Müasir sosial psixologiyanın atası.
Kurt Levin 9 sentyabr 1890-cı ildə Mogilno (Müasir Polşanın ərazisində) orta sinifli yəhudi ailəsində anadan olmuşdur.O, 1909-cu ildə Frayberq universitetinin tibb fakultəsinə daxil olub, lakin biologiya sahəsində ixtisaslaşmaq üçün Münxen universitetində təhsilinə davam eləmişdir.
1910-cu ildə Levin Berlin universitetinə daxil olur, 1914-cü ildə isə fəlsəfə və psixologiya elmləri üzrə doktorant adını alır. Birinci Dünya müharibəsi başladıqda hərbi cəbhəyə çağırılır və orda 4 il piyada diviziyasında xidmət göstərir, lakin yaralandıqdan sonra xitmətdən azad edilir.
1917-ci ildə Levin müəllim işləyən Mari Landsberqlə ailə həyatı qurur. Onların ailə həyatı 10 il davam edir, bu evlilikdən iki ovladı olur. 1929-cu ildə Levin Qertruda Vays adlı xanımla yenidən ailə həyatı qurur və bu evlilikdən Levinin daha iki ovladi dünyaya gəlir.
1921-ci ildə Kurt Levin Berlində yerləşən Psixologiya İnstitutunda psixologiya və fəlsəfə dərsləri verməyə başlamışdır. Onun mühazirələri tələbələr tərəfindən böyük maraqla qarşılanırdı.
1930-cu ildə Levin Stenford universitetində professor vəzifəsinə dəvət edildi. Bir müddət sonra ABŞ-a immiqrasiya edildi və 1940-cı ildə həmin ölkənin vətəndaşı oldu.
1944-cü ildə Levin dini və irqi prinsiplərə görə ayrı-seçkiliyə qarşı mübarizə məqsədi ilə Amerika Yəhudi Konqresinin ictimai əlaqələri üçün komissiya yaratmış və sonra qrupların öyrənilməsi və indvid davranışına təsirini öyrənmək üçün Massachusetts Texnologiya İnstitutunun qrup dinamikasının tədqiqat mərkəzi açmışdır.
Kurt Levin müasir sosial psixologiyanin yaradıcılarından biri sayılır. O, ilk dəfə qrup davranışının öyrənilməsi üçün elmi metodlarını və təcrübələrini istifadə etmişdir. Həyatı boyunca onun səkkiz kitabı və səksəndən çox məqaləsi nəşr olunmuşdur. Kurt Levin 1947-ci il 12 fevralda 57 yaşında ürək çatışmamazlığından vəfat etmişdir.
Kurt Levinin sahə nəzəriyyəsi
Levin Geştalt psixologiyası ideyalarından ilhamlanırdı; həmçinin Albert Enşteynin, sahə nəzəriyyəsi ona böyük təsir göstərmişdir, həmin nəzəriyyəyə əsasən fiziki aləmin bütün obyektlərinə daim cazibə və elektromaqnetizm qüvvələri təsir göstərir. Vaxt keçdikcə psixoloq həmin ideyanı psixologiyaya tədbiq etməyi nəzərə almış və insan davranışının onun ətraf mühütlə daim qarşılıqlı əlaqəsinin nəticəsi olması nəzəriyyəsini irəli sürmüşdür.
Levinin fikrincə, individin (şəxsin) davranışı konkret hadisə ilə yanaşı mövcud olan amillərin məcmusu nəticəsində müəyyən edilir, və o həmin vəziyyəti “sahə” adlandırırdı. Sahə nəzəriyyəsinə əsasən, insan, mühitlə öz “şəxsinin” (özünün) arasında mövcud olan gərginliyin necə həll ediləcəyindən asılı olaraq fərqli davranır. İndividin tam şəkildə davranışını anlamaq üçün, onun bütün psixoloji “sahəsini”: məhz məktəb, iş, kilsə, ailə və s. amilləri təhlil etmək gərəkir. Levin həmin amillər məcmusunu yaşayış məkanı adlandırmış.
Kurt Levinin sahə nəzriyyəsi ictimai psixologiyaya böyük təsir göstərmiş və insan davranışının ətraf mühit amillərinin qarşılıqlı əlaqəsi nəticəsində və şəxsiyyətin səciyyəvi xüsusiyyətləri ilə müəyyən olunması fikrinin inkişafına səbəb olmuşdur.
Liderlik üslubları.
