İntellektin ölçülməsi
İntellektin ölçülməsinin müxtəlif nəzəriyyələrə aid bir çox metodları var. Bunlardan ən çox istifadə olunan metod IQ (Intelligence quotient – intellekt koeffisenti) testləridir. Bu testlərə verbal-linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliyyətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif ölkələrin universitetləri tərəfindən intellektin fərqli sahələrinə aid, emosional intellektə aid testlər yaradılmışdır.
Emosional intellektə aid testlərə müxtəlif affektləri təsvir edən və situasional suallar daxil edilir. Bu suallara cavablar “heç razı deyiləm…….tamamilə razıyam” şkalası üzrə verilir. Bu suallardan bəziləri aşağıdakılardan ibarətdir:
Mən narahat olanda bunun səbəbini müəyyənləşdirməkdə çətinlik çəkmirəm. Emosional insanlar məndə narahatlıq yaradır. Mən işi həmişə yaxşı görməyə çalışıram, hətta bunu heç kim görməsə belə. Adamlar yaxşı iş görəndə mən buna görə onlara kompliment deyirəm.
Müasir intellekt nəzəriyyələrinin müəllifləri və bu sahədə çalışan tədqiqatçılar intellektin ölçülməsinin ənənəvi yollarını, xüsusilə də IQ testlərini gələcək individual uğurların əsas göstəricisi hesab edilməsinin əleyhinədirlər. Onların fikrincə bu testlər əsil intellekti ölçmürlər. 1980-ci illərdə aparılan tədqiqatlar göstərir ki, Braziliyalı küçə uşaqları özlərinin xırda biznesləri üçün tələb edilən riyazi əməliyyatları yaxşı bildikləri halda, məktəbdə oxşar tapşırıqları yerinə yetirə bilmirlər. Amerikada Kaliforniyalı evdar qadınlar supermarketdə müxtəlif ərzaqların qiymətlərini müqayisə etmək üçün asanlıqla riyazi hesablamalar apardıqları halda, eyni məsələləri kağız, qələmlə həll etməkdə çətinlik çəkirlər.