh 150).
V.Kenon emosiyaların fizioloji funksiyalarını öyrəndiyi zaman müəyyən etmişdir ki, emosiyaların təsiri ilə vegetativ sinir sisteminin simpatik şöbəsi oyanır və qanda adrenalinin ifrazı artır, bədən istiləşir, qan üzə vurur. ( 3. səh 154).
Ürək fəaliyyətində ritmlərin pozulması daha çox psixogen xarakter daşıyır. Psixogen səbəblər isə qorxu hissi yaradır, əsasən də ölüm qorxusunu. Çünki insanlar ürək döyüntüsünün vacibliyini həyat əlaməti olaraq qəbul edirlər.
Ürək paroqu zamanı xəstələrdə nevrostenik vəziyyət nazərə çarpılır. Fiziki fəaliyyət zamanı onlar tez yorulur, əqli fəaliyyətlə uzun müddət məşğul ola bilmir, diqqətin davamiyyəti pozulur, prosesin sonunda başda ağrılar yaranır və nitqdə pozuntular müşahidə olunur. Nəticədə xəstə aqressivləşir, ağlayır, söhbətdən və ya fəaliyyətdən imtina edir ( 8. səh 38).
Ürək xəstəliklərindən əziyyət çəkən xəstələrin intelektual fəaliyyətlərində də müəyyən dəyişikliklər baş verir. Bura biz əsasən təfəkkür fəaliyyətinin zəifləməsini, maraq dairəsinin daralmasını aid edə bilərik. Eləcə də bəzi xəstələrdə diqqətin yayınmasının nəticəsi olaraq hövsələsizlik və tələskənlik hallarını müşahidə edə bilərik. Ona görə bu cür xəstələrdə intellektual fəaliyətin məhsuldarlığı aşağı düşür. Belə xəstələr xəstəlikləri haqqında, mövcud imkanları barədə real faktları qəbul edə bilədikləri zaman ərzində daha da aqressiv və dözülmaz olurlar ( 8. səh 42).
Bu xəstəliklər zamanı yaranan tipik hallardan biri də yuxusuzluqdur. Normal yuxunun pozulması xəstənin həm bioloji, həm də psixolji proseslərinə mənfi təsir göstərir, onun normal sosial aktivlik dairəsini məhdudlaşdırır, yaxud da tamamilə dondurur. Psixoloji yorğunluq keçirən xəstələr ən kiçik əhəmiyyətsiz qıcıqlandırıcılara qarşı aqressiv davranışda olurlar. Depressiv vəziyyətə düsən bu cür xəstələr hətta sui-qəsdə də əl ata bilərlər.( 4. səh 112)
Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların başlıca problemlərindən biri düzgün rejimlərinin olmaması, hədsiz fiziki və intelektual yüklənmələr altında fəaliyyət göstərmələridir. Demək olar ki, bu tip insanlar özlərinə qarşı çox tələbkar olur, məqsədəyünlü və tərs olurlar. Onlar çox zaman xəstəxanalardan qaçır, psixoloji konsultasiyaya və psixoterapiyaya maraq göstərmirlər. Məhz bu tip xəstələr məqsədə çatma ərəfəsində kəskin potoloji vəziyyətdə xəstəxanaya gətirilir. Xəstəliyin ağır diaqnozu onlarda birbaşa depressiya yaradır, onlar xəstəliyi, orqanizmlərində yaranan defektləri qəbul edə bilmirlər, onlarda daxili konfliktlər yaranır, xəstəliklə barışmır, cəmiyyətə və dünyaya qarşı aqressiv münasibət bəsləyirlər. Yeni çərçəvədə məhdud fəaliyyət sferası onlarda özünüqiymətləndirməni aşağı salır. ( 9. səh 45 ).
Ürəyin paroku zamanı ipoxondrik pozuntular əsasında tipik olaraq dayanaqlı senostopik sindromlar yaranır. Xəstədə müəyyən psixogen və yatrogen faktorlu fobiyalar yaranır. Əsasən kardiofobiya daha geniş forma alır.
