Uşaq şəkilləri təkcə psixoloqların diqqətini cəlb etmir. Pedaqoqlar, sosial işçilər, pediatrlar, psixiatrlar və bəzən valideynlər də uşaq şəkilləri ilə tez-tez məşğul olurlar. Rəsm testlərinin yayılması və onların demək olar ki, hər yerdə olması uşaq rəsmlərini “təhlil edən” qeyri-mütəxəssislərin də sayının artmasına səbəb olub. Uşaq şəkillərinə baxaraq, gəncin emosional vəziyyəti, ünsiyyət bacarıqları, daxili münaqişələr, ailə problemləri və hətta zəka haqqında məlumat verən bir çox resurs tapmaq mümkündür. Belə bir məlumat qarışıqlığı içində düzgün məlumata çatmaq çətindir. Bu bölmədə Di Leo, Qudenough, Harris, Kellog, Venger, Durkeevich, Muhina, Stepanov, Yavuzer kimi şəkil analizi ilə bağlı araşdırma aparan əsas tədqiqatçı və ekspertlərin araşdırmalarına əsasən , uşaq şəkillərini analiz edərkən nəzərə alınması lazım olan ümumi fikirləri müəyyənləşdirmişdir. Bu ümumi baxışlara görə uşaq rəsmləri aşağıdakı xüsusiyyətlərə görə qiymətləndirilməlidir.
Rəng Seçimi
Uşaq şəkillərini qiymətləndirərkən ilk növbədə rənglərə diqqət yetirilməli olduğu qəbul edilir. Luscher başda olmaqla, bir çox tədqiqatçı, rənglərin emosional vəziyyətlərin əksi olduğunu iddia edir. İnsanların psixi vəziyyətləri ilə rəng seçimi arasında birbaşa əlaqə olduğunu iddia edən çoxlu tezislər var. Rənglər əlbəttə vacibdir; amma uşaqlara gəlincə, diqqət yetirilməli olan bir detal da var: “Uşaq həmişə qara rənglərlə boyanmışdır, bu, depressiyaya düşdüyü və ya qırmızıdan çox istifadə edir, bu, çox aqressiv olduğunu göstərir”. Uşağın çəkdiyi şəkildə kifayət qədər rəngli karandaşlar varmı? Uşaq istədiyi rəngə asanlıqla çata bilərmi? Nə qədər tez-tez eyni rəngə üstünlük verir? Seçim olanda həmişə əsasən eyni rəngi seçir, yoxsa lazım olanda seçir? Tez-tez üstünlük verdiyi rənglə daha hansı rəngi birləşdirir? kimi suallara cavab axtarılmalıdır: Çox vaxt uşaqlar, xüsusən də uşaq bağçalarında qrup şəklində şəkil çəkərkən ortaq şəkildə qələmlərdən istifadə edirlər. Bu zaman buludların qara, səmanın qırmızı olacağı ehtimalı yüksəkdir. (Stepanov, 2004).
Əgər uşaq ailənin şəklini çəkibsə, ailə üzvlərinin hansı rəngə boyandığını fikir vermək lazımdır. Nəzərə almaq lazımdır ki, ailədə hər hansı bir şəxs həmişə eyni rəngə boyanırsa, eyni obyekt həmişə eyni rəngə boyanırsa, bu araşdırılmalıdır. Eyni uşağın müxtəlif vaxtlarda çəkdiyi şəkillər müqayisə edilməlidir. Müxtəlif vaxtlarda çəkilmiş şəkillər arasında nəzərə çarpacaq hər hansı əhəmiyyətli dəyişikliklərin olub-olmaması araşdırılmalıdır.
Vengerin (2011) araşdırma nəticələrinə görə, tünd qəhvəyi, qara və boz rənglərdən ümumi istifadə depressiv vəziyyətlərin əlamətidir. Qırmızı rəngin həddindən artıq istifadəsi ətrafda müvəqqəti narahatlıq və emosional gərginlik olduğunu göstərir. Qırmızı rəngə həmişə üstünlük verilirsə, nevrotik bir vəziyyət və ya ruhsal çaxnaşma var deməkdir. Qırmızı rəngdən və digər tünd tonlarla birlikdə tez-tez istifadə edərsə depressiyadan danışa bilərik. Tünd mavi və bənövşəyi rənglərin çoxluğu aşağı əhval-ruhiyyəni və ya yüksək həssaslığı göstərir. Tutqun rənglərin əksəriyyəti narahatlıq və həssaslıq kimi şərh olunur. Uşaq bütün rəng seçimlərinə malik olsa da, hamısından istifadə etmək əvəzinə yalnız iki və ya üç rəngdən istifadə edərsə, passivlik və yorğunluq, zəiflik və ya hətta depressiya ola bilər.
