AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
SOSİAL-PSİXOLOJİ TRENİNQ:
NƏZƏRİ VƏ METODOLOJİ PROBLEMLƏR
Ali məktəblərin magistr pilləsi üçün
PROQRAM
İxtisas: Sosial psixologiya
Bakı – 2009
TƏRTİB EDƏN: Psixologiya elmləri namizədi
Cabbarova L.M.
RƏYÇİLƏR: Psixologiya elmləri doktoru, professor,
əməkdar elm xadimi Ə.S.Bayramov
Psixologiya elmləri namizədi, dosent
G.Q.Hüseynova
ELMİ REDAKTOR:
İZAHAT VƏRƏQƏSİ
Müasir dövrdə praktik psixologiyanın ayrı-ayrı tətbiqi sahələrində, o cümlədən, ictimai praktikanın müxtəlif sferalarında sosial-psixoloji treninqlərdən geniş şəkildə istifadə olunur. Bu kimi texnologiyalardan baş çıxarmaq, bu sahədə müəyyən bilik və bacarıqlara yiyələnmək hər bir mütəxəssis psixoloq üçün, xüsusən də, sosial psixoloqlar üçün zəruridir.
«Sosial-psixoloji treninq: nəzəri və metodoloji problemlər» kursu ali məktəblərin sosial psixologiya ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur.
Kursun ayrı-ayrı bölmələrində sosial-psixoloji treninqlərin nəzəri və metodoloji əsasları, qruplarda işin təşkili, treninqlərin ayrı-ayrı növləri ilə bağlı bilgilər təqdim olunur.
Kursun əsas məqsədi tələbələri sosial-psixoloji treninqin nəzəri və metodoloji əsasları ilə tanış etmək, onlara treninqlərin təşkili və aparılması ilə bağlı müvafiq bilik və bacarıqları aşılamaqdır.
Kursun əsas vəzifələri:
Tələbələri sosial-psixoloji terninqlərin nəzəri əsasları, treninq qruplarında fəaliyyət göstərən əsas psixoloji mexanizmlər haqqında biliklərə yiyələndirmək;
onları qrupda iş zamanı istifadə olunan əsas psixoloji tapşırıqlar, texnika və priyomlarla tanış etmək;
treninq proqramları haqqında təsəvvür yaratmaq, onlarda treninq planı və proqramlarının tərtibi ilə bağlı müvafiq bacarıq və vərdişlər formalaşdırmaq;
tələbələrdə treninqlərin ayrı-ayrı növləri haqqında təsəvvür yaratmaq;
onları sosial-psixoloji treninqlərin təşkili və aparılması ilə bağlı zəruri bilik və bacarıqlara yiyələndirməkdir.
Kursun tədrisindən gözlənilən nəticələr:
Kursun tədrisi prosesində tələbələr:
sosial-psixoloji treninqlərin əsas nəzəri və metodiki əsasları ilə bağlı bilik əldə edəcək;
treninq tapşırıqları, texnikaları – qrup müzakirəsi, rollu və işgüzar oyunlar və s. haqqında təsəvvürə yiyələnəcək;
treninqlərin əsas növləri haqqında məlumatlı olacaq;
sosial-psixoloji treninqlərin təşkili və aparılması, treninq proqramlarının tərtibi ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnəcəklər.
Kursun tədrisi zamanı mühazirə, müzakirə, rol oyunları, tapşırıqlar və videomaterialların nümayişi metodlarından istifadə olunması nəzərdə tutulub.
Ümumilikdə, kurs praktiki yönümlüdür. Treninq işlərinə daha yaxşı bələd olmaq və onları daha yaxşı mənimsəmək üçün məşğələ dərslərində kommuniktiv treninqlərin keçirilməsi mümkündür
Proqramın tərtibində Azərbaycan, rus və ingilis dillərində mövcud olan proqramlardan, dərs vəsaitlərindən istifadə olunmuşdur.
