Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

BURAXILIŞ İŞİ

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakultəsinin
psixologiya ixtisası üzrə IV kurs tələbəsi
Han Rahman Ahmetin psixologiya bakalavr dərəcəsi almaq üçün
«Azərbaycanda psixoloji fikrin inkişaf tarixi»
mövzusunda
B U R A X I L I Ş İ Ş İ
Kafedra müdiri: Kafedra müdiri: AMEA-nın müxbir üzvü,
prof. B.H. Əliyev
Elmi rəhbər: dos. R.Ə.Cavodov
B A K I – 2009
MÜNDƏRICAT
Giriş ………………………………………………………………………………………………………………3
I Fəsil: Azərbaycanda psixoloji fikrin inkişafı……………………………………………………..5
II Fəsil: “Kitabi-Dədə Qorqud” dastanlarında psixoloji fikrin inkişafı…………………..13
III Fəsil: Azərbaycan psixoloqlarının yaradıcılığında psixoloji fikrin inkişafı məsələsi…………………………………………………………………………………………..30
3.1. Akademik A.O.Makovelskinin Azərbaycan psixologiya elminin inkişafında xidmətləri…………………………………………………………………………………………….30
3.2. Prof. Ə.K.Zəkuyevin psixologiya elminin inkişafında rolu……………………………35
3.3. Prof. F.Ə.İbrahimbəyovun elmi-psixoloji fəaliyyəti……………………………………..38
Nəticə ………………………………………………………………………………………………………….42
İstifadə edilmiş ədəbiyyat……………………………………………………………………………….44
GIRIŞ
Mövzunun aktuallığı. Psixologiya elminin yaranma tarixinə nəzər saldıqda məlum olur ki, bu iki mərhələyə ayrılır ki, elməqədərki və elm yarandıqdan sonrakı mərhələ. Birinci mərhələ zamanı psixoloji fikir və idealar, təsəvvürlər formasında, daha doğrusu şifahi xalq yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinən psixoloji idealar toplusu, parakəndə formada səciyyələnir.
İkinci mərhələ XIX əsrin II yarısına təsadüf edir ki, artıq bu dövrdən müstəqil psixologiya elmi yaranır və labarotoriyalarda, elmi mərkəzlərdə psixoloji tədqiqatlar aparılır. Elmi tədqiqatlar elmi prinsip və elmi metodların tətbiqi ilə həyata keçirilir.
Müasir psixologiya elminin inkişafında hər iki mərhələdən olan elmi nailiyyətlərdən yetərincə istifadə olunur. Azərbaycan adət və ənənələrinə uyğun elm və mədəniyyət tarixini öyrənmək, ədəbi qaynaqlarındakı psixoloji fikir və ideyalar üzə çıxarmağın əhəmiyyəti böyükdür. Problemin müasir elmi kontekstində yanaşma tərzində öyrənilməsi aktualdır, olduqca zəruridir.
Problemin işlənmə səviyyəsi. Azərbaycanda pedaqoji-psixoloji fikrin öyrənilməsi məsələsi müvafiq mütəxəssislərin diqqətini cəlb etmişdir. Görkəmli pedaqoqlardan Ə.Y.Seyidov, Y.R.Talıbov, Ə.Ə.Ağayev, Ə.Tağıyev, T.Rüstəmov, psixoloqlardan A.O.Makovelski, Ə.K.Zəkuyev, F.Ə.İbrahimbəyov, M.L.Məhərrəmov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.T.Baxşəliyev, R.İ.Əliyev, M.V.Vəliyev və başqaları bu sahədə diqqəti cəlb edən tədqiqatlar aparmışlar. Tədqiqatçılar şifahi xalq yaradıcılığı nümunələrində, “Kitabi-Dədə Qorqud” dastanlarında, klassik Azərbaycan ədəbiyyatında, orta əsrlərdə, renassans dövründə, XIX əsr Azərbaycan ədəbiyyatında, habelə XX Azərbaycan ədəbiyyatında psixoloji fikir və ideyaları araşdırılmışdır. Biz isə qarşımızda duran problemi sistem halında, yığcam formada buraxılış işi səviyyəsində tədqiq etməyə qərara almışıq.
