Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Kateqoriya

Yuxu və yuxu pozuntuları. 

yazdı Admin 22 Yanvar 2022
yazdı Admin 22 Yanvar 2022
Yuxu və yuxu pozuntuları. 

Yuxu və yuxu pozuntuları.

Yuxu nədir?

Yuxu sadəcə gecə ilə sərhədlənmiş bir məkana təsir göstərmir həmçinin, günün hər saatında nəticə ya da səbəb olaraq bəlkə də, üstündə çox düşünmədiyimiz bir yaşantıdır.

Yuxu, “Gün ərzində yorulan sinir sisteminin bərpa edilməsi, gün boyu qəbul edilən informasiyaların süzgəcdən keçirilib depoya yığıldığı, xarici təsirlərə açıq və insanın inkişafı ilə bağlı olan funksional bir müddət” olaraq müəyyən edilə bilər. Hər nə qədər elm və texnologiya – yuxunu araşdırmaq istiqamətində xeyli irəliləsə də, hələ də gizli qalan suallar, sirlər vardır.

Bəs açıqlaya bildiklərimiz və ya bizə göndərilən suallar, problemlər nələrdir?

  • ”Heç yata bilmirəm”
  • “Həddindən artıq yatıram. Az yatsam, olmaz”
  • “Gecə davamlı olaraq oyanıram, niyə?”
  • “Oturarkən belə yatıram”
  • “Nə qədər yatsam da yorğunluqdan azad ola bilmirəm”
  • “Həyat yoldaşım xoruldayır, yata bilmirəm”
  • “Sıçrayışla oyanıram”
  • “Çox qorxunc yuxular görürəm”
  • “Qardaşım yatarkən sayıqlayır və ya gəzir”

Yuxuda nələr baş verir?

Xüsusilə sinir sistemində toplanan toksik qalıqlar yuxunu meydana gətirir. Yuxu, bu toksik maddələrin bədənimizdən kənarlaşmasını və bizim istirahət etməyimizə şərait yaradır. Fiziki və ruhi yorğunluqları aradan qaldırmaq, istirahət etdirmək və yenidən enerjimizi təmin etmək üçün bu ehtiyacdır.

Yuxu müddətində ürək döyüntüləri azalır. Qan təzyiqi və nəfəs alıb-vermək sayı azalır, bədən temperaturu düşür. Daxili orqanların işləməsi azalır. Sinir sistemi və hiss üzvləri istirahətdədir. Yorğunluq orqanizmin gücünü azaldır.

Yuxu ilə bağlı bir problemi əksər insanlar qısa və ya uzun müddətli olaraq həyatının müəyyən dövründə yaşamışdır. Əgər bir neçə gün ərzində problem həll olsa, kömək axtarmırıq, o dövrü aşmış oluruq.

Nə qədər yatmalıyıq?

Normal yatma müddəti, hər kəsin özünü yaxşı hiss etdiyi, oyandığında gümrah ola bildiyi müddətdir. Hamımız eyni miqdarda yatmırıq. Yuxu müddətinin insandan-insana, hətta yaş dövrünə görə də dəyişdiyi və bu müddətin 4-11 saat arasında dəyişdiyi müəyyən edilmişdir.

Yatmasaq nə ola bilər?

Yuxusuzluğun bədəndə yaratdığı təsirlər:

  • Ağ qan hüceyrəsi azalır. Orqanizmin xəstəliklərə qarşı müqaviməti aşağı düşür.
  • Psixi xəstəliklərə qarşı olan müqavimət azalır
  • Əzələ sistemi zəifləyir
  • Qan şəkəri tarazlığı pozulur
  • Nəfəs alıb-vermə ritmi pozulur
  • Bədən temperaturu düşür
  • Görmə və nitq pozuntuları başlayır
  • Yaddaş pozuntuları başlayır
  • Stress hormonu ifraz olunur. Əsəbilik, səbirsizlik yaranır.