1939-cu ildə Kurt Levin, liderliyin öyrənilməsi ilə məşğul olan tədqiqatçılar dəstəsinə rəhbərlik etmişdir. Baxmayaraq ki, sonucda seçilmiş liderlik üslublarının sayı genişləndirilmişdir, öncədən Levin öz komandası ilə üç üslub müəyyən etmişdir: avtoritar, demokratik və liberal (azad). Tədqiqat çərçivəsində məktəbliləri üç qrupa ayırmışlar və hər bir qrupa davranışında liderliyin əsas üsblarından birini ifadə edən şəxslər başçılıq etmişdir. Həmin şəxslər konkret layihənin həyata keçirilməsi zamanı (məktəblilər incəsənət və əl işləri ilə məşğul olmuşlar) uşaqları idarə etmiş, və tədqiqatçılar öz növbəsində lider tərəfindən verilən göstərişlərə və hərəkətlərinə qrupun reaksiyasını öyrənmişlər.
Avtoritar və ya direktiv liderlik üslubu
Avtoritar liderlər insanlara nə etməli olduqlarını, məsələnin hansı zaman çərçivəsində həll olunmasının əhəmiyyətini və məhz hansı üsulla həll edilməsi yollarını hər zaman mütəşəkkil izah edirlər. Qərarlar qəbul edərkən onlar digər qrup üzvlərinin mülahizələrini və nəzəriyyələrini praktiki olaraq nəzərə almır və bunun nəticəsi olaraq tapşırıqları yerinə yetirən şəxslər bu cür rəhbərlərlə fikir ayrılıqları yaranır.
Levin müəyyən edib ki, bu cür liderlik üslubunda qərarların qəbulu zamanı insanlarda yaradıcılıq potensialına mənfi təsir göstərir. Əgər lider öz səlahiyyətlərindən sui-istifadə edərsə, insanlar onu əmr və nəzarət etməyi sevən diktator meylli insan kimi qəbul edirlər. Avtoritar liderlik, liderin ən məlumatlı və ixtisaslaşmış qrup üzvü olduğu hallarda və ya qrupun müştərək qərar hazırlamasına vaxtı yetmədiyi halda daha tədbiq olunandır. Bundan əlavə, məlum olmuşdur ki, liderliyin avtoritar üslubundan demokratik üsluba keçməsi, demokratik üslubdan avtoritara keçməsindən daha çətindir.
Demokratik və ya kollegial liderlik üslubu.
Levinin komandası tərfindən əldə edilən nəticələrə əsasən, liderliyin demokratik üslubu ən çox təsirli olan üslubdur. Demokratik liderlər qrup fəaliyyətində aktiv olaraq iştrak edir, digər üzvlərə öz fikirlərini ifadə etməyə imkan verir və onlara dəstək və rəhbərlik təklif edirlər. Levin bu cür qruplarda ibsanların avtoritar liderin rəhbərliyi altında çalışanlarla müqayisədə, kəmiyyət baxımından daha az məhsuldar çalışdıqlarını, lakin daha çox keyfiyyətli olmasını ortaya çıxarmışdır. Yekun qərar demokratik liderə həvalə edilsə belə, qərar qəbul etmə zamanı qrupun bütün üzvləri cəlb olunarsa, bunun sayəsində onlar özlərini prosesdə iştrak etdiklərini, həmçinin motivasiyalı hiss etmiş olarlar, buda öz növbəsində onların yaradıcılıq potensialına müsbət təsir göstərir.
Azad və ya liberal liderlik üslubu.
Bu üslublu lider passiv davranır, bütün qərarların qəbulunu qrup üzvlərinə həvalə edir. Levin bu tip liderlik üslubunun daha az təsirli olduğunu aydınlaşdırıb.
Tədqiqatçı qeyd edib ki, belə bir qrup çərçivəsində məktəblilər öz liderlərindən tapşırıqlar və qərarlar tələb etmiş, müstəqil surətdə çalışa bilməmişlər və son dərəcə həvəssiz və effektsiz çalışmışlar. Buna baxmayaraq, bu kimi rəhbərlik, üzvlərinin hər hansı bir müəyyən sahədə yüksək ixtisasa yiyələnmiş olduqları halda faydalı ola bilər, lakin bir çox hallarda bu qrup üzvlərinin zəif motivasiya olunması və vəzifələrinin qeyri-dəqiq paylanması ilə nəticələnir.
Levinin, keçmiş təcrübəyə deyil, məhz şəxsin ətraf mühütlə əlaqəsində davranışına diqqətinin yönləndirməsi, psixoloji elmin inkşafında bir dönüş nöqtəsi olmuşdur. Bu alim sosial psixologiyanın qurucu banilərindən biri kimi tanınır. Onun tərəfindən tədbiq olunan Geştalt psixologiyasının prinsipləri və qrup dinamikası sahəsində işləri müasir psixoloqların qrup davranışının öyrənilməsinə mühüm təsir göstərmişdir.