MÜNDƏRİCAT
Giriş ………………………………………………………………………………………… 3
FƏSİL I. Kiçik yaşlı məktəblilərdə qorxu hissi ………………………………. 5
FƏSİL II. Kiçik yaşlı məktəblilərdə qorxu hissinin korreksiyası …….. 11
FƏSİL III. Kiçik yaşlı məktəblilərdə qorxu hissinin eksperimental psixoloji tədqiqi ………………………………………………………………………. 17
3.1. Tədqiqatın təşkili və keçirilməsi ……………………………………………. 17
3.2. Alınan nəticələrin təhlili ………………………………………………………. 19
Nəticə ……………………………………………………………………………………… 23
Ədəbiyyat siyahısı …………………………………………………………………… 25
GİRİŞ
Psixoloji sağlam şəxsiyyətin inkişafı üçün kiçik yaşlı məktəblilərdə qorxu hissinin tədqiqi və korreksiyası sosial cəhətdən aktuallıq daşıyan məsələlərdəndir. Qorxu hissinin əmələ gəlməsi, mövcud olması və onun dəf edilməsi bir çox məhşur psixoloq və fizioloqları maraqlandırmışdır.
Qorxu hissi yenicə anadan olmuş uşağın təhlükə hissi ilə bağlı olaraq ilk keçirdiyi emosiyadır. Artıq ilk aylarından uşaq əvvəlcə qəfil səslərdən, tanış olmayan şəraitdən, yad insanlardan qorxmağa başlayır. Bir çox hallarda uşaq böyüdükcə onunla birgə qorxu hissləri də böyüyür. Uşağın bilik dairəsi nə qədər genişlənirsə və fantaziyası artırsa, bir o qədər də o hər bir insanı izləyən təhlükəni anlaya bilir. Normal və mühafizəedici qorxu ilə patoloji qorxu arasında fərq mövcud olsa da, hər bir halda qorxu hissləri uşağa mane olur. Bu hisslər uşaqları narahat edir və onlarda tik, enurez, kəkələmə, pis yuxu, qıcıqlanma, aqressivlik və digər bu kimi sinir pozuntularına səbəb olur.
Lakin qorxu və digər xoşagəlməz duyğular (qəzəb, iztirab) insan üçün yalnız “zərərli” hesab edilmir. Hər bir emosiya müvafiq funksiyanı yerinə yetirir və həm uşağa, həm də böyük insana maddi və sosial mühitə alışmağa imkan verir. Belə ki, qorxu hissi insanı artıq risklərdən qoruyur, fəaliyyətini, davranışını tənzimləyir, insanı təhlükələrdən, zədə almaqdan uzaqlaşdırır. Bu zaman qorxu hissinin “mühafizəedici” funksiyası meydana çıxır. Bu hiss özünümüdafiəni təmin etmək üçün instinkt formasında iştirak edir.
Davranışı tənzimləməyə yardım etməklə yanaşı, qorxu hissi normal psixikanın funksiyalaşdırılması üçün önəmli bir duyğu hesab edilir. Uşaq orqanizminə təkcə şəkərin deyil, duzun da ehtiyacı olduğu kimi, psixikanın da xoşagəlməz duyğulara, hətta “kəskin emosiyalar”a ehtiyacı vardır. Bir çox hallarda uşaqlar özləri özlərində qorxu hissini yaradırlar ki, bu da qorxu həyəcanına orqanizmin tələbatının olduğunu sübut edir (məs., bir-birinə kəskin emosional sonluğu olan qorxulu hekayələr danışırlar).
Qorxu hisslərinin böyük əksəriyyəti məktəblilərin yaş xüsusiyyətlərinin artmasından asılı olur və müvəqqəti xarakter daşıyır. Uşaqlarda qorxu hissinə düzgün yanaşılarsa, əmələgəlmə səbəbləri anlaşılarsa, bu hisslər izsiz yox ola bilər. Bəzi hallarda isə qorxu hissi uzunmüddətli qalır və kəskinləşir, bu isə nəticə etibarilə, uşaqlarda əsəbiliyin müxtəlif növlərini, məsələn, nevrozun formalaşmasına gətirib çıxara bilər.
Qorxu hissinə əsasən kövrək, həssas, özünü çox sevən uşaqlar məruz qalır. Kiçik yaşlı məktəblilər arasında ən çox qaranlıqdan qorxu, gecə qarabasmalarından, yuxulardan, təklikdən, nağıl personajlarından, divlərdən, ruhlardan, ölümdən, xuliqanlardan, müharibədən, ağrıdan, həkimdən, ineksiyadan qorxu hisslərinə rast gəlinir.
Hal-hazırda aktual bir məsələ olan kiçik yaşlı məktəblilərdə psixoloji əsəb pozuntuları ilə bağlı problemlər təkcə onların özlərinə deyil, həm də valideynlərinə, müəllimlərinə, psixoloqlarına aid olan bir məsələdir. Bunun həlli də yalnız psixoloji, pedaqoji və ailəvi səylərin birləşməsi halında mümkündür.
FƏSİL I. Kiçik yaşlı məktəblilərdə qorxu hissi
Son illər mütəxəssislər tərəfindən kifayət qədər çox uşaq qorxuları qeyd edilmişdir. Fikrimizcə, bu fenomenin daha dərin tədqiq edilməsi onun düzgün həlli istiqamətini müəyyən etməkdə yardım edə bilər. Uşaq yaşlarındakı qorxu hisslərini diqqətsiz qoymaq olmaz, belə ki, bu ontogenezdə şəxsiyyətin inkişafının pozulması faktoruna çevrilə bilər.
Uşaqların emosional uğursuzluğundakı problemlərin, xüsusilə də, uşaqlarda qorxu hissi probleminin kifayət qədər öyrənilməsinə baxmayaraq, bizim günlərimizdə nəinki aktuallığını itirmir, hətta böyüklərin və birbaşa uşaqların həyatındakı ictimai-siyasi və iqtisadi dəyişikliklərlə bağlı olaraq kəskinləşir.
