Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Diplomlar, avtoreferatlar, referatlar

BURAXILIŞ İŞİ

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya
fakültəsinin əyani şöbəsinin IV kurs
tələbəsi Əliyeva Gülşən
Əliəskər qızının “Psixologiya”
ixtisası üzrə bakalavr dərəcəsi
almaq üçün
“YAŞLI İNSANLARDA TƏNHALIĞIN YAŞANMASININ
PSİXOLOJİ PROBLEMLƏRİ”
mövzusunda
BURAXILIŞ İŞİ
Kafedra müdiri:
AMEA – nın müxbir üzvü,
prof. B.H.Əliyev
Elmi rəhbər:
dos. L.M.Cabbarova
BAKI – 2009
MÜNDƏRİCAT
Giriş…………………………………………………………………………………………………………3
I FƏSİL. TƏNHALIQ PROBLEMİNİN PSİXOLOJİ MAHİYYƏTİ VƏ ONUN TƏDQİQİNİN ƏSAS İSTİQAMƏTLƏRİ…………………………………………………….6
1.1. Tənhalıq probleminin psixoloji mahiyyəti və əsas xüsusiyyətləri……………….6
1.2. Tənhalıq probleminin tədqiqinin əsas istiqamətləri…………………………………..8
1.3. Tənhalığa təsir edən başlıca amillər və onun əsas xüsusiyyətləri………………14
II FƏSİL. YAŞLI İNSANLARIN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ………………20
2.1. Yaşlılıq dövrünün psixoloji xarakteristikası…………………………………………….20
2.2. Yaşlı insanlarda şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətləri………………..24
III FƏSİL. YAŞLI İNSAN VƏ TƏNHALIQ PROBLEMLƏRİ ………………………31
3.1. Yaşlı insanlarda tənhalığın təzahürləri və onları şərtləndirən amillər…………..31
3.2. Ailə münasibətləri və yaşlı insanlarda tənhalığın yaşanmasının etnopsixoloji xüsusiyyətləri……………………………………………………………………………………………..36
3.3. Yaşlı insanlarda tənhalığın yaşanmasındakı cinsi fərqlər……………………………40
Nəticə……………………………………………………………………………………………………….48
Ədəbiyyat siyahısı………………………………………………………………………………………51
Əlavə ………………………………………………………………………………………………………..53
GİRİŞ
Mövzunun aktuallığı: Məlum olduğu kimi hər il yaşlıların sayı getdikcə artır. Əgər biz əhalinin say nisbətinə diqqət yetirsək görə bilərik ki, Amerikada yaşlıların sayı ümumi əhalinin 30% -ni, Rusiya federasiyasında 23% -ni, Azərbaycanda isə 60- 64 yaşlı insanlar 1,7 % -ni, 65 -69 yaşlılar 2,4%-i, 70-dən yuxarı olanlar isə 4,5%-i təşkil edir. Ümumiyyətlə 60 yaşdan yuxarı insanların sayı bütün əhalinin 8,1%-i hesab olunur.
Azərbaycan üçün həmin göstəriciləri rəqəmlə ifadə etsək və həmçinin nəzərə alsaq ki, qadınların yaşlılıq dövrü 55 yaşdan yuxarı hesablanır, o zaman aşağıdakı statistik faktlarla rastlaşmış oluruq. 55-59 yaşlı qadınlar 159,8 min, 60-69 yaşlı qadınlar 197,4 min, 70-79 yaşlılar 181,6 min, 80 yaşdan yuxarı qadınlar isə 50,8 mindir.
Bu göstəricilər kişilər üçün isə belədir: 60-69 yaşlı kişilər 159 min, 70 – 79 yaşlılar 133, 9 min, 80 yaşdan yuxarı olanlar isə 27 mindir.
60 -64 yaşlı insanların 92,2 mini şəhərdə, 54,8 mini kəndlərdə yaşayır. 65 – 69 yaşlar üçün bu göstərici 114min və 95,4 min; 70 yaşdan yuxarı insanlar üçün isə 191,5 min və 201,8 min təşkil edir. [ 20. səh 2.]
Avropa ölkələrində isə bu faiz nisbətində durmadan artım müşahidə edilmək dədir. Buradan əsaslanıb qeyd edə bilərik ki, əgər yaşlı insanların sayı durmadan artırsa, demək onların istər sosial iqtisadi, istərsə də psixoloji problemləri də artmış olacaq. Yaşlı insanlar arasında aparılmş tədqiqatlara əsasən demək olar ki, onların ən böyük psixoloji problemini tənhalıq problemi təşkil edir. Aydındır ki, insan yalnız maddi və ya üzvi tələbatlarını ödəməklə kifayətlənmir, həm də özünün bir sosial varlıq kimi mövcudluğunu, öz mahiyyətini dərk etmək, öz ictimai həyatını qoruyub saxlamaq üçün mənəvi həyatını da təmin etməlidir. Belə mənəvi tələbatlardan insan üçün ən vacibi başqa insanlarla ünsiyyət saxlamaq, onlarla yaxşı münasibətdə olmaq, onlardan özünə qarşı diqqət, qayğı görməkdir. Bu isə çox ciddi daxili mənəvi tələbatdır. Həmin mənəvi tələbatın istər ailədə, istərsə də ətraf sosial mühitdə lazımca ödənilməməsi insanda dərin narahatlıq hissi yaradır və sonda tənhalıq halətinin yaranmasına gətirib çıxaran ciddi dəyişikliklər yaradır.
Təqdidatın obyekti: 61 yaşdan yuxarı olan insanlarda tənhalığın təzahür xüsusiyyətləri.
Bir məqamı xüsusi qeyd etmək istərdik ki, Azərbaycan psixoloqlarının əsərlərində yaşlılıq dövrü əsasən aşağıdakı kimi tədqiq edilmişdir. Muxtar Həmzəyevin “ Yaş və pedaqoji psixologiyanın əsasları ” dərsliyinin onuncu səhifəsindən göstərilən cədvəldə qeyd edilir ki, yaşlılıq dövrü kişilərdə 61 – 75, qadınlarda isə 56 – 75 yaşları əhatə edir. Ə.Ə. Qədirovun “ Yaş psixologiyası ” dərsliyində də 61 – 75, qadınlarda isə 55 – 75 yaşlar yaşlılıq dövrü kimi göstərilir. Məhz bu səbəbdən də tədqiqat obyekti olaraq hər iki cinsdə 61 yaşdan yuxarı insanlar götürülmüşdür.
