Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

İSLAH PSİXOLOGİYASI

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
İSLAH PSİXOLOGİYASI
Ali məktəblərin magistr pilləsi üçün
PROQRAM
İxtisas: Hüquq psixologiyasi
Bakı – 2009
TƏRTİB EDƏN: AMEA-nın müxbir üzvü, professor
Əliyev B.H.
Psixologiya elmləri namizədi
Cabbarova L.M.
RƏYÇİLƏR: Psixologiya elmləri namizədi, dosent
C.A.Təhmasib
Psixologiya elmləri namizədi, baş müəllim
A.F.Səməndərova
ELMİ REDAKTOR:
İZAHAT VƏRƏQƏSİ
«İslah psixologiyası» kursu üzrə tərtib olunmuş proqramda islah psixologiyasının hüquq psixologiyası ixtisası üzrə təhsil alan və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək mütəxəssislərin yetişdirilməsi üçün zəruri olan ən əsas, vacib problemləri əhatə olunmşdur. Kurs ali məktəblərin hüquq psixologiyası ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur.
Kursun ayrı-ayrı bölmələrində məhkumların psixologiyası, onların bir şəxsiyyət kimi inkişafı, təlim-tərbiyə məsələləri haqqında bilgilər təqdim olunur.
Cəzaçəkmə müəssisələrində, azadlıqdan məhrum olunmuş insanların həyat və fəaliyyətində daha çox rast gəlinən neqativ psixoloji problemlər, onların profilaktikası və aradan qaldırılması, penitensiar müəssisələrdə psixoloji xidmət işinin təşkili, xarici ölkələrin bu sahədə təcrübəsi məsələlərinə isə kursun bütün bölmələrində xüsusi diqqət ayrılır.
Kursun əsas məqsədi tələbələri penitensiar xidmətdə psixoloji biliklərin tətbiqi istiqamətləri ilə tanış etmək, onlarda məhkumların psixoloji xüsusiyyətləri, islahı, residiv cinayətlərin qarşısının alınması ilə bağlı aparlacaq psixoprofilaktiki işlər haqqında təsəvvür yaratmaq, müvafiq sahədə psixoloji xidmət işinin təşkili ilə bağlı bilik və bacarıqlar aşılamaqdır.
Kursun əsas vəzifələri:
 Məhkumların psixologiyası, məhkumlar arasında rast gəlinən sosial-psixoloji hadisələr, təzahürlər haqqında lazımi bilik və təsəvvürlərin formalaşdırılması;
 Tələbələrin başlıca islah metodları ilə tanış olması və islah prosesində rast gəlinə biləcək bəzi problemlərin mahiyyətini dərk etməsinə nail olmaq;
 Penitensiar xidmət əməkdaşlarının fəaliyyətinin effektivliyinin artırılmasının psixoloji əsasları haqqında təsəvvür formalaşdırmaq;
 Tələbələrdə islah prosesində psixoloji təsir metodlarından istifadə bacarığının aşılanması və inkişaf etdirilməsi.
Kursun tədrisindən gözlənilən nəticələr:
 Kursun tədrisi prosesində tələbələr məhkumların islahı zamanı qarşıya çıxan psixoloji və sosial-psixoloji təzahürlər haqqında;
 Məhkumların psixoloji xüsusiyyətləri və davranışının psixoloji mexanizmləri;
 Penitensiar xidmət əməkdaşlarının şəxsiyyətinin xüsusiyyətləri və fəaliyyətinin psixoloji tərəfləri haqqında biliklər mənimsəyəcək;
 Məhkumların islahının əsas psixoloji metodları haqqında bilik və bacarıqlara yiyələnəcəklər.
Kurs hüquq psixologiyası ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Tədris kursunun mühazirə və məşğələ dərsləri formasında keçirilməsi nəzərdə tutulmuşdur.
Kursun tədrisi zamanı mühazirə, müzakirə, rol oyunları, tapşırıqlar və videomaterialların nümayişi metodlarından istifadə olunması nəzərdə da tutulub.
