AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakьltəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni Üzrə
KURS İŞİ
Mövzu: Qabiliyyətlərin psixoloji mahiyyəti
Tələbə: Günel Şahmərdanlı
Kurs I qrup 03
Elmi rəhbər: A.K.Musayeva
BAKI – 2010
MЬNDƏRİCAT
GİRİŞ
I Fəsil. Qabiliyyətlər və intellektin quruluşu.
1.1. Qabiliyyətlər haqqında anlayış.
1.2. Qabiliyyətin цlзьlməsi və əqli inkişaf əmsalı
II Fəsil. Qabiliyyətin formalaşması.
2.1. Təbii imkanlar və fəaliyyət.
2.2. ŞAgirdlərin yaş xüsusiyyətləri.
Nəticə
Ədəbiyyat siyahısı
G İ R İ Ş
Qabiliyyət şəxsiyyətin müəyyən fəaliyyət sahəsinə daha çox yararlı olduğunu göstərən müəyyən işi müvəffəqiyyətlə icra etməsi üçün subyektiv şərt olan fərdi psixi xьsusiyyətdir. Məsələn elmi-texniki fəaliyyət sahələri ьзьn mьcərrəd təfəkkьr,mьşahidəçilik, musiqi sahəsində incə eşitmə,mцhkəm yaddaş və sair.
Fəlsəfə tarixində qabiliyyət irsən keзən keyfiyyət kimi izah edilirdi. İngilis filosofu C.Lonn və fransız materialistləri fərdin qabiliyyətinin mьhitdən tam asılılığı fikrini irəli sürdülər. Marksist fəlsəfəyə görə qabiliyyətin inkişafının ilkin şərtləri olan anotomin fizioloji xьsusiyyətlər (təbii imkanlar) anadan gəlmədir. Qabiliyyətin цzь isə fərdin fəaliyyəti prosesində və onun nəticəsində başqa adamlarla mürəkkəb qarşılıqlı əlaqə və münasibət sayəsində formalaşır.
Psixoloji və pedaqoji tədqiqatlarda fəaliyyətin mьxtəlif nцvlərində qabiliyyətin formalaşması məsələsi yer tutur. Bu və ya digər sahədə qabiliyyətin inkişafı üçün həmin istiqamətdə ciddi fəaliyyət vacibdir. Psixologiyada qabiliyyətin hamı tərəfindən qəbul edilən vahid tipologiyası yaradılmışdır. Hər bir adamda müxtəlif sahələr üzrə qabiliyyət yarana bilər. Qabiliyyət çox vaxt davamlı maraq və meyllərdə özünü göstərir. Lakin sadəcə maraq və meylin olması hələ insanın müəyyən qabiliyyətə malik olduğunu bildirmir. Yalnız bu və ya digər fəaliyyətin icrası prosesində davamlı maraq qabiliyyətin təşəkkülü və ——– əsaslı təsir göstərə bilər. Qabiliyyətin tam inkişafı üçün əməksevərliyin rolu böyükdür. Qabiliyyətin inkişafı əsasən cəmiyyətin ictimai-tarixi və inkişafın maddi həyat şəraitindən asılıdır. ——– və ————– quruculuğu dцvrьndə insanların qabiliyyəti və istedadlarının hərtərəfli inkişafı üçün geniş şərait yaranır. Qabiliyyətin inkişaf etmiş forması istedaddır. Ülvi texnikanın inkişaf etdiyi bir dövrdə qabiliyyətin insanın özü və ya başqalarının köməyi ilə aşkar olunması və inkişaf etdirilməsi mühümdür. Qabiliyyət vasitəsi ilə insan məqsədinə bir addım da yaxınlaşır. Qabiliyyət insanın həyatda rastlaş. Biləcəyi bir çox problemləri həll etməyə imkan verir.
QABİLİYYƏTLƏR VƏ İNTELLEKTİN QURULUŞU
1.1. Qabiliyyət haqqında anlayış
Məşhur Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin «Mirzə Səfər» povestinin qəhrəmanı günlərin bir günündə şer yazmaq istəyir. Yazıçı onun bu vəziyyətini belə təsvir edir: «Mirzə Səfər eşitmişdi ki, şer yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şer öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qezylə təpiyini yerə зırparsan, o saat qafiyə öz-özünə tapılar. Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı, dedi: Afərin, Səfər, indi xalis şairsən. Şərabdan bir stəkan töküb içindən sonra gördü gözləri də qızarıb, daha şairliyinə şəkk ola bilməz. Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd, beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Hərçi fikir etdisə şeri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı, əyləşib qələmi alıb gözəl xətlə yazdı: «Darvazamızı fələk vurubdur!». Mirzə Səfər hərçi çalışdısa ikinci misra gəlmədi.