Tədqiqatın predmeti: Yaşlı qadın və kişilərdə müşahidə edilə bilən tənhalıq, onu şərtləndirən amillər, törədə biləcəyi fəsadlar və bununla bağlı problemlərin aradan qaldırılması üçün istifadə edilə biləcək vasitələrin sosial – psixoloji təhlili.
Tədqiqatın əsas fərziyyələri: Diplom işində belə bir ümumi fərziyyə irəli sürülmüşdür ki, tənhalıq yaşlı insanlar cinsində, peşəsindən, ailə vəziyyətindən asılı olaraq müxtəlif təzahür xüsusiyyətlərinə malik olur.
Həmin ümumi fərziyyədən çıxış edərək aşağıdakı bir sıra əlavə fərziyyələr də irəli sürülüb:
1. Yaşlı insanlarda yaşanan tənhalıq onların həyat tərzi, maraqlar dairəsi, dəyərlər sistemi ilə sıx bağlıdır.
2. Cinsi fərqlərdən asılı olaraq kişi və qadınlarda tənhalıq fərqli müşahidə edilir. Yaşlı kişilərdə tənhalıq haləti qadınlarla müqayisədə daha dərin formada yaşanır.
3. Övladlara, qohumlar əhatəsinə malik insanlarda tənhalığın yaşanması digər yaşlılara – ailə mühitində deyil, qonşular, tanışlar əhatəsində yaxud da qocalar evində yaşayanlara nisbətən fərqli şəkildə təzahür edir.
Tədqiqatın məqsədi: Tənhalığın yaşlı insanların həyatında nə kimi rol oynaması, hansı amilərlə şərtlənməsi, müşahidə ediləcək cinsi fərqlərin üzə çıxarılması və nəhayət bu dövrün daha səmərəli və psixoloji zərbə almadan keçirilməsi yollarının aşkar edilməsi tədqiqatın məqsədini təşkil edir.
Tədqiqatın vəzifələri: Yuxarıda göstərilmiş məqsədə nail olmaq üçün aşağıdakı konkret vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub:
1. Tənhalıqla bağlı əsas fikir və mülahizələrin müəyyənləşdirilməsi.
2. Yaşlılıq dövrünün psixoloji xüsusiyyətlərinin, müxtəlif cinslərdə təzahür formalarının tədqiq edilməsi.
3. Yaşlı insanlarda tənhalığın necə yaşanmasını müəyyən etmək üçün sorğu təşkil etmək və müşahidələr aparmaq.
4. Toplanmış nəzəri və praktik faktlara əsasən yaşlı insanlarla daha düzgün münasibətlərin qurulması, onlarda tənhalıq halətinin profilaktikası və aradan qaldırılması üçün yol və vasitələrin müəyyənləşdirilməsi.
Mövzunun işlənilmə səviyyəsi: Tənhalıq problemi xarici ədəbiyyatlarda İ.S.Konun, E.Melibruda, A.A.Bodalevin, M.V.Yermolevin, O.N.Kuznesivun, V.İ.Lebedevin və başqalarının əsərlərində, Azərbaycanda F.Ə.İbrahimbəyovun, Ə.S.Bayramovun, Ə.Ə. Əlizadənin, B.H. Əliyevin, C.A. Təhmasibin, L.M. Cabbarovanın tədqiqat işlərində öz əksini tapmışdır. Lakin yaşlılarda tənhalığın təzahürləri geniş şəkildə hərtərəfli izah edilməmişdir.
Tədqiqatın elmi – nəzəri və praktik əhəmiyyəti: Tədqiqatın elmi – nəzəri əhəmiyyəti ondadır ki, buraxılış işindən yaş və pedaqoji sahələrdəki mühazirələrdə istifadə edilə bilər. Praktik əhəmiyyəti isə trenenqlərin təşkili və aparılmasında köməkçi vasitə kimi iştirak edə bilməsidir.
Tədqiqatın gedişində istifadə edilən metodlar: Tədqiqatın ekspremental xarakter daşıyan üçüncü fəslində müşahidə və tədqiqatçı tərəfindən təşkil edilmiş sorğu materiallarından istifadə edilmişdir.
Buraxılış işinin strukturu: Buraxılış işi giriş, üç fəsil, hər fəslin müvafiq bölümlərindən, həmçinin nəticə və ədəbiyyat siyahısından ibarətdir.
I FƏSİL
TƏNHALIQ PROBLEMİNİN PSİXOLOJİ MAHİYYƏTİ VƏ ONUN
TƏDQİQİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
1.1. Tənhalıq probleminin psixoloji mahiyyəti və əsas xüsusiyyətləri
Tənhalıq problemini tədqiq edərkən qarşıya çıxan problemlərdən biri insanın fiziki cəhətdən təcrid olunması ilə tənhalığı eyniləşdirməyə cəhddir. Belə ki, adi danışıq dilimizdə, həmçinin bədii ədəbiyyat nümunələrində “ tənhalıq ” və “ təklik ” anlayışları sinonim kimi işlədildiyindən insanlarda bu anlayışların eyni məzmuna malik olması kimi yanlış fikir formalaşır. Eyni bir anlayışın bir halda obyektiv situasiyanı, digər halda isə subyektiv psixoloji vəziyyəti ifadə etmək üçün işlədilməsi halları ilə rastlaşa bilərik. Belə ki, insanın tək qalması hələ onun tənha olması demək deyildir. Müasir insanın üzərinə istiqamətlənmiş güclü informasiya axını, ardı – arası kəsilməyən və bəzən də məcburi xarakter daşıyan ünsiyyət, şəhər mühitində, ailədə, istehsalatda ictimai həyatın kütləvi forma aldığı şərait tənhalıq hissini nəinki azaldır, hətta onun kəskinləşməsinə səbəb olur. Bu halda deyə bilərik ki, müasir insan tənhalığı şəhər izdihamında, öz ailəsi daxilində, dostları içərisində hiss edir. 50-ci illərdə Amerikan sosioloqu Devid Rismen tərəfindən irəli sürülmüş “ tənha kütlə ” termini, elecə də ingilis yazıçısı və aktyoru Robert Morlinin müasir ingilis ailələrini təsvir üsulu və münasibəti daha aktuallaşıb.
