MÜNDƏRİCAT
GİRİŞ —————————————————————————- 2
I FƏSİL İnkişaf psixologiyasının bir elm kimi təşəkkülü ———— 3
II FƏSİL İnkişaf psixologiyasının formalaşması məsələləri ——— 9
III FƏSİL Müasir dövrdə inkişaf psixologiyasının vəziyyəti ——— 19
NƏTİCƏ ————————————————————————- 22
ƏDƏBİYYAT ——————————————————————- 23
Giriş
Ölkəmizdə gənc nəslin təlim və tərbiyəsində psixologiya və pedaqogika fənlərinin rolu daha da artmışdır. Hazırda pedaqoji instiutlarda ümumi və pedaqoji psixologiya ilə yanaşı, yaş psixologiyası fənni də tədris olunur.
Yetişməkdə olan gənc nəslin hərtərəfli, ahəngdar inkişafı, omlarda müvafiq bilik, bacarıq və vərdişlərin, yüksək mənəvi keyfiyyətlərin, materialist dünyagörüşün təşəkkülü müasir təlim – tərbiyə prosesinin qarşısında duran ən mühüm vəzifələrdir. Bu vəzifələrin həyata keçirilməsi üçün tərbiyəçi və müəllimlər müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, yaş və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyişmələr, biliklərə biliklərə yiyələnmə imkanları, fəaliyyətin psixoloji strukturu, onun mexanizm və motivləri haqda geniş və zəruri biliyə malik olmalıdır.
Öz obyektini digər elmlərlə əlaqəli surətdə öyrənən inkişaf və yaş psixologiyası belə bir müddəanı əldə rəhbər tutur ki, başqa elmlərlə müştərək rabitə həyati məsələlərin müvəffəqiyyətli həllini və alınan nəticələrin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiq edir.
I FƏSİ
İnkişaf psixologiyasının bir elm kimi təşəkkülü.
Tarixdən məlumdur ki, psixologiya elmi XIX əsrin II yarısından müstəqil elm kimi yaranmışdır. Psixologiya elminin yarandığı dövrdən başlayaraq bir sıra sahələri mövcud olmuşdur. Həmin sahələrin içərisindən yaş psixologiyası və inkişaf psixologiyası önəmli yer tutur.Yaş psixologiyası təlim və tərbiyə şəraitində müxtəlif yaşlı uşaqların psixikasının inkişaf dinamikasının qanunauyğunluqlarını və psixoloji xüsusiyyətlərini öyrənir.
İnkişaf psixologiyası psixoloji elm sahələrindən olmaqla uşaqların psixi xüsusiyyətlərinin yaşla bağlı inkişaf problemlərini özündə əks etdirən elm sahəsidir. İnkişaf psixologiyası bir yaşdan digər yaşa keçidin xüsusiyyətlərini, kəmiyyət və keyfiyyət dəyişmələrini tədqiq edir. Məlumdur ki, psixi inkişaf təlim və tərbiyənin təsiri altında inkişaf edir. Burada cəlbedici, təbriyəedici faktorlar nəzərə alınır və həmin təsirlərun nəticəsində xüsusilə sosial mühitin inkişaf etdirici və tərbiyəedici təsiri altında uşaqların şəxsiyyət keyfiyyətləri təzahür edir. Bir sözlə şəxsiyyət formalaşır. Psixoloqların tədqiqtlarından məlum olur ki, uşaqların psixikasına daxili və xarici faktorlar təsir edir. Bu isə psixi inkişafın hərəkətverici inkişafı adlanır. İnkişafın psixoloji problemlərini ön plana çəkmək lazımdır.Burada antomik, fizioloji inkişaf amilləri xüsusi rol oynayır.
XX əsrin 20 – 30 – cu illərində Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan və başqa respublikaların elm mərkəzlərində çalışan B.G.Ananyev, M.Y.Basov, P.P.Blonski, A.P.Boltunov, L.S.Vıqodski, S.F.Hacıyev, L.V.Zankov, Ə.K.Zkuyev, F.Ə.İbrahimbəyov, A.N.Leontyev, A.L.Luriya və başqalarıbir – birni təkrar etmədən, hər biri yaşpsixologiyasının müxtəlif sahələrinə dairapardıqları xüsusi tədqiqatlarla elmin bu sahəsinin sürətlə irəliləməsini təmin etmişlər.
Təlim və uşağın əqli inkişafının qarşılıqlı əlaqəsi sahəsoində D.B.Elkonin mütərəqqi addım ataraq sübut etdi ki, uşağın əqli inkişafında təlim öz aparıcı rolunu hər şeydən əvvəl, uşağın mənimsədiyi biliklərin məzmunu sayəsində həyata keçirir. Burada uşaq tərəfindən mənimsənilmiş yeni biliklər onun əqli inkişafının mühüm meyarı kimi çıxış edir.
Psixoloqların yaşlı nəslinin yaş psixologiyası sahəsində apardıqları həmin tədqiqat işləri sonrakı illərdədaha da artmış, öz küyfiyyət və səmərəsini durmadan yüksəltmişdi. Biz bunu A.V.Zaporojestin rəhbərliyi altında həyata keçirilən məktəbəqədər yaşda uşaq psixologiyasının ümumi və xüsusi inkişaf qanunuauyğunluqlarını işıqlandıran; L.İ.Bojoviçin rəhbərliyi ilə tədqiq olunan, uşaq şəxsiyyəti təşəkkülünün müxtəlif dövrlərində onun psixoloji xarakteristikasını müəttənləşdirən, P.Y.Qalperin və onun şagirdlərinin müxtləif yaş dövrlərində əqli fəliyyətin mərhələlər üzrə təşəkkül problemlərini açan tədqiqatlarında aydın görsənir.