Ürək-damar xəstəliklərinin yaranmasının başlıca səbələri aşağıdakılardır:
1. Sinir-əsəb mexanizmlərinin pozulması;
2. Ürək damarlarının aterosklerozu;
3. Miokardda maddələr mübadiləsinin pozulması;
4. Qan dövranının pozulması.
Miokard infarktı zamanı patogen faktorlarla yanaşı güclü risk faktoru rolunu mənfi emosiyalar oynayır. Miokardın infarktı zamanı psixi fəaliyytin pozulmasının əsas səbəbləri bunlardır:
– Beynin qan dövranının pozulması;
– Beynin oksigenlə qidalanmaması;
– Bədəndə “oksigen aclığının” yaranması. (el. mənbə 11)
Xəstəliyə mənfi təsir göstərən əsas amil xəstənin ilk mərhələdə euforiya halları yaşamasıdır. Bu xəstənin qeyri-ixtiyari reaksiyasıdır. Bəzi xəstələr isə diaqnozdan sonra apatiyaya meylli olurlar. Uzun müddət yataq rejimində qalır, özlərini ətraf aləmdən təcrid edirlər. İnfarktdan sonrakı mərhələlərdə bir çox xəstə fərqli həyat tərzinə başlayaraq bəzən özlərini ifrat qoruma mexanizminə məhkum edirlər. Cavabdehlikdən qaçır, ətrafdakılarla əlaqələrini məhdudlaşdırır, bütün maraq və diqqətlərini xəstəliklərinə yönəldirlər. Eqoist və ifrat deyingər olur, ailədə tez-tez konflikt yaradırlar. Xəstəliyin müddətindən asılı olaraq bu xüsusiyyətlər xəstədə bərkiyə bilər və şəxsiyyətin ipoxondrik inkişafı yaranar. Belə insanların mütləq emosional boşalmalara ehtiyacları vardır.
1.2. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların fərdi-psixoloji xüsusiyyətlərində özünüqiymətləndirmə və həyəcənlılıq hallarının fərqli təzahürləri.
Patopsixoloji tədqiqatlar zamanı tibbi-psixoloji metodlar ilə onlar özünüqiymətləndirmənin aşağıdakı dəyişilmiş formalarını müəyyən etmişlər:
– Özünüqiymətləndirmənin aşağı düşməsi şəxsin bütün psixi xüsusiyyətlərinin bərabər ölçüdə aşağı düşməsi ilə əlaqədardır;
– Özünüqiymətləndirmənin aşağı həddi fərqli rol pozisiyaları və mən obrazları ilə əlaqədar fiziki keyfiyyətlərin tam və ya hissəvi itirilməsi ilə əlaqədardır;
– Özünüqiymətləndirmənin yuxarı olması müəyyən qrup psixi proseslərin bərabər ölçüdə yuxarı olması, digərlərinin aşağı enməsidir;
– Paradoksal özünüqiymətləndirmə şəxsin öz fiziki və psixi xüsusiyyətlərinin ziddiyəti əsasında qeyri adekvat yüksək və ya aşağı qiymətləndirmə.
Endogen pozuntularda, depressiya zamanı özünüqiymətləndirmə aşağı düşür, əsəbilik zamanı dissosiv olur. Eqosentrik meyllər zamanı isə insan özünüqiymətləndirmə ifrat yüksək olur. Xəstəliklər zamanı şəxsiyyətin motivasion sferası dəyişir. Adətən müəyyən motivlər tədricən şəxsiyyətin həyat tərzinə çevrilir.
V.Vundt özünüqiymətləndirmə şkalası ilə depresiyanın fərqli cəhətlərinin öyrənilməsi üçün eksperiment aparmışdır. Tədqiq olunanlardan ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdən 66%. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərdən isə 53% də depressiya aşkar edilmişdir (3. səh 125).