Digər tərəfdən, bir çox alimlərin fikrincə cəmiyyət daxilində insanın sosial təcrid şəraitində olması psixozların inkişafına gətirib çıxara bilər. London tibbi – psixoloji assosiasiyasının prezidenti Ervin Stengelin bu probleme həsr edilmiş iclasda qeyd etmişdir ki, zaman keçdikcə insanlar həmsöhbət olaraq cansız predmetlərə – radio, televiziya, qəzetlərə; canlılardan isə insandan daha çox heyvanlara üstünlük verirlər. E.Stengelin mövqeyi ilə razılaşaraq əlavə etmək istərdim ki, bir çox hallarda bitkilərlə ünsiyyətin, onlarla vaxt keçirməyin üstünlükləri dəfələrcə qeyd olunur və bu tip hallar ünsiyyət prosesində özünəməxsus yer qazanmaqdadır.
Psixoloqların apardıqları tədqiqatlar sübut edir ki, insan üçün ən böyük cəza onu başqalarından ayırmaq və ünsiyyətdən məhrum etməkdir. Bu tip hallarda insanın öz – özü ilə ünsiyyəti, ehtiyac duyduğu insan səsi elə məhz öz səsi də ola bilər. Amma əlbəttə ki, bu heç də həmişə müsbət nəticə verməyə bilər və hətta təzadlar əmələ gətirərək patologiyaya səbəb ola bilər. [7,səh.15]
Lakin insanın başqalarının əhatəsində olması da mənəvi cəhətdən özünü tənha hiss edib – etməməsinə zəmin yaratmır. Belə ki, onun ünsiyyəti çox vaxt səthi xarakter daşıyaraq tənhalığı maskalaya bilər. Başqa sözlə ünsiyyətlilik yalnız insanın mənəvi tələbatını ödədiyi halda tənhalığa qarşı qoyula bilər.
Qeyd edilən hallarla yanaşı insanın daim başqalarının nəzarətində olması da, tək qalmasına imkan tapmaması da müsbət, arzuedilən hal kimi qiymətləndirilə bilməz. Hər bir insan müəyyən vaxt tək qalmağa ehtiyac duyur. Belə ki, insanlar arasında müəyyən məsafənin olması və bir – birindən müəyyən müddətə ayrı qalmaq hətta ən yaxşı münasibətdə belə faydalıdır. Güzəran psixologiyasında rast gəlinən “ uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir ” deyimi məhz insanlar arasında yaxın münasibətlərin qorunub saxlanması üçün müəyyən müddətlik təkliyin müsbət çalarlarını göstərməyə yönəlib.
İnsanın istəyərəkdən təkliyə çəkilməsi mütaliə etmək, yaradıcılıqla məşğul olmaq üçün, musiqi dinləmək və s. üçün ən yaxşı və rahat vəziyyətdir. V. Frankla görə yaradıcı təklik nə isə neqativ olanı – insanların olmamasını nə isə pozitiv olana – fikirləşmək imkanına çevirir.
Beləliklə qeyd edə bilərik ki, tənhalıq insanın emosional ünsiyyətə olan tələbatının frustrasiya vəziyyətidir. Başqa cür desək tənha insanların böyük əksəriyyəti ünsiyyətdə olmadığına görə deyil, ünsiyyətdə olub, lakin özünə qarşı laqeydlik, başa düşülməməzlik gördüyündən iztirab çəkən insanlardır.
Bir məqamı da qeyd edək ki, bir sıra müəlliflərin tədqiqatlarında olduğu kimi bu diplom işində də tənhalığa halət kimi baxılmışdır. Lakin bir sıra ədəbiyyatlarda tənhalıq xassə kimi tədqiq olunur, çünki həmin tədqiqatların subyektini təşkil edən insanlarda artıq tənhalıq ömür boyu müşahidə edilən bir şəxsiyyət keyfiyyəti kimi diqqət cəlb edir. Tənhalıq halətinin yaşanmasını belə dəizah etmək olar ki, tənhalıq – gözlənilən, arzu edilən münasibətin real münasibətə olan nisbətindən meydana gəlir.
1.2. Tənhalıq probleminin tədqiqinin əsas istiqamətləri
Tənhalıq problemi üç mərhələdə təhlil olunmuşdur. Birinci səviyyədə bu problem güzəran və məişət psixologiyası səviyyəsində nəzərdən keçirilmişdir. Məlumdur ki, bu səviyyədəki təhlilə folklor nümunələrində, eləcə də bir sıra janrlarda yazılmış bədii ədəbiyyat nümulərində rast gələ bilərik. Məhz bu cəhətdən hər bir xalqın ədəbiyyat nümunələrində, etnik xüsusiyyətlər nəzərə alınmaqla tənhalığın təzahür xüsusiyyətləri və onu doğuran səbəbləri barəsində müəyyən fikir və mülahizələr müşahidə edilə bilər. Azərbaycan klassik ədəbiyyatında “ Leyli və Məcnun” poemasında (Məcnun obrazı vasitəsi ilə) həm tənhalığı törədən sosial – psixoloji amillər, həm də təzahür formaları yüksək ustalıqla təsvir edilmişdir. Bundan başqa folklor, poeziya nümunələrində, hətta musiqi əsərlərinin bir çoxunda tənha, digər insanlar tərəfindən tərk edilmiş, ümidləri sınmış insanların keçirdiyi halətlər hərtərəfli şəkildə əks olunmuşdur.
Müasir dövr ədəbiyyatında da bu problemin təsviri ilə bir sıra janrlarda rastlaşa bilərik. Bu gün artıq tənhalıq nəsr nümunələri ilə yanaşı dedektiv janrın da ayrılmaz hissəsinə çevrilib. Əgər biz Çingiz Abdullayevin bir çox əsərlərini təhlil etsək, onun cinayətkarın kiçik yaşlarında qazandığı psixoloji travma, daha sonralar tənhalığa qapılması və deviant davranış nümunəsi olaraq cinayətə əl atması kimi faktlarla dəfələrlə rastlaşa bilərik.