Yaş psixologiyasının inkişafında L.S.Vıqodskinin xidmətləri böyükdür. İnsanının psixi inkişafı haqqında onun işləyib hazırladığı mədəni – tarixi nəzəriyyə öz elmi aktuallığını bu gün də qoruyub saxlamaqdadır. Görkəmli psixoloq xüsusi qüvvə ilə qeyd edirdi ki, təlim proqramları və üsulları heç də yalnız uşağın əldə etdiyi əqli inkişaf səviyyəsinə deyil, həm də “onun inkişafının yaxın zonasına” müvafiq gəlməlidir.
Görkəmli rus fizioloqu İ.M.Seçenovun (1829 – 1905) əsərləri də təbii – elmi zəmin baxımından yaş psixologiyası üçün çox qiymətli əhəmiyyət kəsb edirdi. O göstərir ki, psixologiya elmi öz məzmunu etibarı ilə “psixi fəaliyyətin əmələ gəlməsi” haqqında təlim olmalıdır. İ.M.Seçenov psixi inkişafın reflektor nəzəroyyəsini yaratmış, onun fizioloji əsaslarının nədən ibarət olmasını göstərmişdir. Görkəmli fizioloq uşaqlarda psixi proseslərin və özünü dərketmənin inkişaf yollarının elmi təhlilini vermişdir. Lakin Seçenovun bu mütərəqqi işlərində şəxsiyyətin inkişafının ictimai, şəxsiyyətlərarası münasibətlərdən, qrupdan kənarda ancaq fərdi psixofizioloji varlıq təki öyrənilməsi kimi qüsurar mövcuddur.
Rusiyada K.D.Uşinskinin “İnsan tərbiyə mövzusu kimi” və ya “Pedaqoji antropologiya” (1868 – 1869) adlı kitabı, B.Preyerin “Uşaq qəlbi” adlı əsəri (1881) uşaq psixologiyası problemlərinə həsr olunmuş ilk fundamental psixoloji əsər kimi qiymətləndirilmişdir.
K.D.Uşinski sübut edir ki, bütün psixi proseslər həyati inkişafın qanunauyğun məhsulu və zəruri amilidir. Görkəmli alim orqanizmin inkişafını – insanın təşəkkülü, ictimai fərdiyyətin təşəkkülü kimi qiymətləndirir, insanı həm təbii və ictimai varlıq, həm də yerdə həyati təkamülün ən yüksək məhsulu hesab edirdi. K.D.Uşinski uşağın hissi idrakına xüsusi diqqət yetirməklə yanaşı, uşağın inkişafında, onun əqli və mənəvi qüvvələrinin formalaşmasında nitqin də böyük rol oynadığını qeyd edirdi. Hər bir uşaq ana dilində öz xalqının mənəvi aləmi ilə tanış olur. Buna görə də dilin mənimsənilməsi gənc nəslin istər əqli, istər mənəvi, istərsə də vətəndaşlıq inkişafının zəruri rəhnidir.
Jan Piaje özünün “Uşağın mənəvi mühakimələri” kitabında zəngin eksperimental material əsasında belə nəticəyə gəlir ki, uşaqda iki cür mənəviyyat mövcud olur. İlk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibəti sayəsində uşaq yaşlıların göstərişlərinə əməl etməyə alışır. Mənəvi təhriketmə zamanı davranış tərzlərinin qiymətləndirilməsi onların ala biləcəkləri nəticələr əsasında həyata keçirilir. İnkişafın gedişi zmznı məcburi mənəviyyat, uşaq öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranan əməkdaşlıq mənəviyyatı ilə əvəz olunur. Bu münasibətlər ikitərəfli dönmə xarakteri daşıyır. Uşaq öz hərəkətini qiymətləndirərkən davranış moyivlərini daha çox nəzərə almağa başlayır. Qayda ağıllı razılaşmaya çevrilir.
Jan Piaje öz nəzəriyyəsini inkişaf etdirərək göstərir ki, ətraf aləmlə qarşılıqlı təsir prosesində uşağın psixi inkişafında bir sıra dəyişikliklər baş verir. Uşağın inkişafında bioloji və sosioloji amillərin rolundan danışan alim, onları – iki xarici və bir – birinə təsir göstərən daxili qüvvə kimi şərh edir.
Uşaqların psixi inkişaf və tərbiyəsi problemləri ilə yaş psixologiyasının xüsusi bölməsi uşaq psixologiyası uşağın psixikasını tədqiq edir.Uşaq psixologiyasını ontogenezdə uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir. Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar öyrənir. Uşaqların psixoloji xüsusiyyətləri problemi hələ qədim dövrlərdən alimləri maraqlandırmışdır. Demokrit, Platon, Aristotel, eləcədə digər görkəmli alimlər özlərinin psixika ilə bağlı görüşlərinin doğruluğunu sübut etmək üçün uşaqların bu və ya digər situasiyaya necə reaksiya verdiklərini, yeni anlayışları qavradıqlarını nümunə kimi gstərirdilər.
Uzun fasilədən sonra, XVIII əsrdə alimlər yenidən uşaq psixikasının təhlilinə diqqət yetirdilər. Bir tərəfdən təlim fəaliyyəti, digər tərəfdən isə böyüklərin fəaliyyət motivləri, təfəkkür və psixikalarının təşəkkülünün şərhi ilə bağlı idi. Lakin bu problem hələ də ayrıca tədqiqat obyekti deyildi və heç bir psixoloq yaradıcılığını sırf bu məsələlərə həsr etməmişdi.
Yalnız XIX əsrin sonlarına yaxın vəziyyət dəyişdi. Bu, tibb və təbiət elmləri ilə əlaqədə inkişaf edən uşaq psixologiyası ilə uşaqların oyunu, nitqi və s. problemləri öyrənən etnoqrafiyanın birləşməsi nəticəsindı mümkün oldu. Nəhayət ki, psixoloqlar yaş psixologiyasını psixologiyanın müstəqil sahəsi kimi qəbul etdilər. Bu pedaqoji təcrübənin, biologiyada inkişaf ideyası və eksperimental psixologiyanın təşəkkül tapmasının nəticəsində yarandı.
