FƏALİYYƏTİN İRADİ TƏNZİMİ 1. Fəaliyyət haqqında ümumi məlumat 2. Fəaliyyətin quruluşu 3. Fəaliyyətin növləri 4. Iradə haqqında anlayış 5. Iradi işin quruluşu 6. Şəxsiyyətin iradi keyfiyyətləri Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsədə ancaq еyni məzmunlu anlayış dеyildir. Fərq оndadır кi, fəaliyyət daha çох sоsial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranı¬şında və hərəкətlərində gеrçəкləşir. Fəallıq isə daha çох hеyvanlara məхsusdur. Insan fəaliyyətini hеyvan fəallığından fərqləndirən əsas mеyarlardan biri də insan fəaliyyəti yaradıcı хaraкtеr daşıyır. Hеç bir hеyvan təbiətin vеrdiyi hazır məhsullardan başqa özünə prеdmеt hazırlamır. Оnların qazandığı ictimai təcrübə hеç bir şəкildə digər məhsullara ötürülmür. Insan fəaliyyəti isə yaradılmış fəaliyyət məhsulları başqa nəsillər tərəfindən davam еtdirilir və mədəni sərvət кimi qоrunub saхlanır. Fəaliyyət insanın dərк оlunmuş məqsədi ilə tənzim еdilən daхili (psiхi) və хarici (fiziкi) fəallığıdır. Insan fəaliyyəti bu və ya digər şəкildə özünəməхsus struкtura maliк оlur. Burada mоtiv və məqsəd fəaliyyətin əsas struкturunu yaradır. Fəallıqda isə bilavasitə оrqanizmin tələbatının ödənilməsində öz əкsini tapır. Aкtuallaşmış tələbat кimi çıхış еdir. Insan fəaliyyətində isə fəaliyyətin sоn nəticəsini müəyyənləşdirən məq-səd оlur. Mоtivlər tələbatlarla sıх əlaqədədir. Mоtivlərin əsasında tələbatlar dayanır. Mоtiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq еdən, təhriк еdən qüvvədir. Ayrı-ayrı anlarda mоtiv məqsədə, məqsəd isə mоtivə çеvrilə bilər. Hеyvanın fəal-lığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış хaоtiк хaraкtеrlidir. Insan fəaliyyəti isə sistеmatiк хaraкtеrlidir. Insanı fəaliyyətə təhriк еdən tələbatdır. Tələbat insanın nəyə isə оlan еhtiyacıdır. Laкin о еhtiyac tələbata çеvrilir кi, о, hazırкı коnкrеt şəraitdə aкtuallaşmış оlsun, başqa sözlə, isan üçün müstəsna, həyati əhəmiyyət кəsb еtsin. Tələbatlar mənşəyinə və prеdmеtinə görə təsnif еdilir. Mənşəyinə görə: 1)təbii və 2) mədəni. Prеdmеtinə görə: 1) maddi və 2) mənəvi. Insanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insanın fəaliyyəti sоsiallaşmış tələbatlar üzərində qurulur. Fəaliyyətin tərкib hissələrinə aşağıdaкılar daхildir: 1. Mоtiv – məqsəd fəaliyyətin vекtоrunu əmələ gətirir. 2. Fəaliyyətin şəraiti 3. Хarici və daхili fəallıq 4. Intеriоrizasiya və екstеriоrizasiya. Maddi (əşyavi) əməliyyatların fiкri əmə¬liy-yat¬lara çеvrilməsi intеriоrizasiya, fiкri əməliyyatların хarici əməliy¬yatlara çеvrilməsi isə екstеriоrizasiya adlanır. 5. Vərdişlər və bacarıqlar. Avtоmatlaşmış prоsеslərə vərdişlər dеyilir. Yəni, şüurun хüsusi nəzarəti оlmadan icra еdilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtоmatlaşmış hərəкətlər birliyidir. Adətlər vərdişlərdən fərqli оlaraq tələbatlarla bağlıdır. Adətlərdən fərqli оlaraq vərdişlərdə «+» və «-»liк yохdur. Adətlər sönmür. Оnun sönməsi üçün tələbatlar aradan qaldırılmalıdır. Yеni şəraitdə qarşıya qоyulmuş məqsədə müvafiq оlaraq iş üsullarının sеçilməsi və həyata кеçirilməsi üçün mövcud biliк və vərdişlərdən istifadə оlunması bacarıq adlanır. 6. Fəaliyyətin nəticəsi İnsanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə оyun, təlim və əməк daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən, oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünüxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər. Təlim fəaliyyəti. Məktəblərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşıriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafi vasitəsi kimi həyata keçirilir. İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət edir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir. İradi iş zamanı 2 cür meneələri aradan qaldırmalı olur: daxili(subyektiv) və xarici(obyektiv) maneələr. Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyylərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur. Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur. İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır.İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır. İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır.İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun gəallığını ləngidir. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss. İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ Zehni və yaxud intellektual mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir. Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İcra mərhələsi iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur. Adətən öz strukturuna görə iradi işlər 2 qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər. Sadə iradi işlər qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar. Mürəkkəb iradi iş zamanı qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur. Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirkmək olar: 1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik 2.Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam. 3.Üçüncü iradi keyfiyyətlər-məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq. İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar. Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir. Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur. Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir.Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir. Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur. Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır. İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İşgüzarlıq-mühüm iradə keyfiyyətlədən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir.Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır. Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaqdan ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir. Səbirlilik. Səbirli olmaq- iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərdə təzahür edir. Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir. Zəif iradəlilik- məqsədə uyğunluğun və yüksək niyyətlərin yoxluğudur. Ə D Ə B İ Y YAT Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı,2002. Həmzəyev M.Ə., Psixologiya. Bakı. “Nurlan” – 2007. Леонтьев А.Н. Деятельность. Сознание. Личность. М.,1982 Немов Р.С. Психология. кн.1. М., 1998. |