XXI əsrin uşağı əvvəlki əsrin həmyaşıdlarının yaşamadıqları qorxu hissləri ilə mübarizə aparmalı olur; bu hissləri qorxulu filmlərdən sujetlər, kompüter oyunlarının personajları, serial qatilləri, zorakılıq və qətl səhnələri ilə dolu olan döyüş filmləri, kütləvi informasiya vasitələrində terror aktları barədə gündəlik məlumatlar və digər bu kimi hadisələr əmələ gətirir. Həm ölkəmizdə, həm də xarici elmi ədəbiyyatdakı uşaqlarda qorxu hissinin tədqiqatı emosional pozuntuların onların şəxsiyyətinin formalaşmasına və psixi proseslərin gedişatına nə dərəcədə təsir etməsinə əsaslanır. Uşaqlarda aydınlaşdırılmamış qorxu hissləri tədris prosesinə ciddi maneə törədə bilər, xüsusilə də, bu tədris qorxusuna aid olan bir məsələdir. Qorxu uşaq-valideyn münasibətlərini poza bilər və eyni zamanda uşağın sosial aktivliyinə, həmyaşıdları və böyüklərlə olan qarşılıqlı münasibətlərinə mənfi təsir göstərə bilər.
F.Dzerjinski demişdir: “Uşaqlar gördükləri işdə, xeyir yaxud şər işlərdə məsumdurlar; onlar öz arzularına görə istədikləri və hiss etdikləri kimi hərəkət edirlər, onlarda hələ saxtakarlıq yoxdur. Kötəkləmə, hədsiz dərəcədə sərtlik və kor-koranə intizam uşaqlar üçün pis tərbiyə vasitəsidir. Çubuq və hədsiz dərəcədə sərtlik uşaqlarda riyakarlıq və saxtakarlıq tərbiyə edir, onlar bir şeyi hiss edib və arzuladığı halda, qorxu nəticəsində başqa cür danışıb hərəkət etməyi tərbiyə edir”.
Hələ kiçik yaşlarından sərtlik görən uşaqda qorxu hissi yaranacaq. O, bu və ya digər hərəkəti etməkdə qorxacaq. Etdiyi hərəkətin pis nəticələrini anlamadan məhz qorxu hissindən onu etməyəcək. Nəticədə uşaqda qorxu hissi yaranacaq və qorxaq bir insana çevriləcək.
Bundan başqa uşaqlarda evdən ayrılma qorxusu – məktəbə getmək istəməyən, getsə belə, sinfə girməyən uşaqların yaşadıqları vəziyyətdir. Çox vaxt ibtidai sinif vaxtında meydana çıxan bir haldır.
Məktəb qorxusu, məktəblə bağlı hər hansı bir problem yoxdursa (məsələn, şiddət, müəllimin təhqiredici sözləri və s.), onda ana və uşaq arasındakı sıx və möhkəm əlaqədən asılıdır. Daha doğrusu, bu, uşağın anadan asılılığından qaynaqlanır. Uşaq buna anasını itirmə, ondan ayrı düşmə şübhəsi ilə yanaşır.
Bununla yanaşı, məktəbli uşaqlar bir tərəfdən artıq məktəbli olması ilə fəxr edir. Digər tərəfdən yeni fəaliyyət növünə daxil olması ilə bağlı qorxu hissi onu narahat edir. Çünki indi o şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda zənglə sinfə girib sinifdən çıxmalı, bütün dərs ərzində sakit oturmalı, lövhənin qarşısında dərs danışmalı, müəllimin bütün tələb və göstərişlərini yerinə yetirməlidir. Bunlara isə heç də bütün uşaqlar psixoloji cəhətdən hazır olmur. Ona görə də bu yeni tələblərə çox çətinliklə uyğunlaşırlar. Əgər ilk zamanlar onlar aldıqları qiymətlərin hamısına eyni münasibət bəsləyirlərsə, tədricən onlar qiymətləri fərqləndirir və aşağı ballı qiymətlər onları həyəcanlandırır, narahat edir. Onlar yenidən aşağı qiymət alacaqlarından qorxur. Digər tərəfdən müəllimlərin yalnış seçilmiş ünsiyyət üslubu, uşaqlara yalnış yanaşma tərzi, eləcə də uşağın səhv edəcəyi təqdirdə müəllimin danlaq hədəfinə çevrilməsi bu qorxunu daha da gücləndirir. Nəticədə isə bəzi uşaqlarda məktəb fobiyası yaranır. Onlar məktəbə getmək istəmir, bunun üçün min bir bəhanə gətirirlər. Bütün bunlar isə kiçik yaşlı məktəblilərdə təzahür edən qorxuların səbəbini, eləcə də onların aradan qaldırılması yollarının tədqiqini aktual edir.
Uşaqların psixikası kəskin həssaslığı, tez təsirlənməsi, xoşagəlməz təsirlərə qarşı müqavimət göstərməkdə bacarıqsızlığı ilə seçilir. Nevroz qorxuları uzun müddətli və həll edilməyən həyəcanların və ya kəskin psixi sarsıntıların nəticəsində əmələ gəlir. Ona görə də belə növ qorxulara psixoloqların, müəllimlərin, valideynlərin xüsusi diqqəti yönəldilməlidir. Çünki belə qorxuların nəticəsində uşaqlar çox gərginləşir. Onların davranışları passivliklə xarakterizə edilir və affektiv özünəqapanma yaranır.
Psixoloq A.İ.Zaxarov hesab edir ki, qorxu təhlükəli stimula qarşı əmələ gələn fundamental emosiyadır. O qeyd edir ki, qorxu insanda müxtəlif yaşlarda inkişaf edə bilər: bir yaşından üç yaşına qədər uşaqlarda tez-tez gecə qorxuları, iki yaşlarında qəfil səslərdən qorxu, tək qalmaqdan, ağrıdan (eyni zamanda tibb işçilərindən qorxu) qorxu hissəlir olur. 3-5 yaşda uşaqlar üçün tək qalmaq, qaranlıq, qapalı məkandan qorxu hissləri xarakterikdir. 5-7 yaşlarında ölüm qorxusu üstünllük təşkil edir. 7-11 yaşlarında olan uşaqlar daha çox “haqqında yaxşı danışılan, hörmət edilən, qiymətləndirilən və hamı tərəfindən anlaşılan biri olmamaqdan” qorxurlar. Hər uşağın da özünəməxsus müvafiq qorxusu vardır.