XIX əsrin ortalarında pedaqogikanın psixologiya ilə əlaqəsi məsələsi xüsusilə aktuallaşdı. Çünki bu dövrə qədər təhsil yalnız ailələrdə fərdi qaydada aparılırdı. Ona görə də tək uşağın marağı, qabiliyyətini və s. nəzərə almaq o qədər də çətin olmurdu. Yəni təlim ancaq bir uşağın xüsusiyyətlərini nəzərə almaqla qurulurdu.
Məşhur Amerika psixoloqu U.Cems hesab edirdi ki, psixologiya müəllimə uşağa necə öyrətməyi yox, onun mənəvi dünyasını dərk etməyi öyrətməlidir. Eləcə də digər psixoloqlar hesab edirdilər ki, müəllimlər öa işlərində psixoloji biliklərə istinad etməlidirlər. Psixi inkişafların genetik mərhələlərinin ayrılması yeni tədqiqat metodunun – genetik metodun yaranmasına səbəb oldu. Hələ vaxtilə Bena və Spenser göstərirdilər ki, psixika təkamülün və insanın ətraf mühitə adaptasiyasının məhsuludur.
Uşaq psixologiyasının yaradıcısı haqlı olaraq ingilis embrioloqu və psixoloqu V.Preyer hesab olununr. Əgər Preyerə qədər alimlər psixi inkişafın ayrı – ayrı problemlərini ötəri şəkildə tədqiq edirdilərsə, o, sistemli müşahidə apardı və problemin bütöv təhlilini verməyə çalışdı. Preyer təkamül nəzəriyyəsinin təsiri altında inkişafın ayrı – ayrı anlarını ardıcıllıqla təhlil edir. O, psixi inkişafın əsasını irsiyyətdə görürdü. Preyer uşağın psixi inkişafını, nitqini, emosiyalarını, böyüklərin bunları öyrənilməsinin də vacibliyini araşdırmışdır. Preyerdən sonra yaş psixologiyasında yeni – yeni problemlər alimlərin diqqətini cəlb etməyə başladı.
XIX əsrin sonu – XX əsrin əvvəllərində yaş psixologiyasının inkişafı pedaqogika, uşaq haqqında elmlə sıx bağlı idi. Onun yaradıcısı Amerika alimi S.Xolldur. Xoll öz laboratoriyasında uşaq, yeniyetmə və gənclərin psixi inkişafını tədqiq edir. Bunun üçün o xüsusi sorğu hazırlayır və müəllimlərə paylayır. Sorğuda məqsəd uşaqların ətraf aləm haqqında təsəvvürlərini öyrənməkdən ibarət idi. Tezliklə anket sorğularının məzmunu genişlənir, yeniyetmə, valideyn və müəllimləri əhatə edir. Uşaqlar suallara yalnız öz bilikləri, başqa adanlara münasibətləri, təssüratları barədə deyil həm də əxlaqi və dini hissləri, sevinc və kədərləri barədə də cavab verməli idilər. Cavabların statistik təhlili uşaqların yaş xüsusiyyətlərinin geniş mənzərəsini yaradırdı.
XX əsrin əvvələrindı qərbi Avropa və amerikan psixoloqlarının (Tideman, B.Preyer, Ament, Qaull, Qross, E.Meyman, B.Ştern və başqaları) yaş psixologiyası üzrə xeyli əsərləri nəşr olunmuşdur. Bu əsərlərdəki mütərəqqi fikirlərlə yanaşı bir sıra qeyri – elmi və idealist baxışlara da rast gəlinir. Bu dövrdə psixologiyada ruhi, psixi hadisələrin mahiyyətini düagün başa düşmək və onların qanunauyğunluqlarını öyrənmək üçün təbiət elmlərinin tədqiqat üsullarından istifadə olunurdu.
Ümumiyyətlə, psixologiyanın inkişafında olduğu kimi yaş psixologiyasında da psixi inkişafın əsas mənbəyinin müəyyənləşdirilməsinə görə alimlər bir – birinə zidd olan biogenetik və sosiogenetik cərəyanlara bölünmüşlər. Biogenetik cərəyan tərəfdarları bəzən uşağın psixi inkişafında ətraf mühitin, təlim və tərbiyənin rolunu cüzi dərəcədə qəbul etsələr də bunları uşağın təməlinə təbiətən qoyulmuş keyfiyyət və xassələrin meydana çıxmasına əlverişli şərait yaradan zəmin kimi qiymətləndirirlər. Sosiogenetik nəzəriyyə tərəfdarları da düzgün elmi mövqedə dayanmırlar. Onlar inkişafın təbii əsaslarını anatomik – fizioloji zəminlərin mövcudluğunu tamamilə inkar edir, bununla da uşaq şəxsiyyətinin təlim və tərbiyə prosesində təşəkkülünün orqanizmin inkişafı və yetginliyindən ayırırlar. Bu isə öz növbəsində belə bir qeyri – elmi nəticəyə gətirib çıxarır ki, hər bir uşağı müəyyən müddət ərzində kim desən eləmək olar. Bu vaxt ictimai mühitin özü də dəyişilməz bir ehkam kimi götürülür.
Psixologiyada uşaq (insan), fərd və şəxsiyyət kimi öyrənilib səciyyələndirilir. Uşaqda bunlar vəhdətdə olub elə uzlaşır ki, bəzən onları fərqləndirmirik. Lakin fərd və şəxsiyyət bir – biri ilə üzvü surətdə bağlı olsalar da, onları eyniləşdirmək elmi cəhətdən düzgün deyildir. Dünyaya gələn uşaq fərd kimi insan nəslinə, onun növünə mənsub olub, psixoloji baxımdan biri digərinə oxşamır, fərdi xüsusiyyətləri ilə, o cümlədən, yaşı, cinsi, səsi, dəsti – xətti, manerası, mimikası, görünüşü, davranışı, hərəkəti ilə bir – birindən psixoloji mahiyyətinə görə fərqlənir, seçilir. Şəxsiyyət kimi inkişafında isə uşaq (insan) münasibətlər sisteminə daxil olur, ictimai tarixi təcrübəni, biliklər sistemini mənimsəyib sosial keyfiyyətlər kəsb edir, cəmiyyətin fəal üzvü kimi fəaliyyət göstərir, şüurlu məxluqa çevrilir. Sosiallaşan uşaq eyni zamanda bu prosesdə inkişaf edərək müstəqilləşir.
