Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

A V T O R E F E R A T

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Əlyazması hüququnda
KAMALƏ BAHAZƏR QIZI SALAMOVA
TƏLƏBƏLƏRİN BİRGƏ FƏALİYYƏT PROSESİNDƏ
ÜNSİYYƏTİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
19.00.07 – pedaqoci psixologiya
Psixologiya üzrə fəlsəfə doktoru elmi dərəjəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2010
Dissertasiya işi Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Pedaqogika və Psixologiya kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: Psixologiya elmləri doktoru, professor
Ramiz İbrahim oğlu Əliyev
Rəsmi opponentlər: Psixologiya elmləri doktoru, dosent
Rəna Həmid qızı Qədirova
Psixologiya elmləri namizədi
Nurəngiz Tofiq qızı Rzayeva
Aparıcı müəssisə:Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrası
Müdafiə “__”__________ 2010-cu ildə saat “________”-da Bakı Dövlət Universitetinin nəzdindəki N.02.014 dissertasiya şurasının iclasında keçiriləcəkdir.
Ünvan: AZ-1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, BDU-nun II humanitar korpusu.
Dissertasiya ilə BDU-nun elmi kitabxanasında tanış olmaq olar.
Avtoreferat “__________” 2010-cu ildə göndərilmişdir.
N.02.014 Dissertasiya şurasının psixologiya elmləri namizədi
elmi katibi Rəşid Vəkil oğlu Cabbarov
İŞİN ÜMUMİ SƏJİYYƏSİ
Tədqiqatın aktuallığı. Son illər respublikamızda baş verən ictimai-siyasi proseslərin təsirilə mədəni inkişaf sürətlənmiş, yeni informasiya texnologiyaları yaranmış, əvvəlki dövrlərdən fərqli iqtisadi münasibətlər meydana gəlmişdir. Bu proseslər cəmiyyətin müxtəlif sahələrində, o cümlədən təhsildədə yeni dəyərlərin, normaların yaranmasına səbəb olmuş, onun məzmununda əsaslı islahatlar aparılmışdır. İslahatların aparılmasında başlıca məqsəd gənc nəsli müstəqil həyata hazırlamaq, vətənə, xalqa məhəbbət ruhunda tərbiyə etmək, milli və bəşəri dəyərlərə yiyələnmiş, siyasi mədəniyyətə və intellektual kamilliyə malik olan fəal şəxsiyyətlər formalaşdırmaqdır.
Hazırda bu prosesdə psixologiya elminin də tədqiq etməli, araşdırmalı olduğu bir sıra aktual problemlər var. Bu problemlərdən biri də insan qruplarının özündə ünsiyyət amilini birləşdirən birgə fəaliyyətin təşkilidir. Çünki, insan şəxsiyyəti sosial mühitdə gerçəkləşən fəaliyyətdə və insanlarla ünsiyyətdə formalaşır.
Hər bir fərdin fəaliyyət xüsusiyyətləri, ünsiyyət tərzi, onun şəxsiyyətinin inkişafının mühüm amillərindən sayılır. Belə ki, ünsiyyət tərzi davranışı mənalandırır, onun başqaları tərəfindən başa düşülməsini aydınlaşdırır. Bir çoxları ünsiyyət qura bilmirsə və ya ünsiyyət qurmaqda çətinlik çəkirsə bunun səbəbini həmin şəxsin fəaliyyət motivlərində, maraqlarında, nəhayət davranış mədəniyətində, eləcə də uşaq və yeniyetməlik illərində tərbiyədə buraxılan səhvlərdə axtarmalı oluruq. Bu sahələrdə problemləri olan insanlar sosial qruplarda, cəmiyyətdə çətin qəbul olunurlar. Nəticədə onların özünü pozitiv istiqamətdə gerçəkləşdirməsində problemlər yaranır. Əgər qarşısına hansısa ixtisas təhsilinə, peşəkar qabiliyyətlərə yiyələnmək məqsədi qoymuş tələbənin həyatında belə hadisə baş verirsə, o halda qarşıya qoyulmuş məqsədə çatmaqda ciddi maneələr və çətinliklər meydana çıxır və bu özünü həm təhsilində, həm də onun şəxsi həyatında göstərir. Bu çətinliklərin yaranma səbəbi qarşılıqlı münasibətlərin qeyri-müəyyən xarakterilə, ilk növbədə onların bir-birini yaxşı tanımamaları, ünsiyyətdə əlverişli vasitələr seçməkdə çətinlik çəkmələri ilə izah edilə bilər. Qeyd etmək lazımdır ki, hər bir yaş dövründə insanların qarşılıqlı münasibətləri, fəaliyyəti, ünsiyyəti yeni məzmun kəsb edir. Ünsiyyətin necə qurulmasından asılı olaraq insanın şəxsiyyəti və həyata münasibəti dəyişir.
Sosial mühitin xarakteri və təhsil sisteminin qarşısında duran yeni vəzifələr həm şəxsiyyətdaxili, həm də qarşılıqlı münasibətlər sisteminə ciddi təsir göstərir. Yeni texnologiyalar, internet şəbəkəsinin yaranması insanların, xüsusilə tələbə gənclərin ünsiyyət dairəsini də dəyişmişdir. Ona görə də yeni şəraitin tələblərinə uyğun tədqiqatların aparılması, psixoloji biliklərin mənimsənilməsi zərurəti yaranmışdır. Bununla yanaşı mövcud problemin araşdırılması bir neçə cəhətdən xüsusi aktuallıq kəsb edir.
Əvvəla, cəmiyyətin həyatındakı yeniləşmələr şəxsiyyətlərarası müna-sibətlərdə də ciddi problemlər yaratmışdır ki, onların sistemli tədqiqi zəruridir.
İkincisi, yeni şərait, ünsiyyət və birgə fəaliyyət prosesi insan psixikasına təsir göstərir, onun dinamikliyini zəruri edir. Qeyd olunan məsələlərin psixoloji mexanizminin öyrənilməsi, psixoloji xüsusiyyətlərinin araşdırılması və bu sahəyə praktik köməkliyin göstərilməsi vacib şərt kimi qarşıya qoyulur. Bütün bunları nəzərə alaraq «Tələbələrin birgə fəaliyyəti prosesində ünsiyyətin psixoloji xüsusiyyətləri» mövzusunun tədqiqat obyekti kimi seçilməsini məqsədəuyğun hesab etmişik.
Mövzunun işlənmə səviyyəsi. Həm xarici ölkə, həm də Azərbaycan psixologiyasında tələbələrin birgə fəaliyyətində ünsiyyəti daha çox sosial, pedaqoji və yaş psixologiyası konteksindən şərh olunmuşdur.
