Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Maraqlı məlumatlar

Cəmiyyətdə “psixoloq”a yanaşma

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
Cəmiyyətdə “psixoloq”a yanaşma
Əvvəlcə psixologiya elmi barədə məlumatlanaq. Ətrafımızda baş verən hadisə, hərəkət və ümumilikdə hər bir şey psixologiyaya bir başa aiddir. Psixologiya psixika haqqında elmdir. Psixika obyektiv aləmin subyektiv inikasıdır. Bu cümləni analiz edək. Məsələn, müəllim lövhədə qeyri adi, ilk baxışda müəyyənləşdirmək çətin olan bir xətt və ya hər hansı bir şəkil çəksə, parta arxasında əyləşən şagirdlərin hər biri onu öz şüur, təsəvvür və təxəyyülünə uyğun şəkildə başa düşəcək. Və ya hər hansı bir hadisəni hər bir kəs (hansı ki hadisəni kənardan müşahidə edən, hadisənin səbəbindən tam xəbərdar olmayan ) özünə uyğun şəkildə analiz edəcəkdir. Bu misallarımızda lövhədəki xətt, hadisə obyektiv aləm oldu, hər kəs isə xətti və hadisəni subyektiv şəkildə öz təsəvvüründə təxəyyülündə əks etdirdi. Bütün bu misallar psixikanın mənasını daha yaxşı əks etdirir. Kurt Levinə görə – “ İnsan onu əhatə edən cisimlərdən təşkil olunmuş “psixoloji sahə” də yaşayır və inkişaf edir. Hər bir predmet insan üçün müəyyən valentlik təşkil edir. Əşyalar bir növ mənfi və ya müsbət reaksiya yaradır. Ümumiyyətlə, bir peşə kimi isə psixologiya – psixoloji məlumatların insan problemlərini həll etmək üçün istifadə edilməsidir”
Bəzən həyatda insan elə situasiyalarla rastlaşır ki, o özünü sanki çıxışsız bir labirintdə hiss edir. Bu yolda bizə təcrübəli psixoloq kömək ola bilər. O artiq bu “labirintin” çıxışlarını bilir və bizə bu sınaqdan çıxmağa kömək edə biləcək insandır. Amma bəzən insanlar psixoloq yerinə digər üsullara əl atmağı üstün tuturlar. İnsanların niyə psixoloqa yox, başqa yerlərə – məsələn, “dost”lara, “falçı”lara üz tutur, psixoloqları isə “dəli həkimi” və ya bəzən “baxıcı” kimi qələmə verirlər?! Çünki onlar psixoloq yanına getməmələrinin səbəbini “mən dəli deyiləmki”, “camaat nə deyər?”,”sonra camaat məni dəli hesab edər” və s. bu kimi ifadələrdə görürlər. 1növ onlar başqalarına görə yaşayırlar. Onlar hər addımında özlərini yox, məhz “camaat”ın nə düşündüyünə önəm verirlər. Hətta bəzən bəzi qohum-qonşular “psixoloq” kimi öz diqqətlərini, qayğısını təklif edirlər: “Hə, burda nə var ki, gəl mənə danış, mən də deyim, hər şey yaxşı olacaq, vəssalam”. Hətta bəzən insanlar da onlara meyil edirlər. Amma bu belə deyil. Təcrübəli psixoloqdan siz obyektiv məsləhət ala bilərsiz. O sizin keçirdiyiniz hisslərə psixoloq mövqeyindən yanaşacaq və ən əsası sizi olduğunuz kimi qəbul edəcək. Mən deyərdim ki, bütün bunlara səbəb bəlkə də cəmiyyətdə hələdə psixoloqun vəzifələrini başa düşməyənlərdir. Hər insan kimi zaman – zaman çətin günlər keçirə bilərik və bu dövrlərdə bütün ehtiyacımız yaxşı bir dostun bizi dinləməsi, anlaması və yanımızda olub dəstək verməsi ola bilər. Ancaq insanlar bəzən böyük problemlərini bəlkədə özlərinin də dost kimi qəbul edə bilmədikləri dostlarına deyir, onlardan bəzən yanlış məlumatlar alırlar. Ən yaxşı dostunuz belə, bu problemlər qarşısında siz sevinəsiz və ya siz üzülməyəsiniz deyə, ya da eyni problemi təkrar təkrar danışmanızdan narahatlıq duymasın deyə məsələyə obyektiv yanaşmayacaq. Ancaq işin əsli isə bəzən içində olduğumuz ruh halında qalmamız, və mövzunu kifayət qədər anlayana qədər təkrar təkrar danışmaq son dərəcə çox əhəmiyyətlidir. Çünki insan nə qədər çox problemini təkrar edərsə, ən əsası dilinə gətirərsə