BÖLMƏ 1
SOSİAL-PSİXOLOJİ TRENİNQİN NƏZƏRİ ƏSASLARI VƏ
QRUP DİNAMİKASI
Mövzu 1. Sosial-psixoloji treninq nəzəriyyəsinin əsasları
Sosial-psixoloji treninq (SPT) anlayışının mahiyyəti. Qrup şəklində aparılan psixoloji işlərin yaranması tarixi. “Qrup psixoterapiyası” və “Qrup treninqi” anlayışlarının qarşılıqlı əlaqəsi. SPT-in inkişaf tarixi. SPT-in tətbiqi sahələri.
SPT-in nəzəri əsasları. Şəxsiyyət nəzəriyyələri və SPT.
Psixoloji işlərin qrup metodlarının üstünlüyü və çatışmazlıqları.
Mövzu 2. SPT qrupunda fəaliyyət göstərən əsas psixoloji mexanizmlər
Qrup dinamikası anlayışı. Qrup dinamikasının əsas elementlərinin xarakteristikası. Qrupun strukturu – qrup dinamikasının vacib elementlərindən biri kimi. Qrup normaları. Qrup birgəliyi anlayışı. Sosiometriya – qrup dinamikasının tədqiqi metodu kimi.
BÖLMƏ 2
SOSİAL-PSİXOLOJİ TRENİNQ QRUPLARININ TƏŞKİLİ MƏSƏLƏLƏRİ VƏ METODİKİ ƏSASLARI
Mövzu1. Sosial-psixoloji treninqin təşkili
Treninq qruplarının iştirakçılarının komplektləşməsi. Treninq qruplarının kəmiyyət tərkibi. Treninq qruplarının keyfiyyət tərkibi. Treninq qruplarının homogenliyi. Treninq qruplarının heterogenliyi.
Treninq proqramlarının tərtibi.
Mövzu 2. SPT metodları
SPT-in əsas metodları. Treninq üsulları, tapşırıqları və texnikası. Qup müzakirəsi. Oyun – qrup şəklində aparılan psixoloji işin metodu kimi. Treninqdə psixogimnastika. Canlandırıcı oyunlar və psixotexnikalar.
Treninqdə transakt analizin tətbiqi. NLP texnikası.
Mövzu 3. Treninq qruplarında özünüdərketmə prosesləri
SPT-də əks əlaqə anlayışı. Əks əlaqə – özünüdərketmə və ünsiyyət proseslərinin mühüm komponenti kimi. SPT zamanı “Mən-obrazla” iş. Coqari diaqramı.
Mövzu 4. SPT-də aparıcının şəxsi keyfiyyət və bacarıqları
Treninq qruplarının aparıcısının hazırlanması və onun şəxsiyyətinə verilən tələblər. Treninq qruplarının idarə olunması tərzləri. Trenerin davranışının əsas prinsipləri. Trenerin əsas funksiyaları və vəzifələri. Treninqin keçirilməsi zamanı trenerlərin əsas səhvləri.
BÖLMƏ 3
SOSİAL-PSİXOLOJİ TRENİNQİN AYRI-AYRI NÖVLƏRİ VƏ ONLARIN TƏTBİQİ MƏSƏLƏLƏRİ
Mövzu1. Sosial-psixoloji treninqin növləri
Treninq qruplarının növləri. T-qruplar. SPT-in əsas prinsipləri. SPT-in vəzifələri. SPT-də diaqnostika.
Özünüproqramlaşdırma. Kommunikativ vərdişlər treninqi. İşgüzar ünsiyyət treninqləri. Konfliktologiya üzrə treninq.
Mövzu 2. Görüş qrupları qrup şəklində aparılan psixoloji işin forması kimi.
Görüş qruplarının tarixi və inkişafı. Görüş qruplarının əsas anlayışları. Görüş qruplarının əsas prosedurları. Görüş qruplarının əsas mərhələləri və meylləri.
SƏRBƏST İŞ ÜÇÜN MÖVZULAR:
1. Əks əlaqə –treninqin əsas tərkib hissəsi kimi.