K.Levin yeniyetmə və gənclik dövründəki ünsiyyəti sosial-psixoloji kontekstdə təhlil etmiş və hesab etmişdir ki, bu yaş dövründə gənclərin həm həyat fəaliyyəti, həm də ünsiyyət yaratdığı insanların əhatə dairəsi genişlənir, müxtəlifliyi artır və gənclər tədricən bunlara uyğunlaşır.
A.N. Leontyev isə qeyd etmişdir ki, ünsiyyət fəaliyyətin müəyyən tərəfi olub istənilən fəaliyyətin tərkibində bir element kimi mövcuddur. Bu baxımdan ünsiyyət bu yaş dövründə kommunikasiya, fəaliyyət, münasibət (əlaqə) qarşılıqlı anlama və qarşılıqlı təsir vasitəsi kimi çıxış edir.
B.Q.Ananyev ünsiyyəti insanın digər insanlarla öz münasibətlərini qurması vasitəsi kimi xarakterizə etmişdir. D.B. Elkonin yeniyetmə və gənc yaşlardakı ünsiy¬yətə mədəni-tarixi mövqedən yanaşmış və qeyd etmişdir ki, bu yaş dövründə ünsiyyət fəaliyyətin əsas növü kimi meydana çıxır, sonrakı dövrlərdə də mənasını itirmir.
L.Ş.Vıqotski, L.K.Bojoviç, J.Ş.Kon, Ə.Ə.Qədirov, M.Ə. Həmzəyev, Ə.Ə.Əlizadə, R.İ.Əliyev və başqalarının tədqiqatları göstərir ki, hələ böyük məktəb yaşının sonunda şəxsiyyətin bütövləşməsi prosesi getdiyindən qarşılıqlı münasibətlər də bu istiqamətə yönəlir. Əgər əvvəlki yaş dövrlərində həmyaşıdlarla yoldaşlıq birtərəfli, hansısa subyektiv şərtlərlə əsaslanırsa, bu yaş dövründə artıq tələbələr öz münasibətlərini daha məntiqlə tənzimləməyə çalışırlar.
J.S.Kon, A.Q.Xripkova, D.N.İsayev, D.B.Kolesov və başqaları isə birgə fəaliyyətdə ünsiyyət problemini cinslərarası münasibətlər, cinsi fərqlər və cinsi tərbiyə aspektində araşdırmışlar.
Tələbə qrupları, onların fəaliyyət və ünsiyyətini qrup və kollektiv kontekstində öyrənən Y.R.Ayello, E.A.Duthitt, Q.M.Andryeva, Q.A.Soskaya hesab edirlər ki, kiçik qruplarda birgə fəaliyyətin təşkilinin səmərəliliyi belə fəaliyyətdə sensor stimulların daha intensiv artmasına səbəb olur. Bir fərdin fəaliyyətinin nəticəsi digərinə təsir göstərir, onunla birgə fəaliyyət göstərən digər fərdlər də özünü fəallaşdırmağa çalışır. R.Zayonsun tədqiqatlarına əsaslanan Q.M.Andreyeva göstərmişdir ki, birgə fəaliyyət zamanı başqalarının iştirakı digərinin də hərəkətini stimullaşdırır və asanlaşdırır.
Azərbaycan tədqiqatçıları Ə.Ə.Əlizadə problemə cinsi fərqlər və “yeni pedaqoji təfəkkur”, Ə.S.Bayramov və R.İ.Əliyev etnopsixoloji xüsusiyyətlər, Ə.Ə.Qədirov və M.Ə.Həmzəyev yaş xüsusiyyətləri, B.H. Əliyev və R.V.Cabbarov şəxsiyyət problemi konteksindən yanaşırlar. Bir çox tədqiqatçılar M.H.Mustafayev, L.A.Əliyeva, G.B.Əliyeva, L.M.Qurbanova, E.A.Hüseynov və başqaları isə problemə şəxsiyyətin stukturunda yer tutan məsələlər: münasibətlər, ünsiyyətdə cinsi fərqlər, mənəviyyat, şəxsiyyətin iddia səviyyəsi və s. aspektdə baxmışlar.
Lakin bütün bunlarla yanaşı tələbələrin birgə fəaliyyət prossesindəki ünsiyyətinin psixoloji xüsusiyyətləri pedaqoji baxımdan sistemli şəkildə öyrənilməmişdir. Bu isə problemin aktuallığını ön plana çəkir.
Tədqiqatın obyekti – tələbələrin birgə fəaliyyət prosesində ünsiyyətinin təzahür xüsusiyyətləridir.
Tədqiqatın predmeti – tələbələrin birgə fəaliyyət prosesində ünsiyyətinin psi¬xo¬loji xüsusiyyətləridir.
Tədqiqatın məqsədi. Dissetrasiyada başlıca məqsəd tələbələrin psixoloji xüsusiyyət¬lə¬rini, so¬sial mövqeyini, birgə fəaliyyət prosesində onların ünsiyyətinin psixoloji xü¬su¬siyyətlərini müəyyənləşdirmək olmuşdur.
Tədqiqatın vəzifələri. Qarşıya qoyumuş məqsədin həyata keçirilməsi üçün aşa¬ğı¬¬¬dakı vəzifələrin həlli vacib hesab edilmişdir:
– problemin psixoloji-pedaqoji ədəbiyyatda qoyuluşu vəziyyətini araşdırmaq;
– tələbələrin birgə fəaliyyətinin psixoloji mahiyyətini, tələbə oğlan və qızların qarşı¬lıq¬lı ünsiyyətinin psixoloji xüsusiyyətlərini müəyyənləşdirmək;
– onların qarşılıqlı münasibətlərinin davranışa, təlim fəaliyyətinə və şəxsiy¬yəti¬nin inkişafına təsirini araşdırmaq;
– birgə fəaliyyət prosesində tələbə gənclərdə özünütəsdiqin psixoloji əsas¬¬la¬rı¬nı öyrənmək;
– ünsiyyət prosesində cinsi fərqlərdən irəli gələn pozitiv və neqativ təsirləri, tə¬lə¬bə gənclərin qar¬şlıqlı qaydada yüksək qiymətləndirdikləri şəxsi key¬fiyyətəri mü¬əy¬yənləşdirmək;
– tələbə gənclərin birgə fəaliyyətdə rastlaşdıqları ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək;
– tələbələrin asudə vaxtının strukturu və onların ünsiyyətinin müxtəlif for¬ma¬la¬rı arasındakı qarşılıqlı əlaqəni öyrənmək;
– tələbələrin həyatında internetin və ya virtual ünsiyyətin rolunu cinsi fərqlər, cin¬si tərbiyə problemi kontekstində araşdırmaq.