Proqramın tərtibində Azərbaycan, rus və ingilis dillərində mövcud olan proqramlardan, dərs vəsaitlərindən istifadə olunmuşdur
BÖLMƏ 1
İSLAH PSİXOLOGİYASININ ÜMUMİ MƏSƏLƏLƏRİ
Mövzu 1. İslah psixologiyasının predmeti və əsas metodları.
İslah psixologiyasının predmeti. Hüquq psixologiyası sahəsində islah psixologiyasının yeri və onun elmin başqa sahələri ilə əlaqəsi. Penitensiar -psixoloji baxışların yaranması və əsas inkişaf mərhələləri.
Müasir penitensiar psixologiyanın nəzəri və praktiki vəzifələri. Penitensiar psixologiyanın prinsip və metodları. Məhkum şəxsiyyətinin öyrənilməsinin əsas metodları: müşahidə, eksperiment, söhbət, fəaliyyət məhsullarının təhlili, psixodiaqnostik metodlar.
Mövzu 2. İslah prosesinin təşkilinin psixoloji əsasları.
Məhkumların islahı prosesinin psixoloji xarakteristikası.
Cəzanın psixoloji mahiyyəti. Cəzanın funksiyaları. Cəzanın sosial-psixoloji problemləri. İntizam və cəza.
Rejim anlayışı və onun psixoloji mahiyyəti. Rejimin funksiyaları və onların psixoloji əhəmiyyəti. Saxlanılma şəraitini dəyişməklə məhkumlara psixoloji təsir.
İslah məqsədilə istifadə olunan metodların psixoloji xarakteristikası.
Məhkumların əmək tərbiyəsinin psixologiyası. Əməyə psixoloji hazırlıq.
Məhkumlarla tərbiyəvi işlərin təşkilinin psixoloji əsasları. Məhkumlarda islah olunma meylinin formalaşdırılması.
Məhkumların təhsilinin və professional hazırlığının psixoloji xüsusiyyətləri.
Mövzu 3. İslah prosesini həyata keçirən penitensiar xidmət əməkdaşlarının fəaliyyətinin psixoloji xarakteristikası.
İslah müəssisələrində fəaliyyətin strukturu və onun psixoloji təhlili.
CÇM-si əməkdaşlarının şəxsiyyətinin psixoloji xarakteristikası. İslah prosesini həyata keçirən əməkdaşlar üçün tələb olunan əsas peşəkar keyfiyyət və bacarıqlar (professioqram). İslah müəssisələrində fəaliyyətin mənfi emosional çalarları və stressogen xarakteri. Peşəkar fəaliyyət zamanı mənfi psixoloji durumun aradan qaldırılması və professional deformasiyanın profilaktikası.
İslah müəssisələrinin əməkdaşlarının məhkumlarla ünsiyyət və qarşılıqlı münasibətlərinin xüsusiyyətləri.
BÖLMƏ 2
MƏHKUM ŞƏXSİYYƏTİNİN PSİXOLOGİYASI
Mövzu 1. Məhkum şəxsiyyətinin psixoloji xarakteristikası
Məhkumların idrak proseslərinin xüsusiyyətləri. Cəzanın çəkilməsi şəraitinin məhkumların idrak fəaliyyətinə təsiri.
Şəxsiyyətin ümumi xarakteristikası. Məhkum şəxsiyyətinin psixoloji tipologiyası.
Məhkumların davranışının motiv və tələbatları. Məhkumların maraqlarının, ideallarının, dünyagörüşünün spesifik xüsusiyyətləri. Məhkumlarda ictimai əhəmiyyətli motivlərin formalaşdırılması.
İradə və məhkumlarda onun inkişafı və tərbiyəsi. Şəxsiyyətdə iradə pozuntuları və onu yaradan amillər.
Emosiyalar, hisslər və onların məhkumlarda təzahürü. Məhkumların emosional aləminə təsirin əsas istiqamətləri. Məhkumlarda törətdiyi cinayətə görə günahkarlıq hissinin və məsuliyyətin formalaşdırılması.
Məhkumlarda rast gəlinən şəxsiyyət pozuntuları və onların xüsusiyyətləri. Şəxsiyyətə nəzərən norma və patologiya anlayışları.
