AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakultəsinin
psixologiya ixtisası üzrə IV kurs tələbəsi
Akay Murat Ziyanın psixologiya bakalavr
dərəcəsi almaq üçün
«M.C.MƏHƏRRƏMOV ŞƏXSİYYƏTİN XARAKTERİ HAQQINDA» mövzusunda
B U R A X I L I Ş İ Ş İ
Kafedra müdiri: AMEA-nın müxbir üzvü,
prof. B.H. Əliyev
Elmi rəhbər: p.e.n., b/m. A.M.Mustafayev
B A K I – 2009
MÜNDƏRİCAT
Giriş………………………………………………………………..…………….3
I Fəsil: M.C.Məhərrəmovun həyatı və elmi-pedaqoji fəaliyyəti…………………..6
1.1. M.C.Məhərrəmovun həyat və elmi-pedaqoji fəaliyyətinə tarixi oçerk……………………………………………………………..…………..6
1.2. M.C.Məhərrəmovun Azərbaycanda psixoloji fikrin inkişafı tarixində xidmətləri …………………….………………………………………..……12
II Fəsil: M.C.Məhərrəmov şəxsiyyətin xarakteri haqqında………………..…….22
2.1. Psixologiyada xarakter haqqında nəzəriyyənin tarixinə dair……………..22
2.2. M.C.Məhərrəmovun insan xarakteri və xarakter əlamətləri haqqında baxışları …………………………………………………….……………………..27
Nəticə ……………………………………………………………………..48
İstifadə olunmuş ədəbiyyat……………………………………………..…49
Giriş
Mövzunun aktuallığı. Tarixdən məlumdur ki, hər bir xalqın elm və mədəniyyətinin inkişafı həm də onun mərd, mübariz, fədakar və işgüzar alim-tədqiqatçılarının məqsədyönlü fəaliyyəti nəticəsində ərsəyə gəlir, yerinə yetirilir. BDU-nun psixologiya ixtisasında təhsil alan tələbə kimi Azərbaycanda psixologiya elminin inkişafı ilə dərindən maraqlandım. Aydın oldu ki, Azərbaycanda başqa elmlərlə yanaşı, psixologiya elmi XX əsrin 20-30-cu illərindən inkişafa başlamış, sonralar yüksək templə inkişaf etmiş keçmiş ittifaqda respublikalar içərisində xüsusi fərqlənən elm kimi xüsusi olaraq diqqəti cəlb edir. Azərbaycanda psixologiya elminin yüksək templə inkişafı xəbəri Türkiyə Cumhuriyyətində də məlumdur. Bu şad xəbəri eşidib bizlər də burada, BDU-nun psixololgiya ixtisasında təhsil almağı qərarı aldıq. Şahidi olduq ki, BDU-da psixologiya ixtisasına sənəd verənlərin sayı başqa ixtisasa sənəd verənlərdən geri qalmır, əksinə çoxluq təşkil edir. Orta məktəblərdə praktik psixoloq kimi çalışanlara maraq və diqqət artmışdır. Başqa fəliyyət sahalərində də psixoloqlara ciddi ehtiyac vardır.
Tələbə yoldaşlarla aparılan sorğuların nəticəsindən məlum olur ki, psixologiya elminə marağın yaranması və formalaşmasında görkəmli psixoloqların zəngin həyat və fəaliyyət salnaməsi, həmin psixoloq alimlərin dərslik və dərs vəsaitlərin, monoqrafiyaları müstəsna rol oynayır. Belə nümunəvi alimlərdən biri BDU-da vaxtıilə psixologiya kafedrasının müdiri kimi fəaliyyət göstərən prof. Məmmədli Cavad oğlu Məhərrəmovdur. Prof.M.C.Məhərrəmovun çoxsahəli psixoloji xidmətlərini öyrənib muasir, gənc Azərbaycan psixoloqlarına, tələbə psixoloqlara çatdırmaq olduqca aktualdır. Prof.M.C.Məhərrəmovun xalqı qarşısındakı psixoloji xidmətlərinin sistemləşdirilib öyrənilməsi Azərbaycan psixologiya elmini zənginləşdirir və eyni zamanda mövzunun aktuallığına diqqəti artırır.
Problemin öyrənilməsi səviyyəsi. Prof. M.C.Məhərrəmovun elmi-pedaqoji fəaliyyəti çoxsahəlidir. Onun Azərbaycan psixologiya elminin inkişafında, formalaşmasında, psixoloq kadrların yetişməsində xidmətləri böyükdür. Odur ki, M.C.Məhərrəmovun pedaqoji və elmi fəaliyyəti, Azərbaycan psixologiya elmi sahəsindəki xidmətləri bir çox elm nümayəndələrini, xüsusilə psixoloqları, pedaqoqları, filosofları və jurnalistləri maraqlandırmışdır. M.C.Məhərrəmovun çoxsahəli fəaliyyəti haqqında, xüsusilə onun yaş və pedaqoji psixologiya, psixoloji fikir tarixi, şəxsiyyətin xarakteri və xarakter əlamətləri, psixologiya terminləri lüğətinin tərtibi sahəsindəki fəaliyyəti haqqında mütəxəssislər qiymətli fikirlər söyləmişlər. Akademik A.O.Makavolski, prof. Ə.K.Zəkiyev, prof. F.Ə.İbrahimbəyov, prof. Ə.S.Bayramov, prof. Ə.Ə.Əlizadə, prof. Ə.T.Baxşəliyev və başqalarının elmi mülahizələri diqqəti cəlb edir. Lakin mütəxəssislər tərəfindən söylənilən fikirlər prof.M.C.Məhərrəmovun elmi-pedaqoji fəaliyyətinin bu və ya digər cəhətini xarakterizə edir. Biz buraxılış işində M.C.Məhərrəmovun elmi-pedaqoji fəaliyyətini və onun şəxsiyyətin xarakteri haqqında apardığı fundamental tədqiqatın psixolojti təhlilini xarakterizə etməyə çalışacağıq.
Tədqiqatın obyektini M.C.Məhərrəmovun həyat və elmi-pedaqoji fəaliyyətini öyrənmək təşkil edir.
