AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsinin
əyani şöbəsinin IV kurs tələbəsi
Abdulhəmidova Xumarə Sahib qızının
“Psixologiya” ixtisası üzrə bakalavr
dərəcəsi almaq üçün
“YENİYETMƏLƏRİN ŞƏXSİYYƏT İDENTİFİKLİYİ VƏ AQRESSİVLİK”
mövzusunda
B U R A X I L I Ş İ Ş İ
Kafedra müdiri: AMEA-nın müxbir üzvü,
prof. B.H.Əliyev
Elmi rəhbər: dos. C. Təhmasib
BAKI – 2009
MÜNDƏRİCAT
GIRIŞ …………………………………………………………………………………………………..3
FƏSIL I. YENIYETMƏLƏRDƏ ŞƏXSIYYƏT KEYFIYYƏTLƏRININ INKIŞAFININ PSIXOLOJI TƏHLILI ………………………………………………………6
1.1. Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri ………………………………..6
1.2. Yeniyetmələrdə şəxsiyyətin formalaşmasına təsir edən sosial-psixoloji amillərin təhlili………………………………………………………………………………………18
FƏSIL II. ŞƏXSIYYƏT IDENTIFIKLIYI VƏ AQRESSIVLIYIN TƏZAHÜR XÜSUSIYYƏTLƏRI ……………………………………………………………………………23
2.1. Psixologiyada identikliyin tədqiqində əsas nəzəri və eksperimental yanaşmalar …………………………………………………………………………………………23
2.2. Yeniyetmələrin milli identikliyinin tədqiqinə əsas yanaşmalar ………………32
2.3. Yeniyetmələrdə aqressivliyin təzahür xüsusiyyətləri ………………………………35
FƏSIL III. YENIYETMƏLƏRDƏ AQRESSIYANIN EKSPERIMENTAL PSIXOLOJI TƏDQIQI …………………………………………………………….37
3.1. Tədqiqatın təşkili və keçirilməsi ………………………………………………………..37
3.2. Alınan nəticələrin təhlili …………………………………………………………………..46
NƏTICƏ ……………………………………………………………………………………………..48
ƏDƏBIYYAT SIYAHISI ………………………………………………………………………51
GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə yeniyetmələrdə aqressivliyin və identifikliyin öyrənilməsi bir neçə səbəbdən aktuallıq kəsb edir. Əvvəla uzun müddət «aqressiya» tibbi, bioloji və irsi» kateqoriya kimi baxıldığından problem psixoloji səhnəyə çıxarılmamış və bu aspektdən araşdırılmamışdır. İkincisi, ümumi psixoloji biliklər baxımından məsələyə yanaşdıqda aydın olur ki, aqressiya hər hansı bir prosses kimi nəzərdən keçirilmir. Sadəcə olaraq insanın emosional halətlərinə, tələbatlarına epizodik toxunulur. Halbuki, məsələyə sistem yanaşması baxımından diqqət yetirilməsi olduqsa zəruridir. Üçünçüsü, aqressiv davranışın ümumi psixoloji mexanizmləri müəyyən mənada aydınlaşdırılsa da onun təzahürünün etnik milli-amilləri diqqətdən kənarda qalmışdır. Nəhayət, aqressiv davranışın təşəkkül və təzahür xüsusiyyətlərinin bilavasitə tədqiqat obyektinə çevrilməsi bu davranış tərzinin ən geniş detallarını araşdırmağa imkan verir.
Sosial identiklik nəzəriyyəsi postulat kimi qəbul edir ki, müsbət özünüqiymətləndirmənin alınması müxtəlif sosial qrup nümayəndələri kimi adamlar arasındakı münasibətlərin əsasını təşkil edir. Öz növbəsində özünü bu və ya digər sosial qrupa aid etmək, yəni kateqoriyalaşdırma prosesi bir sıra koqnitiv yerdəyişmələrlə müşayiət oluna bilər ki, bu da kateqoriyalaşdırma prosesinin özünə təsir göstərir.
Aqressiya tədqiqat obyekti kimi başqa elm sahələri tərəfindən də öyrənilir. Xüsusilə biologiya, etologiya, sosiologiya, hüquq, konfliktologiya və s. elmlər özünəməxsus tədqiqat metodlarından istifadə etməklə qeyd olunan məsələnin tədqiqini həyata keçirirlər. Lakin insanın aqressiv davranışının mexanizmi onun təbiəti belə bir hissin əmələ gəlməsi və davranış zamanı təzahür etməsi və onun səbəbləri barədə sanballı tədqiqatlar məhz psixoloqlar tərəfindən aparılır.
Aqressivlik probleminin Azərbaycan materialları əsasında tədqiq olunması Respublikamız üçün həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. Son dövrlərdə sosial-iqtisadi çətinliklər torpaqlarımızın zəbt olunması, didərginlik və qaçqınlıq problemi aqressivlik hissinin daha da güclənməsinə səbəb olmuşdur. Problemə yaş baxımından yanaşdıqda görürük ki, gənclər arasında aqressiv davranış daha tez-tez müşahidə olunur. Beləliklə, yeniyetmələrdə aqressivliyin və identifikliyin daha çoz təzahür etməsi onların şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir.