Dembo-Rubinşteyn özünüqiymətləndirmə testi ilə aparılan tədqiqatlarda ürəyin işemik xəstələyindən əziyyət çəkənlərin 73% özünüqiymətləndirmə aşağı olmuşdur.
Muxtarenko İ.Y. və Muradəliyev T.M. tərəfindən ürəyin işemik xəstəliyindən əziyyət çəkən insanlarda xəstəliyin onların həyat tərzinə təsiri öyrənilmişdir. Nəticədə, aşağıdakı aspektlər qeyd edilmişdir:
1) Klinik simptomların artması həyat tərzinin aktivliyini daha da aşağı salır;
2) Xəstənin daxili narahatçılığını inkar etmasi və sosial sferadakı mövqeyini itirmə qorxusu bu xəstəliyin vəziyyətini daha da ağırlaşdırır, onun psixo-emosional vəziyyətini gərginləşdirir. ( 8. səh 56).
A.B. Dobrovolski tərəfindən aparılan tədqiqatlara görə xəstənin qeyri-stabil həyat tərzi imkan verir ki, onun xəstəliyinin əsas səbəbi müəyyən edilsin. Nəticədə, xəstəliyin daxili səbəbləri aşkar edilir. Ürək-damar xəstəliklərinin formalşmasına təsir edən ilk amillər şəxsiyyətin fərdi və psixoloji xüsusiyyətləridir ki, bura iradi motivasiya, emosional və koqnitiv qavrama, dünya haqqında təsəvvürlər müstəqilliyi, özünüqiymətləndirmə strukturu, davranış tipi, sosial faktorlar və s. daxildir. İkinci qrup faktorlara xəstəliyin klinik xüsusiyyətləri daxildir. Müəllifə görə xəstənin öz probleminə qeyri-obyektiv yanaşması: ya həddsiz laqeydliyi, ya da ona faciəvi yanaşması, bilavasitə, xəstəliyinin xroniki vəziyyət almasına səbəb olur. Təbii ki, bu da qeyri-obyektiv özünüqiymətləndirmə ilə bağlıdır. O, psixogen xəstələrin bu cür münasibəti yüksək həyəcanlığın sosial maskalanması adlandırırdı. Dobrovolski təlaşlığın formalarını öyrənərkən iki əsas fərqli kateqoriyalar aşkar etmışdı:
– Açıq həyəcan;
– Qapalı həyəcan.
Aşıq həyəcan şüurlu şəkildə həm davranışda, həm də fəaliyyətdə ekspressiya ilə ifadə olunan emosional-psixoloji vəiyyətdir. Qapalı həyəcan isə gizli saxlanılan, bəzən də müəyyən dərkedilməyən, ya da dolayı yolla spesifik davranışlarla ifadə olunan bir haldır.
Açıq həyəcanın üç forması irəli sürülür:
a. Kəskin idarə olunmaz həyəcan – fərd müstəqil olarq vəziyətini idarə edə bilmir.
b. İdarə olunan və kompensasiya alan həyəcan, bu da öz növbəsində iki alt qrupa bölünür:
– Başqa fəaliyyətlə keçməklə həyəcan dərəcəsinin aşağı enməsi;
– Həyəcanın digər fəaliyyət üçün stimul olması;
c. Ayinə çevrilmiş həyəcan – fərd üçün adiləşən və ya yüksək qiymətləndirilən şəxsi keyfiyyət kimi qəbul edilir.
Qapalı həyəcan daha az rast gəlinir. Çünki onu müşahidə ilə müəyyən etmək asan deyil. Qapalı həyəcan da iki qrupa bölünür.
1. Qeyri-adekvat sakit təlaşlıq
2. Situasiyadan qaçış.
Birinci halda insan öz təlaşını həm ətrafdakılardan, həm də özündən gizlətsə də, daxilən özünümüdafiə vəziyyətində olur. İkinci halda isə insan öz “Mən”inə qarşı aşırı qayğıkeş münasibətdə olur, bir nov himayədar valideynə çevrilir, reallıqdan qaçır, həyəcan yaradacaq amillərdən özünü uzaqlaşdırır (el. mənbə 13).