Tədqiqatın predmetini M.C.Məhərrəmovun şəxsiyyətin xarakteri haqqında apardığı fundamental tədqiqatın psixoloji təhlili təşkil edir.
Tədqiqatın məqsədi: M.C.Məhərrəmovun keçdiyi həyat yolunu, elmi- pedaqoji fəaliyyətini, xüsusilə şəxsiyyətin xarakteri haqqındakı fikirlərini təhlil etmək.
Tədqiqatın vəzifəsi: M.C.Məhərrəmovun Azərbaycan psixologiya elminin inkişafı sahəsindəki xidmətlərini öyrənərək aşağıda göstərilən vəzifələr yerinə yetirilmişdir.
-. M.C.Məhərrəmovun həyatı və elmi-pedaqoji fəaliyyəti öyrənilmişdir.
– yaş və pedaqoji psixologiya sahəsindəki fəaliyyəti tədqiq olunmuşdur.
-psixolji fikir tarixi sahəsindəki tədqiqatlarına diqqət yetirilmişdir.
-şəxsiyyətin xarakteri haqqındakı tədqiqatı geniş və ətraflı tədqiq olunmuşdur.
Tədqiqatın fərziyyəsi: M.C.Məhərrəmov XX əsr Azərbaycan psixologiya tarixində önəmli yer tutur. Onun milli psixoloq kadrlarının hazırlanması sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. M.C.Məhərrəmovun çoxsahəli yaradıcılıq fəaliyyəti öyrənilməli, sistemləşdirilib pedaqoji ictimaiyətə çalışanlara çatdırılmalıdır.
Tədqiqatın elmi yeniliyi. Azərbaycan psixologiya tarixində ilk dəfə olaraq görkəmli psixoloq M.C.Məhərrəmovun elmi yaradıcılıq fəaliyyəti buraxılış işi səviyyəsində tədqiq olunur. Onun çoxsahəli elmi fəaliyyəti, xüsusilə şəxsiyyətin xarakteri haqqındakı tədqiqatı təhlil olunmuşdur.
Tədqiqatın praktik əhəmiyyəti. Aparılmış tədqiqatın nəticələrindən psixoloq kadrlarının hazırlanmasında, «Psixologiya tarixi» və «Azərbaycanda psixoloji fikrin inkişafı tarixi» kursunun tədrisində istifadə oluna bilər.
Buraxılş işinin quruluşu: Buraxılış işi giriş, iki fəsil, müvafiq yarımfəsillər, nəticə və istifadə olnmuş ədəbiyyat siyahısından ibarətdir.
I Fəsil: M.C.Məhərrəmovun həyatı və elmi-pedaqoji fəaliyyəti
1.1. M.C.Məhərrəmovun həyat və elmi-pedaqoji fəaliyyətinə tarixi oçerk
Məmmədli Cavad oğlu Məhərrəmov 1909-cu ildə Qarabağın mərkəzində, Şuşa şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini burada, Şuşa şəhərində alarkən gələcəkdə elmi-pedaqoji fəaliyyət göstərməyi qərara almışdır. Odur ki, gənc Məmmədli 1928-ci ildə Şuşa ikinci dərəcəli məktəbi bitirdikdən sonra kəndə gedib müəllimlik etməyi planlaşdırır və bu işi yerinə yetirir.
O, Kəlbəcər dairəsinin ən ucqar kəndi olan Qılınclı kəndində müəllimlik fəaliyyətinə başlayır. Sonralar Bakı şəhərinə gələn M.C.Məhərrəmov 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitunu əla qiymətlərlə bitirir.
Üç il Biləsuvar rayon xalq maarif şöbəsinin müdiri vəzifəsində çalışır.
M.C.Məhərrəmov 1938-ci ildən etibarən Xalq Maarif Komissarlığında ali məktəblər idarəsinin metodist inspektoru, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışır. M.C.Məhərrəmov 1946-cı ildən Azərbaycan Dövlət Universitetində baş müəllim kimi fəaliyyətə başlamış, 1958-1970-ci illərdə isə pedaqoqika və psixologiya kafedasının müdiri kimi elmi- pedaqoji kadrların hazırlanmasında yaxından iştirak etmişdir. O, Byük Vətən Müharibəsinin iştirakçısı olduğundan kafedrada dəmir intizamın yaradılmasına nail olmuşdur. İşlədiyi müddət ərzində məktəb praktikasında onun diqqətini cəlb edən, onu düşündürən və narahat edən suallara özünün maraqlı kitab və məqalələrində dolğun cavab vermişdir.
Görkəmli psixoloqun mahir məktəb bilicisinin yaş və pedaqoji psixologiya problemlərinə həsr olunmuş əsərləri onun elmi yaradıcılığında mühüm yer tutur. Məktəbə kömək məqsədilə yazılmış həmin əsərlərin hamısı üçün səciyyəvi cəhət bundan ibarətdir ki, onları müəllif dövrün aktul psixoloji problemləri , psixologiya elmini uğurları, qabaqcıl müəllimlərin iş təcübəsi , müşahidələr və zəngin həyati materiallar əsasında səlist və aydın dillə təhlil etmişdir.
Prof. M.C.Məhərrəmovun elmi-pedaqoji fəaliyyətini xarakterizə edən görkəmli psixoloq prof. Ə.Ə.Əlizadə yazır: «Müəllifin «Məktəblilərin iradəsini tərbiyə etmək haqqında», «İradə tərbiyəsinin yolları», «Uşaqlarda iradə nöqsanlarını necə aradan qaldırmalı», «Məktəblilərin xarakterini tərbiyə etmək haqqında», «Yaxşı oxumağın sirri» kitabları bu cəhətdən diqəti cəlb edir ». (29, səh.3)
Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur.
Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Əsərdə mürəkkəb təlim əməyini düzgün təşkil etməyin psixoloji məsələləri yığcam halda şərh edilib, yaxşı oxumağa kömək edən vacib məsləhətlər verilir. Müəllif adı çəkilən əsərində gənc dostlarına, şagirdlərinə müraciət edərək onların təlim fəaliyyəti sahəsində müvəfəqiyyət qazanması üçün istedada malik olmasını, güclü əmək sərf etməsini, diqqətini oxuduğu mətnə, materiala yönəldilməsini, onun üzərində cəmləşdirilməsini zəruri hesab edirdi. Prof.M.C.Məhərrəmov təlim zamanı fikirləşməyi, yenə də fikirləşməyi, psixi inkişafın guşə daşı olan hafizəyə yiyələnməyi, az vaxt və qüvvə sərf etməklə, yəni vərdişlərə və iradəyə malik olmağı zəruri hesab edirdi.
