Bəzən insanlar öz hisslərini və istəklərini öz gözlərində kiçildirlər. Keçən dəfə bir dostum başqa bir tanışından inciyib. İndi mənə deyir ki, bilirəm elə-belə səbəbdir, amma nə bilim, incidim də. Ya da kimsə deyir ki, bilirəm filankəsin etdiyi şey kiçik bir şeydir, mən nahaq yerə bu qədər pis oldum.
Baxın, siz insansınız. Ətdən və sümükdən ibarət insan. Və sizin hissləriniz var. Başqası üçün kiçik bir şey sizin üçün böyük ola bilər. Bu, tamamilə normaldır. Buna görə, özünüzü sıxmayın. Hislərinizi gizlətməyin. Hislərinizi basdırmayın. Hisslərinizdən utanmayın. Çox ağıllı və ciddi bir insan ola bilərsiniz. Amma, ağıllı və ciddi olmazdan əvvəl siz sadəcə bir insan idiniz. Və bütün insanlar kimi sizin də hisləriniz var. Hislər isə önəmlidir. Hər şeydən əvvəl siz önəmlisiniz. Siz dəyərli varlıqsınız. Özünüzü dəyərsiz hiss edə bilərsiniz. Amma orqan mafiyaları belə düşünmür. Və bu dəfə onlar haqlıdırlar.
Fuad Əsədov