Yuxu ilə bağlı problemlər- bu əlamətlərlə ortaya çıxır:

  • Gecə yatdığınızda 20 dəqiqədən çox müddətdə yuxuya gedə bilmirsinizsə,
  • Tez yuxuya gedirsiniz, amma tez-tez oyanırsınızsa,
  • Çox erkən saatda oyanır və bir də yata bilmirsinizsə,
  • Bu əlamətlər 2 həftədən artıq davam edirsə,
  • Yuxuda nəfəs alarkən dayanma olursa,
  • Yüksək səslə nizamsız xoruldayırsınızsa,
  • Koujestif ürək çatışmazlığınız varsa,
  • Gün ərzində həddindən artıq yuxulama varsa,
  • Çəkiniz çoxdursa,
  • Uyğunsuz saatlarda yatma varsa (maşın sürərkən),
  • Səhərlər baş ağrılarınız olursa,
  • Yuxuya getməkdə və ya davam etməkdə çətinlik çəkirsinizsə,
  • Əsəbilik vəziyyəti varsa,
  • Zəif mühakimə/ diqqətsizlik/ yaddaş itkisi yaşayırsınızsa,
  • Depressiyadasınızsa,
  • Narahat edici yuxular görürsünüzsə,
  • Yuxuda gəzir və ya danışırsınızsa,
  • Həyəcan, hiss və ya başqa güclü duyğularla olan keçici vücud və ya danışma zəifliyi varsa,

yuxu mərkəzindən yardım istəyin.

Milyonlarla insan keçən axşam yatmaqda çətinlik çəkdi və böyük ehtimalla bu axşam da təkrar problem yaşayacaqlar.

Yuxu pozuntularının təsnifatı aşağıdakı kimidir:

A-Dissomnialar: Yuxunun başlaması, davamı ilə bağlı olan pozuntularla birlikdə yuxunun miqdarı, keyfiyyətində dəyişkənliklərlə xarakterizə olunur.

  • Insomnia (istirahət edici olmayan yuxu)
  • Hipersomnia (çox yatmaq istəmək)
  • Narkolepsi
  • Tənəffüslə bağlı yuxu pozuntuları
  • Sirkodiyen Ritm Yuxu pozuntuları

B-Parasomnialar: Yuxuda davranış və fizioloji sahələrdə dəyişkənlikləri əhatə etməkdədir.

  • Kabus pozuntusu
  • Yuxu terroru pozuntusu
  • Yuxuda gəzənlik pozuntusu
  • Yuxu fəlsəfəsi
  • Yuxu ilə bağlı pozulmuş Penil-Ereksiyası
  • Yuxu ilə bağlı Ağrılı Ereksiyası

Təqdimat:

İnsomnia: Yuxuya getmə, yuxunu davam etdirmək və sonlandırmaqla bağlı, istirahət etməyə imkan yaratmayan yuxu pozuntusudur.

Hipersomnia: Bir aydan çox davam edən, gecə yatdığımıza baxmayaraq gündüz vaxtı yatmaq məcburiyyətində olduğunu hiss etmək.

Narkolepsi: Gündüz vaxtlarında dözülməz yuxu hücumları ilə- xüsusilə həyəcanla meydana çıxan ani əzələ gərginliyinin itməsi və ya yuxuya gedərkən, oyanarkən hallüsinasiyaların meydana gəldiyi bir vəziyyətdir.

Tənəffüslə bağlı olan yuxu pozuntuları: Şiddətli və davamlı xoruldama, Obstruktiv yuxu-apne sindromu olaraq adlandırılan və həyati təhlükə yaradan xəstəliklər qrupudur.

Kabus pozuntusu: Hər kəs həyatının müəyyən dövründə qorxulu yuxular görə bilər. Amma bu hal artarsa, qarabasma öz-özünə yuxu pozuntusuna çevrilər.

