Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Bizim Kafedra

Psixologiya kafedrası

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Psixologiya kafedrasının yaranması tarixi Azərbaycan Dövlət Universitetinin yarandığı dövrlərə təsadüf edir. Belə ki, universitetin tarix-filologiya şöbəsində və 1922-1923-cü illərdə yaradılan şərqşünaslıq fakültəsində pedaqogika fənni ilə yanaşı psixologiya da tədris edilirdi. 1920-ci ildə universitetdə F.A.İbrahimov tərəfindən respublikada ilk psixoloji laboratoriya yaradılır. Laboratoriya bir sıra dəqiq və mürəkkəb psixoloji müşahidələr aparmağa imkan verən cihazlarla təchiz edilmişdir. 1947-1948-ci illərdə universitetin filologiya fakültəsində məntiq və psixologiya şöbəsi açıldıqdan sonra, yeni “Məntiq və psixologiya” kafedrası yaradılır. A.O.Makolevski onun kafedra müdiri təyin edilir. Həmin kafedranın respublikada psixologiya elminin inkişafında, psixologiya üzrə mütəxəssislərin hazırlanmasında mühüm rolu olmuşdur. Bu şöbənin məzunlarının əksəriyyəti məhsuldar elmi və pedaqoji fəaliyyətlərini bu günə qədər davam etdirdilər. 1959-1960-cı illərdə A.O.Makolevskinin Elmlər Akademiyasına getməsi ilə əlaqədar olaraq məntiq və psixologiya kafedrasının müdiri M.C.Məhərrəmov təyin edilir.
Məntiq və psixologiya şöbəsi bağlandıqdan sonra məntiq və psixologiya kafedrası ayrılır, kafedrada çalışan psixoloqlar M.C.Məhərrəmov, C.M.Təhmasib və başqaları öz elmi və pedaqoji fəaliyyətlərini pedaqogika kafedrasında davam etdirməyə başlayırlar. Beləliklə, 1960-cı ildə universitetdə pedaqogika və psixologiya kafedrası yaradılır.1961-1970-ci illərdə pedaqogika və psixologiya kafedrasına prof. M.C.Məhərrəmov rəhbərlik etmişdir. 1971-ci ildə psixologiya elmlər doktoru, professor Ə.S.Bayramov kafedra müdiri təyin edilir. 1991-ci ildən pedaqogika və psixologiya kafedrası bölündükdən sonra kafedralar müstəqil ümumuniversitet kafedraları kimi fəaliyyət göstərməyə başlayırlar. Psixologiya kafedrasının müdiri psixologiya üzrə elmlər doktoru, professor Ə.S.Bayramov təyin edilir. 1997-ci ilə qədər professor Ə.S.Bayramov psixologiya kafedrasına rəhbərlik etmişdir. Professor Ə.S.Bayramovun rəhbərliyi altında (komissiyanın sədri) kafedrada məhkəmə-psixoloji ekspertiza komissiyası fəaliyyət göstərmişdir. 1997- ci ildə psixologiya kafedrasının müdiri professor B.H.Əliyev təyin edilir. 2000-ci ilin aprel ayında profesor B.H.Əliyev tərəfindən “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyası açılır. Bununla da psixologiya elminin inkişafında yeni mərhələ başlayır.
Respublikamızda psixologiya elminin inkişafında xüsusi rolu olmuş şəxslərin kafedrada yüksək ixtisaslı kadrların, psixoloqların hazırlanmasında mühüm rolu olmuşdur. Bu şəxslərdən 1920-1960-cı illərdə psixologiya kafedrasının müdiri olmuş A.O.Makolevskini göstərmək olar. Onun kafedraya rəhbərlik etdiyi illərdə kafedrada çalışan professor və müəlllim heyətinin məhsuldar əməyi nəticəsində “Məntiq və psixologiya” kafedrası yarandıqdan bir neçə il sonra psixologiya fənni öz ana dilimizdə Azərbaycan dilində tədris edilməyə başlayır. Bu illərdə psixologiya fənnini Q.Şaxtaxtinski, F.İbrahimbəyov, V.Mustafayev, Ə.Zəkuzadə tədris edirdilər.
Professor F.A.İbrahimbəyov 1926-cı ildə Respublikamızda ilk psixoloji laboratoriyanın yaradıcısı və psixologiya elminin inkişafında mühüm rolu olmuş mütəxəssislərdən biri olmuşdur. 1960-cı ildə M.C.Məhərrəmov “Məntiq və psixologiya” kafedrasının müdiri təyin edilir. M.C.Məhərrəmov kafedraya rəhbərlik etdiyi illərdə aparılan aktiv və məhsuldar elmi-metodik iş nəticəsində bir sıra publikasiya, monoqrafiya, dərslik Azərbaycan dilində psixologiyaya aid lüğətlər dərc edilmişdir. Respublikamızda psixologiya elminin inkişafında psixologiya elmlər doktoru, professor Ə.S.Bayramovun böyük rolu olmuşdur. O, psixologiya kafedrasına 25 ildən artıq bir müddətdə rəhbərlik etmişdir. Professor Ə.S.Bayramov təkcə respublika üçün deyil, həmçinin keçmiş “Sovet İttifaqı”nın digər respublikaları üçün də psixoloji kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. 1997- cildən psixologiya elminin inkişafında yeni bir dövr başlayır. Beləki, 1997-ci ildən psixologiya kafedrasının müdiri təyin edilən professor B.H.