Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

A V T O R E F E R A T I

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Əlyazması hüququnda
Sousan Ağacanbeqlo Aliəsgər
İRAN İSLAM RESPUBLİKASINDA GƏNCLƏRİN
AİLƏ HƏYATINA HAZIRLANMASININ
SOSİAL-PSİXOLOJİ PROBLEMLƏRİ
19.00.05 – Sosial psixologiya
Psixologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2010
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Sosiologiya şöbəsində yerinə yetirilmişdir.
Elmi rəhbər: Psixologiya elmləri doktoru
İsfəndiyar Məmmədhüseyn oğlu Novruzlu
Rəsmi opponentlər: Psixologiya elmləri doktoru, dosent
Elnarə İbrahim qızı Şəfiyeva
Psixologiya elmləri namizədi
Hökümə İmran qızı Əliyeva
Aparıcı təşkilat: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrası
Müdafiə « »____________» 2010-cu ildə saat «________»-da Bakı Dövlət Universitetinin nəzdindəki N.02.014 dissertasiya şurasının iclasında keçiriləcəkdir.
Ünvan: AZ-1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, BDU-nun II humanitar korpusu.
Dissertasiya ilə BDU-nun elmi kitabxanasında tanış olmaq olar.
Avtoreferat «___________» 2010-cu ildə göndərilmişdir.
N.02.014 Dissertasiya
şurasının elmi katibi,
psixologiya elmləri namizədi Rəşid Vəkil oğlu Cabbarov
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Müasir dövrdə cəmiyyətdə gedən yeniləşmənin, ictimai-siyasi dəyişikliklərin təbii axarı ailə-nigah münasibətlərinin mahiyyətinə və məzmununa həlledici təsir göstərməklə yanaşı bir sıra sosial-psixoloji problemlərin ortaya çıxmasına səbəb olmuşdur.
İran İslam Respublikasında keçən əsrin sonunda baş verən təbəldülatlar, inqilablar cəmiyyətdə ailə haqqında olan təsəvvürlərin dəyişilməsinə, köhnə stereotiplərin dağlmasına, ailə daxili münasibətlərdə spesifik cəhətlərin ortaya çıxmasına zəmin yaratdı.
Məlumdur ki, son yüz ildə İranın ictimai-siyasi həyatında baş verən mühüm tarixi hadisələr istər-istəməz ənənəvi İran ailəsində nəzərə çarpan müxtəlif səpkili problemlər meydana çıxarmış və onun psixoloji təhlilini vacib məsələ kimi gündəmə gətirmişdir.
Bununla yanaşı insanların yaşayışı, həyat tərzinin dəyişməsi, mürəkkəbləşməsi, cəmiyyətin strukturunda baş verən sosial dəyişilmələr insanların dünya görüşündə hadisələrə və ailəyə münasibətində yeni çalarların meydana çıxmasına gətirib çıxarmışdır. Bu yeniləşmə prosesləri fonunda milli-mənəvi və dini-mədəni dəyərlərin qorunub möhkəmləndirilməsi, inkişaf etdirilməsi yaşadılması məsələləri mühüm əhəmiyyət kəsb edir.
Faktlar göstərir ki, cəmiyyətdə sosial-iqtisadi şərait dəyişdikcə ailələrdə boşanmalar artır, onun monolitliyi pozulur, ailə həyatına hazırlığın sosial-psixoloji şərtləri mürəkkəbləşir.
Ailədaxili münasibətlərdə çətinliklərin qarşısını alınması və ailə münasibətlərinin düzgün əsasda qurulması üçün yüksək ideya sərvətlərinə və mənəvi əsaslara malik gənclərin formalaşdırılmasına, ailənin əmək mühiti və təsərrüfatını nizamlamasına, onun psixoloji iqlimini saflaşdırmalısına çalışmaldır. Bu baxımdan ailədaxili münasibətlərə mənfi təsir göstərən müxtəlif amillərin müəyyən edilməsi və onların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda müasir dövrdə ailədaxili münasibətlərdə özünü biruzə verən dəyişilmələrin psixoloji təhlilinin verilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Ailə sosial sistem kimi öz həyat tərzini münasibətlərin müəyyənləşmiş qanunlar vasitəsilə reallaşdırır. Bu münasibətlərin içərisində psixoloji münasibətlərin düzgün təşkili xüsusi yer tutur. Bir məsələ də qeyd olunmalıdır ki, belə mürəkkəb münasibətlər fonunda ailə həyatına hazırlıq, gənclərin bu prosesə hərtərəfli psixoloji baxımdan hazır olmaları üçün problemin müasir vəziyyəti araşdırılmalıdır. Aparılımış tədqiqatların təhlili göstərir ki, bu problem müxtəlif aspektlərdən tədqiq edilsə də, sosial-psixoloji baxımdan sisitemli tədqiq edilməmişdir. Məhz bu nöqteyi-nəzər problemi bir daha aktuallaşdırır və onun tədqiqini zəruri məsələ kimi qarşıya qoyur.
Mövzunun işlənmə səviyyəsi. Aparılmış tədqiqatların təhlil göstərir ki, bu sahədə görülən işləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Pedaqoji istiqamətdə aparılımış tədqiqatlar;
2. Ümumi psixoloji və sosial psixoloji tədqiqatlar;
3. Sosioloji tədqiqatlar.
Pedaqoji istiqamətdə aparılmış tədqiqatlarda (M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov, Y.Talıbov, N.Muxtarova, H.Əlizadə, S.Quliyev, A.Abbasov, K.Uşinski, A.Makarenko, B.Suxomlinski) ailədaxili münasibətlər, ailədə valideyn – övlad münasibətləri, uşaqların tərbiyə edilməsində atanın və ananın rolu və s. bu kimi məsələlər ön plana çəkilir. Bundan başqa həmin tədqiqatlarda əsasən, ailənin formalaşmasının nəzəri və praktiki müddəaları sistemləşdirilir. Eyni zamanda müxtəlif xalqlarda ailəyə verilən tələblər bu yanaşmanın başlıca qayəsini təşkil edir. Gənclərin milli mentalitet əsasında tərbiyə edilməsi və bu yönümdə onlarda ailə haqqında təsəvvürlərin inkişaf etdirilməsi pedaqoji istiqamətdə aparılmış tədqiqatlarda daha qabarıq şəkildə özünü göstərir.
