1. Boşanma evli cütlüklər arasında ailə ilə bağlı qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu hal məhkəmə qərarı ilə rəsmləşdirilir. Boşanma qarşılıqlı sevgiyə , güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüquqi forma almış ifadəsidir.
Istənilən digər sosial-psixoloji hadisələr kimi, boşanmalar da, adətən, obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bəzi sosioloqların fikrinə görə, boşanmanı şərtləndirən əsas amillər həyat tərzinin urbanizasiyası, əhalinin miqrasiyası, ölkənin sənayeləşməsi, qadınların emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində bəzi hallarda məsuliyyətin, cütlüklərin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün sadalananlar problemin ümumi fonudur. Müasir cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində bəzi hallarda məsuliyyətin, cütlüklərin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün sadalanlar problemin ümumi fonunda. Müasir cəmiyyətdə çoxsaylı möhkəm, davamlı, uzunömürlü ailələrlə yanaşı, müvəqqəti, iflasa doğru gedən nikah ittifaqları heç də az deyildir.
Boşanma münasibət lap qədim dövrlərdə istənilən cəmiyyətlərdə müzakirə mövzusu olmuşdur. İnsanların yalnız nikaha daxil olmaq hüququnun deyil, həm də boşanmaq hüququnun tanınması demokratik cəmiyyətlərin göstəricilərindən biridir. Boşanma hüquq haqqında qanun, boşanmaya, boşananlara və boşanan ailələrin uşaqlarına münasibətdə formalaşan ictimai rəy ölkələrin ictimai-siyasi münassibətləri sistemi, mövcud mədəni, milli ənənələr, xalqların sosial-psixoloji xüssusiyyətləri ilə sıx bağlıdır.
XX əsrə qədər bir çox ölkələrdə boşanma kişilər üçün yol verilən bir həyat norması hesab edilir, qadınların bu hüquq tanınmır, onlara kölə münasibəti hökm sürürdü. Ayrı-ayrı xalqlarda qadının boşanma iddiası etməsi pis qarşılanır, bu əxlaqi baxımdan yolverilməz bir hərəkət hesab edilirdi.
Vaxtilə A.Bebel yazırdı ki, hər hansı ölkənin qanun və ənənələrinə bilmədən yalnız boşanmanın az olması faktına görə həmin ölkə haqqında fikir söyləmək olmaz. Məsələn, katolik kilsəsinin təsirinin güclü olduğu ölkələrdə boşanma qadağan edilmişdir və bu ölkələrdə boşanmaya əngəl yaratmayan ölkələrə müqayisədə boşanma hallarına az təsadüf olunur. Bəzi ölkələrdə boşanma yalnız “günah prinsipi” əsasında həyata keçirilir, yəni məhkəmə ər-arvaddan birinin ər-arvad vəfassızlığında, öz vəzifələrini yerinə yetirməməkdə, xəyanətdə günahkar olduğunu sübuta yetirməlidir.
Respublikamızda boşanma ailə və nigah münasibətlərini ailənin gələcəkdə saxlanılmasının mümkünsüzlüyü çərçivəsində “Ailə” və “Mülki” məcəllələr əsasısnda VVADQ (Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı) orqanları və məhkəmələr tərəfindən ər və ya arvaddan birinin müraciəti əsasında həyata keçirilir.
2. Boşanma ərlə arvad arasındakı ciddi konfliktlərin geniş yayılmış həlli üsulu kimi həmişə mövcud olmuşdu. Boşanmaya münasibətin dəyişməsi bir çox cəhətdən qadınların iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlıdır. Əgər qadının daimi işi varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb getdiyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir.
Boşanma problemi müasir ailədə qarşılıqlı münasibətlərin xarakterində baş verən dəyişikliklərlə sıx bağlıdır. Yeni yaranan ailə modellərində münasibətlərin pozulmasının xüsusi formaları meydana gəlir. Əgər ənənəvi nikahda boşanma hadisəsi hüquqi, iqtisadi, psixoloji planda baş verirdisə, ailə münasibətlərinin müasir formalarında boşanmadan sonra da onun psixoloji aspektləri nəinki saxlanılır, hətta ön plana keçir. Məşhur sosioloq N.M.Rimaşevskayanın qeyd etdiyi kimi, boşanma problemi və ailənin taleyi cəmiyyətin həyatının keçid dövründə qeyri-adi və ciddi əhəmiyyət kəsb etməyə başlayır.
Son illər ölkəmizdə boşanmaların və nikahdankanar doğumların sayı artır ki, bu da natamam ailələrin sayının çoxalmasına səbəb olur. Demoqrafların qənaitinə görə, qeydə alınmış hər beş nikahdan biri boşanma ilə ləğv olunur. Boşanmaların 30 % 5 ildən az nikah yaşı olan gənc ailələrdə baş verir.
Rus sosioloqu V.V.Solodnikovun otən əsrin 90-cı illərinin sonunda apardığı tədqiqatların nəticələrinə görə boşanma öncəsi vəziyyətlərdə kömək üçün cütlüklər ailə və nikah məsləhətxanalarına deyil, daha çoh qohumlara və dostlara müraciət edirlər. Cütlüklərdən 75% analara , 51,8% dostlara, 39,2% atalara, 10,2% hüquqşunalara, yalnız 49% psixoloq və həkimlərə müraciət edirlər.