Amerikalı psixiatr Harri Stek Sallivan hesab edirdi ki, insanın individuallığı ilə bağlı olan qarşılıqlı münasibətlərindəki düyünləri açmaqla hər kəsin psixikasından baş çıxartmaq mümkündür. Məhz belə münasibətlər ana və uşaq arasında baş verir. Sallivan bunu empatiya, daha doğrusu, duyma adlandırmışdır. Əgər uşaq qorxaq böyüyürsə, onda onun anası ilə münasibətlərində nə isə problem mövcuddur. Məsələ təkcə sevgi və diqqət çatışmazlığında deyil. Əgər ana qorxaqdırsa, o zaman uşaq da tez hürkən olur. Bu hala o qədər tez-tez rast gəlinir ki, artıq buna dair hipoteza da yaranıb: qorxaqlıq irsən keçir. Lakin yenə də bir çox psixoterapevtlər əmindirlər ki, bu daha çox körpə və erkən yaşlarındakı tərbiyənin nəticəsidir.
Psixoloqlar Alfred Adler, Harri Stek Sallivan qeyd edirlər ki, erkən yaşlarında həyati tələbatlar xüsusi əhəmiyyət kəsb edir, bura qida, su, yuxu, şəxsi təhlükəsizlik aiddir. Bu tələbatlar tam mənada təmin olunduğu halda, sosial tələbatlar meydana çıxır: böyüklərlə ünsiyyət, onların sevgisi, ətraf aləm haqda məlumat və s.
Üç yaşdan başlayaraq uşaqların çoxunda aşağıdakı kimi qorxular olur: otaqda, mənzildə tək qalmaq, xəstələnmək, yoluxmaq, ölmək, valideynlərin ölümü, hər hansı bir insanlar, ana və ya atadan, cəzalandırılmaqdan, nağıl personajlarından (Baba Yaqa və s.) məktəbə gecikmək, qorxulu yuxular, bəzi heyvanlar (canavar, it, ilan, hörümçək və s.), nəqliyyat vasitələri (maşın, qatar və s.), təbii fəlakət, hündürlük, dərinlik, qapalı məkan, su, alov, yanğın, qan, iynə, həkim, ağrı, qəfil səslər. Qızlarda qorxunun orta həddi oğlanlara nisbətən çoxdur. Qorxulara qarşı 6-7 yaşlarında olan uşaqlar daha həssasdırlar.
Əzəldən bəri psixoloqlar və psixiatrlar L.A.Pertovskaya, T.M.Mişina, A.S.Spivakovskaya qeyd edirdilər ki, uşaqlarda qorxunun əmələ gəlməsinin ən çox yayılmış səbəbi ailədə uşağın düzgün tərbiyə edilməməsi, ailədə çətin münasibətlərin mövcud olmasıdır. Psixologiya və pedaqoqikada müxtəlif nəzəri istiqamətlərin nümayəndələrinin fikirləri üst-üstə düşür ki, pozulmuş ailədaixili münasibətlər uşağın psixi inkişafına neqativ təsir göstərir. Xarakterdə müxtəlif patoloji cəhətlərin formalaşması və inkişafı, əsəbilik simptomlarının əmələ gəlməsinin ailə ilə bağlı səbəbləri aşağıdakı kimidir: ailədaxili konfliktlər, valideynlərin qeyri-adekvat tərbiyəedici mövqeləri, ailənin dağılması və ya valideynlərdən birinin uzun müddət ərzində olmaması üzündən uşağın valideynləri ilə əlaqəsinin pozulması, ailə mühitindən uşağın erkən izolyasiya edilməsi, valideynlərin şəxsi xarakterləri və digər səbəblər.
Qeyd etmək lazımdır ki, böyüklər tərəfindən adekvat yanaşılarsa, qorxu və qorxaqlıq daimi xarakter daşıyan cəhətlər hesab edilmir.
Sosial inkişafın ilk addımlarında olan insan kimi, uşaq da həyatının ilk yaşlarında hər bir yenilikdən və qeyri-müəyyənlikdən qorxur, əşyaları və nağıl personajlarını canlandırır, tanış olmayan heyvanlardan ehtiyat edir və inanır ki, özü və valideynləri əbədi yaşayacaqlar.
Uşaqlarda qorxu hissini ailədə rolların məcburi və ya qəsdən dəyişdirilməsi nəticəsində ananın əsəbi-psixi olaraq həddindən artıq yüklənməsi də əmələ gətirə bilər. Belə ki, qızlar və oğlanlar atalarını deyil, analarını ailədə başçı hesab edəndə daha çox qorxurlar. Ailədə işləyən və üstün mövqe tutan ana uşaqlara münasibətdə daha tez-tez narahat və gərgin olur və bu da onlarda cavab reaksiyası olaraq narahatlıq əmələ gətirir. Ananın üstün olaması ailədə atanın aktiv mövqeyinin və avtoritetinin çatışmazlığına işarə edir. Belə ailələrdə 5-7 yaşlarında olan oğlanlar “Ailə” oyununu oynayarkən öz əksər həmyaşıdları kimi atanın rolunu deyil, qorxdurqları ananın rolunu seçirlər.
Bəzi uşaqlarda ilkin yaşlarından emosional həssaslığın yaranmasına səbəb analarının tez bir zaman çərçivəsində işə çıxmaq istəyi, uşaqlarını həddən artıq tez məktəbəqədər idarələrə, nənələrin, babaların, dayələrin himayəsinə verməsi də olur. Belə analar həm evdə, həm də işdə hər bir işi çatdırmaq istəyir. Bu da onların uşaqlarının emosional qırıqlığına gətirib çıxarır.
Ailə konfliktləri zamanı uşaqların həssaslığı daha da artır. Qızlar oğlanlara nisbətən daha duyğulanırlar. Ailələrində konflikt olan uşaqlarda daha çox heyvanlardan qorxu (qızlarda), təbii fəlakətlərdən qorxu, xəstələnməkdən, yoluxmaqdan və ölümdən, eləcə də, qorxulu yuxulardan və valideynlərdən (oğlanlarda) qorxu müşahidə edilir. Bütün bunlar ailədəki konfliktlərə olan cavabdır.
Uşaqlarda qorxular arasında olan intensivlik daha çox 3-5 yaşlarında rast gəlinir. Bu yaşda “qorxular bir-birinə bağlanır” və vahid psixoloji stuktur olan narahatlığı əmələ gətirir.
5-8 yaşlarında maksimum qorxulara rast gəlmək mümkündür. Bildiyiniz kimi, əsas cəhətlərdə emosional inkişaf altı yaşında tamamlanır. Bu zaman emosiyalar yetkinliyi və dayanıqlığı ilə seçilir. 5 yaşlarından başllayaraq intellektual inkişaf, ilk növbədə, düşüncə birinci planda durur (buna görə də bir çox ölkələrdə məktəbdə təhsil bu yaşdan başlanır). Uşaq əvvəlki yaş dövrü ilə müqayisədə nəyin zərərli olduğunu, nədən qorxmalı olduğunu anlamağa başlayır.