Psixoloji yönümdə aparılmış tədqiqatlarda (B.Əliyev, Ə.Əlizadə, Ə.Bayramov, İ.Novruzlu, İ.Allahverdiyeva, Q.Əzimov, Ə.Baxşəliyev, L.Səfərli, P.Piran, B.Saruxani, M.Rəşidpur, M.Fərcad, D.Mayers, E.Eydimiller, V.Yustskiy, V. Karvasarskiy, G. Vudaker, E.Alaşina, V.Voykiy, Z.Freyd, E.From, K.Xorni və başqaları) tədqiqatlarını xüsusi qeyd etmək olar. Burada da əsasən ailənin strukturu, onun tərkib elementləri, onun formalaşmasının psixoloji qanunauyğunluqları əsas tədqiqat obyekti olmuşdur. Ayrı-ayrı tədqiqatçılar ailəni müxtəlif rakurslarda, müxtəlif aspektlərdə öyrənməyə çalışmışlar. Xüsusən də şəxsiyyətin sərvət dəyərlərinin gerçəkləşməsi istiqamətində, ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi yönümündə çox saylı elmi-tədqiqat işlərinə rast gəlinir. Olduqca mühüm olan bu tədqiqatlarda bizi maraqlandıran problemin hərtərəfli tədqiqinə nail olunduğunu söyləmək çətindir.
Gənclərdə ailə həyatına hazırlıq məsələləri sosioloji aspektdən də tədqiq edilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlarda (T.Əliyev, F. Vahidov, Q. Abbasova, B.Sisenko, Y.Şepanski, və b.) ailə ilə bağlı təsəvvürlərin qədim dövrlərdəndən tutmuş, indiyə qədərki dəyişilmə dinamikası, ailənin cəmiyyətdə tutduğu yer, ailənin strukturu ailədəaxili münasibətlərin ailə qurulmasına təsiri, cəmiyyətdə mövcud olan sterotip və ənənələrin ailə məsələrinə təsiri və s. kimi problemlər tədqiq edilmişdir. Lakin aparılmış tədqiqatların milli zəmini və regional xarakteri müxtəlif olduğundan və müasir dövrün problemlərini tam şəkildə özündə əks etdirmədiyindən sistemli xarakter daşımır.
Bütün bu qeyd edilənlər bir daha sübut edir ki, problem sosial-psixoloji istiqamətdə hərtərfli və müasir dövrün dinamik dəyişilməsi fonunda sistemli tədqiq olunmamış, onun zəruri etnik-milli əsasları öyrənilməmişdir. Bu isə tədqiqatın müasir dövr üçün aktual olduğunu sübut edir.
Tədqiqatın obyekti. Tədqiqatın obyektini İran İslam Respublikasında gənclərin (tələbə gənclərin) ailə ilə bağlı təsəvvürlərinin araşdırılması təşkil edir.
Tədqiqatın predmeti. Tədqiqatın predmetini İran İslam Respublikasında gənclərin ailə həyatına hazırlığının sosial-psixoloji xüsusiyyətləri, ailənin formalaşmasının psixoloji mexanizmi, onu şərtləndirən amillərin xarakteri və istiqaməti, eləcə də boşanmaya səbəb olan sosial-psixoloji amillərin araşdırılması təşkil edir.
Tədqiqatın məqsədi. Tədqiqat işində başlıca məqsəd eksperimental psixoloji tədqiqatların köməi ilə İran gənclərinin ailə həyatına hazırlığı ilə bağlı bir sıra problemlərin sosial-psixoloji səbəblərini araşdırmaq, ailə həyatına hazırlığa təsir göstərən amillər kompleksini müəyyənləşdirmək, ailədə baş verən konfliktlərin aradan qaldırılmasının yol və vasitələrinin ayırd edilməsi və bu problemlərin həlli ilə bağlı səmərəli təkliflər irəli sürməkdir.
Tədqiqatın vəzifələri. Dissertasiya işində qarşıya qoyulmuş başlıca məqsədə nail olmaq üçün tədqiqat prosesində bir sıra konkret vəzifələrin həyata keçirilməsinə cəhd göstərilmişdir:
1. Problemlə bağlı müvafiq pedaqoji, fəlsəfi və psixoloji ədəbiyyatın təhlili əsasında məsələyə yanaşmanın nəzəri aspektlərini müəyyən etmək, onları müəyyən prinsiplər əsasında sistemləşdirilməsi;
2. Tədqiqat prosesinə kömək edəcək əsas mülahizə və prinsiplərin müəyyənləşdiriməsi;
3. İranda gənclərin ailə həyatına hazırlanılmasına təsir edən sosial-psixoloji amillərin ayırd edilməsi;
4. Hazırki şəraitdə ailədaxili problemlərin meydana çıxmasını şərtləndirən sosial-psixoloji amillərin qruplaşdırılması;
5. Ailə problemlərinin həlli üçün səmərəli sosial-psixoloji yol və vasitələrin tapılması və onun praktikaya tətbiqinə nail olunması.
Tədqiqatın əsas fərziyyəsi. Tədqiqatda belə bir fərziyyəyə istinad edilir ki, İran gənclərinin ailə həyatına hazırlığı İran cəmiyyətinin dini-mədəni tərəqqisi, hərtərəfli inkişaf edib möhkəmlənməsi prinsiplərindən, müasir İran ailəsinin islami dəyərlərə bağlı olaraq sağlam düşüncə, sağlam təməl üzərində və yüksək sosial-psixoloji hazırlıq çərçivəsində davamlı inkişaf xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Əsas fərziyyə ilə yanaşı bir neçə əlavə fərziyyə də götürülmüşdür:
– İran gənclərində ailə həyatına hazırlıq mövcud regional xüsusiyyətələrlə yanaşı, onların təhsil səviyyəsindən və iqtisadi baxımdan ailə qurmağa nə qədər hazır olmalarından asılıdır;
– İran gəncələrinin ailə həyatına bir sıra amillərlə yanaşı, mövcud sosial və dini sterotiplər, o cümldən möhkəmlənmiş adət və ənənələr da mühüm təsir göstərir.