Müəllif təlimdə müvəffəqiyyətin zəhni dedikdə, buraya ilk növbədə iradə və müsbət iradi keyfiyyətlərin təzahür etməsini vacib hesab edirdi. Müəllif adı çəkilən əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim fəaliyyətin mürəkkəb növlərindəndir. Möhkəm iradə məlim işində də müvəffəqiyyət qazanmanın zəhnidir. Prof.M.C.Məhərrəmov yazır: « İradə, insanın öz fəaliyyətini şüurlu surətdə tənzib edib, qarşıya çıxan çətinlik və maneələrə üstün gəlməsində, özünü idarəetmə bacarığında təzahür edir». (13, səh.69)
İradə fəaliyyətdən ayrılmazdır. Fəaliyyəti şərtləndirən amillər iradədən güc alır. İnsanı mövcud maddi və mənəvi təlabatın ödənilməsi üçün hər hansı fəaliyyətə başlamağa onu davam etdirməyə təhrik edən amilləri motiv deyilir. Motivlər müxtəlifdir. Onlardan bəziləri fəaliyyətə daha dərin təsir göstərir. Bunlara əsas motivlər deyilir. Bəziləri də ikinci dərəcəli əhəmiyyətə malikdir. Bunlara isə əlavə motivlər deyilir. Ayrı-ayrı adamlarda motivlər müxtəlif olur. Məsələn, sinifdəki şagirdləri əla oxumağa vadar edən motivlər eyni deyil. Həmin şagirdlərdən bəziləri Vətənə və xalqa ləyaqətlə xidmət etmək, yaxşı mütəxəssis olmaq üçün, başqaları valideynlərini razı salıb sevindirməkdən ötrü; üçüncülər isə təriflənmək üçün əla oxumağa səy edə bilərlər. Birincilər üçün Vətən və xalqa xidmət etmək əsas, valideynini sevindirmək ikinci dərəcəli motiv olur. İkincilərdə bu, əksinədir. Üçuncülər isə şəxsi məqsədləri əsas, yerdə qalanları da ikinci dərəcəli motiv kimi qəbul edirlər. Şübhəsiz yüksək ictimai məna və əhəmiyyətə malik motivlər iradəyə qüvvət bəxş edir.
Hər bir fəaliyyət zamanı qarşıya qoyulmuş məqsədə nail olmağa səy göstərilir. Məqsədin aydınlığı, hər tərəfli və dərin dərk edilməsi çozx əhəmiyyətlidir. Bu, insanın qüvvələrinin səfərbər edir. Onun ciddi mübarizələrə təhrik edir. Məqsəd dərk edildikdən sonra ona nail olmaq arzusu doğur. Arzu müəyyən məqsədin əldə edilməsinə yönəlməkdir. O, həyati və fəal olmalıdır. Arzu etdiyimiz məqsədə nail olmaq üçün düşünür, yollar müəyyənləşdirir və vasitələr əldə edirik. İradi proseslərin cərayanındakı bu mərhələyə istək deyilir. İnsan öz istəyini dərhal həyata keçirməyə başlamır. Düşünür, yollar axtarır, bu zaman tərəddüdlər meydana çıxır, fikir müxtəlifliyi yaranır. Bunların müzakirəsi mürəkkəb, psixoloji cəhətdən maraqlı və mühüm olan bir haldır. Bu hal motivlər mübarizəsi adlanır. Möhkəm iradəli adamda motivlər mübarizəsi tez keçir, o, vaxtında və ağıllı qərar çıxarır. Zəif iradəli adam uzun müddət tərəddüd edir, müəyyən bir qərara gələ bilmir. İradi keyfiyyətlər çox və müxtəlifdir. Onlar müsbət və mənfi olur. Təşəbbüskarlıq, mütəşəkkillik, müstəqillik, qətiyyət, təkidlilik, işgüzarlıq, cəsarət, mərdlik və qəhrəmanlıq müsbət iradi keyfiyyətlərdəndir. Bir-biri ilə qarşılıqlı əlaqə və birlikdə olan iradi keyfiyyətlər konkret insan şəxsiyyətinə aiddir.
Təşəbbüskarlıq, öz əməyinə böyük ictimai əhəmiyyətə malik namus və şərəf işi, igidlik və qəhrəmanlıq işi kimi baxan, ona şüurlu münasibət bəsləyən adamlara xas olan iradi keyfiyyətdir. İradənin fəallığı öz ifadəsini təşəbbüskarlıqda tapır. Təşəbbüskar adam həmişə yüksək ictimai qiymətə malik işlər görür. Yüksək fəallıq göstərir, adamları öz arxasınca aparır. İradənin mütəşəkkilliyi, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün işi planlaşdırmaqda və fəaliyyət zamanı ardıcıllıq göstərməkdə ifadə olunur. Planlaşdırma zamanı vaxtı ciddi surətdə nəzərə almaq, onu düzgün təşkil etmək əhəmiyyətlidir. Müstəqillik, fəaliyyəti başlamaqda və ifa etməkdə asılı olmamaqdır. Müstəqillik iradənin qüvvəsini ifadə edir. Müstəqil adam qəbul etdiyi qərardan dönmür. Müstəqil adam tənqid və özünütənqidi sevir, səhvlərini etiraf edir, düzgün və ağıllı məsləhətlərə qulaq asır və ona əməl edir.
Qətiyyət çox mühüm iradi keyfiyyətlərdəndir. Qətiyyətli adam bu və ya başqa məsələ haqqında heç bir tərəddüdə yol vermədən vaxtında ağıllı qırar çıxarır. Bu iradənin möhkəmliyini ifadə edir. Məqsəd aydın olduqda insan qətiyyətli addımlar atır.
Təkidlilik, qərarın icrası əsnasında qarşıya çıxan çətinlik və maneələrə qalib gələrək, mütləq məqsədə çatmaq əzmində təzahür edir. Təkidli insan dözümlü və səbrli olur. Daxili maneələrə, tərəddütlərə də qalib gəltr.
