AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
DEPRİVASİYA PROBLEMİ:
NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ
Ali məktəblərin magistr pilləsi üçün
PROQRAM
İxtisas: Klinik psixologiya
Bakı – 2009
TƏRTİB EDƏN: Psixologiya elmləri namizədi
Cabbarova L.M.
RƏYÇİLƏR: Psixologiya elmləri doktoru, professor,
əməkdar elm xadimi Ə.S.Bayramov
Psixologiya elmləri namizədi, dosent
E.İ.Şəfiyeva
ELMİ REDAKTOR:
İZAHAT VƏRƏQƏSİ
Son illərdə deprivasiya probleminin cəmiyyət üçün aktuallığının nəzərə alınması nöqteyi-nəzərindən onun öyrənilməsinə diqqət artmışdır. Deprivasiyanın istənilən növü insan psixikasının, ruhunun inkişafına mane olur, nəinki psixi, eləcə də bəzən somatik inkişafda da ciddi patoloji dəyişikliklərə gətirib çıxarır.
Bu baxımdan da, arıtq deprivasiya nəinki psixoloqların, eləcə də, sosial işçilərin, tibb işçilərinin, pedaqoqların tədqiqat obyektinə çevrilmişdir.
«Deprivasiya problemi: nəzəriyyə və təcrübə» kursu ali məktəblərin klinik psixologiya ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur.
Kursun əsas məqsədi tələbələri deprivasiya probleminin mahiyyəti, əsas xüsusiyyət və təzahürləri, fəsadları, profilaktikası ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələndirməkdir.
Kursun əsas vəzifələri:
Tələbələri deprivasiya probleminin mahiyyəti, onun xüsusiyyət və təzahürləri haqqında biliklərə yiyələndirmək;
deprivasiya sahəsində aparılan tədqiqatlarla, bu sahədə mövcud nəzəriyyələrlə tanış etmək;
sensor sahədə, fiziki və psixi inkişafında qüsuru olan insalarda deprivasiya təzahürləri və onların aradan qaldırılması istiqamətində psixoloji köməyin göstərilməsi ilə bağlı müvafiq bilik və bacarıqları formalaşdırmaq;
uşaq evləri və internatlarda, valideyn deprivasiyası şəraitində böyüyən uşaqların əsas psixoloji problemləri və onların psixoloji korreksiyası metodları ilə tanış etməkdir.
Kursun tədrisindən gözlənilən nəticələr:
Kursun tədrisi prosesində tələbələr:
Deprivasiya probleminin mahiyyəti və onun ayrı-aryı növləri haqqında nəzəri biliklərə malik olacaq;
Deprivasiya problemi ilə bağlı aparılan tədqiqatlar, nəzəriyyələr haqqında məlumatlı olacaq və onların praktiki fəaliyyətdə tətbiqi ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnəcək;
Valideyn himayəsindən məhrum olunmuş uşaqların psixoloji xüsusiyyətləri haqqında biliklərə yiyələnəcək və onlara yönəlik psixoloji xidmətin əsasları ilə tanış olacaqlar;
Tədris kursunun mühazirə və məşğələ dərsləri formasında keçirilməsi nəzərdə tutulmuşdur.
Kursun tədrisi zamanı mühazirə, müzakirə, rol oyunları, tapşırıqlar və videomaterialların nümayişi metodlarından istifadə olunması da nəzərdə tutulub.
Proqramın tərtibində Azərbaycan, rus və ingilis dillərində mövcud olan proqramlardan, dərs vəsaitlərindən istifadə olunmuşdur.
MÖVZU 1. DEPRİVASİYA PROBLEMİNİN MAHİYYƏTİ
Deprivasiya anlayışı. Deprivasiya anlayışının mahiyyətcə ona oxşar anlayışlarla (hospitalizm, separasiya, təcridlik, frustrasiya) müqayisəli təhlili və problemin mahiyyəti.
Deprivasiyanın növləri: sensor, sosial, emosional, koqnitiv, hərəki, paternal və ana deprivasiyası.
Deprivasiya probleminin tədqiqi istiqamətləri və psixologiya elmində onun öyrənilməsi tarixi.
Deprivasiyanı şərtləndirən amillər.