Prixojan qeyd edir ki, həyəcan və özünüqiymətləndirmə bir-biri ilə çox sıx bağlı və tərs mütənasib vəziyyətdədirlər. Biri nə qədər yüksək olarsa, digəri də bir o qədər aşağı olur və ya əksinə. (3. səh 142).
Həyəcanın ilkin yaranma səbəbləri: insanın özünə qarşı tələbkarlığı, ailə təzyiqinin olması, cəmiyyətin ondan gözləmələri və özünun bunları ödəyə bilməmə potensialını dərketməsi səviyyəsidir. Məsələn: imtahan əvvəli, ali məktəblərə qəbul olma zamanı və s. bu kimi gözləmələrdə həkimlər daha çox nevroz xarakterli ürək-damar xəstəliklərindən şikayətlərlə qarşılaşırlar. (el. mənbə 12)
Öz-özlüyündə iddia ilə özünüqiymətləndirmə arasında heç bir asılılıq yoxdur. Lakin şəxsiyətin daxilində və ya sosial münasibətlərində onun real bacarıqlar səviyyəsi ilə iddia səviyyəsi arasında natarazlıq aşkarlanırsa, bu zaman yaranan daxili konflikt həyəcana çevrilir.
Ç.D.Spilberqer öz təcrübələrində sübut etmişdir ki, həyəcanlıq ilə özünüqiymətləndirmə arasında asılılıq var. Onun fikrincə həyəcanlılıq xüsusi fərdi-psixoloji haldır. O, həyəcanlılıq anlayışını iki qrupa bölür:
– Müvəqqəti, situativ həyəcanlılıq;
– Daimi, tipik həyəcanlılıq.
Ç.D.Spilberqin nəzəriyyəsinə əsasən təlaşlıq anlayışları aşağıdakı şəlikdə xarakterizə olunur:
– İnsanın şəxsi həyatı üşün bilavasitə təhlükə yarada biləcək amillərə xoşagəlməz emosional reaksiya;
– Yaşanan gərginliyin təhlükəliliyindən asılı olaraq həyacaının intensivlik dərəcəsi;
– Yüksək həyəcanlılığa meylli olan insanlar potensial təhlükə və uğursuzluq ifadə edən hadisələrə daha intensiv reaksiya verirlər;
– Həyəcanlılıq yaradan hallar fərddə müdafiə mexanizmlərini ya aktivləşdirir, ya da onun vəziyyətini dondurur ( 5. səh 98).
Sidorovun qeydlərinə görə həyəcanlılığın situativ və şəxsi olaraq qruplaşdırılması nəinki psixologiyada, həmçının diaqnostika və eksperimental praktikada bu sahə üzrə tədqiqatların aparılmasını əlverişlı edir ( 5. səh 99).
Bundan başqa, Sofina və onun əməkdaşlarının tədqiqi zamanı aşağıdakı qanunauyğuluq müəyyən edilmişdir:
– Qeyri-adekvat, dayanaqlı yüksək özünüqiymətləndirmə aşağı həyəcanlılıq və ekstravertlik göstəricisidir;
– Qeyri-adekvat aşağı özünüqiymətləndirmə yüksək həyəcanlılıq və introvertlik göstəricisi hesab edilir. (3. səh 158).
Brozdina tərəfindən isə şəxsi həyəcanlılıq daxili konfliktin nəticəsi kimi qiymətləndirilmişdir.
Müasir psixologiyada iki tip həyəcanlılıq mənbəyi qeyd olunur:
– Davamlı xarici stressli situasiyalar. Bu Y.L.Xanin və Ç.D.Spilberq tərəfindən aşkarlanıb;
– Daxili psixoloji və ya psixofizioloji səbəblərin nəticəsi kimi. (4. səh 125).
Biz də öz eksperimentimizi bu son bölgü əsasında aparacağıq.

DƏYİŞİLMƏSİNİN EKSPERİMENTAL – PSİXOLOJİ TƏDQİQİ.