İşgüzarlıq, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq axıra qədər icra etməkdir. O, ardıcıllıq və icraçılıq ilə sıx vəhdətdədir. İşgüzarlıq vurnuxmanın, boş-boşuna əlləşməyin əksidir.
Bəzən elə hallar olur ki, müəyyən bir vəzifəni, tapşırığı yerinə yetirərkən qorxu hissinə üstün gəlmək, təhlükəyə qarşı getmək lazım gəlir ki, bu cəsarət adlanır. Cəsarət, təhlükəni, lakin zəruri işə gedərkən qorxmamaqdır. Cəsarət düşüncəli olaraq, vəzifə hissi liə də yaranır ki, bu yüksək ictimai-əxlaqi məzmuna malik olan mərdlikdir. Mərdlik mürəkkəb iradi keyfiyyət olub, onun yüksək mənəvi inkişafa malik olmasıın təzahürüdür. Mərdlik müəyyən bir fəaliyyət zamanı qarşıda luran təhlükəyə, qorxu hissinə qalib gəlməkdə, şəxsi mənafeyi istimai vəzifəyə, dövlət mənafeyinə tabe etdirməkdə ifadə olunur. Mərdlik yüksək şüurluluğu ifadə edir. Mərd adam ruhi və əxlaqi cəhətdən büxtələşmişdir, onda möhkəm əxlaq əqidələri vardır. Mərdlik və cəsarət vəhdətdədir. Bir-birini şərtləndirir. Mərdliyin yüksək təzahürü qəhrəmanlıqdır.
İradəni tərbiyə etmək lazımdır. Ailədə, məktəbdə, istehsalatda tərbiyə olunmalıdır. Özünütərbiyənin iradə tərbiyəsində rolu böyükdür. İnsan özünü dərk edir, müsbət və nöqsan cəhətləini görür, yüksək iradə nümayiş etdirərək şəxsiyyətində müşahidə etdiyi nöqsanı islah edir. Özünütərbiyə ümumi sözdən ibarətolaraq qalmamalıdır. Əsl məsələ, özünütərbiyə sahəsində ardıcıl olaraq müəyyən əməli işlər görməkdən ibarətdir.
Prof.M.C.Məhərrəmov fikrini davam etdirərək yazır: «Özünütərbiyənin müvəffəqiyyəti üçün əsas şərtlərdən biri adamın özünü dərk etməsi, müsbət və mənfi cəhətlərini görə bilməsi, özünə tənqidi yanaşmanı bacarmasıdır. Bu da başlıca olaraq, yeniyetmə yaşlarından başlayaraq təzahür edir. Bunun üçün adamın özünün özünə obyektiv yanaşa bilməsi tələb olunur. Bu həm çətin, həm də çox mühüm bir məsələdir. Bu, adamdan yüksək əqli və əxlaqi inkişaf tələb edir.» (2, səh.75).
Prof.M.C.Məhərrəmovun elmi yaradıcılığının bir çox maraqlı səhifələri dərs vəsaitləri və dərslikləri yaradılmasına həsr edilmişdir. O, 1952-ci ildə orta məktəb üçün «Psixologiya» dərsliyini tərcümə etdikdən sonra, «Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955), « Psixologiyoa oçerkləri» (1960, I hissə; 1961, I hissə) adlı elmi-tədqiqat xarakterləri maraqlı əsərlərini yazdı. 1964-cü ildə M.C.Məhərrəmovun redaktorluğu ilə müəlliflər kollektivi ilə birlikdə yazılmış «Psixologiya» dərsliyi çap olunmuşdur ki,tələbələr həmin dərslikdən yetərincə faydalanmışlar.
Məhərrəmovun ali məktəb tələbələri üçün yazdığı «Psixologiya» (1968) dərsliyə müəllifin bu sahədə uzun illər ərzində apardığı gərgin yaradıcılıq axtarışlarının fərəhli bəhrəsidir. Dərslik özünün elmi-nəzəri səviyyəsinə görə indi də diqqəti cəlb edir. Adı çəkilən dərsliyin yenidən təkrar çap olunaraq ali məktəb tələbələrinin istifadəsinə verilməsi günün tələblərindən biridir.
Prof. M.C.Məhərrəmovun psixoloji irsinin araşdırıcısı prof. Ə.Ə.Əlizadə yazır: «İstər bir tərcüməçi kimi, istərsə də orjinal dərsliklər müəllifi kimi mühüm bir çətinliklə- terminologiya problemi ilə rastlaşan müəllifin bu sahədəki nailiyyətlərii də təqdirəlayiqdir. Bu gün Azərbaycan psixoloji ədəbiyyatında geniş yayılmış və sözün əsl mənasında vətandaşlıq hüququ qazanmış bir çox terminlər M.C.Məhərrəmovun adı ilə bağlıdır »(29, səh.5)
Prof. Ə.Ə.Əlizadənini qeyd etdiyi kimi, M.C.Məhərrəmovun yaradıcılığında «İzahlı psixoloji lüğət»in tərtibi önəmli yer tutur. Məlum olur ki, respublikanın görkəmli psixoloqlarından biri kimi, prof.M.C.Məhərrəmovu terminologiya məsələləri çoxdan və yaxından düşündürür, eyni zamanda narahat edirdi. Bu dövrdə, xüsusilə 60-cı illərdə Azərbaycan elmi dili aktual problemlərdən biri kimi meydana çıxırdı. Respublikada ayrı-ayrı elm sahələri üzrə terminoloji lüğətlər nəşr olunurdu.
M.C.Məhərrəmov mahir tərcüməçi idi. O, təcrübəli tərcüməçi kimi öz fəaliyyətində hər zaman terminoloji çətinlliklərlə rastlaşırdı.
M.C.Məhərrəmov bu illərdə Azərbaycan Dövlət Universitetinin müəlimi idi. Psixologiya kaıedrasının müdiri idi. O, həssas bir müəllim kimi həm özünün, həm də həmkarlarının Azərbaycan dilində izahlı lüğətlərə olan böyük ehtiyacını bütün aydınlığı ilə hiss edirdi.