Tədqiqatın fərziyyəsi. Əgər tələbəlik dövründə gənclərin birgə fəaliyyəti pro¬se¬sin¬dəki ünsiyyəti düzgün qurularsa, onların qarşılıqlı münasibətləri pozitiv istiqa¬mət¬də inkişaf edər, ünsiyyət çətinlikləri meydana çıxmaz, fəaliyyətin məhsuldarlığı yüksələr. Tələbələr cinsi fərqlər və onun sosial-psixoloji xüsusiyyətlərindən irəli gələn çə¬tin¬liklər nəzərə alınmaqla, birgə fəaliyyətə cəlb olunarlarsa təlim-tərbiyənin sə-mə¬rəliliyi yüksələr, şəxsiyyətin inkişafı düzgün istiqamətdə gedər. Ünsiyyət və birgə fə¬aliyyətdə özünü göstərən çətinliklərin aradan qaldırılmasında virtual ünsiyyət po¬zi¬tiv rol oynaya biər.
Tədqiqatın elmi yeniliyi. Respublikamızda ilk dəfə olaraq tələbələrin birgə fəaliyyət prose¬sində ün¬siy¬yəti, bu prosesdə cinsi fərq¬-lərin sosial-psixoloji xüsusiyyətləri araşdırılır, tələbələrin ünsiyyətində meydana çıxan çətinliklər, birgə fəaliyyətin təşkili yolları, vir¬tual ünsiyyətin oğ¬lan və qızların şəxsiyyətinin formalaşmasında pozitiv və neqa¬tiv təsirləri sistemli şəkildə araşdırılmışdır.
Müdafiəyə təqdim olunan müddəalar:
1. Gənclərin ünsiyyət mədəniyyəti bir sıra amillərlə yanaşı onların mənəvi tərbiyəsi və şəxsiyyət xü¬su¬siyyətləri ilə də şərtlənmişdir.
2. Tələbələrin birgə fəaliyyəti onların ünsiyyət tələbatı ilə tənzimlənməklə özü¬nə¬məxsus məzmun kəsb edir və onların şəxsiyyət kimi formalaşmasında, özlərini aktivləşdirib gerçəkləşdirməsində əhəmiyyətli rol oynayır.
3. Tələbə oğlan və qızların qarşılıqlı ünsiyyət tərzi onların birgə fəaliyyətinin səmərəliliyinə təsir göstərərək onların özünütəsdiqinə imkan yaradır, təlim fəaliyyətinin effektiv təşkilinə zəmin formalaşdırır, potensial imkanları üzə çıxarır.
4. Ünsiyyət prosesində tələbə gənclərin yüksək qiymətləndirdikləri key¬fiyyət¬lər şəxsiyyətin strukturunda daha da möhkəmlənir, pozitiv xarakter əlamətlərinə çevrilir.
5. Tələbə gənclərin ünsiyyət zamanı rastlaşdıqları çətinlikləri bilavasitə səmərəli psixo¬loji təsir üsulları ilə aradan qaldırmaq mümkün olur.
Tədqiqatın metodoloji əsasları və metodları. Tədqiqatda aşağıdakı metodlardan istifadə olunmuşdur: müşahidə, anket sorğu, testləşdirmə, fəaliyyət məhsullarının təhlili və eksperement. Tədqiqatın gedişində “Kettelin çoxfaktorlu şəxsiyyət”, “Şisorun kommunikativ mədəniyyətin müəyyənləşdirilməsi”, “Yarımçıq cümlələr” və “KOS-1 metodu” testlərindən istifadə olunmuşdur. Tədqiqatın eksperimental hissəsi üçün Sumqayıt Dövlət Universitetinin tarix və iqtisadiyyat fakultələri üzrə kontrol (50nəfər) və eksperimental (50 nəfər) qruplar seçilmişdir. Ümumiyyətlə tədqiqata Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının 165 nəfər müəllimi və 650 nəfər tələbəsi cəlb olunmuşdur.
Tədqiqatın nəzəri əhəmiyyəti. Tədqiqat müasir psixologiya elmini, eləcə də pe¬da¬qoji psixologiyanı yeni müddəalarla və faktlarla zənginləşdirməklə yanaşı, şəxsiy¬yət¬lərarası, qrupdaxili və qruplararası münasibətlərin, birgə fəaliyyət və ünsiyyətin, mü¬əllimlərin pedaqoji fəaliyyətinin metodoloji bazasının səmərəli təşkilini təmin edə bilər.
Tədqiqatın praktik əhəmiyyəti. Aparılmış tədqiqatın nəticələri birgə fəaliyyət prossesində ünsiyyətin şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması işində təhsil işçiləri və tərbiyə ilə məşqul olan şəxslərə istiqamət üçün əhəmiyyətlidir və psixologiya kursunda mühazirələrin oxunmasında, praktik psixoloqların işində istifadə edilə bilər.
Tədqiqatın aprobasiyası. Tədqiqatın nəticələri ali məktəb müəllimləri üçün Sumqayıt Dövlət Universitetinin psixologiya kafedrasının keçirdiyi se¬mi¬narlar¬da, müxtəlif elmi konfranslardakı məruzə və çıxışlarda müzakirə edilmişdir.
Bununla yanaşı dissertasiyanın əsas məzmunu, başlıja müddəaları, nətijə və tövsiyələri bir neçə elmi məqalə, məruzə tezisləri şəklində çap olunmuş və bu yolla aprobasiyadan keçmişdir.
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, 2 fəsil, nə¬tijə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.
İŞİN ƏSAS MƏZMUNU
Girişdə mövzunun aktuallığı əsaslandırılır, onun işlənmə səviyyəsi göstərilir, tədqiqatın obyekti, predmeti, məqsədi, fərziyyəsi, vəzifələri, metodoloci əsasları, metodikası, elmi yeniliyi, müdafiəyə təqdim olunmuş müddəalar müəyyən edilir, nəzəri və praktik əhəmiyyəti, nətijələrin aprobasiyası şərh olunur.
