Heç kim övladının narsist və zorakı olmasını istəmir, lakin bu yaxınlarda aparılan bir araşdırma, uşaqların tərbiyəsinin müəyyən aspektlərinin buna səbəb ola biləcəyini göstərdi.
Narsist və zorakı uşaqların yetişdirilməsinə səbəb olan 4 amil var. Bunlar:
- Zorakılığa məruz qalma
- Sevgi olmaması
- Müsbət ünsiyyətin olmaması
- Sərbəst yetişdirmə tərzi
Araşdırmanın həm müəllifi Dr. Ester Kalvetin sözlərinə görə, məişət zorakılığına məruz qalan və şiddəti müşahidə edən uşaqlar zorakılığı öyrənir və tətbiq edirlər. Valideynlər arasında sevgi və pozitiv ünsiyyətin olmaması və onların övladları ilə münasibətləri, uşaqlara ayrılan vaxtın azlığı və məhdudiyyətsiz sərbəst tərbiyə tərzi uşaqlara mənfi təsir göstərir.
Narsisizm və şiddət arasındakı əlaqəni araşdıran tədqiqatçılar bəzi hallarda uşaqların istədikləri hər şeyə sahib olmaq istədiklərini düşünürlər. “Xeyr” sözünə cavab verməyən uşaqlar ailələrinə və ətraflarına aqressiv reaksiya verirlər.
Dr. Calvete əlavə edir: “Ailələr uşaqlarını məsuliyyət və hörmət hissi ilə böyütməzlərsə, uşaqda zorakılıq davranışı inkişaf etdirmək asandır. Uşaqlıqda aqressiv davranışlar göstərən valideynlər övladlarının da eyni davranışı göstərmə riskini artırır.
Ancaq ana və ataların göstərdiyi davranış tək faktor deyil. Uşağın temperamentinin də mühüm təsiri var. Bəzi uşaqlar aqressiv davranışı daha asan qəbul edirlər”.
Uşaqlar əsasən ailələrinin dediklərini yox etdiklərini etməyə meyillidirlər. Yəni uşaqlar çox yaxşı təqlidçidirlər. Onların necə yetişdirmək necə bir övlad olmaqlarını istəyiriksə özümüzdə onlardan gözlədiyimiz övladın valideyni olmağa layiq olmalıyıq.
Xüsusən, bizim cəmiyyətimizdə uşaqların tərbiyəsində şiddətin “lazımlı” yol olduğu düşüncəsi basqındır. Uşaqlar doğru münasibət qura bilməyən onları dinləmədən öz istədikləri şəkildə onların duyğularına, düşüncələrinə diqqət verməyən, önəmsəməyən valideynlərin uşaqları gələcəkdə, insanlarla doğru münasibət qurmağı bacarmayan, çox vaxt özünü yalnız və çarəsiz hiss edən, bu halda olduğu müddətcə daha da əsəbləşən ətrafındakılara zərər verməyə meyilli, aşağı özgüvənli, nə istədiyini və hiss etdiyini anlaya bilməyən insanlar olma ehtimalı çox yüksəlir. Bu düşüncəylə gedən nəsil isə özlərincə qurulmuş məntiqə, insaniyyətə sığmayan qanunlar formalaşdırıb. Özləri kimi olmayan insanları yadırğama, yalnızlaşdırmağa çalışma davranışları nümayiş edilə bilər.
Bizim məsuliyyətimiz vəziyyəti bu qədər ağır dəyərləndirib qayğılanmaqdansa, özümüzlə və insanlarla olan münasibətimizə, ünsiyyətimizə diqqət yetirib, anlayışlı, şiddətə meyilli olmayan davranışlar sərgiləməyə diqqət və özən göstərməkdir.