Ailə tərkibi də uşaqlarda qorxu hissinə təsir edir. Natamam ailəsi olan məktəb yaşlı qızlarda və oğlanlarda qorxuların sayı daha da çox olur. Bu da valideynlərinin ayrılmasına qarşı onlarda həssaslığın sübutudur. Məhz, 5-7 yaşlarında olan uşaqlar öz valideynlərinə oxşamağa çalışırlar, oğlanlar atalarına, qızlar da analarına, bu da onlarda həmyaşıdları ilə münasibətlərdə özünə əminlik hissini artırır. Əgər oğlanın atası yoxdursa, ana tərəfindən göstərilən hədsiz qayğı və himayədarlıq sərbəst olmamağa, qorxuya gətirib çıxarır, qızlarda isə ananın olmaması ilə qorxularının artmasına səbəb ana dayağından məhrum olunmasından irəli gəlir.
Ailədə tək olan uşaqlar da valideynlərinin qayğı və narahatlığının episentri olduğundan qorxu hisslərinin artmasına məruz qalırlar. Bu zaman valideynlər maksimal dərəcədə uşaqları üçün hər bir şeyi eləməyə çalışırlar, müxtəlif hadisələrdən hədsiz dərəcədə ehtiyat edirlər. Bütün bunlar nəticəsində uşaqlar öz “xoşbəxt” uşaqlığında özlərini xoşbəxt hiss edə bilmirlər. Bundan başqa uşaqların sayının ailədə çox olması qorxuların sayının azalmasına səbəb olur.
FƏSİL II. Kiçik yaşlı məktəblilərdə qorxu hissinin korreksiyası
Qorxu – spesifik kəskin emosional hal, təhlükəli situasiyada əmələ gələn reaksiyadır. Qorxu konkret, artıq yaxın və çatmaqda olan təhlükədən irəli gəlir. Qorxu – insanın həyatı və rifahı üçün konkret təhlükənin affektiv əksidir. Qorxu özünümüdafiə instiktinə əsaslanır, mühafizə xarakteri daşıyır və nəbzin və tənəffüsün tezliyi, arterial təyziqin göstəriciləri və mədə şirəsinin ifrazında əks olunan əsəb fəaliyyətinin müvafiq fizioloji dəyişiklikləri ilə müşahidə edilir.
Heç vaxt qorxu hissi keçirməmiş bir insan tapmaq olmaz. Narahatlıq, həyəcan, qorxu hissi – sevinc, heyranlıq, təəccüb, qəzəb, kədər kimi bizim psixi həyatımızın ayrılmaz emosional təzahürləridir. Lakin qorxunun təsiri altına həddindən artıq düşməklə insanın davranışı “emosional iflic” vəziyyətinə qədər dəyişə bilər. Davamlı qorxular elə qorxulardandır ki, onlar insanda xoşagəlməz xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olur və bunun öhdəsindən nə uşaq, nə də böyük gələ bilir. Uşaqlarda qorxuya düzgün yanaşılarsa, onların əmələ gəlmə səbəbləri aydınlaşarsa, həmin qorxular uşaqdan izsiz yox olar. Əgər belə qorxu hissləri kəskinləşir və uzun müddət davam edirsə, bu uşağın fiziki və əsəbi zəifliyindən bəhs edir. Uşağa təsir etmək və ona qorxulardan azad olmağa komək etmək üçün valideynlər, pedaqoqlar qorxunun nə olduğunu, onun hansı funksiya daşıdığını, necə əmələ gəldiyi və inkişaf etdiyini, uşaqların ən çox nədən və niyə qorxduğunu bilməlidirlər.
Məşhur fizioloq İ.P.Pavlov qorxunu böyük yarımkürəciklərin qabığının təbii refleksi, yüngül ləngimə ilə passiv-müdafiə reaksiyası hesab edirdi.
Z.Freydin fikrincə, qorxu – hansısa təhlükənin gözlənildiyi affektiv haldır. Hər hansı bir konkret obyektdən qorxmaq qorxu adlandırılır, patoloji halda isə fobiya adlandırılır. Hər şeydən əvvəl duyulan bir şeydir. Bu duyğu narazılıq xarakteri daşıyır və bir çox hallarda yerinə yetməyən arzuların və tələbatların nəticəsi kimi meyadana çıxır.
Y.Ranşburq hesab edir ki, müəyyən hadisədən öncə, yaxınlaşmaqda olan müvəffəqiyyətsizliyin qarşısını almaq üçün yaranan emosional haldır. İnsanlar təkcə təhlükəli anlarda deyil, həm də öz cəhdlərinin uğuruna inanmadığı anlarda da qorxu hissi keçirirlər.
Daha geniş yayılmış qorxulardan təlqin edilmiş uşaq qorxularıdır. Belə qorxuların mənbəyi uşağı əhatə edən böyüklərdir (valideynlər, nənələr, tərbiyəçilər). Onlar uşaqları hər hansı hərəkəti etmədiyi təqdirdə müxtəlif sözlərlə, məfhumlarla qorxudurlar. Bu da uşaqların təsəvvürlərində qorxu fenomenlərinin əmələ gəlməsinə səbəb olur.
Korreksiya uşağın şəxsiyyətinin psixi inkişafının optimallaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş psixolo-pedaqoji fəaliyyətdir. İndiki dövrdə “psixoloji korreksiya” termini həm məktəblərdə, eləcə də məktəbəqədər idarələrdə praktiki işlərdə kifayət qədər geniş şəkildə və aktiv istifadə edilir. Lakin ilk vaxtlarda bu termin yalnız defektologiyada, anomal inkişafa dair istifadə edilirdi.
Emosional pozuntular olan qorxular korreksiyaya asan tabe olur və on yaşına qədər fəsadsız keçib gedir. Ona görə vaxtında mütəxəssisə müraciət etmək və uşaqdakı fobiyanı dəf etmək üçün ölçülər götürmək çox əhəmiyyətlidir.