Tədqiqatın obyekti. Azərbaycanda psixoloji fikrin inkişaf tarixini öyrənməkdir.
Tədqiqatın predimetini müxtəlif tarixi dövrlərdə Azərbaycanda psixoloji fikrin inkişaf tarixini və Azərbaycan psixoloqlarının bu problemi araşdırmasının öyrənilməsi təşkil edir.
Tədqiqatın məqsədi. Azərbaycanda psixoloji fikrin inkişaf tarixi problemini öyrənərkən aşağıdakı vəzifələr yerinə yetirilmişdir:
-Azərbaycanda psixoloji fikrin inkişaf tarixi müxtəlif tarixi dövrlərin spesifik xüsusiyyətləri nəzərə alınaraq öyrənilmişdir.
-“Kitabi-Dədə Qorqud” dastanlarında psixoloji xüssusilə etnopsixoloji məsələlər tədqiq olunmuşdur.
-Azərbaycan psixoloqlarının yaradıcılığında psixoloji fikrin inkişaf tarixi öyrənilmişdir.
Tədqiqatın fərziyəsi. Araşdırmalar müəyyən etmişdir ki, Azərbaycan elm və mədəniyyət tarixi, şifahi xalq yaradıcılığı nümunələri, ədəbi qaynaqlar psixoloji fikir və ideyalarla zəngindir. Onları sistem halında öyrənmək, psixoloji təhlil etmək, psixoloji ictimaiyyətə çatdırmaq məqsədəuyğundur.
Tədqiqatın elmi yeniliyi. Buraxılış işi səviyyəsində ilk dəfə olaraq Azərbaycanda psixoloji fikrin inkişaf tarixi problemi tədqiq olunur. Problemin tədqiqində müasir elmi psixoloji yanaşma prinsipi əsas götürülür.
Tədqiqatın praktik əhəmiyyəti. Aparılmış tədqiqatın nəticələrindən psixoloq kadırların hazırlanmasında, xüsusilə “Psixologiya tarixi” və “Azərbaycanda psixoloji fikrin inkişaf tarixi” kursunun tədrisində istifadə oluna bilər.
Buraxılış işinin quruluşu. Buraxılış işi giriş, üç fəsil, yarımfəsillər, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
I Fəsil: Azərbaycanda psixoloji fikrin inkişafı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayrımaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdə. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O, bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir. Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasının dünya psixologiya elminin inkişafı tarixi ilə uzlaşır.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlandırırlar. Ona, yazırlar: «Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s. –də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahit xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir».
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirləri olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qrqud» dastanları, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatında və «Kitabi-Dədə Qrqud» dastanlarında çox bariz şəkildə öz əksini tapmışdır.
Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Arzu oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağrışdır. Əl çatmayan, tüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, genin, idrakın uyğunlaşdığı bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə çalıdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim turklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir deyirdilər.
Deməli xalqın etnogeni ilə mühiti arasında uyğunluq olduqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru, düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.
Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları əvəzsiz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarətdən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üstün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı xəbərlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi (milçəyi) üzərimə qondurmam»,-deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə sayaq qız istədiyini soruşur. Qantural deyir: «Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qanlı kəfər əlinə varmadan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik, məğrurluq, qeyrət enilə qıza, qadına da xas olub. Ərləriylə, sevgilləriyilə bu meydanda döyüşən qadınlar eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün-aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər olmaz»,-deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləyaqət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının, xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən, bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud dövründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaşdırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya. Son ucu ölümlü dünya»
Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramızdan əvvəl başlayıb, islam dininin Azərbaycana gəlişiylə başa çatır. Neçə əsrlər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu paralelliyin bir çox cəhətləri davam edir, yaşayır: adət-ənənələrimizdə, andımızda, xarakterimizdə.
«İslamiyyətdə milli mənsubiyyət yoxdur» şüarı ilə Azərbaycan dünyasına daxil olan islam dini millətlərin, xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını dini biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə inam və əqidədə yeniləşmə demək idi.
İslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə, şüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin yayılması idi. Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa başladı. Xətai, Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeiri inkişaf etdi. Bu, xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu, yeni qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini ərəblərə inkişaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı vermişdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı buxovlanmışdır.
İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars, türk və digər etnos və xalqların dünyagörüşü, mədəniyyəti, adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür yaranmağa başladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi, türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən, adət-ənənələrindən yeni dünyagörüşü yarandı.
Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi. Yalnız mənəviyyat, maddidən imtina çağrışları öz təsirini göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və təlabatı artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona görə də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə dediyi mənaya bir bax».
Bu mənada məşhur hind filosofu Vivekananda gözəl deyib: «Şərqin heyratamiz ruhi nailiyyətlərini Qərbin eyni dərəcədə heyratamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır».
Müxtəlif dövrləri, ictimai-tarixi şəraiti öyrənən əksər tədqiqatçılar konkret tarixi tarixi şəraitdə yaşayan insanların dünyagörüşü, şəxsiyyəti və mənaviyyatını tədqiq edərkən həmin dövrün insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli sürmüşlər. Belə yanaşmanın səmərəliliyi bir də ondadır ki, hər bir konkret həyat tərzi, mənəvi dəyərlər baxımından bənzərsiz, tərkolunmazdır. Bütün bunlar isə insana özünün təsirini göstərir, ictimai-tarixi şəraitə uyğun şəxsiyyətlər formalaşdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası, xarakteri, maraqları, təlabatı orta əsrlərin və müasir dövrün adamlarından fərqli olmuşdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana məxsus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli, dünyagörüşlü, uyğun psixoloji tipli şəxsiyyətlər də formalaşdırır.
Nizami, Xəqani, Füzuli və digər mütəfəkkirlərin yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir tərəfdən qovuşmuş, vəhdətdə götürülmüş, digər tərəfdən ziddiyət təşkil etmişdir.
Nizami şeyxdir, islamın təbliğattçısıdır. Əsərlərini fars dilində yazıb. Amma mənşəcə, xaraktercə türkdür. O, əsərlərində 350-dən artıq türk adı işlədib. Türkə xas olan keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O, türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyyətləri onun adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hallarda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi fikir və mülahizələr, görüşlər və dövrün hakim islam dini ideyalarının tamailə əksinə olmuşdur. Buna görə də onun şeirlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».
Orta əsrlərdə, o cümlədən 1613-cü iləd Şah Abbasın (1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirdi.
Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu dövrdə Bağdada, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə yeni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələrdə, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili, türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixologiyası da məhz bu zəmində formalaşırdı.
XVIII əsrin sonları-XIX əsrin əvvələrində belə mürəkkəblik, ziddiyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. psixoloji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələbaşlayır. Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədəniyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəlkilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı pyeslər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir hadisə idi. Orta əsrlərdə qəzəl janrı neçə məşhur idisə, geniş yayılmışdırsa, Axundovdan sonra dram janrları da XIX əsrin ikinci yarısında eləcə geniş yayılmışdı, xalqın maariflənməsində əvəzsiz rol oynamışdı.
XIX əsrin ikinci yarısında-1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr tamaşalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı baxarmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və azadlıqlarını başa düşür, tədricən onun uğrunda mübarizəyə hazırlaşırdılar.
Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psixoloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropadan insanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zənginləşdirirdilər.
Bir tərəfdən sənayenin təlabatını ödəyən işçilərin hazırlanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azərbaycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdən xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə təkamülü, tədrisi inkişafı, maariflənməni çıxış yolu kimi görənlər, bu yolda çalışanlar meydana gəldi.
Elə buna görə də XX əsrin əvvələrini Azərbaycanın yeni bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı mətbuat orqanı, Şərqdə ilk teat, opera sənəti yarandı. Xalqın həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük dəyişiklik baş verdi.
XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqutuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilməyə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrullahlar, xudayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər, kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl Şıxlının «Dəli kür» əsərində bu dövrün bütün çalarları, ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar ağaların da məhvi başladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan məkanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı, öyünmək qadınlara böhtandı» qədim türk qadınlarını sevillər, almazlar, həyatlar əvəz etdi. Bu Azərbaycanda psixoloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qaraca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir etmişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu söyləmək də çətindir. Baniçiçək də, Burla xatun da, Selcan xatun da azddır, sərbəstdir. Almaz da, Həyat da, Şərabanı da azddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi yarandı.