Davranış pozuntuları ilə bağlı əsas psixoloji konsepsiyalar Davranış pozuntularının növləri.
Mövzu 2. İslah prosesində məhkumların fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması.
Məhkumların temperamentinin öyrənilməsi və onların islahı prosesində temperament xüsusiyyətlərinin nəzərə alınması.
Xarakter haqqında ümumi anlayış. Xarakter, temperament, adət və vərdişlər arasında qarşılıqlı əlaqə. Məhkumlarla fərdi iş zamanı xarakter xüsusiyyətlərinin nəzərə alınması: əsas təsir vasitələri və yolları. Xarakterin formalaşmasında özünütərbiyənin rolu.
Qabiliyyətlər haqqında anlayış. Qabiliyyətlərin inkişafında təlimin rolu. İslah prosesində məhkumların qabiliyyətlərinin inkişaf etdirilməsi.
BÖLMƏ 3
MÜXTƏLİF SOSİAL QRUPLARDAN OLAN MƏHKUMLARIN PSİXOLOGİYASI
Mövzu 1. Ayrı-ayrı qruplardan olan məhkumların psixoloji xüsusiyyətləri.
Məhkumların yaşı və cinsindən irəli gələn psixoloji xüsusiyyətləri.
Məhkum qadınların psixoloji xarakteristikası. Qadın cinayətkarlığının xüsusiyyətləri. İslah poosesində qadın məhkumların şəxsi keyfiyyətlərinin nəzərə alınması.
İlk dəfə azadlıqdan məhrum edilən məhkumların psixoloji xarakteristikası. Ümumi rejimli CÇM-də məhkumların islahının psixoloji xüsusiyyətləri.
Əvvəllər də məhkumluq həyatı yaşamış məhkumların psixoloji xüsusiyyətləri. Xüsusi təhlükəli resedivistlərin psixologiyası. Ciddi, xüsusi rejimli və qapalı tipli CÇM-lərində məhkumların islahının psixoloji xüsusiyyətləri.
Mövzu 4. Yetkinlik yaşına çatmayanların islahının psixoloji əsasları
Tərbiyə müəssisələrində saxlanılan yetkinlik yaşına çatmayanların psixoloji xüsusiyyətləri. Yetkinlik yaşına çatmayanların asosial davranışını şərtləndirən amillər. Yetkinlik yaşına çatmayan məhkumlara təsir vasitələrinin tətbiqinin xüsusiyyətləri.
Yetkinlik yaşına çatmayanların islahı prosesində və onlarla aparılan psixoprofilaktiki işlərdə qrup işlərinin, treninqlərin tətbiqi məsələləri.
BÖLMƏ 4
İSLAH PROSESİNİN SOSİAL-PSİXOLOJİ MƏSƏLƏLƏRİ
Mövzu 1. İslah müəssisələrində ünsiyyətin psixologiyası
Azadlıqdan məhrumetmə yerlərində ünsiyyətin xüsusiyyətləri. İnsanın insanı qavraması və şəxsiyyətlərarası münasibətlər. Məhkum kollektivində şəxsiyyətlərarası münasibətlər sahəsində problemlər. İslah müəssisələrində asosial ünsiyyət formalarının səbəbləri.
Mövzu 2. Məhkum qruplarının psixologiyası
Məhkum qrupları haqqında anlayış. Məhkum qruplarının yaranması və formalaşması prosesi.
Qrup fikri və onun formalaşması mexanizmləri. Qrup həmrəyliyinin psixoloji xüsusiyyətləri.
Qrup daxilində məhkumların qarşılıqlı münasibətlərinin xüsusiyyətləri. Məhkumların differensasiyasının psixoloji səbəbləri.
Məhkumların kiçik qrupları. Məhkumların kiçik qruplarında baş verən sosial-psixoloji proseslər və onların penitensiar sistem əməkdaşları tərəfindən nizamlanması. Kiçik qruplarda liderlik.
Məhkumlar arasında adət və ənənələrin, normaların psixoloji xarakteristikası. Azadlıqdan məhrumetmə şəraitində mənfi adət və ənənələrin aradan qaldırılması.