Tədqiqatın metodoloji əsasları və metodikası. Tədqiqatda cəmiyyət-şəxsiyyət sistemi üzrə ümumi prinsiplərdən çıxış edilmiş psixoanalitik nəzəriyyənin və biheviorist məktəbin metodoloji yanaşmalarından istifadə olunmuşdur. Bu prinsiplər əsasında işlənib hazırlanan və inkişaf etdirilən araşdırma üsulları tədqiqatın gedişində əsas elmi-praktik vasitə kimi istifadə olunmusdur. Eyni zamanda sosial psixologiyada geniş istifadə edilən tədqiqat eksperiment, müşahidə, intervyü, anketləşdirmə, müqayisəli sosial-psixoloji təhlil üsullarından da istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Bu tədqiqat işində İran gənclərinin ailə problem- lərinin həlli yolları araşdırılmış, problemin sosial-psixoloji həlli yolları və üsulları müəyyən edilmişdir. İlk dəfə olaraq bu işdə problemin sosial-psixoloji əsasları geniş şəkildə araşdırılmış, İran gənclərinin ailə haqqında sosial-psixoloji təsəvvürlərinin sistemləşdirilməsinə cəhd göstərilmişdir. Beləliklə bu işdə:
-İran ailələrin sosial-psixoloji təsnifatı və İran gənclərinin ailəyə hazırlığına təsir göstərən amillər müəyyən edilmiş;
– İran gənclərinin evlilik haqqında təsəvvürləri sosial-psixoloji baxımdan təhlil edilərək, onlarda dominatlıq təşkil edən dəyərlər ayırd edilmişdir.
-Tədqiqat zamanı ortaya çıxan problemlərin həlli ilə bağlı təkliflər hazırlanmış və tövsiyələr verilmisdir.
Müdafiəyə çıxarılan əsas müddəalar:
-Sosial münasibətlər sisteminin sürətlə dəyişməsi və transformasiyaya uğraması, yeni sosial şəraitə uyğunlaşma prosesində yaranan ziddiyyətlər bir sıra sahələrdə olduğu kimi özünü yeni ailə quran gənclərin həyatlarında da biruzə verir. Bu baxımdan ailə quran ər və arvadın həm psixoloji, həm də psixofizioloji baxımdan bir-birinə uyğunlaşması mühüm əhəmiyyət kəsb edir.
– Gənclərdə ailə haqqında təsəvürlərin formalaşmasına bir sıra amillərlə yanaşı cəmiyyətdə mövcud olan etalon və stereotiplər də güclü təsir göstərir.
– Ailədaxili münasibətlərin qarşılıqlı hörmət, əmkdaşlıq əsasında qurulması ailədə şəxsiyyətlərarası münasibətlərə səmərəli təsir göstərməklə yanaşı, həmçinin sağlam psixoloji mühitin yaradılmasına da zəmin yaradır.
– Yeni yaranan gənc ailələrdə münaqişələrin yaranmasına sosial, iqtisadi, amilərlə yanaşı, həmçinin sosial-psixoloji amillər də mühüm təsi göstərir. Həmin amillərə misal olaraq ailədaxili ünsiyyətin düzgün qurulmamasını, sosial rolların lazımi səviyyədə mənimsənilməməsini, sosimədəni səviyyənin uyğun gəlməməsini göstərmək olar.
– Bu gün bir çox ailələrdə kişi və qadın haqqında ənənəvi təsəvvürlər öz mövcudluğunu qoruyub saxlayır. Lakin onlar ailədə əmələ gəlmiş real münasibətlərlə çox zaman ziddiyyət təşkil edir. Hazırki şəraitdə qadın və kişinin hüquq bərabərliyi ailədə onların qarşılıqlı münasibətlərinin formalaşmasında həlledici rol oynayır.
– Gənclərin ailə həyatına mənfi təsir göstərən bəzi neqativ halların aradan qaldırılması üçün gənclərin ailə haqqında təsəvürləri, nigah mədəniyyətini, bir sözlə ailə mədəniyyətini yüksəltmək lazımdır.
Tədqiqatın nəzəri əhəmiyyəti. Ailə mürəkkəb və çoxcəhətli problem olduğundan, onun inkişaf dinamikasının və psixoloji məsələlərinin tədqiqinin nəticələri sosial psixologiyanı yeni biliklərlə zənginləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bununla yanaşı İran gənclərinin ailə həyatına hazırlığının ümumi qanunauyğunluqlarının müəyyələşdirilməsi və sistemləşdirilməsi sosial psixologiyanın və seçmə fənlərin tədrisində yeni istiqamətlərin yaranmasına səbəb olur. Bu baxımdan ailə probleminin öyrənilməsi, onun ayrı-ayrı aspektlərinin ön plana çəkilməsi gənclərin ailə qurmasında özünü göstərən neqativ amillərin aradan qaldırılmasına yönəlmiş yeni metodların yaradılmasına imkan vermiş olar.
Tədqiqatın praktik əhəmiyyəti. Tədqiqatda əldə olunmuş nəticələrdən gənc ailələrlə bağlı müvafiq tövsiyə və proqramların işlənib hazırlanmasında, psixologiya kurslarında mühazirələrin keçirilməsində, eləcə də sosial-psixoloji treninqlərin təşkilində və reallaşmasında geniş şəkildə istifadə oluna bilər. Həmçinin ailə problemləri ilə bağlı məsləhətlərdə, çətin uşaqların tərbiyə olunmasında, fərdi psixoprofilaktikada, müəllimlər üçün elmi-metodik tövsiyələrin işlənib hazırlanmasında, pedaqoji və sosial işçilərin fəaliyyətində müxtəlif aspektləri araşdırmaqla məşğul olan elmi-tədqiqat müəssisələrinin tədqiqat işlərində də istifadə oluna bilər.
Tədqiqatın nəticələrinin aprobasiyası. Aparılmış tədqiqatın nəticələri AMEA-nın Sosiologiya, Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya şöbəsinin elmi seminarlarında və respublika elmi konfranslarında müzakirə edilmiş və bu yolla aprobasiyadan keçmişdir. Eyni zamanda, dissertasiya işinin əsas nəticələri müəllifin müvafiq tədqiqatlarında öz əksini tapmışdır.
