ŞİDDƏTİN PSİXOLOGİYASI
Şiddət 3 tipə ayrılır:
1. Qorunma məqsədli şiddət;
2. Xəstəlikli şiddət;
3. Qana susamaq;
Qorunma məqsədli şiddət-insanın özünün,ya da başqasının həyatını,müstəqilliyini,qürur və malını qorumaqçün etdiyi şiddətdir.Təhdid edilmə duyğusundan,yəni qorxudan yaranır.Qorunma məqsədli şiddətin də öz içində 4 tipi vardır:
1. İnsanların qarşılaşdıqları”təcavüz”qarşısında,özünü qorumaqçün göstərdiyi şiddət.Əgər hər hansı bir insanın haqlarına,həyatına risk yaranarsa,bu zaman yaranan şiddət növüdür.
2. “Əngəllənmələrdən qaynaqlanan şiddət”-insan üçün gərəkli,istədiyi şeylər qadağan olunduqda insanın bir növ təcavüzkarlaşdığının şahid oluruq. Bu bütün canlılarda bu cürdür. Bu əslində “yox etmək məqsədilə”edilən şiddət növü deyil. “Yaşamq məqsədli” təcavüzkarlıqdır.Sevilən,gərək duyulan bir şeyə bir başqasının sahib olması da”qısqanclöqdan doğan şiddətdir”
3.”İntiqam alıcı şiddət”-Gücsüzlərin yadaki fiziki qüsuru olan insanların(əgər zərər görərək bu vəziyyətə düşmüşlərsə,özlərinə hörmət yaratmaqçün baş vurduqları yoldur.”qisasa-qisas”termini.
Amma,yaradıcı insanlarda heç də belə xüsusiyyətlərə rast gəlinmir.Alçalmış,sınmış olsa belə yaradıcı həyat tərzi bir müddət sonra ona psixoloji olaraq sağalmaqda kömək edecek.Bu insanlarda “yaratmaq qabiliyyəti”-“intiqam almaq istəyinə”qalib gəlir.Çünki yaradıcı bir enerji gezdirdikləri üçün intiqam duyğuları boşalır.Ən geridə qalmış cəmiyyətlərdə intiqam duyğusunun güclü olduğunu bilirik.İnkşaf etmiş ölkələrdə irqi ayrıseçkiliklər yaranır,aşağı və orta siniflər meydan gəlir ki,bunlar da intiqam alma duyğularının toplandığı siniflərdir.Hər bir insan öz hüquqlarından çox,öz maraqları üçün vuruşur.Bu maraqlar əzildikdə insanda”kinli bir şiddət “yaranır.
4.”Inancin və ümidin sarsıldılmasından doğan şiddət”Böyük ölçüdə aldadılmış və xəyalları dağılmış insan həyata nifrət edə bilər.Həyatın,insanların pis olduğunu bir ağızdan hər kəsə anlatmaq istəyər.Lakin,həyata inanan insan əgər xəyalları dağıdılarsa bu zaman sönük olacaq və hər şeyi məhv etmək duyğusuyla yaşayacaq.Məhv etmək istəyi ümidsizlikdən doğur.Həyatda qarşılaşılan ümid qırıqlıqları həyat eşqindən nifrətə yol açır.
5.”Xəstəlikli şiddət”-Bu ölüm sevgisindən daha pis bir xəstəlik sayılır.Bu şiddət gücsüzlüyü gizləməyə,yaxud düzəltməyə yönəlik bir şiddətdir.Əgər insan “zəiflik,qayğı.natamamlıq”kimi amillərlə mübarizəyə keçə bilmirsə deməli,gücsüzdür.Bu hissi yaşamaqsa ruhi tarazlığı pozur.Güczüzlüyün qəbul edilməməsi uçun iki yol var:
1.Güclü birisiylə,ya da cəmiyyətin qanunlarına boyun əyib sövdələşmək.
ŞİDDƏTİN PSİXOLOGİYASI
əvvəlki yazı