Uşaqlarda qorxu hissi və qorxunc yuxuların qarşısının alınmasında, onların davranış pozuntularının, məsələn, hiperaktivliyin korreksiyasında şəkil çəkmək vasitəsilə psixoloji iş effektiv metod hesab edilə bilər. Nitq problemlərinin həllində – kəkələmənin, tələffüz çətinliklərinin aradan qaldırılmasında da artterapiyanın yaxşı nəticələri olur. Bu hallarda və ümumiyyətlə, psixoloji problemləri olan hər kəsdə təsviri sənətlə məşğul olma müsbətə doğru dəyişikliklər əmələ gətirir. İlk növbədə, istisnasız olaraq hamıda özünüqiymətləndirmə səviyyəsi yüksəlir, uşaq özü ilə fəxr etməyə başlayır. Ümumilikdə götürdükdə isə, bu müalicə metodunun təsirini, bir mütəxəssisin dediyi kimi, belə ifadə etmək olar: “Artterapiya çox vaxt kömək edir, bəzən müalicə edir, amma hər bir halda ürək-dirək verir”.
Artterapiya proqramları məşğələlərində uşaqlar müsbət emosiyalarla yanaşı, qorxu, nifrət kimi anlayışlarla da işləyirlər. Bəzi psixoloqlar bunun uşaq psixikasına mənfi təsir etdiyini söyləsə də, artterapevtlər bunun əksini düşünür, hesab edirlər ki, əgər uşaq bu nifrətin, yaxud qorxunun şəklini çəkirsə, bu çox yaxşıdır. Çünki bu hissləri ifadə etmək, onları “buraxmaq”, “özündən kənar etmək” insanı psixoloji cəhətdən yüngülləşdirir, rahatlaşdırır
Təsviri sənət terapiyasını psixoloqlar da həyata keçirə bilər, müəyyən hazırlıq keçmiş valideynlər də. Əgər ana həqiqətən də öz uşağı ilə oturub şəkil çəkmək, yaxın ünsiyyətdə olmaq arzusundadırsa, o, övladına müəyyən qədər kömək edə bilər. Bunun üçün o, bir valideyn kimi öz həyəcanını boğmalı, uşaq gözlənilməz nəsə çəkdikdə belə panikaya düşməməlidir. Şəkildə əksini tapanlar uşağın daxili aləmi, şəxsi həyatıdır. O nə qədər qorxunc və əcaib şeylər çəksə də, əsas odur ki, o öz daxilində olan nəyi isə artıq ifadə edib. Deməli, bu qorxuların öhdəsindən gəlib və onlardan azad olub. Bundan əlavə, valideynlər şəkilləri özləri şərh etməkdən çəkinməlidirlər. Uşaq nə çəkdiyi barədə özü danışmalıdır. Onu tələsdirmək, ona təzyiq etmək olmaz. İmkan verilməlidir ki, o nə çəkdiyini yalnız özü lazım biləndə, bunun üçün özünü hazır və qüvvətli hesab edəndə izah etsin.
Uşaq şəkil çəkərkən, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə etmək üçün imkan tapır, müxtəlif situasiyalara öz münasibətini yenidən qurur, onu qorxudan, ürəyinə yatmayan və psixoloji cəhətdən zədələyən surətlərlə ağrısız və təhlükəsiz təmasa girir.
Təsviri sənət vasitəsilə ilk növbədə uşağın təxəyyülünün məhsulu olan qorxuları, yəni heç vaxt baş verməmiş, lakin onun təsəvvürünə görə, baş verə biləcək təhlükə qorxusunu aradan qaldırmaq mümkündür. Bundan sonra real zədələyici hadisələrə əsaslanan, lakin üstündən çox vaxt ötmüş və uşağın yaddaşında əhəmiyyətli emosional iz qoymamış qorxular gəlir. Lakin əgər uşağı qorxudan hər hansı hadisə, məsələn, liftdə qalma, it dişləməsi, döyülmə, yanğın və s. çoxdan baş verməyibsə, artterapiyanın elə də böyük effekti olmur. Etik nöqteyi-nəzərdən, uşaqdan valideynlərinin ölümü qorxusunu ifadə etməyi xahiş etmək düzgün deyil.
Şəkil çəkmək üçün karandaşlardan, flomasterlərdən və boyalardan istifadə etmək olar. Məktəbəqədər yaşlı uşaqlara boyalar daha müvafiqdir. İbtidai məktəb yaşlı uşaqlar flomasterə üstünlük verirlər. 12-13 yaşlı yeniyetmələr isə karandaşdan daha həvəslə istifadə edirlər, çünki bu, təsviri dəqiq çəkməyə və bəyənmədiklərini pozmağa imkan verir.
Artterapiya seansı qorxuların diaqnostikasından başlanır. Uşaqlardan onların qorxuları barədə oyun zamanı soruşmaq məqsədəuyğundur. Oyun üçün rekvizitlər iri kubiklərdən yığılmış, içində müxtəlif ev əşyaları olan evcik, yaxud hazır oyuncaq ev dəsti, müxtəlif gəlinciklər, oyuncaq heyvanlar, təbil, şeypur, oyuncaq silahlar (tank, tüfəng, tapança, qılınc və s.), meşəni bildirən ağac fiqurları, tibb ləvazimatı, nağılları və onların qəhrəmanlarını xatırladan əşyalar (“sehirli” xalat, “uçan” xalça, “Baba Yaqanın” süpürgəsi, “Cırtdanın” xəlbiri və s.) və bu kimi başqa şeylər ola bilər. Uşağın bu əşyalara münasibəti onun bəzi qorxularını aşkar etməyə imkan yaradar.
Qorxuların diaqnostikasından sonra uşaqla hərəkətli oyunlar (top atmaq, keqli və s.) oynamaq lazımdır. Bununla yaradılan şən əhval-ruhiyyə qorxuların mənfi təsirinə əks-təsir rolunu oynayır. Oyunun sonunda mütləq uşağın uğurlarını qeyd etmək, onu tərifləmək lazımdır.
Oyunun ardınca uşağa qorxularını kağıza köçürmək təklif olunur: “Ən çox nədən qorxursansa, o şeylərin şəklini hərəsini ayrıca vərəqdə çək”.
Tapşırıq verilərkən uşağa demək lazım deyil ki, bu onu qorxulardan mütləq azad edəcək. Daha yaxşı olar, uşaq bilsin ki, qorxuların şəklini çəkmək onların öhdəsindən gəlməyə kömək edəcək, şəklin necə çəkilməyi vacib deyil, əsas odur ki, qorxuların hamısını kağıza köçürəsən.