Mövzunun işlənmə səviyyəsi. Hər hansı elmi-tədqiqat işinə başlamamışdan əvvəl araşdırılacaq problemin öyrənilməsinə dair tarixi məlumatın verilməsi zəruridir. Bu bir tərəfdən tədqiqatçının problemə dərindən bələd olmasını, digər tərəfdən isə tədqiq edəcəyi məsələni daha düzgün istiqamətdə, özündən əvvəlkilərə istinad edə bilməsinə şərait yaradacaqdır. Odur ki, tədqiqat məsələsində ən etibarlı cəhət və mövzuya düzgün yanaşa bilmək xırda məsələlərə və mübahisə edən rəylər içərisində tərəddüd etməmək üçün tarixi rabitəni bilmək lazımdır. Yəni hər bir məsələnin necə əmələ gəldiyini, onun inkişafında nə kimi əsas mərhələlərdən keçdiyi nöqteyi-nəzərə əsaslanaraq hazırda hansı vəziyyətdə olduğunu nəzərə almalıdır. Aqressiv davranış problemi müxtəlif dovrlərdə ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif aspektlərdə tədqiq olunmuşdur. Belə ki, bu məsələyə xarisi olkə alimlərindən Leonard Berkoviç, Debora Riçardson, Robert Beron, Arnold Bass, Albert Bandura, Nil Miller, Stenli Milqram, Con Dollard, Ziqmont Freyd, Konrad Lorens, Kristian Bütner və başqalarını qeyd edə bilərik. Probelmlə bağlı rus psixoloqlarından Rean A., Semenyuk L, İvanov L., Rumyantseva T., Anna Ros və başqalarının müəyyən fikir və mülahizələrinə rast gəlirik. Azərbaycanda isə aqressiyanın tibbi aspektləri N.İsmayılov, F.İsmayılov tərəfindən işlənmişdir. Problemin psixoloji aspektdə öyrənilməsinə isə respublikamızda nisbətən az diqqət yetirilmişdir.
Tədqiqatın obyekti. Tədqiqat obyekti kimi məktəblərdə təhsil alan yeniyetmə şagirdlər gotürülmüşdür.
Tədqiqatın predmeti. Müxtəlif şəraitlərə yeniyetmələrin aqresivliyininvə identikliyin təzahür xüsusiyyətləri təşkil edir.
Tədqiqatın əsas fərziyyəsi. Aqressivliyin təşəkkül və təzahürü insanın ancaq bioloji, psixoloji keyfiyyətləri ilə bağlı olmayıb, eləsə də, fərdi təhsil səviyyəsindən, dünyagörüşündən, ozünə və başqalarına münasibətindən, həmcinin ailədə və digər sosial mühitlərdə mövcud olan təlim-tərbiyə sistemindən cox asılıdır.
Tədqiqatın məqsədi. Tədqiqatın məqsədi yeniyetmələrdə aqressivliyin təşəkkül və təzahür xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir. İlk dəfə olaraq aqressivliyin təşəkkül və təzahür xüsusiyyətləri , eləcə də identiklik etnik milli kontekstdə araşdırılır.
Tədqiqatın elmi-nəzəri əhəmiyyəti. Tədqiqatda aqressiv davranışla bağlı elmi bilikləri ümumiləşdirməyə çox böyük əhəmiyyət verilmişdir. Yaradılmış nəzəri konseptual əsaslar bununla bağlı aparılan tədqiqatlar üçün müəyyən istiqamət rolunu oynaya bilər.
Tədqiqatın praktik əhəmiyyəti. Aparılmış tədqiqatın praktik əhəmiyyəti onun tədqiqi sahələrinin geniş olmasından irəli gəlir. Tədqiqat işində aparılmış nəticələr mühazirələrdə, müzakirələrdə, eləcə də kurs işlərində istifadə oluna bilər.
Tədqiqatın metodikası və metodoloji əsasları. Tədqiqatın metodoloji əsaslarının ümumi, psixoloji və tibbi müddəalar təşkil edir. Tədqiqatda bir sıra anket və sorğulardan istifadə olunmuşdur. Aparılacaq tədqiqatda 80 nəfər iştirak etmişdir. İştirakçılar siniflər üzrə bölünmüşdür. Aqressiv davranışın öyrənilməsi ilə bağlı müxtəlif tədqiqatçıların tərtib etdiyi testlərdən istifadə olunmuşdur. Tədqiqatın əsaslı olmasını və mötəbərliliyini təmin etmək məqsədilə bu testləri tətbiq edərkən biz onları mövcud şəraitə uyğunlaşdırmışıq. Tədqiqat zamanı əsasən A.Bass və A.Darkinin «Aqressiyanın forma və göstəricilərin diaqnostik metodikasından», A.Asingerin «Aqressivliyin diaqnostikası» və Rozen Sveykin «Proyektiv metodikası»ndan istifadə etmişik.
Tədqiqatın strukturu. Buraxılış işi giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
FƏSIL I. YENIYETMƏLƏRDƏ ŞƏXSIYYƏT KEYFİYYƏTLƏRİNİN INKIŞAFININ PSİXOLOJİ TƏHLİLİ
1.1. Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri
Bildiyimiz kimi yeniyetməlik yaş dövrü mürəkkəb xüsusiyyətlərə və təza¬hürlərə malik «böhranlı» yaş dövrüdür. Elə bir tədqiqatçıya rast gəlməzsən ki, yeniye¬t¬mə davranışının təzadlı xüsusiyyətlərinə toxunmasın. Bu yaş dövründə baş verən dəyiş¬ik¬¬liklərin, yeni psixoloji məziyyətlərin meydana çıxmasının müxtəlif səbəbləri və hərə¬kət¬verici qüvvələri vardır. Yeniyetmə şəxsiyyətinin formalaşması əqli intellektual inki¬şa¬fın müəyyən həddə çatması, əslində onun yetkinliyə qədəm qoymasıdır. Bu mərhələ¬də¬ artıq onun şəxsiyyət kimi formalaşması prosesi
Məlumdur ki, yeniyetməlik yaş dövrünü keçid, «böhran»lı yaş dövrü adlandırırlar. Bu təsadüfi deyildir. Yeniyetmənin orqanizmində baş verən psixofizioloji dəyişikliklər münasibətlər sferasının yeniləşməsi, özünə və başqalarına münasibətin dəyişməsi və s. onların davranış və rəftarının yenidən qurulması, şəxsi «mən»də yeni protensial imkanların, keyfiyyətlərin dərk edilməsinə ciddi təsir göstərir. Nəzərdən keçirdiyimiz bu amillər yeniyetmənin əqli, intellektual, mənəvi-psixoloji keyfiyyətlərin inteqrasiyasını, ən başlıcası isə öz kimliyinin təsdiqini, ideya və arzularının bu istiqamətdə oriyentasiyasına səbəb olur. Belə halda yeniyetmənin qarşısına çıxan: Mən kiməm? Mənim həyat yolum necədir? Gələcəyim necə olacaq? kimi ilkin suallar onu dərindən düşünməyə və lazımi cavablar axtarmağa məcbur edir.