Deyilən ehtiyacları nəzərə alaraq «İzahlı psixoloji lüğət» xoş bir məramla tələbələrə, müəllimlərə, tərbiyəçilərə, valtydeynlərə, psixologiya elmi ilə maraqlanan geniş oxucu kütləsinə bu elmi öyrənməkdə yaxından kömək məqsədilə yazılmışdır. Müəllifin yazdığı «İzahlı psixoloji lüğət öz dövrünün elmi uğurlarının və psixologiya elminin başlıca inkişaf meyllərini ətraflı əks etdirir. Müəllif daha çox işlənən psixoloji terminlərin nisbətən geniş izah olunmasına çalışmış, ətraflı mənimsənilməsinə kömək edən bəzi fəlsəfə, fiziologiya, məntiq, pedaqogika, patopsixologiya və s. aid terminlərə də lüğətdə əsas yer vermişdəi. Beləliklə,qeyd etmək olar ki, 1960-cı ildə Azərbaycanda ilk dəfə nəşr olunan «İzahlı psixoloji lüğət» Azərbaycan dilində psixoloji terminlərin dəqiqləşdirilməsində və sabitləşməsində xüsusən mühüm rol oynamışdır. «İzahlı psixoloji lüğət» sadə və aydın dildə yazılmışdır. Oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
1.2. M.C.Məhərrəmovun Azərbaycanda psixoloji fikrin inkişafı tarixində xidmətləri
Görkəmli psixoloq M.C.Məhərrəmovun elmi axtarışlarnın əsas istiqamətlərindən biri Azərbaycan psixoloji fikir tarixinin tədqiqi ilə bağlədər. Prof. Ə.Ə.Əlizadənin yazdığı kimi, «…Azərbaycanda psixoloji fikir müxtəlif fəlsəfi traktat,nəsihətnamə və s. ilə yanaşı, dövrün mütəfəkkir şair və yazıçılarının əsərlərində də öz əksini tapmışdır. Həmin əsərlərin bu baxımdan təhlili Azərbaycanda psixoloji fikir tarixinin öyrənilməsi sahəsində ən başlıca mərhələdir. Bu gün cəsarətlə demək olar ki, M.C.Məhərrəmovun mütəfəkkir şair və yazıçılarımızın psixoloji fikirlərinin tədqiqinə həsr edilmiş əsərləri Azərbaycan psixoloji fikir tarixinin öyrənilməsi sahəsində ilk və ciddi addımdır». (29, səh.4)
M.C.Məhərrəmov Azərbaycanda psixoloji fikrin inkişafını tədqiq edərək Azərbaycan şifahi xalq yaradıcılığından başlayaraq Azərbaycan mütəfəkkirlərinin yaradıcılığını psixoloji təhlillə başa çatdırır. Onun bu sahədə apardığı elmi araşdırmalara qısa da olsa, nəzər yetirmək yerinə düşər.
M.C.Məhərrəmov ali məktəblər üçün tərtib etdiyi «Psixologiya» ( Bakı, 1968.) dərsliyində yazır: «Azərbaycan qədim ölkələrdən biri olub, başqa ölkələrin və xalqların tarixi inkişafı ilə qarşılıqlı əlaqə və təsirdə inkişaf etmiş dünya xalqları mədəniyyətinin zənginləşməsinə mühüm xidmət göstərmişdir.» (4, səh.10).
Azərbaycan xalqının da psixika və psixi hadisələr haqqında qədim təsəvvürləri şifahi ədəbiyyatda ifadə edilmişdir. Folklor əsərləri müxtəlif zamanlarda, xalqın müxtəlif təbəqələri tərəfindən yaradıldığından psixi hadisələr haqqında onlarda ifadə olunan təsəvvürlər də eyni deyildir. Burada zərdüştilik, islam dinlərinin təsiri də özünü göstərməkdədir. Bununla birlikdə folklorun müxtəlif janrlarında şəxsiyyət, şüur, ağıl, duyğu və qavrayış, təsəvvürlər, hafizə, təfəkkür, vərdişlər, maraqlar, xarakter və digər psixi proses və xassələr haqqında elə ümumiləşmiş fikirlər vardır ki, onların həyatiliyini müasir elmi tədqiqlər də təsdiq edir.
Azərbaycanda psixoloji fikirlər Bəhmənyar(1065-ci ildə vəfat etmişdir), Xəqani Şirvani (1129-1190), N.Gəncəvi (1141-1203), N.Tusi (1201-1274), M.Füzuli (1498-1556), A.A. Bakıxanov (1794-1847), M.Kazımbəy (1802-1870), M. Vazeh (1852-ci ildə vəfat etmişdir), M.F.Axundov (1812-1878) kimi görkəmli ictimai-elmi fikir nümayəndələrinin, mütəfəkkir şair və yazıçıların əsərlərində inkişaf etdirilmişdir.
Xəqani Şirvani XII əsrdə Azərbaycanın ən görkəmli ictimai fikir nümayəndələrindən olub, keniş təhsilə malik mütəfəkkir şair idi. Aristotel kimi Xəqani də nəbati, heyvani və əqli deyə ruhun üç növünü fərqləndirir. İnsanın ruhu, onun bədəninə görə, ali, həlledici, ölməz başlanğıcıdır. Xəqani idealizmi bir çox cəhətdən islam dini ehkamlarından fərqlənir. O, təbiətin özünün inkişaf etdiyi fikrini qəbul edir, bir sıra hadisələri materialistcəsinə izah etməyə təşəbbüs göstərir. Bu, şairin psixolojti məsələlərə aid fikirlərində də nəzərə çarpır. O, psixi halları, hissləri fövqəltəbii qüvvələrlə deyil, bədən üzvlərinin-ürəyin, beynin, sinirlərin fəaliyyəti ilə əlaqələndirir.
Xəqani insanı idrak qəbiliyyətlərinə inanır, elmi yüksək qiymətləndirir, idrakda duyğuların və ağlın iştirak etdiyi fikrini irəli sürür. O, insanda beş duyğunun-görmə, eşitmə, dad, iy və lamisənin olduğunu göstərib onları «bədənin ülvi sultanı» adlandırır. Bundan əlavə o, daxili hisslərdən də bəhs edir və bu halda təsəvvürləri, hafizəni, təxəyyülü və ümumi hissi-intusiyanı nəzərdə tutur. Xəqaniyə görə, beyin üç qabiliyyətə–təsəvvür, xatırlama və təfəkkür qabiliyyətinə malikdir və bunlara müvafiq olaraq beyində üç sahə vardır.