Ancaq qorxuları təsvir etmək heç də asan deyil. Bəzən uşaq tapşırığı yerinə yetirməyə başlayanadək, buna ürək edənədək, bir neçə gün keçir. Bu, daxili psixoloji baryerin, yəni qorxunun özündən qorxmağın öhdəsindən gəlmə mərhələsidir. Çünki hissləri kağıza köçürmək uşaq üçün qorxu ilə birbaşa təmas deməkdir. Bununla yanaşı, uşaq dərk edir ki, qorxunun şəkildə təsviri şərtidir və bu da onun zədələyici təsirini azaldır. Prosesin özünün uşaqda doğurduğu maraq tədricən qorxunun emosional gücünü zəiflədir, onu diqqətin cəmləşdirilməsi, sonra isə tapşırığın yerinə yetirilməsindən alınan həzz əvəz edir.
Qorxuların şəkli çəkildikdən sonra onları müzakirə etmək lazımdır. Bu söhbətdə valideynlər və digər ailə üzvləri də iştirak etsə, yaxşı olar.
Söhbətdən əvvəl dinamik və şən oyun oynamaq lazımdır. Sonra hamı şəkillərə rahat baxmaq üçün yarımdairə qaydada oturur. Müzakirəyə daha asan aradan qaldırıla bilən qorxulardan başlamaq yaxşıdır. Bu, məsələn, su (həm oğlanlarda, həm qızlarda), qan (oğlanlarda), həkim, xəstəlik, qorxulu yuxu, heyvan (qızlarda) qorxusu ola bilər.
Şəkillərin hər biri otaqdakılara göstərilir, bu zaman uşaq orada təsvir olunanlar barədə danışır, yəni öz qorxusunu konkretləşdirir. İlk şəkildən sonra ondan soruşurlar: “Sən öz qorxunun şəklini çəkmisən. İndi isə de görək, ondan hələ də qorxursan, yoxsa artıq bu qorxun ötüb keçib?” Sonrakı hər şəkillə suallar qısalır və axıra yaxın “qorxursan, ya qorxmursan”, – deyə soruşulur. Bu zaman nitq müsbət emosiyalı, bir qədər təntənəli olmalıdır.
Təsvir olunmuş bütün qorxuların müzakirəsindən sonra müsbət nəticə əldə olunmuş hallara yenidən qayıdır, o şəkilləri göstərib, uşağı tərifləyir, qucaqlayır, əlini sıxır, oyuncaq bağışlayırlar. Sonra bütün iştirakçılarla birgə hərəkətli oyun oynanılır. Bu zaman oyunu elə qurmaq lazımdır ki, uşaq qalib gələ bilsin. Bu onda özünə inamı gücləndirir.
Bundan sonra uşağa onun “qalib gələ bilmədiyi” qorxuların təsvir olunduğu şəkilləri və yeni tapşırıq verilir: “İndi şəkli elə çək, bilinsin ki, sən qorxmursan”. Bu o deməkdir ki, birinci dəfəki kimi tək qorxu obyekti deyil, uşağın özünün qorxmayan şəkli də çəkilməlidir. Məsələn, qorxu obyekti uşaqdan qaçır, uşaq çayda üzür və s. Burada təlqin effekti, yəni müəyyən qrafik təsvir vasitəsilə qorxunun öhdəsindən gəlinməsinə inam yaradılması ilə rastlaşırıq.
Qorxuya qalib gəlinməsini təsvir edən yeni şəkil köhnənin üstünə bənd edilir. Sonra “indicə gündəlikdən çıxarılmış” qorxuların bəzilərindən istifadə olunmaqla oyun oynanılır (məs., həkim-xəstə oyunu). Növbəti addım tapşırığın təlqin elementi ilə yenidən müzakirəsidir: “İndi biz sənin çəkdiyin şəkillərə baxacağıq və səndən soruşacağıq ki, sən daha bundan qorxmursan ki, yoxsa hələ bir az qorxursan”. Hər dəfə müsbət nəticə “əla”, “afərin” kimi təriflə möhkəmləndirilməlidir. Müzakirədən sonra yenə də oyun gəlir və uşağın müvəffəqiyyətləri oyuncaq, kitabça və s. ilə həvəsləndirilir.
Qeyd etmək lazımdır ki, qorxular şəkildən başqa, maska, plastilindən düzəldilmiş fiqurlar, məftildən, kəndirdən və s. hazırlanmış konstruksiyalar vasitəsilə də təsvir edilə bilər. Bu, uşaqla valideynlərin birgə fəaliyyətinin məhsulu olduqda, nəticə adətən daha yaxşı olur.
Burada xüsusi olaraq nəzərə alınmalı bir neçə məqam var. Əgər uşaq birinci dəfədən tək qorxu mənbəyinin deyil, həm də özünün şəklini çəkirsə, qorxudan sürətlə azad olmanın effekti daha yüksək olur. Amma əgər o hətta ikinci dəfə şəkil çəkəndə, bu barədə xüsusi təlimat aldıqdan sonra da özünü təsvir etmirsə, bu ya qorxunun xüsusi intensivliyindən, ya da onun əl çəkməyən xarakterindən xəbər verir. Bu halda söhbət fobiyadan gedə bilər, onun müalicəsi isə artterapiya çərçivəsində mümkün deyil və xüsusi ixtisaslaşdırılmış müdaxilə tələb edir.
FƏSİL III. Kiçik yaşlı məktəblilərdə qorxu hissinin eksperimental psixoloji tədqiqi
3.1. Tədqiqatın təşkili və keçirilməsi
Tədqiqat zamanı aşağıdakı metodikalardan istifadə edilmişdir.
1. “Qorxu evlərdə” (M.A.Panfilov) – uşaqlardan qorxunun diaqnostikası üçün təyin olunmuşdur.
2. “Mənim qorxumun portreti” – qorxunun aşkar edilməsi və onun uşağa göstərdiyi emosional təsirin müəyyənləşdirilməsi üçün təyin ediımişdir.
3. “Mənim ailəm” – ailədaxili münasibətlərin və uşaqların qorxu mənbələrinin müəyyənləşməsi üçün təyin edilmişdir.