Xəttlərə görə Qiymətləndirmə
Qələmi nə qədər sıxaraq çəkir? Xətləri necədir? kimi suallara cavablar axtarılmalıdır: Xəttlər nazik, zəif və qeyri-müəyyəndirsə, bu, utancaqlıq, passivlik, zehni yorğunluq və ya incə motor problemlərini göstərir. Əgər pozan çox istifadə olunursa, özünə inam problemləri, emosional dalğalanmalar və yüksək narahatlıq səviyyələri ola bilər. Uşaq əvvəlcə rəsm çəkərkən qırıq-qırıq xəttıiyib şəkil çəkərək alt quruluş yaradırsa sonra yuxarıdan daha qalın çəkərsə narahatlığını idarə etmək istəyir. Şəklin əsas xəttlərinin aydın və görünən şəkildə çəkildiyi və kağızda iz qoyduğu halda emosional gərginlik və impulsivlik sual altındadır. Əgər cızılan yer qələm təzyiqindən qoparsa, münaqişə, aqressiya və ya hiperaktivlik ola bilər.
Şəkillərin Ölçüsü
Əgər çəkilmiş insan və ya heyvan şəkli həddən artıq böyükdürsə, bütün səhifəni əhatə edirsə və ya hətta aşıb-daşırsa, bu, narahatlıq və ya stress əlaməti ola bilər. İmpuls nəzarəti problemləri və hiperaktivlik vəziyyətində də böyük şəkillər çəkilə bilər. Əgər çəkilmiş şəkil kiçikdirsə, səhifənin yalnız bir küncündə yerləşirsə, uşağın özünə inamı aşağıdır. Eyni uşağın şəkillərinin ölçüsü dəyişkəndirsə, onlar emosional dalğalanmalar yaşayırlar.
Şəklin Kağızda Yerləşdirilməsi
Kağızdan necə istifadə edildiyi, haraya, nəyin və ya kimin çəkildiyi, şəklin necə çəkildiyi, çəkilən şəklin ətrafının vəziyyəti; yuxarıda, aşağıda, sağda, solda və s. olması şəklin səhifədəki yeri ilə əlaqəlidir. Bütün bunlar ağılda formalaşan obrazın hərəkətə çevrilməsində kağızın təsirinin göstəriciləridir. Kağız üzərində çəkilmiş simvolun (şəklin) arxası ilə solundakı sahə, keçmiş dövrü və fəaliyyətsizliyi simvollaşdırır. Bu sahə aktiv deyil. Düşüncə ilə hərəkətlilik arasında aktiv əlaqə yoxdur. Yəni, düşüncə ilə o düşüncəni gerçəkləşdirəcək hərəkət arasında bağ yoxdur. Məsələn; obyektin sol və arxa tərəfi keçmişi, unutqanlığı və ya həsrəti, əhəmiyyətsizliyi ifadə edə bilər. Çəkilmiş şəklin sağ tərəfi, qabağı və üstü gələcəklə bağlıdır və aktivdir. Məsələn; Bu, zehni məşğul edən düşüncələr, aktiv məsələlər və aktiv bir münasibət kimi vəziyyətləri ifadə edə bilər. Şəklin sol və aşağı tərəfləri mənfi və depressiv emosiyaları göstərən sahədir. Bu sahə həm də etibarsızlıq və passivliyi təmsil edir. Sağ tərəf (dominant sağ ələ uyğun olaraq) müsbət emosiyalar sahəsidir. Sağda aktivlik, aydınlıq və konkretlik var (Venger, 2011).