Xəqaninin xasiyyət haqqında fikirləri yalnız nəzəri-idrak əhəmiyyitinə deyil, həm də tərbiyəvi əhəmiyyətə malikdir. Adamı, feodal əxlaqının tələb etdiyi kimi, onun maddi vəziyyətinə görə deyil, ruhi keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır; Dövlət yox, əxlaqi saflıq əsasdır. Adamın yüksək həyat məqsədi olmalıdır və ona əmək sayəsində mümkündür. İnsan öz həyatında cəmiyyətə, xalqa fayda verməlidir. Bu sözlə deyil, çalışmaqla əldə edilir. Adamı əməyinə görə qiymətləndirmək lazımdır.
Xəqani tərbiyənin qüvvəsinə inanır və xüsusən gənclərdə namusluluq, doğruçuluq, təvəzökarlıq, adamlara hörmət, dostluq, işgüzarlıq, söz və iş birliyi mərdəlik və s. keyfiyyətlər tərbiyələndirməyi poeziyanın vəzifələrindən biri hesab edirdi. O, insanda acgözlük, aldatma, xəsislik, acıdillik, paxıllıq, lovğalıq, ikiüzlülük, qarınqululuq, boşboğazlıq, kobudluq, qorxaqlıq kimi eybəcərliklərin əleyhinə çıxıb, göstərmişdir ki, bunları tərbiyə vasitəsi ilə aradan qaldırmaq mümkün və lazımdır.
N.Cəncəvi dövrürün bir sıra elmlərinə dərindən bələd idi. Onun dünya şöhrəti qazanmış poemalarında psixoloji biliklər də öz əksini tapmışdır. Nizaminin dünya görüşündə materializm ünsürləri tapmaq nəzərə çarpır. Nizamiyə görə, dörd ünsürdən-torpaq, su, hava və oddən ibarət olan maddi aləm daim hərəkət etməkdə və dəyişməkdədir; insan maddi aləm inkişafının zirvəsidir. Nizaminin insan haqqında baxışı dualist mahiyyət daşıyır; insan bədən və ruhdan ibarətdir. Bədən ruhun məhbəsidir. Nizami insan qüvvələrinə inanır və göstərir ki, təbiətə hakim olmaq üçün onu dərk etmək lazımdır; idrak təmkinli, təkidli, əqli iş tələb edir. İdrak, hissi surətdə əldə edilir faktlara əsaslanan biliklərə istinad etdikdə düzgün olur. Hissi idrak və faktlar ağlı zənginləşdirir.
Nizami ağlı yüksək giymətləndirir. İnsanı heyvanlardan fərqləndirən ağıl onun ən yaxın göstəricisidir. Ağıl təkcə idrakın mənbəyi olmayıb, həm də əxlaqın əsasıdır, adam öz rəftarlarında ağlı rəhbər tutmalıdır. Hissi biliklər beyində formalaşır və təfəkkürə qida verir. Biliklərə yiyələnmə və onları hafizədə möhkəmlətmə əqli inkişaf və insanın həyatda müvəffəqiyyət qazanması üçün ən mühüm şərtdir.
İdrakın yüksək dərəcəsi olan təfəkkür nitqlə sıx bağlıdır. Fikirlərin düzgünlüyü sözlərdə ifadə olunur. Ağıl görünməz xəzinədir, onun qüdrəti sözlərdə əks olunur. Nitq daxili və xarici olur; daxili nitqdən xarici nitqə keçərkən fikri dəqiq ifadə etmək üçün sözləri diqqətlə seçmək gərəkdir; bu, çətindir və çox gərgin iş tələb edir.
Böyük mütəfəkkir ağlın tənqidliyini yüksək qiymətləndirmişdir. Təfəkkür təxəyyülün cərəyanını istiqamətləndirməlidir, yoxsa təxəyyülün fəaliyyəti faylasız olar. Nizami röyanı təxəyyülün fəaliyyətinə aid edib, onu « fantaziyanın axını» adlandırır. O, əsərlərində təlqiq və hipnoz haqqında fikir söyləyir, gözdəymə haqqında xalq etiqadı ilə razılaşır. Nizaminin əsərlərində, incə psixoloji müşahidələrin nəticəsi olaraq, hisslər haqqında qiymətli fikirlər vardır. O, Aristotel kimi, ürəyi hissəlrin üzvü hesab edir. Hisslər fəaliyyətlə qarşılıqlı əlaqədədir. Onlar fəaliyyətə müsbət və mənfi təsir göstərə bilir. Hisslərin mənfi təsirini dəf etmək üçün adam onları ağıl vasitəsilə idarə etməyi, etiraslarını cilovlamağı bacarmalıdır. Dahi şairin ölməz poemalarında affekt halının düzgün təsviri, hisslərinqütblüyünə, yayılmasına, zaman qavrayışına və orqanizmə təsirinə, xarici ifadələrinə aid fikirlər vardər. Nizami insan həyatında iradənin böyük əhəmiyyətini qeyd edir. Onun qəhrəmanları yenilməz iradəyə malikdirlər və onların qələbə qazanmalarını təmin edir. İradə psixi həyatın, fəaliyyətin dayağıdır. Nizamiyə görə, şəxsiyyyətin inkişafında fatalistcəsinə anlaşılan irsiyyət deyil, tərbiyə həlledicidir. Əsl yaradıcılıq üçün istedad zəruridir, lakin o, yeganə amil deyildir. İstedadın yüksək inkişafı üçün tərbiyə və təhsil, gərgin əmək, adamın öz özurində yorulmadan müntəzəm çalışması vacibdir. Maddi və mənəvi nemətlərin əsası, idrakın mənbəyi olan əmək şəxsiyyətin inkişafı üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Həyat–əməkdir. Əmək prosesində, onun sonrakı cərayanını asanlaşdıran və yüksək səmərəliliyini təmin edən bir sıra vərdişlər əmələ gəlir.