2.1. Eksperimentin məqsədi və vəzifələri.
Prixojan və Spilberqerin nəzəriyyələrinə əsaslanaraq belə bir fikir formalaşır ki, özünüqiymətləndirmə nə qədər aşağı olarsa, insanda həyəcanlılıq da bir o qədər yüksək olar. Eyni zamanda Vundtun özünüqiymətləndirmə ilə depressiya arasında asılılığını aşkarlayan təcrübələrini nəzərə alaraq belə bir hipotez irəli sürə bilərik ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda həyəcanlılığın əsas səbəbi özünüqiymətləndirmənin aşağı olmasıdır. Əgər bu aspekt təsdiq olunarsa, psixoterapevt konsultasiya zamanı fəaliyyətini xəstənin daxili dəyərlərini aşkarlamasına səfərbər etməlidir.
Hipotez: Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda həyəcanlılığın və gərginliyin yuxarı olmasının əsas səbəbi özünüqiymətləndirmənin aşağı olmasıdır.
Eksperimentin məqsədi: ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda özünüqiymətləndirmə ilə həyəcanlılıq arasında asılılığı aşkarlamaq.
Eksperimentin vəzifəsi: verilən hipotezin doğru olub-olmadığını müəyyən etmək.
Eksperimentin obyekti: ürək-damar xəstəliklərindən əziyyət xəstələr və onların fərdi-psixoloji xüsusiyyətləri.
Eksperimentin subyekti: sağlam və ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda özünüqiymətləndirmə və həyəcanlılıq.
Eksperiment iki hissədən ibarətdir. Birinci hissədə Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması şkalası” (Əlavəyə bax.) metodu ilə hər bir insanla fərdi şəkildə həyata keçirildi. Ikinci hissədə isə Dembo-Rubinşteynin özünüqiymətləndirmə skalası” (Əlavəyə bax.) üzrə qrup səklində tədqiqat aparılmışdır.
2.2. Tədqiqatda iştirak edənlər.
Eksperimentdə 35-84 yaş arası 50 nəfər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar və 50 nəfər sağlam insan iştirak etmışdir. 50 nəfər xəstənin 22 nəfəri qadın, 28-i isə kişı idi. Bunlardan 12 nəfər stenokardiyadan, 17 nəfər ürəyin miokard infarktından, 30 nəfər hipertoniyadan və 1 nəfər isə ürəyində anadangəlmə mitual qapağın qüsuru xəstəliyindan əziyyət çəkirdi. (Əlavəyə bax.).
Eksperimentdə iştirak edən sağlam insanlar təsadüfi formada seçilmiş və elektrokardioqramm aparatı ilə yoxlanılmamışdılar.
İştirak edən xəstələrin əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olan şəxslərdir. Sosial vəziyyətləri kafi, 35 nəfər ali təhsilli, 15 nəfər texniki-peşə təhsilli, qalan şəxslər isə orta təhsilli insanlardır. Tədqiq olunanların sahib olduqları iş sahələri müəllim, sürücü, mühəndis, zabit və elektrik ixtisasları üzrə olmuşdur.
İnsanların eksperimentdə iştirakı könüllü şəkildə baş vermişdir.
Eksperiment birinci hissəsində “Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması” (Əlavəyə bax.) metodu ilə fərdi şəkildə, ikinci hissəsində isə “Dembo-Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” (Əlavəyə bax.) testi ilə qrup səklində aparılmışdır.
Eksperiment Bakı və Sumqayıt şəhərlərinin xəstəxanalarında aparılmışdır.
2.3. Tədqiqatda istifadə olunan metodlar.
Birinci metod Spilberqer-Xaninin həyəcanlığın situativ və ya şəxsi olmasının ölçülməsi şkalasıdır. 20 şkala üzrə 4 variantlı cavablar verilməlidir. Hər şkalada bir cümlə verilmişdir. Tədqiq olunanlardan tələb olunur ki, real vəziyyətinə uyğun olaraq verilən cümlələri qiymətləndirsin.( Daha ətraflı bilmək üçün əlavəyə bax.)