Şəklin nə qədər ətraflı çəkildiyinə diqqət yetirmək lazımdır. Şəkil nə qədər detallıdır? Çox detallar varsa, uşağın xəyal gücü və yaradıcılığı inkişaf etmişdir. Yalnız bu detalların hansı cür detallar olduğuna diqqət yetirmək lazımdır. Əgər çəkilmiş detal tək tip və çoxsaylıdırsa, məsələn; Əgər uşaq əsgər formasının üzərinə bezmədən 39 düymə çəkirsə və ya çəkdiyi balığın üzərinə 154 pulcuq vurursa, narahatçılıq, inadkarlıq və ya mükəmməllikdən söhbət gedir.
Uşağın Şəkil Çəkmə Tempi
Əgər uşaq tələsmədən diqqətlə şəkil çəkirsə, bu onun xasiyyəti ola bilər. Yavaş, lakin istəksiz və yola verdi çəkirsə, bu, passivlik, tükənmişlik və depressiv vəziyyətin əlamətidir. Uşaq şəkli tələsik çəkirsə, şəkil dağınıq və səliqəsizdirsə, hiperaktivlikdən danışa bilərik və ya uşaq çəkmək istəmirsə, tez bir zamanda çəkmək və ondan qurtulmaq istəyir.
Uşaq çəkərkən çəkdiyi şəkli danışırsa, pozitiv və həvəslidir. Bu uşağın da psixolojik vəziyyəti yaxşıdır. Əgər uşaq davamlı olaraq “doğrudur, yoxsa yox” deyərək təsdiq alırsa, o, mükəmməllikçidir və ya özünə inamı aşağıdır. Səhv etməkdən qorxan və risk edə bilməyən biri də ola bilər. Əgər uşaq rəsm çəkməyə həvəs göstərmirsə və davamlı olaraq “darıxıram, bezdim” kimi sözlər deyirsə, ofluyub-püflüyürsa; mənfi münasibəti olan, çətinliklərdən qaçan, məsuliyyət götürmək istəməyən, ünsiyyətdə bacarıqsız bir şəxsiyyət var (Semenova & Semenova, 1996).
Lakin bütün bunlar haqqında mühakimə yürütməzdən əvvəl bu işarələrin davamlılığına baxmaq lazımdır. Uşaq haqqında tək bir əlamətə görə mühakimə yürütmək yanlışdır. Narahatçılıq və depressiya əlamətləri bir neçə fərqli ünsürdə görünsə də, şəkilə görə qərara gəlmək üçün başqa cəhətlər də araşdırılmalıdır. Rəsmlərdə ümumi təəssürat və hekayə çox önəmlidir. Şəklə baxanda izliyən də hansı təəssürat yaradır? Unutmamalıyıq ki, hər kəsin fərqli baxış bucağı var. Eyni şəkil bir insan üçün problemli, digəri üçün isə olduqca adi və ya normal ola bilər. Amma elə şəkillər var ki, ona baxan adamda həmişə eyni təəssürat yaradır. Qan şəkli, zorakılıq şəkli, aqressiya şəkli uşağın yaşına uyğun olmayan şəkildə çəkilsə, demək olar ki, hər kəsin diqqətini çəkər. Kəsilmiş orqanlar, forma və nisbətlərdə şişirdilmiş fərqlər də diqqət çəkən elementlərdir. Həm Venger, həm də Di Leonun fikrincə, belə əlamətlər problemin olduğunu göstərir. Belə olan halda onu daha əhatəli şəkildə araşdırmaq və tədqiq etmək lazımdır. Daha çox araşdırmaq üçün hazırlanmış proyektiv testlər var. Elmi cəhətdən hazırlanmış bu şəkil testləri sayəsində uşağın vəziyyəti daha aydın olacaqdır.