3. Dünyanın bir çox ölkələrində boşanmanı şərtləndirən motivlər sırasında ər-arvad xəyanəti aparıcı amil hesab edilir. Statistikaya görə, respublikamızda boşanma səbəbləri içərisində ər-arvad sədaqətinin pozulması nəticəsində boşanma bütün digər səbəblərin təxminən 25%-ni təşkil edir. Ə-arvad sədaqətinin, məhəbbətin qənimi olan xəyanət ər-arvad hissləri zonasına toxunur. Müasir ailə üçün məhəbbət nikaha daxil olmaq, ailəni təşkil etməyin və onun mövcudluğunu təmin etməyin əsası və aparıcı motividir. Xəyanət ailədə müxtəlif ziddiyətlərə, konfliktlərə ər-arvad arasında disharmoniyaya səbəb olur. Müasir dövrdə ər-arvad xəyanətinə hər cür ailə tiplərində-həm firavan, dayanaqlı münasibətləri olan, həm konfliktli, həm problemli, həm də ər-arvad arasındakı münasibətlərin praktiki olaraq pozulduğu böhranlı ailələrdə təsadüf olunur. Xəyanət əksər hallarda ailənin dağılmasının, həm də doğulma ərəfəsində olan münaqişəli ailələrdəki qeyri-simpatik münasibətlərin nəticəsidir. Yeni qurulmuş gənc ailələrlə yanaşlı, orta və uzun ömürlü ailələrdə də xəyanət hallarına təsadüf olunur. Gənc ailələrdə baş verən xəyanət ər-arvadın yüngülağıllılığı, qeyri-yetkin olması, mənəvi düşkünlüyü, alkoqolizm və narkomaniya, cütlüklərin müqəddəs ailə dəyərlərini kifayət qədər anlaya bilməməsi ilə bağlıdır. Burada insanların ümumi mədəni, estetik və əxlaqi tərbiyəlilik səviyyəsi də vacib amil kimi nəzərdən keçirilməlidir. Bütün dövrlərdə kişinin mədəniyyəti, onun şərəf və ləyaqəti onun qadına olan münasibət səviyyəsi ilə müəyyən edilmişdir. Əsil mədəniyyət isə əslində qadını hər şeydən əvvəl dost, şəxsiyyət kimi görmək və ona hörmətli yanaşmaqla müəyyən olunur.
Xəyanətə hec də əxlaqsızlıq kimi baxmaq olmaz. Əgər ailədə tez-tez təkrarlanan qeyri-normal münasibətlər, şübhələr, qısqanclıq, qalmaqallar mövcuddursa, xeyirxahlıq, mehribanlıq, qayğı, qarşılıqlı anlaşma, hörmət, kədər şəriklik, ən nəhayət, sevgi yoxdursa, bu tərəflərdən birinin bu boşluğa kənarda olan başqa bir adamda axtarmağa təhrik edir. Bir sıra müasir sosial-psixoloji tədqiqatlarda ər-arvad xəyanətinin səbəblərinin təhlilinə təşəbbüslər göstərilmişdir. Həmin səbəbləri əks etdirən təsnifatlardan birinə diqqət yetirək:
1.Yeni məhəbbət. Ər-arvad xəyanətinin bu səbəbi məhəbbətin qətiyyən olmadığı və ya əhəmiyyətsiz olduğu nikahlarda özünü göstərir.
2. Qarşılıqlıq. Ailədə xəyanət etmiş tərəfin acığına digər tərəf də xəyanət etməklə, qisas almaq istəyində olur və bununla da özünün gərəksiz olmadığını və şəxsi ləyaqət hissini bərpa etmək istəyir.
3. “Alçaldılmış məhəbbət”. Nikahmünasibətlərində qarşılıqlı məhəbbət olmadıqda, cütlüklərdən biri öz sevgisinin qarşılığını ala bilmədiyindən əziyyət çəkir. Belə vəziyyət ər və ya arvadı onu anlayan başqa bir tərəfdaşla münasibətlər qurmağa təhrik edir.
4. Yeni sevgi təəssüratları axtarmaq. Bu, adətən, çoxillik ailə təcrübəsinə malik cütlüklərin həyatında müşahidə olunur. Belə ailələrdə, adətən yaşlaşmış, maddi durumu yaxşı olan kişilər yeni sevgi macəraları yaşamaq istəyirlər. Adətən, ər-arvadlıq həyatının 25-30-cu illərində belə hallar daha çox təsadüf olunur.
5. Ailənin kütləvi iflası. Burada xəyanət qeyri-leqal yəni ailənin yaranması ilə bağlı olur. Bu halda xəyanət birinci ailənin həyat qabiliyyətinin olmaması kimi qavranılması, faktiki olaraq yeni ailənin yaradılmasının nəticəsi kimi özünü göstərir.
6. Təsadüfi əlaqələr şəklində baş verən xəyanət heç də dərin sevgiyə əsaslanmır, ardıcıl və müntəzəm xarakter daşımır, əksinə təsadüfi tanışlıq “həzz məqamları”, fürsətlə bağlı olur.
Xəyanət istənilən insan, istənilən ər-arvad ittifaqı üçün amansız sınaqdır. Buna yüngül və əhəmiyyətsiz münasibət bəsləyən istənilən şəxs ya heç kimi sevmir, ya da ümumiyyətlə, sevgi hisslərindən məhrumdur. Adətən, xəyanət konfliktli münasibətlər fonunda baş verdikdə, o, təbii hadisə kimi qavranılır. Xəyanətə məruz qalmış insanın sarsıntıları və məyusluq səviyyəsi onun bu hərəkətlə bir dəfə, yoxsa dəfələrlə qarşılaşması faktından da asılıdır.