Beləliklə, uşaq dünyaya bir fərd kimi gəlir və təlim tərbiyə sayəsində, ictimai münasibətlərdə davamlı psixoloji sistemə – şəxsiyyətə çevrilir. Deməli, psixoloji xüsusiyyətlərin sosialllaşaraq sabitləşməsi, sistemləşməsi şəxsiyyətin başlıca göstəricisi, xarakteristikasıdır.
II FƏSİL
İnkişaf psixologiyasının formalaşması məsələləri.
İnkişaf və yaş psixologiyasının əsas vəzifəsi şəxsiyyətin inkişaf prpblemlərini, müxtəlif yaş mərhələlərində onun xüsusiyyətlərini və psixi inkişafın bir mərhələsindən digərinə keçidin qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir. O təlim – tərbiyənin, sosial amillərin təsiri altında inkişaf edən insanın ayrı – ayrı yaş dövrlərində psixi proses və xassələrinin dinamikasını, habelə şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri, mexaniza, şərait və amilləri və s. məsələləri araşdırır.
Milli təhsil qanununun həyata keçirdiyi indiki şəraitdə yetşməkdə olan nəslin ictimai tərbiyəsinin vahid sistemi əsasında ilk dəfə olaraq müəyyən yaş dövrlərinə ayrılmış, inkişaf etmiş uşaqlıq təşəkkül tapır. İndi qarşıda duran əsas nəzəri məsələ müasir uşaqlığın xüsusiyyətlərini müəyyənləşdirmək və onun dəyişilmələrini, uğrayacaqları təbəddülatları proqnozlaşdırmadan, əməli vəzifə isə uşaqda biliyə marağı və dərketmə qabiliyyəti, müstəqilliyi, mütəşəkkiliyi və intizamı inkişaf etdirməkdən ibarətdir.
Uşaqlığın özünün tarixən dəyişilməsi indi yaş psixologiyasının qarşısına yeni vəzifələr qoymuşdur. Əgər əvvəllər psixoloqlar uşaqlıq dövründə yalnız müxtəlif psixi funksiyaların dəyişilməsini öyrənirdilərsə, indi elm tələb edir ki, uşağın tam inkişafı, bir yaş dövründən digərinə keçidin şərt və xüsusiyyətləri, hər bir dövrdə psixi inkişafın məzmunu bütöv şəkildə, kompleks halda öyrənilsin.
Yaş psixologiyası öz inkişaf tarixində müəyyən nailiyyətlər qazanmışsa da, onun həll edəcəyi problemlər hələ də çoxdur. Təfəkkürə aid insanda ayrı – ayrı psixoloji funksiyaların və psixi keyfiyyətlərin inkişafında genetik amillərin rolu müəyyənləşdirilməmiş, şəxsiyyətin fizioloji və psixoloji hadisələrin, bioloji, psixoloji, sosioloji yaşın ontogenez prosesindəki nisbəti öyrənilməmiş, həmin prosesdə yaş və fərdi xüsusiyyətlərin münasibəti, habelə senzitiv dövrlərin az tədqiq olunmuşdur.
Şəxsiyyət və qrupun qarşılıqlı münasibətlərinin öyrənilməsi sahəsində psixologiyada müəyyən tədqiqatlar aparılmışdır. Lakin buna baxmayaraq, hazırda müxtəlif qrupların uşaq şəxsiyyətinə, yeniyetmə və gənclərə göstərdiyi təsirin psixoloji xüsusiyyətlərinin, gənclik və yaşlılq dövrlərinin psixologiyasının, ümumi milli şüurun formalaşması və s. məsələlərin yaş aspektində tədqiqi də qarşıda duran əsas vəzifələrdəndir.
İnkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, gər hansı elmi – texniki tərəqqinin gələcəyi, 15 – 20 ildən sonrakı inkişaf səviyyəsi intellektual qüvvələrin, istedad və talantların fəaliyyəti ilə fikir, mülahizə, rəylərinin əvvəldən nəzərə alınması ilə proqnozlaşdırılır. Bununla əlaqədar olaraq, respublikamızın indiki dövründə istedadlı uşaqları seçmək, onları inkişaf etdirmək üçün yeni psixodiaqnostik metodlar işləmək, optimal şərait, yol və vasitələr müəyyənləşdirmək mühüm vəzifə kimi qarşıya çıxır.
Yaş psixologiyasının ən mərkəzi problemlərindən biri təlim və əqli inkişafın qarşılıqlı əlaqəsi, saılığı məsələsidir. Bununla əlaqədar olaraq, bir sıra psixoloji problemlərin kompleks halda araşdırılması vacibdir.
