Nitqin növləri
Əmələ gəlməsinə görə nitq sutiativ və kontekst nitqə ayrılır.
Situativ nitq – ünsiyyət zamanı əmələ gəlir və başa düşülənin şifahi təsviri sayılır.
Kontekst nitq – bu təsəvvürün adının nəticəsidir, o yaddaşa görə inkişaf edir. Kontekstli nitq qramatikasına görə situativ nitqdən qəlizdir, likin intanasiyaya görə sadədir. Kontekst nitqində danışan öz fikrini təsəvvürün, tüslərini elə təsvir edir ki, dinləyici də analoji fikir və təsəvvür yarada bilsin. Lakin bu zaman qavrama dayaq rolunu oynamır, bu səbəbdən danışan dilin bütün imkanlarndan maksimal dərəcədə istifadə etməli olur.
Xirici nitq – 4 nitq prossesində reallaşır: məktub, oxumaq, danışmaq və
Yazılı nitq – ən çox kontekstli nitqdir. O təsəvürdəki həmsöhbətə müraciət edir, bu səbəbdən o həmişə hazırlanmış və düşünülmüş olur. Yazılı nitqdə cümlələr çox çətin ola bilər. Buna görə əgər bir yazılı nitqi şifahi nitq kimi təsvin etsək, bu zaman o şifahi nitq kimi başa düşülməyəcək, belə ki, o (şifahi nitq) başqa qaydalarla düzəldilir.
Yazılı nitq şifahi nitqdən sonra yaranmışdır. Bu da insanların infarmasiyasını və biliklərini bir-birilərinə ötürmək ehtiyaclarından yaranmışdır. Hadisələrin yazılı surətdə ötürülməsinin ilkin cəhdləri İqloqrafik nit adlanan şəkil formasında olmuşdur. daha sonra yazılı nitq ieroqlifik məktub şəklində olmuşdur. ieroqlif pridmeti və ya fikri tam ifadə edir, çoxlu sayda pridmet çoxlu sayda ieroqlifə uyğun gəlir. Öz fikrini ifadə etmək üçün və ya yazılanı anlamaq üçün bu işarələri əzbər bilmək lazımdır. Yazılı nitqin müasir növü alfubiotik adlanır və onun qədim Finikyalılar tərəfindən yaradılması güman olunur. Yazılı nitqin bu növü şifahi nitq ilə çox sıx bağlıdır. Qrafema ilə (hirflə)işarə olunur. Müxtəlif dillərdə istifadə olunan səslərin sayı (fonema) məhdudur, çox saylı olmayan işlərlə (qrafem) işlənilən fikri yazılı surətdə ifadə etmək olar.
Yazılı nitq özündə nitqin ən uzun dəqiq və geniş formasını əks etdirir. Yazılı nitqdə sözün köməyi ilə şifahi nitqdə intonasiya ilə və bilavasitə situasiyanın vizual qavrayışı köməkliyi ilə fikir çatdırılır. Yazılı nitq yalnız xüsusi təlim ənticəsində əmələ gəlir. Öz qürülüşüna görə yazılı nitq həmişə tam açılmış, qramatik təşkil olunmuş strukturu əks etdirir. Yazılı nitqdən yalnız artıq mövcud olan məluumatı ötürmək üçün deyil, eyni zamanda öz şəxsmi fikirlərini formalaşdırmaq üçün də istifadə olunur. Buna görə məktubda fiir ifadə etmənin forması və üsulu üzərində iş təfəkkür əməliyyatlarının formalaşmasına v inkişafına təsir edir. Yazılı nitq özündə oxunma yetərincə qədər yüksək sürətlə xarakterizə olunur. Dəqiqə ərzində 100 sözün sürətlə oxunmasında mümkündür. Lakin bu oxşarlıq üslubu oxucunun müəllifin fikir və hisslərini qabaqlamaq hallarına aid deyil. Bu səbəbdən sürətli oxumaq üsulu fəlsəfi ədəbiyyatların, şerlərin, bədii ədəbiyyatların, məktubların oxunmasında tətbiq edilə bilməz. O yalnız mətnlə tanışlıq üçün istifadə oluna bilər. Danışmaq iki əsas əlamətlə xarakterizə olunur – frazalırn ölçüsü və nitqin tempi ilə şifahi nitqin, cümlələrin optimal ölüçüs 72 məntiq vahidini təşkil edir, bu da nitqi qəbul edən yaddaşın optimal həcminə uyğundur.
Nitqin tempi – bu vahid zamanda tələffüz olunmuş vahid nitqin sayıdır. Şifahi nitqin asta, orta və sürətli tipləri qəbul olunmuşdur. Asta temp nitqi ifa etməyə (mahnı oxumaq) keçməsini, maksimal tez temp – nitq aparatının imkanlarını məhdudlaşdırır. Nitqin asta tempi bir saniyə ərzində 2-3 hecadan orta tempi – 4-5, maksima lisə 10 hecvya qədər gəlib çatır.
Şifahi nitqi monoloq, dialoq və piloloq formada mövcud olur.
Monoloq – bu bir insanın öz fikirlərini, biliyini ardıcıl, bağlı uzunmüddətli ifadəsidir. Monoloq misal olaraq leksikanı, məruzəni, çıxışı, nağıl söyləməyi göstərmək olar. Monoloq ardıkəsilməz olaraq jestlərin az olması ilə xaraterizə olunur. Monoloji nitqin fərqli cəhəti onun bağlılığı və onun kontestliyidir.
Dialoq iki insanın ünsiyyəti zamanı əmələ gəlir. O sitativdir, mimikalarla, jestlərdə, intonasiya, rəngarəngliyi ilə müşayət olunur.
Dialoq – dəstəklənən nitq qəbul olunub, dialoq zamanı iki həmsöhbət biri digərinə öz fikrini ifadə etməsi və onu anlaması üçün dəqiqləşdirici suallar verir. Əgər xarici nitq – başqaları üçündürsə daxili nitq isə öz daxilində və özü üçündür.
Daxili nitq xarici mövculardan fərqlənir. Daxili nitqdə fikir formalaşır və mövcud olur. Daxili nitq üçün praqmentləşmə, qısaldılma xarakterikdir. Daxili nitq tənzimləyici və planlaşdırıcı rol oynayır. daxili nitq bir sırı psixoloji xüsusiyyətlərə malikdir:
– o sözün kinestetik, eşitmə və görmə obrazı kimi mövcuddur;
– onda cümlə üzvlərinin bir çoxu düşür çox vaxt yalnız fikrin mahiyyətinin aydınlaşdıran sözlərdən istifadə olunur;
– daxili nitq səssizdir və uşaq yaşlarında xarici nitqə əsaslanaraq formalaşır. Uşağın eqosentik nitqi psixoloji funksiyalarına və özünün xarici qruluşuna görə daxili nitqi özündə əks etdirir. 7 yaşa yaxın dövrdə eqosentrik nitqin əsasında daxili nitqi formalaşması baş verir. Lakin hətta böyük yaşda daxili nitqdən xarici nitqə keçid bəzi çətinliklərlə müşayət olunur. Belə ki, əgər daxili nitqdə fikir aydın başa düşüləcəkdirsə, onun ifadə olunması zamanı o həmsöhbətə aydın olmur. Bu cür çətinliklər daxili nitqdə özünə aydın olan fraqmentar qısa fikirlərin xarici nitqə qrammatik və məntiqi fopmada keçməsi ilə əlaqədardır.
NİTQİN NÖVLƏRİ
əvvəlki yazı