E.Frommun əsərlərində məhəbbət problemi
Frommun yaradıcılığında məhəbbət xüsusi yer tutur.Fromma görə,məhəbbət sakit həyat yox, hərəkətdir.Sadəcə qavrayış yox,fəallıqdır.Sevən insan almır,öz həyatının ən qiymətli şeylərini könüllü verir.O,bunun əvəzini istəmir,qiymətli şeylərini verməkdən zövq alır.Sevən insan özünü başqa birinsində-sevdiyində tapır.Fromma görə,o fikir səhvdir ki,bir nəfəri sevmək başqa adamlara qarşı laqeyd olmaqdır.Fromm göstəriri ki,doğrudan da bir –birlərini sevən ər-arvada az rast gəlmək olar.Ailə qurduqdan sonra sevgi illuziyaları dağılır.Bu o zaman baş verir ki,insan istədiyini əldə edir.Ailə qurduqdan sonra tərəflərdə cazibədar görünmək,diqqəti cəlb etmək tələbatı azalır.Çox vaxt sevənlər istədiklərini əldə etdikdən sonra eqoistə çevrilir.Fromma görə,cəmiyyət elə olmalıdır ki,orada insan əməkdaşlıq,həmrəylik,sevgi hissləri ilə birləşə bilsin.İnsan dağıdıcı yox,yaradıcı olsun,özünəinam hissi formalaşsın.
E.Frommun əsərlərində məhəbbət problemi
əvvəlki yazı