Mövzu 3. Məhkum qruplarında konfliktlər və onların həll olunmasının psixoloji əsasları.
Penitensiar sistemdə konfliktologiyanın əsasları. Konfliktlərin növləri. Məhkum qruplarında konfliktlərin strukturu və səbəbləri.
Məhkumlar arasında konfliktlərin profilaktikası və qarşısının alınmasının sosial-psixoloji mexanizmləri.
BÖLMƏ 5
PENİTENSİAR SİSTEMDƏ PSİXOLOJİ XİDMƏT
Mövzu 1. Məhkumların yeni şəraitə adaptasiyası və psixoloji hazırlıq məsələləri.
Psixoloji hazırlıq anlayışı. Yeni şəraitdəki həyata məhkumların psixoloji hazırlanmasının mahiyyəti və əhəmiyyəti. Məhkumların psixoloji hazırlığının növləri. Psixoloji hazırlığın prinsip, metod və vasitələri.
Məhkumların sosial və sosial-psixoloji adaptasiyası anlayışı. Adaptasiyanın fizioloji və psixoloji mexanizmləri. Azadlıqdakı həyata sosial readaptasiya anlayışı.
Azadlığa psixoloji hazırlığın mahiyyəti və vəzifələri. Məhkumların azadlıqdakı həyata adaptasiya və readaptasiya prosesinin idarə olunması problemləri.
Mövzu 2. Penitensiar sistemdə psixoloji xidmətin təşkili məsələləri.
Psixoloji xidmətin məqsəd və vəzifələri, əsas funksiyaları. Penitensiar psixoloqun etikası. Penitensiar müəssisədə psixoloqun fəaliyyətinin əsas istiqamətləri: psixodiaqnostik; korreksiya; mədəni-maarifləndirici.
İslah müəssisələrində suisidal vəziyyətlərin aşkarlanması və onların profilaktikası məsələləri.
Penitensiar sistemdə çalışan əməkdaşlara yönəlik psixoloji xidmət işinin təşkili və əsas fəaliyyət istiqamətləri.
SƏRBƏST İŞ ÜÇÜN MÖVZULAR:
1. İslah psixologiyasının metodları.
2. Məhkum şəxsiyyətinin öyrənilməsinin metodları.
3. CÇM əməkdaşının şəxsiyyətinin psixoloji xarakteristikası.
4. CÇM əməkdaşının professional keyfiyyət və bacarıqlarının strukturu.
5. İslah müəssisəsi əməkdaşının şəxsiyyətinin professional deformasiyası və onun profilaktikası yolları.
6. İslah müəssisəsi əməkdaşlarının psixoloji hazırlığının təşkili.
7. CÇM əməkdaşlarının professional ustalığının formalaşmasında psixoloji hazırlığın rolu.
8. CÇM əməkdaşlarında idarəetmə fəaliyyətinin effektivliyinin artırılması üçün psixoloji priyomlar.
9. Məhkumlara tərbiyəvi təsir metodları.
10. Məhkum şəxsiyyətinin psixoloji xarakteristikası.
11. Məhkumların psixoloji təsnifatı.
12. Məhkum şəxsiyyətinin fərdi-psixoloji xüsusiyyətləri.
13. Məhkum qruplarının psixoloji xarakteristikası.
14. Məhkum qruplarına psixoloji təsir vasitələri və yolları.
15. Məhkum qruplarında liderlik məsələləri.
16. «Cinayətkar» adət və ənənələrinin psixoloji təbiəti.
17. Məhkum qrupları üçün tipik konfliktlər və onların həlli problemi.
18. Məhkumlar arasında konfliktlərin həllinin psixoloji metodları.
19. İlk dəfə azadlıqdan məhrum olunmuş insanlarla işin psixoloji xüsusiyyətləri.