II Fəsil: “Kitabi-Dədə Qorqud” dastanlarında psixoloji fikrin inkişafı
Etnik-milli xarakterlərin mahiyyəti haqqında söz açmazdan əvvəl xarakter anlayışının psixoloji məzmununa nəzər salmaq vacibdir. Çünki insanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və rəftarında biri digərinin xarakterini nəzərə almağa çalışır. «Yaxşı adam», «pis adam» haqqında etalon stereotiplər nə qədər ümumi olsa da, onların əsasını insan xarakterləri haqqında təsəvvür və mülahizələr təşkil edir. «Qonşun pisdir, köç qurtar» kimi atalar sözlərində, əslində, xalqın insan xarakterləri haqqında təsəvvürləri öz əksini tapmışdır. Təsadüfi deyildir ki, bütün dövrlərdə başqa adamı tanımaq, onun xarakterini müəyyən etmək psixoloji məharətin, insan sərrafı olmağın əsas əlaməti hesab edilmişdir.
Buna görə də qədim zamanlardan başlayaraq xarakter problemi filosofların, əxlaq nəzəriyyəçilərinin, şair və digər sənət adamlarının, həkimlərin, pedaqoqların diqqətini daima özünə cəlb etmişdir. Əslində xarakter məsələsi insanların bir-birini tanıması, başa düşməsi, başqa sözlə, ünsiyyət və münasibət problemi idi. Bu mənada xarakter şəxsiyyətin ən başlıca fərdi-psixoloji xüsusiyyəti hesab olunur. Lakin xarakter öz psixoloji məzmununa görə həmin psixi xüsusiyyətlərdən fərqlənir. Məsələn, biz qabiliyyətdən danışanda əsasən insanın öz işini, fəaliyyətini necə və hansı səviyyədə yerinə yetirməsi, yaxud ümumən yaradıcılıq imkanları haqqında fikir yürüdürük. Xarakterdən danışanda isə insanın davranış və rəftarında özünü göstərən mühüm xüsusiyyətlərə diqqət yetiririk. Gəlin, Azərbaycanın xalq şairi Səməd Vurğun haqqındakı xatirələri yada salaq. Xatirələrin hamısında böyük sənətkar çox xeyirxah və humanist insan kimi təsvir olunur. Şair bir hilda çouşaqlı kasıb ananın evini təmir etdirir, başqa bir halda istedadlı bir gənc şairə maddi yardım göstərir, üçüncü halda başqa bir xeyirxah iş görür və s. Yəni o, həmişə və hər yerdə başqa adamlara təmannasız kömək göstərəndə özünü əsl xoşbəxt insan hesab edirdi. Deməli, xeyirxahlıq, insanlara qarşı həssas münasibət, yəni yüksək humanistlik şairin xarakter əlaməti idi.
Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, biz ona xarakter əlaməti deməyəcəyik. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə bu və ya digər adamın xarakter əlamətinə çevrilir. Xarakter əlamətləri ancaq bu zaman müəyyən bir adam üçün tipik olan davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmuyu nəzərdə tutulur.
Yəni insan xarakteri daha çox onun münasibətlər sistemindən asılıdır və həmin münasibətlərin məzmun və mahiyyətindən asılı olaraq onun əsas xarakter əlamətləri özünü biruzə verir. Elə ona görə də çox rəngarəng olan xarakter əlamətləri insanların münasibətlərinin səciyyəsinə görə, başqa sözlə, münasibətlərinin məzmun və istiqamətinə görə təsnif edilir.
Bu cəhətdən ilk növbədə başqa adamlara, qrup və etnoslara, xalqlara, millətlərə münasibətləri ifadə edən xarakter əlamətləri ayırd edilir.
İkincisi əməyə, öz fəaliyyətinə, eləcə də başqa adamların əməyinə, zəhmətinə münasibəti ifadə edən xarakter əlamətləridir.