Əgər klassiklərimizin əsərlərində “tənhalıq” anlayışı yaxın adamlarını itirmiş, sevgilisindən ayrılmış, fiziki cəhətdən tək qalmış insanların keçirdiyi hisslərin təzahürü kimi ortaya çıxırdısa, indi isə məzmununu dəyişmişdir. Müasir təsvirlərdə artıq tənhalıq insanları yaxın qohumların, tanışların, bir çox insanların içərisində haqlayır. Məsələn Rəsul Rza bir çox insan arasında dərdini deməyə insan tapmaması, Vaqif Səmədoğ-lunun “cənnət görmək istəyirsənsə, gözlərini yum, cəhənnəm görmək istədikdə isə aç” kimi fikirləri bariz nümunədir.
Tənhalıq probleminin elmə qədərki bu mərhələdə araşdırılması çox zəngin materiallara malikdir.
Problemin araşdırılmasında ikinci mərhələ elmi şəkildə yanaşma formasıdır. Artıq burada problemin nəzəri həllinə üstünlük verilir. Keçən əsrin ikinci yarısından başlayaraq Amerikada və Avropanın bir sıra qabaqcıl ölkələrində tənhalıq problemi fəlsəfi və sosioloji aspektlərlə yanaşı psixoloji aspektdə də tədqiq edilməyə başlanmış-dır. Həmin illərdə sovet psxoloqları bu problemi müəyyən dərəcədə tədqiq etsələr də, Azərbaycanda bir sıra sosial amillərdən irəli gələrək problem izah edilməmiş qalmışdır.
Üçüncü mərhələ isə ekspemental planda araşdırılma mərhələsi idi. Bu mərhələdə isə tənhalığın mexanizmləri, təzahür xüsusiyyətləri psixodiaqnostik metodların köməyi ilə tədqiq edilmişdir. Həmçinin psixoprofilaktik tədbirlərin də həyata keçirilməsinə başlanmışdır. Lakin sovet cəmiyyətində elmin ideolojiləşdirilməsi bu qəbildən olan problemlərin tədqiqinə qadağa qoyduğu üçün yenə də müəyyən çətinliklər əmələ gəlmişdir. [7,səh.19.]
Tənhalıq haqqında fikirlərini ilk dəfə olaraq Daniyel Perlman və Letisiya Enn Peplo qruplaşdırmağa cəhd etmişlər. Didaktik məqsədlə onlar bu fikirlərini, yəni tənhalıq probleminə yanaşma istiqamətlərini 8qrupda təsnif etmişlər.
1)Psixodinamik yanaşma; 2)Fenomenoloji yanaşma; 3)Ekzistensoal-humanistik yanaşma; 4)Sosioloji yanaşma; 5)İnteraksionist yanaşma; 6)Koqnitiv yanaşma; 7)İntim yanaşma; 8)Sistem-nəzəri yanaşma. [7.səh 29-34.]
1)Psixodinamik yanaşma. Ümumiyyətlə Z.Freydin tənhalıq probleminə çox az toxunmasına baxmayaraq, psixodinamik ənənələrin bir sıra davamçıları bu problemlə bağlı dəyərli fikirlər irəli sürmüşlər. Bunlardan C.Zilburq, H.Sallivan, F.Fromm- Reyxmanı göstərmək olar.
C.Zilburq tənhalığın psixoloji təhlili ilə bağlı əsər nəşr etdirən ilk müəllif sayılır. O, tənhalığın meydana gəlmə səbəblərini fərdin körpəlik dövründə axtarmağı lazım bilir. Belə ki, uşaq ilk gündən kiçik, zəif, aciz məxluq kimi hamı tərəfindən sevilməyə və bütün təlaatlarının ödənilməsinə öyrənir və bu da onda narsistlik meyllərinin yaranmasına gətirib çıxarır. Lakin, uşaq böyüdükcə cəmiyyət dasilində onun “narsistlik təbiətindən” irəli gələn təlabatları ödənilmədiyindən onda tənhalıq haləti və onun təzahürləri meydana çıxmağa başlayır.
H.Sallivan və F,Fromm-Ryxman da, Zilburq kimi, böyüklərdə olan tənhalığın köklərini onların körpəlik dövründə axtarırdı. F,Fromm-Rexman qeyd edirdi: “Qarşılıqlı yaxınlığa meyl insanda uşaqlıq dövründən başlamış bütün həyatı boyu saxlanılır və elə bir insan yoxdur ki, onu itirməkdən qorxmasın”
Harri Steyk Sallivan şəxsiyyətin inkişafında 6 mərhələ ayırırdı:
1. Körpəlik – səhih, aydın nitqin yaranmasını ilə bitən dövr.
2. Uşaqlıq – oyun fəaliyyəti ilə əlaqədar olaraq özündən böyük olan “yoldaşlara” ehtiyac, təlabat yaranər.
3. Kiçik yaş dövrü – oyun fəaliyyəti üçün özünəbənzər, əsl yoldaşa təlabat yaranır.
4. Yeniyetməlik dövrü – özütlə eyni cinsdən olan səmimi dostlara təlabat yaranır.
5. Gənclik dövrü – əks cinsdən olan partnyora təlabat yaranır.
6. Yetkinlik dövrü – əks cinsli pantnyora bəslənilən hisslər özü-özünə qarşı olan hissləri üstələyir.
H.S.Sallivanın fikrincə, tənhalıq məhz şəxsiyyətin inkişafının yuxarıda göstərdiyimiz dövrləri üçün xarakterik olan elementlərin çatışmazlışından,itirilməsindən, və yaxud da, itirmək qorxusundan yarana bilər. Bu cür elementlərin tərkibinə körpəlik dövründə nəvaziş və təmasa olan təlabat, kiçik yaş dövründə özgələşmə qorxusu və nəhayət daxil olur. Həmin müəllifin qənaətincə, özünün ən kəskin və tamamlanmış tənhalıq yeniyetməlik dövründən başlayaraqtəzahür edə bilər.
Tənhalığı analiz edərkən psixodinamik yanaşma modelinin nümayəndələri özlərinin klinik təcrübələrinə əsaslanırdılar və ona görədə tənhalığa pataloji nöqteyi-nəzərdən yanaşırdılar. Ümumiyyətlə, psixodinamik yanaşma tənhalığı – şəxsiyyətin inkişafında uşaqlıq təəssuratlarının təsiri kimi qiymətləndirirdi.
