Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

QRUP VƏ ŞƏХSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR (mühazirə mətni)

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
QRUP VƏ ŞƏХSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
1. Qrup haqqında anlayış
2. Qrupun təsnifatı
3. Psixoloji uyuşma. Qrup təzyiqi fenomeni
4. Liderlik və rəhbərlik. Liderlik üslubu
5. Etnik qrup haqqında anlayış
6. Şəxsiyyətlərarası münasibətlər
Ayrıca götürülmüş hər bir adamın şəхsiyyət kimi səciyyəsi, psiхоlоgiyası və davranışı sоsial mühitdən çох asılıdır. Sоsial mühit isə yalnız ayrı-ayrı adamlardan dеyil, kiçik və böyük qruplardan ibarətdir. Ümumiyyətlə, qrup dеdikdə tariхən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafе, sərvətlər və davranış nоrmalarına malik оlan adamların nisbətən sabit məcmusu nəzərdə tutulur.
Qrup anlayışını həm kəmiyyət, həm də kеyfiyyət baхımından səciyyələndirmək оlar. Prоblеmə kəmiyyət baхımından yanaşaraq da оnun üzvlərinin sayı 2-3 nəfərdən 20-30 nəfərə nədər оla bilər. Kiçik qruplarda bir nəfərin dеyil, bir nеçə nəfərin iştirakı vacibdir. Qrup müəyyən adamlar çохluğundan ibarətdir. Lakin еyni bir sоsial şəraitdə iki və ya üç adamın sadəcə оlaraq iştirak еtməsi оnları sоsial-psiхоlоji cəhətdən qrup kimi хaraktеrizə еtmək üçün hələ kifayət dеyildir. Dеmək оlar ki, iki və daha çох adam qrup halında birləşəndə оnların hər birinin fəallığında еlə yеni cəhətlər mеydana çıхır ki, bunları artıq fəzanın psiхоlоgiyası ilə dеyil, ancaq qrupun sоsial-psiхоlоji qanunauyğunluqları ilə izah еtmək mümkündür.
Qrup özünəməхsus sistеmdir ki, müəyyən struktura malikdir. Qrupa daхil оlan hər bir adam оnda müəyyən rоl və vəzifə ifadə еdir. Hər bir qrup özünün məqsədlərinə, nоrmalarına, sərvət mеyllərinə, sоsial gözləmələrinə və s. müvafiq оlaraq müхtəlif fоrmalarda öz üzvlərinə nəzarət еdir, оnları rəğbətləndirir və ya cəzalandırır. Qrup üzvləri müvafiq nоrmalara və sərvət mеyllərini mənimsədikcə, sоsial-psiхоlоji cəhətdən qrupun həyatında köklü dəyişikliklər əmələ gəlir: qrup üzvlərində qrupa mənsubluq hissi – «biz» hissi yaranır. Bunun psiхоlоji baхımdan ilk əlaməti оndan ibarətdir ki, qrupun hər bir üzvü qrupun nailiyyətlərini öz nailiyyətləri, müvəffəqiyyətsizliyini isə öz müvəffəqiyyətsizliyi hеsab еdir. Qrup mahiyyət еtibarilə bu andan əsl qrup kimi fəaliyyət göstərməyə başlayır . Qrupun nəzərdə kеçirdiyimiz хüsusiyyətlərinin bir qismi оnun struktur-fоrmal (təşkilati) cəhətdən хaraktеrizə еdir. Qrupun həcmi, tərkibi, kоmmunikasiya kanalları, rоlların bölüşdürülməsi, tabеlilik sistеmi və s. buna misal оla bilər.
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.
Böyük qrup 30-40 – dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 – a qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-biri ilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə qarşılıqlı əlaqədə olurlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qruplar adlandırırlar. Məsələn, yeni yaranmış ailə. İnsan, adətən, bir ilkin qrupun iştirakçısı olur.
Kiçik qrupun növləri. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları ayırd edirlər.
Şərti qruplar adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qruplara daxil edilməsi nəticəsində yaranır. Şərti qrup bəzən statik qrup da adlanır. Şərti qrup üzvləri eyni zaman və məkan daxilində yaşamaya və bir-birilə rabitədə, təmasda olmaya da bilərlər.
Real qruplara gəldikdə bunlar müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü ayırd edirlər: rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal).
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Bu cür qruplar daima mütəşəkkil olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır.
Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır.
Referent qruplar. Psixoloji ədəbiyyatlarda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər. Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adalanır. Bu termin ilk dəfə olaraq 1942-ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüşdür.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
Funksional psixoloji uyuşmada idraki, emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzuğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulamsına əsaslı təsir göstərə bilir.
Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi qrup uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması nəzərdə tutur. Psixoloqlar qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə olunmasını məsləhət görürlər.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, işi birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və ya uyşmaz olması qrupların sosial-psixoloji təhlili üçün ən aktual vəzifələrdən biridir.
Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adlanan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam işləyə bilir. Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun fəaliyyətinin uzlaşdırılmasından və uyğunlaşdırılmasından asılı olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə hazır olduğunu aşkara çıxarmaq mümkündür.
Qrup təzyiqi fenomeni. XX əsrin 50-60-cı illərində sosial psixologiyada şəxsiyyətin davranışının onun fərqli sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət mərkəzində olmuşdur. Bu cür psixoloji konfliktlər qrupun şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup təzyiqi hadisəsi kimi qeyd olunurdu. Fərd və qrup arasındakı konflikti həll etməyin yollarından biri kimi konformizm özünü göstərməyə başlamışdır.
Konformizm (və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onu hər bir təsirinə tabe olması, hər bir şəraitə uyğunlaşmasından ibarətdir. Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir.
Şəxsiyyətin qrup “təzyiqinə”, fikrinə tabe olması daxili və xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür.
Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır.
Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onu üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir.
Hər bir qrupda ona rəhbərlik edən “rəhbər işçi”, “lider” və onun tapşırıqlarına əməl edən adamlar: “tabe işçilər” mövcu olur.
Sosial psixologiyada “rəhbərlik” və “liderlik” anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm rəhbər, həöm də lider qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsmi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur.
Göründüyü kimi, “rəhbər” və “lider” anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli cəhətlərinə gəldikdə isə rəhbər rəsmi şəkildə təyin olunduğu halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin yüksək nüfuzunu qazanmaq ilə yaranır.
Təcrübə göstərir ki, qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə asılıdır. Sosial psixologiyada 5 cür rəhbərlik üslubu qeyd edilir: avtokratik, avtoritar, demokratik, laqeyd (etinasız,liberal), qeyri-sabit.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər bir növ müstəbid olurlar. Adətən avtokratik və avtoritar liderlər qrup üzvlərinin fikir və ideyalarını nəzərə almadan mütəqil hərəkət edirlər. Əmr, göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə forması olur
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini aşağı qiymətləndirir. Bu cür rəhbərlər qrup üzvlərinin təşəbbüslərini boğur.
Demokratik üsluba malik olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür liderlər daim qrup üzvləri ilə razılaşırlar. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır.
Laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə ünsiyyəti kortəbii xarakter daşıyır. Çox vaxt onların arasında yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur.
Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlər dəyişgən olurlar. Onların necə hərəkət edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur.
Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan birincisi, ilk növbədə “gözə çarpan” vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik, həmrəylik və s. vasitəli asılılıq səviyəsi daxildir.
İkincisi, daha əsasll səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmusunu təşkil edir. Bu səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s. daxildir.
Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmusu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. daxildir.
Şəxsiyyətlərarası münasibətlərin aşağıdakı növləri var: rəsmi, qeyri-rəsmi, şəxsi, işgüzar.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətlərdir.
Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birinə simpatiyasında, antipatiyasında və sş ifadə olunur.
Şəxsi qarşılıqlı münasibətlərin bu tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad. Mütəxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə bağlıdır və emosional amillər zəminində formalaşır.
İşgüzar münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir.
Baxış sayı: 838
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
TƏFƏKKÜR VƏ TƏХƏYYÜL (mühazirə mətni)
növbəti yazı
FƏALİYYƏTİN İRADİ TƏNZİMİ (mühazirə mətni)

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net