Oyuncaq seçərkən nələrə diqqət etməliyik ?
Uşaqlarınıza oyuncaq seçərkən aşağıdakı xüsusiyyətlərə diqqət edin:
1.Seçiləcək oyuncaq uşağın yaşına,marağına və inkişaf səviyyəsinə uyğun
olmalıdır.
2.Oyuncaqlar çox qarma-qarışıq olmamalıdır.Dayanıqlı olmalı,tez qırılmamalıdır.
3.Uşağın təkbaşına oynaya biləcəyi oyuncaqlar alınmalıdır.
4.Alınan oyuncaqlar çoxyönlü olmalıdır.Bu məqsədlə də xəyal gücünü artıran
,yaradıcılıq qabiliyyətini inkişaf etdirən oyuncaqlar daha məsləhətlidir.
5.Uşağın yaşına uyğun olmaqla yanaşı həm də diqqətini çəkəcəyi formada
olmalıdır.Cəlbedici,əyləncəli oyuncaqlar uşaq üçün daha maraqlı olur.Bəsit
oyuncaqlar uşağın tez sıxılmasına ,darıxmasına ,qarmaqarışıq oyuncaqlar isə
özünəinamın azalmasına səbəb olur.Oyuncaq uşağın diqqətini çəkməzsə o zaman
uşaq həmin oyuncaqla oynamaqdan imtina edəcəkdir.
6.Alınacaq oyuncaq alış-verişə getməzdən əvvəl dəqiqləşdirilməlidir.
7.Təmizlənməsi,yuyulması mümkün olan oyuncaqlar alınmalıdır.
8.Paylaşma ,bölüşdürmə duyğusunu inkişaf etdirən olmalıdır.
9.Forma və işlətmə baxımından tez qavranılan,anlaşılan ,başa düşülən olmalıdır.
10.Uşağın xoşuna gələn formada və rəngdə olmalıdır.
11.Oyuncağın ölçüsü ,böyüklüyü uşağın bədən xüsusiyyətinə uyğun olmalıdır.
12.Sökülə bilən tərzdə olmalıdır.Onda oyuncağını qırmadan rahat hissələrə ayıra
bilər.
13.Uşağın sağlamlığına,onun psixi və fiziki inkişafına zərərli olmamalıdır.
14.Bahalı oyuncaq yaxşı oyuncaqdır-həmişə doğru deyil.Önəmli olan oyuncağın
bahalı olması deyil,yararlı olmasıdır.Bu səbəbdən də çox bahalı oyuncaq əvəzinə
daha keyfiyyətli oyuncaq almanız daha məsləhətlidir.
15.Ən önəmlisi oyuncağın uşaq üçün təhlükəsiz olmasıdır.Uşağın sağlamlığını təhlükəyə
atmamalıdır.Kənarları sivri ,paslana bilən ,rəngi çıxan,elektrik batareyası
açıqda olan və içinə əl soxula bilən elektrikli ayrıca kiçik uşaqlar üçün
ağzına soxula biləcək böyüklükdə hissələri olan oyuncaqlar uşaqlar üçün təhlükəlidir.
16.Aldığınız oyuncağın üzərində oyuncaqdan necə istifadə qaydası haqda məlumatı
tələb edin.
17.Oyuncaq seçərkən cinsiyyət ayırımı edilməməlidir.Qızlar maşın ,oğlanlar gəlincik
oynatmamalıdır!-fikri çox yalnışdır Çünki uşaq onsuzda əşyaya ,oynadığı
oyuncağa öz rolu cinsiyyəti baxımdan yanaşır.Bununla da o həmdə oyuncaqlarla
tanış olur.Məsələn gəlinciklə oynayan oğlan uşağı ona ya bacısı ya da ana
obrazı kimi yanaşır.Eləcə də qızlar maşınla oynayarkən qardaşı ya da atasını
xatırlayır
18.Uşaqlara şiddətverici oyuncaqlar alınması da məsləhət görülmür.Bu uşaqda
aqressiv davranışa, başqalarına zərər verən ruhda tərbiyə olunmasına səbəb
olar.Tüfəng,tapança,qılınc,tank kimi oyuncaqlar uşaqlarda zorakılıq,eqoistlik,mərhəmətsizlik
kimi hisslərin formalaşmasına gətirib çıxarır.
19. Uşaqlara yalnız rəngi fərqli olan eyni oyuncaqların alınması da doğru
deyil.Belə ki, uşaq eyni oyuncaqdan həm bezəcək, həm də ətraf mühit,digər əşyalar
haqqında məlumatsız qalacaqdır.
Sonda qeyd edək ki,oyuncaqlar doğru seçilərsə uşaqların bütün inkişafını dəstəkləyərsə
onlari əyləndirən və sevindirən oyunlarının,həmçinin həyatlarının bir parçası,dəyərli
əşyası olar.Unutmamalıyıq ki,sabahımız.gələcəyimiz olan körpələr oynayarkən həm
öyrənir, həm də həyata hazırlanırlar.
Aygün Hüseynova
Oyuncaq seçərkən nələrə diqqət etməliyik
əvvəlki yazı