2) Fenomenolji yanaşma. Karl Rocers fenomoloji istiqamətin əsas nümayəndələrindən biri sayılır. K.Rocersin tənhalıq probleminin analizi çıxsiyyətin “Mən – nəzəriyyəsinə” əsaslanır. O, belə ehtimal edrdi ki, cəmiyyət fərdi öz davranışını sosial cəhətdən qəbul olunmuş və onun azadlığını məhdudlaşdıran normalara uyğun şəkildə tənzimlənməyə məcbur edir. Bu da fərdin daxili, həqiqi “Mən”i ilə başqalarına münasibətdə özünü göstərən “Mən”i arasında ziddiyyətə gətirib çıxarır. Fərdin həyatda müxtəlif sosial rollar oynaması ona həyatın mənasızlığını göstərir.
Bu nöqteyi nəzəri müdafiə edən digər tədqiqatçılar da belə bir hipotez irəli sürürlər ki, həqiqi və idealizə olunmuş “Mən” arasında uyğunsuzluq son nəticədə tənhalığa gətirib çıxarır. Rocers tənhalığın səbəbini fərdin daxilində axtarırdı.
Fenomeloji nəzəriyyə tərafdarları da psixodinamik meylli tədqiqatçılar kimi özlərinin klinik təcrübələrinə əsaslanırdılar. Lakin, onların əsas fərqləri bundan ibarət idiki, Rocers və onun tərafdarları şəxsiyyətin inkişafına ilkin uşaqlıq təəssuratlarının təsiri ilə biri oqədər də inanmırdılar. Əslində bu mülahizə ilə tamamilə razılaşmaq düzgüun olmazdı. Cünki bu halda tənhalığın genezisi ilə bağlı amillərin təsiri inkar edilirvə lazımınca nəzərə alınmır.
3) Ekzistensial yanaşma. Ekzistensialistlər insanın əzəldaən tənha olduğu “faktı”na istinad edirlər. Onlar göstərirdilər ki, “hər bir insanın keçirdiyi hissləri, fikirləri heç kəs onunla bərabər keçirdə və fikirləşə bilmir. Elə bu anda insan özünün real vəziyyətini – tənha olduğunu anlayır”.
Bu istiqamətin əsas nümayəndəsi K.E.Mustakas olmuşdur. O, göstərirdi ki, tənhalıq konkret reallıqdan irəli gəlir və insanın tənhalıqda keçirtməyə məhkum olduğu çətin situasiyalarla (həyati dəyişikliklər, faciələr, ölüm və s.) rasttlaşdığı anda meydana çıxır. K.Mustakas belə hesab edirdi ki, tənhalıq yaradıcı qüvvəyə malik ola bilər və insanı yaradıcı fəalityyətə zövq edə bilər. Beləliklə də, ekzistensialistlər insanları tənhalıqla bağlı qorxularını aradan qaldırmağa və tənhalıqdan pozitiv məqsədlərlə istifadə etməyə çağırırdılar. Ekzistensialistlər digər nəzəriyyəçilərdən fərqli olaraaq, tənhalığı müsbət qiymətləndirirdilər və onu insanın məhsuldar,yaradıcı bir vəziyyəti, haləti hesab edirdiər.
Lakin, tənhalığa ekzistensial yanaşma əslində tənhalığın bütün çalarlarını, yəni həqiqi psixoloji mahiyyətini əks etdirə bilmir. Xüsusən də tənalıq halətinin yaranması şəraiti onun təzahür səviyyələri fəsadları düzgün nəzərə alınmır.
4) Sosioloji yanaşma. Tənhalığa sosial yanaşmanın əsas nümayəndələri K.K.Boumen, D.Rismen və F.İ.Sleyterdir. onlar tənhalığı normal və ya qeyri-normal vəziyyətdən daha çox, cəmiyyəti xarakterizə edən normativ – ümumi statistik göstərici kimi qiymətləndirirdilər. Onlar tənhalığın səbəblərini insandan kənarda axtarırdılar. K.Boumen, D.Rismen və başqa sosioloqlar texnalogiyanın inkişafını, insanın həyatında baş verən mühüm sosila hadisələri (məsələn boşanma, immiqrasiya və s.) tənhalığa gətirib çıxaran amillər kimi qiymətləndirirdilər. Sosioloji yönümlü tədqiqtçılar öz fikirlərini irəli sürərkən əsas mənbə kimi birinci növbədə bədii ədəbiyyata, statistik məlumatlara və kütləvi informasiya vasitələrininməlumatlarına istinad edirdilər.
Əlbətdə, tənhalığın yaranmasında sosial amillər mühüm rol oynayır. Lakin, bir çox hallarda eyni sosial amillərin təsiri elə bir qisim adamlarda tənhalıq özünü aydın surətdə büruzə verir, digərlərində isə bu cəhət nəzərə çarpmır. Deməli, burada hər bir şəxsin dazili psixoloji vəziyyəti, fərdi-psixoloji xüsusiyyətləri mühüm rol oynayır. Məsələn, eyni sosial amil sanqvimik temperamentli şəxsdə bir emosional vəziyyət, menanxolikdə isə tamamilə başqa psixoloji halət yarada bilər. Beləliklə, yanlız sosial amillərə istinad edən müəlliflər tənhalığın formalaşmasında, təzahür xüsusiyyətləində, daxili mexanizmlərdə sırf fərdi-psixoloji xüsusiyyətləri nəzərə almaqla birtərəfli yol verirlər.
5) İnteraksionist nəzəriyyə. Tənhalıq probleminə interaksionist yanaşmanın formalaşmasında Robert S.Veysin çox böyük xidmətləri olmuşdur. R.Veys öz tədqiqatlarında tənhalığa tibbi nöqteyi – nəzərdən yanaşmış və onu xəstəlik kimi qiymətləndirmişdir. Bununla əlaqədar olaraq o, yazırdı: “Qışda insanlar arasında soyuadəymə geniş yayıldığı kimi, kəskin tənhalıq da insanlar arasında geniş yayılmış xəstəlikdir”. Buradan belə nəticə çıxarmaq olar ki, əgər tənhalıq xəstəlikdirsə, deməli ondan qorunmaq, “qaçmaq” onun profilaktikası da mümkün olar. Elə bundan çıxış edərək R.Veysin demək olar ki, əksər tədqiqatları tənhalıqdan “qaçmaq” üçün boşananlara, qocalara və s. yönəlmiş məsləhətlərlə, profialaktiki tədbirlərlə zəngindir. R.Veys tənhalığın müxtəlif affektiv reaksiyaya mali 2 tipini göstərib: emosional və sosial tənhalıq. Emosional tənhalıq kokret bir insana bağlılığın itirilməsi ilə, sosial tənhalıq isə sosial ünsiyyət üçün mümkün şəraitin olmaması ilə şərtlənir. R.Veys göstərirdi ki, hal-hazıra kimi tənhalığın öyrənilməsinə 2 istiqamətdə yanaşılmışdır:onlardan birincisi tənhalığın yaranma ehtimalı olan situasiyaları öyrənir;boşananlar, dul qalanlar, xəstəxana şəraitində olan və ya yaşayış yerini dəyişən insanların vəziyyətinin öyrənilməsi. İkincisi isə şəxsiyyətin xarakterini öyrənir;yəni öz daxili aləminə qapanma, utancaqlıq, aşağı özünüqiymətləndirmə və s. kimi xüsusiyyətlər araşdırılır.