“Qorxu evlərdə” metodikası zamanı uşağa şəkil və oyunlar vasitəsilə qorxulardan azad olması təklif edilir. Bu tədqiqatda uşaqlara situativ qorxulardan olan cəzlandırma, qan, müharibə, tək qalmaq, xəstələnmək, qaranlıq, su, yanğın, heyvanlar, valideynlərin ölümü, mifik qəhrəmanlar, skelet, ruhlar, Qara Əl təqdim edilmişdir. Belə qorxular daha çox təsəvvürdə olan təhlükəli obyektlərdən hesab edilir. Bu zaman proses tələsmədən və şəraitə uyğun olaraq aparılmalıdır, qorxular sayılarkən uşaqlardan “bəli” və “xeyir” və ya “qorxuram” və “qorxmuram” cavabları alınana qədər gözlənilməlidir. Sualın təkrarlanması vaxtaşırı həyata keçirilməlidir. Uşağa onun qorxub qorxmadığı haqda sual verilərkən tələsməməli və hər şeyi olduğu kimi söylədiyinə görə uşağı tərifləmək də lazımdır. Uşaqlara biri qırmızı, digəri qara olmaqla iki ev çəkmək təklif edilir. Qızmızı evə “qorxulu olmayanlar”, qara evə isə “qorxulu olanlar” toplanır. Uşaqlar sonda qorxduqları məfhumlar olan qara evi qıfıllayır və açarı atırlar.
“Mənim qorxumun portreti” metodikasında uşaqlara belə bir tapşırıq verildi: “Təsəvvür edin ki, siz insanlara kömək edən rəssamsınız. Bugün sizə imkan yaradılıb ki, ətrafdakılarına da tanıtmaq üçün qorxunun üzünü göstərəsən”. Bu analizin prosesində uşaqların çəkdiyi rəsmə və onun istifadə elədiyi karandaşların rənginə diqqət yetirilməlidir. Şəkil tamamlanandan sonra uşaqdan çəkdiyi şəkil haqda danışmağını xahiş etməli və bu kimi vasitələrlə öz qorxusunu verballaşdırmaqda yardım edilməlidir. Uşaqla oyun şəraitində hissləri barəsində aktiv müzakirə aparmaq onun daxili ehtiyatlarının mühafizə istiqamətindən şəxsi konstruktiv dəyişmə prosesinə çevrilməsinə imkan verir.
“Mənim ailəm” metodikası vasitəsilə uşaqların ailələrində emosional problemlərin və qarşılıqlı anlaşmadakı çətinlikləri müşahidə etməyə imkan verir. Bununla, uşağın ailəsindəki yeri barəsində subyektiv qiyməti və ailə üzvləri ilə münasibəti öyrənilir.
Bu test uşağın ailə üzvlərinə qarşı münasibətini, onların hər birinə qarşı nə cür yanaşdığını və özünün ailədəki rolunu, eyni zamanda uşaqda həyəcan doğuran qarşılıqlı münasibəti müəyyən etməyə kömək edir.
Valideynlər tərəfindən müsbət qiymətləndirilən ailə vəziyyəti uşaqlar tərəfindən əks qarşılana bilər. Onun ətrafını, ailəsini, valideynlərini, özünü necə görməsini bilməklə, uşaqdakı bir çox problemlərin əmələgəlmə səbəblərini analamaq və ona effekli şəkildə yardım etmək olar.
Belə ki, natamam olan ailələrdən olan uşaqlarda qorxu hissi daha çox olur, bu da onu göstərir ki, kiçik məktəblilər bu yaşda valideynlərinin arasındakı münasibətlərin korlanmasına qarşı çox həssas olurlar. Bundan başqa, ailədə tək olan, valideynlərinin qayğı və narahatlıqlarının episentri olan uşaqlar da qorxuya məruz qalırlar. Bu tədqiqat zamanı uşaqlara ailələrini mövcud olmayan heyvanlar, insanlar və ya nağıl qəhrəmanlarının görkəmində təsvir etmələri təklif edilmişdir.
3.2. Alınan nəticələrin təhlili
Aparılan metodika kiçik yaşlı məktəblilərdə qorxu hissinin öyrənilməsinə imkan verir.
Tədqiqat Nəsimi rayonu 8 saylı orta məktəbin 1“a” sinfində keçirilmişdir. Tədqiqat zamanı 27 şagird iştirak etmişdir. Onlardan 10-u qız, 17-si oğlandır. Yaş hədləri 6,5-8 arasıdır. Onlardan 7-si 8 yaşda (5-i oğlan, 2-i qız), 9-u 7 yaşda (4-ü oğlan, 5-i qız), 11-i 6,5 yaşdadır (8-i oğlan, 3-ü qız). Tədqiqat zamanı bütün şagirdlər iştirak etmişdir.
Beləliklə, 1-ci sinif şagirdləri arasında aparılan tədqiqatımız bu cür nəticələr vermişdir:
Şagirdlər arasında tək qalmaq qorxusu qızlarda 100%, oğlanlarda 90%; valideynlərinin ölümündən qorxu hissi qızlarda 100%, oğlanlarda 70%; ölmək qorxusu qızlarda 100%, oğlanlarda 30%; valideynlərdən qorxu qızlarda 60%, oğlanlarda 90%; yuxulardan qorxu qızlarda 100%, oğlanlarda 80%; müharibədən qorxu qızlarda 70%, oğlanlarda 90%; qaranlıqdan qorxu qızlarda 90%, oğlanlarda 60%; heyvanlardan qorxu qızlarda 90%, oğlanlarda 70% müşahidə edilmişdir.
Daha az qeyd olunan fobiyalardan yüksəklikdən qorxu qızlarda 70%, oğlanlarda 40%; dərinlikdən qorxu qızlarda 30%; bağlı məkandan qorxu qızlarda 30%, oğlanlarda 40%; alovdan və yanğından qorxu qızlarda 100%, oğlanlarda 70%; həkimlərdən qorxu qızlarda və oğlanlarda 20%; qandan qorxu qızlarda 50%, oğlanlarda 30%; cəzalanmaqdan qorxu 70% qızlarda, oğlanlarda 100% müşahidə edildi.
