Dismorfofobi
1.DİSMORFOFOBİ NƏDİR?
2.XƏSTƏLİYİN SƏBƏBLƏRİ
3.XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ
4.MÜALİCƏSİ
1.DİSMORFOFOBİ NƏDİR?
Bu xəstəlik təqribən 1 əsrdən bəri məlumdur.İnsanin fiziki görünüşündə olan,lakin əhəmiyyətsiz bir qüsurla cox məşğul olmasidir.məsələn bir insanin;burnunun uzun,yasti və ya əyri olmasi,saçlarinin çox seyrək,qivrim olmasi,cinsi orqanlarda olan dəyişikliklər və s.sonradan insan yaranan bu komplekslərindən əl çəkə bilmir.Belə insanlar vaxtinin çoxunu güzgü qarşisinda keçirir və qüsürlu zənn elədiyi orqanlarda dəyişikliklər eləməyə başlayir.bu insanlarda güzgüyə baxma o qədər mürəkkəb hall alir ki hər gördüyü güzgüdə(aynada) özünə baxmağa başliyir.hətta güzgü əvəzinə istifadə edə biləcəyi bir şey varsa(maşinin şüşələri,vitrinlərdə olan şüşələr və s.)onda da qüsurlu zənn elədiyi yerə baxmağa başliyir.məsələn paltar almaga gedən bir insan paltara baxmaq əvəzinə həmin hissəsinə baxir.
2.XƏSTƏLİYİN SƏBƏBLƏRİ
Bu xəstəlik əsasən yeniyetmə və gənçlik yaşlarinda başlayir.şəxsiyyətin inkişafinin və özünə inamin tam olmadiği,şəxsiyyət kimi formalaşdiğı vaxta təsadüf edir.gözəllik axtarişlari,bir başqa məşhur insana oxşamaq istəyi və dostlarinin fiziki qüsurlarla bağlı elədikləri zarafatlar bu insanda fiziki görünüşünü müqayisə eləməyə gətirib çixarmaqdadir.orta sinif ailələrində daha çox təsadüf olunmaqdadir.aparilan son tədqiqatlarin nəticəsinə görə qadin və kişilərdə bu xəstəliyin rast gəlinmə tezliyi təxminən bərabər olmuşdur.Əsasən cavan,işləməyən və heç evlənməmiş adamlarda daha six görülür.ümumiyətlə kompleksli,öz bədənlərini daim incələyən,özünə inami olmayan və müxtəlif psixi mübarizələr içində olan adamlardir.
Reklamlarin da bu xəstəliyə səbəb olduğu aparilan tədqiqatlarin nəticəsidir.belə ki tv və reklamlarda gözəlliyin ön plana çəkilməsi bu insanlardaki xəstəliyin daha da mürəkkəbləşməsinə səbəb olur.Nəticədə tvdə olan insanlara oxşama istəyi qüsur kimi qəbul elədiyi orqanin dəyişdirilməsinə gətirib çixardir.(plastik cərrahiyə və s.)
3.XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ
belə insanlarda depresiya,əlaqələrdə həz duyğusunun olmamasi,özünə inamin olmamasi,qida qəbulunda baş verən pozulmalar və s. əlamətlər görülür.ən çox saç,üz,burun,cinsi orqanlar,ayaqlar,bud və baldirlarindan şikayətlənirlər.vaxtin böyük bir qismini güzgü qarşisinda qüsurlu hissələrini dəyişdirmə ümidləri və hərəkətləri ilə çekirirlər.bəziləri isə güzgüyə baxmaqdan imtina edir.tez tez nece göründüyü haqqinda suallar veməyə başlayir.sosial yerlərdən qaçmaq istiyirlər.qüsurlu orqanlarini başqalariyla müqayisə edirlər.fiziki qüsurlarin çarə ümudiylə dermatoloqlara,plastik cerrahlara baş çəkirlər.həkimlər tərəfindən psixatriyaya yönəldilən xəstələr psixi pozğuntularin onlarda plmadiğini deyərək həkim dəyişir.
özünü digər insanlardan aşaği,inamsiz ferqli (- mənada) hiss edir.bir növü insanlar üçün ideal ölçü yaradir və özünün bu ideal ölçüyə daxil etməyərək psixi pozulmalara səbəb olur.
Öz bədənlərini qüsurlu görməyə başladiqdan sonra daima eyni bir şey üzərində(qüsurlu orqan) fikirləşməyə başlayir.depresiya,obsesya və kilo ilə kompleksləri də varsa qida qəbulunda da problemlər yaşamağa başlayir.ən son variantda paroniyaya da gətirib çixarda bilir.
4.MÜALİCƏSİ
bu xəstəliyin beyindəki kimyəvi və genetik pozulmalarla əlaqəli oldugunu qeyd edən görüşlər də vardir.bu xəstəlik zamani əsas müalicə kimi psixoterapiya və dərman müalicəsi əsas götürülür.təkcə dərman müalıicəsi də əhəmiyyət vermiyə bilər.xəstəliyiu son həddində insanlar intahar haqqinda düşünür və bəzən intihar da edirlər.müalicə üçün bu məsələdə daha çox məlumati olan və ya ixtisaslaşmiş adamlarin yerinə yetirdiyi “davraniş müalicələri”də kömək olur.
Qüsurlarin plastik cerrahiyə vasitəsilə aradan qaldirilmasi xəstəliyin keçməsi üçün əhəmiyyət kəsb edə bilərmi?buna görə 2 variant vardir:1. egər plastik cərrahiyə yaxşi yerinə yetirilibsə və xəstə qüsurlu orqaninin düzəldiyi qənaətinə varibsa onda xəstəlik keçə bilər.lakin 2. variant da vardir ki əməliyyat pis keçmişdir və xəstə insan orqaninin son halini bəyənməmişdir.belə olan halda kədərlənmə,agir depresiya,sosial izolasiya,içə qapanma və ya həkimlərə yönəlik paranoya göstərməkdədir…
Güzgüyə çox baxirsiniz?
əvvəlki yazı