Yeniyetməlik yaş dövrünün özünəməxsus cəhətlərini, məziyyətlərini , onlarda özünüdərketmənin təşəkkülünə təsir göstərən köklü amillərin psixoloji səciyyəsini verməzdən əvvəl bu yaş dövrünə həsr edilmiş tədqiqatların psixoloji təhlilini verməyi başlıca məsələrdən biri hesab edirik . Nəzərdən keçirilən yaş dövrünün mürəkkəb ziddiyyətli, böhranlı xarakteri bu sahəyə olan marağın artmasına və bu yaş dövrünə geniş tədqiqat işlərinin həsr edilməsinə səbəb olmuşdur.
Mövcüd psixoloji, pedaqoji ədəbiyyatın, tezis və elmi məqalələrin təhlilindən aydın olur ki, yeniyetməlik yaş dövrünə həsr edilmiş tədqiqatlar kifayət qədərdir. Lakin bu tədqiqatlarda problemlə bağlı məsələlərin açılmasında, konkret olaraq bizi maraqlandıran mövzunun öyrənilməsində ətraflı,eləcədə problemin həlli yollarını və vasitələrini göstərən elmi mülahizələrə rast gəlinmir. Ən yaxşı halda yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili yaş və pedaqoji psixologiyada yaş xüsusiyyətlərinin, təlim-tərbiyə prosesinin tədqiqində, ayrı-ayrı psixi funksiyaların ontogenetik inkişaf yönümlərinin təhlilində yeniyetmələrdə ayrı-ayrı keyfiyyətlərin təşəkkülünə ötəri, səthi toxunulmuş, lazımi nəticələr əldə edilməmişdir.
Yeniyetməlik dövründə aparılmış tədqiqatların təhlilində F.Rays daha fərqli mövqe nümayiş etdirir. Onun fikrincə, problemin tədqiqinə həsr edilmiş tədqiqatları dörd istiqamətdə qruplaşdırmaq olar(125, səh. 18).
1. Bioloji yanaşma.
2. Koqnitiv yanaşma.
3. Psixoseksual yanaşma.
4. Sosial yanaşma.
Həmin qruplaşdırmanı geniş şəkildə şərh etsək, görərik ki, birinci istiqamətlə baglı bioloji yanaşmada əsas məsələ cinsi yetişmə və boy artımına yönəlmiş olur. Cinsi yetişmə və fiziki boy artımının ayrı-ayrı proseslərə təsiri başlıca məqsəd kimi vurğulanır. İkinci istiqamət koqnitiv yanaşmadır. Bu yanaşmada iki aspekt əsas götürülür: 1) yeniyetmə təfəkkürünün keyfiyyət modifikasiyası, 2) informasiyanın intellektual işlənilməsi sferasında baş verən kəmiyyət dəyişiklikləri. Burada başlıca məqsəd kimi təfəkkürün inkişafının yeniyetmə davranışına təsiri tədqiqat obyekti olur.
Üçüncü yanaşma psixoseksual yanaşmadır. Həmin yanaşmada şəxsiyyətin və emosional sferanın öyrənilməsi fonunda özünüdərketmənin, özünəhörmətin inkişaf dinamikası öyrənilir.
Nəhayət, dördüncü istiqamət sosial yanaşmadır ki, həmin tədqiqat işlərində sosial inkişafın yeniyetmələrin bir-birinə qarşılıqlı təsiri problemləri ön plana keçir.
Söylənilən bu cəhətləri nəzərə alıb bizim təsvir etdiyimiz qruplaşdırmanı əsasən tədqiqat modeli kimi, onun öyrənilmə istiqamətləri kimi qəbul etməyi məqsədəuyğun hesab edirik. Zənnimcə, bu cür qruplaşdırma prinsip baxımdan tədqiqatın asan və anlaşılan olması nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. İrəlidə təsvir etdiyimiz tədqiqatları ardıcıllıq baxımından təhlil edək.
Birinci istiqamət psixoseksual yanaşmadır. Yenyietmələrdə cinsi yetişmə dövrünün xarakteristikası amerikan psixologiyasında yaranmışdır. Onun banilərindən biri S.Holl yeniyetməlik dövrünün xüsusiyyətlərini bioloji ölçülərlə səciyyələndirmişdir və bu yaşın konflikt sindromunun köklərini cinsi yetişmə prosesində axtarırdı (18, səh. 282). Bu konteksdə aparılmış tədqiqatların uğurları psixoanalitik nəzəriyyənin nümayəndələrinin adı ilə daha çox məşhurlaşmışdır (96, 100). Onlar yeniyetməlik dövrünün təzadlarını onların özünüdərketməsində əmələ gələn ziddiyyətləri, eləcə də daxili konfliktləri instinktiv təbiətə malik şəhvət hisslərinin meydana gəlməsində görürlər. Maraqlı bir məsələni diqqət mərkəzinə yönəldən müəlliflərin qənaətinə görə yeniyetmələrdə emosional sferanın pozulması, onların ailənin hüdüdundan kənarda məhəbbət obyektinin axtarılması ilə səciyyələnir.
Artıq təsdiq edilmiş müddəadır ki, cinsi yetişmə prosesinin spesifikası özünəmünasibətin və başqalarına münasibətin konturlarını dəyişir. Bəs onda bu proses necə gedir? Özünüdərkin təşəkkülündə hansı yeni səciyyəvi xysusiuuətər əvvəlki yaş dövrlərində rast gəlinməyən cəhətlər ortaya çıxır?