Dissertasiyanın quruluşu. Tədqiqat işi giriş, iki fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.
İŞİN ƏSAS MƏZMUNU
Dissertasiyanın girişində mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, fərziyyəsi, nəzəri və metodiki əsasları, elmi yeniliyi, elmi-nəzəri və praktik əhəmiyyəti, müdafiəyə təqdim olunan əsas müddəalar şərh olunur.
Dissertasiya işinin «Tədqiqatın mövzusunun nəzəri-metodoloji əsasları» adlanan I fəsli 3 yarımfəsli özündə birləşdirir. I fəslin «Azərbaycan və İran psixoloqlarının ailə haqqında görüşləri (tarixi ekskurs) adlanan birinci yarımfəsli Azərbaycan və İran psixoloqları ailə haqqında fikirlərinin təhlilinə həsr olunub. Bu yarımfəsildə həmçinin «ailə», «nikah», «məhəbbət» anlayışlarının mahiyyətinə aydınlıq gətirilir, Zərdüştlükdən müasir dövrə qədər ayrı-ayrı mənbələrdə əks olunmuş ailə-nigah məsələləri diqqət mərkəzinə gətirilir.Burada Platonun(dövlət ailələrin birləşməsindən yaranır), Aristotelin( ailə kəndi yaradır, kəndin birləşməsi isə dövləti) və b. filosofların fikirlərinə müraciət olunur.
Burada qeyd olunur ki, müxtəlif mənbələrdə nigaha kişi və qadın arasındakı münasibətlərin tarixən dəyişən sosial forması kimi yanaşırlar.Bu yarımfəsildə ailənin qan qohumluğunu, qrup nikahı və qoşa nikaha əsaslanan ən qədim və ilkin formaları, eyni zamanda monoqamiya formalı; matriarxal və patriarxal ailələr barədə zəruri məlumatlar şərh olunaraq sistemləşdirilir.
Həmçinin bu fəslin birinci yarımfəslində nikahın ilkin formalarına münasibət bildirilir və qeyd edilir ki, cəmiyyətin, insanların həyatında, inkişafında məhəbbət, nikah anlayışlarının hər birinin özünəməxsus rolu vardır. Məhəbbət ailənin mənəvi, nikah isə hüquqi əsasıdır. Gənclər evlənməyə hazırlanarkən bu cəhətlər nəzərə alınmalıdır.
I fəslin « Müasir ailə institutu sosial-psixoloji bir problem kimi » adlanan ikinci yarımfəsilində müasir ailə institutu sosial-psixoloji bir problem kimi ədəbiyyatda qoyuluşu öz əksini tapmışdır. Qeyd olunur ki, hazırda gənclərin nigaha, müstəqil ailə həyatına və öz gələcək uşaqlarını tərbiyə etməyə hazırlanması ailələrlə yanaşı təlim-tərbiyə müəssisələrinin də mühüm vəzifələrindən biri olmuşdur. Göstərilir ki, gənclərin müstəqil ailə həyatına və nikaga hazırlanması üzrə işdə əsas diqqət ailə münasibətlərinin mənəvi və psixoloji cəhətlərinə yönəlməlidir. Bu zaman başlıca məsələ cinslər arasındakı münasibətlərin mənəvi- psixoloji cəhətlərinin nəzərə alınmasıdır. Oğlan və qızlar ailə və nigah qanunvericiliyinin əsasları ilə tanış olmalı, müvafiq normativ aktların ədalətliliyinə əminlik hasil etməli və özlərində bunları yerinə yetirmək tələbatı yaratmalıdırlar.
Bu yarımfəsildə ailə tərbiyəsi, ailə qurulmasına psixoloji hazırlıq məsələləri üzrə Azərbaycan Rəspublikasinda (Ə.Ə. Əlizadə, Ə.S.Bayramov, Ə. Ş. Həşimov. S.M. Quliyev, A.N. Abbasov), Türkiyə Cumhuriyyətində ( Kurtuluş Seçil, Nevzat Tarhan, Egemen Nurcan, Bilgin, Nuri və b.) Avropada ( Piko, B. Kaplan, İngilterede R. M., Saks, J. F. Dewey, J. Williams , Wilkins və b) və İran İslam Rəspublikasinda aparılmış tədqiqatlar (Ateşi. S. Mənsur, Haşemi S.Mogteba, Gengi Həmzə, Hüseyn Abadi, və b.) diqqət mərkəzinə gətirir. Qeyd olunan alimlərin tədqiqatlarında gənc nəslin tərbiyəsində ailənin rolu araşdırmış ailə hazırlığının sosial-psixoloji və regional xarakteri təhlil olunmuşdur.
Ailə həyatına hazırlıqda bir qrup tədqiqatçılar uşaq və yeniyetmələrin cinsi tərbiyəsi məsələlərini qabartmışdılar. Ə.Ə. Əlizadə, L.N. Boqdanoviç və V.M. Lapik, Tataker, Tun, Gökduman Eda, Topal A., Timur Selim, Nevzat Tahan, İngiltərədə, Cohan C. L., T. N Bryant, R. A.Harvey, A.G. Billings, A. G. Moos, R. H. Aldvin, C. M, Kerimi Yusef, Kehani Niya Ehmed, Hoseyn Abadi, T. N. Sabəti, və başqalarının araşdırmaları məhz bu istiqamətdədir.
Adları çəkilən alimlərin gəldikləri nəticəyə görə: ailə-nigah münasibətlərinin pozulmasının başlıca səbəblərindən biri də tərəflərin kişilərin və qadınların bir-birini psixoloji xüsusiyyətlərindən xəbərdar olmamaları ilə əlaqədardır. Bu qarşılıqlı anlamaya maneçilik törədir, bir sıra hallarda isə tərəflər arasında münaqişələr yaradır və sonda ailənin dağılmasına şərait yaradır.