Müasir təlim psixlogiyası məsələləri ilə əlaqədar aparılan tədqiqatlardan məlum olur ki, təhsilin təkmilləşdirilməsi; onun əsrin elmi – texniki nailiyyətləri səviyyəsinə çatdırılması, təlim sistemində təfəkkür tiplərinin dəyişdirilməsi ehtimalını irəli sürür. Yeni “model” nəzəri təfəkkür, yaradıcı təfəkkür “modeli” olmalıdır. Təhsilin məqsədi ilə bağlı olan bu cür modelin yaradılması artıq tədqiqatların müxtəlif planda aparılmasını tələb edir. Bunun işlənilməsi kompleks problem kimi üç cür elmi vəzifənin həyata keçirilməsindən ibarətdir: birincisi, nəzəri təfəkkürün məzmununun, formasının və qanunauyğunluqlarının müasir səviyyədə tədqiqi, məntiqi – qnoseoloji şərhi; ikincisi, məktəblilərdə nəzəri təfəkkürün əsas vasitələrinə yiyələnməyə imkan verən təfəkkür tiplərinin təşəkkülünün psixoloji mexanizminin öyrənilməsi, deduktiv metodların tətbiqi; üçüncüsü, şagirdlərin nəzəri təfəkkürünün əsaını təşkil edən məfhumların müəyyən sisteminə və onun komponentlərinə, ünsürlərinə yiyələnmələrinə, imkan verən didaktik, metodik vəsaitlər hazırlamaq. Bu vəzifələrin hər biri özünün qarşılıqlı əlaqədə olan xüsusi problematiksına malikdir.
Əlamətdar haldır ki, hər üç elmi problem nəzəri təfəkkürün çox mühüm komponenti olan mücərrədləşdirmə və ümumiləşdirmə əməliyyatı ilə sıx surətdə əlaqədardır. Əlbəttə, müasir elm empirik mücərrədləşdirmə və ümumiləşdirmə səviyyəsi ilə məhdudlaşa bilməz.
Bunun üçün cismi bütövlükdə bütün, ümumi əlaqə və münasibətlərində əhatə etməyə qabil olan elmi mücərrədləşdirmə və ümumiləşdirmə zəruridir. Çünki elm, hadisələri təsvir etməkdən, onların əlaqələrini, yəni mahiyyətini açmağa keçməlidir. Emprik yanaşma isə cismin mahiyyətini, onun bütün tərəflərini, daxili əlaqələrini aşkar etməyə imkan vermir, başqa sözlə, o, hadisə ilə mahiyyəti fərqləndirməyi təmin etmir. Əşyaların zahiri cəhətləri, gözə görünən cəhətləri əsas sayılır.
Beləliklə, təlim prosesində təhlil, tərkib, mücərrədləşdirmə, ümumiləşdirmə kimi fikri əməliyyatlar mühüm rol oynayır. Bu cəhətdən müasir psixologiyada digər problemlərlə bərabər təfəkkürü inkişaf qanunauyğunluqlarının tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Müasir elmi biliklərin təcrübədə yaradıcılıqla tətbiq olunması məqsədilə onların dərindən dərk edilməsi və mənimsənilməsi təfəkkürün yüksək inkişaf səviyyəsinin, o cümlədən mücərrədləşdirmə və ümumiləşdirmə qabiliyyətinin çox erkən formalaşmasını zəruri edir. Hazırda şagirdlərin məktəbdə müasir elmi biliklərə yiyələnmələri onlardan daha dərin, daha dəqiq ümumiləşdirmə – mücərrədləşdirmə qabiliyyəti tələb edir. Çünki müasir məktəblinin təlimfəaliyyəti mürəkkəb prinsiplər üzərində qurulur və həmin prinsiplərə: birincisi, elmi – texniki tərəqqi ilə əlaqədar mənimsənilən biliklərin, məlumatların zənginləşdirilməsi; ikincisi, təlimin sürətinin artırılması; üçüncüsü şagirdlərin daha artıq nəzəri biliklərlə silahlandırılması; dördüncüsü, təlim prosesində məktəblilərin dərketmə imkanlarının, bilikləri təcrübədə tətbiq etmək bacarığının genişləndirilməsi və s. daxildir.
Bu tələblərin həyata keçirilməsi və təlim prosesində müvəffəqiyyət qazanmaq üçün hər bir şagirddə şəxsiyyətin, təfəkkürün, o cümlədən əqli əməliyyatların inkişafına nail olmaq lazım gəlir.
Yaş dövrləri hazırda psixologiyanın, o cümlədən uşaq psixologiyasının ən mühüm və hələ lazimi səviyyədə araşdırılmamış problemlərindəndir. Onun düzgün müəyyənləşdirilməsi, şübhəsiz, hər bir dövrdə müvafiq təlim – tərbiyə işlərinin aparılmasına imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, ayrı – ayrı yaş dövrlərinin müəyyənləşdirilməsi həmişə təxmini xarakter daşıyır. Müasir psixologiya yaş dövrlərini tarixilik baxımından da şərh edir. Belə ki, tarixi inkişaf prosesində uşaq inkişaf etdikcə, ümumi ictimai şərait, təlimin məzmunu və metodları da dəyişir. Bütün bunlar şübhəsiz, inkişafın yaş mərhələlərinin dəyişməsinə öz təsirini göstərir və xronoloji yaş hüdudlarının dəyişilməsi ilə nəticələnir.
Psixologiyada inkişafın yaş dövrləri, xüsusiyyətləri qısa və yığcam olaraq aşağıdakı kimi səciyyələndirilir.
1. Çağalıq (səvi) dövrü: uşağın anadan olduğu andan 1 yaşadək. Bu dövr üçün fəaliyyətin aparıcı növü yaşlılarla bilavasitə emosional ünsiyyətdir. Bu ünsiyyət daxilində və onun fonunda görmə, eşitmə, əzələ – hərəkət və başqa duyğu və qavrayışlarla tənzim olunan hərəkətlər təşəkkül tapır. Bu yaşın ən mühüm nəzərə çarpan cəhəti başqaları ilə ünsiyyətə olan tələbatın və onlara müəyyən emosional münasibətin formalaşmasıdır.
