Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Maraqlı məlumatlar

Viktor Emil Franklın “Həyatın mənası” nəzəriyyəsi

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Viktor Emil Franklın “Həyatın mənası” nəzəriyyəsi
Viktor Emil Frankl “Loqoteapiya” adlı psixoterapiyanın banisi sayılır. Loqoterapiya yunan dilindən “loqos” sözündən götürülüb tərcümədə “məna, anlam” deməkdir. Bu terapiya mənanı əsas anlayış kimi götürür və “məna qazandırmaq yolu ilə” terapiya üsulundan istifadə etməyi təklif edir. Loqoterapiyaya görə insanda anadangəlmə var olan məna arzusu insanı ən çıxılmaz vəziyyətlərdə sığınabiləcəyi bir dəyərə, məqsədə, hədəfə istiqamətləndirə bilir. Yəni, loqoterapiyanın əsas məqsədi insanın həyatına bir məna qazandırmaq yolu ilə onun məqsəd və hədəflərini tapmasını təmin etməkdir. Ona görə də Loqoterapiyada hər bir motivasiyaya qiymət verilir və onların fəaliyyətlə nəticələnməsinə kömək edilir. Logoterapiyanı digər psixologiya məktəblərindən fərqləndirən nəzərə çarpan xüsusiyyəti, şəxsiyyətin inkişafında məna və məsuliyyətin əhəmiyyətinini vurğulamasıdır. Logoterapiyada insanın həyatında var olan ağrı və acıya da diqqət yetirilir. Belə ki, Frankla görə ağrı və acı da həyata məna qatan bir amildir. Əgər bundan qaçmaq mümkün deyilsə, onda ağrı və acını da həyatın bir hissəsi olaraq görməliyik.
Frankl həyatın mənası sualına hər hansı bir insanın dəqiq bir cavab verəbiləcəyinə şübhə ilə yanaşır. Onun fikrinə görə həyatın mənası insanda-insana, gündən-günə, saatdan-saata dəyişir. Elə buna görə də əsas olan həyatın mənasının nə olduğu deyil, insanın müəyyən bir anda ona verəcəyi spesifik cavabının nə olmasıdır. Frankla görə “həyatın mənası nədir?”sualına ümumi bir cavab vermək şahmat çempionundan “Ustad, şahmatda ən yaxşı gediş hansıdır?” -deyə soruşmağa bənzəyir. Çünki, şahmat oyununda daşların ən son vəziyyəti eləcə də rəqibin özünəməxsus şəxsi keyfiyyətləri nəzərə alınmazsa ən yaxşı gedişin nə olduğunu söyləmək qeyri-mümkündür. Bu insan həyatına da aiddir. Belə ki, insan həyatda heç vaxt mücərrəd anlam, məna axtarmamalıdır. Həyatda hər kəsin yerinə yetirəbiləcəyi bir vəzifəsi və bunu təmin edəcək xüsusi bir missiyası vardır. Bu vəzifəni ondan başqası yerinə yetirəbilməyəcəyindən eləcə də onun həyatı yenidən təkrarlanmayacağından, hər kəsin vəzifəsi təkrarolunmazdır. Frankla görə gündəlik həyatda rastlaşdığımız psixiatrik problemlər insanın həyatda bir məna tapmamasından və bunun yaratdığı mənəvi psixoloji boşluqdan qaynaqlanır.Onun düşüncəsinə görə əslində həyat biz insanları hər gün, hər saat sorğu-suala çəkir. Hər insan həyata öz həyatı ilə cavab verə bilər, çünki, bu yalnız insanın həyatda məsuliyyətli olması ilə mümkündür. Frankl bu sualın cavabının sözdən, hər hansısa bir dərin mənalı fikirdən yox, insanın davranışından ibarət olduğunu vurğulayır. Həyat, onun problemlərinə doğru cavabı tapma məsuliyyətini öz üzərinə götürmək, və fərdin daima qarşısına qoyduğu tapşırıqları həll etməkdir. Ona görə də həyatın mənası insanın daxili aləmində deyil, məhz xaricimizdəki həyatda axtarılmalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetin
I kurs maqistır
Quliyeva Xoşqədəm

[center][/center]
Mənbə:
Psikoterapide yeni bir yaklaşım: Logoterapi ve Viktor Frankl. Abdülkerim Bahadır
Frankl, V. E. (1997) İnsanın Anlam Arayışı. Ankara: Öteki Yayınevi

Baxış sayı: 829
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Cəmiyyətdə “psixoloq”a yanaşma
növbəti yazı
Panik atak və panik pozğunluğu nədir?

Related Posts

20 psixoloji effekt

15 Fevral 2022

Maraqlı məlumatlar

19 Aprel 2019

Gülüş psixologiyası

19 Aprel 2019

Maraqli faktlar ve haisələr

19 Aprel 2019

Xrng psixoloji dstk hyata balayr

19 Aprel 2019

Şəxsiyyətin anomaliyası

19 Aprel 2019

Maraqlı məlumatlar

19 Aprel 2019

Xalq pedaqogikasında əmək tərbiyəsi.

19 Aprel 2019

Uşaqlara xəbər necə təsir edir

19 Aprel 2019

"Yox" demək və yaxşı əlaqələr saxlamaq üçün yeddi...

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net