Əliyevin təşəbbüskarlığı ilə 2000-ci il aprel ayında “Eksperimental psixologiya” ETL yaranır. Bununla da elmi-nəzəri surətdə araşdırdığı məsələlərin eksperimental tədqiq olunması imkanı yaranmışdır. AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Əliyev tərəfindən Azərbaycanda ilk dəfə olaraq, 1999-cu ildə “Psixologiya jurnalı” təsis edilmişdir və elə həmin dövrdən hal-hazıra kimi jurnalın baş elmi redaktorudur. Jurnal qısa müddətə respublikada və xarici ölkələrdə diqqəti cəlb etmiş, elmin inkişafında böyük rol oynamışdır. АMЕА-nın müхbir üzvü, prоf. B.H.Əliyеv “Psixologiya” kafedrasına rəhbərliyə başla¬dıq¬dan sonra magistratura pilləsində yeni ixtisasların yaradılmasını təşkil edir. “Ümumi psixologiya”, “Klinik psixologiya”, “Sosial psixologiya”, “Pedaqoji psixologiya”, “Uşaq və yeniyetmələrin psi¬xo¬logiyası”, “Hüquq psixologiyası”, “İnkişaf psixologiyası” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə tədris planları və proqramları hazırlanır. Bu ixtisaslar üzrə Sosial elmlər və psi¬xologiya fakültəsində azərbaycandan və xarici ölkələrdən hər il 20-25 magistr təhsil alır. Əgər 1960-cı ildə pedaqogika və psixologiya kafedrası 11 nəfərdən- 7 nəfər elm. nam., dosent, 1 nəfər b/m., 2 nəfər aspirant və 1 nəfər b/laborantdan ibarət idisə, bugün kafedranın 18 əməkdaşı vardır. Onlardan AMEA-nın müxbir üzvü-1, psixologiya elmləri doktoru, professor-4, dosent-6, dosent əvəzi-2, psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim-3, psixologiya üzrə fəlsəfə doktoru, müəllim-2, və baş laborant- 1nəfər işləyir. Kafedranın əməkdaşları magistratura pilləsi üçün 80 proqram, 35 dərslik və metodik vəsait hazırlamışlar. Eyni zamanda bakalavr pilləsində iki ixtisas- “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə də tədris aparılır. Kafedra əməkdaşları tərəfindən bakalavr pilləsi üçün 35 proqram və 28 fənn üzrə dərslik və dərs vəsaiti hazırlayaraq Təhsil Nazirliyinin qrifi ilə çap etdiriblər.“Psixologiya” kafedrasının əməkdaşları universitetin müxtəlif fakültələrində bakalavr və magistr pillələrində azərbaycan, rus və ingilis dilində “Psixologiya” fənnini tədris edirlər.
Hal-hazırda kafedra əməkdaşları tərəfindən müasir dövrdə şəxsiyyətin identikliyinin psixoloji xüsusiyyətləri aşağıdakı istiqamətlərdə araşdırılır:
– Keçid cəmiyyətlərində şəxsiyyətin identikliyinin meyillərini, psixoloji mexanizm və amilləri müəyyənləşdirmək(AMEA-nın müxbir üzvü, professor B.H.Əliyev)
– Müasir dövrdə hüquq və siyasi düşüncə tərzinin təşəkkül meyillərinin müəyyənləşdirməsi (AMEA-nın müxbir üzvü, professor B.H.Əliyev, dosent A.F.Səməndərova, psixologiya üzrə fəlsəfə doktoru, baş müəllimə Y.Ə.Vəliyeva, psixologiya üzrə fəlsəfə doktoru N.R.Nəsirova, psixologiya üzrə fəlsəfə doktoru V.İ.Vəliyeva)
– Dini və milli identikliyi şərtləndirən psixoloji amilləri müəyyən etmək (professor R.H.Qədirova, dosent T.T.Babayeva, psixologiya üzrə fəlsəfə doktoru, baş müəllimə A.K.Mirzəyeva)
– Psixologiyada peşə identikliyinin psixoloji mexanizmlərinin müəyyən edilməsi (dosent M.V.Vəliyev, dosent İ.M.Bayramov, dosent əvəzi A.M.Mustafayev, psixologiya üzrə fəlsəfə doktoru, baş müəllimə K.Q.Kazımova)
– Somatik xəstəliyin ağırlıq dərəcəsindən, gedişindən və proqnozundan asılı olaraq xəstəliyə münasibətin tiplərinin müəyyən edilməsi (professor E.İ.Şəfiyeva, dosent S.A.Allahyarova, dosent S.Y.Quliyeva)
Kafedranın əməkdaşları tərəfindən bakalavr və magistratura pilləsi üzrə psixologiya ixtisasından 120 dərslik, dərs vəsaiti, fənn proqramları hazırlanmışdır. “Psixologiya” kafedrası respublikanın bir sıra ali məktəbləri ilə o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının “Fəlsəfə və sosial psixologiya”, ADPU-nun “Ümumi psixologiya” və Azərbaycan Dillər Universitetinin “Psixologiya” kafedraları ilə elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq birgə elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanması istiqamətlərində aparılır.

Baxış sayı: 1. 427
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyev
növbəti yazı
Sosial elmlər və psixologiya fakültəsi “Psixologiya” kafedrasının 2018-2020-ci illər üçün elmi-tədqiqat işlərinin PLANI

Related Posts

Tədris olunan fənlər

19 Aprel 2019

Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasında tədris...

19 Aprel 2019

Sosial elmlər və psixologiya fakültəsi “Psixologiya” kafedrasının 2018-2020-ci...

19 Aprel 2019

AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyev

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net