I fəslin «Ailə ilə bağlı gənclərin təfəkkür tərzində meydana gələn dəyişikliklər » adlanan üçüncü yarımfəsilində gənclərin ailə ilə bağlı təfəkkür tərzində baş verən dəyişikliklər təhlil edilmişdir. Burada evlənmədə maddiyyat və sevgi amillərinin rolu, keçmişdə maddi amillərin evlənmə məsələsi üzərində hakimliyi və s. araşdırılmışdır. Qeyd olunur ki, bu gün ailələrin ülfət və məhəbbət amili daha çox ön plana çıxır, mənəvi və ruhi rol təklik və yalqızlıqdan çıxmaq üçün psixoloji ehtiyac həyat yoldaşı tapmaq amili də maddi amil qədər evlənmə məsələsində böyük əhəmiyyət kəsb edir.
Tənhalıq hissləri və müvəffəqiyyətsiz evlənmələr; arasındakı əlaqə və asılılıqların öyrənilməsi göstərir ki, əgər insani ülfətdən yaranan xoşbəxtlik istər ər arvad, istərsə də insani münasibətlərdə müyəssər olmazsa, insana tənhalıq yalqızlıq və biganəlikdən başqa, heç nə nəsib olmayacaqlar. Yeniyetmələr, cavanlar və biganəlik problemlərini araşdıran; tərbiyəçi psixoloq F. Rays (1996) yazır: “Bizim tərkidünyalıq hakim olan bu ülfətsiz cəmiyyətimizdə başqaları ilə yaxın əlaqə yaratmaq hər bir fərdin asudəliyi və şəxsi mənliyi üçün həyati bir zərurətdir”.
Faktlar göstərir ki, son illərdə ailədə ayrılmanın, boşanmanın artmasının əsl səbəbinin iqtisadi çətinliklərlə əlaqələndirirlər. Bunun əyani nümunəsinin Şimali Amerika cəmiyyətində görmək olar 25 yaşdan 40 yaşadək ər arvadların 50%-dən çoxunun həyatı ayrılma və boşanma ilə qurtarır. Halbuki, onlarda diqqəti çəkən heç bir maddi çətinlikləri yoxdur. ABŞ-ın 1996-cı il əhalinin ümumi siyahıyalma statistikası məlumatlarına baxdıqda görürük ki, həqiqət belədir.
Aparılmış tədqiqatlar göstərir ki, psixoloji baxımdan uyğunluq, şəxsi keyfiyyətlərin harmoniyası, eşq və insani ülfət müvəffəqiyyətli evlənmənin əsasıdır. Cəmiyyətdəki çətinliklər, təbəqələşmə yönümlü yanaşma bir çox problemlər yaradır. Əgər ər-arvadın şəxsi ehtiyacları və ülfət istəkləri nəzərə alınmazsa, birgə ailə həyatı davam etdirilmir, boşanma halları baş verir, ailə üzvlərinə, xüsusilə uşaqlara ağır psixoloji zərbələr vurulur. Son nəticədə səhv buraxmaq, təcrübəsizlik halları, narahatlıq və boşanma halları ortaya çıxır. Beləliklə, həm evlənmədən qabaq oğlan və qızın əlaqələrində yaradılmış olan ifrat ənənəvi qadağalar və həm də açıq-saçıqlıq, hər şeyə sadə yanaşma, diqqətsizlik cavanların gələcək həyatına ciddi təsir edir, onların ayrılmasına və boşanmalarına səbəb olur, ən yaxşı halda buna zəmin yaradır.
Bununla belə bu yarımfəsildə göstərilir ki, ailədaxili münasibətlərdə əsaslı dəyişikliklər baş vermişdir. Bir tərəfdən Yeni dünyanın görünməmiş iqtisadi, elmi, inkişaf, rabitə əlaqələrinin yayılması uşaqların, yeniyetmələrin, gənclərin və başqalarını üzünə açılmışdır ki, bu da çox güclü və cəlbedici təsirdir. Digər tərəfdən son əsrdə yaranan mədəniyyət və sivilizasiya insanların çox böyük imkanlara, məlumatlara malik olmasına şərait yaradır. Bu mədəniyyət və sivilizasiya insanların həyat tərzində, kişi və qadın hüququ üzərində və ailə üzvlərinin bir-birilə əlaqələrində çox mühüm dəyişikliklər yaratmışdır.
Faktlar göstərir ki, ailə problemlərinin sosial-psixoloji yanaşma çərçivə- sində hərtərəfli tədqiq edilməsi, öyrənilməsi aktual, daim yeniləşən yeni məna və məzmun kəşf edən bir məsələ kimi özünü göstərir.
Hazırda bütün dünyada ailə həyatının ciddi böhranla üzləşməsi və getdikcə deqradasiyaya (tənəzzülə) uğraması, dünya ölkələrini, nüfuzlu beynəlxalq təşkilatları narahat edən aktual məsələlərdən biri kimi çıxış edir. Deməli elmi texniki inkişaf insan münasibətlərində laqeydlik və biganəlik yaradır ki,bu da ailə münasibətlərinə hərtərəfli təsir göstərir.