Üçüncüsü, insanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, müştəbehlik, özündənrazılıq, şöhrətpərəstlik və s. göstərir.
Dördüncüsü, şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: (səliqəllik, pintilik, qayğıkeşlik və s.) fərqləndirilir. Bunların hamısı əsasən fərdi xarakter əlamətlərini əks etdirir. Lakin bir cəhət nəzərdən qaçırılmamalıdır ki, bu əlamət və keyfiyyətlərin hamısı bir-biri ilə üzvi surətdə əlaqədardır və bir-birini şərtləndirir. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. «Xalçasalan özü oturar»- atalar sözünün dərin psixoloji mənası vardır. Bu, o deməkdir ki, biz insanın başqa adamlara münasibətini ifadə edən xarakter əlamətlərinin özünün-özünə münasibətini ifadə edən xarakter əlamətləri ilə və əksinə, insanın özünə münasibətini ifadə edən xarakter əlamətləri ilə qarşılıqlı əlaqədə təhlil etməliyik. Xarakterin digər əlamətləri haqqında da eyni sözləri demək olar. İnsanın xarakterinin bütövlüyündən danışanda, adətən, bu cəhəti-xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar.
Xarkter əlamətləri və ya ümumən insan xarakteri: yaxşı və ya pis, möhkəm və ya zəif, sabit və ya dəyişkənlik xüsusiyyətlərinə görə də fərqləndirilir. Lakin bu meyarlar əsasən nisbi xarakter daşıyır. Belə ki, burada xarakterin hansı cəhətdən yaxşı və ya pis olması, kimin nöqteyi-nəzərindən möhkəm və ya dəyişkən olması məsələsi ön plana keçir.
Qarşıya qoyulan problemin həlli ilə əlaqədar olaraq xarakter əlamətlərinin bir bölgüsü diqqəti xüsusi olaraq cəlb edir. Yəni xarakter əlamətlərinin fərdi və tipik əlamətlər olmaq üzrə iki yerə bölünməsi etnik-milli xarkterlərin təşəkkülünün mexanizmini başa düşmək və onu izah etmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Bir tərəfdən qeyd edirik ki, xarakter şəxsiyyətin fərdi psixoloji xüsusiyyətidir və hətta bunun səbəbini də izah etməyə çalışırıq. Yəni belə bir cəhəti əsas götürürük ki, hər bir adamın həyat yolunda, həyat şəraitində və fəaliyyətində, aldığı təlim-tərbiyə sistemində, özünün dərketmə səviyyəsinə, müsbət cəhətlərinə, nöqsan və çatışmazlıqlarına münasibətdə özünü göstərən fərdi (özünəməxsus) cəhətlərin təsiri ilə onda müxtəlif fərdi xarakter əlamətləri formalaşır. Bu cəhət əsasən insanın mikromühiti ilə təyin olunur. Amma bununla yanaşı olaraq eyni cəmiyyətdə, sosial mühitdə yaşayan insanların ümumi, tipik xüsusiyyətləri, başqa sözlə, tipik xarakter əlamətləri formalaşır. Xarakterin tipik və fərdi əlamətlərini şərtləndirən başlıca amillər kimi, makro və mikro mühit terminlərindən istifadə edilir. həmin cəhətlər nəzərə alındıqda belə, xarakterlərin fərdi və tipik əlamətlərinin yenə də mühitdən asılı olaraq eyni anlamda başa düşülməsi düzgün olmazdı. Belə ki, makromühitdə fərdi, mikromühitdə isə tipik xarakter əlamətləri (və ya əksinə) formalaşa bilər.
Bunun üçün tipiklik anlayışının psixoloji məzmununa diqqət yetirmək zəruridir. Belə ki, tipiklik dedikdə, bir halda bir sıra səciyyəvi, ümumi, mühümi, mühüm əlamətlərin bir insanın simasında cəmləşməsi və onun rəftarında, davranışında təzahürü nəzərdə tutulur (ədəbiyyatşünaslıqda bunu tipikləşdirmə, yəni tipik şəraitdə tipik xarakterin yaradılması adlandırırlar).