Bu istiqamətin davamçılarından olan bəzi tədqiqatçılar (48, səh.171) yeniyet-məliliyə və gəncliyə cinsi «fərdiləşmə» dövrü kimi baxırlar. Yeniyetmənin özünüdərk-etməsində və özünüqavramasında əmələ gələn yenilikləri həmin tədqiqatçılar onların daxili aləmində baş verən köklü dəyişikliklərlə izah edirlər. Psixoseksual yanaşmanın ayrı-ayrı müəllifləri öz əsərlərində yeniyetmənin fiziki inkişafının xüsusiyyətlərinə və özünüqavramasına böyük əhəmiyyət vermişlər. Məsələn: E.Erikson hesab edir ki, yeniyetmənin fiziki keyfiyyətləri onlarda eqo identikliyin və «mən»in formalaşması, təşəkkülü üçün əhəmiyyətli faktordur. Eriksona görə yeniyetmənin özünüdərketməsinin əsasını identifikasiya prinsipi təşkil edir. Yəni yeniyetmələr özlərini dərk edərkən bilavasitə özlərini başqaları ilə eyniləşdirirlər. Müəllifin gəldiyi qənaətə görə yeniyetmələrdə özünüdərketmənin təşəkkülü və formalaşmasında bioloji, sosial və psixoloji amillər qarşılıqlı əlaqədə çıxış edir. Bədənin quruluşu, zahiri görkəmi yeniyetmənin özünüqavramasında ciddi əhəmiyyət kəsb edən amillər kimi qəbul edilə bilər.
Sonrakı dövrlərdə aparılmış tədqiqatlar da (48, səh.78) məhz bu səpkidə olmuşdur. Lerner, Karabanik və Stüart yeniyetmə oğlan və qızların bədən quruluşunun və zahiri görkəminin onların özünüqiymətləndirməsi ilə əlaqəsini tədqiq etmişlər. Müəyyən olunmuşdur ki, yeniyetmə oğlan və qızlar üçün bədən quruluşu, zahiri görkəm onların özünüqiymətləndirməsində əsaslı əhəmiyyətə malik faktor kimi çıxış edir. Tədqiqatlarda zahirən görkəmli oğlan və qızlarda özünü adekvat qiymətləndirmə müşahidə edilmişdir.
Dleyer, Offera, Rodcem və başqaları yeniyetmələrdə özünüdərketmənin təşək-k¬ül xüsusiyyətlərini öyrənərkən aşağıdakı nəticələr əldə etmişlər: birincisi, yeniyet¬mə¬¬lər tərəfindən özünün spontan fiziki inkişafının dərk edilməsi; ikincisi, həm¬yaşıd¬lar¬ın on¬¬¬ların bədəninin bu və ya digər cəhətlərinə reaksiyası; üçüncüsü yeniyetmələrdə hə¬r han¬¬sı mədəniyyətdə qəbul edilmiş standart bədən quruluşu və görkəmin iden¬ti¬fi¬ka¬si¬yası və s. Onların fikrincə, özünüdərketmənin təşəkkülü bu istiqamətdə baş verir.
M.Mid müəyyən etdi ki, bəzi mədəniyyətlərdə yeniyetmələrlə yaşlılar arasında konfliktlər bir qayda olaraq olmur. Lakin özünüdərketmənin təşəkkülündə bu müşahidə edilir. M.Mid samra mədəniyyəti ilə amerika mədəniyyətini müqayisə edərək göstərir ki, yeniyetməlik dövründə konfliktlər bioloji amillərlə deyil, sosial amillərlə şərtlənir (18, səh. 283). Təbii ki, özünüdərketmənin təşəkkül və forma¬laş¬ma¬sı¬n¬da hər bir amilin öz yeri vardır.
Təbii ki, yeniyetmələrdə özünüdərketmə prosesi birdən-birə formalaşmır. Yeniyetmə öz davranış və keyfiyyətlərini dərk etdikcə, onda sistematik olaraq özünü¬tər¬biyə tələbatı yaranır ki, bu prosesdə ayırd edilmiş nümunə və əxlaqi etalon müstəsna rol oynayır. Bu baxımdan G.Əliyevanın apardığı tədqiqat işləri də böyük əəhmiyyətə ma¬¬likdir. O, yeniyetmələrdə mənəvi təkmilləşmənin və özünüdərketmənin təşəkkül xüsusiy¬¬yətlərini cinsi yetişmənin başlaması və təsiri fonunda araşdırılır. məlumatlar vardır. Lakin mürəkkəb bir problemin kompleks həlliniə müəllifin burada nail olduğunu söyləmək çətindir.
Yeniyetməlik yaş dövrünə cinsi yetişmə prosesinin formalaşması kimi baxan və özünüdərketmə, mənlik şüuru, özünüqiymətləndirmənin strukturunda əmələ gələn dəyişiklikləri bilavasitə həmin prosesin spesifik xüsusiyyətləri ilə əlaqələndirən müəlliflərin tədqiqatlarının təhlilindən hansı nəticəyə gəlmək olar?
Əvvəla, müxtəlif ölkələrdə aparılmış tədqiqatlarda birmənalı şəkildə özünü-dər¬ketmənin təşəkkül və formalaşmasında əsasən bioloji xüsusiyyətləri ön plana çəkirlər. Qeyd etmək lazımdır ki, bioloji amillərin rolu istər şəxsiyyətin ontogenetik inkişafı prosesində, istərsə də ayrı-ayrı proseslərin formalaşmasında əsaslı əhəmiyyətə malik amillərdir.Həmin tədqiqatların hərtərəfli təhlili göstərir ki, özünüdərketmənin təşəkkülü bilavasitə fiziki və psixoseksual inkişafın təsiri nəticəsində baş verir. Əmələ gələn və yeni¬yetmənin şəxsiyyyət kimi formalaşmasına təsir göstərən aşağı özünü¬qiy¬mət¬lən¬dir¬mə, ailə münasibətlərinin konfliktli olduğu halda baş verir. Burada fərddə əmələ gələn aş¬ağı özünüqiymətləndirmənin üsul və vasitələri göstərilmir.
Yeniyetməlik yaş dövrünün öz prizmasından çıxış etməyə çalışan tədqiqatçıların fikrincə özünüdərketmədə baş verən əsaslı dəyişikliklər «mən»in məzmunun dəyişməsi ilə də bağlıdır. Məsələn: əvvəlki yaş dövrlərində fərqlənməyən «ideal mən»və «real mən»arasında paradoksal vəziyyət yaranır. «Mən gözələm», «mən yaxşı şagirdəm» və s. kimi yeni məziyyətlər aparıcılıq mövqeyini öz əlinə alır.