Mirzə Səfər niyə şer yaza bilmədi? Sualın cavabı aydındır onun bu sahədə qabiliyyəti yox idi. Qabiliyyət nədir? O necə əmələ gəlir, formalaşıb inkişaf edirmi? Qabiliyyətləri psixoloji baxımda xarakterizə etmək ьзьn 3 cəhəti nəzərə almaq lazımdır.
1) Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir. Fərdi sцzьnə diqqət edin: insanlar цz qabiliyyətlərinə gцrə bir-birindən fərqlənirlər. Lakin şəxsiyyətin fərdi-psixoloji xьsusiyyətləri зoxdur. Temperament de, xarakter de şəxsiyyətin fərdi-psixoloji xьsusiyyətləridir. Bəs, onda qabiliyyətlər, şəxsiyyətin digər fərdi-psixoloji xьsusiyyətlərindən-temperament və xarakterdən nə ilə fərqlənir?
2) Mirzə Səfərin başına gələn əhvalat bu suala tutarlı cavab verir: qabiliyyətlər bu və ya digər fəaliyyətin mьvəffəqiyyətli icrası üçün başlıca şərtdir. Bu məsələni dəqiqləşdirək: fəaliyyət prosesində temperament də, xarakter də mьəyyən rol oynayır. Lakin fəaliyyətin mьvəffəqiyyətli icrası bilavasitə onlardan asılı deyildir. Mirzə Səfərdə цzьnəməxsus temperament və xarakter əlamətləri var idi. Onların bir зoxu hətta şairlik üçün çox əlverişli idi. Məsələn, Mirzə Səfər həvəsli adamdı, «səhərdən axşamacan evdə oturub» işləyə bilirdi. Lakin, gцrəsən, hцvsələli olmaqla yaxşı şer yazmaq olarmı? Əlbəttə, olmaz! Bəs, hцvsələsiz adam necə, şer yaza bilərmi? Əlbəttə, yaza bilər. Ancaq bir şərtlə: şer yazmaq üçün adam gərək mьəyyən qabiliyyətlərə poetik qavrayışa, obrazlı təfəkkьrə, yaradıcı təxəyyülə, ifadəli dilə və s. malik olmalıdır. Mirzə Səfərdə isə bu qabiliyyətlər yox idi.
Deməli, şəxsiyyətin fərdi-psixoloji xьsusiyyətlərindən hər birinin fəaliyyət prosesində цz yeri, цz vəzifəsi vardır. Fəaliyyətin müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.
3) Gəlin, indi də belə bir situasiya təsəvvьr edək: Mirzə Səfərə şerin yazılması qaydaları haqqında məlumat verək, ona əruz və ya heca vəznində şer yazmağı öyrədək, psixoloji dildə desək, ona bu sahədə mьəyyən bilik, bacarıq və vərdiş asılayaq. Gцrəsən belə olsa, Mirzə Səfər şer yaza bilər. Əlbəttə, yaza bilər. Lakin bu sahədə zəruri qabiliyyətlərə malik olmadığı üçün onun yazdığı şer ancaq qafiyələnmiş, vəznə salınmış söz yığınından ibarət olacaqdır. Məhz bu cəhəti nəzərə alaraq psixologiyada qabiliyyəti xarakterizə edərkən fəaliyyətin sadəcə olaraq icrasından yox, müvəffəqiyyətli icrasında danışırlar («mьvəffəqiyyətli» sцzьnə diqqət yetirin).
Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə əlaqəsi psixoloji cəhətdən aktual problemdir. Bu məsələ həm de ona gцrə əhəmiyyətlidir ki, uşaqların tərbiyəsi işində ən çox səhvə məhz həmin sahədə yol verilir.
Gəlin, A. və B. adlı iki uşaq təsəvvьr edək. Onların ikisinin də 10 yaşı var. A-nın yaxşı musiqi qabiliyyəti var: musiqi eşidəndə hər şeyi unudur, melodiyaları asanlıqla yadında saxlayır, mahnı oxumaqdan doymur. Lakin bu sahədə onunla heз kəs məşğul olmamışdır, hətta цzьnьn heз musiqi aləti də yoxdur.
B-nin isə musiqi qabiliyyəti yoxdur: musiqini xoşlamır, melodiyaları yadında saxlaya bilmir. Ancaq 5 yaşından başlayaraq valideynləri musiqi müəllimi tutmuş, ona pianoda çalmaqla yanaşı, həm də nota savadı öyrətmişlər. Yeni A-nın qabiliyyəti var, bilik, bacarıq və vərdişi yoxdur, B-nin isə əksinə, bilik, bacarıq və vərdişi var, qabiliyyəti yoxdur,
Tutaq ki, A-da, B-də musiqi məktəbinə daxil olmaq istəyir. Onlardan hansı qəbul imtahanını daha yaxşı verə bilər? Bu suala cavab yemək üçün biz müəllimin psixoloji səriştəyə malik olub-olmadığını bilməliyik: əgər mьəllimin psixoloji səriştəsi yoxdursa, üstünlüyü B.-yə verəcəkdir. Əgər o, psixoloji səriştəyə malikdirsə, A. ilə B. arasındakı mühüm fərqi-bilik, bacarıq və vərdişlərlə deyil, məhz qabiliyyətlərin inkişaf səviyyəsi ilə bağlı fərqləri gцrəcəkdir.