tez tez o zaman bəlkədə unutduğu, fikir vermədiyi səhvini tapa bilər ya da məsələnin səbəbinin əslində başqa cür olduğunu, səhv başa düşdüyünü anlaya bilər. Həmçinin bir situasiyanı unudurlar – ona yaxın olan bir insan heç də həmişə məsələyə obyektiv yanaşmayacaq. Çox zaman məsələyə sizin tərəfinizdən yanaşacaq. Çünki o sizin yaxınınızdırsa təbii ki çox zaman məsələdə sizi günahlandırmayacaq. Dostlar bir probleminiz olduğunu unutmağınıza və müvəqqəti olaraq özünüzü yaxşı hiss etmənizə kömək etməyə çalışır. Bir sözlə, dostlarla həll olunan problemlər müvəqqəti həll olunur psixoloqla isə daimi…
Psixoloqa sağlam, psixi cəhətdən normal insanlar müraciət edir. Psixoloq gündəlik həyatda problemləri olan ( boşanan insanlar,işdən çıxan, depressiyaya, stressə düşən, gələcəyə küskün olan, uğur qazanmaq istəyən və s. insanlar ) insanlara kömək edir. Psixoloqa ilk dəfə müraciət edən insanlar bəzən həyacanlı olurlar. “ Görəsən məni başa düşəcəklər?” , “Problemim həll olunacaq?” , “Görəsən mən də digərləri kimi sağlam (psixi cəhətdən) ola biləcəm?” bu kimi ifadələr onları narahat edir.Psixoloqlar məsləhət zamanı problemin tam məğzinin aydınlaşdırır, kliyentə onun probleminin məğzi və onun reallığının səviyyəsi haqqında məlumat verir, qısa müddət ərzində problemin həllinə yönələn metod və üsulları seçir, kliyenti öz probleminin həllinə istiqamətləndirir və ən sonda öz probleminin həlli mərhələsinə çatan kliyentə əlavə kömək göstərir.
Azərbaycanda psixologiya termini çox da gec yox – XIX əsrin sonu XX əsrin əvvəllərində istifadə
olunmağa başlanmışdır. Hazırda psixologiya və psixoterapiya geniş vüsət alıb. Bunun da öz
səbəbləri var. Hazırda cəmiyyətimizin ən böyük problemi özgələşmə problemidir. İnsanlar bir –
birinə yadlaşırlar. Heç kim başqasının ruh halı ilə maraqlanmır. Bu isə öz növbəsində insanlarda
müəyyən gərginliklər, narahatçılıqlar yaradır. Sanki insanlar bir robota çevrilir. Məsələn, buna
ən göz qarşısında olan, gündəlik həyatda rast gəldiyimiz, bəlkə də hər kəsin nə vaxtda etdiyi bir
nümunə gətirəcəm. Bəlkə də sizdə mənim kimi “metroda pulu xırdalayan zaman kassaya yaxınlaşan əksəriyyət insanların “salam” deyil “pulu xırdalaya bilərsiniz?” deyərək müraciət
etdiyini müşahidə etmisiniz. Bu çox xoşagəlməz haldır. Bu insanların doğrudan da
robotlaşdığının bariz nümunəsidir.. Gəlin, hər bir kəsə qarşı mehriban səmimi olaq. “Salam”
verməklə və ya yolda rastlaşdığınız yaxınlarınıza xoş sözlər deməklə bir neçə saniyənizi
itirəcəksiniz düzdür. Lakin, düşünün siz bir insana səhər qarşılaşdığınız zaman xoş sözlər deməklə həm sizin həm də o şəxsin bütün günü əhvalının xoş keçməsinə səbəb ola bilərsiniz. Əhvalı xoş olan insan da rastlaşdığı insanlara xoş sözlər deyəcək. Neçə insanın gününün xoş keçməsinə səbəb olacağınızı özünüz fikirləşin..
Sevda Cəlilzadə

 

Baxış sayı: 610
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
GUNDƏLİK QİDA NECƏ OLMALİ
növbəti yazı
Viktor Emil Franklın “Həyatın mənası” nəzəriyyəsi

Related Posts

20 psixoloji effekt

15 Fevral 2022

Maraqlı məlumatlar

19 Aprel 2019

Gülüş psixologiyası

19 Aprel 2019

Maraqli faktlar ve haisələr

19 Aprel 2019

Xrng psixoloji dstk hyata balayr

19 Aprel 2019

Şəxsiyyətin anomaliyası

19 Aprel 2019

Maraqlı məlumatlar

19 Aprel 2019

Xalq pedaqogikasında əmək tərbiyəsi.

19 Aprel 2019

Uşaqlara xəbər necə təsir edir

19 Aprel 2019

"Yox" demək və yaxşı əlaqələr saxlamaq üçün yeddi...

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net