Yeniyetməlik yaş dövründə özünüdərketmənin təşəkkül və formalaşması xüsusiy¬yətlərinin öyrənilməsinin təsnif etdiyimiz ikinci istiqaməti sosial-psixoloji yanaş¬madır. Bu yanaşmanın tərəfdarları üçün başlıca anlayış sosializasiya və rol an¬lay¬ış¬ıdır. Yeniyetməlik yaş dövrünün tədqiqi ilə əlaqədar bu müəlliflər cəmiyyətdə mö¬v¬cud olan etalon və stereotiplərin, norma və standartların, yeniyetmənin özü haqqındakı təsəv¬vürlərinə, xüsusilə özünə münasibətinə göstərdiyi təsir mexanizmini tədqiq et¬mə¬yə səy göstərmişlər. Olar yeniyetməlik yaş dövründə əmələ gələn ziddiyyətləri rolların dəyişməsi prosesi ilə izah edirlər.
Yeniyetmənin müstəqilliyinin artması, həmişə öz həmyaşıdlarının diqqət mərkəzində olması, başqalarını qiymətləndirməsi yaş dövründə spesifik rollarının dəyişməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, rolların dəyişməsi yeniyetmənin davranış və rəftarında qeyri-ardıcıllığa səbəb olur. Hesab olunur ki, bu prosesin əsasın-da bilavasitə sosial-psixoloji amillər durur. Sosial-psixoloji yanaşmanın təqiqatçılarının fikrincə, yeniyetməlik və erkən gənclik dövrü sosializasiya dövrüdür. Bu yaş dövründə əmələ gələn neqativ hallar sosial rolların qavranılması, eləcə də sosial rolların seçilməsi ilə əlaqədar meydana çıxan şəxsi konfliktlərin, ziddiyyətlərin nəticəsində təşəkkül tapır.
Bir çox tədqiqatçılar (155,48,17,83) öz əsərlərində sosial-psixoloji yanaşmanın bir sıra mövqelərini tənqid etməyə çalışmışlar. A.Bandula yeniyetmənin aqressiv davranışının cəhətlərini öyrənərkən yazır: «Aqressiv yeniyetmədə şüur və özünüdərk-etmənin spesifik xüsusiyyətləri vardır. Aqressivliyə meylli olmayan uşaqların davran-ışı, konfliktdən qaçmaq həvəsinin olması və günahkarlıq hissinin yaranması ilə əlaqadar əmələ gələn amillərin təsiri ilə tənzimlənir. Aqressiv uşaqlarda isə belə amillərin təsir dərəcəsinin aşağı olması və ya olmaması müşahidə olunur. Oğlanların aqressivliyə meyli atalarının onlarla yaxşı emosional münasibətdə olmamasının nəticəsidir» (125, səh.76). A.Bandura burada çox mühüm məsələyə toxunur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yenieytmələrdə özünüdərkinin təşəkkülündə ailə münasibətlərinin normal-lığı, valideynlərin uşaqlarla emosional münasibəti çox zəruridir. Bu sonrakı neqativ davranış tərzinin və antisosial hərəkətlərin baş verməsinə səbəb ola bilər. Bu fikirlərlə razılaşmamaq cətindir.
Sosial-psixoloji nəzəriyyənin yaradıcılarından və tərəfdarlarından biri də K.Levindir. K.Levin bir sıra mühüm məsələlərin həllində böyüklərlə yeniyetmələrin həyat sferasını, məkanını müqayisə edir. Onun fikrincə, uşağın həyat məkanı onun hələ reallaşdıra bilmədiyi qadağalarla, fəaliyyət növləri ilə doludur. Uşaq yeniyetməlik yaş dövrünə çatarkən artıq onun üçün müxtəlif məqamlar, fəaliyyət növləri ortaya çıxır. Yeniyetmə bunlardan hansının seçməsi məsələsində dilemma qarşısında qalır. Fikri¬miz¬cə, yeniyetmənin mövqeyində əmələ gələn boşluqlar və özünüdərketmədəki cətin¬lik¬lər bu mexanizmin köməyi ilə izah edilə bilməz. Çünki müxtəlif mərhələlərdə bu proses fərqli nüanslara malik olur.
Bir sıra müəlliflərin fikrincə, (34) «mən-obrazın» ayrı-ayrı rol stereotiplərinin öyrənilməsində və üzə çıxarılmasında qızlara və oğlanlarla münasibətdə fərqli yanaşma vacibdir. Məsələn: valideynlərin öz uşaqlarına yüksək qayğısı qızların «mən-obrazına» və özünüdərketməsinə ciddi təsir göstərir. Analoji olaraq Sirs, Makobbi, Massen və başqalarının tədqiqatları göstərdi ki, oğlanlar atalarında hər hansı qayğıya, nəvazişə ehtiyac duyurlar. Atalıq nəvazişinin olmadığı və catışmadığı ailələrdə oğlan uşaqlarında özünəinamsızlıq, aşağı özünüqiymətləndirmə kimi qeyri-adekvat hallara rast gəlinir. Həmin tədqiqatlar şəxsiyyətin motivasiya sahəsini, şəxsiyyətlərarası ustanovka ilə əlaqə¬sini öyrənərkən yeniyetmə oğlan və qızlarda özünüdərketmənin formalaşmasında ciddi fərqlər olduğunu müəyyən etmişlər.