Nizami temperament məcəlləsində, Hippokratın Orta əsrlərdə geniş yayılmış fikirlərini qəbul edir. Bunula birlikdə o, insanın öz temperamentini idarə etməyi, onu ağıl və iradəyə tabe etdirməyi bacarması fikrini irəli sürür. Bu, xarakter qüvvəsini də şərtləndirir. Yüksək həyat məqsədi və mübarizə müsbət xarakterlər yaradır. Nizaminin hərbi psixologiyaya dair fikirləri də maraqlıdır. Məqsəd aydınlığı ordunun mənəvi birliyi, öz qüvvələrinə inam və düşmənə nifrət-qələbəni təmin edən əsas amillərdir. Musiqi-döyüşçülərin mübariz əhvalına qüvvətli təsir edən vasitələrdəndir.
M.Füzuli, Platonun bu fikrini qəbul edir ki, insanın ruhu üç hissədən ibarətdir və onlardan biri beyində, digəri qara ciyərdə üçüncüsü isə ürəkdə yerləşir. Ruhun idrak qabiliyyəti beyinlə, iradi keyfiyyətləri ürəklə, emosional cəhəti isə qara ciyərlə bağlıdır. M.Füzuli insanda beş xarici və beş daxili duyğu olması fikrini qəbul edir. Maddi aləm xarici və daxili hissi qüvvələrin yardımı ilə ağıl vasitəsi ilə dərk edilir. Füzuliyə görə, bütün ruhi hadisələrin daşıyıcısı olan insan həyat və tərbiyənin təsiri ilə inkişaf edib dəyişsə də by prosesdə fitri xüsusiyyətlər həlledici əhəmiyyətə malikdir. Kifayət qədər fitri imkanlara malik olmayan adam bir şey öyrənsə də, onun işinin nəticəsi orjinal olmayacaq, o, başqalarını təqlid edəcəkdir. Adamı tərbiyə edərkən qayğı və tələbkarlıq göstərmək lazımdır. Füzuli belə hesab edir ki, adamların rəftarlarındla temperament xüsusiyyətləri mühüm mənaya malikdir. Şəxsiyyət yüksək həyat məqsədinə malikdir və o, buna nail olmayınca sakitləşmir. Məqsədə nail olma yollarını düşünərkən uzaqgörən və dərin fikirləşərək qəbul edilən qərarı mütləq icra etməlidir. Məşhur «Leyli və Məcnun» poemasında motivlər mübarizəsi prosesi parlaq və maraqlı surətdə təsvir olunur. Həyat müddətində insanda bir sıra müsbət və mənfi keyfiyyətlər təşəkkül edir. Dahi şair insanın elm və biliklərə yiyələnməsini, sədaqət, doğruçuluq, vüqar, ədalət kimi, əlamətləri yüksək qiymətləndirib tərənnüm edir. O, adamın yalançılıq, rüşvətxorluq, ədalətsizlik, acgözlük kim. Eybəcərliklərini amansızcasına ifşa edir. Öz xarici görünüşü ilə fəxr edən dərin səhvə yol verir. Daxili gözəllik, bilik, təvazökarlıq insanın ən əsas məziyyətidir. Füzuli psixi və fiziki hadisələrin qarşılıqlı təsirini qeyd edir. Hüzn, qısqançlıq kimi psixi hadisələrin təsiri ilə orqanizm zəifləyir, xəstəlik törəyir, güclü kədər və qorxulan müvəqqəti olaraq nitq tutula bilər; qüvvətli məhəbbət təsiri ilə, Məcnunda olduğu kimi, adam «ağlını itirir». Şair dərin incəliklə müxtəlif hisslərin orqanizmin həyat fəaliyyətinə təsirini, onların xarici təzahürlərini təsvir etmişdir. Özünü ələ almaq, ağlın sədasını dinləyib qüvvətli hisslərin təsirinə qapılmamaq gərəkdir. Füzuli insanların həyat və fəaliyyətində müsbət hisslərin böyük rolunu xüsusi qüvvə ilə göstərir; belə hisslər içərisində, şairin geniş mənalandırdığı xüsusi mövqe tutur. Füzuli adamlar arasındakı xüsusiyyətdə nitqin rol və əhəmiyyətini, sözlərdən bacarıqla istifadə edildiyi təqdirdə, onun təsir qüvvəsini yüksək qiymətləndirir.
XIX əsr Azərbaycanın inkişafında yeni mərhələdir. Əsrin başlanğıcında azərbaycanın Rusiya ilə birləşməsi ölkənin ictimai–iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadı. Çoxlu yadelli işğalçıların yürüşündən və feodal müharibələrindən azad olan ölkədə iqtisadiyyat və mədəniyyət tərəqqi edir. XIX əsrdə Azərbaycanda bir sıra mühüm elmi biliklər sahəsi, maarif ocaqları genişlənir, elm, ədəbiyyat və incəsənət inkişaf edir. Kapitalist münasibətlərinin inkişafı zəminində və qabaqcıl rus ictimai fikri ilə xüsusiyyətin nəticəsində mütərəqqi maarifçi mütəfəkkirlər və inqilabi demokratlar yetişirlər ki, bunlar arasında böyük maarifçi, alim və şair A.A.Bakıxanov, məşhur şərqşünas, Kazan və Peterburq universitetlərinin professoru, azəri və rus dillərində 150-dən artıq elmi əsərin müəllifi M.Kazımbəy, şeirləri müxtəlif Avropa dillərində 300 dəfədən artıq nəşr edilən şair və alim, tərəqqipərvər alim M.Vazeh, böyük materialist, filosof, yazıçı və istimai xadim M.F.Axundov və başqaları xüsusilə fərqlənirlər. Onların elmi–fəlsəfi və ədəbi əsərləri doğma Vətənin sərhədlərindən uzaqlara yayılaraq, xüsusən Yaxın Şərq ölkələrində mütərəqqi-istimai fikrin inkişafına müsbət təsir göstərmişdir.