MÖVZU 2. FİZİKİ VƏ PSİXİ İNKİŞAFDA DEPRİVASİYA PROBLEMİ
Fiziki və psixi inkişafda pozuntular zamanı insanın inkişafı və sosializasiyasının əsas mərhələləri.
Anomal inkişaf şəraitində qüsurun kompensasiyası problemi: L.S.Vıqotskinin insandakı qüsur və kompensator imkanları arasındakı nisbətlə bağlı konsepsiyası. P.K.Anoxinin kompensasiya prinsipləri.
Koqnitiv deprivasiya anlayışı. Əqli gerilik anlayışı, etiologiya, forma(oliqofreniya, demensiya, zəifağıllıq) və səviyyələri (debillik, imbesillik, idiot).
Psixi inkişafda geri qalan uşaqların psixoloji xarakteristikası. Bu uşaqlarla aparılan diaqnostik və psixoloji-pedaqoji korreksiya işlərinin xüsusiyyətləri.
Hərəki deprivasiya anlayışı. Hərəki deprivasiya şəraitində olan uşaqların psixoloji xüsusiyyətləri. Hərəki deprivasiya şəraitində olan uşaqlarla psixoloji-pedaqoji korreksiya işləri. Hərəki deprivasiyalı uşaqların sosial-psixoloji adaptasiya və inteqrasiyası.
MÖVZU 3. SENSOR DEPRİVASİYA
Sensor deprivasiya anlayışının mahiyyəti. Sensor təcridlik vəziyyətlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqat və təcrübələr.
Sensor pozuntuların etiologiyası. Sensor sahədə problemləri olan insanlarda psixi proseslərin səciyyəvi cəhətləri. Sensor deprivasiya şəraitində uşaqlarda şəxsiyyətin təşəkkül xüsusiyyətləri. Görmə və eşitmə problemləri olan uşaqların sosial-psixoloji adaptasiyası. Kompleks (kar-kor, lal-kar və s.) qüsurları olan insanların psixoloji inkişaf xüsusiyyətləri və adaptasiya imkanları.
MÖVZU 4. EMOSİONAL DEPRİVASİYA
Emosional deprivasiyanın xüsusiyyətləri.
C.Boulbinin bağlılıq nəzəriyyəsi.
Bağlılıq anlayışı. Bağlılığın növləri. Bağlılıq tipləri. M.Eynsvorsun tədqiqatları.
Bağlılığın filogenezdə inkişafı məsələləri. İnsan bağlılığının ontogenezi. Bağlılığın inkişaf mərhələləri. R.Şpits nəzəriyyəsi. Emosional əlaqələrin qurulması və onların dağılması. Emosional bağlılıq əlaqələrinin pozuntuları.
MÖVZU 5: VALİDEYN DEPRİVASİYASI VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Uşaq-valideyn münasibətləri. Tərbiyə tərzlərinin tarixi və etnopsixoloji planda təhlili.
Ana rolunun etnopsixologiyası. Analıq və milli adət-ənənələr. Emosional sferanın inkişafı və formalaşmasında “ana-uşaq” əlaqələrinin əhəmiyyəti. Analıq instinkti. İmprintinq. Maternal deprivasiya anlayışı. Ana deprivasiyası: “təbii eksperimentlər”, vaxt amili, qayğı amili. Ana deprivasiyası şəraitində uşaq şəxsiyyətinin inkişafı.
Uşağın inkişafında atanın rolu. Paternal deprivasiya və onun fəsadları.
MÖVZU 6: VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARDA DEPRİVASİYA PROBLEMİ
“Yetim” və “sosial yetimlik” anlayışları.
Valideyn himayəsindən məhrum olmuş uşaqların emosional xüsusiyyətləri. Şəxsiyyətlərarası münasibətlərinin strukturu və ümumi xarakteristikası.
Valideyn himayəsindən məhrum olunmuş uşaqlarda psixoloji müdafiə mexanizmləri və kopinq-davranış. Kopinq-davranışın strukturu və modelləri.
Valideyn himayəsindən məhrum olmuş uşaqların Mənlik şüuru və şəxsi identikliyin formalaşma xüsusiyyətləri. Valideyn deprivasiyası şəraitində yeniyetmələrdə sərvət meyllərinin formalaşması xüsusiyyətləri. Konfliktli şəraitlərdə yetim-yeniyetmələrin davranış strategiyaları.