Belə gьman edək ki, uşaqların hər ikisi musiqi məktəbinə daxil olmuşdur. Görəsən, bu şəraitdə onlarda musiqi qabiliyyətləri necə inkişaf edir? Psixologiyada onlarla bu kimi faktlar məlumdur: belə hallarda qabiliyyətli uşaqlar bilik, bacarıq və vərdişlərə sьrətlə yiyələnirlər; bilik, bacarıq və vərdişlərə yiyələndikcə, onlarda qabiliyyətlərin inkişafı üçün daha əlverişli şərait yaranır. Müvafiq sahəyə qabiliyyəti olmayan, ilk vaxtlar цzlərinin ancaq biliyi, bacarığı və vərdişləri ilə fərqlənən uşaqlar isə, necə dəyərlər, yalnız «yerində addımlamağa» başlayırlar, yəni inkişaf etmirlər. Təsadьfi deyildir ki, mьəllimlər gцrkəmli adamların bir çoxunun uşaq vaxtı qabiliyyətlərini gцrə bilməmiş və onları «adi uşaqlar hesab etmişlər.
Qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Əgər mьəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq mьəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz olması haqqında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən isə zərərli addım atır. Bu cəhəti dьzgьn başa düşmək ьзьn iki məsələni ayrıca qeyd etmək lazımdır:
a) bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sahəsi ьзьn zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı, çertyoj çəkməyi, rəsm etməyi və s. цyrənməyibsə, onun musiqi, texniki və rəsm qabiliyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir;
b) qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bьtьn başqa şərtlər eyni olduqda, bu fəaliyyət ьзьn zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və mцhkəm icra olunmasında təzahьr edir. Bьtьn başqa şərtlər eyni olduqda yeni A. və B. eyni musiqi məktəbində, eyni mьəllimin sinfində oxusalar, onların bilik, bacarıq və vərdişlərə yiyələnməsi sahəsində mьhьm fərqli cəhətlər meydana зıxacaq: A. musiqi qabiliyyəti olduğu üçün müvafiq bilik, bacarıq və vərdişlərə B. və nisbətən daha tez, daha asan, daha mцhkəm yiyələnəcəkdir. Təcrьbəli mьəllimlər həmişə bu cəhətə diqqət yetirirlər. Məktəb praktikasında belə hallara az təsadüf olunmur: hər hansı bir şagird dərsliyi bir dəfə oxuyur və «5» qiymət alır. Başqa şagird isə «5» qiymət almaq ьзьn dərsliyi ən azı dörd-beş dəfə oxuyur. Onların hər ikisi əlaзı olsa da, təcrübəli mьəllim həmin şagirdlərin qabiliyyətləri arasındakı fərqi gцrьr. Birinci tipli şagirdlərin telim müvəffəqiyyəti mьəllimi qətiyyən təmin etmir. O, həmişə valideynə şikayət edir: «çox qabiliyyətli uşaqdır. Lakin tənbəllik edir, kifayət qədər зalışmır…»
Beləliklə, nəzərdən keзirdiyimiz xьsusiyyətlərə əsasən qabiliyyətlərə aşağıdakı kimi tərif verə bilərik: Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xьsusiyyətləri olub mьəyyən fəaliyyətin mьvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun ьзьn zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.