Psixoloqların müşahidələri əsasında belə fikir söyləmək olar ki, uşaqlar dünyaya qışqırıqla gəlir, sonra isə mühitin təsiri altında sakitləşirlər. Onların yeni mühitə düşaməsi özlərini sərbəst havada (isti, soyuq) nəfəs alması və havanın təsirinin qəbul eyməsi ilə səciyyələnir. Uşaq həyatının ilk çağları onun fiziki və psixi inkişafının intensivliyi ilə xarakterizə olunur. Aparılan tədqiqatlar göstərir ki, uşaq şəxsiyyətinin formalaşması çağalıq dövründən başlayır, hətta ana bətninində düşdüyü gündən ona müəyyən amillər təsir edir. Odur ki, valideynlər uşaq ana bətninə düşdüyü andan onun düzgün fiziki və psixi inkişafı qayğısına qalmlıdırlar. Uşaq hələ ana bətnində ikən, o, ətraf aləm hadisələrinə bu və ya digər şəkildə cavab reaksiyaları verir. Məsələn, Ananın keçirdiyi psixi halət və hisslər onun bətnindəki uşaq tərəfindən “yaşanılır”. Ana bətnində olan altı həftəlik uşaq sensor reaksiyalarla yanaşı, həm də mürəkkəb hərəkətlərə malik olur.
Beləliklə, çağalıq yaş dövründə uşaq həm əqli, həm də fiziki baxımdan sürətlə inkişaf edir, ətraf mühiti qavrayır, ona aid təsəvvür, münasibət yaranır, ünsiyyət tələbatı təşəkkül tapır, nitqi anlama qabiliyyəti təzahür edir, əşyalarla davranmağı öyrənir, yaşlılarla əməli və şəxsi emosional ünsiyyət formalaşır.
2. Körpəlik dövrü: 1 yşdan 3 yaşadək. Həmin dövr üçün aparıcı fəaliyyət – əşyavi – manipulyativ fəaliyyətdir. Onun səciyyəvi halı uşaqda nitqin təşəkkül etməsi, əşyaların mənaca adlandırılması, yaşlılarla ünsiyyət zamanı uşağın cəmiyyət tərəfindən işlənib hazırlanmış hərəkət tərzlərinə yiyələnməsidir. Bu dövrdə diqqəti cəlb edən digər cəhət – nitq və əyani – əməli təfəkkürün inkişaf etməsi, şüurun təzahürü, başqaları üçün uşaq “Mən” in formalaşmasıdır.
Məlum olduğu kimi, uşaq anadan olarkən fiziki cəhətdən analardan ayrılsalarda həm bioloji, həm də psixoloji cəhətdən onlarla birgə olurlar. Körpə yaşlılar müstəqil hərəkət etməklə diqqəti cəlb edir. Məşhur rus psixoloqu L.S.Vıqodski qeyd edirdi ki, körpə yaşlılarda biz anlayışı inkişaf edir. Bu biz anlayışı ilə uşaqlar özlərini müstəqil apararaq böyüklərlə ünsiyyətə daxil olurlar. Bu yaşlı uşaqlarda valideynlərlə xüsusilə analardan onları psixoloji sədd ayırır. Psixoloji səddin gözlənilməsi nəzərə alınması psixoloji imkanlarla, onun inkişafı ilə əlaqədardır. Bu yaşlarda özünü şüurun əlamətləri ilkin olaraq inkişaf edir. Uşaqlar özlərini ətrafda olan tanıyırlar. Bu təsirə mütənasib reaksiya verirlər.
Bu yaş dövrü göstərir ki, uşaqların emosional vəzyyətini valideyilər düzgün qiymətləndirmirlərsə, ərköyünlük başlayır. Uşağın diqqəti cəlb edən neqativ keyfiyyətlərlə yanaşı pozitiv keyfiyyətlər də uşaq şəxsiyyətində inkişaf edir. Bu da daha çox pzünü şüurun formalaşması ilə bağlıdır. İki yaşdan başlayaraq uşaqlar güzgüyə baxıb özlərini tanıyırlar. Uşaqlar öz adlarını bilir və adlarını əzizləməklə ifadə etdikdə xoşhallanırlar. Böyüklərlə qarşılıqlı ünsiyyət prosesi, uşağı əhatə edən ictimai münasibətlər sistemi, nitqin təfəkkürlə dialektik əlaqəsi, sosial mühitin təsiri, xüsusi təlim və tərbiyə uşaq şəxsiyyətini formalaşdırır, onu cəmiyyətin üzvü olan fəal varlıq – insan kimi duymağa və fikirləşməyə sövq edir.
Beləliklə, bu dövrdə uşağın özü haqqında ilkin təsəvvürləri, özünü dərk etməyə başlaması, müstəqilliyə can atması, onun şəxsiyyətinin təşəkkülü üçün şərt, zəmin yaranır.
3. Məktəbəqədər yaş dövrü: 3 yaşdan 6 yaşadək. Bu dövr üçün aparıcı fəliyyət rollu oyunlardır. Bu zaman uşaqda təxəyyül və simvolik funksiyalar formalaşır, insani münasibətlərə və işlərə ümumi fikir, bələdləşmə əmələ gəlir, tabeçilik və idarəetməyə şüurlu münasibət təşəkkül tapır. Həmin dövrdə ictimai baxımdan əhəmiyyətli və qiymətləndirilən fəaliyyət uşağın qrtıq məktəb həyatına hazır olmasına dəlalət edir.
Bu dövrdə uşaqlar böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beyinin, sinir sisteminin, bədənin ayrı – ayrı üzvlərinin keyfiyyətcə funksional təkmillləşməsi baş verir. Uşaq orqanizmində sümükləşmənin xeyli getməsinə baxmayaraq onun skelet sistemində hələlik yenə də bərkiməyən hissələr olur. Dörd – altı yaş arasında uşağın boyu sürətlə artdığından ilk baxışda belə təsəvvür yaranır ki, o, arıqlayıbdır, lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir. Bu yaş dövründə qan dövranı normalı inkişaf edir, onların tənəffüs orqanları normal səviyyədə gedir. Bu dövrdə uşaqda beyin yarımkürələri, qabıqaltı sahələri lazimi səviyyədə tənzim olunur.