Bu metoddan istifadə etməyimin əsas məqsədi həm sağlam, həm də xəstə insanlarda həyəcanlılıq hallarının hansı fərqli dərəcələrdə olmasını müəyyən etmək, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda daxili həyəcanlılığı aşkarlamaqdır.
İkinci metod “Dembo və Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” metodudur. Tədqiq olununlara testin qaydaları və səkkiz variant üzrə üç hissədən ibarət cədvəl təsvir olunan blanklar verilir.
Tədqiq olunanlar özlərininin “Ağıl”, “Xarakter”, “Səadət”, “Qabiliyyət”, “Ünsiyyət”, ”Görünüş” və “Gələcək” anlayışlarına münasibətlərini iki aspektdə qiymətləndirəcəklər: real vəziyyətlərinə uyğun olaraq və gələcəkdə görmək istədikləri vəziyyətə uyğun olaraq. Birinci halda seçimlərini “ – ” işarəsi ilə, ikinci halda isə “ x ” işarəsi ilə qeyd edəcəklər. Qeydlər 100 mm xəttlər üzərində aparılır. Cədvəl üfüqi xəttlərlə 3 hissəyə və 100mm ilə ifadə olunun maili 8 xəttlərlə bölünmüşdür ( Bax Əlavə 2-yə).
Bu metoddan istifadə etmə səbəbim tədqiq olunanlarda özünüqiymətləndirmənin adekvat və qeyri-adekvat olmasını müəyyən etmək və alınan nətəcələrin həyəcanlılıq ilə əlaqəsinin olub-olmamasını müəyyən etməkdir..
2.4. Alınan göstəricilər
2.4.1. “Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması” metodu əsasında əldə edilən ümumi göstəricilər:
Tədqiqat qrupu Həyəcanlılıq dərəcəsi
Situativ həyəcanlılıq Şəxsi həyəcanlılıq
Sağlam insanlar 28,4 26,8
Hipertoniya
57,6
52,3
Stenokardiya 65,7 61,5
Miokard infarktı 64,3 71,2
Anadangəlmə ürək qüsuru. 65,2 72,1
2.4.2. “T. Dembo- S.Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” metodu üzrə xəstələrin ümumi göstəriciləri:
№ Xəstəliyin növü Xəstələrin sayı. Korrelyasiya metodu ilə
.r= Dembo-Rubinşteyn metodu üzrə cavablar
1 İnfarkt 3 .r=0,95 Qeyri-adekvat yuxarı.
2 İnfarkt 8 .r= – 0,81 Qeyri-adekvat aşağı.
3 İnfarkt 6 .r= – 0,09 Öz “İdeal Mən”inə və “Real Mən”inə qeyri-diferensial yanaşma. Özü haqqında qarışıq fiikirlərə sahib olmaq.
4 Stenokardiya 6 .r=0,94 Qeyri-adekvat yuxarı.
7 Stenokardiya 4 .r=0,87 Adekvat yuxarı.
8 Stenokardiya 2 .r= – 0,59 Qeyri-adekvat aşağı.
13 Hipertoniya 20 .r= -0,54 Qeyri-adekvat aşağı.
15 Anadangəlmə ürək qüsuru 1 .r= – 0,23 Öz “İdeal Mən”inə və “Real Mən”inə qeyri-diferensial yanaşma. Özü haqqında qarışıq fiikirlərə sahib olmaq.