1.2. Qabiliyyətin цlзьlməsi və əqli-inkişaf əmsalı
Qabiliyyətlər nəinki keyfiyyət, həm də kəmiyyət baxımından bir-birlərindən fərqlənirlər. Qabiliyyətlərin цlзьlməsi dedikdə, onların kəmiyyət cəhətdən xarakterizə olunmasını nəzərdə tuturlar. İntellekt latın sцzьdьr, mьxtəlif dillərdə anlama dərketmə, başa dьşmə, dərak, ağıl mənalarından işləmir. Psixologiya elminə həmin termindən зoxdan istifadə olunsa da o XIX əsrin sonu – XX əsrin əvvəllərində daha geniş məna kəsb etmişdir. XX əsrdə elmi-texniki inqilabla daha geniş məna kəsb etmişdir. XX əsrdə elmi-texniki inqilabla daha geniş məna kəsb etmişdir. XX əsrdə elmi-texniki inqilabla əlaqədar olaraq insanın idrak fəaliyyətinə yüksək tələblərin verildiyi bir şəraitdə intellekt psixologiyanın aktual problemlərindən birinə зevrilmişdir. Mьasir psixologiyada intellektin onlarla tərifi məlumdur. Onların müqayisəli təhlili göstərir ki, ayrı-ayrı psixoloji məktəb və cərəyanlarda intellekt daha çox 1. təlimə qabillik (təni intellekt səviyyəsi yьksək olan adam daha asanlıqla tez və yaxşı oxuyur) 2. mьcərrəd simvollarla əməliyyat aparmaq mьhьm əlaqələri başa düşmək və malik olduğu təcrübə əsasında onlara cavab vermək qabiliyyəti. 3. yeni situasiyaya uyğunlaşmaq qabiliyyəti kimi xarakterizə olunur. Aydın məsələdir ki, intellektin nəzərdən keçirdiyimiz xarakteristikaları biz biri ilə ayrılmaz sürətdə bağlıdır. Onların bir-birindən ayırmaq olmaz. İnsan intellektinin uyğunlaşması funksiyası nə qədər mühüm olsa da xarici ailənin yaradıcılıqla əks olunması onun əsasını təşkil edir. İntellektin səviyyəsini necə mьəyyən etmək və onun necə цlзmək olar?
XIX əsrin sonu – XX əsrin əvvəllərində bu sual psixologiya ьзьn təkcə praktik əhəmiyyətə malik deyildi. O, birinci nцvbədə metodoloji məsələ idi.
A.Bine əqli cəhətdən geri qalan uşaqlar problemini öyrənirdi. O, bu mühüm problemi həll etmək üçün maraqlı yol göstərdi. A.Bine uşaqların bilavasitə intelekt sual səviyyəsini цlзməyi, bu məqsədlə uşaqlar bilavasitə intellektual səviyyəsini цlзməyi, bu məqsədlə uşaqlar tərəfindən mьvəffəqiyyətlə həll edilməsi mьmkьn olan xьsusi tapşırıqlardan istifadə etməyi təklif etdi. A.Bine T.Simon adlı başqa fransız psixoloqu ilə birlikdə mьxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkьrьnь və sair цyrənməyə başladı. Bu eksperimentlər əsasında yeni testlər yaradıldı. Psixologiyada həmin testlər Bine-Simon testləri kimi məlumdur.
XX əsrin əvvəllərində Bine-Simon testləri əqli inkişaf səviyyəsini mьəyyən etmək ьзьn əlverişli vasitə hesab olunurdu. Onların yaranması ilə tekstologiyada yeni istiqamət əmələ gəlirdi. Bine-Simonun testlərində fərdi fərqlər цz-цzlьyьndə deyil, yaşla əlaqədar surətdə цlзьlьrdь. Əgər uşaq öz həmyaşıdlarının əksəriyyəti tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu faktın müəyyən edilməsi və psixoloji cəhətdən təhlil olunması onunla nəticələndi ki, tekstologiyaya xronoloji yaş CA anlayışı ilə yanaşı yeni anlayışdan ağıl yaşı MA anlayışından istifadə olunmağa başlanıldı. Onların bir-birinə uyğun gəlməməsi ya əqli geriliyin ya da istedadın göstəricisi hesab olunurdu. 1912-ci ildə V. Ştern onların nisbətini intellekt əmsalı adlandırdı. İntellekt əmsalı LQ aşağıdakı düsturla hesablanır: . Ağıl yaşı (MA) mьvafiq şkalaya görə müəyyən edilir. Belə şkalalar müxtəlif uşaqlar üzərində aparılmış sınaqlara əsasən tərtib olunur və testologiya praktikasında əslində normativ gцstəricisi kimi istifadə edilir, yeni şkalada uşaqların topladığı xala görə onların ağıl yaşının necə olduğu göstərilir. Testoloqlar LQ-in gцstəricilərinə xьsusi əhəmiyyət verir və uşağın taleyini ona əsasən qeydsiz-şərtsiz həll edirdilər. LQ aşağı olanda uşağı əqli cəhətdən geri qalanlar ьзьn xьsusi məktəblərə, yьksək olan isə onu istedadlı uşaqlar üçün məktəblərə gцndərirdilər. Mьasir psixodiaqnostikada testlərin mьxtəlif nцvlərindən istifadə olunur. Onların iзərisində intellekt testləri, qabiliyyət və ya kreativlik testləri, nailiyyət testləri və s. xьsusi yer tutur. XX əsrdə Qərb psixologiyasında testlərin tətbiqi metodikası təkmilləşdirilmiş, öz-цzlьyьndə maraqlı olan orijinal testlər yaradılmışdır. Lakin bezi testlərin tətbiqində bir tərəfliliyə de yol verilmişdi, guya LQ sabit xarakter daşıyır, uşağın yaşı artsa da onda mühüm dəyişikliklər baş vermir, uşağın öz həmyaşıdlarından geri qalması və ya inkişaf etməsi xarici təsirlərdən və tərbiyədən asılı deyildir. Ağıl yaşı anlayışına da tənqidi yanaşmaq lazımdır. A.Binə və T.Simon həmin anlayışı irəli sьrərkən anadangəlmə intellektin spontan surətdə inkişaf etməsi haqqında birtərəfli təsəvvьrlərə əsaslanırdılar. Onlar yaş xüsusiyyətlərinə keyfiyyət baxımından deyil, ancaq kəmiyyət (statistik) cəhətdən yanaşırdılar. İntellekt əmsalı isə xalis nisbi gцstəricidir: o, bir konkret testin (tapşrığın) icra səviyyəsini bəlkə de əks etdirə bilər, uşağın intellektual xьsusiyyətlərinin ьmumi gцstəricisi ola bilməz. Ьmumi istedad dedikdə isə, ьmumi qabiliyyətlə və ya qabiliyyətlər ьзьn ьmumi olan cəhətlərin vəhdəti nəzərdə tutulmalıdır. Onlar, bir tərəfdən, xьsusi qabiliyyətlərin formalaşmasının əsasını təşkil edir, digər tərəfdən isə xьsusi qabiliyyətlərin inkişafı ilə şərtlənirlər.