Valideyn deprivasiyası şəraitində intellektual və kreativ inkişafın xüsusiyyətləri.
Valideyn himayəsindən məhrum olunmuş uşaqlarla işdə psixoloqun prinsip və yanaşmaları.
MÖVZU 7: TƏNHALIQ PROBLEMİ
Tənhalıq anlayışının mahiyyəti: təklik, yadlaşma, depersonalizasiya və derealizasiya anlayışları. Tənhalıq probleminə yanaşma istiqamətləri. Əsas xüsusiyyətləri və təzahürləri. Tənhalığın təsnifatı: keçici, situativ və xroniki tənhalıq. Tənhalığın ölçüləri.
Tənhalığa təsir edən başlıca amillər. Tənhalıq halətinin fəsadları. Tənhalıq halətinin aradan qaldırılmasının əsas yol və vasitələri.
MÖVZU 8: DEPRİVASİYA VƏ PSİXOLOJİ XİDMƏT
Deprivasiya pozuntularının profilaktikasının əsas prinsipləri. Makrososial səviyyədə profilaktiki tədbirlər. Sosial qayğı anlayışı və onun mahiyyəti.
Uşaq və yeniyetmələrlə psixokorreksiya işlərinin əsas istiqamət və metodları: şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə emosional məsələlərin psixoloji korreksiyası; aqressivliyin psixoloji korreksiyası; öz hisslərini differensasiya və adekvat ifadə edə bilmə bacarıqlarının formalaşdırılması; başqalarının emosional vəziyyətlərini başa düşmə, proqnozlaşdırma və empatiyanın inkişafı; konqruentlik və ekspressivliyin inkişafı.
SƏRBƏST İŞ ÜÇÜN MÖVZULAR:
1. Deprivasiya şəraitində şəxsiyyətlərarası ünsiyyət və münasibətlərin xarakteristikası.
2. Psixolji müdafiə mexanizmləri və kopinq davranış
3. Valideyn deprivasiyası şəraitində uşaqlarda kopinq-davranış modelləri.
4. Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-psixoloji portreti
5. Ana qayğısından məhrum oliuş uşaqların həyatı və inkişaf xüsusiyyətləri.
6. Hərəki deprivasiya şəraitində uşaq şəxsiyyətinin inkişaf xüsusiyyətləri.
7. C.Boulbinin bağlılıq nəzəriyyəsi.
8. M.Eynsvorsun deprivasiya problemi ilə bağlı tədqiqatları.
9. Sensor deprivasiya şəraitində şəxsiyyətdə psixopatoloji dəyişikliklər.
10. Ailə deprivasiyası şəraitində uşaqlarda «Mən» konsepsiyanın inkişaf xüsusiyyətləri.
11. Emosional bağlılığın ontogenetik inkişaf xüsusiyyətləri.
12. Emosional bağlılığın etnopsixoloji xüsusiyyətləri.
13. Uşaq şəxsiyyətində emosional sferadakı pozuntular.
14. Uşaqlarda Mən obrazı və anaya bağlılıq arasındakı qarşılıqlı əlaqə.
15. Uşaq evlərində olan uşaqların və tərbiyəçilərin emosional aləminin xüsusiyyətləri.
16. Valideyn-uşaq münasibətlərinin etnomədəni aspektləri.
17. Ailədə emosional bağlılığın formalaşmasının xüsusiyyətləri.
18. Tənhalığın yaşanmasında gender fərqləri.
19. Tənhalığın yaşanmasında yaş xüsusiyyətləri.
20. Tənhalığın aradan qaldırılması profilaktikası və aradan qaldırılması yolları.
«Deprivasiya problemi: nəzəriyyə və təcrübə» kursu üzrə
TEMATİK PLAN
Mövzu Mühazirə Məşğələ
1 Deprivasiya probleminin mahiyyəti 2 s. 2 s.
2 Fiziki və psixi inkişafda deprivasiya problemi 2 s. –
3 Sensor deprivasiya 2 s. 2 s.
4 Emosional deprivasiya. C.Boulbinin bağlılıq nəzəriyyəsi. 4 s. 2 s.
5 Valideyn deprivasiyası və onun xüsusiyyətləri 2 s. –
6 Valideyn himayəsindən məhrum olmuş uşaqlarda deprivasiya problemi 4 s. 2 s.
7 Tənhalıq problemi 2 s. –
8 Deprivasiya və psixoloji xidmət 2 s. 2 s.
Saatların ümumi miqdarı: 30 saat 20 s. 10 s.