Gecə terroru: Bir yuxu pozuntusu olaraq da təsəvvür edə bilərik. Dərin yuxu zamanı, yəni yuxunun ilk saatlarında meydana gəlir. Ümumiyyətlə uşaq yaşlarında başlayıb, böyüdükcə azalır. Qarabasan: Tibdəki adı yuxu iflicidir. Yuxu görülən tez yuxu fazasında, göz və tənəffüs əzələləri xaricində tamamilə fizioloji bir iflic vəziyyətidir.

Yuxuda periodik hərəkət pozuntusu: Yuxu zamanı meydana gələn, ayaqlar və ya qollarda istənilməyən, təkrarlanan  hərəkətlərdir.

Narahatedici ayaq sindromu: Yuxu və ya istirahət zamanları ayaqlarda hiss edilən narahatlıq, hərəkət etmək ehtiyacı, keyləşmə bəzən də tam olaraq tanınmayan bir hisdir.

Yuxu qəbul etmək pozuntusu: Bu qəribə xəstəlikdə yuxu ilə bağlı fizioloji problem olmamasına baxmayaraq, qarşılıq olaraq yuxusuzluqdan şikayət edilir. Belə xəstələr illərdir yatmadıqlarını söyləyə bilərlər.

Yuxuda gəzərlik: 7-15 yaş aralığında və kişilərdə yuxuda gəzərlik daha çoxdur. Gecənin ilk yarısında yataqdan qalxa, hər hansı bir fəaliyyət göstərə bilər.

Ruhi xəstəliklərdə yuxu: Yuxusuzluq, ruhi xəstəliklərdə erkən görülən əlamətlərdən biridir. Öz-özünə bir neçə gün ard-arda yuxusuz qalmaqda uyğunluğu olan insanlarda xəstəliyə təkan verilə bilər.

Yuxu fiziologiyası:

Bir gecəlik yuxu müddətində elektrofizioloji, neyrokimyəvi və davranışda olaraq dəyişik mərhələlər kimi ortaya çıxır.

Tədqiqatçılar yuxunu 2 hissəyə ayıraraq araşdırır. Elektrofizioloji olaraq yuxunu. Tez göz hərəkətlərinin (Rapid Eye Movement= REM) olduğu və yuxuların daha çox tez yuxu fazası (REM) və bu hərəkətlərin olmadığı ləng yuxu fazası (REM-dən kənar) (NREM) yuxusu şəklində ikiyə ayırmaq mümkündür.

  1. NREM: Hüceyrələr bərpa edilir. Çünki, yuxu müddətinin 75%-ni təşkil edən NREM müddətində hüceyrələr bərpa olunma, beyin də istirahət şansı tapır. (Ləng yuxu fazası)
  2. REM: İnformasiyalar depoya yığılır. Yuxu müddətinin 25%-ni və son mərhələsini formalaşdıran bu hissədə beynin öyrənmə funksiyaları hərəkətə keçir. (Tez yuxu fazası)

Yuxu mərhələlərinin yuxudakı faizləri:

Mərhələ Oyanıqlıq % (faiz)
Mərhələ 1 Keçim fazası 1-4%
Mərhələ 2 Səthi yuxu 45-50%
Mərhələ 3;4 Yavaş dalğa yuxusu 20-25%
Mərhələ 5 REM yuxusu 20-25%

Yuxu laboratoriyası

Yuxu xəstəlikləri üçün zəruri, özəl təchizatı olan, yuxu laboratoriyası dediyimiz məkanda işlənsə də, pis yuxudan şikayət edənlərin hər birinin şikayəti laboratoriyada təsdiqlənməməkdədir və ya diqqətə çarpan bir şikayət olmadıqda tədqiqlərdə  patoloji olaraq irəli sürülməkdədir. Yuxu laboratoriyalarında polisomnoqrafiya ilə EEG (elektro ense foloqrafiya), göz hərəkətləri (EOG= elektro okuloqrafiya), ayaq EMG-si qeydlərinin təmin edilməsi ilə yuxu mərhələləri də irəli sürülərək yuxu işlənməsi aparılır.