2. Psixodramanın inkişaf tarixi.
3. SPT-in imkanları.
4. SPT-də diaqnostik prosedurlar.
5. Sosial-psixoloji terninqdə dinləmə bacarığı.
6. «Trener-qrup» qarşılıqlı münasibətləri.
7. Treninq qruplarının aparıcısına verilən əsas tələblər.
8. Qərb psixologiyasında sosial-psixoloji treninqin nəzəriyyə və praktikası.
9. Psixogimnastika – qrup şəkilində aparılan işlərin əsas metodu kimi.
10. İşgüzar ünsiyyət treninqlərinin nəzəri-metodoloji problemləri.
11. Özünüproqramlaşdırma
12. Biheviorial yönümlü qruplarda işin əsas xüsusiyyətləri
13. Geştalt qruplar.
14. Qrup müzakirəsi və rol oyunları.
15. Videotreninqlər.
ƏDƏBİYYAT
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı, Çinar-Çap, 2002, 620 s.
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya, Bakı, Qarr-poliqraf, 2003, 356 s.
3. Bern G. İqrı, v kotorıe iqraöt lödi. Lödi, kotorıe iqraöt v iqrı, SPb, Universitetskaə kniqa, 1996, 398 s.
4. Bakli R., Keypl Dj. Teoriə i praktika treninqa. SPb.: Piter, 2002, 352 s.
5. Burnard F. Treninq mejliçnostnoqo vzaimodeystviə. SPb.: Piter, 2002, 304 s.
6. Vaçkov İ. Osnovı texnoloqii qruppovoqo treninqa. M., 1999.
7. Djonson D.U. Treninq obheniə i razvitiə: Per. s anql. M.: Proqress, 2001, 248 s.
8. Emelğənov S.V., Burkov V.N. Metod delovıx iqr. Moskva, 1976.
9. Jukov Ö.M., Petrovskaə L.A., Rastennikov P.V. Diaqnostika i razvitie kompetentnosti v obhenii. M.: İzd-vo MQU, 1990, 104 s.
10. Zaxarov V.P., Xrəheva N.Ö. Soüialğno-psixoloqiçeskiy treninq: Uçebnoe posobie. L.: İzd-vo LQU,1989, 55 s.
11. Kriçevskiy R.L., Dubovskaə E M. Soüialğnaə psixoloqiə maloy qruppı: Uçebnoe posobie dlə vuzov. M.: Aspekt Press,2001, 318 s.
12. Maklakov S.İ., Xrəheva N.Ö. Psixoqimnastika v treninqe. SPb., 1993.
13. Prutçenko A.S. Soüialğno-psixoloqiçeskiy treninq mejliçnostnoqo obheniə. M.,1992.
14. Puzikov V.Q. Texnoloqiə vedeniə treninqa. SPb.: İzdatelğstvo “Reçğ”, 2007, 224 s.
15. Rudestam K. Qruppovaə psixoterapiə. M.: Proqress, 1993, 368 s.
16. Fopelğ K. Sploçenie i tolerantnostğ v qruppe. Psixoloqiçeskie iqrı i uprajneniə / Per. s nem. 2-e izd. M.: Qenezis, 2003.
17. Fopelğ K. Psixoloqiçeskie qruppı: Raboçie materialı dlə veduheqo: Praktiçeskoe posobie. M.: Qenezis, 2000, 256 s.
18. Xğell L., Ziqler D. Teorii liçnosti. SPb.: Piter, 1997, 608 s.
19. Üzen N.V., Paxomov Ö.V. Psixotreninq: iqrı i uprajneniə.M.: Fizkulğtura i sport, 1988, 220 s.
20. Rao T.V. The training effectiveness questionnaire
http://www.humanlinks.com/orgsn/training_effectiveness.htm
21. Smalley D. Measuring training effectiveness
SOSİAL-PSİXOLOJİ TRENİNQ
əvvəlki yazı