Dissertasiyanın «İran islam Respublikasında tələbə gənclərin ənənəvi ailə dəyərlərinə münasibətlərin dəyişməsi» adlanan II fəslinin birinci yarımfəsli «Tədqiqatın təşkili və keçirilməsi» adlanır. Burada tədqiqatın fərziyyəsi və sorgu anketinin hazırlanmasında istifadə olunan prinsiplər təsvir olunmuş və müasir ailələr üçün psixoloji uyuşma problemi sistemli təhlil olunmuşdur. Bu yarımfəsildə ideya-mənəvi sərvətlər, maraqlar, zövqlər, temperament və xarakter ön plana çəkilmiş və buna uyğun olaraq uyuşmanın üç növü fərqləndirimişdir: sosial-ideoloji uyuşma, psixoloji uyuşma, psixofizioloji uyuşma. Gəncləri nikaha, ailə həyatına hazırlığını və gələcək övladlarını tərbiyə etməyə hazırlanması üzrə iş tərbiyənin müxtəlif cəhətlərini sintez etməyə doğru istiqamətlənmişdir. Bu iş mənəvi, hüquqi, fiziki, tibbi, pedaqoji, xüsusən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Dissertasiyanın «Sorğunun keçirilməsi və nəticələrin təhlili və ümumiləşdirilməsi» adlanan II fəslinin ikinci yarımfəslində, sorğunun keçirilməsi nəticələrinin təhlili və ümumiləşdirilməsi təsvir olunur. Pilotaj xarakterli tədqiqatlarda 80 nəfər iştirak edirdi. Sorğuda iştirak edənlərdən 50 nəfəri (33 nəfər subay və 17 nəfər evli) cinsi əlaqə haqqında məlumatlarının hansı səviyyədə olmasına münasibət bildirirdilər. Onların 58%-i cinsi əlaqə haqqında məlumatlarının qeyri-kafi qiymətləndirdilər. Bu dərəcə subaylar arasında 58%, evlilər arasında isə 53% təşkil edir. Tədqiqatda iştirak edənlərin əksəriyyəti (subayların 88%, evlilərin 81%-i) ali təhsilli və ya elmi dərəcəyə malik olmuşlar. Digərləri isə orta təhsilli idilər. Onların əksəriyyəti qadınların qadın problemi ilə əlaqəsi olan adamlar idilər. Onların bəziləri yəni 67%-i ilk dəfə cinsi əlaqə haqqında öz dostlarından və məktəb yoldaşlarından eşitmişdilər. Sorğda iştirak edənlərin yalnız 2%-i cinsi əlaqə haqqında məlumatı kitabdan almış, 6%-i məlumatı öz alləsindən almışdır. Subay qızların 67%-i göstərmişdir ki, onların ailəsində cinsi əlaqə haqqında söhbət olmur və ya o bərədə söhbət nalayiq bir hərəkət hesab olunur. İştirakçıların 60%-i isə ilk təcrübənin həddi-buluq yaşına çatdıqdan sonra olduğunun iddia etmiş və bu işin qəflətən və xoşagəlməz olduğunun bildirmişlər.
Statistik tədqiqatlara görə, İran İslam Respublikasında 2003-cü ilin üçüncü ayında 1328898 evlilik qeydə alınmışdır. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. 136 müvəqqəti evlilik, 17704 evlənmə-boşanma faktları qeydə alınmışdır. Bu da keçən illə müqayisədə 7% azdır. Boşanma siyahısında İran dünyanın üçüncü ölkəsidir. Keçən ilin ilk doqquz ayında 602347 evlilik və 63125 boşanma halları qeydə alınmışdır. Başqa sözlə, hər on evlilikdən bir boşanmaya biri boşanmaya səbəb olmuşdur. Təkcə Tehran şəhərində 95842 evlənmə və 17500 boşanma hallrı baş vermişdir. Bunlardan 52%-i evləndikdən sonra 5 il, 19% -i 5-10 il, 6%-i 10-15 il, qalanları isə 15 ildən artıq evli olmuşlar kişilərin 35%-i 20-24, 32% -i 25-29, 22%-i 30 yaşlarında, yerdə qalanlan isə 30-dan yuxan yaş həddində evlənmişlər.Qadınların 23%-i 20-24, 21%-i 25-29 yaşlarında, 22%-i 30-dan yuxarı, yerdə qalanları isə 20-dən aşağı yaş həddində evlənmişlər. Evlənmə halları İranın İslam şəhərində 18%, 15% artmış, Semnan şəhərində isə 7,95% azalmışdır. Statistik göstəricilər bizim tədqiqatla üst-üstə düşdüyündən əlavə şərhə ehtiyac duymuruq. Bir mühüm cəhət qeyd olunmalıdır ki, bütün bu neqativ hallara baxmayaraq gənclər evlənməyə davam edirlər. Çünki cəmiyyət adlanan quruluşun evliliklərə və ailə tərbiyəsi alan uşaqlara ehtiyacı var. Lakin cəmiyyət qadının və kişinin üzərinə “evlilik” pərdəsi altında bir-birindən fərqli məsuliyyət qoyur və onlardan çox şey gözləyir. Qadın və kişidən bir-birini tamamlayan tək bütöv olmaları, öz mənliklərini kənara qoymayan, ailələrini, cəmiyyətlərini və hətta ölkələrini belə “ideal ailə” məfhumu ilə təmsil etmələri tələb olunur.
Bir sıra ölkələrdə olduğu kimi ölkəmiz də (İran İslam Respublikası) ailə münasibətlərinin və ictimai əlaqələrin insanların davranışına təsir göstərdiyi bir cəmiyyətdə həddi-büluğa çatmış insanlar evlilik həyatı quraraq yaşayır və baş verən proseslərə biganə yanaşmırlar. Xarici ölkələrdə aparılan tədqiqatlara görə, 45-65 yaş arasındakı kişilərin 10 il ərzində ölüm faizi eyni yaşda olan subay kişilərlə müqayisədə iki dəfə az qeydə alınmışdır. Başqa sözlə, evli kişilər daha uzun ömür yaşamaq imkanına malik olurlar.
Tələbələrin müstəqil ailə həyatına və nikaha hazırlanması sahəsində mövcud vəziyyəti aşkara çıxardıqdan sonra bu sahədə işlərin yaxşılaşdırılması və daha da təkmilləşdirilməsi, gənc oğlanların və gələcək övladlarını tərbiyə etməyə hazırlanması üzrə işin sistemi işlənib hazırlanaraq eksperimental və kontrol qruplar müəyyənləşdirildi. Eksperiment qruplar üçün hazırlanmış sistemin məzmunu çoxaldılaraq metodikası hazırlandı. Kontrol qruplarda mühazirə və seminar məşğələləri aparan müəllimlərə yalnız eksperimentin qoyulması barədə məlumat çaldırıldı. Onlar da nəzərdən keçirdiyimiz problemə fikir verməyə başladılar. Eksperiment qruplarda yeni sistemin tətbiqinə nəzarət olunur, müəllimlərə kömək göstərilir, yeri gəldikcə, zəruri dəyişikliklər aparılırdı. Metodika ilə iş iki istiqamətdə təlim prosesində və auditoridankənar tədbirlərdə aparılmışdır.
