Depressiyaya düşmək üçün onlarla səbəbimiz ola bilər. Bunlar da əsaslı səbəblər ola bilər. Sevdiyiniz insanı itirmək, işsizlik, gərgin iş stressi, xroniki xəstəliklər və ya digər səbəblər… Bioloji, psixoloji, fiziki və ya sosial səbəblərdən bir və ya çox, fərqi yoxdur. Depressiyaya düşməyimiz hansı səbəbdən olursa olsun, onunla mübarizə aparmaq üçün verəcəyimiz 4 təklif bu dövrü keçməmizi asanlaşdıracaq. Bu təklifləri tez şəkildə qəbul edib həyatınızı dərhal 180 dərəcə dəyişdirməyi düşünmək, əgər belə bir həyata uzağıq isə davamlılığı çətin və realist olmayan və həvəsimizi qıracaq şəkildə olacaq. Hər bir təklifi yavaş-yavaş həyatımıza uyğunlaşdırmamız, bədənimiz və ruh halımız üçün daha məqsədəuyğun olar.
1) Sağlam qidalanma
Keyfiyyətli, sağlam qidalanma sağlam bədən və psixologiya üçün ilk və vazkeçilməz şərtdir. Mümkün qədər pəhrizimizə diqqət yetirməli və sağlam qidalardan istifadə etməliyik. Çoxumuz həzm sistemimizin psixoloji və mənəvi vəziyyətimizə nə qədər təsirli olduğunu hiss etmişik. Kədərli və stresli olduğumuz zaman tez-tez qəbizlik və ya ishalla qarşılaşmışıq. Qısa müddətli stresli anlarda belə xəbərdarlıq reaksiyası verən bağırsaqlarımız depressiya kimi sıx stres dövrlərində həyəcanlanır. Xüsusən də bu dövrdə qidalanmamıza daha çox diqqət yetirməliyik. Həzm sistemimiz pozulduqda depressiyaya düşürük, yoxsa depressiyaya düşəndə həzm sistemimiz pisləşir sualının cavabı həmişə axtarılıb. “Yumurtadan toyuq çıxır, ya da toyuqdan yumurta” kimi! Bunun cavabı çox aktual olmasa da, bağırsaqlarımızla psixologiyamız və mənəvi tarazlığımız arasında böyük bir əlaqənin olduğu şübhəsizdir. Bu səbəbdən xüsusilə depressiya ilə mübarizə apardığımız bir dövrdəyiksə, sağlam qidalanmamıza maksimum diqqət yetirmək işimizi asanlaşdıracaq.
2) Keyfiyyətli və kifayət qədər yuxu
Başımıza gələn hadisələrlə bağlı düzgün şərhlər verə bilmək, depressiyanın səbəblərini və çıxış yollarını tapa bilmək üçün özümüzü yaxşı hiss etməyimiz, xoşbəxt olmağımız və yaxşı yuxu rejiminə sahib olmağımız üçün yaxşı yuxu lazımdır. Əgər yuxu ilə bağlı problemlərimiz varsa, yata bilməmək və ya narahat yuxu problemləri kimi bunları aradan qaldırmalıyıq. Yatmadan əvvəl ilıq vanna qəbul etmək, sakitləşdirici bitki çayları və ya kitab oxumaq, klassik musiqi dinləmək kimi üsulları sınayaraq keyfiyyətli yuxu almağa çalışmalıyıq. Çox yuxunun insanı daha da keyləşdirici etməsi , gün boyunca yuxulu gəzməyinə səbəb ola bilər, bununla başa çıxmaq üçün eyni vaxtlara yaxın yatıb-qalxmaq, ortalama yetkin bir insan üçün 7-8 saatlıq yuxu kifayət edicidir, günorta yuxusu, axşam az yatmaq kimi hallar şəxsin ruh halına və yaşantısına zərər verməyəcəksə şəxslərə görə uyğun ola bilər.
3) Fiziki fəaliyyət və idman
İnsan yaradılışdan etibarən hərəkətdə olmaq üçün proqramlaşdırılmış canlı varlıqdır. Sakit, durğun həyat insan üçün deyil. Xüsusilə depressiya zamanı açıq yerlərdə fiziki fəaliyyətə daha çox vaxt ayırmalıyıq. Gəzmək, üzmək və gün işığından daha çox faydalanmaq üçün vaxt ayırmalıyıq. Bağlı mühitlərdə qalmaq və hərəkətsizlik bədbəxtliyi artıracaq və depressiyanın müddətini uzadar. Günəş işığının və idmanın xoşbəxtlik hormonlarımızın artmasına müsbət təsirini unutmaq olmaz. İdmanın ruh sağlımıza xeyri pahabiçilemezdir. Adicə səhər qalxdıqdan bədənin günün ağırlığına hazırlıq olaraq belə açılma hərəkətləri belə günümüzün pozitiv keçməyinə kömək edici olur.
4) Keyfiyyətli Sosial Həyat və Pozitiv Olmaq
Fərd olaraq yaşadığımız depressiyaya səbəb ola biləcək mənfi hadisələri və duyğuları düşünüb həll etmək, çıxış yolu tapmaq hər zaman mümkün olmaya bilər. Belə bir vəziyyətdə tək olmadığımızı bilmək bizim üçün yaxşı olacaq. Bu dəstəkçi bəzən ailəmiz, bəzən dostumuz, həyat yoldaşımız, sevgilimiz, müəllimimiz ola bilər. Düzgün ictimai mühitin yaradılması xoşbəxtliyimizə xoşbəxtlik qatsa da, çətin anlarımızda problemlərimizi paylaşmağa və həll etməyə kömək edəcəkdir. Biz ailəmizi seçə bilmərik, amma düzgün həyat yoldaşı və düzgün dost seçmək öz əlimizdədir. Pis gündə də, yaxşı gündə də bizimlə olacaq keyfiyyətli insanların yanında olmaq bizə hər cür çətinliyə dözmək gücü verəcək. Buna görə də düzgün seçim etmək üçün diqqətli olmaq lazımdır. Dərdlərimizdən, kədərimizdən qurtulmaq, depressiyaya tab gətirmək üçün həyat sevincini itirmədən pozitiv olmaqdan heç vaxt əl çəkməməli və başımıza nə gəlirsə gəlsin, gələcəyə həmişə ümidlə baxmalıyıq. Bir şeyləri dəyişdirəcək olan bizik, bu dünya üçün də belədi, özümüz üçündə hər şey bizdən başlayır.
Depressiya hər kəsin başına gələ bilər. Ancaq özümüzə və sevdiklərimizə qarşı mənəvi borcumuz var ki, depressiyadan qurtulmaq və davam etmək üçün əlimizdən gələni edək.