6) Koqnitiv yanaşma. Letisiya Enn Peplo koqnitiv nəzəriyyənin əsas təbliğatçılarından biri olmuşdur. Bu nəzəriyyənin təradarlarının əsas götürdükləri cəhət ondan ibarətdirki, onlar tənhalığın yaranmasında idrakın, dərketmənin rolunu əsas faktor kimi xüsusi vurğulayırdılar. İdrakın rolunu qeyd edərkən Peplo atribusiya nəzəriyyəsinə xüsusi diqqət yetirmişdir. Məsələn, o, göstərir ki, insan tənhalığın səbəblərini dərk etdikcə tənhalıq hissi daha da kəskinləşir və uzun müddət onu aradan qaldırmaq çətinləşir.
Əlbəttə, hər kəsin öz tənhalığının səbəb və nəticələrini dərk etməsi, müəyyən nöqteyi – nəzərdən qiymətləndirməsi vacibdir. Lakin, məlumdur ki, tənhalıq haləti aydın dərk edilən idrak obyektinə çevrilinciyə qədər “səbəbi məlum olmayan emosional halət kimi” şüursuzluq sferasında özünə yer edir və zaman-zaman insanın nəinki idrak fəaliyyətinə (koqnitiv sferaya), eləcə də emosional-iradi proseslərinə ciddi təsir göstərir. Deməli, tənhalığı yanlız aydın dərk edilən psixi halət kimi qiymətləndirmək düzgün olmazdı.
7) İntim yanaşma. V.Derleqa və S.Marqulis tənhalıq probleminə toxunarkən “intimlik” anlayışını işlətmişlər. Onlar göstərirdilər ki, tənhalıq insanın şəxsiyyətlərarası münasibətlərində intimlik çatmadıqda meydana çıxır. Əlbətdə, bu amil tənhalığın yaranmasında mühüm rol oynayır. “Heç kəslə dərdi bölüşə bilməmək”, “özünə qəlb dostu tapa bilməmək” tənhalıqda az rol oynamır. Lakin, burada səbəblə nəticə bir-birini tamamlayır: insan həm ürəyini heç kəsə aça bilməməsindən tənhalıq haləti yaşaya bilər, həm də uzun müddət tənhalıq halətini yaşamasına görə başqaları ilə münasibətdə intimlikdən qaça bilər. Yəni intimliyin çatışmamasında səbəblər çoxluğunun təsirini də nəzərdən qaçırmaq olmaz.
8) Ümumi – nəzəri sistem yanaşma. C.Flanders tənhalıq probleminə ümumi–sistemli yanaşma ideyasını formalaşdırmışdır. Flandersə görə, tənhalıq əks əlaqə mexanizminə malikdir. O, tənhalığı potensial pataloji vəziyyət hesab etsə də, onun əks əlaqə mexanizminin əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. Əks əlaqə insanın ünsiyyət səviyyəsini daha da optimallaşdırmağa kömək edir.
1.3 Tənhalığa təsir edən başlıca amillər və onların əsas xüsusiyyətləri
Tənhalıq haləti müəyyən amillərlə sıx şəkildə asılılıq təşkil edir. Bu amillər sırasında obyektiv və subyektiv amillər vardır. Belə ki, diplom işinin timsalında yaşlı insanın ailəsi, onu əhatə edən insanlar qrupu, şəxsin iş rejimi, ailə daxili münasibətləri, təqaüdə çıxdıqdan sonrakı həyat şəraiti, bir sözlə daha ümumi desək ətraf mühit obyektiv sosial amillər kimi çıxış edərək onun tənhalığını şərtləndirə bilər. Lakin bu heç də bütün hallarda tənhalığa gətirən amillər deyil, çünki insanın şəxsiyyət keyfiyyətləri də vacib rol oynayır.
Tənhalıq halətinə təsir edən daxili – subyektiv səbəblər sırasında fərdi – psixoloji xassələr, temperament və xarakter xüsusiyyətləri, həmçinin şəxsiyyətin özünü qiymətləndirməsi, onun öz şəxsiyyətinə münasibəti, iradi keyfiyyətləri və s. nəzərdə tutulur.
Belə bir sual qarşıya çıxır: şəxsin interovert və ya ekstrovet olması tənhalıq halətini şərtləndirə bilərmi? K.Yunq bu anlayışları şəxsiyyətin şüurunun yönəliş istiqamətindən asılı olaraq tipoloji cəhətləri müəyyən etmək üçün irəli sürmüşdür. O qeyd edirdi ki, hər bir insanda iki cəhət də özünü göstərə bilər, lakin hansısa biri üstünlük təşkil edir. Ekstrovert insan başqa insanlara, ətrafdakı obyektlərə yönəlmiş olur. Bu tip insanlara ünsiyyətlilik, hərəkətlilik xasdır. Onlar başqaları ilə tez əlaqəyə girərək ünsiyyət qururlar, sosial adaptasiya prosesi onlarda daha yaxşı gedir. [7. səh 121-128.]
İntrovertlər isə öz daxili aləminə – fikir və hisslərinə yönəlmiş olur. Bu tip insanın bütün marağı özündə cəmlənmiş olur, özünütəhlilə, təkliyə meylli, ünsiyyətsiz, qapalı, sosial cəhətdən passiv olurlar. Sosial adaptasiyada çətinlik çəkirlər.
Növbəti sual bu formada təşkil edilə bilər: temperament tipləri ilə tənhalığın yaşanması arasında hansı asılılıq vardır? Əvvəlcə temperament tiplərinin qısa xülasəsi ilə tanış olaq və daha sonra onlar arasında mövcud ola biləcək asılılığı müəyyən edək.