II Fəsil. Qabiliyyətin formalaşması.
2.1. Təbii imkanlar və fəaliyyət
İnsan qabiliyyətlərinin mahiyyətinin tədqiqi qabiliyyətlər haqında ümumibioloji anlayışı xüsusi insan qabiliyyətləri haqqındakı anlayışdan fərqləndirməyi tələb edir. Bəzi psixoloqlar qabiliyyətləri bioloji fenomen kimi təhlil edir və onun qanuna uyğunluqlarını irsiyyət amilləri ilə aydınlaşdırırlar. Halbuki insan qabiliyyətləri ictimai-tarixi xarakter daşıyır. Qabiliyyətlərdən danışarkən, biz, birinci növbədə, insanın təbiətini ifadə edən xassələri nəzərdə tuturuq. Bu xassələr bəşəriyyətin ictimai-tarixi xassələrinin inkişafı məhsulu olsa da, irsən təsbit olunmurlar. Onlar nəsildən-nəslə hər bir yeni nəslin цzьndən əvvəlki nəslin inkişaf nailiyyətlərinə yolu ilə verilir buna uyğun olaraq insanların ontogenetik inkişafının ən başlıca məzmunu ondan ibarət odur ki, onlar insanların tarixi inkişafının nailiyyətlərinə yiyələnirlər məhz bu əsasda sonrakı tərəqqinin subyekti olurlar. İnsan qabiliyyətlərinin tarixi inkişafı prosesinin ardıcıllığı onunla şərtlənir ki, nəsillərin nailiyyətləri morfoloji cəhətdən, irsi dəyişikliklər qaydasında deyil, onların fəaliyyətinin obyektiv məhsulları-maddi və ideal formasında təsbit olunurlar bu, əməyin və insan fəaliyyətinin başqa formalarının prinsip etibarilə məhsuldar xarakter daşıması sayəsində baş verir. İnsanlar həmin obyektiv məhsulları mənimsəyərkən həm də onlarda həkk olunmuş insan qabiliyyətlərinə yiyələnirlər. Bu aydın şəkildə göstərir ki, insanın istər ьmumi, istərsə də xьsusi psixi xassələri ontogenetik inkişafın məhsuludur. İnsanların anadangəlmə təbii imkanları eyni deyildir. Diqqəti «anadangəlmə» sцzьnə cəlb etmək istəyirik. Təbii imkanlar dedikdə, qabiliyyətlərin inkişafına əsasını təşkil edən anatomik-fizioloji xьsusiyyətlər nəzərdə tutulur. Anatomik xьsusiyyətlərə beynin mikrostrukturu, bədənin konstitusiyası, gözün, qulağın, səs tellərinin, el və ayaqların və s. quruluşu; fizioloji xьsusiyyətlərə isə ali sinir fəaliyyətinin xьsusiyyətləri aiddir. Psixologiyada «təbii imkanlar» anlayışına orqanizmin anatomik-fizioloji xьsusiyyətləri ilə yanaşı olaraq psixofizioloji xassələrini də daxil edir və bu sonuncuları əsas cəhət kimi şərh edirlər. Psixofizioloji xassə dedikdə, hər şeydən əvvəl, fəaliyyətə yiyələnmənin lap ilkin mərhələsində uşaqda, bəzən isə müntəzəm surətdə mьəyyən fəaliyyətlə məşğul olmayan yaşlılarda цzьnь gцstərən incə rəng fərqləndirmə həssaslığı, gцrmə hafizəsi, musiqi eşitmə həssaslığı və s. kimi xassələr başa düşülür. Belə təbii imkanlar, insan onlara bu və ya digər dərəcədə adekvat olan mьəyyən qıcıqlayıcı, obyekt ilə təmasda olarkən цzьnь gцstərir. Məsələn, musiqi, mənzərə və s-nin qavranılması zaman mьvafiq təbii imkanlara malik olan uşaqlarda yüksək hissi-hərəkəti həssaslıq və həmin fəaliyyətə meyl aydın təzahür edir. Təbii imkanların qabiliyyətə зevrilib-зevrilməməsi fəaliyyətdən asılıdır. Lakin qeyd etmək lazımdır ki, qabiliyyətlərin morfofizioloji əsasları məsələsini yalnız təbii imkanlarla məhdudlaşdırmaq olmaz. A.N.Leontyevin fikrincə, insanda təbii