Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Kateqoriya

Günahkarlıq hissi

yazdı Admin 11 Aprel 2022
yazdı Admin 11 Aprel 2022
Günahkarlıq hissi

[20:06, 2022-4-11] Rahidə: Pandemiya başlayandan bu yana müşahidə etdiyim, amma nədənsə haqqında az danışılan bir məsələ var. İnsanlarda günahkarlıq duyğusu artıb. Son zamanlarda müraciət edən on pasiyentdən yeddisi günahkarlıq hissi ilə gəlir. Günahkarlıq hissinə səbəb olan bəzi düşüncələri yazıram:

  • Karantin şəraitində belə mən işləyib, pul qazana bilirəm. Amma bu dövrdə işini itirən nə qədər insan oldu.
  • Bu günlərdə yaxşı bir xəbər aldım və çox sevindim. Amma bu qədər xəstəlik qurbanlarının və şəhidlərin olduğu dövrdə sevinməyim düzgün deyil.
  • Uşaqlar evdə sıxılır və televizora həddən çox baxırlar. Buna mane ola bilmirəm.
  • Yaxınlarımla görüşə və onlara kömək edə bilmirəm.
  • Daha az qazanıram. Ailəmin ehtiyaclarını qarşılaya bilmirəm.
  • Yaxınıma xəstəlik yoluxdurdum.

Bu kimi düşüncələr sizdə günahkarlıq hissi yaradır. Amma gəlin, bir şeydə razılaşaq. Siz insansınız və səhv etmə haqqınız var. İstədiyiniz qədər işləri bərbad edə bilərsiniz. Nə də olmasa, siz belə olmasını istəməzdiniz. Mükəmməl də ola bilməyəcəyini üçün səhv etməniz normal və təbiidir. Bundan əlavə bu kimi düşüncələrdə bir az da məntiqi xəta var. Bu dövrdə daha yaxşı yaşamanız sizin günahınız deyil. Hər kəs yaxşı yaşamaq istəyir. Və həmişə yaxşı yaşayan və pis yaşayan insanlar olub. Bu da istisna deyil. Dünyadakı bütün kasıb və xəstələrə yardım edə bilməyəcəyiniz üçün özünüzü bunda günahlandırmanız da düzgün deyil. Hər hansı yaxşı xəbərə sevinməniz də tamamilə normal və sizdən asılı olmayan insani haldır. Sadəcə çalışın sevincinizi qeyd edərkən digər insanları narahat etməyin. Uşaqlarınızın televizor problemini də onlarla oynayaraq ya da söhbət edərək asanlıqla həll edə bilərsiniz. Nə də olmasa, koronanı siz yaymamısınız, amma daha yaxşı hiss etməniz üçün edə biləcəyiniz şeylər var. Yaxınlarınızla görüşməyərək də bəlkə də onlara, özünüzə və ətrafınıza ən böyük yaxşılıq edirsiniz. Üstəlik, yenə deyirəm bu sizdən asılı deyil. Hal hazırda edilməsi lazım olan budur. Məntiqli davranmaq isə nə vaxtdan bəri günahdır? Sizi həqiqətən sevən insanlar sizi şəxsiyyətiniz üçün sevirlər, onlara maddi yardım etdiyiniz üçün yox. Kiməsə xəstəlik yoluxdurmanız da insanlıq halıdır. Deyək ki, özünüz də yoluxduğunuzu bilməmisiniz, ya da yoluxmayacağınıza ümid etmisiniz, ya da nəfəs almaq istəyib, bir az maskanı endirmisiniz. Siz də insansınız, sizin də hisləriniz var. Özünüzə bu qədər zülm etməyin. Günahkarlıq duyğusu ilə mübarizə aparmaq yerinə onu qəbul edin. İçinizdə hiss edin və sonra sizi tənqid edən iç səsinizlə ola bildiyincə məntiqli tərzdə danışın. Uğurlar.

Fuad Əsədov

Baxış sayı: 444
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
“Sevilmədiyimi hiss edirəm” deyə düşünən uşağın yetkinlikdə qarşılaşacağı 7 vəziyyət
növbəti yazı
Uşaqlarınızı qorumanın 10 üsulu

Related Posts

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri və mütəxəssisləri Cangüdən verilişində...

11 Noyabr 2022

“LUİSA DÜSS PSİXOANALİTİK HEKAYƏ TESTİ” təlimi

11 İyul 2022

Xoşbəxtliyə əngəl olan 13 davranış

12 May 2022

Gözləntiləri reallaşmayan insanlar

11 Aprel 2022

Uşaqlarınızı qorumanın 10 üsulu

11 Aprel 2022

Qadınlar münasibətdən nə gözləyir ?

06 Mart 2022

İmposter sindromu

06 Mart 2022

Keçmişin yükünü gələcəyə daşımaqmı , gələcəyi keçmişin yükündən...

06 Mart 2022

Sakit uşaqlar ağıllıdır , yoxsa depressiyadadır ?

06 Mart 2022

Amputasiya olan şəxslərin mübarizə bacarıqları: Faktiki hesabat

24 Fevral 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net