Dostoyevskinin “Yeraltından notlar” kitabında belə bir hissə var.
“Mən heç bir şey olmağı bacarmadım… Sadəcə axmaq adamlar nəsə olurlar. Bəli, 19-cu əsrdə yaşayan ağıllı bir insan hər şeydən əvvəl xarakterizə bir varlıq olmağa əxlaqi olaraq borcludur. Xarakterli bir adam, yəni aktiv bir şəxsiyyətdir… Əslində, o sərhədli bir varlıqdır”
Nahaq yerə demirlər ki, Dostoyevski ən yaxşı psixoloq olub. Faktiki olaraq, burda Dostoyevski keçən əsrin ikinci yarısında yaradılan Koqnitiv Biheverial Terapiyadakı etiketləmə haqqında danışır. İnsan əslində özünə “mən bu cür insanam” deyəndə, özünü sərhədləyir. Başqa cür olmaq haqqından özünü məhrum edir. Amma, əslində insan belə bir varlıq deyil. Biz müxtəlif situasiyalarda müxtəlif cür davranırıq. Hər zaman eyni olacağımızı və ya hər zaman eyni olmalı olduğumuzu özümüzdən gözləyə bilmərik. Bir insan həmişə səbrli, tənbəl, məsuliyyətsiz, bacarıqsız, uğurlu, kobud, zarafatcıl, mülayim, günahkar ola bilməz. Bunlar bizim xarakteriniz ola bilməzlər. Bunlar sadəcə, müəyyən andakı davranışlarımızın adıdır. Bunun fərqinə varan insan xaraktersiz olduğunu anlayır. Onu ifadə edəcək sözlərin mövcud olmadığını da anlayır. Dolayısıyla, “bir şey” olmadığının fərqinə varır. Və yalnız “heç nə” olduğunu qəbul edən insanlar “hər şey” ola bilərlər.
Fuad Əsədov