qabiliyyətlərlə (məsələn, rəng fərqləndirmə həssaslığı və s. ilə) yanaşı olaraq, insana məxsus qabiliyyətlər də vardır. Buraya nitq, musiqi, konstruktorluq qabiliyyətləri və s. daxildir. Əgər təbii qabiliyyətlər fəaliyyət prosesində anadangəlmə təbii imkanlar əsasında əmələ gəlirsə, «ikinci nцv qabiliyyətlər» başqa şəkildə formalaşır. Bu qabiliyyətlərin beyin mexanizmləri, insan əvvəlki nəsillərin ictimai-tarixi təcrьbəsinə yiyələndikcə onun fərdi inkişafı prosesində təşəkkьl tapır. Yeni «ikinci növ» qabiliyyətlərin maddi bazasını yeni funksiyalar icra edən fizioloji orqanlar mцhkəm reflektor birləşmə və sistemlər təşkil edir. onlar formalaşdıqdan sonra vahid orqan kimi fəaliyyət gцstərirlər. Yeni funksional orqanlar asanlıqla dəyişə, onların ayrı-ayrı tərkib hissələri başqaları ilə əvəz oluna bilər. Başqa sцzlə, onlar yьksək kompensasiya etmə qabiliyyətinə malikdir. Beləliklə də aydın olur ki, qabiliyyətlərin morfofızioloji əsasları məsələsini yalnız təbii imkanlarla əlaqələndirmək səhv olardı. Qabiliyyətlərin inkişafında beynin ontogenezdə təşəkkül edən fizioloji orqanları da mühüm rol oynayır. Bundan başqa, belə güman etmək olmaz ki, hər bir fəaliyyətə xьsusi təbii imkan uyğun gəlir. Təbii imkan зoxmənalıdır, başqa sözlə, eyni bir təbii imkan əsasında həyat şəraitinin və fəaliyyətin necə davam etməsindən asılı olaraq mьxtəlif qabiliyyətlər əmələ gələ bilər. Uşağın hansı dildə danışacağı nitq əhatəsindən asılı olduğu kimi, təbii imkanların qabiliyyətlərə зevrilməsi, təşəkkьl edən qabiliyyətin məzmunu və quruluşu fəaliyyətin xarakteri ilə şərtlənir. Fəaliyyətin hər bir nцvьnьn цz xьsusiyyətləri vardır. Hər hansı bir mьvafiq psixi proses mьəyyən bir fəaliyyətin bədii və ya texniki, təsviri və ya elmi, ifaedici və ya əməli fəaliyyətin tərkibinə daxil olmaqla onun xьsusiyyətlərinə uyğun surətdə inkişaf edir. Bunu müxtəlif fəaliyyət sahələrində, məsələn, təxəyyьlьn və ya təfəkkьrьn bir qabiliyyət kimi formalaşmasında asanlıqla görmək olar. Fəaliyyətin xarakterindən asılı olaraq təxəyyьl ədəbi yaradıcılıqda, necə deyərlər, bədii təxəyyьl kimi, texniki yaradıcılıqda isə fəza təxəyyьlь kimi formalaşır. Hər iki halda təxəyyьl yeni surətlərin yaradılması prosesi kimi təzahьr edir. Lakin təxəyyьl ədəbi yaradıcılıqda xarici aləmi bədii şəkildə əks etdirən surətlərin yaradılması istiqamətində cərəyan etdiyi halda, texniki yaradıcılıqda fəza formaları, münasibətləri və texniki detallar yenidən işlənilməsi əsasında yeni konstruksiyalar yaratmaq məqsədinə xidmət edir. Beləliklə de, fəaliyyətin bilavasitə təsiri nəticəsində şairin təxəyyьlь bəstəkarın təxəyyьlьndən, rəssamın təxəyyьlь konstruktorun təxəyyьlьndən fərqlənir. Hətta eyni bir fəaliyyətin nisbətən dar sahələrində belə təxəyyьlьn inkişafında özünəməxsus cəhətlər inkişaf edir. Məsələn, ədəbi yaradıcılıqda şairin, dramaturqun və nasirin təxəyyьlьnь mьqayisə etsək, asanlıqla onlardan hər birinin təxəyyьlь ьзьn xarakterik olan cəhətləri ayırd edə bilərik. Yaradıcı fəaliyyətin mьxtəlif sahələrində təfəkkьrьn inkişafı haqqında da eyni sцzləri demək olar.
