Emosional intellekt
Emosional intellekt anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin və J. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın Emotional Intelligence (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H. Gardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.
Salovey və Mayerə görə emosional intellekt “özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir.
D. Golemana görə emosional intellektə aşağıdakı sahələr daxildir:
Özünü dərk etmə – öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;
Özünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;
Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.