Dissertasiyada «Problemin ümumi məsələləri və ədəbiyyatda qoyuluşu» adlı birinji fəsil üç yarımfəsildən ibarətdir. Birinji fəslin «Problemin psixoloci-pedaqoci ədəbiyyatda qoyuluşu» adlanan birinji yarımfəslində həm xariji ölkələrin, həm də Azərbayjan alimlərinin mövzu ilə bağlı fikirləri təhlil edilmişdir. Gənjlik yaşında inkişafın müxtəlif tərəfləri: jinsi yetişkənliyin qanunauyğunluğu, intellektual maraqlar, sosial fəallığın formaları, daxili aləmin xüsusiyyətləri və s. sahələrlə bağlı tədqiqatlarla yanaşı, L.S.Vıqotski, L.İ.Bocoviç, A.N.Leontyev, İ.S.Kon, Ə.Ə.Qə¬di¬rov, M.Ə.Həmzəyev, Y.Eriksson, J.Marşe, K.Levin, Ə.Ə.Əlizadə, R.İ.Əliyev və başqalarının əsərləri araşdırılmış, şəxsiyyətin formalaşmasına təsir edən amillərin rolu öyrənilmişdir.
Aparılmış tədqiqatlar göstərir ki, gənjlik dövrü sosial münasibətlərin və ünsiyyətin daha kamil mərhələsi hesab olunur. Çünki bu dövrdə onlar öz fəaliyyətini bütövlükdə və real şəkildə mühitin tələblərinə uyğunlaşdırmağa, sosial münasibətlər zəminində özünümüəy¬yənləş-dirməyə, özünüyeniləşdirməyə jiddi səy göstərirlər.
Özünümüəyyənləşdirmə problemindən bəhs edərkən L.İ.Bocoviç gənjlərin sosial səviyyəsini xarakterizə edərək göstərmişdir ki, «Bu, gələjək həyat yolunun seçimi, həyatda, jəmiyyətdə və əməkdə öz yerini tapmaq tələbatı olub, eyni zamanda məqsədin, öz mövjudluğunun mənasının axtarışı, həyatın ümumi axarında öz yerini tapmaq ehtiyajıdır». «Şəxsi özünümüəyyənləşdirmə» anlayışının analoqu kimi «psixo¬sosial eyniyyət» kateqoriyasını elmə gətirən E.Erik¬son həmin anlayışı, hətta psixi inkişaf mərhələlərinə də şa¬mil edir. O, bu problemə münasi¬bətində bioloci amil¬lərə üs¬tün¬lük verir və şəxsiyyətin ümumi inkişafında tələbatların rolunu və bu zəmin¬də insan¬da baş verən psixoloci böhran amilini önə çəkir.
Bu yarımfəsildə həmçinin ali məktəb mühitindəki qruplarda təmsil olunan tələ¬bə¬lər və onların bir¬gə fəaliyyəti təhlil olunur. Dünya psixologiyasında tələbə qrupları, onların fəaliyyəti ilə ünsiyyəti qrup və kol¬lektiv kontekstində öyrənilir. Məlumdur ki, birgə fəaliyyət heç də həmişə bütöv kollektivi əhatə etmir. Burada başlıja diqqət kol¬lektivin məqsəd və vəzifələrinin həllinə yönəldilmiş məhsuldar, nətijə¬yönüm¬lü fə¬a¬liy¬yət¬ və ünsiyyətə yönəlir. Y.R.Ayello, E.A.Duthitt, Q.M.Andreyeva, Q.A. Şoskaya və başqaları qrup problemlərindən bəhs edərkən kiçik qruplar probleminin daha aktual olduğunu göstərirlər. Onların fikir¬lə¬ri¬nə gö¬rə, belə qruplar ilkin mühit hesab olu¬nur. Tələbə şəx¬siy¬yəti özü¬nün ilk addım¬ları¬nı belə qruplarda atır. Q.M.Andreyeva kiçik qrupların xüsusiyyətlərini izah edərkən diqqəti onların tərkibinə yönəldir. Bu quplarda yüksək hazırlıqlı insanlar olduqda birgə fə¬aliyyət müsbət nətijə verir. Qrup yoldaşları arasında aşağı statusa malik olanlar qrupla deyil, tək¬¬likdə daha yaxşı fəaliyyət göstərir, yüksək nətijələr əldə edirlər.
Q.M.Andreyeva göstərir ki, jəmiyyətdə qəbul olunmuş, ümumi və abstrakt an¬layış¬larla bağlı olanlar, məsələn mənəvi dəyərlər bütün qrup üçün səjiyyəvidir. Anjaq fərd¬¬lərdə bila¬vasitə davranışla, fəaliyyətlə bağlı olan şəxsi dəyərlər, normalar da for¬ma¬laşır. Belə dəyərlər və normalar hər kəsdə özünəməxsusdur. Ona görə də tələbə¬nin qrupda yeri, fəaliyyəti qrup üzvlərinin qəbul etdiyi normalarla tam üst-üstə düş-mə¬yə bilər. Bu, tələbənin həmin normaları nə dərəjədə qəbul edib-etmə-mə¬sin¬dən ası¬¬¬lı¬dır. Qrup normaları sosial, qrup və şəxsi olmaqla üç yerə bölünür.
Qrupda birgə fəaliyyətin öyrənilməsi istiqamətində A.V. Pet¬rovski, İ.S.Kon, A.A.Bodalyov, İ.A.Zimnyaya, Q.İ.Mixay¬levskaya, B.D. Pa-rıqin, A.V.Tolstıx, İ.B.Açitaevanın tədqi¬qat¬ları diqqəti jəlb edir. Onlar qrup daxilindəki problemləri «pis», «neqa¬tiv», «inkarediji», «kor¬lan¬-mış», «mü¬na¬sibətlərin deformasiyası» anlayışları ilə sə¬jiy¬yə¬ləndirir, belə müna¬si¬¬bət¬ləri «həqarət», «di¬diş¬mə» kimi xarakterizə edirlər. İ.V.Açitayeva isə təhsil müəssisələrində təsadüf edilən dest¬ruk¬tiv qarşılıqlı münasibəti belə səjiyyələndirir: Tələbələrin qarşılıqlı münasibətlərinin qeyri-müəyyən xarakteri, ilk növ¬bə¬də, onların bir-birini yaxşı tanımamaları, ünsiy¬yət¬də əlverişli vasitələr seçməkdə çə¬tinlik çəkmələri ilə də izah edilə bilər. Münasib psixoloci təsirlərlə qurulan ünsiyyət bu qeyri-müəyyənlikləri ara¬dan qaldırmağa kömək edir.