Qeyd etmək lazımdır ki, şagirdlərin öz fiziki və psixi keyfiyyətlərini vəhdətdə dərk etməsi, eləcə də onların özünüqiymətləndirməsi məhz yeniyetməlik yaş dövründə təşək¬¬kül tapır. Bununla yanaşı özünüdərketmənin digər elementlərinin nisbi sabitliyi – özünütərbiyə, özünütənzim, özünüqavrama və sairə də məhz bu yaş dövründə formalaşır. Həmin elementlərin sosial-psixoloji aspektdə öyrənilməsi bir çox tədqiqatçıların (58,126,166,48) başlıca məqsədi olmuşdur. M.Rozenberq, S.Kupersimit, İ.S.Kon, R.Simons, İ.İ.Cesnakova və başqaları yeniyetmənin bu və ya digər səviy¬yə¬lər¬də özünütərbiyədə özünəmünasibətin təzahür xüsusiyyətlərini öyrənmişlər. Aydın ol¬muş¬dur ki, özünütərbiyə yeniyetmənin özünəmünasibətində ifadə olunmuş, şəxsi qiy¬mət¬¬-ləndirici mühakimədir. Digərlərinin fikrincə, yeniyetmələrdə özünüdərketmənin inkişafı özünütərbiyənin səviyyəsi ilə müəyyən olunur. Özünütərbiyənin motivi sosial rolların qavranılması və icrası yönümündə əmələ gələn tələbatların həyata keçiril¬məs¬in¬də əks olunur. Lakin hansı şəkildə özünütərbiyəni yüksəltmək olar, onu inkişaf etdir¬mək olar? Sosial-psixoloji aspektdə aparılmış bu tədqiqatlarda qoyulan suallara cavab tap¬¬maq çətindir.
Yeniyetmələrdə özünüdərketmənin təşəkkül xüsusiyyətləri və formalaşmasının konkret olaraq soial-psixoloji şəraitdən asılılığı məsələləri bir çox müəlliflərin diqqət mər¬kəzində olmuşdur. Ailədaxili münasibətlərin və ailə tiplərinin yeniyetmənin özünü¬dərketməsinə göstərdiyi təsirlərin psixoloji mexanizmini aydınlaşdırmağa cəhd edən müəlliflər (48,50,130,17,11,14) müəyyən etmişlər ki, yeniyetmələrin adekvat özünü¬qiy¬mət¬ləndirməsi və özünüdərketməsinin formalaşmasının 3 əsas şərti var: Birinci, vali¬dey¬nlər tərəfindən uşağın müstəqilliyinin qəbul edilməsi, ikinci, yeniyetmələrin dav¬ran-ışının reqlamentasiya edən hüquqların, qaydaların yaradılması. Üçüncü, validey¬-nlər¬lə müəyyən həddin saxlanılması zəminində yeniyetmələrin müstəqil fəailyyətə keç¬mə¬si¬nə şərait yaradılması.
Respublikamızda sosial-psixoloji aspektlərdə yeniyetmələrdə özünüdərketmə pro¬sesinin qanunauyğunluqları, tərkib elementləri və təşəkkülü müəyyən səviyyədə araş¬dırılmışdır. Bir sıra müəlliflər (2, 11, 14, 18, 11, 136) bu sahədə tədqiqatlar apar-ma¬qla, respublikamızda sosial-psixologiyanın inkişaf etdirilməsində və zənginləşdir¬il¬mə¬sində böyük qüvvə, əmək sərf etmişlər.
Ə.S. Bayramov öz tədqiqatlarında yeniyetməlik yaş dövründə özünüdərketminin artıq tələbata çevrildiyini qeyd edir (1, səh. 76). Burada o, yeniyetmələrdə mənlik şüur¬un¬un keyfiyyətcə yeni strukturda formalaşması məsələlərini ön plana çəkərək, mənlik şüuruna dialektik baxımdan yanaşmaq lazım olduğunu bildirir. O, bir tərəfdən insanın həyat şəraitində, adamlar arasında, kollektivdə, cəmiyyətdə tutduğu mövqe ilə, həyat fə¬aliy¬¬¬¬¬yəti ilə, yaş dövrü ilə əlaqədar olur. Digər tərəfdən isə insanın özünün mənəvi, mədəni inkişafı, dünyagörüşünün artması, öz iradə və xarakterini tərbiyə etməsi, təkmilləşdirməsi və sairə ilə əlaqədar dəyişir və inkişaf edir.
Üçüncü istiqamətə, təsvir edilmiş ardıcılıllğa əsasən, yaş və pedaqoji psixologiyada aparılan tədqiqatlardır. Problemlə bağlı bu sahədə aparılmış tədqiqatlar əsasən yeniyetməlik xüsusiyyətlərinin öyrənilməsində, təlim-tərbiyə işinin təşkilində ayrı-ayrı psixi funksiyaların inkişaf dinamikası kontekstində nəzərdən keçirilməlidir.
Yaş və pedaqoji yönümdə aparılmış tədqiqatlardan rus psixoloqu V.F.Safinin və N.V.Dubrovina kimi tədqiqatçıları xüsusi olaraq qeyd etmək lazımdır. Onlar müəyyən etmişlər ki, yeniyetməlik yaş dövründə özünüdərketmənin tərkib elementlərindən özünütəsvir, özünəhesabat sırf subyektiv və ya psixoloji səciyyə daşıyır (67, səh. 230). Həmin müəlliflər eksperimental tədqiqatların nəticələrindən belə qərara gəlirlər ki, yeniyetmələrin iddia səviyyəsi psixoloji təsirlər fonunda sabitləşir, yəni yeniyetmələr öz uğur və uğursuzluqlarına adekvat münasibət bəsləməyə başlayırlar. Özünüdərketmən başlıca elementlərindən sayılan özünüqiymətləndirmə xarici amillərin təsiri altında, təlim fəaliyyətində qazanılmış uğurlardan asılı olaraq dəyişir. Tədqi¬qat-çıların fikrincə, özünütəsvir və özünüqiymətləndirmə tamamilə aydın olmayan şərtlər da¬xi¬lində yaşauyğun şəkildə dəyişilir.
Belə qənaətə gəlmək olar ki, yeniyetmələrdə özünüdərkin inkişaf dinamikası və təşəkkülü ayrı-ayrı faktorların təsiri nəticəsində mümkün olur. Həm də fərdi fərqlərin hər hansı fərdin özünəməxsus keyfiyyətləri fonunda dərk edilməsinin müxtəlifliyi də burada əsas psixoloji amil kimi çıxış edir.