İkinci anlam isə müəyyən zümrə, qrup, etnos və ya xalq üçün ümumi olan cəhətlərin ifadəsi kimi etnik və ya milli xarakterin mövcudluğu ilə bağlıdır.
«Kitabi-Dədə Qorqud» dastanlarında etnik xarakter məsələləri şərh edilərkən qeyd edilir ki, etnik xarakter etnik psixologiyanın mühüm tərkib hissəsidir, çünki o, etnik simanı müəyyən edən başlıca ünsürlərdən biridir. Etnik xarakter dedikdə ayrıca bir fərddən asılı olmayan, ümumiləşmiş psixoloji keyfiyyət, etnosun hər bir üzvünün davranış və rəftarında, münasibətlər sistemində bu və ya digər dərəcədə təcəssüm edən psixi xüsusiyyət başa düşülür. Təsədüfü deyildir ki, «etnik xarakter» və ya «milli xarakter», «psixi sima» anlayışı ilə sinonim kimi işlədilir. «Psixi sima» anlayışı etnosa, yaxud bu və ya digər xalqa məxsus sabit psixi xüsusiyyətlərin məcmuyu, yəni sabit etnik-psixioloji hadisə olub, adamların psixi həyatının dəyişkən müxtəlifliyində nisbi dəyişməzliyi ifadə edir. Elə etnik xarakterin də başlıca cəhəti həmin nisbi dəyişməzliyi, nisbətən ümumi və sabit ünsürləri əks etdirməsindədir. Xüsusən də bu anlayışlar güzəran psixologiyası səviyyəsində daha da yaxınlaşdırılır və çox zaman məhz sinonim kimi işlədilir.
«Dədə Qorqud» dastanlarında da öz əksini tapan etnik xarakter əlamətləri ümumən oğuz etnosunun «psixi siması»nın aynası kimi çıxış edir. Çünki etnik (milli) xarakter hər hansı etnik ümumiliyin ayrı-ayrı nümayəndələrinə nisbətən, sosial qrupda və ya etnik birlikdə daha güclü şəkildə təzahür edir. Yəni etnik xarakter hər bir şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə təşəkkül və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmuyuna çevrilən etnik-psixoloji xassə olur. Buna görə də xalqa məxsus zəngin folklor materiallarında, xüsusən də dastanlarda etnik xarakter daha çox etnik xüsusiyyətləri öz davranış və rəftarında büruzə verən «modal şəxsiyyətlərin» simasında əks etdirilir. Bu da təsadüfü deyildir. çünki bədii ədəbiyyatın obrazları milli-tipik əlamətləri daha dərindən və hərtərəfli əhatə edir və həmin obrazları onların dinamikasında və sosial tarixi kontekstdə araşdırmaq çox şeyi verir. Bədii ədəbiyyat, xüsusən də tarixi eposlar etnik və milli tiplərin müxtəlifliyini, onların tarixi tipoloji təbiətini, tarixi inkişaf xüsusiyyətlərini açıb göstərir.
Etnik (milli) xarakter əlamətləri müəyyən etnik ümumilik üzvlərinin davranış və rəftarında, hərəkətlərində üzə çıxır və bu etnik ümumiliyin həyat tərzinin ictimai-iqtisadi, siyasi inkişafının xüsusiyyətlərini əks etdirir. Sonra görəcəyimiz kimi «Kitabi-Dədə Qorqud»dakı oğuzların timsalında bütün bunlar aşkar surətdə nəzərə çarpır.
Oğuzların etnik-psixoloji xüsusiyyətləri etnik xarakterin xüsusi təzahürü kimi qonaqpərvərlikdə, əliaçıqlıqda, sədaqətdə, igidlikdə, dözümdə və s. daha dolğun şəkildə üzə çıxır. Oğuz elinin başçısı «xanlar xanı» Bayandır xan ildə bir dəfə böyük şadlıq məclisi qurur, «atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır», qonaqlıq edirdi. Əksi zamanlardan oğuzlarda belə bir inam vardır ki, əliaçıqlıq, səxavət yüksək mədəniyyətdir. Övlad arzusunda olan Dirsə xan da böyük bir qonaqlıq təşkil edir, ehsan verir, ac gördükdə doyurur, çılpaq gördükdə geyindirir, borclunu borcundan qurtarır. Bu, oğuzlar üçün səciyyəvi haldır, əliaçıqlıqda, səxavətdə təzahür edən etnik xarakter əlamətidir.