J.H.Midə görə isə, insanı anlamaq üçün yalnız nitqini deyil, keçmiş təjrübəyə əsaslanaraq etdiyi hərəkətləri də təhlil etsək onların məqsəd-lərini anlaya bilərik. J.H. Mid Z.Frey¬din nəzəriyyələrinə əsaslanır. Z.Freydə görə, «biz həyatda müx¬təlif mə¬qam¬larda uşaqlıqda mənimsədiyimiz üsulları tətbiq edirik».
Göründüyü kimi, ünsiyyətin tərəfi kimi çıxış edən subyektlərin (tələbələrin) psi¬xo¬fizioloci sis¬te¬mi¬ni əmələ gətirən fərdi xüsusiyyətlərinin daxili quruluşu ünsiyyətin şü¬ur¬lu qaydada tən-zimlənməsini təmin edən amildir. B.Q.Ananyev, A.Q.Xrip¬ko¬va, D. N. İsa¬yev, V.E.Kaqan, V.A. La¬¬bunskaya, B.T.Donova və başqaları hesab edirlər ki, əsəb sisteminin güj¬lü və ya zəif olması, tarazlığı, funksi¬ya¬¬¬laş-ması insa¬nın so¬si¬um¬la mü¬na¬sibətlər sis¬teminin qurulmasında, o jümlədən ün¬siy¬¬yə¬tində mü¬hüm əhə¬miyyət kəsb edir. Tələbələrin də ali sinir fə-aliyyətinin xü¬su¬siyyətləri onların ünsiyyətinə təsir gös¬tərir. Onlar fərdi xüsu¬siy¬yət¬lə¬rinin struk¬tu¬run¬da mü¬hüm yer tutan temperament xü-susiyyətlərinə görə də bir-bir¬lərindən fərq¬lə¬nirlər¬. Bu isə qarşılıqlı münasi¬bət¬lə¬rdə özünəməxsus koq¬nitiv stilin for¬ma¬laş¬masında əsas amil kimi çıxış edir.
Psixoloci-pedaqoci ədəbiyyatda problemlə bağlı diqqəti çəkən əsas məsələ bir¬gə fəaliyyətin subyekti olan tələbələrin şəx¬siyyəti və onunla bağlı olanların öyrənil¬mə¬sidir. A.N.Le¬o¬ntyev A.B.Mud¬rik, B.D.Parıgin, V.A.Suxomlinski, S.L.Ru¬¬bin¬¬şteyn, Ə.S.Bay¬ra¬mov, Ə.Ə.Əli¬zadə, R.İ.Əliyev, A.A.Bodalyov, J.Qod¬frua, A.A.Rean və başqalarına görə, şəxsiyyət ünsiyyət və fəaliyyət pro¬se¬sində for¬mala¬¬şır.
V.N.Myasişev, M.R.Ginzburq, B.B.Bo¬qos¬lovs¬ki, A.A.Brudnıy, O.A.Zaris¬skaya, L.Q.İonin və başqalarının nöqteyi-nə¬zə¬¬rinə görə isə tələbə şəxsiy¬yəti¬nin formalaşması və fəaliyyət uğurları birbaşa ünsiyyətlə bağlıdır.
Göstərilən amillə bağlı olaraq S.T. Putkeviç də he¬sab edir ki, tələbələrin dər¬k¬et¬mə xüsusiyyətləri ilə bi¬la¬va¬sitə bağ¬lı olan baza mədə-niy¬yətinin for¬ma¬laş¬ma¬sında ən mühüm yerlər¬dən bi¬ri¬ni kom¬¬mu¬nikativ (ünsiyyət) mə¬də¬niyyət tu¬tur.
I fəslin «Tələbələrin birgə fəaliyyətinin psixoloci mahiyyəti» adlı ikinji yarımfəslində tələbələrin birgə fəaliyyətində informasiya mübadiləsi vahid qarşılıqlı fəaliyyət strategiyası, digər insanın qəbul olunması və başa düşülməsi prosesi araşdırılmışdır. Bu prosesin əsas mahiyyəti tərəflərin (tələbə-tələbə) bir-biri ilə ortaq mövqe taparaq bir-birini başa düşməyə çalışması, əlaqələr qurması, informasiya mübadiləsi aparması, bununla da birgə fəaliyyətə qoşulmasıdır. A.N.Andreyev, M.O.Midivani və V.V.Rıcokinə görə bu proses «tələbə şəxsiyyətinin hazırda və gələjəkdə fasiləsiz inkişafına imkan verən psixoloci mexanizmlərin formalaşmasını şərtləndirir». A.Q.Asmolov isə fəaliyyətə – iyerarxik quruluşa malik olan, müx¬təlif psi¬xi təza¬hür¬¬lə¬rin formasının yaratdığı «hərəkət», «əməliyyat» kimi baxır.
Tələbələrin birgə fəaliyyətinin psixoloci mahiyyətini aydınlaşdırmaq üçün onla¬rın fəaliyyət istiqamətlərini ayırd etmək lazım gəlir. Bu sahədə B.Y.Bəşirov el¬mi təd¬qi¬¬qat işlərinin əhəmiyyətini önə çəkir və tələbələrin tədqiqatçılıq fə¬a¬liy¬¬yətinin təlim – tərbiyə işi ilə qırıl¬maz əla¬qəsini qeyd edir.
R.Mahmudova da tələbələrin məhsuldar fəaliyyət formalarından biri olaraq müs¬təqil işləri önə çəkir və qeyd edir ki, tələbələrin birgə fəaliyyətinin təşkili onların yal¬ınz professional baxımdan de¬yil, şəxsiyyətinin protensial imkanlarının inkişafı və dərk olun¬ması baxımından da diqqət mərkə¬zində saxlanılmalı olan məsələdir. Ona gö¬rə də psixoloqlar bu problemə çoxsaylı təd¬qiqatlar həsr etmişlər. Bununla bağlı ola¬raq İ.S.Kon, İ.A.Zim¬nyaya, Q.M.Andreyeva, A.A.Re¬an,V.İ. Bay¬denko, A.N.Daxin, Q.İ.İbra¬hi¬mov,T.K.Komarova, S.V.Kon-¬¬ ¬¬¬¬-dratyeva, A.M.Mustafayev və başqalarının təd¬¬qi¬qat¬ları diq¬qə¬ti jəlb edir.
V.A.Çelyanova tələbələrin özünüinkişafı ilə əlaqədar olaraq ali və orta ixtisas müəs¬si¬sələrində aparılmalı olan işin mahiyyətini ilk növbədə onlarda dərketmə fəal¬lığının artırılması ilə, L.A.Antipova isə ali məktəb tələbələrinin birgə fəaliyyətinin səmərəliliyini birinji növbədə onların universitet həyatına adaptasiyası ilə əlaqələndirir.
