Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

Suisid haqqında nəzəriyyələr

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Hələ qədim dövrlərdən tədqiqatçılar suisidin hər hansı bir nəzəri əsaslarını verməyə çalışmışlar.Hazırda suisidentlərin təbiətini izah edə biləcək vahid nəzəriyyə yoxdur. Şərti olaraq psixopatoliji,psixoloji və sosioloji olmaqla 3 qrupa bölünən ayrı-ayrı nəzəri konsepsiyaları qeyd etmək olar.
1.Psixopotoloji konsepsiya belə bir fərziyyədən irəli gəlir ki,bütün özünə qəsd edənlər ruhi xəstə olan adamlardır.Suisidal hərəkətlər isə kəskin və xroniki psixi pozğunluqların meydana çıxmasıdır.Bu konsepsiyanın tərəfdarları N.P.Bruxanski,V.K.Xoroşko, L.A.Prozerov və başqaları psixiatrlar olmuşlar.Onlar bu problemi təbabət üçün ənənəvi metodlarla etiologiya baxımından patogenez və kliniki xəstəliklər kimi öyrənirdilər.
2.Psixoloji konsepsiya tərəfdarları belə hesab edirlər ki,suisidal hərəkətləri psixi xəstələr kimi,sağlam adamlar da edə bilər (A.Q.Ambrumova).Problemlərin həlli variantlarından biri bu hadisəyə psixoloji aspektdən yanaşmaqdır.Psixoloji konsepsiyaya görə,şəxsiyyətin suisidal davranışının formalaşmasında psixoloji amillər aparıcı rol oynayır(V.T.Kondraşenko).
Suisidal davranışın ilk psixoloji nəzəriyyəsini ilk dəfə XX əsrin əvvələrində Z.Freyd tərəfindən verilmişdir.O,özünəqəsdə ölüm instinktinin təzahür etməsi kimi baxır ki,bu da aqressiya və təsadüfi hal kimi autoaqressiya ilə ifadə olunur.Bu konsepsiyanın tərəfdarları elə hesab edirlər ki,özünəqəsd-dəyişdirilmiş (özünə isti-qamətlənmiş) qəsddir (ölümdür).Bu fikirlərin düzgünlüyü təsdiq etmək üçün bir sıra ölkələrdə həqiqətən baş verən ölüm və özünüqəsdin kəmiyyətcə uyğunlaş-masına,hətta müharibə zamanı özünüqəsdin azalmasına əsaslanırlar.Qeyd etmək lazımdır ki,psixoanalitik mövqedə duran müasir suisidoloqlar Freydin köhnəlmiş baxışları ilə,xüsusən də autoaqressiyaya yalnız aqressiv insitinktlərin təzahürü kimi yanaşması fikri ilə razılaşmırlar.Özünə qəsdin öyrənilməsinin əsas metodu,onların fikrincə, suisidal davranışın psixolojiləşdirilməsi metodudur.Məsələn,məşhur fin suisidoloqu Açte (Achte) qeyd edir ki,suisid sevgi meylləri xarakteri daşıya bilər. Özünəqəsd edən insan ümid edir ki,o,özünə qəsd etməklə darıxdığı sevimli qohum-ları ilə birləşə bilər.Belə adamlar sağ ikən gözlədikləri sevgi və şəfqəti öldükdən sonra əldə edəcəklərinə ümid edirlər və ölüm onlar üçün cazibəli görünür. Bu, xüsusilə də suisidal məqsədli adamlara aiddir.Özlərinin suisidal fantaziyalarında belə adamlar öz dəfnlərinə tamaşa edir,sevgini etiraf etməklə yaxınları və qohumlarının peşmançılığından həzz alırlar.Fransız psixiatrı Kouran (Couran) belə hesab edir ki, suisidal davranışla ehtiraslı məhəbbət arasında birbaşa asılılıq vardır.Bununla belə müəllifə görə,suisidal davranış “vəziyyətin sahibi” olmaq üçün özünəməxsus cəhd-dir və insan ağır böhran vəziyyəti nəticəsində yaranmış gərginlikdən müvəqqəti olaraq çıxa bilir.
Suisidal davranış termini altında suisidal fəallığın istənilən təzahürü nəzərdə tutulur.