Oğuzların qonaqpərvərliyinin əsasında mənəvi tələabatlar, müvafiq sosial, psixoloji motivlər, sərvətlər durur. Bu meyllər oğuzların yüksək mənəvi keyfiyyətlərini müvafiq şəkildə üzə çıxarır. Oğuzlar üçün tipik olan bu əlamət-qonaqpərvərlik, səxavət onların mənəvi simasının güzgüsüdür. Sanki həyat düsturuna çevrilmiş bu psixoloji xarakteristikanı Dədə Qorqud belə ifadə edir: «Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır».
Oğuzların zəngin, rəngarəng mənəvi-psixoloji xüsusiyyətləri ümumi xarakter əlamətlərində daha parlaq şəkildə təzahür edir. Oğuzlar cəsur, igid, qorxmaz, çalışqan, qarşıya qoyduqları məqsədə çatmaqda inadkar və qətiyyətlidirlər.
Soruşula bilər: Azərbaycan xalqının əcdadları olan oğuzlarda belə müsbət xarakter əlamətlərinin olması özünü aydın surətdə göstərdiyi halda, nə üçün bizim dövrümüzdə, eləcə də ümumən XX əsrdə xalqımızda bəzi mənfi xüsusiyyətlər özünü aydın surətdə büruzə verir? Millət, xalq köklü surətdə dəyişmişdir, yoxsa bunun başqa səbəbləri vardır? Nə üçün oğuzlara bu və ya digər qonşu etnos hücum etdikdə onların hamısı asanlıqla birləşir, qadınları da silaha sarılır, öz ərləri ilə birlikdə düşmənə qarşı amansız mübarizə aparırlar, amma bizim günlərdə bütün xalq bunu .zünə müqəddəs borc bilmir, hətta ayrı-ayrı gənclərimiz döyüş meydanında öz silahlarını belə, düşmənə qoyub qaçırlar? Əgər qədim oğuzlarda yetim doyuzdurmaq, ac-çılpaq adamları, xüsusən də uşaqları geyindirmək böyük şərəf, insanlıq borcu, vacib xarakter əlaməti sayılırdısa, bəs nə üçün bizim günlərdə yetimlərin, qaçqın və didərginlərin payını əlindən alıb iştahla yeyən, ona xüsusi göz dikən vəzifəli şəxslərimiz, getdikcə artır?!
Hansı şəraitdə bu cəhət formalaşmışdır və nə üçün XX əsrin əvvəllərindən başlayaraq C.Məmmədquluzadə, M.Ə.Sabir və digər görkəmli sənətkarlar xalqımızın etnik, psixoloji xüsusiyyətlərində, o cümlədən etnik milli xarakterimizdə özünü aydın surətdə biruzə verən və bir sıra adamlarda ifrat həddə varan fərdiyyətçilik, şəxsi mənafeyi hər şeydən üstün tutmaq, tez təsirə qapılmaq, yaltaqlıq, mütilik, öz mənliyini, ləyaqətini qoruya bilməmək, məsuliyyətsizlik, vətənin, millətin taleyinə biganəlik kimi naqisliklərə qarşı kəskin mübarizə aparmışlar?
Həmin suallarla əlaqədar olaraq, iki cəhət xüsusi qeyd edilməlidir. Əvvəla, tarixi şəraitin, sözün geniş mənasında, sosial mühitin dəyişməsi ilə etnik milli xarakterlər də müəyyən təbəddülata uğraya bilir. Yəni orada bir sıra dəyişikliklər baş verir. Bunu hər bir etnosun, xalqın və ya millətin tarixi təcrübəsi aydın göstərir.