Q.M.Andreyeva və A.A.Rean adaptasiyanın passiv, aktiv, dəyişən və daimi for¬ma¬¬larını fərqləndirmişlər. Q.A.Şoskaya isə tələbələrin sosial adaptasiyası prosesində özünüfəallaşdırmanın psixoloci məsələlərini zəruri məsələ kimi diqqət mərkəzinə gətirmişdir.
I fəslin üçüncü yarımfəsli «Tələbə oğlan və qızların qarşılıqlı ünsiyyətinin psixoloji xüsusiyyətləri» probleminə həsr olunmuşdur. Burada qeyd olunur ki, insanların ünsiyyətdə bir-birini tanıması ilə qarşılıqlı münasibətdə olması arasında əlaqənin mövcudluğu şübhəsizdir. Ünsiyyət zamanı insan öz mənfi və müsbət tərəflərini biruzə verir. Ünsiyyət və fəaliyyət arasındakı uyğunluğu müəyyən edir. Bunun səbəbi ayrı-ayrı fərdi xüsusiyyətlərdə yox, ünsiyyət şəraitində və tez-tez ünsiyyətdə olanların təşkil etdiyi kiçik qrupların xarakterdə axtarılmalıdır. Hesab etmək olar ki, qarşılıqlı fəaliyyət prosesində yaranan təəssüratlar münasibətləri möhkəmləndirir.
D.N.İsayev və V.F.Kaqan tələbə gənclər haqqında gələcəyə yönəlmiş insanlar kimi təsəvvürlərin yaradılmasına baxmayaraq onların indiki zamanla yaşadıqları ilə bağlı dəlilərə əsaslanaraq göstərmişlər ki, “gənclərin fəaliyyəti üçün səciyyəvi olan özünümüəyyənləşdirmə onların məqsədləri, ümidləri ilə gələcəyə yönəlsədə əslində prosses indiki zamanda həyata keçirilir. Ona görədə ünsiyyətin əhəmiyyətini müstəqil dəyər kəsb edən fəaliyyət baxımından qiymətləndirmək lazımdlr”. Onlar gənclərin ünsiyyətində bir-birinə zidd olan iki ənənə, ünsiyyət səhəsinin genişlənməsi və ünsiyyətdə fərdiləşmənin artmasını qeyd etmişlər.
Z.Freyd, K.Q.Yunq, A.Adler, E.Erikson, A.Q.Xripkova, D.B.Kolesov, H.Y.Liçko, T.S.Kon, Ə.Ə.Əlizadə öz tədqiqatlarında qarşılıqlı münasibətlərə cinsi fərqlərin daha çox təsir göstərdiyini və bu baxımdan ünsiyyət prossesində cinsi fərqlərin öyrənilməsinin də önəmli olduğunu göstərmişlər.
Gənclərin psixoloji xüsusiyyətlərini geniş tədqiq edən J.S.Kon cinsi fərqlərin davranış və psixikada özünü göstərdiyini qeyd etsədə cinsi tərbiyənin sosial tərəflərinə daha çox diqqət yetirmiş, gənclik dövründə tələbələrin fəaliyyətinin peşə fəaliyyətinə istiqamətləndirilməsinin vacib olduğunu bildirmişdir.
Ünsiyyətin insanların bir-birilə qarşılıqlı təsiri prossesində daha mühüm rol oynadığını və bu zaman şəxsi ünsiyyətə çevrilməsini Ə.S.Bayramov və Ə.Ə.Əlizadə belə izah etmişlər: “Ünsiyyət fəaliyyətin-əmək, təlim, oyun və s. zəruri tərkib hissəsidir”.
Bu fəaliyyət sahələrinin hər biri ancaq qarşılıqlı təsir şəraitində mümükündür. Müasir psixologiya üçün aktual olan qızlar və oğlanlar arasında ünsiyyət problemi haqqında və s. Ə.Ə.Əlizadə belə yazır “Cinsi identifikasiya, mənlik şüuru, həya hissi və əks cinsə maraq da ünsiyyət prossesində formalaşır”.
Birgə fəaliyyət və bu prosesdə ünsiyyətin rolundan bəhs edən R.İ.Əliyev bildirir ki, qarşılıqlı münasibətlərdə, ünsiyyətdə bərabərlik və hörmət təhsilin qarşısında duran mühüm vəzifələrdən biridir. İnteqrasiyanın qarşılıqlı münasibətlər sistemində tələbləri bir xüsusiyyətlərimizdən, adət-ənənələrimizdən irəli gələn tələblər başqadır.
A.N.Andreyev, M.O.Midivani, Y.Y. Rijokin , A.A.Brudney, J.V.Dubrovina, V.F.Safin, A.A.Bodalyov, L.M.Mitina, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov və başqaları qeyd edirlər ki, tələbələrin ünsiyyətində ilk təsiredici amil xarici: sensor təsirlər və təsirlərdən yaranan təssuratlardır. Tələbələrin geyimi, konfiqurasiyası, davranışı, jest¬ləri, mimikası və b. emosional vasitələr qarşılıqlı münasibətlərin tənzim¬lənməsini müəyyən edir.
Dissertasiyanın II fəsli «Tələbələrin fəaliyyət və ünsiyyətinin psixoloci xüsusiyyətləri» adlanır və 3 yarımfəsli əhatə edir.
Fəslin «Tələbələrin birgə fəaliyyətinin motivasiyası» adlanan birinci yarımfəslində tələbələrin birgə fəaliyyətindəki ünsiyyətinin mo¬ti¬¬-va¬si¬yasını və özünüqiymətləndirmə xüsusiyyətlərini öyrənmək məqsədilə tədqi¬qatın metodikası müəyyənləşdirilir.
Araşdırdığımız mənbələrdən aydın oldu ki, tələbəlik dövründə həmyaşıdlarla ünsiyyətin motivləşməsində əvvəlki dövrlərlə müqayisədə müstəqillik elementləri artır. Onların bir-biri ilə ünsiyyəti yoldaşlıq və dostluq, yaşlılarla ünsiyyəti isə şəxsi və işgüzar motivlərlə istiqamətlənir. Şübhəsiz ki, ali məktəb tələbələrinin tədris-peşə fəaliyyəti ilə yanaşı onların yaş və cins xüsusiyətləri də mühüm amil kimi çıxış edir.