Belə ki, uşaqlardan biri yoluxmadan daha doğrusu ölümdən qorxması müəyyən edildi. Bu hal valideynlər tərəfindən xəstələnmə qorxusunun uşağa yeridilməsindən irəli gəlir. Bu cür ehtiyatlanma hissi nevroz qorxularına qədər də arta bilər. Dörd uşaq tək qalmaq qorxusunu secmişdir. Ola bilsin ki, həmin uşaqların dostu və ailədə müdafiəçisi yoxdur, onların valideynləri olsa da, “emosional yetim” hesab edilirlər. İki uşaq “nəyi isə düzgün etməmək” qorxusunu seçmiş, bu da onların böyüklər və həmyaşıdları tərəfindən tənqid ediləcəyindən ehtiyatlanmalarından irəli gəlir. Kiçik yaşlı məktəblilərin yaşı elə bir yaş dövrüdür ki, bu dövrdə instinktiv və sosial vasitəli qorxular çarpazlaşır. İnstinktiv, əsasən də, emosional qorxu formaları əslində həyat üçün təhlükəli olanlara qarşı qorxudur, sosial qorxu formaları isə uşağın intellektual istehsalı hesab edilir. Bu yaşlarda belə qorxulardan – haqqında yaxşı danışılan, hörmət edilən, qiymətləndirilən və yaxşı anlaşılan “bir adam olmamaq” qorxusudur. Bu qorxuya kontkret olaraq nəyi isə düzgün etməmək, töhmətlənmək, cəzalandırılmaq da aiddir. Belə növ qorxular atran sosial aktivlikdən, məsuliyyət hissinin möhkəmlənməsindən və bu yaş dövründə psixoloji mərkəzin yaranmasında səbəb olan “vicdan” sözünün altında cəmləşən hisslərin yüksəlməsindən xəbər verir.
Şəkil çəkən uşaqları müşahidə edərkən iyirmi nəfərin həyəcan hissi xaricdən duyulmadı, yalnız yeddi nəfərdə əllərinin əsməsi, aktiv tərləmə, dalğınlıq, öz fikirlərinin ifadə edilməsində çətinlik qeyd edildi. Diaqnostikadan sonra korreksiya tapşırığı verildi. Belə ki, uşaqlar “qorxulu evi” qıfılla bağlayaraq açarı isə atmalı və ya itirməli idilər. Korreksiya tapşırığını yerinə yetirəndən sonra uşaqlar kifayət qədər sakitləşdilər və onlarda müsbət emosiyalar yarandı, belə ki, uşaqlar heç düşünmədən də özünüterapiya etməyə başladılar.
“Mənim qorxumun portreti” tədqiqatı zamanı uşaqlardan 14-ü qaranlıqda gizlənən qorxunc yırtıcı nəhənglər görürlər, yeddisi qəfil üstlərinə atıla bilən heyvanların və inoplanetyanların mövcud olmasına inanır. Qeyd eləmək lazımdır kı, uşaqlardan üçü qorxularının şəklini çəkməyə imtina elədilər, bunu da çox qorxduqları ilə izah etdilər. Böyük diapazonda rənglərin təqdim edilməsinə baxmayaraq uşaqlar öz qorxularını daha çox tünd boz, qara və qırmızı rənglərdə təsvir etdilər. Şəkillərdə həyəcan hiss olunurdu. Belə ki, qırıq-qırıq xətlər, tünd rənglər, ştrixlər, güclü basma, pozma, çox böyük və ya qaralanmış gözlər şəkillərdə müşahidə edilmişdir. Bəzi uşaqlar özlərini çox kiçik təsvir etmişdilər. Qorxu personajlarını və ya predmetlərini karandaşı çox bərk basmaqla, və ya ştrixləməklə, ya qırağında bir neçə dəfə çəkilmiş konturla, və ya titrəyən nazik xətlə çəkmişdilər.
Qorxunun şəklini çəkmək uşaqlarda onun güclənməsinə gətirib çıxarmır, əksinə, onların qorxuya olan reaksiyasındakı gərginliyi zəiflədir. Uşaqlar qorxularına qalib gəlmək üçün öz təsəvvürlərinə müraciət edirlər. Şəkillərdəki qorxu artıq nə isə reallaşmış, belə demək olar ki, keçmişdə baş vermiş bir hadisə kimi təsvir edilmişdir, lakin onun hansısa sübuta yetirilməmiş, qeyri-aydın, qeyri-müəyyən hissəsi vardır. Tapşırıq yerinə yetiriləndən sonra uşaqlara qorxuları gülüşlə cəzalandırmaq təklif edildi – uşaqların hamısı birlikdə öz çəkdikləri və dostlarının çəkdiyi şəkillərdəki qorxunun “üzü”nə baxaraq ürəkdən gülməyə başladılar. Bu, uşağın psixikasında qorxunun affektiv sarsıntı formasında biruzə verməsini aradan qaldırır. Ən önəmlisi odur ki, qorxunun müəyyən edilməsi üçün psixodiaqnostikanın həyata keçirilməsində tapşırığı uşağın inandığı pedaqoq-psixoloq verməlidir. İkincisi isə şəkil çəkmə prosesi xoş atmosferdə həyata keçirilməli, həmyaşıdları ilə ünsiyyət qurulmalı, onlar tərəfindən də dayaq hiss edilməli və pedaqoq-psixoloq tərəfindən bütün bunlar təqdir edilməlidir.
“Mənim ailəm” tədqiqatında ailə şəkillərinin 7-də kiçik məktəblilər valideynləri tərəfindən diqqətsizlik və etinasızlıq situasiyalarını təsvir etmişlər: uşaqlar özlərini kənarda əks etdirmişdilər. Onların çəkdiyi şəkillərdə qorxuları ilə dolu olan səssiz etirazı müşahidə etmək mümkün olurdu. İştirakçılardan 14-ü ailənin xoşagəlməz vəziyyətini əks etdirdilər: qohumlar arasında konfliktlər, natamam ailələr, boşanma situasiyası. Uşaqlardan 6-sı, xüsusilə də, ailədə tək övlad olan uşaqlar “hiperqayğı” atmosferini təsvir etdilər. Ola bilsin ki, uşaqlarda qorxu hissinin yaranmasının səbəbi valideynlərinin hədsiz narahatlığı, ailədə böyüklər tərəfindən edilən çoxsaylı və reallaşmayan hədə-qorxular və eyni zamanda hürkütmə tipində olan psixi sarsıntılardır.
Lakin bildiyiniz kimi, qrup şəklində olan tədqiqatlarda əhəmiyyətli çatışmazlıqlar da mövcuddur. Belə ki, qrup şəraitində özünü açmaqda çətinlik çəkən uşaqlarda problemin nə dərəcədə dərin olduğunu müəyyənləşdirmək o qədər də asan olmur. Keçirilmiş bu diaqnostika zamanı böyük həyəcan və qorxu hissi keçirən qızlardan biri psixoloqla dərhal kontakta girə bilmirdi və qrupda bu mövzu ilə bağlı özünü qapalı saxlamaga çal&
əvvəlki yazı