Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
KateqoriyaMaraqlı məlumatlar

20 psixoloji effekt

yazdı Admin 15 Fevral 2022
yazdı Admin 15 Fevral 2022
20 psixoloji effekt

İnsan tənbəl bir varlıqdır, xüsusən də onun beyni. Beyin elə yaradılıb ki, özü-özünü ifrat məşğuliyyətdən, yorulmaqdan qoruya bilir. İş həcmi artıqca bir çox funskiyalar, qərarlar avto-pilot rejimə keçir, mövcud düşüncə şablonlarına görə işləyir. Psixoloqlar insanın qərarvermə prosesinə təsir edən 20 fərqli psixoloji effekt olduğunu bildirir:

1. Lövbər effekti

İnsanlar bir şey barədə qərar verərkən onu əvvəlki halı ilə müqayisə etməyə meyl edir. Yeni işə qəbulda HR menecer sizin əvvəlki maaşınız ilə maraqlanırsa, yeni maaş təklifini də əvvəlkinə müvafiq olaraq təyin edəcəyi üçündür. Və ya endirimdə olan mal əvvəl 100, indi isə 50 manatdırsa siz, bu qiymətin də əslində baha olduğunu düşünmədən, endirimli qiymətin çox cazib olduğuna qərar verəcəksiniz.

2. Ümumiləşdirmə effekti

İnsanlar ilk baxışdan xırda, əhəmiyyətsiz və yetərsiz informasiyanı öz maraqlarına xidmət edəcək şəkildə ümumiləşdirib nəticə çıxartmağı, qərar verməyi xoşlayır. Məsələn, “Bir tanışımın100 yaşı var, gündə 3 paçka siqaret çəkir” yanaşması ilə siqaretin zərərli olmadığı qənaətinə gəlir.

3. Kütlə effekti

Bir fikri, düşüncəni nə qədər çox adam qəbul edirsə, dəstəkləyirsə sizin də bu fikir ilə razı olacağınız ehtimalı artır. Bu kütlə düşüncəsinin təsiridir. Heç kim digərlərindən fərqlənməyi xoşlamır. Bu səbəbdən də, çox adamın iştirak etdiyi müşavirələr, müzakirələr məhsuldar deyil.

4. Kor ləkə effekti

“Öz gözündə tiri görmür, başqasında çöp axtarır”. Bu atalar sözü “kor ləkə effektini” çox yaxşı ifadə edir.

5. İnandırma effekti

Bir qərar qəbul edəndən sonra, nə qədər neqativ, mənfi olsa belə, biz bu qərarı ağartmağa, müsbət işıqda qələmə verməyə çalışırıq.

6. Sistemlilik illuziyası

Təsadüfi hadisələrdə müəyyən bir sistem, qanunauyğunluq görməkdir. Məsələn, bir-neçə dəfə ardıcıl olaraq uğurlu satış gerçəkləşdirib, səbəbini sevdiyiniz köynəkdə görürsünüzsə sistemlilik illuziyasına qapılmış olursunuz.

7. İstinadda qərəzlilik

Biz, öz fikrimizə yaxın olan, onu təsdiq edən düşüncələri daha rahat qəbul edirik. Düşüncələrimizə zidd olan fikirləri isə bəri başdan rədd etməyə meylliyik.

8. Konservativ düşüncə tərzi

Əksər insanlar konservativ düşüncə tərzinə sahibdir və yeniliklərdən çəkinir, ehtiyat edir. Zamanla sınaqdan keçmiş, özünü sübut etmiş qərarları verməyə üstünlük verir, informasiyaya etibar edir. Bu səbəbdən də “dünya yuvarlaqdır” fikrini asan qəbul etmirdilər.

9. İnformasiya təhrifi

İnformasiyanın çoxluğu hər zaman yaxşı demək deyil. İnsanlar informasiyadan, daha doğrusu bu informasiyanı həzm etməkdən qorxur. Və təcrübə göstərir ki, daha az informasiya ilə insanlar çox vaxt düzgün qərarlar qəbul edir.

10. Dəvəquşu effekti

Bu psixoloji effekt ad olaraq özünü yaxşı ifadə edir – neqativ və xoşagəlməyən informasiyadan qaçmaq insanın təbiətindədir. Xüsusən digər neqativ hadisələrin fonunda insanlar xoşagəlməyən xəbər eşitməkdən çəkinirlər.

11. Nəticəyə görə hökm vermək

Bacarana can qurban. İnsanda qərarın düzgünlüyünə nəticəsinə görə hökm vermək meyli yarana bilər. Əslində isə qərarın düzgünlüyü barədə qərar verərkən bu qərarın qəbul olunduğu şərtləri və səbələri analiz etmək lazımdır. Kazinoda udmaq hələ o demək deyil ki, oynamaq barədə qərar düzgün idi.