Tələbələrin birgə fəaliyyətindəki ünsiyyətinin motivasiyasını və özünüqiymətləndirmə xüsusiyyətlərini öyrənmək məqsədilə Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının tələbələri arasında anket-sorğu keçirildi. Keçirilmiş anket-sorğudakı suallar bilavasitə tələbələrin ünsiyyət motivlərini aydınlaşdırmağa kömək edirdi. Cavabların ümumi təhlili göstərdi ki, tələbələr ancaq ən yaxın yoldaşları ilə daha asan ünsiyyət qura bilirlər və bu zaman ünsiyyət tələbatları daha yaxşı ödənilir. Hesab etmək olardı ki, tələbələr öz yoldaşları ilə daha çox təhsillə bağlı problemlərini həll etmək üçün ünsiyyətə girirlər, lakin bu amilin onların ünsiyyətində ikinci yerdə durduğu müəyyən edildi. Birinci yerdə tələbələrin yoldaşları ilə münasibətləri müəyyənləşdirmək, yaranmış problemi həll etmək və sadəcə olaraq ünsiyyətdə olmaq motivi dururdu.
Əldə edilən nəticələr reallığı əks etdirməyədə bilərdi, çünki alınan nəticələr tələbələrin şəxsi rəyi əsasında işlənmişdi. Obyektiv nəticələr almaq üçün test metodundan istifadə etdik. Bu üsul həm də tələbələrin kommunikativlik mədəniyyətini müəyyənləşdirməyə kömək etdi.
Test metodikasının daha etibarlı olduğuna əsaslanarsaq demək olar ki, tələbələrin xeyli hissəsində (30%-ə qədər) ünsiyyət və ya kommunikativ mədə¬niyyət problemi var. Onlar öz fikir və düşüncələrini ifadə etməkdə, başqaları ilə bölüşməkdə, başqalarını dinləməkdə, eyni mövzu ətrafında fikir mübadiləsi apar¬maqda çətinlik çəkirlər.
Tələbələrdə kommunikativ mədəniyyətin səviyyəsi
Cədvəl 2.1
Məlumatların alınma yolları Yuxarı
10 bal və daha çox Orta bal
7-10 bal Aşağı
0-6 bal
Anket sorğusu 26 % 40 % 34 %
Testləşdirmə 13 % 52 % 35 %
Tələbələrin birgə fəaliyyətinin tənzimlənməsi üçün elmi biliklərin mənimsənilməsi və bu sahədə praktik bacarıqlara yiyələnmə daxildir. Tələbələrin bu məsələlərə münasibətini öyrənmək məqsədilə «Yarımçıq cümlələr» metodikalarından istifadə etdik. Apardığımız bu metodikanın nəticəsi göstərdi ki, tələbələr öz yoldaşlarına iki mövqedən yanaşırlar: 1) yaxşı insan, fəal tələbə kimi; 2) passiv və mənfi keyfiyyətli insan kimi. Bundan başqa iki motiv meydana çıxır: 1) qarşılıqlı kömək, 2) sadiqliyə tələbat, dostu tərəfindən həssaslıqla başa düşməyi gözləmək. Deməli tələbələrdə qarşılıqlı anlama motivinin güclənməsi xarakterikdir (oğlanlarda bu 40%, qızlarda isə 50% təşkil edir). Bu instrumental dəyərlərdən ekspressiv (anlama) dəyərlərə meyillənmək şübhəsiz ki özünüdərketmənin inkişafı ilə əlaqədardır. Real davranışlarda bu qiymətləndirmə özünü başqa cür göstərir. Əgər dostluğa çox ciddi məhdudiyyətlər qoyulursa, həmin fərdin özünün dostlarının sayı da az olacaq.
Tədqiqat zamanı aydın oldu ki, öz cinsindən olan dostların orta sayı oğlanlarda yaş artdıqca azalır, yoldaşların sayı çoxalır. Qızlarda isə belə ənənə yoxdur. Bu isə şəxsiyyətin sosial qiymətləndirilməsində tələblərin kəskinləşməsini göstərir.
Tədqiqatın məqsədindən irəli gələn tələbələrin kiminlə və nə ilə məşqul olduqlarını aydınlaşdırmaq üçün “Mənim asudə vaxtım” mövzusu üzrə proyektiv inşa metodikasından istifadə etdik.
İnşa yazılar və sorğuların keçirilməsi göstərdi ki, tələbələrin 60%-dən çoxu asudə vaxtının keçirmə formasından narazıdır(qızlar daha çox). Onların asudə vaxtlarını istədikləri kimi keçirməyə mane olan səbəblərdən birincisi maddi vəsait çatışmamazlığı, ikincisi onların sadəcə nə ilə məşqul olmalarını (maraqlarını) dərk etməyi bacarmamalarıdır. Tələbələrin bir çoxu öz vaxtını səmərəli təşkil edə bilmir. Onlarda sosial dəyərli fəaliyyətin əvəzinə, adikasiya (reallıqdan qaçma) meylləri əmələ gəlir. Reallıqdan qaçma dedikdə, yalnız assosial meyllər (alkoqoldan istifadə, narkotik qəbulu, təriqətlərə qoşulma və s) nəzərdə tutulmur. Sosial dəyərlilik baxı¬mın¬dan əhəmiyyətsiz şeylərə görə saatlarla vaxt sərf etmək: bütün günü internetdə məzmunsuz və qarışıq ünvanlar axtarmaq, televiziya ekranlarında göstərilən bayağı və mənasız şou proqramları seyr etmək, idman “azarkeşliyi”, “ulduz” fanatlğı arasında yaxınlıq var.
Tələbələrin asudə vaxtlardakı fəaliyyətinin məzmunu
Jədvəl 2.2
S.s. Üstünlük verilən məş¬¬ğuliyyət və ünsiyyət formaları
Ünsiyyətin fərdi maraq¬larla bağlı formaları Ünsiyyətin qeyri-mütəşəkkil
qrup formaları
1 Gəzintilər Diskoteka-rəqslər
2 Dostlarla ünsiyyət Gəzintilər
3 Televizora baxmaq Tarixi abidələrə və ziyarətgahlara getmək
4 Musiqiyə qulaq asmaq İdman yarışlarına tamaşa etmək
5 İnternet ünsiyyəti İnternet klublara getmək
6 İdman klubunda olmaq Şou-konsertlərə getmək
7 Mütaliə və yaradıjılıq Ad günləri və bayram tədbirləri
Real problemlərdən bu cür qaçma zamanı tələbələr üçün professional hazırlıq baxımından təhsil illərində böyük itki baş verir. Yalnız mənasız maraqları üçün yaşamağa istiqamətlənmiş tələbə oğlan və qızların əslində şəxsi-intim fəaliyyət motivasiyasında da oxşarlıqlar olur. Onlar təmiz məhəbbət yaşamağa qadir olmurlar, çətinliyə dözmürlər, maneələrdən keçə bilmirlər. Eyni zamanda onlarda intim müna¬sibətlərə meyl güclənə bilir. Nəticədə təhsil motivləri zəifləyərək arxa plana keçir.