Suisidal davranışı proqnozlaşdırmağa imkan verən əsas amillərdən biri kimi şəxsiyyətin xüsusiyyətlərinin öyrənilməsi xüsusi maraq doğurur (S.P.Korolenko, A.L.Qalin və b.). A.Q.Amrumova,E.M.Vrono suisidal davranışlı yeniyetmələrin xüsusiyətlərini tədqiq edərək göstərmişlər ki,onların əksəriyyəti üçün səciyyəvi cəhət impulsivlikdir:bütün suisident yeniyetmələrə davamlı olmayan emosianallıq və çılğınlıq xasdır ki,bunlar da əsasən suisidal davranışla nəticələnən konfliktli situasiyaların çox olması ilə izah edilə bilər.Suisidal davranışlı yeniyetmələrin çoxu üçün təlqinə yüksək meyllik səciyyəvidir.Bu,başqasının dərdinə şərik olmaq-da və hüsn-rəğbət bəsləməkdə,ədəbiyyatda və kinoda rastlaşdıqlarını özləri ilə eyniləşdirməkdə, obraza tez uyğunlaşmaqda,mövcud olmayan situasiyalara görə həqiqi emosional sarsıntı keçirməkdə,təfəkkürün müəyyən dərəcədə müstəqil olmamasında, ətrafdakıların fikirlərindən asılı olmaqda,öz davranışını kitablarda və filmlərdəki qəhrəmanların davranışına uyğun qurmağı cəhd etməklə özünü göstərir.Yeniyetmə suisidentlərin əksəriyyəti üçün xarakterik olan xüsusiyyətlər, müəlliflərin fikrincə, yeniyetməlik dövründə şəxsiyyətin müəyyən suisidal predispozisiyasını yaradır.
Sosial-psixoloji dezadaptasiyanın əsas fazalarından biri kimi predispozisiya suisidal davranışın birbaşa və yeganə determinantı hesab olunmur.Bu fazanın suisidal fazaya keçməsində konflikt vəziyyəti həlledici rol oynayır ki,bu da göstərilən aktın strukturunda mərkəzi yer tutur.
S.P.Korolenko və A.L.Qalin suisidentləin aşağıdakı psixoloji xüsusiyyətlərini ayırd edirlər: formal məntiqi təfəkkürün üstünlük təşkil etməsi,yüksək affektiv sferanın güclənməsi və aktiv təxəyyülün çatışmaması.Müəlliflərin fikrincə,suisidal meylli adamların çoxunun təfəkkürü formal məntiqin qanunlarına uyğun gəlir.
N.V.Konançuk,V.K.Myager suisidentin şəxsiyyyətini xarakterizə edən 3 əsas xüsusiyyəti ayırd edirlər:
1.Qarşıya qoyulmuş məqsədə nail olmaqla bağlı tələbatların yaratdığı yüksək gərginik;
2.Sevdiyi adamdan asılı olmaq;
3.Emosional yaxınlığa yüksək tələbat.
Bu,şəxsin bütün həyatını əhəmiyyətli münasibətlər üzərində qurduğu,öz “Mən”inin isə ancaq “Mən-O”cütlüyündə əridiyi və qəbul edildiyi,həmçinin də,istənilən növdə kompensator mexanizmlərin yaradılmasında şəxsin aşağı qabiliyyətə malik ol-ması və frustrasiyanı zəiflədə bilməməsi zamanı özünü büruzə verir.
A.E.Liçko yeniyetmənin suisidal davranışı ilə xarakterin aksentuasiyası tipləri arasında müəyyən əlaqə olduğunu göstərir.Onun fikrincə,yeniyetmələr arasında intihar hallarının əsas səbəbi bunlardır:
1.Sevimli adamın itirilməsi;
2.Həddindən artıq yorğunluq vəziyyəti;
3.Şəxsi ləyaqətin təhqir olunması;
4.Spirtli içkilərin və narkotik maddələrin qəbulu nəticəsində şəxsiyyətin müdafiə mexanizmlərinin dağılması;
5.Özünü intihar etmiş adama oxşatmaq;
6.Müxtəlif səbəblərdən qorxunun,qəzəbin,kədərin ayrı-ayrı formları.