2.2. Şagirdlərin yaş xüsusiyyətləri
Qabiliyyətlərin formalaşması prosesini psixoloji cəhətdən dьzgьn təhlil etmək ьзьn bu sahədə цzьnь gцstərən yaş xüsusiyyətlərini ətraflı öyrənmək lazımdır. Hər bir yaş dцvrьndə qabiliyyətlərin formalaşması sahəsində köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. İstər məktəbəqədər və kiзik məktəbi, istərsə də yeniyetməlik və erkən gənclik yaşı dövrlərində ьmumi və xьsusi qabiliyyətlər iki istiqamətdə makro və mikro istiqamətlərdə inkişaf edir. Biz makro inkişaf dedikdə, qabiliyyətlərin mьəyyən bir yaş dövründə qarşılıqlı əlaqədə inkişafının nəzərdə tuturuq. Bu prosesdə mьəyyən bir ьmumi qabiliyyətdə, məsələn, obrazlı təfəkkьrdə əmələ gələn bir xьsusiyyət digər ьmumi qabiliyyətin (yaradıcı təxəyyьlьn və s-nin) inkişafına təsir gцstərir, onlar isə qarşılıqlı əlaqədə xьsusi qabiliyyətlərin (tutaq ki, sцz assosiasiyalarının zənginliyi və ifadəli dilin) inkişafım şərtləndirir. Mikro inkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin цz-цzlьyьndə inkişafı prosesi nəzərdə tutulur. Bu mənada biz obrazlı təfəkkьr, yaradıcı təxəyyül və sairə kimi qabiliyyətlərin inkişafından danışırıq və danışmalıyıq. Qabiliyyətlərin mikro və makro inkişafı bir-birilə vəhdət təşkil edir;
b) hər bir yaş dövrünün öz xüsusiyyətləri vardır. Kiçik məktəblinin bilik sahələrinə marağı, yeniyetmənin xüsusi fəallığı və meyllərinin genişliyi, bцyьk məktəblinin цzьnь şüurlu surətdə tənzim etmək meyli bunların hamısı bu və ya digər yaş dövrünün səciyyəvi xьsusiyyətləri kimi qabiliyyətlərin formalaşmasına mühüm təsir gцstərir. Bu xьsusiyyətləri nəzərə almadan qabiliyyətlərin inkişaf xüsusiyyətlərini dьzgьn qiymətləndirmək olmaz. A.N.Leontyevin aşağıdakı fikri əqli qabiliyyətlərin inkişafı prosesini bu baxımdan təhlil etmək imkanı verir: «uşağın əqli inkişafını bütövlükdə onun psixi inkişafından, mənəvi simasını müəyyən edən maraqlarının hisslərinin və başqa əlamətlərinin zənginliyindən ayrılıqda nəzərdən keзirmək olmaz». Qabiliyyətlərin hamısının inkişafında həmin qanunauyğunluğun mühüm rol oynadığını gцrmək зətin deyildir. Bu o deməkdir ki, qabiliyyətlərin formalaşması müvafiq yaş dövrünün xüsusiyyətləri ilə şərtlənir. Psixi inkişaf qeyri-bərabər (geteroxron) xarakter daşıyır. Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya ləngiməsi, gцzlənilmədən yьksəlməsi və ya geriləməsi mьşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı bir variantda deyil, mьxtəlif variantlarda цzьnь gцstərir. Qabiliyyətlərin inkişafı prosesində də həmin cəhət bьtьn aydınlığı ilə meydana зıxır. Qabiliyyətlərin inkişafı prosesini bu istiqamətdə xarakterizə etmək ьзьn bezi məsələlərlə tanış olaq. Senzitiv yaş dövrləri haqqında. Senzitiv dövr uşağın ontogenetik inkişafının mьhьm mərhələsini təşkil edir; bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə xьsusilə həssas olur, psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün əlverişli şərait yaranır. Məsələn, məktəbəqədər yaş dövründə uşaqlar nəinki ana dilini, həm de başqa dilləri daha tez цyrənirlər. Bu baxımdan xüsusilə 3-5 yaş dil öyrənmək ьзьn senzitiv dцvr hesab olunur. Ayrı-ayrı qabiliyyətlərin formalaşması və inkişafı baxımından məktəbəqədər, kiзik məktəbli və yeniyetməlik yaş dövrlərinin цz imkanları vardır. Senziti yaş dövrlərinin imkanlarından vaxtında səmərəli istifadə edilmədikdə bu sonralar qabiliyyətin inkişafı prosesində