Təhsil motivləri inkişaf etmiş tələbələr hadisələri rasional qaydada təhlil etməyi, obyektiv nəticə çıxarmağı bacarırlar. Onlar həyatın mənası və gələcək ixtisasları barədə daha əhatəli düşünürülər.
Bu gün tələbələrin birgə fəaliyyət formalarından biri də internetlə ünsiyyət hesab olunur. İnternet onlara başqaları ilə istənilən mövzuda ünsiyyətdə olmaq imkanı verir. Tədqiqatlar zamanı aydınlaşdırdıq ki, bütün tələbələrin virtual aləmə daxil olmaq arzusu var, belə ünsiyyət əlaqəsi digərlərindən daha güclüdür.
Tələbələr elektron poçtun xidmətindən daha çox istifadə edir, ən yaxşı halda fikir mübadiləsi aparır, bəzən çətinlik çəkdikləri fənnlərlə əlaqəli lazımi informasiya alır, onları maraqlandıran suallara daha düzgün və tez cavab tapırlar. Tələbələrin şəbəkə ünsiyyəti ilə bağlı ciddi psixoloji problemləri yaranmır. Ümumiyyətlə, elmi və işgüzar məlumatları almağa meyilli olan gənclər iki əsas psixoloji problemlərlə az rastlaşırlar: a) virtual asılılıq b) internetə qarşı aqressiya. Buna baxmayaraq onların ən çox maraq göstərdikləri və vaxt sərf etdikləri “il seek yan” “Mən səni axtarıram” proqramıdır. Bu proqramda onlar istədikləri insanlarla ünsiyyət qura bilirlər.
II fəslin ikinci yarımfəsli «Tələbələrin birgə fəaliyyətində ünsiyyətinin şəxsiyyət keyfiyyətləri ilə qarşılıqlı əlaqəsi» adlanır. Burada başlıca məqsəd tələbələrin birgə fəaliyyət prosesində ünsiyyətinin səmə¬rəli, ictimai-sosial əhəmiyyətli tərəflərini, inkişafetdirici yol¬ları¬nı ay¬dın¬laşdırmaq olmuşdur.
Tələbələrin şəxsiyyət xüsusiyyətlərini öyrənmək üçün R.B.Kettelin dörd hissədən ibarət olan çoxfaktorlu şəxsiyyət testinin üçüncü hissəsindən (şəxsiyyətlərarası qarşılıqlı təsirin kommunikativ xüsusiyyətləri) istifadə edildi. Testə cəlb edilənlər müxtəlif fakültələrdə oxuyan üçüncü kurs tələbələri oldular.
Tələbələrin təhsil prosesində birgə fəaliyyətini tənzimləyən xüsusiyyətlərdən biri də yüksək kommunikativlik və təşkitalçılıq meyllərinin, praktik qabilily¬yətlə¬ri¬nin olmasıdır. Bu xüsusiyyətlər ali məktəb həyatında bir çox tələbləri li¬de¬rə, ya da arzuolunan şəxsə, qrupun sevimlisinə çevirir. Tələbələrdə bu xüsu¬siy¬yətlərin mü-əyyənləşdirilməsi üçün KOS-1 metodikasından istifadə edildi. KOS – 1 metodikası eksperimental qrupda keçirildi.
KOS-1 metodikası üzrə tələbələrin kommunikativ
və təşkilatçılıq meyllərinin diaqnostik nətijələri
Jədvəl 2.3
Tələbələrin sayı
-50 nəfər Ballar üzrə nətijələr
1 bal 2 bal 3 bal 4 bal 5 bal
rəqəmlə 6 16 12 10 6
faizlə 12 % 32 % 24 % 20 % 12 %
Yarımfəsildə apardığımız tədqiqat göstərdi ki, həm qızların, həm də oğlanların şəxsiy¬yət xü¬susiyyətləri arasında oxşarlıqlar vardır. Onlarda intel¬lek¬tual, emosional xü¬su¬siyyət¬lər, eləjə də şəxsiyyətlərarası qarşılıqlı təsirin kommunikativ gös¬tərijiləri bir-birinə xeyli yaxındır. Bu göstərijilər Kettel testi üzrə aparılmış sı¬naq¬la müəyən edilmişdir. An¬jaq KOS-1 metodikası üzrə keçirilmiş sınaqda kom¬mu¬nikativ xü¬susiyyətlər üzrə fərq¬li nətijələr alınmışdır. Belə ki, həmin test üzrə tələ¬bə¬lərin 44 faizində kom¬mu¬nikativ xüsusiyətlər aşağı və ortadan aşağı səviyyədə olmuşdur.
Qeyd etmək la¬zımdır ki, bu testlərdən birinjisi – şəxsiyyətin sabit imkan¬ları¬nı, ikinjisi – hazırkı vəziyyətlə bağlı psixoloci xüsusiyyətlərini müəyyənləşdirir. Ona gö¬rə də belə nətijəyə gələ bilərik ki, KOS-1 metodikası üzrə alınmış nətijə¬ləri kor¬rek¬siya etmək mümkündür. Bunun üçün tələbələrin birgə fəaliyyətdə ün¬siy¬yətinə ma¬ne olan, çətinliklər yaradan amillərin aradan qaldırılması tələb olunur.
II fəslin üçünjü yarımfəslində «Tələbə gənjlərin birgə fəaliyyəti zamanı ünsiyyətdə rastlaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları» araşdırılır. Apardığımız təhlillərdən aydın oldu ki, tələbələrin birgə fəaliyyətdəki ünsiyyəti düzgün qura bilməməsi, bu sahədə psixoloci mədəniyyətin kifayət qədər inkişaf etməməsi və təhsildə stimullaşdırıjı vasitələrin tətbiq edilməməsi amillərindən asılıdır. Bu amilləri müəyyən etmək üçün SDU-nun tarix və iqtisadiyyat fakültələrində empirik tədqiqatın eksperimental hissəsi keçirildi. Bu iş iki mərhələdə keçirilmişdir. I mərhələdə keçirilmi

Baxış sayı: 1. 062
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
A V T O R E F E R A T
növbəti yazı
DIPLOM IŞİ

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net