Təlim prosesində, mühazirə və seminar məşğələlərində mövzuların tələbələri müstəqil ailə həyatına gələcək övladlarını tərbiyə etməyə hazırlanması imkanları nəzərə alınırdı. Mühazirə və seminarlarda, auditoriyadankənar tədbirlərdə insanın həyatında saf məhəbbətin, nikahın və ailənin, övladların rolu, ailənin, uşaqların naminə fəaliyyət göstərməyin, çalışmağın xoşbəxtliyə, səadətə çatmaq yolu və həyatın mənası olması, ailədə mənəvi və psixoloji iqlimin, ailə-daxili münasibətlərdə qarşılıqlı anlamanın, səmimiyyətin bərqərar olmasının vacibliyi xüsusi vurgulanırdı. Ailənin təsərrüfatı, büdcəsi, ailənin ideya, mənəvi, estetik sərvətləri, uşaqlarını düzgün tərbiyə olunması və s. bağlı məsələlər müzakirə obeyktinə çevrilir, ailənin dayaqlarını sarsıda biləcək bütün mənfi hallar, ünsiyyət, münasibət və davranış tərzi pislənirdi. Zərdüşt Peyğəmbərin, Həzrəti Məhəmməd Əleyhissəlamın, Böyük övliyaların, Həzrəti Əlinin, mütəfəkkirlərin məhəbbət, nikah və ailə, ailə münasibətləri, ailənin psixoloji və mənəvi iqlimi, ailə ixtilaflarını doğuran səbəblər və onların aradan qaldırılmasının mümkün yolları, qarşılıqlı ünsiyyəti çətinləşdirən məqamlar, uşaqların tərbiyəsi ilə bağlı fikirləri səslənir, tələbələrin onlardan nümunə götürmələrinə çalışırdı.
Eksperimental qruplarla aparılmış iş getdikcə öz səmərəsini verirdi. Eksperimentin ikinci (öyrədici) mərhələsinin yekunları eksperimentin üçüncü mərhələsinə keçməyə imkan vermişdir. Öyrədici eksperiment zamanı tətbiq edilən metodika ilə təlimin, auditoriyadankənar işin nəticələrinin, iləri sürülmüş fərziyyənin doğruluğunu müəyyən etmək üçün yoxlayıcı eksperiment keçirilmişdir. Eyni proqram materiallarının eksperimental və kontrol qruplarda tələbələrin ailə həyatına hazırlanması baximindan istiqamətləndirilməsinin nəticələri müqayisə edilmişdir. Tələbələrlə ailənin psixoloji, mənəvi və hüquqi əsaslarına, ailə münasibətlərinə dair sorğu keçirilmişdir. Eksperimental qrupların göstəriciləri yüksək olmuşdur. Buna əmin olmaq üçün kütləvi sorğu zamanı irəli sürülən suallara cavab vermək yenidən, tələbələrə təklif olunmuşdur. Sorğuda eksperiment qruplardan 151, kontrol qruplardan 149 nəfər tələbə oğlan və qız sorğuda iştirak etmişdir.”Evlənməni əngəlləyən səbəblər nələrdir? sualına eksperimental qrupdan 153, kontrol qrupdan 105 nəfər əhatəli cavab verə bilmişdir. Natamam, kontrol qrupdan isə 33 eksperimental qrupdan isə 8 tələbə suala cavab verməmişdir.
Eksperimentin yoxlayıcı mərhələsində ailənin psixoloji iqlimi barədə təsəvvürlərini aydınlaşdırmaq, əvvəlki sorgudan irəliləyişi müəyyənləşdirmək üçün də, tələbələrlə sorgu keçirilmişdir. Təddqiqatda qız-oğlan ayrı olması bütün gənclərin, insanların “dünya görüşündə bənzərsizlik” aradığıni ortaya qoyur. Qızlar yoldaş seçimində “yaxşı bir işə sahib olmanın” qızlara görə 2 dəfə, kişilərdə bəkarət-cinsəl bakirəliyin qızlara nisbətən 15 dəfə çox mühüm olduğuna inanırlar. Qızların 1,4%-i qarşı cinsdə ən az gözəllik axtararkən, kişilərin bu 10,4 %-də özünü göstərir. Gənclər özləri ilə əlaqədər qərar verməklə cinsi amillərə görə fərqli fikirlər ortaya qoyurlar. Kişilər özlləri ilə əlaqədər qərarları əsasən özləri verirlərsə, qızlar daha çox ailə ilə məsləhətləşirlər. Qızların 57% ailə tövsiyələrinə qulaq asır, amma son sözü özləri deyir. Kişilərdə bu 44,6 %-dir. Qızların 19%-i, kişilərin isə 18%-i idman proqramlarına, maqazın proqramlarına isə qızların 8%-i, kişilərin isə 3,4%-i üstünlük vermişlər.
Qarşı cinslə hər hansı problem yaşayırsınızmı?- sualına qızların 29,5%-i “heç”, 47,7%-i “çox az”, 16,51%-i “bir az”, 4,2%-i “olduqca”, 2,1%-i “çox ” hesab edirlər. Kişilərin, 30,6%-i “heç”, 39,9%-i “olduqca”, 5,4%-i “çox”, problem yaşadığını qeyd etdilər. Qızların kişilərlə yaşadığı problemlər daha çox gizli qalır. Kişilərin qızlarla yaşadığı problemlər isə daha qabarıq görünür.
Həm qız, həm də oğlan tələbələr üçün sərvətələr ierarxiyasında birinci yerdə “düzlük” məhfumu durur. Qızlar üçün ikinci dəyər ” yaşamdan zövq almaq”, kişilər üçün isə “mustəqillik” təşkil edir. Qızların 18,4%u “ailəvi məsələlər”, 18,2%-i “müstəqillik”, 11,4%-i daha üstün mövcud mövqedə ictimai statusu (prestij), 5,7%-i “dini dəyərlərə bağlılığı”, 1,4%-i “maddi sərvəti” ilkin yerlərdə görürlər. Rəyi soruşulan kişilərin 15.9%-i “yaşamaqdan həzz almağı”, 10,5%-i “ailəvi məsələləri”, 9,3%-i “dini dəyərləri”, 6,8%-i adət və ənənənələri, dini dəyərlərə bağlılığı”, 7,8%-i “ictimai statusu (prestij)”, 3,7%-i “dünyəvi dəyərlərə bağlılığı”, 3,5 %-i “maddi sərvəti” əsas götürür. Bu vəziyyət, qızların şəxsi və ailəvi xəbərdarlıqlara, kişilərin isə ictimai xəbərdarlıqlara münasibətin üstün olduğunu göstərir. Gənclərin maddi sərvətə (pula) önəm verməməsi də diqqəti çəkir.
