Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Sosial psixologiya

Alfred Adler və Doğum Sırası Nəzəriyyəsi

yazdı Admin 24 Yanvar 2022
yazdı Admin 24 Yanvar 2022
Alfred Adler və Doğum Sırası Nəzəriyyəsi

Şəxsiyyəti formalaşdıran amillər:
Hamımız bir ana və atadan doğulmuşuq. Seçə bilmədiyimiz bir ailədə doğulduğumuz halda, seçə bilmədiyimiz bacı-qardaşlarımız da var. Bəzilərimiz tək uşaq, bəzilərimiz birinci, bəzilərimiz ikinci uşaq, bəzilərimizin hətta əkizləri də var.

Beləliklə, bu doğum sırası fərdin şəxsiyyətinin formalaşmasına təsir edə bilərmi?
 Eyni valideyndən doğulan bacı-qardaşlar adətən eyni mühitdə böyüsələr də, çox fərqli xarakterlərə malik ola bilərlər. Ona görə də bəzən bacı-qardaş arasında problemlərin olması normaldır. Bioloji faktorlar, irsi faktorlar, ətraf mühit faktorları, fiziki quruluş və ailə quruluşu kimi amillərin yanında doğum sırasının şəxsiyyət xüsusiyyətlərinə və davranışlarına qalıcı təsir göstərə biləcəyi fikri ilk dəfə Alfred Adler tərəfindən ortaya atılmışdır.Adlerə görə, fərdin şəxsiyyətinin formalaşmasında təsirli olan beş mühüm doğum sırası var. Bunlar; ən böyük uşaq, iki uşaqdan kiçiyi, ortancıl uşaq, ən kiçik uşaq və tək uşaq.
  

Ailənin ilk uşağı doğulduğundan bəri diqqət mərkəzində olur. İlk uşaq hələ heç bir bacı-qardaşın olmadığı bir mühitdə dünyaya gəldiyi üçün ailənin bütün imkanlarına malikdir. Valideynlərin diqqəti, evin ən gözəl guşəsi, paltarların ən təzəsi… İlk uşaq dünyaya gələnə qədər bütün imkanlar hazırdır. Eyni zamanda valideynlərin təcrübəsizlik dövrünə təsadüf edən ilk uşaqlar, böyüdülərkən bu təcrübəsizliyin mənfi cəhətləri ilə qarşılaşırlar. Valideynlər bu uşaqlar doğulmamışdan əvvəl onların “mükəmməl uşaqlar” olmasını gözləyirlər və bu istiqamətdə onlar üçün ifrat dərəcədə ən yaxşısını etməyə çalışırlar.
Buna görə də həddindən artıq diqqətə alışan uşaqlar, gələcəkdə asılı olmağa və hər zaman öndə olmaq üçün çox səy göstərməyə meylli bir şəxsiyyətə sahib ola bilirlər.

İki uşaqdan kiçik olanı, artıq doğulduğu andan valideynlərin sevgisini və diqqəti böyük uşaq ilə bölüşür. Adətən diqqəti bölüşmək məcburiyyətində qalan bu uşaqların ən bilinən xüsusiyyəti böyük uşaqla yarışda olmasıdır. Onun məqsədi daim birinci uşağı üstələməkdir. Bu rəqabət mühitində o, bacı-qardaşları qədər istedadlı və uğurlu olmadığını düşünə bilər və daim öz yaşındakı uşaqlarla yarışmağa çalışa bilər.

Ortancıl uşaqlar özlərini iki uşaq arasında sıxışmış hiss edə bilərlər. İlk övlad ilk göz ağrısı, sonuncu uşaq isə evin ən kiçiyi olaraq, ata-anasının bütün diqqət və sevgisinin digər bacı-qardaşlarında olduğuna inanır və özlərini unudulmuş, aldanmış hesab edə bilərlər. Bundan əlavə, ortancıl uşaqlarda ədalət hissi həddindən artıq inkişaf edə bilər. Onlar olduqları mühitlərdə ədalətin təmin edilməsində son dərəcə həssas ola bilərlər.

Ən kiçik uşaq ailənin heç böyüməyən uşaqları kimi sayılırlar. Hər zaman ailənin diqqət mərkəzində olan bu uşaqlar bacı-qardaşları ilə rəqabət mühiti yaratmırlar. Daim diqqət mərkəzində olan bu uşaqlar gələcək həyatlarında həmişə diqqət gözləyir və ətraflarına eqosentrik münasibət göstərə bilirlər.

Evin tək uşaqları üçün daha diqqətli olmağın lazımlığını vurğulayan Adler, bu uşaqların ən böyük uşaqlar ilə oxşar xüsusiyyətləri olduğunu düşünür. Valideynlərinin bütün maddi və mənəvi imkanlarına sahib olan bu uşaqlar hər zaman göz önündə olduqları üçün ətrafdakı insanlardan bunu görmək istəyə bilərlər. Digər tərəfdən bu uşaqlara ailənin marağı qədər gözləntisi də yüksək ola bilər. Onlar asılı, qısqanc və ya eqoist bir şəxsiyyət ola bilərlər.
  

İnsan sosial varlıq olaraq cəmiyyətdə doğulur. Ətrafdakı insanlar və onların aid olduğu yer insana çox təsir edir. Şəxsiyyətin formalaşmasında fərdin sosial mühiti ilə qarşılıqlı əlaqəsinin çox təsirli olduğunu müdafiə edən Adler, doğum sıramızın da bizə müəyyən statuslar təklif etdiyini və ailədəki mövqenin fərdin davranışını və şəxsiyyətini formalaşdırdığını söylədi. Uşaqların doğum sırasına görə bəzi xüsusiyyətlərə sahib ola biləcəyini irəli sürən Adler, bu xüsusiyyətlərin müəyyən cizgilərlə ayrılmadığını, yaşanan həyata və şəraitə görə dəyişə biləcəyini də vurğulamışdır.

Baxış sayı: 585
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Uşaqlarda davranış pozuntusu və səbəbləri
növbəti yazı
Yeniyetməlik dövründə şəxsiyyətin formalaşması xüsusiyyətləri

Related Posts

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Özümü müdafiə edirəm ki?!

01 Dekabr 2022

Ailə ilə bağlı gənclərin təfəkkür tərzində meydana gələn...

30 Noyabr 2022

Şəxsiyyətin siyasi proseslərə təsirinin sosial-psixoloji məsələləri

29 Noyabr 2022

Bağlanma stilləri

23 Noyabr 2022

Piqmalion effekti

17 Noyabr 2022

Psixoloji tədqiqatlarda mədəniyyət anlayışının təhlili

03 Noyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net