Yeniyetmələrdə özünüdərketmənin bu və ya digər elementlərinin sabitlik dərə¬cə¬si, bəzən isə deformasiyaya uğraması keçid dövrünün özünəməxsus xüsusiyyətləri ilə izah edilməlidir.
Aparılmış psixoloji tədqiqatların təhlilindən aydın olur ki, yeniyetmə oğlan və qızlarda özünüdərketmə, özünüqiymətlədirmə mövcud stereotip təsəvvürlərdən birbaşa asılıdır. Yəni kişilik və qadınlıq haqqındakı mövcud təsəvvürlər onların özünüqavrama və özünüdərketmə prosesində mühüm əhəmiyyətə malik amillərdir. Bu stereotiplər cəmiyyətdə tarixi deformasiya olunmuş, mürəkkəbləşmiş sosial rolların öz mahiyyətindən irəli gəlir. İ.S.Kon (83) öz tədqiqatlarında sözlü özünəhesabatdan istifadə edərək müəyyən etmişdir ki, yeniyetmə oğlanlarla qızlara nisbətən emosional ton və qorxu hissi fərqlidir. Qızlarda bunun yüksək olması xarakterikdir. Belə vəziyyət onların özünə inamını azaldır.
Belə qənaətə gəlmək olar ki, tərbiyə üslubü, fəaliyyətin məzmunu, yaş dövrünün xüsusiyyətləri və s. yeniyetmə oğlan və qızlarda özünüdərketmənin formalaşmasına, inkişafına ciddi təsir göstərən amillərdəndir. Burada etnik-milli tərbiyə və adət-ənənələrin rolu xüsusi qeyd edilməlidr.
Özünüdərketməni bu səviyədə tədqiqi bizim ücün lazımi informasiyalarla zəngin olsa da əslində problemin patologiya səviyyəsində öyrənilməsinə geniş yer verilir. Bu isə bizi tədqiqat obyektindən uzaqlaşdırır. Yeniyetmələrdə yaş xüsusiyyətlərinin öy¬rənilməsi bu yönümdə özünüdərketmənin dinamik proses kimi nəzərdən keçirilməsi bir sıra tədqiqatçıların (50,67,48, 98,97,99) tədqiqat obyekti olmuşdur. Bu müəlliflərin fikrincə, yeniyetmələrdə özünüdərketmənin təşəkkülü məsələləri, sosial situasiyanın dəyişməsi bu və ya digər tələblərin meydana çıxması, təlim fəaliyyətindəki yeniliklər, yaşlılara münasibətdə yeni sferanın yaranması və s ilə səciyyələnir. Bu yönümdə apa¬rılmış tədqiqatların bəzilərində özünüdərketmənin müsbət inkişaf cəhətləri, səviyyələri müəyyən dərəcədə öyrənilmişdir. Onların fikrincə, özünüdərketmənin inkişafı əxlaqi-etik şüurun inkişaf səviyyəsindən asılıdır. Buna istinadən özünüdər-ketmənin stur-kuturunda əmələ gələn yeni sistemlər əsas götürülür: fikri sistemlər, fikri obrazlar, dialoji mövqe və sairə. Özünüdürəketmənin ümumi inkişaf istiqaməti kimi şəxsiyyətin əxlaqi-etik keyfəiyyətlərinin inkişafı əsas götürülür. Yaş və pedoqoji psixologiyada özünüdərketmənin təşəkkülü və formalaşmasının ayrı-ayrı aspektləri tədqiq etmək respublikamızda daha geniş şəkildə tədqiq edilmişdir. Azərbaycan psixoloqu M.Həm¬zəyev (21) özünüdəketmə və mənlik şürunun, şəxsiyyətin inkişafının və formalaş¬masının əsas vasitələrindən biri olduğunu qeyd edir. Müəllif yazır: «Yenityetmənin mənlik şüurunun formalaşması onun öz davranışının mənəvi keyfyiyyətlərini, xarakter və qabliyyətlərini dərketməsi ilə başlayır. İlk dövrdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların mülahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır» (21, səh. 47). Müəl¬lifin fikri ilə razılaşaraq bəzi cəhətləri qeyd etmək istərdik. Yeniyetmə özünün şəxsiy¬yətinin müstəqilliyini qoruyub saxlamaqla refleksiya əsasında «mənlik şüurunu», «mən obraz», «real və ideal mən»in əlaqəsin formalaşdırır və inkişaf etdirirlər. Təbii ki, müəllif ayrı-ayrı inteqrativ sistemləri vahid əlaqədə təsvir etməyə çalışır. Lakin həmin vahid sistemin hansı qanunauyğunluqlara tabe olduğunu göstərmir.
Özünüdərketməin təşəkkülü və formalaşmasının mexanizmi, eləcə də onun strukturunu müəyyənləşdirməyə çalışan rus psixoloqu İ.S.Kon (81, 82, 83, 84) özünün silsilə tədqiqatlarında maraqlı nəticələr əldə etmişdir. İrəlidə qeyd etdiyimiz kimi, onun fikrincə, özünüdərkin inkişafı keçid dövrünün mərkəzi problemlərindən biridir. Bildiyimiz kimi, özünüdərkin inkişafı və formalaşması bu və ya digər səviyyədə yeniyetmənin əqli inkişaf xüsusiyyətləri ilə bağlıdır. Müəllif əqli inkişaf xüsusiy-yətlərini, daha aktual olan təlabatların, özü haqqında sualların meydana çıxmasını özünütəhlil fenomeninin təşəkkülünün ilkin şərti sayır. İ.S.Kon yazır: « Yeniyetməlik yaş dövrünün başlıca psixoloji cəhətləri özünün daxili aləmini kəşf etməsidir. Uşaq üçün yeganə dərk olunan reallıq öz fantaziyalarının yönəldiyi xarici aləmdir. Öz hərəkətlərini dərk edən uşaq özünün psixi xüsusiyyətlərini hələ dərk etmir. Yeniyetmə və gənclər üçünsə xarici subyektiv təcrübə özünəmərkəzləşmənin, özünəyönəlmənin vasitəsidir. Bu duyğuları 15 yaşlı qız uşağı çox gözəl ifadə etmişdir: psixoloqun «sənin üçün ən real olan şey nədir» sualına «mən özüm» deyə cavab vermişdir» (83, səh. 85).
