Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Kilinik psixologiyaPsixoterapiya

Uşaqlarda davranış pozuntusu və səbəbləri

yazdı Admin 24 Yanvar 2022
yazdı Admin 24 Yanvar 2022
Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlıq dövründə baş verən hər hansısa bir hal gələcək dövrlərdə də öz təsirini göstərir. Ziqmund Freyd qeyd edirdi ki,uşaqlara tualet vərdişi düzgün edilmədikdə onlar gələcəkdə xəsis,simic,iradkar bir şəxs olurlar. Buna görə də uşaqların tərbiyəsinə düzgün diqqət edilməlidir.

Davranış pozuntuları uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını davranışlarına köçürməsi nəticəsində ortaya çıxır.Hər 10 uşaqdan 7-sində rast gəlinir.Buna görə də,dövrün ən aktual məsələlərindəndir.Bəzən davranış pozuntularını aşılanmayan özünəxidmət vərdişləri,sosial bacarıqlarla qarışdırırlar.Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Hiperaktiv uşaqlarda daha çox rast gəlinir. Ancaq hər hiperaktiv uşağa davranış pozuntusu diaqnozun qoymaq düzgün deyil.

Davranış pozuntusu daha çox 3-6 yaş arasındakı uşaqlarda rast gəlinir. Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin və “mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur.Ona görə də,bu yaş dövründəki uşaqla ra daha çox diqqət göstərilməli,davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir.

3-6 yaşlı uşaqlarda inadkarlıq müşahidə olunur. Bu yaş dövrü üçün inadkarlıq normal bir haldır.Ancaq qarşısı alınmadıqda davranış pozuntusuna çevrilə bilər.Belə uşaqlarla inadlaşmaq,şiddət göstərmək düzgün deyil. Onun yerinə səbirli və dözümlü davranmaq lazımdır.

Davranış pozuntuları müxtəlifdir.Ən çox rast gəlinən davranış pozuntuları aşağıdakılardır:

1)Uzun müddət davam edən aqressiv davranışlar

2) Yalanlar yaxud hadisənin şişirdilməsi

3) Təcavüzkar davranışlar

4) Uyğunsuz ifadələrin işlədilməsi və.s

5) Altını islatma

6) Dırnaq yemə və barmaq əmmə

7) Əsassız qorxular

8) Masturbasiya(cinsiyyət orqanını əli ilə oynatma)

9) İştahasızlıq

10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s.)

11) Kaprizlər

12) Aşırı hərəkətlilik

Davranış pozuntularının əsas səbəbləri:

1)Diqqət çəkmək istəyi

2)Özünü təsdiqlətmək istəyi

3)Valideynlərdən intiqam almaq istəyi

4)Özünü xatırlatma

Bunda əlavə, şiddət göstərilən, qayğı göstərilməyən, sevgi məhrumiyyəti olan uşaqlarda da davranış pozuntusuna sıxlıqla rast gəlinir.

Davranış pozuntulu uşaqlarla daha çox vaxt keçirmək, ona sevgi göstərmək,özgüvən vermək,problemləri ilə maraqlanmaq lazımdır.

Davranış pozuntusunu korreksiya etmək üçün ən yaxşı yol psixoloqa müraciət etməkdir. Psixoloqlar davranış pozuntulu uşaqlarla davranış terapiyası, koqnitiv terapiya və s. yollarla məşğul olurlar.

Kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası daha asand olur. Yuxarı yaşlarda isə bir çox çətinliklər meydana çıxır.

Valideynlər uşaqlarına qarşı diqqətli olmalı,onlara zaman ayırmalı,övladlarında baş verən dəyişikliyi görməli, təhlil etməli və tədbir görməlidirlər. Unutmayın ki, uşaqlar bizim gələcəyimizdir.

Baxış sayı: 517
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Tik xəstəliyi nədir?
növbəti yazı
Alfred Adler və Doğum Sırası Nəzəriyyəsi

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Virtual Reallıq Ekspozisiya Terapiyası (VRET)

29 Noyabr 2022

Yeniyetmələrin şəxsiyyətinə psixoanalitik yanaşmalar

20 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

DAVRANIŞ POZUNTUSU SEÇİMDİRMİ?

10 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net