2.5. Nəticələrin müzakirəsi.
Eskperimentin birinci mərhələsində “Spilberqer və Xaninin situativ və şəxsi həyəcanlığın aşkarlanması” metodu əsasında əldə edilən ümumi nəticələr göstərir ki, saglam insanlara nisbətən xəstə insanlarda situativ və şəxsi həyəcan dərəcəsi qeyi-adekvat olaraq qiymətləndirilərək ifadə olunur. Stenokardiya və hipertoniya xəstəliklərindən əziyyət çəkən xəstələrdə həm situativ, həm də şəxsi həyəcan dərəcələri arasında nisbi bərabərlik vardır. İnfarkt keçirmiş insanlarda isə şəxsi həyəcan situativ həyəcandan daha yüksək xarakter almışdır. Ümumi olaraq ən yüksək şəxsi həyəcanlılıq infarkt xəstəliyindən əziyyət şəkən insanlarda əks olunur. Situativ həyəcanlılıq dərəcəsi isə stenokardiya xəstəliyinə tutulanlarda digərləri ilə müqayisədə daha yüksəkdir. Aparılan eksperimentdən görünür ki, insanın psixoloji xüsusiyyətlərindən biri olan həyəcan sağlam və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların şəxsiyyət strukturunda fərqli dərəcələrdə olur. Xəstəliyin proqressivliyi artdıqca şəxsi həyəcanlılıq patoloji pozuntu səviyyəsində ifadə olunur və istənilən psixo-emosional qıcıqlara sərt reaksiya sterotipini yaradır.
Eksperimentin ikinci mərhələsində “T.Dembo-S.Rubinşteynin özünüqiymətləndirmənin müəyyən edilməsi” metodu üzrə xəstələrin ümumi göstəricilərini nəzərə alraq deyə bilərik ki, ən yüksək qeyri-adekvat göstərici stenokardiya xəstəliyinə tutulmuş insanlarda əks olunur. Qiymətləndirmə zamanı böyük gərginlik keçirən xəstələr infarkt keçırən insanlardır. Onların 8 nəfəri qeyri-adekvat aşağı nəticələr göstərsə də, 6 nəfər ifrat aşağı qiymətləndirmə mövqeyində olublar (-0,09). Ümumilikdə isə hipertoniya xəstəliyindən əziyət çəkən bütün xəstələrdə özünüqiymətləndirmə birmənalı şəkildə aşağı olmuşdur. Həmçinin, eksperimentdə iştirak edən bir nəfər anadangəlmə ürək qüsurundan əziyyət çəkən qadının göstəriciləri infarkt keçirmiş insanların göstəricilərinə uyğun olmuşdur (r= – 0,23).
Əldə edilən bütün nəticələri qrafik təsvirlə ifadə edərək biz deyə bilərik ki, özünüqiymətləndirmə ilə həyəcanlılıq arasında müəyyən asılılıq vardır. Bu asılılığın tərs mütənasibliyi miokard infarktı və hipertoniya xəstəliklərindən əziyyət çəkən insanlar özünü doğruldsa da, stenokardiya xəstələrində fərqli göstəriciləri müşahidə edirik.
Qrafik təsvir 1.
Nəticələrə əsasən deyə bilərik ki, adekvat göstəriciləri biz yalnız stenokardiya xəstəliklərindən əziyyət çəkən insanlarda müşhidə etdik. Digər xəstələrdə isə bu müşahidə olunmadı. Hər bir halda sağlam insanlardan fərqli olaraq ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda həm situativ, həm də şəxsi həyəcan yüksək oldu. Qeyri-adekvat yuxarı göstəricilər miokard infarktı və stenokardiya xəstəliklərindən əziyyət çəkən insanlar müşahidə olundu.
Aparilan tədqiqatlar bizə onu deməyə imkan verir ki, əksər ürək-damar xəstəliklərində özünüqiymətləndirmə nə qədər aşağı olarsa həyəcanlılıq bir o qədər yüksək olar. Məsələn, 6 nömrəli (əlavə 3-ə bax) xəstə ilə söhbət zamanı, o, öz sağlamlığı haqqında belə danışırdı: – “Sağlamlıq insanın ruhunu qidalandırır, hər şey bir-birinə bağlıdır. Mən həyatda çox əziyyət çəkmişəm, özümə baxmamışam. Amma bundan sonra ancaq özüm üçün yaşayacam, sağlamlığım ilə məşğul olacam və bu xəstəlikdən azad olacam”. Qadının özünüqiymətl&#