Sanqvinik – Aktivdir, müvazinətlidir, dəyişkən həyatı situsiyalara, yeni tələbləə və yeni şəraitə asanlıqla uyğunlaşır. Ünsiyyətlidir, ətrafdakılarla asanlıqla dil tapır, yeni, tanımadığı adamlarla görüşəndə sıxılmır. Hər şeyə bir o qədər əhəmiyyət vermir, zarafatcıldır, şəndir, tam ümid və arzularla yaşayan bir insandır. Canlı mimika və ifadəli hərəkətlərə malik olduğu üçün onun üzünə baxanda onun əhval-ruhiyyəsini, müəyyən şeylərə və ya insanlara münasibətini asanlıqla duymaq olur. Onun yüksək mütləq həssaslıq həddi olduğu üçün, çox zəif səsləri və s. duya bilmir. Ekstravertdir.
Xolerik – sanqvinik kimi zəif həssaslığa malikdir, aktivdir, çox tez özündən çıxır, səbirsizdir,hövsələsizdir. Sanviniklə müqayisədə knartəsirlərə nisbətən gec uyğunlaşır. Yəni maraq cəhdəri sabit olur və diqqətin keçirilməsində çətinliklərlə üzləşə bilir. Ekstravertdir.
Fleqmatik – zəif həssaslığa və emosionallığa malikdir. Onu güldürmək və qəmləndirmək çətindir. Çox çətin və gec hirslənir və əvvəlcə fikirləşir ki, hirslənməyə dəyər ya yox. Böyük xoşagəlməzliklər olduqda belə o, sakit və təmkinli qalır. Adətən onun mimikası kasad, hərəkətləri və nitqi isə ifadəsiz və asta olur. Diqqətin keçirilməsi çox kətin olur və yeni şəraitə çtin uyğunlaşır.Səbrlidir,dözümlüdür, məqsədyönümlüdür, özünü ələ almağı və idarə etməyi bacarır. İ.P.Pavlova görə, fleqmatikə müəyyən mənada autizm xasdır. Lakin, bu autizm melanxolikin autizmi deyil. Yəni buradakı autizm öz gücünə qənaət etmə, boş yerə qüvvəsini sərf etməmə arzusundan irəli gəlir. İntrovertdir.
Melanxolik – yüksək həssaslığa malikdir. Yüksəkinertliklə, fəaliyyətsizliklə yanaşı yüksək həssaslığın olması ona gətirib çıxarır ki, adi, əhəmiyyətsiz bir şey onu ruhdan salaraq ağlamaq səviyyəsinə gətirib çıxara bilir. Həddən artıq hər şeyə həssasdır və tez inciyəndir. Səsi sakit, mimika və hərəkətləri isə ifadəsizdir. İnadcıl,enerjili deyil, tez yorulur, özünəinamsız və aciz bir insandır. İ.Kanta görə, melanxolik hər şeyə böyük məna verir, hər şeydə ehtiyat üçün bir səbəb axtarır, sanqvinik həmişə müvəffəqiyyətə ümidlə hər şeyi başlayırsa, melanxolik her şeydən əvvəl diqqəti çətinliklərə yönəldir. Sanqvinik səthi düşünür, melanxolik isə əksinə. Dərindən düşünür. Şənliyə az meyllidir.
İ.Pavlov melanxoliki autistik tip adlandırır və onun autizmini onunla izah edir ki, yeni şərait qarşısında qorxu hissi yaranaraq onda ləngimə gətirir və ümumiyyətlə, onun üçün həyatın hər bir təzahürü ləngidici agent rolunu oynayır. O, heç nəyi inanmadığı, heç nəyə ümid etmədiyi üçün hər şeydə təhlükəli, pis şeyləri görür. Zəif tipdir,utancaqdır, cəsarətsiz qətiyyətsizdir. İntrovertdir.
Bütün bu xüsusiyyətləri nəzərə alsaq, ilk növbədə belə bir fikrə gələ bilərik ki, introvert tipə məxsus insanlartənhalıq halətinə daha meylli olurlar. Yəni xarici obyektlərə, insanlarla ünsiyyətə yönümlü olan ekstravertlərdən fərqli olaraq, subyektiv aləmə yönümlü olan introvertlərin öz daxili aləmini tez-tez “səyahət” edib orada sırf subyektiv yaşantı olan tənhalığı “müşahidə etmə” şansı daha çox ola bilər. Başqaları ilə ünsiyyətdə olmağa, ətrafdakılarla münasibətlər qurmağa təşəbbüslü olan ekstravertlərlə üstəlik sosial adaptasiya prosesinin də nisbətən asan getməsi onları tənhalıq halətini yaşamaqdan da sığortalayır. Əksinə, bütün fikrini, diqqətini əsasən özünütəhlilə yönəldən, ünsiyyətsiz, qapalı təkliyə meylli, sosial əlaqələrin qurulmasında passiv mövqe tutan insanın başqaları ilə olan münasibətlərindən, ünsiyyətindən razı qalması bir qədər şübhə doğurur. Yəni, bizim bu qənaətlərimiz Amerika psixoloqlarının apardığı tədqiqatlarla da, demək olar ki, səsləşir. Belə ki, xoşbəxtlik probleminin tədqiqiilə məşğul olan psixoloqlar xoşbəxtlik hissi ilə ekstraversiya arasında sabit əlaqənin olduğunu göstərirlər. Yəni, onların fikrinə görə, bu əlaqə o qədər möhkəmdir ki, hətta ekstraversiya xoşbəxtliyi əvvəlcədən “təyin” edə bilər. Lakin, qeyd etmək lazımdır ki, həmin psixoloqlar şəxsiyyətin ekstravert xüsusiyyətlərinin xoşbəxtlik hissini şərtləndirdiyini deyərkən əsasən ünsiyyətlilik, sosial əlaqələrin genişliyini nəərdə tuturlar: “Ümumilikdə ekstrovertlər introvertlərə nisbətən daha xoşbəxtdirlər. Lakin, burada başlıca olaraq sosial əlaqələrin səviyyəsi nəzərə alınır. Yəni eksperimentləri göstərir ki,sosial əlaqələrin artması xoşbəxtlik hissinin artmasına gətirib çıxarır”.