mьəyyən зətinliklərin əmələ gəlməsi ilə nəticələnir. Kiзik yaşlı uşaqlarda qabiliyyətlərin parlaq təzahür hallan və ya vunderkind uşaqlar haqqında. Yüksək əqli qabiliyyətlərə malik olan uşaqlar haqqında psixologiyada çoxlu faktlar toplanmışdır. Onlar psixi inkişafın variantlarından biri kimi son zamanlar diqqəti daha зox cəlb edir. Erkən əqli inkişaf halları bezən daha qabarıq formalarda özünü göstərir. Цz həmyaşıdlarını xeyli цtьb keзən vunderkinq uşaqlar belə hallara misal ola bilər. Müəllim və tərbiyəзilər зox vaxt bu cəhəti nəzərə almır, vunderkind uşaqları az qala qeyri-adi adam kimi təqdim edir, onlarda цzləri haqqında düzgün təsəvvьr yaratmırlar. Belə tərbiyə üslubunun nəticələri isə зox hallarda fərəhli olmur. Kiзik yaşlarından цzlərinin yьksək qabiliyyətləri ilə fərqlənən uşaqların, o cьmlədən vunderkindlərin tərbiyəsi valideyn və tərbiyəзilərdən xьsusi psixoloji səriştə tələb edir. Yeniyetməlik və bцyьk məktəbli yaşı dövründə qabiliyyətlərin bəzi inkişaf xüsusiyyətləri, Yeniyetməlik yaşı dövründə цzьnьn əqli qabiliyyətlərinin inkişafı etibarilə həmyaşıdlarından fərqlənən xeyli şagirddə təsadьf olunur. Belə şagirdlərin iki tipi diqqəti daha зox cəlb edir: onların bir qismi maraqları və ətrafdakı adamlara münasibəti etibarilə daha зox kiзik məktəbliyə bənzəyir. Dərsi asanlıqla başa düşür, məsələni daha asan yolla həll edir, lakin цzьnь sadəlцvh aparır, aşağı qiymət alanda ağlayır, qızlarla kiçik uşaq kimi vuruşur, bütün fənlərlə eyni dərəcədə maraqlanır; digər qismi isə цzьnь əslində bцyьk məktəbli kimi aparır: müəllimlərin bir зox məsləhətlərinə əməl etmir, dərsdə bəzən kənar işlərlə məşğul olur, ancaq maraqlandığı fənnə xьsusi diqqət yetirir, həmin fənn aid əlavə ədəbiyyat oxuyur, xьsusi dəftər tərtib Bцyьk məktəbli yaşında da biz bu sahədə maraqlı hallarla rastlaşırıq. Onlardan biri aşağıdakı ondan ibarətdir: aşağı siniflərdə цz həmyaşıdlarından fərqlənməyən bəzi şagirdlərdə gьclь intellekt əlamətləri цzьnь gцstərməyə başlayır. Onlar birdən-birə yaxşı oxumağa başlayırlar. Müəyyən bir elm, ədəbiyyat və incəsənət sahəsi ilə daha зox maraqlanır, həmin sahə ilə saatlarla məşğul olurlar.
NƏTİCƏ
Qabiliyyətlər şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri dili müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun ьзьn zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasından fərqlərdə ifadə olunur. Elmi texniki tərəqqi dцvrьndə bir tərəfdən yeni fəaliyyət sahələri əmələ gəlir, digər tərəfdən sənayenin avtomatlaşdırılması robot texnikası və sair tətbiqi əlaqədar olaraq əvvəlki fəaliyyət sahələri yeni intellektual məzmun kəsb edir. Bu şəraitdə şagirdlərin qabiliyyətlərin hər tərəfli inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Hər hansı bir mьvəffəqiyyətlə icra etmək ьзьn həm ьmumi həm də xьsusi qabiliyyətlərin olması zəruridir. Ayrı-ayrı qabiliyyətlər eyni bir fəaliyyət bir fəaliyyətin tərkibində bir-birilə ьzvi sьrətdə və qarşılıqlı əlaqədə mövcud olur. Tərbiyə işi sahəsində nцqsanlar ondan irəli gəlir ki, mьəllimlər зox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə təlim mьvəffəqiyyətinə gцrə mьhakimə yьrьdьrlər. Halbuki qabiliyyətlərin mьxtəlif inkişaf variantları vardır. Psixi inkişafın ayrı bərabər xarakteri bu sahədə xüsusilə aydın nəzərə çarpır.
ƏDƏBİYYAT SİYAHISI
1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya Bakı Çinar-çap 2006 620 s.
əvvəlki yazı