Bundan əlavə İran İslam Respublikasının üç böyük şəhərində (Tehran, Təbriz, Məşhəd) təsadufi olaraq 300 gənc üzərində sorğu keçirildi. Sorğuda iştirak edənlər üç yaş qrupunu əhatə edirdi; 20-24 yaş arası olanlar, 41%i kişi və59%-i isə qadınlar; 25-29 yaş arası 56%i kişi və 44%- i isə qadınlar olmuşlar. 30-34 yaş arası olanlardan isə 48%-i kişi və 52% -i isə qadınlar olmuşdur. Tədqiqatda cəmi olaraq 133 kişi və 167 qadın iştirak edirdi.
Tədqiqatdan məlum oldu ki, kişilərin 61%, qadınların isə 87% humanistlik dəyərlərə üstünlük vermiş, özlərində mənfi keyfiyyətləri qiymətləndirərkən diqqətsizliyi kişilər 61%, qadınlar isə 83% civarında dəyərləndirmişlər. Etinasızlıq kişilərdə 11%, qadınlarda isə 10% olmuşdur. Kişilərdə yoldaşa yardım 54%, qadınlarda isə çətinlikləri dəf etmək bacarığı 61% olmuşdur.Bununla belə iki cinsdə də insanlıq borcunu yüksək qiymətləndirmişlər (kişilərdə 67%, qadınlarda 88%). Sorğu göstərdi ki, hər iki cinsin nümayəndələri mürəkkəb şəraitdə insani keyfiyyətləri saxlamağı yüksək qiymətləndirmişlər ( kişilərdə 58%, qadınlarda 75 %). Doğruluq və düzgünlük meyarları kişilərdə 56%, qadınlarda isə 79% olmuşudur.
Sorğu göstərdi ki, kişilərdə 65%, qadınlarda isə 98% xoşbəxt ailə qurmağa meyl üstünlük təşkil edir. Ana-ata uşaqlarını digər cinsdə olan münasibətlərini mənfi şəkildə qiymətlədirirlər(kişilərdə 57%, qadınlarda 91%).
Hər iki cinsin nümayəndələri psixoloji və psixofizioloji cəhətlərin üst-üstə düşməsinə xüsusi diqqət yetirillər. Beləki kişilərdə 91%, qadınlarda isə bu 96%-dir. Ailə qurmaq istəyi kişilərdə 63%, qadınlarda isə 98% olmuşdur. Sorğu göstərdi ki, kişi və qadınlarda maddı çətinlik ailə qurmaqda böyük bir maneədir. Beləki kişilərdə 88%, qadınlarda isə bu 90% civarında qiymətləndirilmişdir. Bu da ən çox evlənməyə mane olur. Hər iki cinsdə valideynlərinin narazılığı ən az rol oynayır. Evlənmə zamanı qadınlar üçün qarşı tərəfin valideynlərinin psixologiyası çox mühümdir (63%). Kişilər üçün isə qarşı tərəfın valideynlərinin təhsili mühümdir (48%).
Cinsi tələbat hər iki cinsdə mühüm əhəmiyyətə malik təlabat kimi qiymətləndirilmişdir. Beləki kişilərdə 73%, qadınlarda isə bu 67%-dir, və ən az sevgi- məhəbbətin rolu qyimətləndirilmişdir. Ailə təməlində sevginin azalması boşanmalara və bəzi narazılığa səbəb ola bilir.
Eksperimentin müəyyənedici mərhələsində Peyam Nur universitetində təhsil alan evli tələbələr arasında psixoloji testlər keçirdik .Türk mütəxəssislərinin tərtib etdikləri testlərdən istifadə olundu. Psixoloji test “Xoşbəxtsınız? adlanırdı. Belə testin suallarına cavab vermək uğurlu ailələr üçün də faydalı idi. Testin nəticələri göstərdi ki, tələbələrin ailə həyatına psixoloji və mənəvi hazırlığı lazımı səviyyədə deyildi. Həmin test eksperimentin yoxlayıcı mərhələsində də aparıldı. Eksperimental qrupların göstəriciləri həm kontrol, həm də eksperimentin birinci mərhələsində testdə iştirak edən evli tələbələrin göstəricilərindən yüksək olmuşdur. Testdə Peyam Nur da təhsil alan 154 nəfər kişi tələbə və 156 qadın tələbə iştirak etmişdir. Testdə iştirak edən kişilərin yalnız 11 nəfəri ailə həyatından razıdır. Ailə həyatı onlar üçün sakit və xoşdur. 133 nəfərin ailəsində bir sıra hallarda söz- sohbət yaransa da, ailə uğurludur. 167 nəfər ailə həyatından həç xoşbəxt deyil. Bu daha çox onların davranış tərzindən irəli gəlir. Ailə münasibətlərini qaydaya salmaq üçün o öz həyat yoldaşına qarşı diqqətli olmalıdır.
Dissertasiyanın «Ailə həyatına hazırlıqda və evlilik zamanı ortaya çıxan problemlərlə mübarizə yolları» adlanan II fəslinin üçüncü yarımfəslində Qədim Şərq mütəfəkkirlərinin fikirlərinidən istifadənin müxtəlif cəhətləri təhlil olunmuşdur. Bu yarımfəsildə göstərilir ki, ailə daxilində, eləcə də şəxsi münasibətlərdə qarşılıqlı seçim zamanı meydana çıxan problemlərdən biri də tərəf müqabillərdən hər hansı birinin digərini qane etməyən vərdişlərə aludə olması ilə bağlıdır. Bu, bəzən hər iki şəxs üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Belə ki, bu vərdişlər bəzən özünəməxsus tərzdə xobbiyə

 

Baxış sayı: 795
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
A V T O R E F E R A T I
növbəti yazı
A V T O R E F E R A T

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net