Beləliklə də, bütün deyilənlərdən belə nəticə çıxara bilərik ki, diqqətini bütünlüklə öz hisslərində cəmləyən, daima öz problemlərini çözələyən, ünsiyyətdən yayınaraq yanlızöz problemləri ilə məşğul olan introvertlərdə, ekstravertlərlə müqayisədə, tənhalıq hisslərinin yaranma ehtimalı daha çoxdur.
Bu nəticəni introvert və ekstravert xüsusiyyətlərini özündə ehtiva edən temperament tiplərinə də şamil etsək, onda temperamentə görə sanqvinik və xolerik olan ekstravertlərdə, melanxolik və fleqmatiklərlə müqaisədə tənha olma, bu hissi yaşama şansının daha az olduğunu deyə bilərik. Lakin, temperament tiplərinin sadəcə ekstraversiya və introversiyanın deyil, digər daha da mühüm, spesifik xüsusiyyətlərin də daşıyıcısı olduğunu nəzərdən qaçırmaq olmaz. Düzdür, melanxolik və fleqmatik tipli insanların introvert xüsusiyyətləri – qapalılığa, təkliyə meylli olması onların ünsiyyət imkanlarını xeyli məhdudlaşdırır. Lakin, digər tərəfdən, güclü, təmkinli, iradəli, qətiyyətli, fiziki və sosial təcrid şəraitinə kifayət qədər səbrlə dözən fleqmatiklə müqaiysədə nisbətən qətiyyətsiz, zəif, depressiv emosiyalara meyilli, daima başa düşülməyə, halına yanan, dərdinə şərik olan insana təlabat duyan melanxolik tip tənhalıq halətini daha kəskin yaşaya bilər. Yəni fleqmatikin hər bir şeyə təmkinlə yanaşması, həssaslıq və emosionallıq səviyyəsinin zəif olması, məqsədyönümlülüyü və özünü əla ala bilmə, idarə etmə bacarığının olması, onda hətta tənhalıq haləti yaransa belə onunla “mübarizə” üçün potensial imkanlar yaratmış olur. Digər tərəfdən, hər şeyə həddən artıq həssas olan, tez inciyən, cəsarətsiz, utancaq və özünəinamsız melanxolikin qeyd olunan keyfiyyətlərinin şəxsiyyətlərararsı münasibətlərdə özünü göstərməsi onu potensial tənha bir insana çevirməklə yanaşı, yüksək inertliyi, fəaliyyətsizliyi, tez ruhdan düşməsi, pessimistliyi və acizliyi onun bu haləti daha kəskin keçirməsini şərtləndirir və onunla mübarizə üçün daxili imkanlarını məhdudlaşdırır.
Bu baxımdan yanaşsaq, sanqvinik və xolerikdə də tənhalığın təzahür zəviyyəsi başqa – başqa olacaqdır. Yəni hər şeyə bir o qədər əhəmiyyət verməyən sanqviniklə müqayisədə kiçicik bir şeyə görə özündən çıxan, hövsələsiz, səbirsiz xolerikin ətrafındakılarla konfliktə girəcək münasibətlərini korlaması nəticəsində tənha olma şansı daha çoxdur. İstənilən situasiyaya asanlıqla uyğunlaşan, ətrafındakılarla asanlıqla dil tapan, şənliyə meylli, hər şeyin yanlız yaxşı tərəfin fikirləşən bir insanın – konkret olaraq sanqvinikin özünü tənha hiss etməsi bir o qədər inandırıcı görünmür. Hətta bu haləti yaşamış olsa belə, aktiv, müvazinətli olması, uzun müddət bir şey haqqında fikirləşmək iqtidarında olmaması, hər şeyə səthi yanaşması tənhalıq halətinin daha dərinlərdə kök salmasının qabağını alaraq onun tez keçib getməsinə imkan verir.
Digər tərəfdən, ayrı-ayrı temperament tiplərində tənhalıq halətinin təzahür səviyyələrini müəyyən etmək üçün təhlil aparsaq, onda belə bir qənaətə gələ bilərik ki, ünsiyyətsiz, təkliyə meylli melanxolik və fleqmatiklə müqayisədə ünsiyyətə, aktivliyə meyilli sanqvinik və xolerik temperament tipli insanların fiziki təkliyə dözümlülüyü nisbətən zəif olur. Yəni fiziki təkliyin özü onlarda tənhalıq halətinin yaranmasına gətirib çıxara bilər. Əksinə, fleqmatik və melanxolikin öz daxili aləminə yönümlü olması, öz fikir və hissləri üzərində düşünməyə “həvəsli” olması kimi xüsusiyyətlərini nəzərə alaraq, deyə bilərik ki, bu temperamentdə olan insanlar üçün intensiv ünsiyyət şəraitinin özü – özüylə tək qalmaq üçün məhdud imkanların olması onlarda kommunikativ yprğunluq və ətrafdakı insanlarla konflikt şəraitinin yaranması üçün zəmin yarada bilər. Məsələyə başqa aspektdən yanaşsaq, onda belə bir cəhəti də qeyd edə bilərik ki, melanxolik və fleqmatiklərdə tənhalıq daha çox emosional, xolorik və sanqviniklərdə isə sosial tipdə yaşana bilər. Yəni ünsiyyətin kəmiyyətdən daha çox keyfiyyət tərəfini dəyərləndirən melanxolik və fleqmatikin konkret bir insana bağlılığın itirilməsi, ünsiyyətdə intimliyin olmamasından, ünsiyyət üçün mümkün şəraitin olmamasından tənhalıq halətini yaşama ehtimalı çox ola
Baxış sayı: 1. 193
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
BURAXILIŞ İŞİ
növbəti yazı
KURS İŞİ

Related Posts

AİLE HAQQINDA

19 Aprel 2019

Şəxsiyyətin sosiallaşmasını şərtləndirən amillər

19 Aprel 2019

Referat

19 Aprel 2019

K U R S İ Ş İ

19 Aprel 2019

BURAXILIŞ İŞİ

19 Aprel 2019

A V T O R E F E...

19 Aprel 2019

KURS ISI

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Kurs işi

19 Aprel 2019

kurs işi

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net