Bəzi insanlar özlərini xəyal aləmində görür və gün ərzində uzun xəyallar qurur
Bəs siz tez-tez xəyal qurursuz? Alimlər xəyal qurmanın yaddaşı gücləndirdiyini söyləyir.
The Daily Newsda yayımlanan xəbərə görə, hər şeyi rahat yadda saxlaya bilmirsinizsə, çoxlu xəyal qurmalısınız.
New York Universitetində aparılan araşdırmada, fasilə vermədən bir neçə işdə çalışan insanların yaddaşının zəif olduğu açıqlanıb. Amma fasilə verərək zehnini dincəldən insanların isə yaddaşlarının daha gülcü olduğu və hər şeyi daha yaxşı xatırladıqları məlum olub.
Yaşları 22 və 34 arası olan, 16 qadın və kişinin iştirak etdiyi sınaqda, iştirakçılar əşyalara, üzlərə ya da mənzərəyə baxarkən MR cihazıyla beyinləri nəzərdən keçirilib. Fasilə ilə çalışan iştirakçıların gördükləri əşyaları daha yaxşı yadda saxladıqları məlum olunub.
Xəyal aləmində
əvvəlki yazı