Bundan əlavə, mütəxəssislərin uşaq şəkillərini şərh edərkən diqqət etməli olduğu bəzi prinsiplər aşağıdakılardır;
1. Şəklin uşağın inkişaf səviyyəsinə və intellekt səviyyəsinə uyğunluğu yoxlanılmalı,
2. Uşaq şəkillərini təhlil edən mütəxəssis şəklin nəinki yaşa uyğunluğunu, həm də bəzi spesifik (xüsusi) əlamətlərində fərqinə varmalı,
3. “Məktəbəqədər” dövründəki uşaqlara şəkil çəkdirmə mərhələsində həddən artıq göstəriş verməməyə diqqət etməlidir. Şəkil çəkmək işi oyun əhval-ruhiyyəsində olmalı və müqayisə etmək, xal vermək kimi uşağı narahat edə biləcək vəziyyətlərə diqqət yetirilməli,
4. Xüsusi diaqnoz qoyma vəziyyətlərində (fərdi, kritik qərarlar qəbul edərkən) şəkil analizi dəstək məqsədi üçün istifadə edilməlidir. Tək şəklə baxaraq kritik qərarlar verilməməli,
5. Eyni materiallardan istifadə etməkdə həmişə diqqətli olunmalıdır. Məsələn, A4 formatlı kağız, uyğun tipli karandaş və pozan növləri kimi,
6. Rəsm mərhələsində uşağın vəziyyəti və hərəkətləri diqqətlə izlənilməli (gözə dəymədən) və mühüm ipuçları qeyd edilməlidir. Məsələn; uşağın davranışındakı xüsusiyyətlər, şəkil çəkmə üsulu, pozandan istifadə, vərəqlərdən istifadə, uşağın şifahi ünsiyyəti və s. kimi,
7. Bilinməlidir ki, uşağın özünün bədən inkişafı istiqamətli zehni canlandırma yaratma səviyyəsi insan obrazı ilə düzünə əlaqəli olduğunu
8. Uşağın görmə qavrama vəziyyəti haqqında önməlumatın olması
9. Unutmaq olmaz ki, şəklin uşağın bədii istedadını göstərdiyi kimi bəzi patolojik vəziyyətlərini də göstərdiyini,
10. Şəkil heç vaxt diaqnoz məqsədi ilə özbaşına istifadə edilməməli,
11. Şəkillər vasitəsilə əldə edilən məlumatlar, digər testlərin nəticələri. Ana-ata danışma kimi başqa yollarla alınan məlumatlarla müqayisə edilməli və dəstəklənməlidir,
12. Bilin ki, qiymətləndirmə zamanı şəkikdəki əlamətləri şişirtmək, əlamətləri görməməkdən daha çox səhvə yol açdığı bilinməlidir (Shvansara, 1978).
PSİXOLOJİ ÇƏKİM TESTLƏRİNİN TƏTBİQ ÜSULLARI
Ümumiyyətlə, şəkil testlərini tətbiq edərkən izlənilən üsul oxşardır. İlk növbədə təcrübəçi A4 formatında təmiz vərəq, çox sərt olmayan karandaş (xəttlərin qalınlığını düzgün qiymətləndirə bilmək üçün) və pozan verilir. Şəkillərin şərh edilməsini çətinləşdirməməsi üçün, qələm və marker istifadə olunmamalıdır. Təlimatlar aydın və başa düşülən olmalıdır. Məktəbəqədər yaşlı uşaqların rəsm çəkərkən oyun əhval-ruhiyyəsində olması vacibdir.
İlk müsahibədə mövzunun çəkilməsi daha rahat olan və təzyiq hiss etməyəcək şəkillərin olması daha yaxşı olardı. Məsələn, sərbəst rəsm çəktirilə bilər. “Mövcud olmayan heyvanı çək” testi də mövzu üçün daha rahat bir testdir. Çünki heç bir qayda və məhdudiyyət yoxdur. Hiss etdiyi kimi çəkə bilər. Bu cür testlər mövzunu rahat hiss etdirəcək və müqavimət inkişaf etdirməyəcəkdir.
Şəkil çəkilərkən aşağıdakılara diqqət yetirilməli və lazım gəldikdə təcrübəçiyə məlumat verilmədən qeydlər aparılmalıdır;
1. Səhifənin mövqeyi necədir (üfüqi, şaquli)?
2. Şəkil çəkmək üçün nə qədər vaxt sərf olunur?
3. Şəkil üzərində çəkilmiş əşyaların və detalların çəkilmə ardıcıllığı
4. Şəkil bitdikdən sonra verilən suallara verilən cavabların məzmunu.
Rəsm bitdikdən sonra təcrübəçiyə istifadə etdiyi rəsm haqqında mütləq soruşulmalıdır. Ondan şəkli başa salması və ya şəkil haqqında kiməsə danışması tələb oluna bilər. Cavablarda da qeyd edilməlidir. Şəkil necə olursa olsun mütləq qiymətləndirilməlidir. Rəsmi olduğu kimi qəbul etməli və heç bir şəkildə tənqid olunmamalıdır.