İkinci tərəfdən, belə bir dəyişikliyin məzmun və istiqaməti müəyyən dərəcədə etnosun özünün öz taleyinə, o cümlədən öz xarakter əlamətlərini münasibətindən asılıdır. Yəni xalq, millət hansı (müsbətmi, mənfimi) cəhətlərə rəvac verir, onu inkişaf etdirir məsələsi etnik milli xarakter əlamətlərinin formalaşmasında mühüm rol oynayır. Bu mülahizələrlə əlaqədar olaraq, alman filosofu İ.Kantın bir fikrini xatırlatmaq istərdim. İ.Kanta görə, insan iki aləmə mənsubdur. Təbiətə mənsubluq baxımından «təbiət insanı dəyişir», mənəviyyat cəhətdən azadlığına görə isə «insan özü-özünü dəyişir». Bir sıra hallarda ayrı-ayrı etnosların, xalqların, millətlərin etnik milli xarakterindəki müəyyən əlamət və keyfiyyətlər onların yaşadıqları təbiətin xüsusiyyətini, iqliminin məxsusi cəhəti ilə izah edilir. sərt təbiətli iqlimdə yaşayanların soyuq, sərt xarakterə, qızğın iqlimdə yaşayanların qızğın xarakterə malik olması ideyası həmin mülahizə ilə bağlıdır.
Etnik münaqişələrin müxtəlif regionlarda kəskinləşdiyi indiki dövrdə onların səbəbini, onlara təsir göstərən xarici və daxili amilləri başa düşmək və aradan qaldırmaq yollarını müəyyən etmək üçün yalnız nəticəni öyrənməyə deyil, həm də belə bir nəticəyə gətirən səbəb və proseslərin psixoloji təhlilinə, yəni ayrı-ayrı etnosların sosial və ya etnik stereotip və yönümlərinin də xarakterinə diqqət yetirmək vacibdir.
Sosial stereotip bəzən müsbət, bir sıra hallarda isə mənfi rol oynaya bilər. Yəni sosial stereotip bir sıra hallarda subyekt tərəfindən sosial gerçəkliyi dərk etməyə, onu qiymətləndirməyə köməklik göstərir, çünki dəyişən şəraiti ətraflı dərk etmək, ona dəqiq reaksiya göstərmək mümkün olmadığı halda, mövcud fikir və mülahizələrə istinad etmək «idraka qənaət prinsipi» nöqteyi-nəzərdən əhəmiyyətlidir. Düzdür, bir sıra hallarda sosial stereotiplər subyektin qavrayışının düzgünlüyünə və dəqiqliyinə xələl gətirə bilir, yəni «hazır mülahizələrə, təsəvvürlərə» əsasən gerçəkliyi əks etdirmək və qiymətləndirmək qeyri-adekvatlığı ilə də diqqəti cəlb edir. Başqa sözlə, sosial stereotiplə qavranılan, dərk edilən obyekt haqqında məhdud informasiyaların olması şəraitində, xalq ifadəsi ilə deyilsə, başqalarını yaxşı tanımadan onun haqqında fikir yürütmək, onu bu və ya digər nöqteyi-nəzərdən qiymətləndirmək səhv nəticələrə də gətirib çıxara bilər, hətta mühafizəkar, bəzən də mürtəce səciyyə daşıya bilər. Odur ki, sosial stereotipin həqiqi və yanlış olması konkret şəraitin və faktların təhlili əsasında təyin edilə bilər. Bir cəhət də nəzərə alınmalıdır ki, istənilən sosial stereotip bir halda həqiqi olarsa, başqa halda tamamilə yanlış, hətta yalan ola bilər. Yəni o, şəxsiyyətin ətraf mühitdə öz mövqe və istiqamətini təyin etmək üçün səmərəsiz və ya əlverişsiz yol seçə bilər. Deməli, burada stereotipləşdirmə adekvat şəkildə baş verməmişdir.
Psixoloji cəhətdən stereotipləşdirmə oxşar əlamət və keyfiyyətləri hər hansı sosial qrupun və ya etnik birliyin bütün üzvlərinə aid etməkdə özünü biruzə verir. Sanki bu halda onlar arasında heç bir fərq qoyulmur və belə bir fərqin olması hətta kifayət qədər aydın dərk edilmir. Amma bu nöqsanına baxmayaraq stereotiplə

Baxış sayı: 909
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
BURAXILIŞ İŞİ
növbəti yazı
A V T O R E F E R A T I

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net