Məktəbəqədər yaş dövründə uşaqların hərəkət və lamisə duyğuları da sürətlə inkişaf edib dəqiqləşir. Ümumiyyətlə bu yaş dövründə lamisə, iybilmə, dad, görmə və eşitmə duyğularının işi kompleks halda təkmilləşir. Uşaq öz duyğularını sözlərlə düzgün ifadə etməti bacarır. Bu dövrdə uşağın qavrayışı, ələxsüs məkan qavrayışı digər idrak prosesləri ilə üzvi vəhdətdə inkişaf edib təkmilləşir. Uşağın məkanı qvaraması cismin formasını, ölçüsünü, tutduğu yeri ayırması deməkdir. Məktəbəqədər yaşlı uşaq ilk vaxtlar əşya və cisimlərdə ən çox formanı ayırmaqla onların mühüm əlmatlərini qavramağa cəhd göstərir. Bu dövrdə obyektlərin böyüklüyünü qavrama bacarığı da inkişaf etməyə başlayır.
Beləliklə, məktəbəqədər yaş dövründə uşağın fərdi xüsusiyyətləri, əqli inkişafı, psixi halı, həmçinin dərk etməsinin strukturu əsasında onun fərdiyyəti əmələ gəlib formalaşır, müstəqilliyi artır və bir şəxsiyyət kimi inkişaf edir.
4. Kiçik məktəb yaş dövrü: 6 – 10 yaş. Həmin dövrdə aparıcı fəaliyyət – təlimdir. Təlim prosesində niyyətli hafizə təşəkkül tapır, insani münasibətlər, ətraf aləmin cisim və hadisələri haqqında biliklər mənimsənilir, məktəblidə nəzəri şüur və təfəkkür təzahür edir, bunlar üzrə müvafiq tərz və qaydalar (refleksiya, analiz, fikrən planlaşdırma) inkişaf edir, təlim tələbatı, motivləri yaranır, bilik sahələrinə maraq əmələ gəlir. Həmin yaş dövrünün nəzərə çarpan cəhətləri – psixi hadisələrin ixtiyariliyi, hərəkətlərin daxili plana malik olması, yəni interiorizasiyanın meydana gəlməsidir.
Uşağın məktəbə daxil olması onun həyatında yeni mərhələnin başlanğıcını təşkil edir. Bu vaxtdan etibarən oyun fəaliyyəti onun həyatında mühüm yer tutsa da, aparıcı rolunu itirir. Təlim kiçik məktəblinin əsas fəaliyyətinə çevrilir, davranış motivləri əsaslı şəkildə dəyişir. Uşaq burada onun üçün tamamilə yeni olan bir şəraitə düşür: şagirdlər üçün qaydalara əməl etmək, dərsin başlanğıcından sonunadək sakiy oturmaq, sinifdən çıxmaq və daxil olmaq üçün müəllimdən icazə almaq, onun bütün göstəriş və tapşırıqlarını yerinə yetirmək, ev tapşırıqlarının icrası kimi məsələlər uşaq şəxsiyyətinə ciddi, rəsmi tələblər verir.
Məktəbdə uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı üçün əsaslı şərait yaranır. Məktəb uşaq şəxsiyyətini əqli, hissi – iradi planda inkişaf etdirir, ona bilik, bacarıq, vərdiş və qabiliyyətlərinyeni keyfiyyətdə təşəkkülünə zəmin yaradır. Təlim prosesində şagirdin xarici aləmə münasibəti getdikcə dəyişir və ətraf aləm haqqında təsəvvürləri tədricən reallaşmağa başlayır. Şagird təbiəti öyrəndikcə anlayır ki, insan təbiətdən yalnız istifadə etmir, həm də onu öz tələbatına müvafiq surətdə dəyişdirir. Lakin şagirdlər bu cür əqidəyə tez və asanlıqla gəlmirlər.
Beləliklə, kiçik məktəb yaşlı uşaqlar qarşılıqlı münasibətin, ictimai rəyin formalaşması sayəsində nəinki müəyyən əxlaqi tələbləri mənimsəyir, həm də kollektivdə öz qarşılıqlı münasibətlərini tənzim edən davranış normalarını yaradırlar. Kiçik məktəbli tədricən kollektiv davranış qaydalarını mənimsəyir və onda yeni – yeni əxlaqi keyfiyyətlər, cəmiyyətdə olan davranış formaları təşəkkül tapır.
5. Yeniyetməlik dövrü: 10, 11 – 14, 15 yaş. Aparıcı fəaliyyət – ictimai faydalı fəaliyyətdir. Ona daxildir: əmək, tədris, ictimai – təşkilati işlər şəxsi ünsiyyət, idman və bədii fəliyyət. Yeniyetmə ünsiyyət prosesində müxtəlif şəraitlərdə ünsiyyət tərzlərinə yiyələnir. Bu dövrdə nəzəri cəlb edən cəhətlər özünüqiymətləndirmə, ətrafdakı adamlara tənqidi münasibət, müstəqillik və “yaşlılığa” meyl, kollektiv həyat normalarına tabe olmaq bacarığından ibarətdir. Onların xüsusi fəallığı nəzərə çarpır və meylləri geniş olur.
Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin – uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi psixi inkişafın müəyyən mərhələsində “onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvələr tutduğu yer onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır”.
Bu yaş dövründə şəxsiyyət keyfiyyətləri təşəkkül edir. Şəxsiyyətin təşəkkülü ünsiyyətlə sıx əlaqəlidir. Onlar həmyaşıdları ilə, böyük yaşlılarla münasibət yaratmağa meyl göstərirlər. Yeniyetməlik yaş dövrü fiziki və intellektual cəhətdən müəyyən inkişaf səviyyəsinə malikdir. Yeniyetmələr tədris fənlərinə seçici münasibət göstərərək, hansı vacibdirsə o fənni öyrənməyə meyl edirlər. Qeyd olunduğu kimi, yeniyetmələrin ən mühüm fəaliyyət növü təlim hesab olunur. Yeniyetmə get – gedə təlim materialını daha çox ümumiləşdirməyə, sistemləşdirməyə başlayır.