20. Residivistlərin psixologiyası.
21. Resedivist məhkumlarla fərdi işin psixoloji aspektləri.
22. Yetkinlik yaşına çatmayanların islahının psixoloji əsasları.
23. Zorakı cinayətlərə görə məhkum olunan şəxslərin psixoloji keyfiyyətləri.
24. Müxtəlif kateqoriyadan olan məhkumların şəxsiyyətinin tipoloji xüsusiyyətləri.
25. Bilərəkdən törədilən cinayətlərə görə məhkum olunan şəxslərin psixoloji keyfiyyətləri.
26. Seksual xarakterli cinayətlərə görə məhkum olunan şəxslərin psixoloji keyfiyyətləri.
27. Ehtiyatsızlıq üzündən törədilən cinayətlərə görə məhkum olunan şəxslərin psixoloji keyfiyyətləri.
28. Yeni şəraitdəki həyata məhkumların psixoloji hazırlıq məsələləri.
29. Məhkumların CÇM-nə sosial-psixoloji adaptasiyası və onu çətinləşdirən amillər.
30. Penitensiar sistemdə psixoloji xidmət və psixoloqun əsas fəaliyyət istiqamətləri.
ƏDƏBİYYAT:
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə. Məhkəmə psixologiyası, Bakı: ADU – nun nəşri, 1975, 102 s.
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Çinar-Çap, 2002, 620 s.
3. Bayramov Ə.S. Yeniyetmələrin davranışındla neqativ təzahürlər və onların aradan qaldırılmasının psixoloji mexinizmləri. «Azərbaycan məktəbi» jurnalı, №4, 1982.
4. Əliyev B.H. Məhkəmə psixoloji ekspertizası, Bakı: BDU nəşriyyatı, 1994, 85 s.
5. Əliyev B.H. Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri. Bakı: 1996.
6. Aliev B.Q., Mamedova S.İ. Soüialğno-psixoloqiçeskie problemı liçnosti nesoverşennoletnix pravonaruşiteley. Baku, 1996.
7. Aliev B.Q. Psixoloqiçeskie aspektı izuçeniə suiüidalğnoqo povedeniə. Əzık i literatura, №3(18), 1997, s. 143-145.
8. Vasilğev V.L. Öridiçeskaə psixoloqiə. Moskva, «Öridiçeskaə literatura», 1991, 464 s.
9. Qernet M.N. V törğme. Oçerki töremnoy psixoloqii. M.: Pravo i jiznğ, 1945, 145 s.
10. Qlotoçkin A.D., Pirojkov V.F. İspravitelğno-trudovaə psixoloqiə. Moskva, Redaküionno-izdatelğskiy otdel, 1974, 427 s.
11. Qlotoçkin A.D., Pirajkov V.F. Psixoloqiçeskie osnovı rejima, Moskva, 1968.
12. Qlotoçkin A.D., Pirajkov V.F. Volə i vospitanie u zaklöçennıx. Moskva, 1969.
13. Dörkqeym G Samoubiystvo. Soüioloqiçeskiy gtöd. SPb: Soöz, 1998, 496s.
14. Enikolopov S.N. Aqressiə i aqressivnostğ nasilğstvennıx prestupnikov. Moskva: 1984.
15. Kovalev A.Q. Psixoloqiçeskie osnovı ispravleniə pravonaruşitelə. Moskva, Öridiçeskaə literatura, 1968, 136 s.
16. Samoviçev E.Q. Ubiystvo: psixoloqiçeskie aspektı prestupleniə i nakazaniə. – Moskva, 1983.
17. Tirskiy V.V. Voprosı perevospitaniə osujdennıx v ispravitelğno-
trudovıx koloniəx osoboqo rejima. Tomsk : İzd-vo Tomsk. un-ta, 1970, 39 s.
18. Çufarovskiy Ö.V. Öridiçeskaə psixoloqiə. Moskva, Pravo i zakon, 1997, 320 s.
19. Reichel, P. L. Corrections: Philosophies, practices, and procedures (2nd ed.). Boston:Allyn & Bacon, 2001.
20. Law and Human Behavior – Journal of the American Psychology-Law Society

Baxış sayı: 955
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
DEPRİVASİYA PROBLEMİ:
növbəti yazı
Emosiya və motivasiyanın psixologiyası kursu üzrə imtahan sualları 80

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net