A.Bakıxanov Qədim Yunanıstan Şərq və Avropa həmçinin rus fəlsəfəsinə, ədəbiyyat, elm və mədəniyyətinə yaxından bələd olub geniş ağıla malik idi. O, tarix və arxeologiya, astronomiya, coğrafiya, fəlsəfə, filologiya , psixologiya, pedaqogika, etika məsələləri ilə məşğul olub, bir sıra orjinal əsərlər, gözəl lirik və satirik şeirlər yazmışdır. Onun zəngin elmi-ədəbi irsin içəriində «Nəsihətnamə» və «Təhzibi– əxlaq» əsərləri psixoloji fikirlərini daha dolğun əks etdirir. A.Bakıxanov islam dininin ehkamlarına etiqad bəsləyirdisə də, dövrünün mütərəqqi alimi kimi, elmi yaradıcılığında idealist dini baxışların hüdutlarını aşıb bir sıra düzgün fikirlər irəli sürmüşdür. Bu, alimin psixoloji başışlarında da aydın nəzərə çarpır. A.Bakıxanova görə, «Ziddiyyətlərin toplandığı yer olan», səbəbiyyət əlaqələri hökm sürən aləmdə daim hərəkət və inkişaf mövcuddur. Cüzləri bir-birilə xüsusi əlaqə və bağlılıqda olan aləmin, «imkan aləminin padşahı və cüzlərin ən şərəflisi olan insan..» dəxi dəyişib inkişaf etməkdədir. İnsan cəmiyyətdə yaşayır və ictimai mühit onun daxili aləminə, əxlaqına, psixoloji simasına öz təsirini göstərir. Adam ağlının gücü ilə müsbət təsirləri qəbul edib,mənfi təsirlərə qapılmamağa səy göstərməlidir.
A.Bakıxanov bir maarifçi kimi insan ağlına yüksək qiymət verib, onu dim təkmilləşdirmək zərurətini irəli sürür. «Ağıl aləmin dərk edioməsi və təcrübə sayəsində zənginləşir. Aləm haqqında biliklər isə idrakın ilk pilləsi olan duyğular vasitəsi ilə əldə edilib, ağıla gida verir.. «Ağıl hissslərin dərkinə möhtacdır. Hisslər təbiətin maddələrindən doğar» Görkəmli alim əqli qüvvə və proseslərin beyinlə bağlı olduğunu və ağlın inkişaf səviyyəsinin təkcə bilik və təcrübədən deyil, həm də öz maddi əsasından asılılığını qəbul və qeyd edir. A. Bakıxanov göstərir ki, adam özündə müsbət keyfiyyyətlərin möhkəmlənib xarakter əlamətinə çevrilməsi üzərində təkidlə çalışmalıdır. Bunun üçün kamil ağılla ğirlikdə mətin iradə də lazımdır. İradə, hər şeydən əvvəl, qəbul edilmiş qərarın icrasında təzahür edir. Möhkəm iradəli adam öz qüvvələrinə güvənir. Özü görməli olduğu işin başqaları tərəfindən icra ediləcəyini gözləmir, vədə vəfalı olur, özünü idarə etməyi bacarır.
A.Bakıxanovun psixoloji irsində «aləm cüzlərinin ən şərəflisi» olan insan şəxsiyyətinin əxlaq saflığı üçün zəruri olan şərt və keyfiyyətləərə aid fikirlər çox mühüm yer tutur. O, insanda görmək istədiyi müsbət və mənfi sifətləri sadalayıb izah etməzdən əvvəl, hələ Aristotel tərəfindən irəli sürülüb geniş yayılmış edital- orta hədd prinsipinə riayət olunmasını tələb edir. Təmiz xasiyyətli adam hər işində « ifrat–təfritdən» -həddən lap az və ya lap çox olandan çəkinib orta yolu seçir və bundan daim faydalanır.
Adamlar bir sıra xüsusiyyətlərə malikdirlər. A.Bakıxanov bu fərdi fərqləri iki növə ayırır. Bunlardan biri təbiətin bəxş etdiyi fitri xüsusiyyətlərdir. Bu müasir psixologiyada temperament haqqında təlimə uyğun gəlir. Diqqətəlayiq cəhət budur ki, məüəllif bu fitri xüsusiyyətləri dəyişmənin mümkün olduğuna qətiyyətlə inanır. Fərdi xüsusiyyətlərin digəri–kəsb edilən xasiyyətdir ki, təlim və tərbiyə sayəsində əmələ gəlib möhkəmlənir. Müəllif xarakterin bir dəfə əmələ gəlib donmuş halda deyil, dəyişmə və inkişafda olduğunu göstərir və uşaq yaşlarından tərbiyə sayəsində müsbət keyfiyyətlərin möhkəmlənib xarakter əlamətlər çevrilməsinə, sonrakı dövrlərində isə, başlıca olaraq, özünütərbiyəyə diqqət verilməsini, bu sahədə həmçinin mənfi keyfiyyətlərin «insanın təbiətinə» kök salmamasına, belə hal baş verdikdə isə onların aradan qaldırılmasına təkidlə çalışmağı tələb edirdi.
A.Bakıxanov duyğu və qavrayışı və təsəvvürü arasındakı münasibət, nitq və onun növləri, təsirliliyi məsələsi, adətlərin təşəkkülü, tərbiyə edilməsi, hisslər, həmçinin geniş mənalandırıb orijinal təsnifatını verdiyi eşq problemi haqqında dövrü üçün maraqlı fikirlər irəli sürmüşdür.
Böyük yazıçı-mütəfəkkir M.F.Axundov əsərlərində, xüsusən «Hindistan şahzadəsi Kəmalüddövləin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüdövlənin ona göndərdiyi cavab» adlı məşhur fəlsəfi-siyasi, elmi- tənqidi əsərində, yeri gəldikcə, psixoloji məsələlərə toxunub, dövrünün elmi yüksəkliyində duran bir sıra düzgün fikirlər söyləmişdir. Azərbaycan dramaturgiyasının banisi ölməz komediyalarında konkret vəziyyətlərin doğurduğu psixoloji halətlərdən də gülüş doğuran bir tərz kimi istifadə etmişdir.
M.F.Axundov, Marksa qədərki bütün materialistlər kimi, ictimai hadisələrin izahında idealist mövqedə dursa da, təbiət hadisələrinə mübariz materialist kimi yanaşmış və materializm müddəalarını p
BURAXILIŞ İŞİ
əvvəlki yazı