6. Gənclik dövrü: 15 – 25 yaş. Həmin dövrdə aparıcı fəliyyət kimi tədris, peşə fəliyyəti çıxış edir, əməyə tələbat, idrak maraqları, tədqiqatçılıq bacarığı ünsürləri, həyat planları, şəxsiyyətin ideya – əxlaqi, vətəndaşlığı kimi keyfiyyətləri formalaşır, özünü şüurlu surətdə tənzim edir. Yaşın başlıca törəmələri – dünyagörüşü, peşə maraqları, özünüdərketmə, arzu və ideallardan ibarətdir.
İnsan ömrünün gənclik çağı – fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərketməsinin, intellektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşəseçmək və yaşlılıq həyatına başlamaq dövrüdür. Gənclik yaşı öz inkişafında, adətən öz inkişafında iki mərhələdən keçir: birinci mərhələ – erkən gənclik (15 – 18 yaş), ikinci mərhələ isə yetkin gənclik (18 – 25 yaş) dövrü adlanır.
Gənc formalaşdıqca məqsədi tam dərk edir və ona nail olmağa cəhd göstərir, bu da şəxsiyyətin kamilləşməsinə təsirsiz qalmır. Gənclik dövründə şəxsiyyət biososial – psixoloji varlıq kimi formalaşır, orada təşəbbüskar, prinsipial, məsuliyyətli davranış formaları təşəkkül tapır; gənc mürəkkəb intellektual əməliyyatlar aparmağa hazır olur, onun xüsusi qabiliyyətləri sürətlə inkişaf edir. Gənclərin ünsiyyəti, dostluq qrupları yaratması onların təbii, sosial – psixoloji tələbatı kimi meydana çıxır. Bu yaşlarda ünsiyyət prosesinin əsas tərbiyəvi cəhəti daha çox nəzərə çarpır, onlar həmkar yaşıdları ilə birləşməyə, dostluq qrupları yaratmağa səy göstərir və əlbəttə, bu prosesdə gənclərdə şəxsiyyətlərarası münasibətlər, dostluq, yoldaşlıq münasibətləri formalaşır.
Beləliklə, gənclik dövrü yaşlılıq mərhələsinə keçidin bitməsi, özünüdərketmənin təşəkkülü, sosial – psixoloji varlıq kimi formalaşma – yetişməkdə olan nəslin inkişafında mühüm mərhələni təşkil edir.
Yaş dövrlərinin dəyişməsi mexanizmini nəzərdən keçirəndə məlum olur ki, o. ətrafdakılarla qarşılıqlı münasibətin inkişaf səviyyəsi ilə, bilik və qabiliyyətlərin inkişaf səviyyəsi arasındakı əlaqə ilə müəyyən edilir. D.B.Elkoniningöstərdiyi kimi, inkişaf prosesinin bu iki müxtəlif tərəfi arasındakı münasibətin dəyişməsi sonrakı yaş mərhələlərinə keçedin mühüm daxili əsasını, başqa sözlə desək, “hərəkətverici” qüvvəsini təşkil edir. Məsələn, körpəlik dövründə uşağın ətraf aləmlə əıaqəsi onun yaşlılarla münasibəti şəklində həyata keçirilir. Məhz bu cür münasibətlər sistemi sayəsində uşaq müəyyən bacarıqlara yiyələnir, onda təsəvvürlərin sadə səviyyəsi formalaşır, yaşlılarla ünsiyyət tərzləri zənginləşir, nitq inkişaf edir və s. Bütün bunların hamısı uşağın müstəqil hərəkətlərinin genişlənməsi üçün, deməli, eyni zamanda ətrafdakılarla münasibət tərzlərinin dəyişməsi üçün də əsas yaradır. Sonuncu isə öz növbəsində psixi inkişafın sonrakı gedişi şəraitində dəyişir.
Ətrafdakılarla qarşılıqlı münasibət tərzləri ilə biliklərin inkişaf səviyyəsi və uşağın psixi fəaliyyət tərzləri arasındakı münasibət iki tərəfdən dəyişir. Belə ki, uşağın fəaliyyət imkanlarının genişlənməsi, tələbatlarının dəyişməsi onun ətrafdakılarla qarşılıqlı münasibətlər sistemini dəyişmək zərurətinə gətirib çıxarır. Yeni münasibətlər sistemi isə uşaq fəliyyətinin sonrakı inkişafı üçün əsas zəminə çevrilir.
III FƏSİL
Müasir dövrdə inkişaf psixologiyasının vəziyyəti.
Müasir dövrdə yaş mərhələlərinin psixoloji meyarlarını işləyib hazırlamaq, məktəbəqədər və məktəb yaşı dövründə uşaq şəxsiyyəti xüsusiyyətlərini, habelə psixi proseslərin əsas xassələrini müəyyənləşdirmək, şəxsiyyətin prinsipiallığı, məsuliyyət hissi, əməksevərlik və bu kimi ictimai qiymətli keyfiyyətərin inkişaf vətərbiyəsinin psixoloji şərtlərini sistemləşdirmək, təlimə qabilliyin psixoloji xarakteristikasının aşkara çıxarılması; müxtəlif yaş dövrlərində şagirdlərin dünyagörüşünün təşəkkülü üçün zəruri olan psixoloji – pedaqoji şərtlər kompleksinin müəyyənləşdirilməsi; onlarda fəal həyat mövqeyinin formalaşmasını təmin edən psixoloji – pedaqoji şərtlərin tədqiqi; insan motivləri və şəxsi keyfiyyətlərinin onun ətraf aləmi dərk etməsunə təsirinin xarakterini aşkara çıxarmaq; hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşmasında məktəb, ailə və ictimaiyyətin əməkdaşlıq istiqamətinin psixoloji – pedaoji təhlili kimi məsələlər ö
əvvəlki yazı