12. Həddən artıq özünə əminlik

Həddən artıq özünə əmin olmaq gündəlik həyatımızda bizi riskə ata bilər. Bu psixoloji effekt daha çox peşəkarlara xasdır, onlar bu səhvə daha tez düşür, çünki onlar bilik və təcrübələrinə daha çox arxalanırlar.

13. Plasebo effekti

Əhəmiyyətsiz bir şeyin təsir gücünə inanmaq, tibbdə bəzən istifadə olunan plasebo tabletləri kimi.

14. İnnovasiyaların ifrat faydalılığa inanmaq

İnnovasiyaların bir çox tərəfdarı onların həddən artıq faydalı olduuna inanır və bir sıra məhdudiyyətlərini, ziyanlı tərəflərini görmür.

15. Yenilik illuziyası

Yeni informasiyasını köhnə informasiyadan daha vacib hesab etmək illuziyası. İnvestorlar bəzən yeni məlumatı daha vacib hesab edir, əvvəlki datanı incələmədən bugünkü yüksək satışlara görə şirkətin parlaq gələcəyi barədə qərar verir.

16. Sadələşdirmək illuziyası

İnsanın və ya ideyanın asan seçilə və yadda qalan bilən hal və xüsusiyyətlərinə fokuslanmağa meyillilik. Ölüm barədə düşünəndə siz daha çox şir tərəfindən yeyilərək ölmək ağlınıza gəlir, halbuki maşın qəzasında ölmək şansınız daha çoxdur.

17. Seçici qavrayış

Arzu və gözləntilərin dünyanı necə qavmamıza təsir etməsidir. Məsələn, eyni səhvləri sevdiyiniz bir insanda çox vaxt görməsək də, bəyənmədiyimiz bir adamda görəndə həmin an diqqətimizi çəkir.

18. Steriotipləşdirmə

Beynimizdə formalaşan müəyyən steriotiplərə əsasən qərar verməkdir. Bu psixoloji effekt tanımadığınız bir adamda gördüyünüz müsbət bir keyfiyyət (nəzakətli olması) sizi o adamı yaxşı insanlara aid etməyə sövq edəcəkdir. Bəzən belə bir tələsik qərar sizi yanılda bilər.

19. Sağqalan səhvi

Bu səhv ona görə yaranır ki, biz ancaq “sağqalandan” informasiya əldə edə bilirik, “ölülər” isə məlumatı bizimlə paylaşa bilmir. Buna görə də dəyərləndirmə birtərəfli olur, obyektiv olmur. Məsələn siz, minlərlə uğur qazanmaq haqqında kitabı görüb sahibkar olmağın asan və tez gəlir gətirən olduğunu düşünə bilərsiz. Uğursuzluqlar haqqında kitablar yazılsaydı, heç kim sahibkar olmağa can atmazdı.

20. Riskdən çəkinmək

Soğan olsun, nağd olsun. İnsanlar təbiətcə riskləri minimallaşdırmağa can atır, daha etibarlı, yoxlanılmış vasitələrdən istifadə etməyə üstünlük verir. Məsələn, bank əmanətlərində aşağı faizli, dövlət təminatı olan alətlərə yatırım edirlər. Böyük riskin daha böyük gəlir qazandıra biləcəyinə baxmayaraq əksər insan uğursuzluqdan qorxaraq bundan çəkinir.

Baxış sayı: 615
0 şərh
1
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Bizə yaxın insanlar pis davrananda daha çox bağışlayırıq
növbəti yazı
Ev-ağac-insan testi

Related Posts

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri və mütəxəssisləri Cangüdən verilişində...

11 Noyabr 2022

“LUİSA DÜSS PSİXOANALİTİK HEKAYƏ TESTİ” təlimi

11 İyul 2022

Xoşbəxtliyə əngəl olan 13 davranış

12 May 2022

Gözləntiləri reallaşmayan insanlar

11 Aprel 2022

Uşaqlarınızı qorumanın 10 üsulu

11 Aprel 2022

Günahkarlıq hissi

11 Aprel 2022

Qadınlar münasibətdən nə gözləyir ?

06 Mart 2022

İmposter sindromu

06 Mart 2022

Keçmişin yükünü gələcəyə daşımaqmı , gələcəyi keçmişin yükündən...

06 Mart 2022

Sakit uşaqlar ağıllıdır , yoxsa depressiyadadır ?

06 Mart 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net