ƏDƏBİYYAT:
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Çinar-Çap, 2002, 620 s.
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya, Bakı, Qarr-poliqraf, 2003, 356 s.
3. Cabbarova L.M. Psixologiyada tənhalıq problemi. Bakı, 1997, 128 s.
4. Cabbarova L.M. Müasir şəraitdə tənhalığın sosial-psixoloji problemləri. Psixol. elm. nam. dis.avtoreferatı. Bakı, 2002.
5. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı: Maarif, 2002, 386 s.
6. Təhmasib C.A. Çağanın psixi inkişafında ünsiyyətin rolu (anadan olandan bir yaşa qədər). «Psixologiya jurnalı», 1999, №1, s.78-83.
7. Boulbi Dj. Privəzannostğ. Moskva, «Qardariki», 2003, 477 str.
8. Kondratğev M.Ö. Podrostok v zamknutom kruqe obheniə. M.: Voronej, 1997, 366 s.
9. Vospitanie detey v nepolnoy semğe. Pod red. Erşovoy N.M. Moskva, Proqress, 1980.Kuzneüov O.N., Lebedev İ.V. Psixoloqiə i psixopatoloqiə odinoçestva. M.: «Mediüina», 1972, 335 s.
10. Lanqmeyer Y., Mateyçek Z. Psixiçeskaə deprivaüiə v detskom vozraste. Praqa: «Aviüenum». Mediüinskoe izdatelğstvo, 1984, 334 s.
11. Litvak A.Q. Psixoloqiə slepıx i slabovidəhix. SPb, 1998.
12. Lişennıe roditelğskoqo popeçitelğstva: Xrestomatiə / Pod. red. Muxinoy V.S. M.: Prosvehenie, 1991, 223 s.
13. Prixojan A.M., Tolstıx N.M. Deti bez semği. M.: «Pedaqoqika», 1990, 160 s.
14. Psixiçeskoe razvitie vospitannikov detskoqo doma. / Pod. red. İ.V. Dubrovinoy, A.Q. Ruzskoy. M.: «Pedaqoqika», 1990, 264 s.
15. Roqov E.İ. Nastolğnaə kniqa şkolğnoqo psixoloqa v obrazovanii: Uçebnoe posobie. M.: VLADOS, 1996, 529 s.
16. Rujenkov V.A. Neyrolinqvistiçeskoe proqrammirovanie v kliniçeskoy psixoterapii, psixoloqiçeskoy korreküii i konsulğtirovanii: (Bazovıy kurs): Uçebn. Posobie. Belqorod: İzd-vo BelQU, 2001, 126 s.
17. Sirotstvo kak soüialğnaə problema. / Pod. red. L.İ. Smaqinoy. Minsk, 1999, 144 s.
18. Solnüeva L.İ. Razvitie kompensatornıx proüessov u slepıx detey doşkolğnoqo vozrasta. M., 1980.
19. Tiqranova L.İ. Umstvennoe razvitie slaboslışahix detey. M., 1978.
20. Umanskaə Elena Qennadğevna. Problema deprivaüii v psixoloqiçeskoy nauke 20-60-ıx qq. XX veka. Avtoreferat dis. kand. psixol. nauk. Moskva, 2005.
21. Xeym Dj. Djinott Qruppovaə psixoterapiə s detğmi. Teoriə i praktika iqrovoy terapii. M., 2001, 267 s.
22. Furmanov İ.A., Aladğin A.A., Furmanova N.V. Psixoloqiçeskie osobennosti detey, lişennıx roditelğskoqo popeçitelğstva. Minsk: «TESEY», 1999, 160 s.
23. Üukerman İ.V. Qluxota i problema obheniə. Uçeb.posobie. Leninqradskiy vosstanovitelğnıy üentr VOR, 1980.
24. Ərmolenko A.V. Oçerki psixoloqii slepoqluxix. L., 1961.
25. Ainsworth M.D. The effects of maternal deprivation. Deprivation of maternal care, WHO, Geneve, 1962.
26. Stern D.N. The first relationship: infant and mother. London: Fontana/Open Books, 1977.
DEPRİVASİYA PROBLEMİ:
əvvəlki yazı