3.Sosioloji konsepsiyanın ən görkəmli nümayəndələrindən biri olan Emil Dürkheymə görə,suisidal davranışın əsasında sosial inteqrasiyanın qeyri-sabit və aşağı səviyyədə olması durur.Özünü öldürmənin sıxlığı isə fərdin cəmiyyətə hansı səviyyədə inteqrasiya olunmasından asılıdır.Onun fikrincə,özünü öldürmə istənilən halda fərdin sosial mühitlə qarşılıqlı münasibətləri kimi başa düşülməlidir.Çünki bu münasibətlərdə sosial amillər aparıcı rol oynayır.Bu konsepsiyanın əsas çatışmayan cəhəti sosial mühitlə qarşılıqlı münasibətlərdə şəxsiyyətin rolunun nəzərə alınmamasıdır.
A.Q.Ambrumova suisidal davranışı insanın mikrososial konfliktlər şəraitində yaranan sosial-psixoloji dezadabtasiyasının nəticəsi hesab edir.Adaptasiya,ümumiyyətlə,canlı sistemlə xarici şərait arasında uyğunluğun olmasıdır.Dezadaptasiya anlayışı isə orqanizmlə mühit arasında uyğunsuzluğun müxtəlif dərəcə və keyfiyyətlərini əks etdirir.Tam uyğunluq –inkişafı sürətləndirir,tam uyğunsuzluq isə həyat fəaliyyəti ilə bir araya sığışmır.Bu iki qütb arasında yerləşən aralıq vzəiyyətində olan sistemlər üçün isə həm adabtasiya,həm də dezadaptasiya terminləri eyni dərəcədə qəbul edilir.Bütün bu ümumi vəziyyətlər insanın spesifik adaptasiya forması-sosial-psixoloji adaptasiya üçün də qəbul edilir.İnsan öz inkişafını ətraf mühitə passiv uyğunlaşma yolu ilə deyil,gerçəkiyin təbii və sosial şərtləri ilə aktiv münasibətlərdə olması nəticəsində təmin edir.
İnsanın sosial-psixoloji adaptasiyasının müvəffəqiyyətlilik meyarları onun adi və ekstremal situasiyalarda davranışından asılıdır.Vəziyyətin ekstremallığı onun subyekt üçün nə dərəcədə əhəmiyyətli olmasını əks etdirir.Ekstremal şəraitlərdə müxtəlif adamlar öz uyğunlaşma taktikalarını eyni cür qurmur.Daha dözümlü,möhkəm olan adamlar plastikliyin və ehtiyat fondun hesabına adaptasiyanın əvvəlki səviyyəsini saxlaya bilir.Bəzilərində uyğunlaşma səviyyəsinin müvəqqəti olaraq aşağı düşməsi müşahidə olunur.
A.Q.Ambrumova dezadaptasiyanın bir-biri ilə əlaqəsi olan obyektiv və subyektiv tərəflərini ayırd edir.Dezadaptasiya həmişə daxili və xarici kriteriyaları olan konfliktlə əlaqəlidir. Müəllif hətta “dezadaptasiyanın həddi”anlayışını da gös-tərir.Dezadaptasiya həddini keçən konflikt böhranlı hesab olunur.
Azərbaycan tamamilə sağlam olan cavan adamların intihar etmə səbəblərini araşdıran psixiatr A.A.Sultanov onların 3 əsas qrupunu ayırd edirdi:
1.Sosializasiyanın pozulması ilə əlaqədar olan dezadaptasiya.Bu o zaman baş verir ki,cavan adamın sosial strukturdakı mövqeyi onun iddia səviyyəsinə uyğun gəlmir;
2.Ailə ilə konfliktlər.Bu,yaşlılar tərəfindən gənclərin sərvətlər sisteminin qəbul edilməməsi ilə şərtlənir;
3.Spirtli içkilərin və narkotik maddələrin qəbulu.Bu hal suisidal situasiyanın meydana çıxması və onun daha tez həyata keçməsi üçün zəmin yaradır.

Baxış sayı: 814
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
İntihara aparan yollar
növbəti yazı
ŞƏХSİYYƏTİN PSİХОLОGİYАSI

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net