Xəstə bu laboratoriyada normal yuxuya götürülür, yuxarıda göstərilən qeydlər edilərək tədqiq edilir. Xəstə oyandıqdan sonra da bu qeydlər dəyərləndirilir.

Yuxusuzluq üçün müalicə təklifləri

Yuxu gigiyenası ilk mərhələdə tətbiq olunması lazım olanları başa salır. Dərmansız müalicə metodlarındandır. Yuxu gigiyenası qaydalarının hamısının birdən istənilməsi mümkün deyildir. Həmçinin hər qayda hər xəstəyə tətbiq edilə bilməz.

  • Səhər oyananda mütləq yataqdan qalxmalıdır. Bir az daha istirahət etmək məqsəd olmamalıdır, çünki yuxunun ritmi pozulur.
  • Mümkün qədər eyni saatda yatıb, eyni saatda durmaq lazımdır.
  • Davamlı edilən idman hərəkətlərinin yuxuya müsbət təsiri vardır.
  • Yuxu saatına yaxın vaxtda yemək yeyilməsi, həyəcanlı fəaliyyətlər etmək yuxunu poza bilər.
  • Yatmaq üçün yataqda yarım saatdan çox yastığınızla boğuşmayın və qalxın. Keyfiyyətli yuxunun təmin edilməsi üçün səbirli olun, bu müddət 1 neçə həftəni əhatə edə bilər. Rahatlama qabiliyyətlərinin formalaşdırılması da önəmlidir. Buna görə də yatağa mümkün qədər az fikirlə girin.
  • Yatmadan 90 dəqiqə öncə işlərinizi sonlandırın.
  • Yuxu hazır olduqda gəlir, yatağınızda yataraq rahatlamanın da yuxu qədər gözəl olduğunu düşünün.
  • Qaranlıq otaqda gözlərinizi açıq saxlamağa çalışın, göz qapaqlarınız bağlanarkən bu prosesə bir neçə saniyə daha dözün və beləliklə yuxuya getməyə başlayacaqsınız.
  • Gözəl bir mənzərəni gözünüzdə canlandırın və daxilinizdə mənasız sözü təkrarlayın.
  • Axşam yemək yedikdən sonra yarım saat sakit bir yerdə oturun və keçən günü düşünün, fəaliyyətiniz sizi rahatladacaq. Yarımçıq qalan işlər üçün zaman müəyyən edin, amma o an üçün deyil.

Yuxunun tam olaraq qiymətləndirilməsində xəstə və yaxınlarının yaratdığı məlumatlar; polisomnoqrafiyadan əldə edilən informasiyalar və digər fizioloji dəyərləndirmələr əsas qəbul edilməkdədir.

“Həkim sadəcə edilən müalicələrdən deyil, edilməyən müalicələrdən də məsuliyyətlidir”.

                                            Prof. Dr. Nəvzat Tarhan

Baxış sayı: 322
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Boşanma qərarını övladlara necə bildirmək olar?
növbəti yazı
Bağlanma nəzəriyyəsi (Attachment theory)

Related Posts

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri və mütəxəssisləri Cangüdən verilişində...

11 Noyabr 2022

“LUİSA DÜSS PSİXOANALİTİK HEKAYƏ TESTİ” təlimi

11 İyul 2022

Xoşbəxtliyə əngəl olan 13 davranış

12 May 2022

Gözləntiləri reallaşmayan insanlar

11 Aprel 2022

Uşaqlarınızı qorumanın 10 üsulu

11 Aprel 2022

Günahkarlıq hissi

11 Aprel 2022

Qadınlar münasibətdən nə gözləyir ?

06 Mart 2022

İmposter sindromu

06 Mart 2022

Keçmişin yükünü gələcəyə daşımaqmı , gələcəyi keçmişin yükündən...

06 Mart 2022

Sakit uşaqlar ağıllıdır , yoxsa depressiyadadır ?

06 Mart 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net