A.V.Petrovski yazır: «Yeniyetməlik yaş dövrünün başlanğıcında uşaqlar təlim fəaliyyəti ilə bağlı olan keyfiyyətləri daha düzgün və aydın dərk edib qiymətləndirirlər. Yaşauyğun olaraq yeniyetmələrin özü haqqındakı təsəvvürləri genişlənir və dərinləşir, özü haqqında təsəvvürlərinin müstəqil dərk etməsi təkmilləşir» (100, səh. 138). Tədqiqatçı son olaraq belə nəticəyə gəlir ki, yeniyetmələr başqalarını özündən daha düzgün qiymətləndirir. Rus psixoloqu R.S.Nemov (109) yaş və pedaqoji psixologiya aspektindən bizi maraqlandıran problemlə bağlı öz mövqeyini bildirərək həmin fenomenləri şəxsiyyətin inkişafındakı rolunu şərh edir və özünüdərketmə, özünüqiymətləndirmə, «mənlik şüuru» kimi fenomenləri inteqral keyfiyyətləri adı altında birləşdirir.
Təbii ki, özünüdərketmə inteqral keyfiyyət kimi nəzərdən keçirilə bilər. Belə mövqeyə hər hansı etiraz bildirmək çətindir. Cünki özünüdərketmə çoxtərəfli, mürək-kəb bir fenomendir və ona yanaşma meyarlarından asılı olaraq onu proses, keyfiyyət, sistem və s. kimi nöqteyi-nəzərdən izah etmək olar. Lakin həmin mövqe əsaslandırıl-malıdır.
Beləliklə, bizim tərəfimizdən təsnif edilmiş ayrı-ayrı yanaşma tərzlərini ümumiləşdirərək hansı nəticəyə gələ bilərik? Əvvəla, psixoloji, pedaqoji ədəbiyyatın, tezis və elmi məqalələr, monoqrafiyaların, avtoreferatların təhlilindən aydın olur ki, yeniyetmələrdə şəxsiyyətin bu və ya digər keyfiyyətlərini istiqamətləndirən hər hansı situativ vəziyyətlərdə fərdin əxlaqi-etik məziyyətlərinin tənzimləyicisi, idraki inkişafın mühüm komponenti olan özünüdərketmə prosesinin bəzi aspektləri müxtəlif yönümdə, fərqli istiqamətdə araşdırılmalıdır. Bu araşdırmalarda problemin öyrənilməsinin ayrı-ayrı tərəfləri, həmin müəlliflərin yanaşma tərzinə və prinsiplərinə görə də fərqlənir. Məsələn, elmi metodoloji prinsiplərdən çıxış edən keçmiş sovet psixoloqlarının əksəriyyəti yeniyetmələrdə özünüdərketmənin təşəkkül xüsusiyyətlərini bir halda özünütərbiyə, digər halda özünüqavrama, başqa bir halda isə «mənlik şüuru» fenomeninin formalaşması baxımından şərh etmişlər. Başqa bir halda isə yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətlərinə həsr edilmiş tədqiqatlarda sistemli formalaşmış mülahizələr olduğu halda bu sferada sistemsizlik hökm sürür.
İkincisi, istər psixoanaltik yönümdə, istərsə sosial-psixoloji yönümdə, istərsədə yaş və pedaqoji psixologiya aspektində aparılmış tədqiqatlarda bir sıra məqamlar diqqətdən kənarda qalmışdır. Məlumdur ki, özünüdərketmə prosesi dinamik, çoxcəhətli prosesdir. Bir cəhəti də qeyd etməliyik ki, bu və ya digər tədqiqatlarda özünüdərketmənin təşəkkül xüsusiyyətləri və formalaşmasına təsir göstərən amillər haqqında müəyyən məlumatlar sistemli və dəqiqləşdirilmiş, elmi cəhətdən tutarlı olduğunu söyləmək çətindir. Bütün bunlar ona dəlalət edir ki, əslində bizi maraqlandıran bu tədqiqat obyekti kimi seçdiyimiz problem bütövlükdə, hərtərəfli öyrənilməmişdir. Ona görə də yeniyetmələrdə bu prosesin təşəkkülü və formalaşdırılmasının araşdırılması, həm təlim-tərbiyə prosesində, həm də ailə situasiyalarında, həm cəmiyyət üçün layiqli, müstəqil şəxsiyyət yetişdirilməsi yönümündə böyük əhəmiyyətə malikdir.
Üçüncüsü, bu tədqiqatların psixoloji təhlilindən aydın olur ki, yeniyetmələrdə özünüdərkin təşəkkül məsələləri bilavasitə sosial amillərlə səciyyələndirilir. İrəlidə qeyd etdiyimiz kimi burada bir daha vurğulamaq istərdik ki, bu amillərə ayrı-ayrılıqda daha çox əhəmiyyət verilməsi düzgün sayıla bilməz. Burada fərdi-psixoloji xüsusiy-yətlər, sinir sistemi tipləri, fərdi fərqlər, ənənəvi tərbiyə sistemi, etnik-milli amillər və s. də nəzərə alınmalıdır.
Dördüncüsü, fikrimizcə, özünüdərkin təşəkkül xüsusiyyətləri müasir şəraitdə, zamanın tələbi baxımından özünəməxsus yeniliklər, dəyişmələr kəsb edə bilər ki, bu da əvvəlki tədqiqatlardan fərqli yeni məqamların ortaya çıxmasına səbəb ola bilər. Bütün deyilənlərin nəzərə alınması özünüdərketmə fenomenin konseptual ideyasının yaradılması probleminin müəyyən cəhətdən həllinə şərait yaratmış olacaqdır.
1.2. Yeniyetmələrdə şəxsiyyətin formalaşmasına təsir edən sosial-psixoloji amillərin təhlili
Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi,eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət, əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onlar “ki